Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-25/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRAR İş № 2-2(102)-25/2024 Açar sözlər: öhdəliyin icra edilməməsi, dəymiş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhk əməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 sentyabr tarixli 2-2(103)-673/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 2018-ci il 25 aprel tarixli 040OB/18 nömrəli qeyri-yaşayış sahəsinin icarəsinə dair müqaviləyə əsasən, iddiaçı tərəfindən cavabdehə xxx ünvanında yerləşən ümumi icarə sahəsi 422 m2 olan obyekt icarəyə verilmişdir. İcarə müddəti 2018-ci il 1 sentyabr tarixindən 2028-ci il 31 avqust tarixinədək müəyyən edilsə də 2021-ci il 14 dekabr tarixindən icarə müqaviləsinə cavabdeh tərəfindən bildiriş göndərilməklə xitam verilmişdir. 2. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 2018-ci il 25 aprel tarixli 040OB/18 nömrəli icarə müqaviləsi üzrə qeyri- yaşayış icarə sahələrinin 2018-ci il 25 aprel tarixli təhvil-təslim aktının müvafiq bəndlərində aşağıdakılar qeyd edilmişdir: 1) müqaviləyə əsasən icarəyə verən xxx ünvanında yerləşən binanın birinci mərtəbəsində sahəsi 422 m2 təşkil edən qeyri-yaşayış tipli icarə sahəsini təhvil verdi, icarəyə götürən isə bunları təhvil aldı; 2) təhvil verilmiş icarə obyekti tam təmirli vəziyyətdə, yəni tam təmirli restoran sahəsi və təmir edilmiş mətbəx bölümü halında təhvil verilir. İcarə obyekti icarəçiyə təhvil-təslim aktında qeyd olunan avadanlıq və əşyalarla təmin edilmiş halda təhvil verilir; 3) İcarə obyekti müqavilənin şərtlərinə uyğun vəziyyətdə təqdim olunur. Mövcud aktın imzalandığı tarixdən etibarən icarəyə verən icarə obyektinin icarəyə götürənə verilməsi üzrə öhdəliklərini müvafiq şəkildə y erinə yetirmiş sayılır; 4) İcarəçinin icarə obyektinin vəziyyətinə və təchizatına dair iradı yoxdur. 3. "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 2022-ci il 28 aprel tarixli Ç22025 nömrəli xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, 2018-ci il 25 aprel tarixli 040OB/18 nömrəli icarə müqaviləsinə 2021-ci il 14 dekabr tarixindən xitam verilmiş olsa da dəfələrlə müraciət etmələrinə baxmayaraq, icarə sahəsindəki soyuducuda saxlanılan ərzaq məhsulları "xxxx" MMC tərəfindən aparılmamışdır. Bu müddət ərzində "xxxx" MMCnin pul öhdəliklərini icra etməməsinə baxmayaraq, ərzaq məhsulları saxlandığı soyuduculara elektrik enerjisinin verilməsi dayandırılmamışdır. Enerji sərfiyyatı ilə bağlı öhdəliklərin icra edilməməsi nəzərə alınaraq, 2022-ci il 30 mart saat 10:00-dan icarə sahəsinə elektrik ener jisinin verilməsi dayandırılacaqdır. Əgər bu müddət ərzində ərzaq məhsullarının icarə sahəsindən daşınması təmin edilməsə, həmin əmlaklar icarə sahəsindən kənarlaşdırılaraq utilizasiya üçün zibil konteynerlərinə atılacaqdır. 4. "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 2022-ci il 11 avqust tarixli Ç22-048 nömrəli məktubda qeyd edilmişdir ki, 2022-ci il 12 avqust tarixində Bakı Ağ Şəhər ofis binasının birinci mərtəbəsində yerləşən icarə sahəsinin mətbəx bölməsindəki avadanlıqlar və digər əşyalar çıxarılaraq müvəqqəti saxlanc yerinə aparılacaqdır. Bununla əlaqədar xahiş olunmuşdur ki, qeyd edilən prosesdə iştirak etmək üçün səlahiyyətli nümayəndə 2022-ci il 12 avqust tarixində saat 10:00-da ofis binasına göndərilsin. Nümayəndən gəlmədiyi təqdirdə, avadanlıqlar və əşyalar daşınaraq saxl anca yığılacaqdır. Eyni zamanda, daha öncəki məktublarda da qeyd edildiyi kimi, müvəqqəti saxlanca görə haqq hesablanacaqdır. 5. "xxxx" MMC tərəfindən Bakı Ağ Şəhər ofis binasından avadanlıqların götürülməsi haqqında 2022-ci il 23 dekabr tarixli aktda qeyd edilmişdir ki, "xxxx" MMC-nin direktoru X4 2022-ci il 23 dekabr tarixində "xxxx" MMC-dən "xxxx" MMC-yə aid olan 1 ədəd kabeli ilə “Lenovo” notbuk kompyuteri, 1 ədəd kabelsiz “Wolt” online daşıma xidmətinin “Lenovo” planşeti, 1 ədəd kabeli ilə kassa aparatı (SUNMİ) və 1 ədəd kabelsiz POS Terminal (“Paşa Bank”) avadanlıqlarını təhvil aldı. O, öz imzası ilə təsdiq etmişdir ki, bu avadanlıqlara görə gələcəkdə "xxxx" MMC-yə qarşı heç bir iddiası olmayacaqdır. Akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. 6. "xxxx" MMC tərəfindən iş mate riallarına Bakı Ağ Şəhər ofis binasının birinci mərtəbəsində yerləşən "xxxx" MMC-yə aid olan əşyaların müvəqqəti saxlanc yerinə daşınması haqqında 2 ədəd 2022-ci il 12 avqust tarixli və 1 ədəd 2022-ci il 9 sentyabr tarixli aktlar əlavə edilmişdir.
7. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 2022-ci il 8 sentyabr tarixli Qərardan görünür ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin təhqiqatçısı tərəfindən vətəndaş X1 şikayət ərizəsi əsasında toplanmış 2022-ci il 30 avqust tarixli HK1-2270 nömrəli materialı nəzərdən keçirilərək, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, X1 tələbi ilə əlaqədar mülki mübahisələrin həlli üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25-ci maddəsinə əsas ən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olmasının izah olunması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı "xxxx" MMC (bundan sonra – “iddiaçı”) 2022-ci il 16 dekabr tarixində cavabdeh "xxxx" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, "xxxx" MMC tərəfindən 2018-ci il 25 aprel tarixli 040-0B/2018 nömrəli icarə müqaviləsi (bundan sonra – “icarə müqaviləsi”) üzrə öhdəliklərin tam yerinə yetirilməməsi nəticəsində iddiaçıya təhvil verilməyən 42 m2 sahəyə görə artıq ödənilmiş 26.762,4 manat icarə haqqı, iddiaçı tərəfindən “Baku Bay” restoranına çəkilmiş 319.112 manat xərc, icarə müqaviləsinə birtərəfli qaydada xitam verilməsi ilə bağlı iddiaçıya dəymiş 8.000 m anat ərzaqla bağlı zərər və 648 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, icarə müqaviləsi bağlandıqdan sonra icarə obyekti iddiaçıya təhvil verilmiş və iddiaçı tərəfindən restorana ümumilikdə 319.112 manat xərc çəkilmişdir. 2020-ci ilin mart ayından pandemiya dövründə tətbiq olunan qapanmalarla əlaqədar restoran fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdır. Restoranın əsas fəaliyyət istiqaməti tədbirlərin keçirilməsi olduğundan “online” fəaliyyətin davam etdirilməsi mümkün olmamışdır. Pandemiya vaxtı bəzi aylarda icarə haqqı iddiaçının şəxsi vəsaiti hesabına ödənilsə də, restoran fəaliyyət göstərmədiyindən tam şəkild ə ödənilməsi mümkün olmamışdır. Cavabdeh icarə müqaviləsinə birtərəfli qaydada xitam verilməsi və obyektin qısa zaman ərzində boşaldılaraq təhvil verməsi ilə bağlı iddiaçıya 2021-ci il 13 avqust, 2022-ci il 9 aprel və 2022-ci il 28 aprel tarixli xəbərdarlıq məktubları göndərmişdir. İddiaçı tərəfindən cavabdehə icarə müqaviləsinin 10-cu maddəsinə əsasən fors-major halların olması ilə əlaqədar icarə haqqı borcunun yarandığı, qanunvericilik və müqavilənin tələblərinə əsasən obyektin təhvil verilməsi üçün cavabdehin aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. 2021-ci il 20 dekabr tarixində cavabdeh tərəfindən obyektin qapıları bağlanmış və iddiaçının əməkdaşları obyektə buraxılmamışdır. Cavabdeh iddiaçıya obyektə girməyin qadağan olunduğu, icarə haqqı borcu ödənildikdən son ra obyektdəki iddiaçıya məxsus olan avadanlıqların təhvil veriləcəyi bildirilmişdir. Avadanlıqlar vaxtında geri qaytarılmadığı üçün yararsız vəziyyətə düşmüş və iddiaçıya külli miqdarda zərər vurulmuşdur. Obyekt bağlanarkən təxminən 8.000 manat məbləğində ərzaq məhsulları da iddiaçıya təhvil verilməmişdir. İcarə müqaviləsinin 11.1-ci bəndinə əsasən, bu müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflər arasında isə müqavilənin xitamı ilə bağlı qarşılıqlı razılıq mövcud olmamışdır. Belə olan halda həm qanunun tələbi, həm də müqavilənin şərtlərinə görə müqavilə yalnız məhkəmə qaydasında ləğv edilə bilər. Ona görə də cavabdehin 2021-ci il 7 dekabr tarixli məktubla müqaviləyə birtərəfli qaydada xitam verməsi etibarsızdır. Bundan başqa, icarə müqaviləsi üzrə nəzərdə tutulan 422 m2 sahədən 42 m2 sahə də iddiaçıya təhvil verilməmişdir. Həmin sahə üzrə iddiaçı icarə haqqını icarə müqaviləsində nəzərdə tutulmuş tam sahə üzrə ödənmişdir. Təhvil alınmayan 42 m2 sahəyə görə 3 il icarə haqqının ödənilməsi həyata keçirilmişdir.
