Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-247/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi, icarə haqqı tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Xıdırov Əhliman Mehman oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçının Cavabdeh1 qarşı pul və əmlak tələbinə dair ilk iddia və Cavabdeh1 İddiaçı və Cavabdeh2 qarşı icarə müqaviləsinin etibarsız hesab olunması və pulun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 dekabr tarixli 2-2(103)-883/2023 nömrəl i qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı (icarəyə verən) ilə Cavabdeh1 (icarəçi) arasında 2019-cu il 7 dekabr tarixində bağlanmış icarə müqaviləsinə əsasən, icarəyə verən xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi 18N ünvanında yerləşən ümumi sahəsi 252,8 kv.m olan qeyri-yaşayış sahəsinin 15 kv.m hissəsini aylıq 150 manata Cavabdeh1 icarəyə vermiş, icarə müddəti 2020-ci il 7 dekabr tarixədək müəyyən edilmişdir.
2. Eyni tərəflər arasında 2022-ci il 10 avqust tarixində bağlanmış icarə müqaviləsinə əsasən, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi 18N ünvanında yerləşən ümumi sahəsi 252,8 kv.m olan qeyri-yaşayış sahəsinin 100 kv.m hissəsini aylıq 5.000 manata Cavab deh1 icarəyə vermiş, icarə müddəti 2025-ci il 10 avqust tarixədək müəyyən edilmişdir. Həmin müqavilənin: - 5-ci bəndinə görə, icarəyə götürən 1 ay müddətinə icarə haqqını gecikdirərsə, icarəyə verən icarəyə götürənin qeyri-yaşayış sahəsindən çıxmasını tələb edəcək. - 8-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir.
3. İcarəyə verən 2022-ci il 24 noyabr tarixində icarəçiyə bildiriş göndərərək icarə haqqının tam ödənilməməsi əsası ilə icarə müqaviləsinə birtərəfli qaydada 2022-ci il 24 dekabr tarixindən xitam veriləcəyi ilə bağlı iradəsini ifadə etmişdir İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh1 (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrlə məhkəməyə müraciət edərək məhkəməyə müraciət edərək, 19.500 manat icarə haqqı borcunun, icarə müqaviləsinin xitam tarixi - 2022-ci il 24 dekabr tarixindən 2023-cü il 4 iyul tarixinə qədər olan dövr üzrə icarə obyektindən faktiki istifadəyə görə 31.665 manat və əldən çıxmış faydanın əvəzi olaraq 50.000 manat pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 195,75 manat və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, Bakı şəhəri, X12 küçəsi, 18N ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 100 kv.m hissəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, X12 küçəsi 18N ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 100 kv.m hissəsinin cavabdehə 2025-ci il 10 avqust tarixinə kimi icarəyə verilməsi haqqında 2022-ci il 10 avqust tarixində notarial qaydada bağlamışdır icarə müqaviləsinin 5-ci bəndi ilə aylıq icarə haqqının məbləği 5.000 manat müəyyən edilmiş, 10-cu bəndi ilə icarə haqqından qanunla müəyyən edilən verginin ödənişi icarəçinin öhdəliyi kimi nəzərdə tutulmuşdur. Müqavilənin hüquqi qüvvəyə minməsindən xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh razılaşdırılmış icarə haqqını tam ödəməməklə müqavilə öhdəliklərini kobud şəkildə pozmuşdur. Belə ki, indiyə kimi keçən müddət ərzində cavabdeh cəmi 3.000 manat pul ödəmiş və fərqli bəhanələrlə öhdəliklərindən yayınmışdır. Müqavilənin 5-ci bəndinə görə, icarəyə götürən 1 ay müddətinə aylıq icarə haqqını gecikdirərsə, icarəyəverən icarəyəgötürənin qeyri-yaşayış sahəsindən çıxmasını tələb edəcək. Davamında iddiaçı tərəfindən 2022-ci il 24 noyabr tarixli bildiriş təqdim olunaraq icarə haqqının ödənilməməsinə görə icarə müqaviləsinə 2022-ci il 24 dekabr tarixindən xitam verildiyi bildirilərək, qalıq icarə haqqının ödənilməsi və müqavilənin şərtinə uyğun qaydada qeyriyaşayış sahəsinin təhvil verilməsi tələb edilmişdir. Nəticə etibarilə, 2022-ci il 10 avqust tarixindən 2022-ci il 24 dekabr tarixinə kimi keçən dövr üzrə icarə haqqı məbləği 22.500 manat (4,5 ay * 5.000 manat) və ödənilmiş məbləğ 3.000 manat olmaqla, cavabdehin cəmi icarə haqqı borcu 19.500 manat təşkil edir. Digər tərəfdən, tərəflər arasındakı icarə münasibətlərinə 2022- ci il 24 dekabr tarixindən müqavilədə nəzərdə tutulmuş qaydada xitam verildiyindən iddiaçı həm mülkiyyətindəki əmlakını, həm də gözlənilən aylıq gəlirini əldə edə bilməmişdir. Müqavilənin ləğv edilməsinə baxmayaraq, cavabdeh daşınmaz əmlakı qanunsuz sahiblikdən bu günə qədər geri verməmişdir ki, yekunda cavabdehin faktiki olaraq əmlakdan istifadə edərək bəhrə götürməsi nəticəsində iddiaçı 2022-ci il 24 dekabr tarixindən 2023-cü il 4 iyul tarixinə kimi 31.666 (6 ay * 5.000 + 5.000 /30 * 10 gün) manat gəlirdən məhrum olmuşdur. Mübahisəli qeyri-yaşayış sahəsi pərakəndə satış fəaliyyəti üçün çox uğurlu yerdə olduğundan sahibkarlar üçün çox diqqət çəkəndir. Bunun məntiqi nəticəsidir ki, Bakı şəhərində pərakəndə satış üzrə uğurlu fəaliyyət göstərən fərdi sahibkar X2 ilə iddiaçı arasında həmin ye rin icarəyə verilməsinə dair notarial qaydada 2023-cü il 2 aprel tarixində ilkin müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən, qeyriyaşayış sahəsi (cavabdehin qanunsuz sahibliyindən azad olunub) icarəyə təhvil verilməyə uyğun olduğu halda tərəflər icarə müqaviləsi bağlayacaqlar. Bunun qarşılığında həmin sahibkar – gələcək icarəçi qismində iddiaçıya 50.000 manat birdəfəlik ödəniş edəcək və aylıq olaraq da, ödəmə mənbəyində vergilər xaric, 5.000 manat icarə haqqı ödəyəcəkdir. Hazırkı məhkəmə icraatının uzanması iddiaçını həmin məbləği əldə etməkdən də məhrum etməkdədir. Bu baxımdan iddiaçı hesab edir ki, həmin məbləğ də əldən çıxmış fayda kimi ona ödənilməlidir.
