Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-249/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi, icarə haqqı tələbi 17.05.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-135/2024 nömrəli 2024cü il 9 yanvar tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İcarəyəverən İddiaçı MMC ilə icarəçi Cavabdeh MMC arasında bağlanmış 2021-ci il 01 iyul tarixli “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən, icarəyəverən ünvan 1 ünvanında yerləşən binanın 2-ci mərtəbəsində 70 m2 sahəni icarəçiyə icarəyə verməyi, sonuncu isə həmin əmlakı qəbul edib icarə haqqını bu müqavilə ilə müəyyən olunmuş şərtlərlə icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə aylıq icarə haqqı 2.360 manat müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2023-cü il 4 iyul tarixində Cavabdeh MMCyə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.800 manat borcun və ödənilmiş 200 manat mediasiya xərcinin cavabdehdən t utularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına (bax § 1) istinad etməklə onunla əsaslandırılmışdır ki, icarəçi müqavilə üzrə öhdəlikləri pozmuş və 2022-ci ilin avqust-dekabr ayları üçün ödənişləri həyata keçirməmişdir. 2023-cü il 27 yanvar tarixinə icarəçinin icarəyəverənə olan borcu 11.800 manat təşkil edir.
4. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, cəmiyyətin direktoru olmuş və müqaviləni imzalamış X2 2022-ci ilin ortalarında vəzifədən azad edilsə də, yeni rəhbərliyə 2021-ci il 1 iyul tarixli müqavilənin mövcudluğu, ünvan 1 ünvanında yerləşən binanın 2-ci mərtəbəsində 70 m2 sahənin icarəyə götürülməsi barədə məlumat verməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən onlara elektron qaimənin gönd ərilməməsi nəticəsində qeyriyaşayış sahəsinin icarədə olması barədə xəbərləri olmamış və bu səbəbdən 2021-ci il 1 iyul tarixli müqaviləni vaxtından əvvəl ləğv etməmişlər. Cəmiyyətin direktoru olmuş X1 vəzifədən azad olunandan sonra da, 2022-ci ilin axırınadək heç bir qanuni əsaslar olmadan müqavilədə göstərilən sahəni istifadə etmişdir. Odur ki, cəmiyyət 2022-ci ilin avqust-dekabr aylarında mübahisəli sahədən istifadə etmədiyinə görə iddia rədd edilməlidir.
5. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 3 oktyabr tarixli e-2-2(113)-3782/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – E.Əliyev).
6. Birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, icarəyə verən üzərinə düşən öhdəliyi yerinə yetirsə də, icarəçi icarə haqqını ödəməməklə üzərinə düşən öhdəliyi icra etməmiş, nəticədə cava bdehin 2022-ci ilin avqust-dekabr ayları üçün 11.800 (2.360 x 5 ay) manat borcu yaranmışdır.
7. Cəmiyyətin 2022-ci ilin avqust-dekabr aylarında mübahisəli sahədən istifadə etməməsi barədə cavabdehin dəlilinə münasibətdə məhkəmə vurğulamışdır ki, tərəflər arasında imzalanmış müqavilənin müddəti 2023-cü il 31 dekabr tarixinədək müəyyənləşdirilmiş, cavabdeh isə müqavilənin 7.1-ci bəndində əsasən, müqavilənin vaxtından əvvəl ləğvi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, həmçinin məhkəmə baxışında cəmiyyətin əvvəlki direktoru olmuş X1 2022-ci ilin avqust-dekabr aylarında mübahisəli sahədən istifadə etdiyi müəyyən olunmuşdur. Cavabdeh icarə münasibətlərinə xitam vermədiyinə görə (müqavilənin 7.1-ci bəndi) məhkəmə iddiaçının 11.800 manat icarə haqqı tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir.
8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 421.2, 700.1 və 700.2-ci maddələrinə istinadən əsaslandırmışdır.
9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv və iddianın rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-135/2024 nömrəli 2024-cü il 9 yanvar tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).
11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma (bax §§ 6-7) ilə razılaşaraq, əlavə olaraq cavabde hin dəlillərinə dair qeyd etmişdir ki, icarə obyektinin hansı direktor tərəfindən faktiki olaraq istifadə olunması ilə bağlı hallar cavabdehin daxili məsələləridir və bu iddianın rədd edilməsi üçün əsas ola bilməz.
12. Bundan əlavə, icarə müqaviləsinin müddəti 2023-cü il 31 dekabr tarixədək müəyyənləşdirilmiş, cavabdeh isə müqavilənin 7.1-ci bəndində əsasən müqavilənin vaxtından əvvəl ləğv olunması ilə bağlı hər hansı sübut təqdim etməmişdir.
13. Bu baxımdan, icarə sahəsi cavabdehə təhvil verildikdən sonra həmin sahədən faktiki istifadə edib-etməməsinin mübahisənin həlli baxımından hər hansı əhəmiyyəti yoxdur.
14. Həmçinin tərəflər arasında bağlanmış müqavilədə icarəyə verənin icarə haqqının ödənilməsi üçün icarəçiyə hər ay elektron qaimə göndərməli olması barədə hər hansı şərt nəzərdə tut ulmamışdır.
15. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini, MM-in 700.1-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddia tələbinin isə rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. MM-in 700.1-ci maddəsi üzrə - Cavabdehin əvvəlki direktoru qeyd edilən icarə müqaviləsi barədə yeni rəhbərliyə hər hansı məlumat verməmişdir. Məlum olduğu kimi, hüquqi şəxsin borcuna görə direktor məsuliyyət daşıyan şəxsdir. Hesab etsək ki, iddia tələbi üzrə pul məbləğinin tutulması müvafiq icra şöbəsi tərəfindən icra ediləcək və əgər hüquqi şəxs ödəmək imkanında olmasa, həmin məbləğə görə direktor barəsində qanunvericinin müəyyən etdiyi tənbehlər tətbiq edilməsi ehtimalı var. Bu, bir daha onu sübut edir ki, əvvəlki direktorun icarə müqaviləsi barədə yeni rəhbərliyi məlumatlandırmaması işin mühüm hallarından biridir. Bundan əlavə, məlumatlı olmadığı müqavilənin ləğvi məsələsini yeni rəhbərlik necə qaldıra bilərdi. Qeyd etdiyi halı iddiaçının icarə müqaviləsi əsasında cavabdehə elektron qaimə göndərməməsi də təsdiq edir. Əgər cavabdeh vaxtında müqavilədən xəbərdar olsaydı, təbii ki, müqavilənin xitamı ilə bağlı iddiaçıya müraciət edərdi. Lakin cavabdeh bundan məhrum edilmişdir.
18. MPM-in 88-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi işi tam araşdırmamış, cavabdehin icarə müqaviləsindən xəbərsiz olması halına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, cavabdeh müqav ilədən xəbərdar olsaydı, vaxtında iddiaçıya müraciət edib müqavilənin xitam olunmasını tələb edər və nəticədə hazırkı mübahisə yaranmazdı. Həmçinin cavabdeh qeyd olunan dövr ərzində icarə obyektindən istifadə də etməmişdir. Cavabdeh tərəfindən istifadə edilməyən yerin icarə haqqının ondan tutulması hüquqi düşüncəyə ziddir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
20. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
21. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin mad di və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....”
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkə mənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
25. Cavabdeh eyniməzmunlu dəlilləri aşağı məhkəmə insta nsiyalarında da bildirmişdir.
26. Apellyasiya instansiya məhkəməsinin cavabdehin dəlilləri üzrə gəldiyi nəticə mahiyyət etibarilə ondan ibarət olmuşdur ki, icarə obyektinin hansı direktor tərəfindən faktiki olaraq istifadə olunması ilə bağlı hallar cavabdehin daxili məsələləridir və bu iddianın rədd edilməsi üçün əsas ola bilməz. Bundan əlavə, cavabdeh müqavilənin vaxtından əvvəl ləğv olunması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. İcarə sahəsi cavabdehə təhvil verildikdən sonra həmin sahədən faktiki istifadə edib-etməməsinin mübahisənin həlli baxımından hər hansı əhəmiyyəti yoxdur. Həmçinin tərəflər arasında bağlanmış müqavilədə icarəyə verənin icarə haqqının ödənilməsi üçün icarəçiyə hər ay elektron qaimə göndərməli olması barədə hər hansı şərt nəzərdə tutulmamışdır.
27. Kassator m əhkəmənin həmin mövqeyini əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
28. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır, bu səbəbdən də cavabdehin eyniməzmunlu dəlilləri üzrə ayrıca hüquqi dəyərləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür.
29. Eyni zamanda, məhkəmə kollegiyası onu da xüsusi olaraq vurğulayır ki, cavabdeh özünün sabiq direktorunun qanunsuz hərəkətləri nəticəsində ona zərər dəydiyini hesab edirsə, bununla əlaqədar qanunla müəyyən edilmiş qaydada reqress iddia ilə məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.
30. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüqu q pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 23) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 23) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
31. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 9 yanvar tarixli 2-2(103)-135/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 9 yanvar tarixli 22(103)-135/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən sax