Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-247/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-247/2020 Bakı şəhəri xx xxxxxx 2020-ci il Açar sözlər: vergi borclarının vaxtında və tam ödənilməməsi səbəbindən siyahıya alınmış əmlakın açıq hərracda satılması vasitəsi ilə borcun tutulması; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Bəhman Qəribov və Bəhram Məmmədlidən ibarət tərkibdə, məhkəmə iclasının katibi Elgün Lətifovun iştirakı ilə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tər əfindən Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e2-2(103)-88/20 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx xxx 2017-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 47.787,27 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1.000.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, cavabdeh vergi ödəyicisi qanunvericiliklə nəzərdə tutulmuş vergiləri dövlət büd cəsinə vaxtında ödəməmiş və onun vergi borcu yaranmışdır. Cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği ödənilməmişdir. Bu səbəbdən, qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehin xx xxx 2017-ci il tarixə olan 54.918,27 manat borcuna görə 1.000.000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx xxx 2019-cu il tarixli protokol tərtib olunmuşdur. Lakin əmlakı siyahıya alındıqdan 30 gün keçməsinə baxmayaraq, cavabdehin dövlət büdcəsinə 47.787,27 manat vergi borcu ödənilməmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-964/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, cavabdeh vergiləri tam həcmdə və vaxtında ödəmədiyindən, iddiaçı vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq cavabdehə məxsus əmlakı siyahıya almaqda, bundan sonra isə qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində vergi borcu ödənilmədiyindən borcun tam şəkildə ödənilməsinin təmin edilməsi üçün borcun cavabdehin siyahıya alınmış əmlakına yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. Ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələblərinin rədd edilməsinə dair yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 202 0-ci il tarixli, e2-2(103)-88/2020 saylı qətnaməsi ilə (sədrlik edən Cahangir Yusifov, hakimlər Valeh Ağayev və Afaq Nuriyeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İş materiallarından və elektron sistemə yerləşdirilmiş sənədlərə görə, cavabdeh vergi ödəyicisinin xx xxx 2017-ci il tarixə dövlət büdcəsinə ümumilikdə 54.998,27 manat məbləğində vergi borcu yaranmış, bununla bağlı ona iddiaçı tərəfindən vergi qanunvericiliyinin tələblərinə əsasən: - xx xxxx 2017-ci il tarixdə cavabdehin “xxxxxxxxxxxx” ASC-də olan hesabına 55.095,98 manat məbləğində sərəncam qoyulmuş; - xx xxx 2017-ci il tarixdə **********673400 saylı bildiriş göndərilmiş; - xx xxx 2017-ci il tarixdə onun əmlakının siyahıya alınması barədə qərar qəbul olunmuş (həmin qərara xx xxxxx 2019-cu və xx xxx 2019-cu il tarixli qərarlarla əlavələr edilmişdir); - xx xxx 2019-cu il tarixdə borclarını ödəmədiyinə görə (daşınmaz əmlakın dövlət reyestrindən məlumat əldə olunaraq) cavabdehin qanuni təmsilçisinin iştirakı ilə şirkətə məxsus - ünvan 1 ünvanında yerləşən ******* manat qiymətində qeyri-yaşayış binası siyahıya alınmış; - həmin tarixdə əmlakın siyahıya alınması barədə protokol tərtib olunmuş, həmin siyahı və protokol cavabdehin direktoru tərəfindən imzalanmışdır; - əmlak şirkətin direktoru X1 verilmiş və ona məsuliyyəti barədə xəbərdarlıq verilmişdir; - xx xxx 2019-cu il tarixdə şirkətə xəbə rdarlıq ünvanlanaraq əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdehin şəxsi hesab vərəqindən görünür ki, onun xx xxx 2017-ci il tarixə olan 47.787,27 manat məbləğində borcu ödənilməmiş qalmış, iddiaçı xx xxxxxx 2019-cu il tarixdə onun siyahıya alınmış əmlakının açıq hərracda satılması tələbinə dair elektron kabinet vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehə məxsus əmlak siyahıya alınan zaman onun qiyməti 1.000.000 manat məbləğində təsbit olunmuş və bununla bağlı tərtib olunmuş protokol cavabdehin qanuni təmsilçisi tərəfindən imzalanmışdır. Həmçinin, cavabdeh tə rəfindən iddiaçıya xx xxx 2019cu il tarixli əlyazma arayış təqdim olunaraq sihyahıya alınmış həmin əmlakın bazar qiymətinin 1.000.000 manat olduğu qeyd olunmuş və həmin arayış imza və şirkətin möhürü ilə təsdiqlənmişdir. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətinin əmlakın siyahıya alınması barədə xx xxx 2017-ci il tarixli qərarın iddiaçı departamentin baş direktorunun müavininin müvafiq səlahiyyətinin mövcud olmadığına dair dəlili əsassız olmuşdur. Belə ki, iş materiallarına əsasən onun həmin qərarı qəbul etmək səlahiyyəti olmuşdur. Bundan başqa, qanunvericilik vergi ödəyicisinin əmlakının siyahıya alınması zamanı zəruri olarsa və ya xüsusi biliyə ehtiyac yaranarsa ekspert və mütəxəssisin dəvət olunmasını nəzərdə t utmuşdur. Qanunvericilik siyahıya alınmış əmlakın qiymətləndirilməsinin qanuni qüvvəsini almış məhkəmə qərarı icraya yönəldikdən sonra icra məmuru tərəfindən həyata keçirilməsini müəyyən etmişdir ki, göstərilənlər cavabdehin əmlakının siyahıya alınması zamanı mütəxəssis və ya ekspertin dəvət olunmasına zərurəti istisna etmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normalar kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-1, 24.0.1, 44.1, 45.1, 65.1, 89.1, 89.7, 89.10, 90.1, 90.3, prosessual hüquq normlar kimi Azərbaycan Respublikası MPM-nin 228-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən cavabdeh kassasiya şikayəti verərəkonun ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasın ı xahiş etmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, vergi qanunvericiliyi birmənalı şəkildə vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında müvafiq qərarları qəbul etmə səlahiyyətini yalnız vergi orqanının rəhbərinə vermişdir. İddiaçının “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” **********1 saylı, xx xxx 2017-ci il tarixli qərarı isə departamentin baş direktorunun müavini tərəfindən qəbul edilmişdir. Başqa bir dəlillə bildirilmişdir ki, şirkətə məxsus ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasının qiyməti mütəxəssis cəlb edilmədən iddiaçının mülahizələrinə əsasən 1.000.000 manat dəyərində müəyyən edilmişdir. Həmçinin mübahisəyə məhkəmədə baxılarkən şirkətə məxsus əmlakın bazar qiymətinin aşağı dəyərləndirilməsi nəzə rə alınmamış və real bazar qiymətinin müəyyən edilməsi üçün ekspertiza keçirilməmiş, apellyasiya məhkəməsi isə iş materiallarını sadalamaqla kifayətlənməklə mütəxəssis rəyinin zəruri olmaması qənaətinə gəlmişdir. Dəlillərin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.7 və 89.9-cu, prosessual hüquq normlar kimi Azərbaycan Respublikası MPM-nin 88-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsinin gəldiyi nəticəyə görə, iddiaçı departamentin baş direktorunun müavininin cavabdehin əmlakının siyahıya alınması barədə xx xxx 2017-ci il tarixli qərarı qəbul etməkdə səlahiyyətli olması iş materiall arı ilə öz təsdiqini tapmışdır. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlilinə görə, verdi qanunvericiliyin tələblərinə zidd olaraq əmlakın siyahıya alınması barədə xx xxx 2017-ci il tarixli qərar iddiaçı departamentin rəhbəri tərəfindən deyil, departamentin baş direktorunun müavini tərəfindən qəbul edilmişdir. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 89.7-ci maddəsinə əsasən, əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir; - 89.9-ci maddəsinə əsasən, əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanının vəzifəli şəxsləri vergi ödəyicisinə (onun nümayəndəsinə) siyahıya alınma h aqqında vergi orqanının rəhbərinin qərarını və özlərinin səlahiyyətlərini təsdiq edən sənədi təqdim etməlidirlər. Maddələrin tələblərindən göründüyü kimi, əmlakın siyahıya alınması barədə qərar bilavasitə vergi orqanının rəhbəri tərəfindən qəbul edilməlidir və vergi ödəyicisinə və ya onun nümayəndəsinə təqdim olunmalıdır. Apellyasiya məhkəməsi qətnaməsində bildirmişdir ki, işin hallarını müəyyən edən sübutlar işin materillarında və elektron sistemdə yerləşdirilmişdir. İşin hallarınna əsasən, “Vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqıda” xx xxx 2017-ci il tarixli qərar qəbul edilmiş və həmin qərardan göründüyü kimi, onu Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 baş direktorunun müavini X4 imzalamışdır. Qərarın surəti işin materillarına əlavə edi lmiş və elektron sistemdə mövcuddur. Apellyasiya məhkəməsi departamentin baş direktorunun müavininin göstərilən qərarı qəbul etmək səlahiyyətinin iş materialları ilə təsdiqini tapdığını qeyd etsə də, bunun hansı iş materialları ilə təsdiq olunmasına dair mövqeyini əsaslandırmamışdır. Halbuki, elektron sistemdə eyni zamanda “Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 struktur vahidlərinə nəzarətin (kuratorluğun) müəyyən edilməsi haqqında xx xxxxxx 2019cu il tarixli əmrin surəti yerləşdirilmişdir ki, həmin əmrin 2.2-ci bəndində müəyyən edilmişdir ki, departamentin kuratorluq həvalə edilmiş baş direktorun müəvinləri nəzarət sahələrinə aid olan strukturların fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sənədlərin (qərarların, tələbnamələrin, məktubların və fəaliyyətlə bağlı digər sənədlərin) imza lanması səlahiyyətinə malikdirlər. Qeyd edilmiş əmrin qəbul edilməsinin hüquqi əsası kimi “Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 Əsasnaməsinin” 6.1.4-cü bəndinə istinad edilmişdir. Azərbaycan Respublikası MPM-nin: - 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq «Elektron məhkəmə» informasiya sistemi vasitəsilə aparılır; - 10-1.3-ci maddəsinə əsasən. kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; - 10-1.5-ci maddəsinə əsa sən, bu Məcəllənin 10-1.3-cü və 10-1.4-cü maddələrində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddələrin tələblərindən göründüyü kimi, kommersiya mübahisələri üzrə məhkəmə icraatı «Elektron məhkəmə» informasiya sistemi vasitəsilə aparılmalıdır və həmin sistemdə tərəflərin yerləşdiyi sənədlər barədə yaradılan elektron kabinet vasitəsilə həm məhkəmə, həm də işdə iştirak edən tərəflər tanış olmalıdırlar. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bildirdiyi dəlil qismən əsaslıdır, çünki apellyasiya məhkəməsi işin halını müəyyən edən sübutu – elektron informasiya sistemində yerləşdirilmiş əmrin surətini qərarında dəqiq göstərməli və ona qiymət verməli idi. Bunun əksinə olaraq məhkəmə ümumi ifadə ilə cav abdehin əmlakının siyahıya alınması barədə qərarı qəbul etməkdə baş direktorun müavininin səlahiyyətli olduğunu iş materialları ilə öz təsdiqini tapdığını bildirmişdir. Bu halda apellyasiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin aşağıdakı müddəası pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin: - 220.4-ci maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Lakin məhkəmə kollegiyası hesab edir ki, bu əsas üzrə apellyasiya mə hkəməsinin qətnaməsi ləğv oluna bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin: - 418.3-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddənin tələbləri tətbiq edilərkən məhkəmə kollegiyası bildirir ki, apellyasiya məhkəməsi tərəfindən cavabdehin dəlilinə ümimi ifadə ilə qiymət verilmiş və qiymətləndirmənin əsasını təşkil edən sənəd elektron sistemdə yerləşdirilmişdir ki, bu hal düzgün olmayan qətnamənin qəbul edilməsi üçün əsas deyildir. Apellyasiya məhkəməsinin digər əsasına görə, qanunvericilik siyahıya alınmış əmlakın qiymətləndirilməsinin qanuni qüvvəsini almış məhkəmə qərarı icraya yönəldikdən sonra icra məmuru tərəfindən həyata keçirilməsini müəyyən etmişdir ki, göstərilənlər cavabdehin əmlakının siyahıya alınması zamanı mütəxəssis və ya ekspertin dəvət olunmasına zərurəti istisna etmişdir. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlilinə əsasən, vergi ödəyicisinin siyahıya alınan əmlakı mütəxəssis cəlb olunmadan iddiaçı orqanın mülahizələrinə əsasən qiymətləndirilmiş, habelə mübahisəyə məhkəmədə baxılarkən əmlakın real bazar dəyərinin müəyyən olunması üçün ekspertiza təyin olunmamışdır. Məhkəmə kollegiyası göstərilən dəlilin aşağıdakı qaydada qiymətləndirilməsini zəruri hesab edir. İlk olaraq qeyd olunmalıdır ki, cavabdeh kassasiya şikayətində dəlilin maddi hüquqi əsası barədə göstərməmiş, yalnız prosessual qanunveriliyin sübutların qiymətləndirilməsi ilə bağlı müd dəasına əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin: - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya məhkəməsinin mübahisləndirilən məsələ ilə bağlı qəbul etdiyi sübut cavabdehə məxsus əmlakın siyahıya alınmasına dair tərtib olunmuş protokolda onun dəyərinin 1.000.000 manat olması və protokolun cavabdehin qanuni təmsilçisi tərəfindən imzalanması ilə bağlıdır. Digər sübut kimi apellyasiya məhkəməsi cavabdeh tərəfindən iddiaçıya təqdim etdiyi xx xxx 2019-cu il tarixli əlyazma arayışına əsaslanmışdır ki, arayışda təqdim olunaraq sihyahıya alınmış həmin əmlakın bazar qiymətinin 1.0 00.000 manat olduğu qeyd olunmuş və həmin arayış cavabdehin imza və şirkətin möhürü ilə təsdiqlənmişdir. Məhkəmə kollegiyası sübutlara apellyasiya məhkəməsinin verdiyi qiymətləndirməyə münasibətdə qeyd edir ki, cavabdeh prosessual qanunvericiliyin tələbləri baxımından həmin sübutların həqiqiliyini mübahisələndirməmişdir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri pozulmamışdır. Belə ki, maddədə müəyyən edilmiş “...sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətin verilməsi” qaydasına münasibətdə məhkəmə kollegyası bildirir ki, apellyasiya məhkəməsi düzgün olaraq istinad etdiyi sübutlara Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.3-cü maddəsinin tələbləri baxımından qiymət vermişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 89.8-ci maddəsinə əsasən, əmlakın siyahıya alınması vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə vergi orqanı tərəfindən həyata keçirilir; - 89.10-cu maddəsinə əsasən, siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir; - 90.3-cü maddəsinə əsasən, əmlakın hərracda satılması məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakı, qanunvericiliyə müvafiq olaraq tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna edilməklə, «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən qiymətləndirilir. Məhkəmə qərarlarına əsasən verilən icra vərəqələri daxil olduqdan 10 (on) gün müddətində qiymətləndirici icra məmuru tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada dəvət olunur. Qiymətləndiricinin xidməti məhkəmənin qərarı ilə əmlakı satılan vergi ödəyicisi tərəfindən ödənilir. Maddələrin məzmunundan aydın olduğu kimi, əmlakın siyahıya alınması zamanı mütəxəssis yalnız zəruri hallarda cəlb oluna bilər, çünki qanunvericilik mütləq qaydada siyahıya alınmış əmlakın qiymətinin göstərilməsini müəyyən etməmişdir. Siyahıya alınmış əmlakın qiymətləndirilməsi isə ixtisaslaşdırılmış açıq hərracda satılmasına dair məhkəmə qərarının icra mərhələsində icra məmuru tərəfindən dəvət olunmuş qiymətləndirici tərəfindən həyata keçirilir. Maddələrin təl əblərini və apellyasiya məhkəməsinin qəbul etdiyi sübutların mübahisələndirilməməsini nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, əmlakın siyahıya alınması zamanı onun mütəxəssis cəlb olunmaqla qiymətləndirilməsinə zərurət olmamışdır. Beləliklə, Ali Məhkəmənin Kommersiya Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikaı MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bil ər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh nümayəndəsi və vəkiliVəkil1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e2-2(103)-88/20 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-2(102)-247/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-247/2020
18.08.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver