Məhkəmə qərarları › İş №2-2(102)-245/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-245/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-245/2025 19.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının iddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam, işdə iştirak edən hüquqi şəxs ləğv edildikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi, hakimlər Şamayev Elşad Yaquboviç və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı “pulun tutulması tələbinə dair” (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti olmaqla) kom mersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 15 yanvar tarixli 2-2(103)-83/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2019-cu il 17 yanvar tarixli 02-B/19 nömrəli borc müqaviləsinə əsasən "xxxx" ASC dövriyyə vəsaiti üçün "xxxx" MMC-yə borc vermiş, borc alan isə onu müqavilə şərtlərinə uyğun qaytarmağı öhdəsinə götürmüşdür. Müqaviləyə görə 334.924 manat borcun 2019cu il 17 aprel tarixədək verilməsi və həmin tarixədək tam həcmdə qaytarılmalı olması müəyyən edilmişdir.

2. Müqavilənin 3.2-ci bəndinə əsasən borc yalnız köçürmə yolu ilə qaytarılmalıdır. 2019-cu il 18 yanvar tarixli ödəniş tapşırığı ilə 334.924 manat "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür. 3. 20 19-cu il 4 dekabr tarixli 13-B/19 nömrəli borc müqaviləsinə əsasən "xxxx" MMCyə dövriyyə vəsaiti üçün borc verilmiş və müəyyən olunmuş şərtlərə uyğun qaytarılması nəzərdə tutulmuşdur.

4. Müqaviləyə görə borc 2020-ci il 4 noyabr tarixinədək verilir və həmin müddət başa çatanadək tam şəkildə qaytarılmalıdır. Müqaviləyə görə borcun məbləği 250.000 manat, qaytarılması üsulunun yalnız köçürmə yolu olması müəyyən edilmişdir. 5. 2019-cu il 4 dekabr tarixli ödəniş tapşırığı ilə 250.000 manat "xxxx" MMC-nin hesabına köçürülmüşdür. 6. 2018-ci il 27 noyabr tarixli 15-B/18 nömrəli borc müqaviləsinə əsasən "xxxx" MMC 2-ci şüşə bişirən sobanın avadanlıqlarının texniki auditi üçün 142.529 manat borc almışdır. Müqaviləyə əsasən borc 2019-cu il 27 fevral tarixinədək olan müddət üçün verilmişdir. 2018-ci il 28 noyabr tarixli ödəniş tapşırığı ilə 142.529 manat məbləğində borc "xxxx" MMC-nin hesabına köçürülmüşdür. 7. 2021-ci il 4 iyun tarixli BE 4/21 nömrəli borc etirafı müqaviləsinə əsasən "xxxx" MMC 2018-ci il 27 noyabr, 2019-cu il 17 yanvar və 2019-cu il 4 dekabr tarixli borc müqavilələri üzrə 590.000 manat borcunun olduğunu etiraf etmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən borcun son qaytarılma müddəti 2021-ci il 31 dekabr müəyyən olunmuşdur. 8. 2023-cü il 10 fevral tarixli R1/23 nömrəli razılaşmaya əsasən "xxxx" MMC-nin "xxxx" MMC-yə borcunun qaytarılması və xidmət haqqının ödənilməsi şərtləri müəyyən edilmişdir.

9. İddiaçı tərəfindən 2023-cü il 3 mart, 2023-cü il 16 fevral və 2023-cü il 13 fevral tarixlərində "xxxx" MMC-yə müvafiq olaraq 17.491,14 manat və 34.982,28 manat məbləğində öd ənişlər edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 10. "xxxx" ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2024-cü il 19 aprel tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 2018-ci il 27 noyabr tarixli 15-B-/18 nömrəli, 2019-cu il 17 yanvar tarixli 02-B/19 nömrəli və 2019-cu il 4 dekabr tarixli 13-B-/19 nömrəli müqavilələrə əsasən ümumilikdə yaranmış 659.964,59 manat məbləğində borcun və 949.96 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2018-ci il 27 noyabr tarixli 15-B/18 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə texniki audit üçün 142. 529 manat məbləğində borc vermişdir. Daha sonra 2019-cu il 17 yanvar tarixli 02-B/19 nömrəli müqavilə ilə 334.924 manat, 2019-cu il 4 dekabr tarixli 13-B/19 nömrəli müqavilə ilə isə 250.000 manat məbləğində vəsait ayrılmışdır. Lakin cavabdeh bu borclar üzrə öhdəliklərini tam yerinə yetirmədiyindən 659.964,59 manat məbləğində ödənilməmiş borc yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 oktyabr tarixli 2979 nömrəli sərəncamı ilə "xxxx" ASC-nin bəzi müəssisələrinin özəlləşdirilməsi nəzərdə tutulmuş, bunun icrası çərçivəsində Əmlak Məsələləri Dövlət Xidmətinin 2023-cü il 28 fevral tarixli 45 nömrəli sərəncamı ilə "xxxx" MMC-nin adı dəyişdirilərək Cavabdeh ASC olmuşdur. Nəticədə hüquqi şəxsin reyestr məlumatları yenilənmiş və dövlət qeydiyyatına alınmışdır. İddiaçı 2024-cü il 6 fevral tarixdə cavabdehə 13-5/2-0052/2024 nömrəli pretenziya məktubu göndərərək 2024-cü il 2 fevral tarixinə olan 659.964,59 manat borcun 5 gün ərzində ödənilməsini tələb etmiş, lakin cavabdeh bu tələbi yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək cavabdehdən müqavilə üzrə ödənilməmiş borcun tam məbləğdə tutulmasını tələb edir.

12. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 4 iyun tarixli e-2-2(113)-3118/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

13. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək ərizəsini belə əsaslandırmışdır ki, iddiaçının borc müqavilələri üzrə ödənişlər 2019-cu il 27 fevral, 2019cu il 17 aprel və 2020-ci il 4 noyabr tarixlərində tam başa çatmalı idi. Qanunvericiliyin tələblərinə əsasən müqavilə öhdəliklərindən irəli gələn tələblər üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Həmçinin icra müddəti təyin olunmuş öhdəliklər üzrə iddia müddəti həmin müddət bitdikdən sonra hesablanmağa başlayır. Qanunvericilikdə iddia müddətinin axımını dayandıran hallar sadalanmış, lakin bu mübahisəyə aid edilə biləcək bir əsas göstərilməmişdir. İddiaçının 2021-ci il 4 iyun tarixli borcun etirafına dair müqaviləni əsas gətirməsi isə qəbul edilə bilməz, çünki həmin sənəd cavabdehin iradəsini əks etdirmir. O, həmin dövrdə iddiaçının tabeliyində olduğundan bu sənəd iddia müddətinin axımını dayandırmamalıdır. Bundan əlavə, razılaşma cavabdehin iddiaçının tabeliyindən çıxmasına cəmi 18 gün q almış imzalanmışdır ki, əgər cavabdeh borcu etiraf etmək niyyətində olsaydı, bunu daha əvvəl edə bilərdi. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2001-ci il 27 dekabr tarixli qərarında vurğulandığı kimi iddia müddətinin tətbiqi hüquq münasibətləri iştirakçılarını intizamlaşdırır və uzun müddət keçdikdən sonra sübutların mötəbərliyinin yoxlanılmasını çətinləşdirən halların qarşısını alır. Bu səbəbdən cavabdeh iddia müddətinin bitdiyini əsas gətirərək iddianın təmin olunmamasını xahiş etmişdir.

14. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 3 sentyabr tarixli e-2-2(113)3118/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş cavabdehdən 659.964,59 manat məbləğində pul, ödənilmiş 949,96 manat dövlət rüsumu, ümumilikdə 660.914,55 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət e dilmişdir (hakim – “Ü.Həsənova”).

15. Məhkəmənin mövqeyi belə olmuşdur ki, iddia müddəti keçməmişdir. Borc müqavilələrində öhdəliklərin icrası üçün müəyyən edilən son tarixlərə əsasən 3 illik iddia müddəti ərzində tərəflər arasında 2021-ci il 4 iyun tarixli yeni razılaşma bağlanmış və borcun qaytarılması müddəti 2021-ci il 31 dekabr tarixinədək uzadılmışdır. Bu da iddia müddətinin axımını kəsmiş və nəticədə iddiaçının 2024-cü il 19 aprel tarixində məhkəməyə müraciət etməsi iddia müddətinin ötürülmədiyini göstərmişdir. Məhkəmə cavabdehin "xxxx" MMC-yə olan borcunu inkar etməsini əsassız saymışdır. Çünki müqavilələr və elektron qaimələr cavabdehin faktiki olaraq bu borcu ödəməli olduğunu göstərmişdir. Nəticə etibarilə, məhkəmə iddiaçının 590.000 manat borc müqavilələri üzrə və 69.964,56 mana t borcun ödənilməsi barədə razılaşmaya əsasən ümumilikdə 659.964,59 manat tələbini əsaslı sayaraq iddianı təmin etmişdir.

