Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-248/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər, kredit borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər X1 və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kred it müqaviləsi üzrə yaranmış borcun qaytarılması və.s tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 3 dekabr tarixli 2-2(106)-182/2024 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı ASC və Cavabdeh4 arasında bağlanmış 2021-ci il 22 iyun tarixli 22-MCR1621-21/1 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma ilə Cavabdeh4 36 ay müddətinə 200.000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqavilə ilə cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmasına dair tərəflər razılığa gəlmişlər.
2. İddiaçı ASC və Cavabdeh4 arasında bağlanmış 2021-ci il 22 iyun tarixli 22-MCR1-621-21/1 nömrəli kredit müqaviləsi ilə Cavabdeh4 2 3% olmaqla 36 ay müddətinə 25.000 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər.
3. İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 2021-ci il 7 dekabr tarixli 22-MCR1-621-21/1 nömrəli kredit müqaviləsi ilə Cavabdeh4 23% olmaqla 30 ay müddətinə 7.500 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər.
4. İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış 2021-ci il 22 iyun tarixli Z/03032/21 nömrəli zaminlik müqaviləsi ilə zamin 2021-ci il 22 iyun tarixli 22-MCR-1-62121/1 nömrəli kredit limiti müqaviləsi üzrə borclu Cavabdeh4 bank qarşısında olan öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
5. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 2021-ci il 22 iyun tarixli Z/03034/21 nömrəli zaminlik müqaviləsi ilə zamin 2021-ci il 22 iyun tarixli 22-MCR-1-62121/1 nömrəli kredit limiti müqaviləsi üzrə borclu Cavabdeh4 Bank qarşısında olan öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
6. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 2022-ci il 15 dekabr tarixli Z/20438/22 nömrəli zaminlik müqaviləsi ilə zamin 2021-ci il 22 iyun tarixli 22-MCR-1-62121/1 nömrəli kredit müqaviləsi üzrə borclu Cavabdeh4 Bank qarşısında olan öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
7. İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışında Cavabdeh4 2023-cü il 21 iyul tarixinə 2021-ci il 22 iyun tarixli kredit müqaviləsi üzrə 16.601,56 manat əsas, 2.757,66 manat faiz və 201,25 manat cərimə borcu olmaqla, ümumilikdə 19.560,4 7 manat borcunun olduğu görünür.
8. İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışında Cavabdeh4 2023-cü il 21 iyul tarixinə 2021-ci il 7 dekabr tarixli kredit müqaviləsi üzrə 5.679,11 manat əsas, 1.085,69 manat faiz və 68,81 manat cərimə borcu olmaqla, ümumilikdə 19.560,47 manat borcunun olduğu görünür. 9. 2023-cü il 23 iyun tarixli xəbərdarlıq məktubu ilə İddiaçı ASC və Cavabdeh4 arasında bağlanmış 2021-ci il 7 dekabr tarixli 22-MCR-1-621- 21/2 nömrəli kredit müqaviləsi üzrə kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məlumatlandırılmışlar. 10. 2023-cü il 23 iyun tarixli xəbərdarlıq məktubu ilə İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 2021-ci il 22 iyun tarixli 22-MCR-1-621- 21/1 nömrəli kredit müqaviləsi üzrə kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məlumatlandırılmışlar. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2023-ü il 6 noyabr tarixində Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 (bundan sonra ayrı-ayrılıqda müvafiq olaraq – “Cavabdeh4”, “Cavabdeh3”, “Cavabdeh1”, “Cavabdeh2”, birlikdə – “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 iddiaçının xeyrinə 2021-ci il 22 iyun tarixli kredit müqaviləsi üzrə 16.601,56 manat əsas borc, 2.757,66 manat faiz borcu və 50,31 manat cərimə borcu olmaqla, cəmi 19. 409,53 manat borcun tutulması, Cavabdeh4 iddiaçının xeyrinə 2021-ci il 7 dekabr tarixli kredit müqaviləsi üzrə 5.679,11 manat əsas borc, 1.085,69 manat faiz, 34,41 manat cərimə borcu olmaqla, cəmi 6.799,21 borcun və ödənilmiş 236,22 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 2021-ci il 22 iyun tarixli Kredit limitinin ayrılmasına dair razılaşma ilə iddiaçının “Nərimanov” filialından illik 30 faizlə 36 ay müddətinə 200.000 manat kredit limiti ayrılmışdır. 2021-ci il 22 iyun tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq 2021-ci il 22 iyun tarixində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. 2021-ci il 22 iyun tarixli kredit verilməsinə dair raz ılaşma ilə Cavabdeh4 iddiaçıdan illik 23% olmaqla 36 ay müddətinə 25.000 manat kredit götürmüşdür. 2021-ci il 7 dekabr tarixli kredit verilməsinə dair razılaşma ilə Cavabdeh4 iddiaçıdan illik 23% olmaqla 30 ay müddətinə 7.500 manat kredit götürmüşdür. 2022-ci il 15 dekabr və 2021-ci il 7 dekabr tarixli kredit müqaviləsinə əlavə saziş ilə müqavilə üzrə kreditin müddəti 2024-ci il 15 oktyabr tarixinədək uzadılmışdır. 2022-ci il 15 dekabr və 2021-ci il 22 iyun tarixli zaminlik müqavilələrinə əlavə saziş bağlanmış, lakin borclu müqavilələrin şərtlərini pozaraq borc öhdəliklərini icra etməkdən yayınmışdır. 2023-cü il 21 iyul tarixinədək Cavabdeh4 banka 2021-ci il 22 iyun tarixli kredit müqaviləsi üzrə 16.601,56 manat əsas borc, 2.757,66 manat faiz borcu və 201,25 manat cərimə olmaqla, cəmi 19.5 60,47 manat borcu vardır. Cavabdeh4 2021-ci il 22 iyun tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 201,25 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 50,31 manat tələb edilir. 2023-cü il 21 iyul tarixinədək Cavabdeh4 banka 2021-ci il 7 dekabr tarixli kredit müqaviləsi üzrə 5.679,11 manat əsas borc, 1.085,69 manat faiz, 68,81 manat cərimə borcu olmaqla cəmi 3.352,01 manat borcu vardır. Cavabdeh4 banka 2021-ci il 7 dekabr tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 68,81 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında o lmaqla, yəni 34,41 manat tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınır. İddiaçı cavabdehlər arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır.
13. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2021-ci il 22 iyun tarixli kredit müqaviləsi üzrə 16.601,56 manat əsas borc, 4.178,43 manat faiz borcu, 1.034,71 manat cərimə borcu olmaqla, ümumilikdə 21.814,70 manat kredit borcunun tutulması, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2021-ci il 07 dekabr tarixli kredit müqaviləsi üzrə 5.579,11 manat əsas borc, 1.569,67 manat faiz borcu, 349,54 manat cərimə borcu olmaqla, ümumi likdə 7.498,32 manat kredit borcunun tutulması və ödənilmiş 210 manat dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Cavabdeh4 nümayəndəsi izahatında borcun hissə-hissə ödənilməsinə köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir.
15. Məhkəmə-mühasibat ekspertizası üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 7 iyun tarixli 9/2326 nömrəli ekspert rəyində aşağıdakılar qeyd edilmişdir: - iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh4 ilə iddiaçı arasında bağlanmış 2021-ci il 22 iyun tarixli kredit müqaviləsi üzrə banka ödənilməli olan kredit borcu 2023-cü il 23 iyun tarixinə əsas borc üzrə 17.734,98 manat, faiz borcu üzrə 2.548,98 manat, 2023-cü il 5 dekabr tarixin ə əsas borc üzrə 17.734,98 manat, faiz borcu üzrə 4.384,55 manat; - iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh4 və iddiaçı arasında bağlanmış 2021-ci il 7 dekabr tarixli kredit müqaviləsi üzrə banka ödənilməli olan kredit borcu 2023-cü il 23 iyun tarixinə əsas borc üzrə 5.700,89 manat, faiz borcu üzrə 944,85 manat, 2023-cü il 5 dekabr tarixinə əsas borc üzrə 5.700,89 manat, faiz borcu üzrə 1.535,92 manat müəyyən edilmişdir.
16. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 25 iyul tarixli e-2-2(121)-138/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehlərdən müştərək qaydada 2021-ci il 22 iyun tarixli kredit müqaviləsinə əsasən 16.601,56 manat əsas borc, 2.548,98 manat faiz borcu, 50 manat cərimə borcu, 2021-ci il 7 dekabr tarixli kredit müqaviləsinə ə sasən 5.579,11 manat əsas borc, 944,85 manat faiz borcu, 20 manat cərimə borcu və 210 manat mediasiya xərci olmaqla, ümumilikdə 25.954,50 manat pul tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamış, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim – E.Abdullayev).
17. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh4 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir.
18. Məhkəmə 2024-cü il 7 iyun tarixli 9/2326 nömrəli ekspert rəyi ilə razılaşaraq qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən məlum olanlara görə, 2021-ci il 7 dekabr tarixli və 2021-ci il 22 iyun tarixli kredit müqavilələri nəzərə alınmaqla ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğun olmuş və kifayət qədər əsaslandırılmışdır. Belə olan halda məhkəmə həmin ekspert rəyini sübut növü kimi qəbul etmişdir.
19. Eyni zamanda, yuxarıda sözügedən ekspert rəyi ilə hər iki kredit müqaviləsi üzrə əsas borcun iddiada tələb olunan məbləğdən artıq olması müəyyən olunsa da, verilmiş tələblər üzrə qətnamə çıxarılmalıdır. Belə olan təqdirdə tərəflər arasında bağlanmış 2021ci il 7 dekabr tarixli kredit müqaviləsi üzrə 5.579,11 manat əsas, 944,85 manat faiz borcu və 20 21-ci il 22 iyun tarixli kredit müqaviləsi üzrə 16.601,56 manat əsas, 2.548,98 manat faiz borcunun olması iş materialları ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə kredit müqavilələri üzrə əsas borcun tutulması hissəsində iddia tam, faiz borcunun tutulması hissəsində iddianın qismən təmin olunması qənaətinə gəlmişdir.
20. Cavabdeh kredit müqavilələri əsasında iddiaçıdan kredit almaq hüququndan istifadə etsə də, kredit məbləğinin iddiaçıya qaytarılmalı olmasına dair öhdəliyini yerinə yetirməmişdir.
21. Məhkəmə iddianın 2021-ci il 7 dekabr tarixli kredit müqaviləsi üzrə 349,54 manat cərimə və 2021-ci il 22 iyun tarixli kredit müqaviləsi üzrə 1.034,71 manat cərimənin tutulması hissələrinə münasibət bildirərək qeyd etmişdir ki, iddianın həmin hissələri qismən əsaslı olmuşdur.
22. Məhkəmə qeyd edir ki, müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır.
23. Məhkəmə işin halları və iddiaçının mənafeyini nəzərə almaqla, iddia tələbinin bu hissədə qismən təmin olunaraq, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 2021-ci il 7 dekabr tarixli 22-MCR-1-621/2 n ömrəli kredit müqaviləsi üzrə 20 manat və 2021-ci il 22 iyun tarixli 22-MCR-1-621/1 nömrəli kredit müqaviləsi üzrə 50 manat dəbbə pulunun tutulması qənaətinə gəlmişdir.
24. Məhkəmə eyni zamanda zaminlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq bildirmişdir ki, onlar kredit müqavilələri üzrə borclu Cavabdeh4 bank qarşısında olan öhdəliklərini tam və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Belə ki, həmin şəxslər Cavabdeh4 kredit müqavilələri şərtləri nəzərə alınmaqla alınmış pula görə zamin olduqlarından, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyırlar. Qanunvericilik normalarına əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh4 kredit müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, bununla da iddiaçı qarşısında Cavabdeh4 pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərinə götürmüşdür.
25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442, 460.1, 462.1, 462.3, 467, 470.1, 472.2, 739.1 və 739.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217.2 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
26. Cavabdeh4 həmin qətnamədən apellyasiya şikayəti verərək onun həm əsas borcun, həm də faiz borcunun məbləğində azalmanın olmasını nəzərə alaraq dəyişdirilməsini xahiş etmişdir. b) Apellyas iya instansiyası məhkəməsindəki icraat
27. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 3 dekabr tarixli 2-2(106)-182/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – P.Əhmədov, hakimlər – C.İmanov və T.Kərimov).
28. Məhkəmə aktını mübahisələndirilən hissədə yoxlayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlmiş, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. Beləliklə tərəflərin apellyasiya şikayətlərində göstərilənlərə ə sasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur.
29. Nəzərə alınmalıdır ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək, apellyasiya şikayətinin dəlillərinin əsassız olması qənaətinə gəlmişdir.
30. Apelly asiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 421.2, 421.3, 425.1, 430.1, 442, 460.1, 462.1, 462.3, 467, 470.1, 472.2, 739.1 və 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli qərarına, MPM-in 14.2, 77.1 və 88ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
31. Cavabdeh4 həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh4 2021-ci il 22 iyun tarixli kredit müqaviləsinin əsas şərtlərinin pozulmasına istinad edərək bildirir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən 25.000 manat məbləğində verilmiş kreditin 23 faizinin 5.750 manat təşkil etməsi halına məhkəmə tərəfindən əhəmiyyət verilməmişdir. Ekspert rəyindən də göründüyü kimi, 6.903,68 manat faizin ödənilməsi - əsas borca çıxılmalı olan məbləğin yanlış olaraq faiz adı altında artıq tutulduğunu göstərmişdir. 33. 2021-ci il 7 dekabr tarixli kredit müqaviləsinin əsas şərtlərinin pozulması üzrə isə kassator bildirir ki, qətnamə qəbul edilərkən 7.500 manat məbləğində verilmiş kreditin 1.92 faizinin 1.440 manat təşkil etməsi halına məhkəmə tərəfindən əhəmiyyət verilməmişdir. Ekspert rəyindən də göründüyü kimi, 2.816,77 manat faizinin ödənilməsi - əsas borca çıxılmalı olan məbləğin yanlış olaraq faiz adı a rtıq tutulduğunu göstərmişdir.
34. MPM-in 9.1-ci maddəsi üzrə - Qətnamə qəbul edilərkən müqavilənin şərtlərinə düzgün riayət olunmadan, yalnız ekspert rəyinə istinad edilmişdir. Halbuki ekspert rəyinin qabaqcadan məhkəmə üçün heç bir hüquqi qüvvəsi yoxdur.
35. MPM-in 14.1-ci maddəsi üzrə - Məhkəmə mülki prosessual qanunvericiliyin qeyd olunan tələblərini pozmaqla işin hərtərəfli araşdırılmasına nail olmamış, iş üçün əhəmiyyətli olan halları aydınlaşdırmamışdır. Mübahisə edilən qətnamədən də görünür ki, məhkəmə qətnaməni qanunvericiliyin normalarına uyğun kifayət qədər əsaslandırmamışdır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Babayevin şikayəti üzrə” 2011-ci il 28 dekabr tarixli Qərarı üzrə - həmin qərarın tələbinə əsasən hüquqi müəyyənlik prinsipi digər tələblərl ə yanaşı ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçının konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
37. MPM-in 88-ci maddəsi üzrə - Mübahisələndirilən qətnamənin qəbul edilməsi zamanı kredit müqaviləsinin əsas şərtləri, faiz və əsas borcların hesablanması məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv olaraq araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
39. Apellyasiya instansiyası məhkəmə aktını qismən yoxlamış, hazırkı icraat çərçivəsində isə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
41. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları... 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır”. “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərə flərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
430. Öhdəliyin icrasından imtina 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) baş a düşülür.” “Maddə
460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Re spublikasının Qanunu ilə 462.1-ci maddənin birinci cümləsinə “müqavilə” sözündən əvvəl “qanun və ya” sözləri əlavə edilmişdir).... 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.... ” “Maddə
472. Zaminin məsuliyyəti... 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır....” “Maddə
739. Borc müqaviləsi (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və m iqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.”
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli qərarında aşağıdakılar nəzərdə tutulur: “... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır....”
43. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə bax manın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
45. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı kassasiya şikayətinin maddi hüquq norması bölməsində hansı maddi hüquq normasının düzgün tətbiq olunmaması göstərilməmiş, həmin bölmədə irəli sürülmüş dəlillər isə bilavasitə işin faktiki halları ilə bağlı olduğundan hazırkı kassasiya icraatında onlara istinad olunması və bununla əlaqədar ayrıca hüquqi dəyərləndirmə aparılması MPM-in 407.2-ci maddəsinin tələbləri baxımından yolverilməzdir.
46. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam araşdırılmaması və sübutlara düzgün qiymət verilməməsi barədə dəlillər də əsassızdır.
47. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hal larının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. 48. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunl a müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
49. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
50. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
51. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
52. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 3 dekabr tarixli 22(106)-182/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.