Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-245/2022 30.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: cavabdehin çoxmənzilli binanın idarə edilməsində iştirakının qadağan edilməsi və s. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı cavabdehin çoxmənzilli binanın idarə edilməsində iştirakının qadağan edilməsi və s. tələbinə dair iş üzrə Cavabdeh tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 yanvar tarixli, 2-2(103)- 70/2022 saylı qərardadından verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı nizamnaməsinə görə, cəmiyyət 2019-cu il 12 aprel tarixdə Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 66 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır.
2. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2019-cu il 12 aprel tarixdə, 1119-MM6-0117 saylı nömrə ilə qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh MTK-ya (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, İsmayı lbəy Qutqaşınlı küçəsi, ev 66 ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsində iştirakının qadağan edilməsi, cavabdehlə həmin mənzillərin, qeyri-yaşayış sahələrinin, zirzəmi və qarajların alqı-satqısına dair müqavilələrin və həmin obyektlərin təsdiq olunmuş ümumi plan-çertyojlarının əsillərinin, ştamp və möhürlərinin və ev kitabçasının verilməsi, vurulmuş ziyana görə 26.132 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qərarına əsasən çoxmənzilli binanın idarə edilməsi üsulu olaraq idarəedici təşkilat tərəfindən idarə edilməsi üsulu seçilmiş və binanın idarə edilməsi iddiaçıya həvalə olunmuşdur. Cavab deh sözügedən həmin çoxmənzilli binanın idarə edilməsindən uzaqlaşdırılsa da, bu günədək qanunsuz olaraq çoxmənzilli binanın idarə edilməsini həyata keçirir və çoxmənzilli binanın texniki sənədlərini və binanın idarə edilməsi ilə bağlı digər sənədləri yeni seçilmiş idarəedici təşkilata təhvil verməkdən imtina edir. Cavabdehin qanunsuz hərəkətləri çoxmənzilli binanın sahə mülkiyyətçilərinin iradəsinə uyğun olaraq təyin edilmiş idarəedici təşkilat - İddiaçı tərəfindən idarəetmə fəaliyyətinin həyata keçirilməsinə maneçilik törədir.
5. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 30 avqust tarixli, e-2-2(113)-3600/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 66 ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsində iştirakının qadağan edilməsi, həmin binada yerləşən mənzillərə, qeyri-yaşayış sahələrinə, zirzəmi və qaraj sahələrinə dair cavabdehlə bağlanmış olan müqavilələrin, həmin sahələrin plan-çertyojları, binaya dair ev kitabçasının (müqavilələrin qeydiyyatı kitabı) cavabdeh tərəfindən iddiaçıya verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir (hakim – K.Hüseynov).
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti (MMMC), ilk növbədə çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi nəticəsində yaradılan bir idarəetmə üsuludur. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyildir. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında səs çoxluğu ilə fəaliyyət müddəti məhdudlaşdırılmadan yaradılır. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratmış iştirakçıların səslərinin sayı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxunu təşkil etməlidir.
7. Cavabdeh tərəfindən çoxmənzilli binanın tikintisi başa çatdırılaraq, istismara qəbul edildiyindən və qeyd edilən yaşayış binasının idarə edilməsi üçün 2019-cu il 12 aprel tarixdə İddiaçı təsis edildiyindən, Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 66 ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsində iştirakı qadağan edilməlidir.
8. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra- Mənzil Məcəlləsi) 109.5, 119.1, 122.1 və 122.1.1-ci, Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097-ci maddələinə istinad etməklə əsaslandırmışdır.
9. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tamamilə rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 yanvar tarixli, 2-2(103)-70/2022 saylı qərardadı ilə (hakimlər V.M.Məmmədov (sədrlik edən), R.Ə.Qurbanov və V.Ə.Baxışova) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 30 avqust tarixli, e-2-2(113)-3600/2021 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı MMMC-nin Cavabdeh MTK-ya qarşı cavabdehin Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 66 ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsində iştirakının qadağan edilməsi və sair tələblərə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir.
11. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının 2019-cu il 12 aprel tarixdə 1119-MM6-0117 nömrə ilə dövlət qeydiyyatına alınmış nizamnaməsinə görə, cəmiyyət qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir, yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək və sairdən ibarətdir.
12. İddiaçı qeyri-kommersiya hüquqi şəxsidir, hazırkı mübahisə bilavasitə onun yaradılmasının əsas məqsədinə yönəlmiş fəaliyyəti ilə bağlı olmaqla, yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət edən və bu məqsədlərə uyğun gələn sahibkarlıq fəaliyyətindən irəli gəlmir.
13. Qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Başqa ifadə ilə, əsas məqsədi mənfəət (gəlir) götürülməsi olmayan fəaliyyəti qanunvericilik sahibkarlıq fəaliyyəti, o cümlədən kommersiya fəaliyyəti kimi qəbul etmir.