10. Cavabdeh iddiaya etirazı onunla əsaslandırılmışdır ki, icarə müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən "xxxx" MMC Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" MMC-dən 2022-ci il 1 mart tarixinə olan əsas icarə haqları, dəbbə pulu və kommunal xərclər olmaqla, cəmi 262.631,09 manat pulun tutularaq "xxxx" MMC-yə ödənilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 28 dekabr tarixli e-2-2(113)-2206/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "x xxx" MMC-dən 2018-ci il 25 aprel tarixli 040-OB/18 nömrəli müqavilə üzrə ƏDV daxil 138.848,92 manat icarə haqqı, 12.844,96 manat kommunal xərclər, 1.200 manat vəkilə ödənilmiş məbləğ və 10.000 manat dəbbə pulunun "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Hazırkı iş üzrə icarə müqaviləsinə 2021-ci il 14 dekabr tarixində xitam verildiyindən və iddiaçıda bu barədə vaxtında məlumatlı olsa da, iddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 697.4-cü maddəsində nəzərdə tutulmuş altı aylıq müddəti ötürmüşdür. İddia tələbinin 319.112 manat hissəsinə ilə bağlı bildirilmişdir ki, icarə müqaviləsinə xitam verildikdən sonra iddiaçıya aid olan əşyaların bir qismi müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyinə görə qanunvericilikdə nəz ərdə tutulmuş qaydada icarəyə verənin girov hüququ üzrə müvafiq akt tərtib edilməklə, cavabdehin saxlancına verilmişdir. Həmin əmlaklar hansı vəziyyətdə saxlanca qəbul edilmişsə, həmin vəziyyətdə cavabdehin anbarlarında saxlanılmaqdadır. Bundan başqa, iddianın 8.000 manat ərzaqla bağlı zərər hissəsinə münasibətdə bildirilmişdir ki, icarə müqaviləsinə xitam verildikdən sonra cavabdeh tərəfindən iddiaçının rəhbərliyinə ünvanlanmış 2022-ci il 28 aprel tarixli məktubda göstərilənlərə əsasən, icarə müqaviləsinə xitam verilmiş olsa da, müraciətlər edilməsinə baxmayaraq, icarə sahəsindəki soyuducuda saxlanılan ərzaq məhsulları aparılmamışdır. Ərzaq məhsullarının soyuducuda saxlanılması üçün iddiaçı tərəfindən elektrik enerji sərfiyyatı ilə bağlı öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə elektr ik enerjisinin verilməsinin dayandırılacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçının həmin məhsulları aparmasına ümumiyyətlə hər hansı məhdudiyyət qoyulmamışdır. Müraciətlərdən sonra ərzaq məhsullarının bir hissəsi iddiaçının əməkdaşları tərəfindən ərazidən götürülmüşdür. İddiaçıya məxsus ərzaq məhsullarının qorunub saxlanılması cavabdehin vəzifəsi deyildir. İddia tələbinin 42 m2 sahəyə görə artıq ödənilmiş 26.762,4 manat hissəsi ilə bağlı cavabdeh qeyd etmişdir ki, icarə müqaviləsi üzrə qeyri-yaşayış icarə sahələrinin təhvil-təslim aktının 1-ci bəndində göstərilənlərə əsasən, 422 m2 təşkil edən icarə sahəsini iddiaçı təhvil almışdır. Həmin aktın 4-cü bəndində göstərilmişdir ki, icarəçinin icarə obyektinin vəziyyətinə və təchizatına dair iradı yoxdur.