6. Cavabdeh iddiaçıya və Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, icarə haqqı kimi artıq ödənilmiş 30.600 manat və mağazanın qanunsuz qapadılmaları nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq 35.000 manat pulun iddiaçıdan, verilmiş borca görə artıq ödənilmiş 40.000 manat pulun Cavabdeh2 cavabdehin xeyrinə tutulması, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2022-ci il 10 avqust tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh heç vaxt icarəyə verənin şəxsən özü ilə görüşməmiş, nümayəndəsi kimi özünü təqdim edən Cavabdeh2 ilə 2019-cu il 7 dekabr tarixində bağlamış icarə müqaviləsinə əsasən, icarə haqqı olaraq 150 manat razılaşdırmışlar. Cavabdeh icarə obyektində gül salonu işlətdiyini, ara-sıra güll əri və digər malları götürdüyü sahibkarlara borcunun yarandığını qeyd etmişdir. Cavabdeh2 dükana icarəyə verənin adından 50.000 manat məbləğində pul vəsaiti ilə gələrək borclular ilə maraqlanmış, ona kömək edəcəyini bildirmiş, ona borclularını çağırmağı tapşırmış, həmin şəxslərə əlbəəl pul vermişdir. Ümumilikdə o, borclulara 35.000 manat pul vermişdir. Qalan 15.000 manat pulu da öz cibinə qoymuş, cavabdehə verdiyi pulu günlük 200 manat faiz olaraq verməli olduğunu bildirmişdir. Cavabdeh narazı olduğundan bu məbləğ günlük 135 manat həddində müəyyən etmişdir. Cavabdeh 1 il ərzində icarəyə verənin nümayəndəsi kimi həmin şəxsin “Kapital Bank”dakı hesabına 75.000 manat pul ödəmişdir. 1 il tamam olduqdan sonra Cavabdeh2 ondan 50.000 manat pul istəmiş, vermədiyinə görə 15 günə yaxın mağazanı qıfı llamış, mağazanın içərisində 30.000-35.000 manatlıq güllər məhv olmuşdur. Cavabdeh məcbur qalaraq həmin adamdan polisə şikayət etmiş, daha sonra Cavabdeh2, ona hədə-qorxu gəlmiş, ərizəni polisdən geri götürməyə məcbur etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi Cavabdeh2 onunla parkda görüşmüş, onun dediyi X6 ilə 23 saylı notariat ofisinə getməli, yeni icarə müqaviləsi bağlamalı olduğunu bildirmişdir. Həmin vaxta kimi o, X3 tanımamışdır. Cavabdeh2 ona şəxsiyyət vəsiqəsini götürüb notariat ofisinə getməyini bildirmişdir. O, notariusa gəldikdə sənədlərin hazır olduğunu, ancaq imza atmalı olduğunu bildirmişdir. Ora gedəndə cavabdehə ancaq 2025-ci ilə kimi yeni icarə müqaviləsinin bağlanmalı olduğunu bildirmiş, ona kredit müqaviləsi barədə heç bir məlumat verməmişdir. İmzaladıqdan sonra nota riusun işçisi birinin kredit müqaviləsi, o birinin isə icarə müqaviləsi olduğunu bildirmişdir. Avqust ayında cavabdehə bildirilmişdir ki, icarə haqqı hər ay 5.000 manat təşkil edəcəkdir. Onun nömrəsinə kart göndərilmiş, hər ay 1.000 manat icarə haqqı göndərmişdir. Sonrakı ayda iddiaçının nümayəndəsi kimi özünü təqdim edən X6 ondan 50.000 manat borcun yarandığını bildirmiş və onu geri istəmişdir. Bu şəxslərin ona qarşı qeyri-qanuni hərəkətləri ilə əlaqədar məcbur olub polis idarəsinə şikayət etmişdir. Hazırda da həmin şəxslərin fəaliyyəti hüquq mühafizə orqanları tərəfindən araşdırılır. İddiaçı isə bildiriş göndərək obyekti boşaltmağı tələb etmişdir. İddiaçı ilə müqavilə bağlanan gündən bu günə kimi ona külli miqdarda maddi zərər dəymişdir. Belə ki, 2019-cu il 7 dekabr tarixində bağlanmış icarə müqaviləsində icarə haqqı 150 manat qeyd olunsa da, faktiki olaraq ondan hər ay 1.000 manat icarə haqqı alınmışdır. Bununla da əsassız olaraq cavabdehə məxsus pul vəsaiti iddiaçı tərəfindən mənimsənilmiş, ona 30.600 (850 manat * 36 ay) manat zərər dəymişdir. İki dəfə iddiaçı tərəfindən obyekt bağlanmış, məhsullar xarab olmuş və cavabdehə 35.000 manat maddi zərər vurulmuşdur. Bundan başqa, borc münasibətlərinə görə ona cəmi 40.000 manat zərər vurulmuşdur. Qarşı tərəf bildirir ki, həmin müqavilə üzrə ödənişlər icra edilmədiyi üçün müqaviləyə 2022-ci il 24 dekabr tarixində birtərəfli qaydada xitam vermişdir. Lakin müqavilə aldatma və hədə-qorxu gəlməklə təzyiq altında bağlanmış, müqavilədə məbləğ 5.000 manat yazılsa da, faktiki olaraq tərəflər aylıq 1.000 manat icarə haqqı barədə razıl aşmışlar. Müqavilə bağlandıqdan sonra 3 ay ərzində vaxtlı-vaxtında 1.000 manat pulun ödənilməsi və bu müddət ərzində icarəyə verən tərəfindən hər hansı tələb və etirazın daxil olmaması bunun əyani sübutudur. Cavabdeh icarə obyektində 4 ildən çox müddətdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğuldur və bundan öncəki müqavilələr 150 manat kimi qeyd olunmuşdur. Birdən-birə eyni yerin qiymətinin 3.4% və ya 294 dəfə artması ağlabatan və inandırıcı deyildir. Cavabdeh illərdir ki, partnyorluq etdiyi adama inanmış, icarəyə verənin nümayəndəsinin təklif etdiyi müqaviləyə inandığı üçün baxmadan, oxumadan imzalamışdır. Daha sonra aylıq ödənişləri də edəndə heç kim ödənişin natamam olduğunu bildirməmişdir. Göründüyü kimi, iddiaçı qəsdən 3 aylıq müddəti gözləmişdir ki, “ödənişin tam icra edilməməsi” səbəb i ilə məhkəməyə müraciət edə bilsin.
8. Cavabdeh2 məhkəməyə yazılı ərizələr ilə müraciət edərək bildirmişdir ki, yaxını olan iddiaçının xahişi ilə cavabdeh ilə Bakı şəhəri, X12 küçəsi 18 ünvanındakı qeyri-yaşayış sahəsinin icarəsinə dair danışıqlar aparmış, nümayəndə kimi notariusda icarə müqaviləsini bağlamış və iddiaçının xahişinə əsasən cavabdehdən nağd və kart hesabına ödənişlər olmaqla ilk 12 ay 1.000 manat, növbəti dövrlər üçün isə 5.000 manat icarə haqqı məbləği alaraq mülkiyyətçiyə vermişdir. İcarə haqqını gecikdirdiyi hallarda icarəyə verənin etibarnaməli nümayəndəsi kimi icarəçiyə irad tutaraq pulu ödəməsini tələb etmişdir. Lakin heç bir halda qanunun qadağan etdiyi hərəkətlərə yol verməmiş və münasibətləri sivil qaydada tənzimləməyə çalışmışdır. Sonradan şəxsin adekvat davranmad ığını görüb mülkiyyətçiyə bildirmiş, davamında icarəyə verənin tapşırığı ilə müqavilənin razılaşdırılmış məbləğdə - 5.000 manata rəsmiləşdirilməsi təmin edilmişdir. Bütün hüquqi addımlar icarəyə verənin birbaşa tapşırığı və məlumatı daxilində atılmışdır. Ona qarşı olan iddianı qəbul etmir.