14. Beləliklə, iddiaçı qeyri-kommersiya hüquqi şəxsidir və hazırkı mübahisə də bilavasitə onun yaradılmasının əsas məqsədinə xidmət edə n fəaliyyəti ilə bağlı olmaqla, sahibkarlıq fəaliyyətindən irəli gəlmir.
15. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 13, 43.5, 43.6-cı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18.09.2020-ci il tarixli, 10 nömrəli Qərarının 12, 14, 21-ci bəndlərinə, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, Mülki Prosessual Məcəllənin 25.1, 26.1, 35.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİN İN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Bakı Kommersiya Məhkəməsi tərəfindən iddia ərizəsi məhkəmənin icraatına qəbul edilən zaman yoxlanılmışdır və işdə iştirak edən şəxslər tərəfindən MPM-in 32-ci maddəsinə uyğun olaraq aidiyyət məsələlərindən şikayət verilməmişdir.
18. Bakı Apelyasiya Məhkəməsi məlum qərardadı qəbul edərkən MPM-in 384.0.9-cu maddəsinə əsaslansa da, Məcəllənin 387.1-ci maddəsinin tələblərini gözləməmişdir. Məhkəmənin gəldiyi nəticəyə əsas kimi qiymətləndirdiyi aidiyyətin pozulma halını MPM-in 387.2-ci maddəsində sadalanan hallara bərabər tutmuşdur ki, bu da apelyasiya instansiyası məhkəməsinin işə baxma həddini aşmağa səbəb olmuşdur. Belə ki, qanunverici Məcəllənin 387.2.1-387.2.9-cu maddələrində konkret müəyyən etmişdir ki, hansı hallar da prosessual normalar kobud pozuntu kimi qiymətləndirilməlidir. Bu normaların hüquqi mənasına görə düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olan prosessual pozuntular və ya düzgün tətbiq etməmə qətnamənin ləğvinə əsas ola bilər. Bakı Apelyasiya Məhkəməsi həmin qərardadı qəbul edərkən birinci instansiya məhkəməsinin qətnaməsinin düzgün olub-olmamasını yoxlamamış, nəticədə, Bakı Apelyasiya Məhkəməsi qeyd olunan qərardadı qəbul etməklə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 20 may tarixli məlum qərarının birinci və ikinci bəndlərinin tələblərini gözləməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının şikayətçi tərəfindən mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlillərinin həcmindən kənara çıxmışdır.
19. Kassa siya şikayəti Mülki Prosessual Məcəllənin 24.3, 26.1, 30, 31.2, 385.2, 387.1ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılaca qdır (MPM-nin 403 və 416-cı maddələri).
23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
43. Hüquqi şəxs anlayışı və onun növləri 43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. 43.6. Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahib karlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər”.
26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli, 10 nömrəli Qərarının (12, 14, 21 və 25ci bəndləri) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi zamanı mə hkəmələr əlavə olaraq nəzərə almalıdır ki, qeyri-hökumət təşkilatlarının və publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən qanunlarla (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Publik hüquqi şəxslər haqqında” Qanunlar) onların ikili, yəni həm qeyri-sahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Məhz bu fərqləndirici xüsusiyyət mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərə münasibətdə fərqli yanaşmanın sərgilənməsini tələb edir. Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilm əyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibət də isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları b ir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zama n maddi və prosessual hüquq normalarının tələbləri düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 yanvar tarixli, 2-2(103)-70/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
28. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, iş materiallarına əsasən, iddiaçı qeyri-kommersiya hüquqi şəxsidir, hazırkı mübahisə bilavasitə onun yaradılmasının əsas məqsədinə yönəlmiş fəaliyyəti ilə bağlıdır və sahibkarlıq fəaliyyətindən irəli gəlmir. 29. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə verilmiş anlayışa əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışın dan, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Verilmiş anlayışdan da göründüyü kimi, əsas məqsədi mənfəət (gəlir) götürülməsi olmayan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilə bilməz.
30. Həmçinin qeyd edilməlidir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə MPMin 387.2.1—387.2.9-cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir və şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadının apelyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi üçün əsasdır (maddə 387.2 və 387.3). Birinci instansiya məhkəməsinin qətnamə və qərardadının ləğvi üçün əsas olan kobud pozuntu hallarından biri də işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmasıdır (maddə 387.2.9). İşə kassasiya qaydasında baxan məhkəmə qeyd edilənləri, həmçinin, iddiaçının qeyri-kommersiya hüquqi şəxsi olmasını və hazırkı mübahisənin onun sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyini nəzərə alaraq, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, həmçinin hüquq münasibətlərinin xarakterinə görə işin kommersiya məhkəməsində baxıla bilməməsi ilə bağlı apelyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edir və kassasiya şikayətinin bununla bağlı dəlilləri ilə razılaşmır.
31. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol veril məmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 yanvar tarixli, 2-2(103)-70/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
33. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 yanvar tarixli, 2-2(103)-70/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.