11. Məhkəmə iclasında şahid qismində dindirilən Muradov Aslan ifadə verərək bildirmişdir ki, iddiaçı MMC-də menecer vəzifəsində çalışmışdır. Pandemiya dövrü və müharibə vaxtı restoran fəaliyyətini dayandırmışdır. 2021-ci ilin 20 dekabr tarixində işə gəldikləri zaman görmüşlər ki, giriş kartı işləmir və qapıları açmır. Onlara bildirmişlər ki, cavabdeh tərəfindən kartlar bağlanmışdır. Əvvəlcədən rezerv edilmiş sifarişlər üçün 5-6 gün işləməyə icazə verilməsi xahiş edilsə də, icazə verilməmiş, mühafizəçi tərəfindən obyektə buraxılmamışlar. Obyektdəki avadanlıqların dəyəri təxminən 300.000-350.000 manat olmuşdur. Obyektdə bar stolu, tablo, monitor və s. onların, stol və stullar, bir ədəd kofe aparatı isə cavabdehin idi. Şahid həmçinin obyektdəki yaşıllıq sahələrinə tərəflərindən 10.000 manat xərc çəkildiyini və hazırda onlardan y eni icarəçinin istifadə etdiyini bildirmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 aprel tarixli e-2-2(113)-565/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – Z.Axundova).
13. Məhkəmə qeyd etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 28 dekabr tarixli e-2-2(113)-2206/2022 nömrəli qətnaməsi ilə "xxxx" MMC-nin icarə haqqı və digər pul vəsaitlərinin tutulmasına dair iddiası qismən təmin olunaraq, "xxxx" MMC-dən 2018-ci il 25 aprel tarixli 040-OB/18 nömrəli müqavilə üzrə cəmi 262.631,09 manat pulun "xxxx" MMCnin xeyrinə tutulması qət edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəyə minməmişdir.
14. Hazırkı iş üzrə isə məhkəmə vurğulamışdır ki, tərəflər arasında icarə münasibətlərinə xitam verilmiş, icarə obyektindən iddiaçıya məxsus əşyaların bəziləri götürülmüş, bə ziləri isə cavabdehdə qalmışdır. Cavabdehin nümayəndəsi bunu iddiaçının icarə müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyindən borcunun yaranması və cavabdehin iddiaçıya məxsus əşyalar üzərində girov hüququnun yaranması səbəbilə həmin əmlakların girov kimi saxlanca alınması ilə əlaqələndirmişdir.
15. İddia tələbinin iddiaçıya təhvil verilməyən 42 m2 sahəyə görə artıq ödənilmiş 26.762,4 manat icarə haqqının cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, icarə müqaviləsi üzrə tərtib olunmuş təhvil-təslim aktının 1-ci bəndində müqaviləyə əsasən icarəyə verənə təhvil verilmiş sahənin 422 m2 təşkil etdiyi qeyd olunmuş, aktın 4-cü bəndində icarəçinin icarə obyektinin vəziyyətinə və təchizatına dair iradı olmadığı göstərilmişdir. Bu aktla obyektin müqavilədə göstərilən hə cmdə iddiaçıya təhvil verildiyi təsdiq edildiyindən və iddiaçı 422 m2 sahəyə uyğun ödənişlər həyata keçirdiyindən iddia tələbi bu hissədə əsassız olmuşdur.
16. İddia tələbinin digər hissəsini iddiaçı tərəfindən restorana çəkilmiş 319.112 manat xərcin cavabdehdən tutulması təşkil etmişdir. İddiaçı iddia ərizəsində həmin xərcin restorana alınan avadanlıqlar, dekorativ və s. kimi ləvazimatların alınmasından ibarət olduğunu qeyd etmişdir. İddiaçı icarə obyektinə 319.112 manat xərc çəkməsi və zərərə məruz qalmasına dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbinin həmin hissəsinə münasibətdə cavabdehin nümayəndəsinin mövqeyi ilə razılaşaraq iddiaya etirazı (bax bu qərarın 10-cu bəndi) əsaslı hesab etmişdir. İddiaçıya məxsus əşya, avadanlıqların ona təhvil verilməməsi nə münasibətdə isə qeyd olunmuşdur ki, cavabdeh icarə hüquq münasibətlərindən irəli gələn tələbləri üzrə iddiaçının icarə obyektində olan əşyalarının girov qoyulması hüququndan istifadə etmişdir. Həmçinin, hazırkı tələb həmin əşyaların qaytarılması yox, çəkilmiş xərcin ödənilməsindən ibarət olmuşdur.
17. Məhkəmə iddianın 8.000 manat ərzaqla bağlı zərərin cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, icarə obyektində qalan ərzaq məhsullarının dəyəri ilə bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Bundan başqa, cavabdeh iddiaçıya məktubla müraciət edərək, 2022-ci il 30 mart tarixinədək ərzaq məhsullarının icarə sahəsindən daşınmasını təmin olunmasını xahiş etmiş, əks təqdirdə həmin əmlakların icarə sahəsindən kənarlaşdırılaraq utilizasiya üçün zibil konteynerlərinə atıla cağı ilə bağlı xəbərdarlıq etmişdir. Göründüyü kimi, iddiaçının hərəkətsizliyi nəticəsində ona məxsus ərzaq məhsullarının cavabdeh tərəfindən təhvil verilməsi mümkün olmamışdır.
18. Məhkəmə gəldiyi nəticəni MM-in 21,1, 21.2, 21.3, 675, 680.1.1, 680.2, 681, 697.4, 698.1, 698.3 və 700.1-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 sentyabr tarixli 2-2(103)-673/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, icarə müqaviləsi əsasında iddiaçıya təhvil verilməli olan 422 m2 olan sahədən 42 m2 sahənin təhvil verilmədiyi iddia ərizəsində qeyd edilənlərdən və nümayəndənin izahatından başqa hər hansı sübutla təsdiq olunmamışdır. İddiaçı icarə müqaviləsinə xitam verilənədək ona sahənin bir hissəsinin təhvil verilməməsi ilə bağlı iddiaçıya müraciət etməmişdir. Bundan əlavə icarə müqaviləsi üzrə tərtib edilmiş təhvil-təslim aktının 1-ci bəndində müqaviləyə əsasən icarəyə verənə təhvil verilmiş sahənin 422 m2 təşkil etdiyi qeyd olunmuş, aktın 4-cü bəndində icarəçinin icarə obyektinin vəzi yyətinə və təchizatına dair iradı olmadığı göstərilmişdir.
22. İcarə sahəsinə alınmış avadanlıqlar və ləvazimatların dəyəri olaraq 319.112 manat pulun tutulmasına dair iddia tələbinin qanuni əsası olmadığından bu tələbin rədd edildiyi hissədə də qətnamə əsaslı olmuşdur. İcarə müqaviləsinin 6.3.16-cı bəndində qeyd edilmişdir ki, icarə müddəti başa çatdıqda və ya bu müqaviləyə vaxtından əvvəl xitam verildikdə icarəçi obyekti və onun hissələrini qanunla müəyyənləşdirilmiş qaydada aşınması (normal köhnəlməsi) nəzərə alınaraq çıxılmaqla saz vəziyyətdə icarəyə verənə qaytarmaqla yanaşı icarə obyektinə zərər yetirmədən ondan ayrıla bilməyən yaxşılaşdırmaları bu yaxşılaşdırmalara çəkilmiş xərclərin əvəzini tələb etmədən icarəyə verənə təqdim edir. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu nun 9.7-ci maddəsindən görünür ki, ayrıla bilən yaxşılaşdırmaların dəyərini isə ödəyib-ödəməmək qanunda icarəyə verənin vəzifəsi deyil, hüququ olaraq nəzərdə tutulmuş və müəyyən olunmuşdur ki, icarəyəverən buna razılıq vermədikdə icarəçi bu yaxşılaşdırmaları geri götürmək hüququna malikdir.
23. İddiaçı obyektdən ayrılaraq götürülməsi mümkün olan əşyaların ona qaytarılmasını deyil, dəyərinin ödənilməsini tələb etdiyindən bu iddia təmin edilə bilməz. Bu səbəbdən iddiaçının nümayəndəsinin həmin əmlakların bazar dəyərinin müəyyən olunması üçün əmtəəşünaslıq ekspertizası təyin edilməsi barədə apellyasiya instansiyası mərhələsində verdiyi vəsatət əsassız hesab olunaraq məhkəmə tərəfindən təmin edilməmişdir. Eyni zamanda, iddiaçının cavabdehə məxsus əmlaklara girov hüququna malik olub-olmaması mə sələsi əmlakların geri qaytarılması barədə iddia irəli sürüldüyü halda müzakirə predmeti ola bilərdi. Belə tələb irəli sürülmədiyindən məhkəmə iddiaçının girov hüququna malik olub-olmadığına hüquqi qiymət verilməsini zəruri hesab etməmişdir.
24. İddiaçının obyektdə qalaraq xarab olmuş ərzaqlarının dəyərinin 8.000 manat təşkil etməsi də hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Həmçinin, cavabdeh iddiaçıya məktubla müraciət edərək, 2022-ci il 30 mart tarixinədək ərzaq məhsullarının icarə sahəsindən daşınmasını tələb etdiyindən, iddiaçının hərəkətsizliyinə və ərzaqların xarab olmasına görə məsuliyyət daşıya bilməz. İddiaçı icarə haqqı üzrə borcların tam ödənilməsi və qarşı tərəfə borcu qalmaması barədə məhkəməyə sübut təqdim edə bilmədiyindən icarə müqaviləsinə qanunsuz xitam verildiyin ə dair iddia ərizəsində və apellyasiya şikayətində qeyd edilənlər əsassız olmuşdur.