9. Bakı Kommersiya Məhkəməsinin 2023-ci il 25 iyul tarixli e-2-2(113)-1773/2023 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, iddiaçı ilə cavabdeh arasında 2022-ci il 10 avqust tarixdə bağlanmış icarə müqaviləsinə əsasən 19.166,67 manat icarə haqqı borcu, icarə obyektinin qaytarılmasının gecikdirildiyi müddət üçün 2022-ci il 24 dekabr tarixdən 2023-cü il 4 iyul tarixədək hesablanmaqla 31.500 manat icarə haqqı borcu olmaqla ümumilikdə 50.666,67 manat məbləğində pulun cavabdehdən tutularaq iddia çıya ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi 18N ünvanında yerləşən ümumi sahəsi 252,8 kv.m olan qeyri-yaşayış sahəsinin 100 kv.m hissəsinin cavabdehin sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın rədd olunması qət edilmişdir (hakim – N.Əhmədova).
10. Məhkəmə 2022-ci il 10 avqust tarixli icarə müqaviləsinin etibarsız hesab olunması tələbi ilə bağlı qeyd etmişdir ki, cavabdeh əqdin etibarsızlığının əsası kimi zorakılıq, hədə təsiri altında əqdin bağlanmasını göstərmişdir. Qeyd olunan əsasla əqdin etibarsız hesab olunması üçün məhz etibarlılığı mübahisələndirilən əqdin bağlanması üçün şəxsə təsir olmalı, qeyd olunan təsir əqdin tərəfinə şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən real məcburetmə ilə ifadə olunmalıdır. Ümumi hadisələrin fonunda hədə və zorakılığın əqdin etibarsızlığına səbəb olması barədə arqument əqdin etibarlılığını şübhə altına almağa əsas vermir. Cavabdehin yaşı, cinsi, azad bazarın peşəkar subyekti olması, hüquq mühafizə orqanlarına dəfələrlə şikayət ərizələri ilə müraciət etməsi nəzərə alındıqda dolayı təsirlərin cavabdehə onu real təhlükənin gözlədiyinə dair təlqin edə bilən məcburetmə kimi qiymətləndirilməsi ağlabatan deyil.
11. Həmçinin cavabdeh hüquq mühafizə orqanlarına verdiyi izahatlarında, eləcə də məhkəmənin hazırlıq iclaslarında verdiyi izahatlarında bildirmişdir ki, X6, X7 və Cavabdeh2 icarə obyektini bağlı saxlayaraq onu hədələmişlər, həmçinin onu məcburi notariat kontoruna aparıb hədələyərək icarə müqaviləsini bağlamağa məcbur etm işlər. Lakin məhkəmənin baxış iclaslarında sübutlar tədqiq olunarkən cavabdehin təqdim etdiyi “whatsapp” yazışmaları və məhkəmənin suallarına verdiyi cavablar əsasında müəyyən olunmuşdur ki, cavabdeh yeni icarə müqaviləsinin bağlanması üçün Cavabdeh2 özü müraciət etmişdir. Məhkəmə iclasında verdiyi izahatında cavabdeh bildirmişdir ki, müxtəlif şəxslərə olan borclarının ödənilməsi məqsədi ilə kredit götürmək istəmiş, Cavabdeh2 kömək istəmiş, kreditin verilməsi üçün icarə müqaviləsinin daha uzun müddətə bağlanması zərurəti yarandığından yeni müqavilənin bağlanmasını xahiş etmiş və yeni icarə müqaviləsi bağlanmışdır. Belə olan halda aydın olmuşdur ki, əqd zorakılıq və ya hədə təsiri altında bağlanmamış, əksinə, cavabdehin təşəbbüsü ilə bağlanmışdır.
12. Digər tərəfdən cavabdeh qeyd etmişdir k i, icarə müqaviləsində 5.000 manat yazıldığını bilməmiş, 5.000 manat yazılsa da, 1.000 manat ödəyəcəyini hesab etmişdir. Cavabdehin nümayəndəsi (vəkili) isə bildirmişdir ki, icarə haqqının 5.000 manat olmasından məhkəmə bildirişi və iddia ərizəsini aldıqda xəbərləri olmuşdur.
13. Məhkəmənin baxış iclaslarında cavabdehin təqdim etdiyi “whatsapp” yazışmaları tədqiq olunarkən müəyyən olunmuşdur ki, icarə müqaviləsi bağlandıqdan 1 gün sonra 2022-ci il 11 avqust tarixində Cavabdeh2 müraciət edərək icarə haqqının 5.000 manat qeyd edilməsinə narazılığını yalnız icarə haqqının bu məbləğdə qeyd olunmasının ona kreditin verilməməsi ilə nəticələnə biləcəyinə görə ifadə etmiş, başqa əsasla etiraz etməmişdir.
14. Yeni icarə müqaviləsinin cavabdehin təşəbbüsü ilə bağlandığı, notarius tərəfindən müqavilə təsdiq olunarkən müqavilə tərəflərinə hüquq və vəzifələrinin, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq olunduğu, həmçinin “whatsapp” yazışmaları ilə 2022-ci il 11 avqust tarixində cavabdehin icarə haqqının 5.000 manat olması barədə xəbərdar olduğunun təsdiq olunduğu, cavabdeh tərəfin ziddiyyətli mövqeləri nəzərə alındıqda məhkəmə cavabdehin qeyd olunan mövqeyinin və qarşılıqlı iddia tələbinin icarə müqaviləsinin etibarsız hesab olunması hissəsində əsassız olması nəticəsinə gəlmişdir.
15. Artıq ödənilmiş icarə haqqının iddiaçıdan tutulması tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh özü qeyd olunan tələbinin əsası kimi icarə müqaviləsində icarə haqqının 150 manat qeyd olunmasına baxmayaraq, tərəflər arasında icarə haqqı ilə bağlı fərqli razılaşmanın olduğ una istinad etmiş və bu razılaşmaya uyğun icarə haqqı ödədiyini təsdiq etmişdir. Cavabdeh aylıq 1.000 manat icarə haqqı ödədiyini qeyd edərək, 2019-cu il 7 dekabr tarixli müqavilədə qeyd olunan 150 manatdan artıq hissəni geri tələb etmişdir.
16. Məhkəmə qarşılıqlı iddianın qeyd olunan hissədə təmin olunması üçün hüquqi əsasın mövcud olmadığını bildirmişdir. Belə ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olsa da, qeyd olunan əsas üzrə öhdəlik müəyyən edilməmişdir. Həmçinin hüquqi əsas olmadan, yəni qanuni əsas və ya müqavilə əsası olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edilməsi halı da mövcud deyildir. Belə ki, cavabdeh qeyd olunan məbləğdə pulu icarə obyektindən istifadəyə görə öz razılığı ilə icarə haqqı kimi icarəyə verənə ödəmişdir. Odur ki, icarəyə verən müq avilə əsası ilə qeyd olunan əmlakı əldə etmişdir.
17. Həmçinin qeyd olunan tələb 2019-cü il 7 dekabr tarixli icarə müqaviləsinə əsasən irəli sürülür ki, həmin müqaviləyə artıq xitam verilmişdir. MM-in 424.4-cü maddəsinə əsasən isə əgər MM ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.
18. Mülki qanunvericiliyin normaları, Avropa Məhkəməsi və Konstitusiya Məhkəməsinin qərarlarında əks olunan hüquqi mövqe baxımından, hazırkı halda cavabdehin icarə haqqı barədə icarəyə verənlə şifahi razılaşaraq icarə haqqını ödədiyi halda sonradan geri tələb etməsi icarəyə verənin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilmə si olub hüquqdan sui-istifadədir və hüquqdan sui-istifadə edilməsinə yol verilmir. Buna görə də, məhkəmə qarşılıqlı iddianın artıq ödənilmiş icarə haqqının tutulması hissəsində əsassız olduğundan, təmin oluna bilməməsi qənaətinə gəlmişdir.
19. Məhkəmə qarşılıqlı iddiada dəymiş zərərin əvəzinin iddiaçıdan və borc müqaviləsinə görə artıq ödənilmiş pulun Cavabdeh2 tutulması tələbi ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, hazırkı işdə cavabdeh, ümumiyyətlə, zərərin mövcud olmasını, yəni iddia etdiyi kimi mağazanın bağlanması nəticəsində ona zərər dəyməsini, zərərin miqdarını, zərərin iddiaçı tərəfindən öhdəliyin pozulması nəticəsində vurulmasını, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olmasını, zərər vuran şəxsin təqsirli olmasını, hansı tarixdə nə qədər zərər yaranması nı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirməmişdir.
20. Məhkəməyə təqdim olunan qiymətləndirmə rəyi 2023-cü il 20 fevral tarixində gül mağazasında mövcud olan gül, kol, ağac və dibçək bitkilərinin bazar dəyərinin müəyyən edilməsi ilə bağlı olub, məhv olmuş, zədələnmiş bitkilərlə əlaqəli olmamışdır.
21. Cavabdeh sübut qismində məhkəmənin baxış iclasında şahid kimi dindirilən X1 ifadəsinə istinad etmişdir. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, şahidin 2022-ci ilin yay aylarında mağazanın 1 ay 20 gün bağlı qalması (cavabdeh 22 gün bağlı qaldığını bildirmişdir), sonrakı tarixdə bağlanmanın olmaması (cavabdeh sonrakı tarixlərdə müxtəlif vaxtlarda bağlandığını bildirmişdir), borcun verilməsi vaxtı ilə bağlı ifadəsində qeyd etdikl əri cavabdehin öz izahatı ilə uyğun gəlməyərək ziddiyyət təşkil etmişdir. Məhkəmə hesab etmişdir ki, MPM-in 81-ci maddəsinin tələbi baxımından yuxarıda qeyd olunan sübutetmə predmetinə daxil olan halların şahid ifadəsi ilə sübut edilməsi hazırkı halda mümkün deyildir. Belə ki, yalnız mötəbər sübutlar təqdim olunduğu halda şahid ifadələrinə qeyd olunan sübutlarla birlikdə qiymətləndirilməklə sübutetmə predmetinə daxil olan halların sübut edilməsində istinad oluna bilər.
22. Digər tərəfdən, cavabdeh icarə obyektinin bağlanması müddətləri və icarə obyektini bağlayan şəxslərin kimliyi ilə bağlı ziddiyyətli izahatlar vermişdir. Belə ki, bir halda Cavabdeh2, digər halda X5, üçüncü halda isə hər iki şəxsi qeyd etmişdir. Həmçinin məhkəməyə təqdim etdiyi “whatsapp” yazışmaları tədqiq olunarkən X7 t ərəfindən icarə obyektinin bağlandığına dair fikirlər ifadə etdiyi görünmüşdür. Beləliklə də, məhkəmə qarşılıqlı iddia tələbinin dəymiş zərərin tutulması hissəsi əsassız olduğundan, təmin oluna bilməməsi qənaətinə gəlmişdir.
23. Borc müqaviləsinə görə artıq ödənilmiş pulun Cavabdeh2 tutulması tələbi ilə bağlı məhkəmə bildirmişdir ki, qeyd olunan tələblə bağlı da cavabdeh ona Cavabdeh2 tərəfindən borc verilməsini, iddia etdiyi məbləğdə pulun Cavabdeh2 ödənilməsini və həmin pulun hüquqi əsas olmadan ona verilməsini təsdiq edən sübutlar təqdim edə bilməmişdir.
24. Əksinə, cavabdeh məhkəmənin hazırlıq iclaslarında borcun 2021-ci ilin avqust ayında verildiyini bildir, daha sonra 2021-ci ilin noyabr ayında verildiyini qeyd etmiş, hüquq mühafizə orqanlarına verdiyi izahatlarda qeyd olunan borcun 2022-ci ilin iyun ayında, dekabr ayında verildiyini ifadə etmişdir. Şahid kimi dindirilən X4 borcun verilməsi vaxtının dəqiq yadında olmadığını, 2022-ci ilin yay ayları və ya sentyabr ayında ola biləcəyini qeyd etmişdir. Həmçinin cavabdeh qarşılıqlı iddia ərizəsində Cavabdeh2 icarəyə verənin adında ona borc verdiyinə, hüquq mühafizə orqanlarına verdiyi izahatlarda X7 və Cavabdeh2 tərəfindən (2023-cü il 6 fevral tarixli izahat), X7 tərəfindən borc verildiyinə (2023-cü il 11 mart tarixli izahat) dair ziddiyyətli izahatlar vermişdir. Təqdim olunan ödəniş sənədləri və bank hesabından çıxarışdan ödənişlərin Cavabdeh2 edilməsi, təyinatı barədə birmənalı nəticəyə gəlmək mümkün olmamışdır. Həmçinin məhkəmənin baxış iclaslarında tədqiq olunarkən qeyd olunan ödəniş sənədlərinin bir çoxunun hazırkı m übahisə tərəflərinə aid olmadığı da müəyyən olunmuşdur. Buna görə də, məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır.
25. Məhkəmə ilk iddia tələbinin icarə haqqı borcunun tutulması tələbinə aid hissəsinə münasibətdə MM-in 700.1-ci maddəsinin dispozisiya şərtlərinin mövcud olması qənaətinə gəlmişdir. Belə ki, iddiaçı 2022-ci il 10 avqust tarixli icarə müqaviləsi bağlandıqdan sonra cəmi 3.000 manat icarə haqqının ödənildiyini qeyd edərək, 2022-ci il 24 dekabr tarixinə qədər olan icarə haqqını tələb etmişdir. Cavabdeh daha artıq məbləğin ödənilməsini təsdiq edən sübut təqdim etməmişdir. İcarə obyektinin hazıradək cavabdehdə olması isə işin mübahisəsiz halıdır.
26. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçı icarə haqqını tələb etməkdə haqlı olsa da, tələbi qismən əsaslıdır. Belə ki, 2022-ci il 10 avqust – 2022-ci il 23 dekabr (2022ci il 24 dekabr tarixində müqavilə artıq ləğv edilmişdir) tarixlərini əhatə edən 4 ay 13 gün üçün ödənilməli icarə haqqı məbləği 22.166,67 (20.000 + 2.166,67) manat təşkil edir (4 ay üçün 20.000 manat (5.000*4) - 13 gün üçün: 2.166,67 manat ((5.000 / 30) * 13). Həmin məbləğdən isə 3.000 manatı ödənilmişdir. Qalıq icarə haqqı borcu isə 19.166,67 manat təşkil edir.
27. İcarə müqaviləsinin xitam tarixi 2022-ci il 24 dekabr tarixindən - 2023-cü il 4 iyul tarixinə qədər olan dövr üzrə icarə obyektindən faktiki istifadəyə görə icarə haqqının tutulması tələbinə qiymət vermədən öncə məhkəmə müqavilənin birtərəfli qaydada ləğv olunmasını şərh etməyi zəruri hesab etmişdir.
28. İddiaçı 2022-ci il 24 noyabr tarixin də bildiriş ünvanlayaraq icarə haqqı borcu ödənilmədiyindən müqavilənin 8-ci bəndinə istinad edərək müqaviləyə 2022-ci il 24 dekabr tarixindən xitam verildiyini bildirmiş, qeyd olunan bildiriş 2022-ci il 28 noyabr tarixində cavabdeh tərəfindən qəbz imzalanaraq qəbul edilmişdir. Həmçinin 2023-cü il 23 yanvar tarixində məhkəməyə daxil olmuş qarşılıqlı iddia ərizəsində iddiaçı tərəfindən bildiriş ünvanlanaraq obyektin boşaldılmasının tələb edilməsinə istinad olunmuşdur. Tərəflər arasında bağlanmış 2022-ci il 10 avqust tarixli icarə müqaviləsinin 5-ci bəndinə görə icarəyə götürən 1 ay müddətinə icarə haqqını gecikdirərsə, icarəyə verən icarəyə götürənin qeyri-yaşayış sahəsindən çıxmasını tələb edəcək. Müqavilənin 8-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir.
29. Hazırkı iş üzrə iddiaçı icarə müqaviləsində və MM-in 685.2.1-ci maddəsində qeyd olunan əsaslardan çıxış edərək müqavilənin 2022-ci il 24 dekabr tarixindən ləğvinə dair birtərəfli iradə ifadəsini qarşı tərəfə bildirməklə müqaviləni ləğv etsə də, cavabdeh icarə obyektini hazıradək icarəyə verənə qaytarmamışdır.
30. İddiaçı MM-in 697.2-ci maddəsinə əsasən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş icarə haqqının verilməsini cavabdehdən tələb etməkdə haqlı olsa da, tələbi qismən əsaslı olmuşdur. Belə ki, 2022-ci il 24 dekabr tarixindən 2023cü il 4 iyul tarixinədək 6 ay 9 gün üçün icarə obyektindən faktiki istifadəyə görə ödənilməli olan məbləğ 31.500 (30.000 + 1.500) manat təşkil edir (6 ay üçün: 30.000 manat (5.000 * 5 ); 9 gün üçün: 1.500 manat ((5.000 / 30) * 9).
31. Əldən çıxmış faydanın əvəzi olaraq pulun tutulması tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı qeyd olunan tələbinin əsasını təşkil edən sübut qismində məhkəməyə 2023-cü il 2 aprel tarixli ilkin müqaviləni təqdim etmişdir. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, tərəflər arasında məhkəmə mübahisəsinin davam etdiyi və qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı mövcud olmadığı halda iddiaçının ilkin müqavilə bağlaması anlaşılan deyil. Həmçinin ilkin müqavilədə qeyd olunan 50.000 manatın verilməsinin hüquqi əsası müqavilədən görünmür. Belə olan halda qeyd olunan müqavilədə təsbit olunan məbləğ adi mülki dövriyyə şəraitində əldə edilə biləcək gəlir kimi qiymətləndirilə bilməz.
32. İcarə obyektinin cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi tələbi ilə bağlı məhkəmə bu tələbə aid hissədə MM-in 697.1-ci maddəsinin dispozisiya şərtlərinin mövcud olmasına və tərəflər arasında bağlanmış icarə müqaviləsindən irəli gələn icarə hüquq münasibətlərinə 2022-ci il 24 dekabr tarixindən xitam verildiyinə istinadla Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi 18N ünvanında yerləşən ümumi sahəsi 252,8 kv.m olan qeyri-yaşayış sahəsinin 100 kv.m hissəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya təhvil verilməli olduğunu bildirmişdir.
33. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 5.3, 16.1, 21.2, 157.2, 324, 337.1, 339.4, 385.1, 386, 402.5, 421.1, 421.2, 421.3, 424.4, 425, 442, 443, 448.1, 448.2, 560, 685.2, 697.1, 697.2, 700.1, 700.3-cü maddə lərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MPM”) 4.6, 77.1, 107, 115.0, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
34. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın rədd edildiyi (“əldən çıxmış faydanın əvəzi olaraq pulun tutulması”) hissəsində qismən ləğv edilməsi və ilkin iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
35. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, ilkin iddianın rədd, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
36. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 18 dekabr tarixli 2-2(103)-883/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – icarə haqqı borcunun tutulması hissəsində dəyişdirilərək, iddiaçı ilə cavabdeh arasında 2022-ci il 10 avqust tarixində bağlanmış icarə müqaviləsinə əsasən 1.433 manat icarə haqqı borcu, icarə obyektinin qaytarılmasının gecikdirildiyi müddət üçün 2022-ci il 24 dekabr tarixindən 2023-cü il 4 iyul tarixinədək hesablanmaqla 6.300 manat icarə haqqı borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan mübahisələn dirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – A.Hüseyn, hakimlər –V.Baxışova və R.Qurbanov).
37. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbinin dəlilləri, ilk iddia tələbinin isə 50.000 manat əldən çıxmış fayda və icarə obyektinin cavabdehin qanunsuz sahibliyindən qaytarılması hissələrinə münasibətdə apardığı hüquqi qiymətləndirmə ilə tam razılaşmış, ilkin iddia üzrə icarə haqqı borcunun tutulması və icarə müqaviləsinin xitam tarixi 2022-ci il 24 dekabr tarixindən 2023-cü il 4 iyul tarixinə qədər olan dövr üzrə icarə obyektindən faktiki istifadəyə görə icarə haqqının tutulması tələbləri ilə bağlı isə qeyd etmişdir ki, həmin hissədə birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlsə də, tu tulan icarə haqqının məbləği ilə bağlı düzgün nəticəyə gəlməmişdir.