16. Gəldiyi nəticəni məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 399.1, 442, 739.1, 739.2, 882.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

17. Qətnamədən cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək qətnamənin ləğv olunmasını xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 15 yanvar tarixli 2-2(103)-83/2025 nöm rəli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir (sədrlik edən – T.Mahmudova, hakimlər – Z.Şirinov və E.Həsənov).

19. Apellyasiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, "xxxx" ASC-nin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 431 nömrəli sərəncamı ilə "xxxx" ASC ləğv edilmişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlmişdir ki, iş üzrə tərəflərdən biri olan hüquqi şəxs ləğv olunduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.

20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MPM-in 261.0.8, 384.0.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. Qərardaddan iddiaçı kassasiya şikayəti ve rərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. MM-in 59-61-ci maddələri, "xxxx" ASC-nin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 431 nömrəli Sərəncamı və "xxxx" ASC-nin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında “Azərbaycan Respublikası Prezidentinin 2024cü il 27 dekabr tarixli 431 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 7 yanvar tarixli 5s nömrəli Sərəncamı üzrə - MM-in 59.2-ci maddəsinə əsasən, hüquqi şəxsin ləğvi mərhələli bir prosesdir və ləğvetmə komissiyası təyin olunduqdan sonra həyata keçirilir. Məcəllənin 60.2-ci maddəsinə görə ləğv prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. İddiaçının ləğvi ilə bağlı verilmiş sərəncamlar və kommersiya qurumlarının dövlət reyestrindəki məlumatlar göstərir ki, hüquqi şəxs hələ də hüquq qabiliyyətinə malikdir. MM-in 61.12-ci maddəsinə görə hüquqi şəxsin ləğvi yalnız bu barədə qeydin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış hesab edilir. Hazırda isə iddiaçı yalnız ləğv prosesinin ilkin mərhələsindədir və hüquqi şəxs kimi fəaliyyətini davam etdirir. Ləğvetmə komissiyası təyin edilənə qədər hüquqi şəxsin məhkəmədə çıxış etmək hüququ qüvvədə qalır. Məcəllənin 60.4-cü maddəsinə əsasən ləğvetmə komissiyası təyin edilənədək hüquqi şəxsin işlərini idarə etmək hüququ ləğv edilmir. Bu səbəbdən apellyasiya məhkəməsinin iddiaçının ləğvini əsas gətirərək iş üzrə icraata xitam verməsi qanunsuz olmuşdur. Çünki hüquqi şəxs ləğvin ilkin mərhələsindədir və hələ də hüquq qabiliyyətinə malikdir. Məhkəmə, iddiaçının ləğvi ilə bağlı sərəncamları və hüquqi şəxsin hüquqlarını nəzərə almadan, sadəcə tərəflərin ərizələrinə əsaslanaraq icraata xitam verib. Bu isə mülki qanunvericiliyin tələblərinə ziddir.

23. MPM-in 261.0.8-ci maddəsi üzrə - hüquq normasının məzmununun düzgün müəyyən edilməsi və tətbiqi hüquq sisteminin əsasını təşkil edir. Əks halda, səhv tətbiq mənfi nəticələrə səbəb olur. Lakin məhkəmənin qərarında prosessual əsaslarla icraata xitam verilərkən hüquq normasının mahiyyəti açıqlanmamış, sadəcə olaraq müvafiq norma o lduğu kimi yazılmışdır. Bu isə prosessual qanunvericiliyin kobud şəkildə pozulması deməkdir. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması məhkəmə aktının ləğvi üçün əsasdır. MPM-in 418.3-cü maddəsinə görə isə, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnibsə və ya nəticələnə bilərsə, qərar ləğv edilməlidir. Apellyasiya instansiyası məhkəməsi kommersiya işinə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə qəbul edilən akt qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bu səbəbdən həmin məhkəmə aktının ləğvi tələb olunur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvaf iq müddəalarında “Maddə

59. Hüquqi şəxsin ləğvi 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. 59.2. Hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər: 59.2.1. onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq;...” Maddə

60. Hüquqi şəxsin ləğvi haqqında qərar 60.1. Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. 60.

2. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır.... 60.4. Ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) borcların ödənilməsi və qalıq gəlirin saxlanıla bilməsi üçün hüquqi şəxsin əmlakını iqtisadi cəhətdən səmərəli, qiymət baxımından sərfəli və tez bir zamanda satılması, borcların ödənilməsindən sonra qalan əmlakın iştirakçılar arasında bölüşdürülməsi, məqsədilə onun işini davam etdirir. Qeyri-kommersiya təşkilatı ləğv edildikdə onun borclarının ödənilməsindən sonra qalan əmlakın hüquqi müqəddəratı bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq həll edilir....” Maddə

61. Hüquqi şəxsin ləğvi qaydası … 61.12. Hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır....”

28. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.8. işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa;...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfində n bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində iddiaçı tərəf kimi çıxış etmiş hüquqi şəxsin ləğv edildiyini əsas gətirərək iş üzrə icraata xitam vermişdir.

26. Məhkəmə kollegiyası hazırkı iş üzrə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir, lakin bu proses mərhələli şəkildə həyata keçirilir və ləğv etmə tarixi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi an hesab olunur və hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır (MM-in 59.1 və 61.12-ci maddələrinə əsasən).

28. Həmçinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.7-ci maddəsinə əsasən qurumun ləğv edilməsi barədə reyestrdə müvafiq qeydlər aparılır. Dövlət reyestrindən çıxarılmış hüquqi şəxslər fəaliyyət göstərə bilməz.

29. Həm MM-in göstərilmiş normasının, həm də adı çəkilən Qanunun uyğun maddəsinin əlaqəli surətdə təhlili onu göstərir ki, hüquqi şəxsin fəaliyyəti bu şəxsin ləğv edilməsi barədə qeydin dövlət qeydiyyatına alınması anına kimi davam edir.

30. Bundan başqa o da qeyd edilməlidir ki, hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır (MM-in 60.1 və 60.2-ci maddələrinə əsasən). Həmçinin həmin Məcəllənin 61.3-cü maddəsində göstərilmişdir ki, ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) kreditorları aşkar etmək və debitor borcunu almaq üçün tədbirlər görür.

31. Göründüyü kimi hüquqi şəxs dövlət qeydiyyatından çıxarılanadək hüquq subyekti kimi mövcud olmaqla hüquq və vəzifələrə malikdir. Yəni hüquqi şəxsin ləğv edilməsi barədə hər hansı aktın, o cümlədən qeyri-normativ hüquqi aktın çıxarılması onun hüquq subyekti statusuna dərhal son qoymur. Bununla bağlı yaradılan ləğvetmə komissiyası hüquqi şəxsin hüquq və öhdəliklərinin icrasını həyata keçirir.

32. Həmçinin yuxarıda qeyd olunmuş MM-in 61.3-cü maddəsindən də aydın olur ki, ləğvetmə komissiyasının əsas funksiyalarından biri hüquqi şəxsin tələblərini təmin etmək və mübahisəli məsələlərin hüquqi yolla həllinə yönəlmiş tədbirlər görməkdir. Bu isə o deməkdir ki, ləğv prosesində olan hüquqi şəxs, ləğvetmə komissiyası vasitəsilə öz hüquqlarını məhkəmədə müdafiə etmək imkanını saxlayır.

33. Hazırkı işin materiallarından da görünür ki, iddiaçı tərəf olan hüquqi şəxsin dövlət qeydiyyatı hələ ləğv olunmamışdır. 34. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında Azərbayc an Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli Sərəncamının və Nazirlər Kabinetinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 431 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə 2025-ci il 7 yanvar tarixli Sərəncamının müddəalarından da görünür ki, iddiaçı tərəf olan hüquqi şəxs hələ ləğv prosesinin ilkin mərhələsindədir.

35. Belə olan təqdirdə onun hüquq subyektliyi də mövcud olmaqda davam edir.

36. MPM-in 261.0.8-ci maddəsinə əsasən işdə iştirak edən hüquqi şəxs ləğv edildikdə iş üzrə icraata xitam verilməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəf kimi çıxış edən hüquqi şəxsin tam olaraq ləğv edilməsi məsələsini (MM-in 61.12 -ci maddəsinin tələbləri baxımından) kifayət qədər araşdırmadan iş üzrə icraata xitam vermişdir ki, bu da yuxarıda adı çəkilən normaların tələblərinin pozulmasına səbəb olmuşdur.

37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mülki qanunvericiliyin yuxarıda göstərilmiş normalarının tələblərini pozmaqla çıxarılmış yanlış qərardad ləğv edilməli və iş yenidən mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 15 yanvar tarixli 2-2(103)-83/2025 nömrəli qərardadı ləğv edilsi n və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar