Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-248/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "borcun tutulması" tələbinə dair iddia üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 yanvar tarixli 2-2(105)-14/2023 saylı qətnaməsindən cavabde h tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ 1. 2019-cu il 26 noyabr tarixli 200842-810682/1 nömrəli kredit müqaviləsinə əsasən, "Expressbank” Açıq Səhmdar Cəmiyyəti, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh1 (VÖEN **********) bağlanmış həmin müqaviləyə əsasən dövriyyə vəsaitinin alınması və cari xərclər məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh1 24 ay müddətinə illik 24 % dərəcəsi ilə 10.000 manat məbləğində kredit verilmişdir. 2. 2019-cu il 26 noyabr tarixli 200842-810682/1 nömrəli kredit müqaviləsində göstərilən kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən, Cavabdeh1 banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məb ləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini Cavabdeh1 imza etmiş, ödəniş cədvəlinə əsasən ödənişin son tarixi 2021-ci il 26 noyabr tarixinədək müəyyən olunmuşdur.
3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış 2019-cu il 26 noyabr tarixli 200842-810682/1 nömrəli zaminlik müqaviləsinə əsasən, Cavabdeh3 “zamin” olaraq borcalan Cavabdeh1 2019-cu il 26 noyabr tarixli 200842810682/1 nömrəli kredit müqaviləsi əsasında alınan kreditlər üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. 4. 2022-ci il 25 may tarixli maliyyə arayışına əsasən, borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə 2022-ci il 25 may tarixində borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətin ə 8.601,18 manat məbləğində əsas borcu və 4.164,29 manat faiz borcu olmaqla, cəmi 12.765,47 manat məbləğində kredit borcu vardır və kredit müqaviləsi üzrə gecikmə 787 gün təşkil etmişdir.
5. Cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "Expressbank” ASC tərəfindən mediatora 200 manat məbləğində xidmət haqqı ödənilsə də, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) 202 2-ci il 17 iyun tarixində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 8.601,18 manat məbləğində əsas bоrc və 4.164,29 manat faiz borcu оlmaqla, cəmi 12.765,47 manat məbləğində borcun və 200 manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, borc verən iddiaçı ilə borcalan Cavabdeh1 arasında bağlanmış 2019-cu il 26 noyabr tariхli 200842-810682/1 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 24% dərəcəsi ilə 10.000 manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank ilə Cavabdeh3 arasında 2019-cu il 26 noyabr tariхli 200842-810682/1 nömrəli və Cavabdeh2 arasında 2019-cu il 26 noyabr tariхli 200842-810682/1/2 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 4.2ci bəndinə əsasən zaminlər bank qarşısında 2019-cu il 26 noyabr tariхli 200842-810682/1 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə bоrcalanla еyni dərəcədə, yəni krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyırlar. Borcalan 2019-cu il 26 noyabr tariхli 200842-810682/1 nömrəli krеditi müqaviləsi üzrə əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunm uş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. 2022-ci il 25 may tarixində cavabdehlərin kredit müqaviləsi üzrə 8.601,18 manat əsas bоrcu və 4.164,29 manat faiz borcu оlmaqla, ümumilikdə 12.765,47 manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda, həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tam icra edilm ədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Həmçinin məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin mediasiyada həll edilməsi üçün müvafiq qaydada iddiaçı tərəfindən cavabadehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə mövcud kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müvafiq qaydada mediatora müraciət edilmiş olsa da, tərəflər arasında mediasiya qaydasında razılıq əldə olunmamış və borc ödənilməmişdir.
8. Tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 4.6, 385.1, 443.1, 445.1, 445.2, 449.4, 741; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 9.1-1; “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36.2-ci maddələrinə istinad edi lmişdir.
9. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 25 avqust tarixli, e-2-2(119)951/2022 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir (hakim – Z.Sadıqov).
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022ci il 17 oktyabr tarixli 9/6613 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 2019-cu il 26 noyabr tarixli 200842-810682/1 nömrəli kredit müqaviləsi şərtləri əsas götürülməklə, cavabdehin banka olan borcu: 2021-ci il 26 noyabr tarixə (müqavilə müddətinin bitdiyi tarixə) olan əsas borc üzrə - 8.992,11 manat, faiz borcu üzrə - 3.082,54 manat, 2022-ci il 25 may tarixə (sualda qeyd edilən tarixə, müqavilə müddəti bitdikdən sonra illik faiz dər əcəsi 5%-lə hesablanmaqla) əsas borc üzrə - 8.992,11 manat, faiz borcu üzrə - 3.306,09 manat təşkil etmişdir.
11. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 14 noyabr tarixli, e-2-2(119)951/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 (VÖEN **********), Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8.601,18 manat məbləğində əsas borc, 3.306,09 manat məbləğində faiz borcu və mediasiya ilə əlaqədar ödənilmiş 200 manat məbləğində xidmət haqqı olmaqla, cəmi 12.107,27 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, cavabdehlərdən müştərək qaydada dövlət nəfinə 125,72 manat məbləğində dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manatın tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim – Z.Sadıqov).
12. İş materialla rı ilə müəyyən edilmişdir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh1 (VÖEN **********), zamin (cavabdeh) Cavabdeh2 və zamin (cavabdeh) Cavabdeh3 2019-cu il 26 noyabr tarixli 200842-810682/1 nömrəli kredit müqaviləsi, 2019-cu il 26 noyabr tarixli 200842-810682/1/2 nömrəli zaminlik müqaviləsi və 2019-cu il 26 noyabr tarixli 200842-810682/1 nömrəli zaminlik müqaviləsi bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, iddiaçıya ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəniş cədvəlində nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, iddiaçıdan alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər.
13. Məhkəmə hesa b etmişdir ki, məlum kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 2019-cu il 26 noyabr tarixli 200842-810682/1 nömrəli Kredit müqaviləsi üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən, həmin müqavilə üzrə yaranmış borc cavabdehlərdən tutulmalıdır. 14. 2022-ci il 17 oktyabr tarixli 9/6613 №-li ekspertiza rəyində Cavabdeh1 ilə bağlanmış 2019-cu il 26 noyabr tarixli 200842-810682/1 nömrəli kredit müqaviləsi üzrə 2022-ci il 25 may tarixə (müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) - “əsas borc 8.992,11 manat və faiz borcu 3.306,09 manat miqdarında” müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada "8.601,18 manat məbləğində əsas borcun" tutulması tələb olunmu şdur.
15. Bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehlərdən həmin müqavilə üzrə iddia tələbində göstərilən məbləğdə, yəni 8.601,18 manat məbləğində əsas borc tutulmalıdır. Ekspert rəyində əsas borcun 8.992,11 manat məbləğində olduğu qeyd olunsa da, iddiaçı iddia tələbində "8.601,18 manat məbləğində əsas borcun tutulmasını” xahiş etmişdir. Lakin, iddia tələbində 2022-ci il 25 may tarixə hesablanaraq tələb edilən "4.164,29 manat məbləğində” faiz borcu isə 2022-ci il 17 oktyabr tarixli 9/6613 nömrəli ekspertiza rəyi ilə təsdiq olunmur və ona görə də, həmin müqavilə üzrə faiz borcunun tutulması hissəsində ekspertiza rəyi mötəbər sübut kimi nəzərə alınmalıdır.
16. Məhkəmə qeyd etmişdir ki, mediasiya xidməti ilə əlaqədar me diatora ödənilmiş 200 manat məbləğində xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, iddiaçıya ödənilməlidir.
17. Həmçinin qeyd edilmişdir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaiti və 125,72 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə tutularaq, dövlət büdcəsinə ödənilməlidir.
18. Məhkəmə öz mövqeyini MM-in 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 445.7, 448, 449.1, 470.1, 472.1, 472.3, 739.1, 739.2-ci maddələrinə; "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3, 9.1-1-ci maddələrinə; "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa 36.2-ci maddəsinə; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin "Azərbayca n Respublikası MM-in 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına; MPM-in 14.2, 77.1, 88, 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. Cavabeh həmin qətnamədən 2022-ci il 15 dekabr tarixində apellyasiya şikayəti verərək onun ləğv edərək apellyasiya şikayətinin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 yanvar tarixli, 2-2(105)-14/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 14 noyabr tarixli, e-2-2(119)951/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Məmm ədov, hakimlər – İ.Dəmirov və F.Məmmədov).
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. 22. "Marine Plaza” MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 15 sentyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il 11 iyun tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, "...tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları ha lda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.”
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 14.2.1, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 445.7, 448, 449.1, 470.1, 472.1, 472.3, 739.1, 739.2-ci maddələrinə; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası MM-in 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına; "Marine Plaza” MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 15 sentyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il 11 iyun tarixli qərarına; MPM-in 14.2, 77.1, 88, 89.1, 89.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
25. Həmin qətnamə 2023-cü il 31 yanvar tarixində proses iştirakçılarının elektron kabinetlərində yerləşdirilmişdir.
26. Cavabdeh 2023-cü il 11 mart tarixində kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 yanvar tarixli, 2-2(105)14/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri c) kassasiya şikayətinin dəlilləri 27. 2020-ci ildə hər kəsə məlum olan pandemiya oldu və 2020-ci ilin mart ayından bu pandemiya ilə əlaqədar Ticarət Mərkəzləri (Mollar) dövlət tərəfindən bağlandı. Eyni səbəbdən Ticarət Mərkəzləri (Mollar) 15 ay bağlı qaldı və cavabdeh ödəniş qabiliyyətini itirmişdir. Bununla bağlı “Karvan” Ticarət mərkəzinin direktorunun 70 saylı, 2022-ci il 16 yanvar tarixli məktubunu da məhkəməyə təqdim edilmişdir. Pandemiya ilə bağlı cənab Prezidentin göstərişinə əsasən, banklar kiçik sahibkarları incitməsin. Cavabdeh ilə bank arasında bağlanmış müqavilənin 9-cu bəndində Fors Major, 9.1 Fors Major hallarında yəni, fövqəladə və qarşısı alınmaz hallar baş verərkən müqavilə iştirakçıları öz öhdəliklərini yerinə yetirməkdən azad olunurlar. Cavabdeh banka üç ay ödənişindən yüksək faiz borcunu ödəmişdir. Cavabdehin müraciətlərindən sonra dövlət cavabdehə 600 manat məbləğində yardım etdi, bank onu belə düzgün hesablamadı. Cavabdeh əsas borcdan 1.005.98 manat ödəniş etmişdir və banka 8.394.02 manat məbləğində əsas borc qalaraq va bu məbləğə nisbətdə faiz hesablanmalı, yenidən 21 aylıq ödəniş cədvəli tərtib olunmalıdır və cavabdehin cədvəl üzrə ödəniş etməyi üçün bank tərəfindən şərait yaradılmalıdır. Çünki cavabdehdən asılı olmayan qlobal hadisə səbəbindən ödəniş qabiliyyətini itirərək və bu da bankla cavabdehin arasında bağlanmış müqavilənin 9–cu bəndində Fors Major hissəsində öz əksini tapmışdır. Bu barədə telefon çıxarışı da Məhkəməyə təqdim edilmişdir. Lakin bütün bunları nə b irinci instansiya, nə də apellyasiya instansiyası Məhkəmələri nəzərə almadılar və qanunsuz olaraq iddianın təmin edilməsi ilə bağlı qətnamə qəbul etdilər. Bu istə tamamilə qanunsuzdur. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. V. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini iddianın təmin edildiyi hissəsini mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə ak tının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Vİ. TƏTBİQ EDİLƏN HÜQUQ
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
427. Öhdəliyin icrası müddəti.... Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən b orclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud eh tiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. “Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir....” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götür ür....” 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdi kləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri [556] 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instan siyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Vİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 yanvar tarixli, 2-2(105)14/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
35. Məhkəmə Kollegiyası qeyd edir ki, ka ssasiya şikayətinin dəlillərinin mahiyyəti apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən lazımi hüquqi qiymət verilmişdir. 36. "Marine Plaza” MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 15 sentyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il 11 iyun tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, "...tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə ü zrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.”
37. Kassasiya şikayətinin cavabdeh müqavilənin 9-cu bəndinə istinadla Fors Major halının baş verməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, MM-in 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
38. İş materiallarından isə cavabdehin fors major halın baş verməsi ilə əlaqədar iddiaçıya müvafiq müraciətlər etməsinə dair sübutlar müəyyən edilməmişdir.
39. Məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi iş materiallarındakı sübutları qarşılıqlı surətdə təhlil edərək düzgün hüquqi nəticəyə gəlmiş və mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmiş, cavabdeh kassasiya şikayətində istinad etdiyi dəlillərini sübut edən mötəbər sübutları aşağı instansiya məhkəmələrinə təqdim etməmiş, şikayətin əksər dəlilləri isə işin faktiki halları ilə əsaslandırılmışdır ki, MPM-in 407.2ci maddəsinə əsasən h əmin dəlillərə müfəssəl hüquqi qiymət verilməsinə zərurət yoxdur.
40. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 yanvar tarixli, 2-2(105)-14/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassas iya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 yanvar tarixli, 2-2(105)-14/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.