38. İddiaçı (icarəyə verən) ilə cavabdeh (icarəçi) arasında bağlanmış 2019-cu il 7 dekabr tarixində icarə müqaviləsində Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi 18 N ünvanında yerləşən ümumi sahəsi 252,8 kv.m. olan qeyri-yaşayış sahəsinin 15 kv.m. hissəsinin, 2022-ci il 10 avqust tarixli icarə müqaviləsində isə 100 kv.m. hissəsinin icarəyə verildiyi qeyd olunsa da, faktiki olaraq hər iki müqavilə üzrə eyni qeyri-yaşayış sahəsinin icarəyə verilməsi müəyyən edilir.
39. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 2023-cü il 8 iyul tarixli qərardan müəyyən olunmuşdur ki, araşdırma zamanı izahatı alınmış iddiaçının göstərmiş olduğu, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 4 il olar ki, mülkiyyətindədir. Vəziyyəti ni yaxşılaşdırmaq və ailəsinin maddi ehtiyaclarının qarşılanması üçün həmin yeri 2019-cu ildən icarəyə vermişdir. Özünün xanım olması və həyat yoldaşının da başının qarışıq olmasına görə həmin obyektin icarəyə verilməsində ona kömək etmələrini yaxın qohumu, Vergi Xidmətinin əməkdaşı olan Cavabdeh2 və Eyvaz Atayevdən xahiş etmişdir. Buna görə Cavabdeh2 etibarnamə də vermişdir ki, özü rahat lazımi işləri həyata keçirsin. Onlar icarə obyektinə onun tapşırığı ilə nəzarət etmiş, aylıq icarə haqqını alıb ona vermişlər. İlk 12 ay ona 1.000 manat, sonradan isə aylıq 5.000 manat ödəniş edilmiş, bəzən ödənişlərin gecikməsi olmuş, səbəbi də cavabdehin icarə haqlarını vaxtında ödəməməsi olmuşdur.
40. Bundan başqa, iş materiallarında mövcud olan sənədlərdən, hər hansı ay üçün icarə haqqı kimi 5.000 m anatın ödənilməsi müəyyən edilməmiş, əksinə, göründüyü kimi ilkin iddia üzrə cavabdeh tərəfindən icarə obyektindən istifadəyə görə 1.000 manat məbləğində icarə haqqı ödənilmişdir. 41. 2022-ci il 10 avqust tarixli icarə müqaviləsi bağlandıqdan sonra cavabdeh tərəfindən 3.000 manat icarə haqqının ödənilməsi tərəflər arasında mübahisələndirilmir. Ödənilmiş 3.000 manat icarə haqqı çıxılmaqla qalıq icarə haqqı borcu isə 1.433 manat təşkil edir. Həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
42. İşin hallarını və tərəflər arasındakı mövcud olmuş münasibətləri nəzərə alaraq ödənilməli icarə haqqının 1.000 manatdan hesablanması ağlabatan və ədalətlidir. Odur ki, 2022-ci il 10 avqust – 2022-ci il 23 dekabr tarixlərini əhatə edən 4 ay 13 gün üçün ödənilməli icarə haqqı məbləği 4.433 (4. 000 + 433) manat təşkil edir (4 ay üçün 4.000 manat (1.000 * 4) + 13 gün üçün 433 manat (1.000 / 30) * 13).
43. Həmçinin 2022-ci il 24 dekabr tarixindən 2023-cü il 4 iyul tarixinədək 6 ay 9 gün üçün icarə obyektindən faktiki istifadəyə görə ödənilməli olan məbləğ 6.300 (6.000 + 300) manat təşkil edir və (6 ay üçün 6.000 manat (1.000 * 6) + 9 gün üçün 300 manat ((1.000 / 30) * 9) icarə haqqı borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
44. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 402.5, 421.1, 421.2, 421.3, 442, 448.1, 448.2, 560, 685.2, 697.2, 700.1, 700.2, 700.3, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası “Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaq əli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarına və MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
45. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirildiyi hissədə ləğv edilməsi və ilkin iddianın tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
46. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin edilməmiş hissəsində (dükanın qanunsuz bağlanması zamanı vurulmuş maddi zərər hissəsində) ləğv edilərək, həmin hissənin təkrar apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri
47. MM-in 6.1.2, 6.1.5, 390.1, 448.1, 448.2-ci maddələrinin tələbləri üzrə - Haz ırkı kommersiya mübahisəsinin əsasını tərəflər arasında notarial qaydada bağlanmış 2022-ci il 10 avqust tarixli icarə müqaviləsi təşkil edir və həmin müqavilənin hüquqi etibarlılığı hər iki instansiya məhkəməsi tərəfindən qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddianı təmin etməmiş, apellyasiya məhkəməsi də həmin hissədə apellyasiya şikayətini rədd edərək qətnaməni qüvvədə saxlamışdır. Digər bir ifadə ilə, məhkəmə etibarlı əqd kimi həmin icarə müqaviləsinin bütün bəndlərini normal qəbul etsə də, müqavilənin 5-ci maddəsində “icarə haqqı” məbləğini uyğun görməmiş və qətnaməsində heç bir əsaslandırma etmədən “icarə haqqının 1.000 manatdan hesablanmasının ağlabatan və ədalətli” olacağını qeyd etmişdir. Əvvəla, nəzərə alı nmalıdır ki, müqavilə-əqd tərəflərin azad surətdə hər hansı mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş iradə ifadələrinin uzlaşmasıdır, yəni müqavilənin şərtləri, tərəflərin hüquq və öhdəlikləri barədə razılaşmaq onların müstəsna hüququdur. Bunun məntiqi davamı olaraq, icarə müqaviləsinin əsas mühüm şərti kimi icarə haqqı məbləğinin müəyyən edilməsi də yalnız tərəflərin iradəsi daxilindədir. Ayrıca məhkəmə nəzərə almamışdır ki, cavabdehin iddia etdiyi şəkildə, müqavilənin etibarsızlığı ilə nəticələnə bilən – iradəni “naqis” edən hər hansı hallar da mövcud olmadığından (bu barədə heç bir mötəbər sübut, dəlil təqdim edilməmişdir) müqavilənin bütün şərtləri hüquqi etibarlıdır. Lakin anlaşılmaz şəkildə məhkəmənin icarə müqaviləsinin məbləğini müəyy ən etməsi, müqavilə azadlığı hüququnun kobud pozuntusu hesab edilməlidir. Məhkəmə mübahisənin həllində MM-in imperativ normaları yerinə, “ədalətli” və “ağlabatan” meyarlarından istifadə etmişdir. Şifahi müqavilələrin təfsirində bu yanaşmanın qəbulu imkan daxilində nəzərdə tutula biləcəyi halda, yazılı-notarial bağlanmış müqavilənin təfsirində qəbuledilməzdir. Halbuki məhkəmə “ədalət” meyarına başqa tərəfdən də baxa bilərdi. Belə ki, hazırkı icarə müqaviləsinin tərəfləri: mülkiyyətindəki əmlakından qanuni gəlir qazanmaq arzusu olan bir evdar xanım ilə həmin icarə obyektindən 2022-ci il 10 avqust tarixindən bu günə - 2024-cü il 1 mart tarixinə kimi heç bir ödəniş etmədən öz güzəranını yaxşılaşdıran “gül” biznesi ilə məşğul olan iş adamıdır. Keçən bu dövrdə cavabdeh həmin obyektlə iki 14 fevr al, iki 8 mart, iki 31 dekabr, iki 15 sentyabr günlərində gül satışı həyata keçirmişdir ki, 18 aylıq periodun sırf bu günlərində (cavabdehin özünün etiraf etdiyi kimi) xalis gəlirinin 100.000 manatlarla ölçüldüyü məqamda tək gözləntisi notarial bağlanmış qanuni icarə müqaviləsindən gələn pul vəsaitindən evdar qadının məhrum edilməsi “ədalət” və “ağlabatan” meyarına uyğun deyildir. İl yarım müddətində obyekti pulsuz istifadə etdikdən sonra cavabdehdən gülünc sayılacaq bir məbləğin tutulması anlaşılan deyildir. Məhkəmədə və öz şikayəti üzrə polis bölmələrində bir-biri ilə ziddiyyətli izahat verən, öz şahidi tərəfindən belə təkzib olunan cavabdehin müqavilə barədə “uydurmaları” əsasında “ağlabatanlıq” meyarının tətbiq olunması da düzgün deyildir. İşlək yerdə olan obyekti daha uzun müddətdə əl ində saxlamaq üçün irəli sürdüyü bütün iddiaları həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd olunduğu halda, məhkəmənin müqavilə azadlığı prinsipini pozaraq cavabdehə mərhəmət göstərməsi evdar qadın olan iddiaçıya qarşı ədalətsiz davrandığının aşkar dəlilidir. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddi hüquq normaları kobud şəkildə pozaraq, iddiaçının hüquqlarının pozuntusu ilə müşayiət olunan qətnaməni qəbul etmişdir.
48. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin, MPM-in 217.1-ci maddəsinin tələbləri üzrə - Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirərkən işin hansı hallarına və tərəflər arasında hansı münasibətlərə əsaslandığı iddiaçıya məlum deyil. İddiaçının qanunların ona imkan verdiyi ölçüdə müqavi lə bağlayaraq mülkiyyətindəki əmlakından gəlir əldə etmək imkanından məhkəmənin heç bir əsaslandırma aparılmadan məhrum etməsi və müqavilə məbləğindən 5 dəfə az məbləği öz mülahizəsinə görə “ağlabatan” və “ədalətli” hesab etməsi qanunsuzdur. Maddi hüquq normalarının pozuntusu hissəsində bu məsələ ayrıca qeyd edilmişdir. İndiki məqamda məhkəmənin gəldiyi nəticə ilə bağlı heç bir tutarlı hüquqi əsaslandırma aparılmaması da nəzərə alınmalıdır. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri
49. MPM-in 88-ci maddəsinin tələbləri üzrə - Məhkəmə apellyasiya şikayətinin qətnamənin mübahisələndirilən hissəsi ilə bağlı dəlillərini araşdırmamış, sadəcə birinci instansiya məhkəməsinin araşdırdığı məqamlara istinad etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırılmadığı üçün apellyasiya şikayəti verilib ki, həmin ziddiyyətlər aradan qaldırılsın. Lakin məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkrarlamaqla kifayətlənmişdir. Şahidin ifadəsində dükanın bağlı qalmasının tarixləri ilə bağlı müəyyən ziddiyyətlər olmuşdur. Nəzərə almaq lazımdır ki, şahid qismində dindirilmiş şəxs xüsusi biliyə və ya savada malik şəxs deyildir, hadisənin dəqiq axarını tam xatırlamaya bilər. Lakin, onun dediklərini ümumi kontekstdən çıxarmaq olmaz. Dükanın, mülkiyyətçinin nümayəndələri tərəfindən bağlanılması faktı (şahid ifadəsinin əsas məğzi) ortaya qoyulmuşdur. Şahid dükanın həmin şəxslər tərəfindən bir neçə dəfə uzun müddət ərzində qapalı qaldığına dair fikirləri məhkəməyə bildirmişdir. Lakin bu o demək deyil ki, şahid ifadəsi ilə dükanın bağlı qaldığı təsdiqini tapmamışdır.
50. Cavabdeh həmçinin ekspert rəyi ilə bağlı məhkəmənin qeydi ilə də razı deyil. Dükan qapalı olduğu müddətdə cavabdeh ora ekspertləri (mütəxəssisləri) dəvət edə bilməmiş, lakin dükan təkrar açıldıqdan bir müddət sonra dəvət etmişdir ki, ekspertlər dükanın tutum həcmini nəzərə alaraq adətən dükanda neçə manatlıq mal-əmlak (gül-çiçək) olduğunu müəyyən etsinlər. Dükanın həmin şəxslər tərəfindən qəsdən qapadılması nəticəsində içəridə olan tez korlanan və məhv olan mallar barədə həmçinin foto və video sübutlar da cavabdeh tərəfindən təqdim edilmişdir. Məhkəmənin isə həmin foto və video sübutları “mötəbər” sübut kimi qəbul etməməsi anlaşılan deyildir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
51. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
52. Hazı rkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında ilkin iddiaya münasibətdə yalnız birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirildiyi hissədə, cavabdehin kassasiya şikayəti əsasında isə yalnız qarşılıqlı iddiaya münasibətdə dükanın qanunsuz bağlanması zamanı vurulmuş maddi zərər tələbinin rədd olunması hissəsində yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
53. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsini n işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. 398.3. Əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir.” “Maddə
402. İlkin müqavilə... 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir.” “Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün h allar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır:... 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;...” “Maddə
685. Kirayəyə verənin hüquqi müdafiə vasitələri... 6 85.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə....” “Maddə
697. Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələri... 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqlar ın kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir....” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1 097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....”
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 11 iyun tarixli qərarında müəyyən edilmişdir ki: “... tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razıla şdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.”
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfl i və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.... 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.... “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin kassasiya şikayətini əsassız, iddiaçının kassasiya şikayətini isə qismən əsaslı hesab edir.
58. Cavabdehin kassasi ya şikayəti üzrə:
59. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qarşılıqlı iddiaya münasibətdə dükanın qanunsuz bağlanması zamanı vurulmuş maddi zərər tələbinin rədd olunması hissəsində mübahisələndirən cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyət etibarilə ondan ibarətdir ki: - Şahid ifadəsində dükanın bağlı qalmasının tarixləri ilə bağlı müəyyən ziddiyyətlər olsa da, həmin ifadədə dükanın, mülkiyyətçinin nümayəndələri tərəfindən bağlanılması faktını ortaya qoyulmuş, şahid dükanın həmin şəxslər tərəfindən bir neçə dəfə uzun müddət ərzində qapalı qaldığına dair fikirləri məhkəməyə bildirmişdir. - Dükan qapalı olduğu müddətdə cavabdeh ora ekspertləri dəvət edə bilməmiş, lakin dükan təkrar açıldıqdan bir müddət sonra dəvət etmişdir ki, ekspertlər dükanın tutum həcmini nəzərə a laraq adətən dükanda neçə manatlıq gül-çiçək olduğunu müəyyən etsinlər. Dükanın həmin şəxslər tərəfindən qəsdən qapadılması nəticəsində içəridə olan tez korlanan və məhv olan mallar barədə həmçinin foto və video sübutlar da cavabdeh tərəfindən təqdim edilmişdir.
60. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin o mövqeyi ilə razılaşır ki, cavabdeh zərərin mövcud olması, yəni mağazanın bağlanması nəticəsində cavabdehə zərər dəyməsini, zərərin miqdarını, zərərin iddiaçı tərəfindən öhdəliyin pozulması nəticəsində vurulmasını, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olmasını, zərər vuran şəxsin təqsirli olmasını, hansı tarixdə nə qədər zərər yaranmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzi fəsini yerinə yetirilməmişdir.
61. Həmçinin mübahisələndirilən qətnamədə qeyd edilmişdir ki, cavabdeh tərəfindən təqdim olunmuş qiymətləndirmə rəyi 2023-cü il 20 fevral tarixində gül mağazasında mövcud olan gül, kol, ağac və dibçək bitkilərinin bazar dəyərinin müəyyən edilməsi ilə bağlı olub, məhv olmuş, zədələnmiş bitkilərlə əlaqəli deyildir.
62. Kassator öz şikayətində sözügedən nəticəni tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
63. Belə olan halda isə məhkəmə kollegiyası həmin mövqe ilə də razılaşmamaq üçün hər hansı əsas tapmır və hesab edir ki, hətta cavabdehin istinad etdiyi şahid ifadəsinin həqiqətə uyğun olduğu fərz edilsə belə, mağazanın bağlanması nəticəsində cavabdehə zərər dəyməsini, zərərin miqdarını, zərərin iddiaçı tərəfindən öhdəliyin pozulması nəticəsində vurulmasını, zər ərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olmasını, zərər vuran şəxsin təqsirli olmasını, hansı tarixdə nə qədər zərər yaranmasını təsdiq edən mötəbər sübutların cavabdeh tərəfindən məhkəməyə təqdim edilməməsinə dair apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuna zidd olmamış, məhkəmə işdəki sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 56) tələblərinə əməl etmişdir.
64. İddiaçının kassasiya şikayəti üzrə:
65. İlkin iddia üzrə icarə haqqının tutulduğu hissədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında mövcud olan sənədlərdən, hər hansı ay üçün icarə haqqı kimi 5.000 manatın ödənilməsi müəyyən edilmir, əksinə, göründüyü kimi ilkin iddia üzrə cavabdeh tərəfindən icarə obyektindən istifadəyə görə 1.000 manat məbləğind ə icarə haqqı ödənilmişdir... Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin hallarını və tərəflər arasındakı mövcud olmuş münasibətləri nəzərə alaraq ödənilməli icarə haqqının 1.000 manatdan hesablanması ağlabatan və ədalətlidir.
66. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyini ziddiyyətli, əsassız və qanunsuz hesab edir.
67. Belə ki, mübahisələndirilən qətnamənin özündən aydın olur ki, müvafiq dövr üzrə icarə haqqının tutulmasına dair iddia tələbi mübahisəli qeyri-yaşayış sahəsinin 100 kv.m hissəsinin cavabdehə icarəyə verilməsi haqqında 2022-ci il 10 avqust tarixində notarial qaydada bağlanılmış icarə müqaviləsindən irəli gəlmiş və həmin müqavilədə aylıq icarə haqqı 5.000 manat müəyyən edilmişdir.
68. Cavabdehin qarşılıqlı iddia tələblərindən bir ini isə məhz həmin icarə müqaviləsinin etibarsız hesab edilməsi təşkil etmiş, lakin işə baxan məhkəmələr qarşılıqlı iddianı bütövlükdə, o cümlədən sözügedən iddia tələbini rədd etmişlər.
69. Beləliklə, apellyasiya instansiyası məhkəməsi bir tərəfdən, 2022-ci il 10 avqust tarixli notarial qaydada bağlanılmış icarə müqaviləsinin etibarsızlığı üçün əsasların mövcud olmaması qənaətinə gəlsə də, digər tərəfdən, həmin müqavilənin tərkib hissəsini təşkil edən şərtlərdən birini (aylıq icarə haqqının 5.000 manat müəyyən edilməsi) hazırkı mübahisəsinin həllinə tətbiq etməmiş, əvəzində isə “ağlabatanlıq” və “ədalətlilik” meyarlarına istinad edərək həmin qiymətdən 5 dəfə aşağı olan qiymətə (1.000 manat) istinad etmişdir.
70. Halbuki MM-in 398-ci maddəsinin (bax § 54) tələbləri ondan ibarətdir ki, müqa vilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər tətbiq edilir. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya MM-də nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. Əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir.
71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə” 2018-ci il 11 iyun tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə (bax yuxarıda § 55) görə, tərəflər hüquq və öhdə liklərini müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
72. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin özünün etibarlı saydığı müqavilənin qiymətə dair şərtini kənara qoyaraq, mübahisəyə digər qiyməti tətbiq etməsi bir tərəfdən, istinad olunan normanın tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə, digər tərəfdən isə, məhkəmənin mübahisəli müqavilənin etibarlı olmasına dair öz mövqeyinə də zidd olmuşdur.
73. Məhkəmə kollegiyasının qənaətinə görə, malları n, işlərin, xidmətlərin, istifadənin (icarənin) qiymətlərinin müəyyən edilməsi zamanı “ağlabatanlıq” və “ədalətlilik” meyarlarına istinad o zaman mümkündür ki, ya ortada olan yazılı müqavilənin qiymətə dair etibarlı hesab edilən şərtləri mövcud olmasın, ya da tərəflər arasındakı işgüzar münasibətlər faktiki əsaslarla, yəni şifahi qaydada əldə olunmuş razılaşmalar əsasında formalaşmış olsun.
74. Hazırkı halda isə tərəflər arasında etibarlı yazılı müqavilənin və onun qiymətə dair müddəalarının mövcudluğu elə işə baxan məhkəmələrin öz qətnamələrindən görünməkdədir.
75. Belə olan təqdirdə isə, məhkəmə kollegiyası o nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçı tərəfindən mübahisələndirilən hissədə qüvvədə saxlanılması qeyri-mümkündür. Çünki apellyasiya instansiy ası məhkəməsi qanunu səhv tətbiq etmiş, nəticədə MPM-in 217.3-cü maddəsinin (bax § 56) tələblərini pozaraq tərəflər arasındakı qarşılıqlı münasibətlər barədə yanlış qənaətə gəlmiş, bununla da MPM-in 217.1-ci maddəsinə (bax § 56) zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
76. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 dekabr tarixli 2-2(103)-883/2023 qətnaməsi qismən – ilkin iddia üzrə cavabdehdən icarə haqqı borcunun tutulması hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.
77. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən ilkin iddia üzrə icarə haqqı borcunun tutulması hissəsində qanuni və əsaslı qətnamə qəbul etməlidir.
78. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı olan Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh olan İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 dekabr tarixli 2-2(103)-883/2023 qətnaməsi qismən – ilkin iddia üzrə cavabdehdən icarə haqqı borcunun tutulması hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə