Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-245/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Firmasının Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsindən yaranmış borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Firmasının Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsindən yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 yanvar tarixli 2-2(103)-96/20 23 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ
1. İş materiallarında olan İcarəçi (Cavabdeh MMC) ilə icarəyə verən (İddiaçı Firması) arasında 2020-ci il 27 yanvar tarixli müqavilə bağlanmış və müqaviləyə əsasən icarəyə verən müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən əlavələrdə qeyd edilmiş texnika və avadanlıqları icarəçiyə verməyi, icarəçi də öz növbəsində həmin əmlakın icarəsinə görə ödəniş həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə 1 saylı əlavəyə əsasən aylıq icarə haqqı 8500 manat müəyyən edilmişdir.
2. İddiaçı Firması tərəfindən Cavabdeh MMC -yə EBAG seriyalı, 506518 nömrəli, 2020-ci il 18 fevral tarixli elektron qaimə üzrə 10.030 (ƏDV daxil) manat, EBAT seriyalı, 782105 nömrəli, 2020-ci il 11 dekabr tarixli, elektron qaimə üzrə 10.030 (ƏDV daxil) manat, EBAL seriyalı, 933231 nömrəli, 2020-ci il 3 iyul tarixli elektron qaimə üzrə 10.030 (ƏDV daxil) manat, EBAN seriyalı, 367935 nömrəli, 2020-ci il 7 avqust tarixli elektron qaimə üzrə 10.030 (ƏDV daxil) manat, EBAK seriyalı, 926750 nömrəli, 2020-ci il 9 iyun tarixli elektron qaimə üzrə 10.030 (ƏDV daxil) manat, EBAP seriyalı, 557993 nömrəli, 2020-ci il 4 sentyabr tarixli elektron qaimə üzrə 10.030 (ƏDV daxil) manat, EBAQ seriyalı, 931569 nömrəli, 2020-ci il 7 oktyabr tarixli elektron qaimə üzrə 10.030 (ƏDV daxil) manat, EBAS seriyalı, 420739 nömrəli, 2020-ci il 11 oktyabr tarixli elektron qaimə üzrə 10.030 (ƏDV daxil) manat, EBAH seriyalı, 898731 nömrəli, 2020-ci il 19 mart tarixli elektron qaimə üzrə 5.015 (ƏDV daxil) manat ödənilməsi üçün tə qdim edilmiş, e-qaimələrin təsdiqindən imtina olunmamışdır.
3. İş materiallarından görünür ki, Cavabdeh MMC tərəfindən 2020-ci il 14 aprel tarixində 12.750 manat və 2.295 manat ƏDV, 2020-ci il 24 sentyabr tarixində 8.500 manat və 1.530 manat ƏDV, 2020-ci il 22 oktyabr tarixində 15.000 manat və 2.700 manat ƏDV, 2021-ci il 30 dekabr tarixdə 12.000 manat və 2.160 manat ƏDV, cəmi 56.935 manat məbləğində pul vəsaiti İddiaçı Firmasının hesabına ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Firması (bundan sonra-“iddiaçı”) 2022-ci il 1 iyul tarixində iddia ərizəsi ilə Bakı Kommersiya məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən (bundan sonra-“cavabdeh”) əsas borc məbləği 28.320 manat (ƏDV ilə), gecikdirilmiş borc faizi məbləğı 2.832 mana t, mediasiya xərci olaraq 200 manat, dövlət rüsumu olaraq ödənmiş 669,60 manat, hüquqi yardıma görə ödənmiş 850 manat, cəmi 32.871,60 manat pulun tutulub iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış 2020-il 27 yanvar tarixli ENC,SER/05/20 saylı icarə müqaviləsi (bundan sonra-“ ENC,SER/05/20 saylı icarə müqaviləsi” və həmin müqaviləyə 1 nömrəli əlavə əsasında, aylıq icarə haqqı 8500 manat müəyyən edilməklə, bir ədəd borudüzən “KOMATSU” D55C-3, rəngi sarı, buraxılığ ili-1995 olan texnika cavabdeh tərəfindən icarəyə götürülmüşdür. Müəyyən edilmiş icarə haqqına əsasən 2020-ci ildə təqdim olunmuş elektron qaimələrə əsasən cavabdehin 85.255.00 manat (ƏDV ilə) məbləğində borcu yaranmış və həmin borcdan 2020-ci ildə 42.775.00 manat (ƏDV ilə), 2021-ci ilin dekabr ayında isə 14.160 manat (ƏDV ilə), cəmi 56.935 manat ödənilmişdir. Dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, borcun qalan 28.320 manat (ƏDV ilə) manat hissəsi, ödəmə öhdəliyi bitdiyi vaxtdan 1 il 6 ay keçməsinə baxmayaraq ödənilməmişdir. Yuxarıda təsvir olunan mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi və mediasiyaya dair xərclərin tərəflər arasında bərabər şəkildə bölünməsi məqsədilə, 2022-ci il 20 may tarixində 3 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Mediasiya işi ilə bağlı 2022-ci il 4 iyun tarixinə, saat 11.00-12.00 intervalında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. İlkin mediasiya sessiyayasının keçirilməsi ilə bağlı iddiaçı tərəfindən 200 manat pul ödənilmiş, firmanın nümayəndəsi Vəkil1 mediasiya sessiyasında iştirak etmiş, lakin, cavabdehin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir. Bu barədə 3 saylı Mediasiya Təşkilatından verilmiş arayış iddia ərizəsinə əlavə olunmuşdur.
6. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin(bundan sonra-“MM”) 385.1, 386.1, 441.2, 442, 443.1, 445.7, 449.1, 449.4, 700.1, 700.2, 700.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-“MPM”) 26.1, 262-ci maddələrinə istinad edilmişdir.
7. Cavabdehin nümayəndəsi qeyd etmişdir ki, istinad olunan müqavilə münasibətləri tək icarə münasibətləri olmayıb, həmçinin, müəyyən xidmətlərin göstərilməsi iddiaçının üzərinə müəyyən öhdəliklərin qoyulması da nəzərdə tu tulub. Çox təəssüf ki, müqavilə tərəflər arasındakı münasibətləri tam tənzimləmir. Tərəflər arasında faktiki olaraq elektron qaimələrin olması borcun tam qəbul edilməsini təsdiqləmir. Çünki elektron qaimələr cavabdeh tərəfindən 5 gün ərzində təsdiqlənməzsə avtomatik sistem tərəfindən təsdiqlənir. Müqavilədə ziddiyyətli müddəalar var. Belə ki, müqavilə məbləğinin özü 8500 manatlıq məbləğ nəzərdə tutulub və əlavə birə istinad olunub.Əlavə 1-də ödənişlərə ƏDV daxil olmamaqla qeyd edilsə də lakin müqavilənin mətni boyu ödəmə hissəsi şərtində bütün vergilərin və məcburi ödənişlərin sırf iddiaçı tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilə 3 aylıq müddətə rəsmiləşdirilmişdir. Borc məbləği 6 aylıq müddəti əhatə etməlidir. Bununla bağlı qarşı tərəflə danışıqlar olub, lakin yenə də iddiaçı t ərəflə razılıq əldə olunmamışdır. Müqavilənin müddəti 3 aylıq müddətə qədər uzanibsa belə olan halda iddiaçı elekton qaimələri hansı müqavilə üzrə vurmuşdur. Elektron qaimələrin yüklənmə tarixinə nəzər yetirdikdə görünür ki, fevral və mart ayından sonra 7-ci aya qədər boşluq yaranıb. Müqavilə tərəflər arasında münasibətləri tam tənzimləmədiyinə görə sırf iddiani bu müqavilə üzrə verilməsi və iddia tələbinin təmin edilməsi düzgün deyil.
8. Cavabdehin nümayəndəsi verilmiş iddia üzrə qeyd olunan 8260 manat məbləğ ilə bağlı iddia tələbini qəbul etdiklərini və həmin vəsaitin ödənilməsinə etiraz etmədiyini bildirərək iddianın qismən təmin edilməsini xahiş etmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 14 sentyabr tarixli e-2-2(113)-3817/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 28.320 manat (ƏDV daxil) manat, mediasiya xərci 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60 manat, hüquqi yardıma görə ödənmiş 850 manatın tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir(hakim – A.Əliyeva).
10. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etməmiş, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcu qalmışdır.Belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququ vardır.Ona görə də, cavabdehdən 28.320 manat ( ƏDV daxil) tutularaq iddiaçıya ödənilməlidir.
11. Əlavə olaraq iddiaçı iddia tələbində gecikdirilmiş borc faizi məbləğı 2.832 manat vəsaitin cavabdehdən tutulmasını tələb etmişdir.
12. İddiaçı tələbinin hüquqi əsası kimi həm MM-nin 445.1 və həm də 449.1-ci maddələrini göstərərək, tələbini əsaslandırmadığından iddia həmin hissədə rədd edilməlidir.
13. İddia qismən təmin edildiyindən, ilkin mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat, vəkil xidmətləri üçün ödənilmiş 850 manat, iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 60 manat dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır.
14. Məhkəmə öz qətnaməsini MM-in 385.1, 425.2, 442, 445.1, 445.7-ci, MPM-in 14.2, 77.1, 119.1, 121.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. Cavabdehin vəkili və nümayəndəsi qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və yalnız ödənilməmiş 8260 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsini, iddia tələbinin digər hissədə rədd ed ilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 yanvar tarixli 2- 2(103)-96/2023 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır(sədrlik edən – R.Qurbanov, hakimlər – A.Hüseyn və V.Baxışova).
17. Apellyasiya instansiya məhkəməsinin birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış( bax yuxarı §§10-13) və əlavə olaraq bildirmişdir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.
18. İcarə haqqının ödənilməsi barədə iddia tələblərinin qanuni əsasını MM-in 700.1-ci maddəsi təşkil edir.
19. Hazırki işdə də iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək icarə obyektini cavabdehə icarəyə vermiş, lakin cavabdeh müqavilə tələblərini əhəmiyyətli dərəcədə pozaraq, icarə haqlarını tam olaraq iddiaçıya ödəməmişdir.
20. Belə ki, iş materiallarında olan iddiaçı tərəfindən cavabdehə EBAG seriyalı, 506518 nömrəli, 2020-ci il 18 fevral tarixli elektron qaimə üzrə 10.030 (ƏDV daxil) manat; EBAT seriyalı, 782105 nömrəli, 2020-ci il 11 dekabr tarixli elektron qaimə üzrə 10.030 (ƏDV daxil) manat; EBAL seriyalı, 933231 nömrəli, 2020-ci il 3 iyul tarixli elektron qaimə üzrə 10.030 (ƏDV daxil) manat; EBAN seriyalı, 367935 nömrəli, 2020-ci il 7 avqust tarixli elektron qaimə üzrə 10.030 (ƏDV daxil) manat; EBAK seriyalı, 926750 nömrəli, 2020-ci il 9 iyun tarixli elektron qaimə üzrə 10.030 (ƏDV daxil) manat; EBAP seriyalı, 557993 nömrəli, 2 020-ci il 4 sentyabr tarixli elektron qaimə üzrə 10.030 (ƏDV daxil) manat; EBAQ seriyalı, 931569 nömrəli, 2020-ci il 7 oktyabr tarixli elektron qaimə üzrə 10.030 (ƏDV daxil) manat; EBAS seriyalı, 420739 nömrəli, 2020-ci il 11 oktyabr tarixli elektron qaimə üzrə 10.030 (ƏDV daxil) manat; EBAH seriyalı, 898731 nömrəli, 2020-ci il 19 mart tarixli elektron qaimə üzrə 5.015 (ƏDV daxil) manat məbləğində icarə haqqının ödənilməsi tələb edilmişdir.
21. Cavabdeh də həmin elektron qaimələri qəbul etmiş və onlara dair hər hansı etirazını bildirməmişdir. İş materiallarından da görünür ki, həmin elektron qaimələr elektron qaydada oxunmuş və iddiaçıya qaytarılmamışdır.
22. Eyni zamanda, cavabdeh tərəfindən qismən ödənişlər də (cəmi 56.935 manat) edilmişdir.
23. İcarə haqlarının tam ödənilməməsi faktını cavabdehin özü də iddiaya münasibətində etiraf etmişdir.
24. Əgər cavabdehin bildirdiyi kimi həqiqətən də qeyd edilən aylar üzrə iddiaçı ona icarə obyektini verməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi, habelə qismən ödənişləri etməzdi. Lakin hazırki işdə bu hallar mövcud deyil.
25. Bu isə cavabdeh tərəfindən icarə haqqının ödənilməsini qəbul etməsi mənasına gəlir.
26. Bu baxımdan iddiaçı müqavilə üzrə ödənilməli olan, lakin ödənilməyən 28.320 manat məbləğində icarə haqqının ödənilməsini tələb etməkdə tam haqlıdır.
27. Tərəflər arasında bağlanmış müqavilənin qarışıq xarakterli olması və iddiaçı tərəfindən podrat işlərinin görülməsi i lə bağlı dəlillərə dair qeyd edilir ki, həmin dəlillər hər hansı sübutla təsdiq olunmur. İddiaçının nümayəndəsi də bu dəlilə etiraz etdi və bildirdi ki, iddiaçı tərəfindən heç bir podrat işləri və ya digər xidmətlər göstərilməmiş, yalnız iddiaçının mütəxəssisləri texnikanın istismarına nəzarət etmişlər.
28. Müqaviləyə xitam verilməsi ilə bağlı cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 8.1-ci bəndinə əsasən iki tərəf də bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş müddətdən əvvəl istənilən vaxt 15 gün əvvəl yazılı bildiriş təqdim etməklə müqaviləyə xitam verə bilər. Müqaviləyə xitam verilən günə kimi tərəflər müqavilədə göstərilən öhdəlikdən azad edilmir.
29. Bundan əlavə, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 5- ci bəndinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün MM və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər.
30. Qeyd olunan maddi hüquq normasının tələblərindən də göründüyü kimi müqavilənin müddəti qurtardıqdan sonra onun müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilməsi üçün ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsinin olmaması kifayətdir.
31. Hazırki işdə də müqaviləyə xitam verilməsi ilə bağ lı tərəflərdən hər hansı bir tərəfindən digərinə bildiriş göndərilməmişdir. Eyni zamanda işin hallarından görünür ki, müqavilənin müddəti qurtardıqdan sonra da cavabdeh tərəfindən müqavilənin müddətindən sonrakı aylar üçün icarə haqqı üzrə ödənişlər həyata keçirilmişdir. Qeyd olunan faktlar isə təsdiq edir ki, tərəflər arasında işgüzar münasibətlər bu şəkildə həyata keçirilmiş, yəni müqavilənin müddəti qurtarsa da onlar arasında icarə hüquq münasibətləri davam etmişdir.
32. Habelə ödənişlər də yalnız elektron qaimələr əsasında həyata keçirilmişdir. Çünki cavabdehin ödənişlər etdiyi aylar üzrə təhvil-təslim aktı və ya digər sənəd tərtib edilməmişdir.
33. Müqaviləyə 1 saylə əlavədə icarə haqqının ƏDV-siz qeyd edilməsi, müqavilənin 4.2-ci bəndində isə qiymətlərə bütün vergilər və digər icbari ödənişlərin daxil edilməsi ilə bağlı dəlillər də əsassızdır.
34. Çünki müqaviləyə 1 saylı əlavədə aydın şəkildə müəyyən edilmişdir ki, aylıq icarə haqqının məbləği (aylıq 8500 manat) ƏDV 18% xaric göstərilmişdir.
35. İddiaçı tərəfindən cavabdehə göndərilən elektron qaimələr və cavabdeh tərəfindən aparılan ödənişlərdən də görünür ki, aylıq icarə haqqı olan 8500 manat məbləğə ƏDV daxil deyil. 36. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2022-ci il 20 aprel tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə d ə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
37. Qeyd olunan halları və MM-in 404.1 və 404.2-ci maddələrinin tələbləri nəzərə alınaraq hesab edilir ki, tərəflər arasında müqavilənin müddəti qurtarsa da onlar arasında icarə hüquq münasibətləri davam etmiş, ödənişlər yalnız elektron qaimələr əsasında həyata keçirilmiş v ə müqaviləyə əlavədə müəyyən edilən aylıq icarə haqqına ƏDV daxil edilməmişdir.
38. Birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
39. Məhkəmə öz qətnaməsini MM-in 404.1, 404.2, 700.1-ci maddələrinə, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 5-ci bəndinə istinad etməklə əsaslandırmışdır.
40. Qətnamə 2023-cü il 27 yanvar tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.
41. Cavabdehin nümayəndəsi və vəkili 2023-cü il 16 mart tarixində kassasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
42. MM-in 340.2, 324, 389, 337.1, 337.3-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarı üzrə: Apellyasiya məhkəməsi də, birinci instansiya məhkəməsi kimi tərəflər arasındakı faktiki hüquq münasibətlərinini və belə olan halda tətbiq edilməli hüquq normalarının əhatə dairəsini düzgün müəyyən etməmişdir. Belə ki Apellyasiya məhkəməsi öz mövqeyində iddiaçı tərəfindən podrat işlərinin görülməsi ilə bağlı qeyd etmişdir ki, həmin dəlillər hər hansı sübutla təsdiq olunmur. Lakin birinci instansi ya məhkəməsində işə baxılması zamanı cavabdeh tərəfinin müvafiq işlərə cəlb edilmələrini etiraf etmələrini, apellyasiya baxışında isə bunu təkzib etməsini aydınlaşdırmamışdır. Cavabdeh tərəf məhz bu səbəbdən bu fakta dair hər-hansı sübutun təqdim edilməsini zəruri hesab etməmişdir. Məhkəmə işə baxarkən tərəflər arasındakı hüquq münasibətlərinin və mövcud müqavilənin etibarlılığını apellyasiya şikayətində də vurğulanmış olan Konstitusiya Məhkəməsinin mövqeyinə uyğun müəyyən etməmişdir. Hər iki məhkəmə instansiyası icarə münasibətlərinə dair hüquq normalarına istinad etməkdə haqlı olmamışdır.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarı üzrə: Məhkəmə qətnaməsinin 36-cı bəndində qeyd edilən qərara istinad etsə də mübahisələndirilməmiş elektr on vergi-hesab fakturalarına münasibətdə Konstitusiya Məhkəməsinin ifadə etmiş olduğu xüsusat və faktorları nəzərə almamışdır. Belə ki, iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla Məhkəmə tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməmişdir. Məhkəmə mövqeyini sadəcə cavabdehin elektron qaiməyə sistem üzərindən hər-hansı etiraz bildirilmədiyinə və edilmiş hissəvi ödənişlərə istinad etməklə kifayətlənmişdir.
44. MPM-in 388-ci maddəsi üzrə: Məhkəmənin qətnaməsinin 28-ci bəndindəki mövqeyi qeyri-müəyyəndir. Belə ki, Cavabdeh tərəf müqaviləyə xitam verilməsinin hüquqi əsaslarına dair ümumiyyətlə qeyd edilən formada dəlil təqdim et mədiyi halda xitamla bağlı işə aid olmayan mövqe ifadə etmişdir. Belə ki, tərəflər ümumiyyətlə müqaviləyə xitam verilməsi təşəbbüsü barədə nə mövqe, nə də hər-hansı iddia irəli sürməmişlər. Cavabdeh tərəfindən məhkəmə baxışı zamanı sadəcə müqavilə müddətinin bitməsi, həmin müqaviləyə isə icarə hüquq münasibətlərinin tənzimləyici normalarının tətbiq edilməli olmamasını ifadə etmişdir. Məhkəmən qətnaməsinin 23cü bəndində qeyd edilmiş “İcarə haqlarının tam ödənilməməsi faktını cavabdehin özü də iddiaya münasibətində etiraf etmişdir” mülahizəsi isə ümumiyyətlə absurddur. Belə ki, Cavabdeh ödənilən məbləğlər heç bir halda “icarə haqqı” kimi müəyyən etməmişdir. Məhkəmə tərəflər arasındakı hüquq münasibətərini nəzərə almamış, Cavabdeh tərəfindən verilmiş arqumentlərə hüquqi qiymət verməmişdir. Mə hkəmənin qismən ödənişləri, eyni zamanda etiraz edilməmiş qaimələri əsas gətirməklə, yəni iş üçün əhəmiyyətli fakttları tam araşdırmamaqla qərar qəbul etmişdir.
45. MPM-in 387-ci maddələri üzrə: Tərəflər arasındakı münasibətlərin müəyyən olunması ilə bağlı Kollegiyanın Cavabdehin dəlillərinin sübutla təmin olunmadığına dair istinadı da təəsüf doğurur. Belə ki, apellyasiya baxışı zamanı Cavabdeh tərəfindən birinci instansiya məhkəməsindəki icraat zamanı aparılmış video müşahidə görüntülərinə və iclas protokollarına baxılması bildirilmiş, İddiaçı tərəfinin bu faktı iclas zamanı etiraf etməsi diqqətə çatdırılmışdır. Buna isə apellyasiya baxışı zamanı İddiaçının hər-hansı etiraz və mülahizəsi olmamışdır. Cavabdeh birinci instansiya məhkəməsində baxış zamanı aşkar şəkildə iddiaçıya sual ünvanla mış, iddiaçı isə sualı cavablandıraraq tərəflərindən avadanlığı istifadə edilə bilməsi üçün zəruri bilik və təcrübəsi olan şəxsin cəlb edilməsi faktını bildirmişdir. Belə olan halda, Cavabdeh nəyə görə bu fakta dair əlavə sübut təqdim etməli olduğu isə müəmmalı qalır.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarı üzrə: Məhkəmə qətnaməsinin 36-cı bəndində qeyd edilən qərara istinad etsə də mübahisələndirilməmiş elektron vergi-hesab fakturalarına münasibətdə Konstitusiya Məhkəməsinin ifadə etmiş olduğu xüsusat və faktorları nəzərə almamışdır. Belə ki, iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla Məh kəmə tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməmişdir. Məhkəmə mövqeyini sadəcə Cavabdehin elektron qaiməyə sistem üzərindən hər-hansı etiraz bildirilmədiyinə və edilmiş hissəvi ödənişlərə istinad etməklə kifayətlənmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmiş və etirazını aşağıdakı kimi əsaslandırmışdır. Cavabdeh birinci instansiya məhkəməsi dövründə, iddiaçıya məktub göndərərək, borcunun ödənilməsi üçün vaxt istəmiş, bununla da borclu olduğunu rəsmi təsdiq etmiş və borcunu ödəyəcəyinə söz vermişdir (həmin borcun etiraf və öhdəlik məktubu isə əlavə olunmuşdur). Birinci instansiya məhkəməsində bu məsələyə münasibət bildirilmədiyi halda. Apellyasiya Məhkəməsində cavabdeh tərəfin vəkili və nümayə ndəsi borc və öhdəlik məktubuna münasibət bildirərək, cavabdehin borclu olduğunu etiraf etmiş, lakin bu borcun məbləğinin tələb qoyulduğu məbləğdə deyil, cəmi 8.000 manat olduğunu bildirmişdir. Lakin bu məbləğin haradan götüldüyünə aydınlıq gətirməmişdir. Cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqaviləyə istinad edərək, iddiaçının müqavilə müddəti bitəndən sonra” malların, işlərin və xidmətlərin təqdim edilməsi qaimələrini” təqdim etdiyini bildirməklə, iddiaçının müqavilə şərtlərinə əməl etmədiyini bildirmişdir. Halbuki, iddiaçının müqavilə müddəti bitdikdən sonra 9 ay ərzində təqdim etdiyi 7 qaiməyə, məhkəmə öncəsi verilən pretenziyaya hər hansı formada etiraz bildirməmiş, əksinə həmin müddət ərzində görülmüş işlərə görə iddiaçıya 41.890 manat ödəniş etməklə sonrakı müddətlərdə də qarş ılıqlı şifahi razılaşma əsasında (aksept oferta) iddiaçı tərəfindən işlərin görüldüyünü, verilmiş iddia həcmində borclu olduğunu təsdiq etmişdir. Kassasiya şikayəti təmin olunmamalı, Bakı Apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
48. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
49. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
50. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instan siyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəs inin icrasını tələb etmək hüququ vardır....” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq... 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəli klərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş fai z ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....” 52. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
13. İcarə müqaviləsinin dəyişdirilməsi, pozulması, xitamı və uzadılması...
5. Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər....”
53. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” müddəalarında “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
54. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 42-46) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, həmin dəlillər əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 yanvar tarixli 2-2(103)-96/2023 saylı qətnaməsi dəyişdi rilmədən saxlanılmalıdır.
55. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək icarə obyektini cavabdehə icarəyə vermiş, lakin cavabdeh müqavilə tələblərini əhəmiyyətli dərəcədə pozaraq, icarə haqlarını tam olaraq iddiaçıya ödəməmiş, iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilərək, icarə haqqının ödənilməsi tələb edilmişdir. Cavabdeh də həmin elektron qaimələri qəbul etmiş və onlara dair hər hansı etirazını bildirməmişdir. Həmin elektron qaimələr elektron qaydada oxunmuş və iddiaçıya qaytarılmamışdır. Eyni zamanda, cavabdeh tərəfindən qismən ödənişlər də (cəmi 56.935 manat) edilmişdir.
56. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilinə (bax § 42) münasibətdə bildirir ki, podrat işlərinin görülməsi ilə bağlı nə iş materiallarında, nə də müqavilədə hər hansı dəlilə və müddəaya rast gəlinir. Belə ki, hazırkı iddia tələbi icarə müqaviləsinin cavabdeh tərəfindən öhdəliyinin tam yerinə yetirilməməsindən qaynaqlanır, ENC.SER /05/20 saylı müqavilənin predmetindən də aydın görünür ki, müqavilə icarə müqaviləsidir.
57. Kassasiya şikayətinin digər dəlilinə (bax § 43) münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin müddəti qurtardıqdan sonra da cavabdeh tərəfindən müqavilənin müddətindən sonrakı aylar üçün icarə haqqı üzrə ödənişlər həyata keçirilmişdir. Qeyd olunan faktlar isə təsdiq edir ki, tərəflər arasında işgüzar münasibətlər bu şəkildə həyata keçirilmiş, yəni müqavilənin müddəti qurtarsa da, onlar arasında icarə hüquq münasibətləri davam etmişdir.
58. İcarə haqlarının tam ödənilməməsi fa ktını cavabdehin özü də iddiaya münasibətində etiraf etdiyindən, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı müqavilə üzrə ödənilməli olan, lakin ödənilməyən 28.320 manat məbləğində icarə haqqının ödənilməsini tələb etməkdə tam haqlıdır.
59. Qeyd olunan hallar və MM-in 404.1 və 404.2-ci maddələrinin tələbləri nəzərə alınaraq hesab edilir ki, tərəflər arasında müqavilənin müddəti qurtarsa da, onlar arasında icarə hüquq münasibətləri davam etmiş, ödənişlər yalnız elektron qaimələr əsasında həyata keçirilmiş və müqaviləyə əlavədə müəyyən edilən aylıq icarə haqqına ƏDV daxil edilməmişdir.
60. Kassasiya şikayətinin digər dəlilləri apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni lazı mi qaydada əsaslandırmışdır.
61. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından kassasiya şikayətinin sözügedən dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, MPM-in 217.1-ci maddəsinə uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
62. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR:
63. Cavabdeh QSC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 yanvar tarixli 22(103)-96/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qü