25. Apellyasiya məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi normalara və “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 9.7-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
26. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin, “X3 Haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.5-ci maddəsinin, MPM-in 10-1.3, 77.1, 150.1.6, 150.2, 217.3 və 218.1-ci maddələrinin tələbləri pozulmuşdur. Cavabdeh sübut təqdim etməməsinə baxmayaraq yalnız girov hüququnu əsas gətirərək iddianın rədd olunmasını xahiş etmişdir. Lakin, məhkəmə qanunvericilikdə nəzərdə tutulan analogiyadan istifadəni iddiaçının maraqlarına uyğun tətbiq etməmiş və hüquqlarını pozmuşdur.
28. Məhkəmə iddiaçının külli miqdarda xərc çəkdiyi və avadanlıqlar aldığı icarə obyektindən faktiki istifadəsinin məhdudlaşdırılması ilə bağlı cavabdehin hərəkətlərini araşdırmalı və hüquqi qiymət verməli idi. Belə ki, iddiaçı cavabdehi icarə obyektinə daxil olmağa icazə verməyərək obyektdə cavabdehə məxsus külli miqdarda dəyəri olan avadanlıqları geri qaytarmaqdan imtina etməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə bu faktı araşdırmaqla xüsusi qərardad qəbul etməli idi. Çünki, q anunvericiliyin tələblərinə əsasən, icarə müqaviləsinin şərtlərinin dəyişdirilməsi və ya müqaviləyə xitam verilməsi tərəflərin qarşılıqlı razılığı əsasında həyata keçirilməlidir.
29. Kassator şahidin ifadəsini (bu qərarın 11-ci bəndi) vurğulayır və qeyd edir ki, iddiaçı tələbinin icarə obyektinə 319.112 manat xərc çəkməsi və zərərə məruz qalmasına dair mötəbər sübutlarını məhkəməyə təqdim etməsinə baxmayaraq, həmin sübutlar nəzərə alınmamış, eyni zamanda əşyaların dəyəri və ya mövcudluğu barədə müvafiq ekspertiza təyin etməmişdir.
30. Məhkəmədə cavabdehin müqavilə öhdəliklərini lazimi qaydada yerinə yetirə bilməməsinə əsas olmuş hallar kifayət qədər araşdırılmamışdır. İcarə obyektinə külli miqdarda xərclər çəkilmişdir. İddiaçı pandemiya və müharibə ilə əlaqədar icarə haqlarını ödəyə bilməm əsini cavabdehə bildirmişdir. Belə olan halda qanunvericiliyin tələblərinə əsasən, cavabdeh tərəfindən icarə müqaviləsinə birtərəfli qaydada xitam verilməklə iddiaçının icarə obyektindən faktiki istifadəsini məhdudlaşdıra bilməzdi. Nəticədə iddiaçıya külli miqdarda zərər vurulmuşdur. Çünki, icarə haqlarının vaxtında ödənilə bilməməsinə səbəb şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi olmuşdur. Məhkəmə prosesi zamanı yol verilmiş prosessual normaların pozulması ilə əlaqədar qeyd olunan xüsusatlarla bağlı sübutların təqdim olunması mümkün olmamışdır. MM-in müvafiq maddələrinin tələblərinə görə, cavabdeh icarə obyektinin istifadəsini məhdudlaşdırmazdan öncə məhkəməyə müraciət etməli və məhkəmə qaydasında icarə obyektinin boşaldılaraq təhvil verilməsini tələb etməli idi. Qeyd olunan xüsusatlarla bağlı da müvafiq araşdırma aparılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Cavabdeh kassasiya şikayətinə qarşı 2023-cü il 11 dekabr tarixində etiraz təqdim edərək, onun təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
32. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim olunmuş sübutlara qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hüquqi qiymət verilmiş və əsaslı qətnamə qəbul olunmuşdur. İddiaçı kassasiya şikayətində cavabdeh tərəfindən icarə müqaviləsinə birtərəfli qaydada xitam verilməsi nəticəsində ona ziyan dəyməsini qeyd etsə də, işin məhkəmələr tərəfindən araşdırılan hallarından da müəyyən olunur ki, cavabdeh tərəfindən icarə müqaviləsinə xitam verilə n zaman qanunvericiliyin tələblərinə tam və düzgün əməl olunmuşdur. İddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Kassasiya baxışının hədləri
33. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hall arına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fa yda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə
675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.” “Maddə
680. Kirayəçinin zəruri məsrəfləri 680.1. Kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: 680.1.1. binaların, qurğuların və ya nəqliyyat vasitələri nin kirayəsi halında istismar, qulluq və təmizləmə xərcləri;...” “Maddə
681. Kirayəçinin qurğuları Kirayəçinin əşyaya əlavə etdiyi qurğunu götürmək hüququ vardır. Yaşayış otağı kirayəçisinin qurğunu götürmək hüququnu istisna edən razılaşmanın qüvvəsi yoxdur.” “Maddə
697. Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələri... 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kiray ə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür.” “Maddə
698. Kirayəyə verənin girov hüququ 698.1. Hər hansı torpaq sahəsini və ya hər hansı otaqları kirayəyə verən kirayə hüquq münasibətlərindən irəli gələn tələbləri üzrə kirayəçinin həmin torpaq sahəsində və ya həmin otaqlarda olan əşyalarının girov qoyulması hüququna malikdir. Girov hüququ cari və növbəti ildən də uzun müddət üçün zərərin əvəzinin ödənilməsi və kirayə haqqının verilməsi haqqında gələcək tələblər üzrə həyata keçirilə bilməz. Bu hüquq girov qoyula bilməyən əşyalara şamil edilmir.... 698.3. Kirayəyə verən onun girov hüququnun şamil edildiyi əşyaların aparılmasına məhkəm əyə müraciət etmədən də mane ola bilər və əgər kirayəçi torpaq sahəsini və ya otağı boşaldırsa, həmin əşyalara sahibliyə başlaya bilər. Əşyalar kirayəyə verənə xəbər verilmədən və ya onun şikayəti üzrə aparıldıqda kirayəyə verən onların torpaq sahəsinə qaytarılması məqsədilə verilməsini və əgər kirayəçi torpaq sahəsini və ya otağı boşaltmışsa, onlara sahiblik hüququnun verilməsini tələb edə bilər. Əgər kirayəyə verən öz hüququnu daha əvvəl məhkəmə qaydasında həyata keçirməmişsə, girov hüququ əşyaların aparılması barədə kirayəyə verənə xəbər verildikdən bir ay sonra ləğv edilir. “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə y anaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.” 36. “İcarə haqqında” Azərbaycan Respublikasının müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Qanununun müvafiq “Maddə
9. İcarə zamanı mülkiyyət...
7. İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilən yaxşılaşdırmaların dəyərini icarəyə verən ödəməyə razı olmadıqda icarəçi bu yaxşılaşdırma ları geri götürə bilər....”
37. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsini n mövqeyi
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırmaqla apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, həmin məhkəmə tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan pozuntulara yol verilməmişdir.
39. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, iddiaçı icarə obyektinə xərc çəkmiş, icarə haqlarını isə şəraitin dəyişməsi, yəni pandemiya səbəbindən ödəyə bilməmişdir. Məhkəmə isə göstərilən halları və müqaviləyə yalnız tərəflərin qarşılıqlı razılaşması nəticəsində xitam verilə biləcəyini nəzərə almamışdır.
40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 6.3.16-cı bəndində icarə müddəti başa çatdıqda və ya bu müqaviləyə vaxtından əvvəl xitam verildikdə icarəçi icarəçinin obyekti və onun hissələrini qanunla müəyyənləşdirilmiş qaydada aşınması (normal köhnəlməsi) nəzərə alınaraq çıxılmaqla saz vəziyyətdə icarəyə verənə qaytarmaqla yanaşı icarə obyektinə zərər yetirmədən ondan ayrıla bilməyən yaxşılaşdırmaları bu yaxşılaşdırmalara çəkilmiş xərclərin əvəzini tələb etmədən icarəyə verənə təqdim etməsi nəzərdə tutulmuşdur.
41. Ayrıla bilən yaxşılaşdırmalarla bağlı “İcarə haqqında” Qanunun 9-cu maddəsinin 7-ci hissəsində nəzərdə tutulmuşdur ki, icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilən yaxşılaşdırmaların dəyərini icarəyə verən ödəməyə razı olmadıqda icarəçi bu yaxşılaşdırmaları geri götürə bilər. Qeyd edilən normadan göründüyü kimi, ayrıla bilən yaxşılaşdırmaların dəyərini ödəyib-ödəməmək qanunda icarəyə verənin vəzifəsi deyil, hüququ olaraq nəzərdə tutulmuş və müəyyən edilmişdir ki, icarəyəverən buna razılıq vermədikdə icarəçi bu yaxşılaşdırmaları geri götürmək hüququna malikdir. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı hazırkı halda obyektdən ayrılaraq götürülməsi mümkün olan əşyaların ona qaytarılmasını deyil, dəyərinin ödənilməsini tələb etdiyindən bu iddia təmin edilə bilməz. Bu səbəbdən, iddiaçının kassasiya şikayətinin əmlakların bazar dəyərinin müəyyən edilməsi üçün iş üzrə ekspertizanın keçirilməli olmasına dair dəlili də əsaslı deyildir.
42. Bundan başqa MM-in 697.4-cü maddəsinə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Göründüyü kimi, tərəflər arasında bağlanmış 2018-ci il 25 aprel tarixli 040-OB/18 nömrəli icarə müqaviləsinə 2021-ci il 14 dekabr tarixdə xitam verildiyindən və "xxxx" MMC-də bu barədə vaxtında məl umatlı olsa da, iddiaçı Mülki Məcəllədə nəzərdə tutulmuş altı aylıq müddəti ötürmüşdür.
43. Bununla yanaşı iş materiallarında olan 2022-ci il 8 sentyabr tarixli qərardan görünür ki, X1 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
44. Kassasiya şikayətinin şahid ifadəsi ilə bağlı dəlilinə münasibətdə qeyd olunmalıdır ki, şahid ifadələri işdə olan digər sübutlarla qarşılıqlı təhlil olunaraq qiymətləndirilir. Hazırkı halda, istinad olunan şahid ifadəsi işdə olan digər sübutlarla təsdiqini tapmadığından kassasiya şikayətinin göstərilən dəlili də əsaslı sayıla bilməz.
45. İddiaçının obyektdə qalaraq xarab olmuş ərzaqlarının dəyəri də hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Cavabdeh isə iddiaçıya məktubla müraciət edərək, 2022-ci il 30 mart tarixədək ərzaq məhsullarının icarə sahəsindən daşınmasını təmin etdiyindən iddiaçının hərəkətsizliyinə və ərzaqların xarab olmasına görə cavabdeh məsuliyyət daşıya bilməzdi. İddiaçı isə icarə haqqı üzrə borcların tam ödənilməsi və qarşı tərəfə borcu qalmaması barədə aşağı instansiya məhkəmələrinə sübut təqdim edə bilmədiyindən kassasiya şikayətinin apellyasiya məhkəməsi tərəfindən icarə müqaviləsinə qanunsuz xitam verildiyini nəzərə almamasına dair kassasiya şikayətinin dəlilləri də əsassızdır.
46. Kassasiya şikayətinin icarə müqaviləsinə birtərəfli qaydada xitam verilməli olmamasına dair dəlilinə münasibətdə qeyd olunmalıdır ki, icarə müqaviləsinin 11.2.3-cü bəndində qeyd olunmuşdur ki, icarəçi ümumi icarə haqqının bu müqavilənin 5.4-cü bəndində göstərilən müddətdə ödənilməsini 30 gündə n artıq müdddətdə gecikdirdikdə icarəyə verən tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli qərarında göstərilmişdir ki, İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
47. Kassasiya şikayətinin §30-da göstərilən dəlilinə münasibətdə qeyd olunmalıdır ki, icarə müqaviləsinin 10.2-ci bəndində birbaşa olaraq nəzərdə tutulmuşd ur ki, bu müqavilənin 10.1-ci bəndində göstərilmiş hallar baş verdiyi təqdirdə, bu halların təsiri nəticəsində öz öhdəliklərini icra etmək tam və ya qismən iqtidarında olmayan tərəf bu hallar barədə digər tərəfə 10 gün müddətində yazılı şəkildə bildiriş göndərməyi öhdəsinə götürür. Bildirişdə bu halların xüsusiyyətləri haqqında məlumatlar və mümkün olduğu halda, bu halların tərəfin bu müqavilə üzrə öhdəliklərinin icrasının mümkünlüyünə təsir göstərməsinin qiymətləndirilməsi və öhdəliklərin icra müddəti öz əksini tapmalıdır. Cavabdehin qeyd etdiyi hallar müqavilənin icra edilməməsi üçün o halda əsaslı hesab oluna bilərdi ki, bununla bağlı qarşı tərəfə müqavilədə nəzərdə tutulmuş qaydada məlumat verildiyini sübuta yetirmiş olsun. Digər tərəfdən iddiaçı tərəfindən cavabdehə elektron qaimələri n göndərildiyi və cavabdeh tərəfindən hər-hansı etirazın bildirilməməsi nəzərə alındıqda qeyd olunan hallar cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icra edilməməsi üçün əsas ola bilməzdi.
48. Bununla yanaşı, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci il 14 mart tarixdən restoran və kafelərdə iş rejimi saat 21:00dək müəyyən edilmiş, 2020-ci il 29 may tarixdən isə xidmət saatı 22:00-dək uzadılmışdır. Göründüyü kimi, pandemiya ilə əlaqədar restoranların fəaliyyəti qadağan edilməmiş, müəyyən vaxtla məhdudlaşdırılmış, habelə səyyar xidmətlərin göstərilməsi də istisna olunmamışdır.
49. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgü n tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, işin apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, hüquqi qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
50. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri üzrə yuxarıda göstərilən qaydada hüquqi qiymətləndirmə aparıldığından kassasiya şikayətinə qarşı etirazın dəlilləri üzrə də əlavə hüquqi qiymətləndirmənin aparılmasına zərurət aradan qalxmışdır.
51. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarına qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilmiş, düzgün nəticəyə gəlinmişdir və iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 sentyabr tarixli 2-2(103)-673/2023 nömrəli qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
52. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
53. Şərh edilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kolle giyasının 2023-cü il 13 sentyabr tarixli 2-2(103)-673/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.