Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-250/2019 21.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Üçüncü şəxsin vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı (üçüncü şəxs: “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) “kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 20 aprel tarixli 2-2(103 )-65/2018 nömrəli qətnaməsindən iddiaçı, cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: 2015-ci il 16 noyabr tarixli, x nömrəli kredit müqaviləsinə əsasən iddiaçı “xxxx” ASCyə 2015-ci il 16 noyabr tarixindən etibarən 360 gün müddətində 3.000.000 manat məbləğində banklararası kredit verməyi, “xxxx” ASC isə iddiaçıya 3 faiz məbləğində faiz ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh və “xxxx” ASC arasında imzalanmış 2015-ci il 16 noyabr tarixli, x nömrəli ipoteka müqaviləsinə əsasən, 2015-ci il 16 noyabr tarixli kredit müqaviləsinin təminatı olaraq cavabdehə mülkiyyət hüququ ilə məxsus olan xLökbatan yolu, 22 A ünvanında 0,23874 ha torpaq sahəsində yerləşən 4570,1 k v. m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası (inzibati bina) ipoteka ilə yüklü edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 10 may tarixli 2-1(103)-940/2016 nömrəli qərarı ilə “xxxx” ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 11 avqust tarixli 2-1(102)-1471/2016 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 10 may tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı 2016-cı il 1 sentyabr tarixdə cavabdehə bildiriş göndərərək kredit müqaviləsi üzrə borc ödənilmədiyindən ipoteka predmetinə tutma yönəldilməsi proseduruna başlandığını bildirmiş, tutmanın yönəldilməsi üçün notariat qaydasınd a saziş bağlanması təklif olunmuşdur. Lakin müraciət təmin edilməmişdir. İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ləğv prosesində olan “xxxx” ASC-nin 2015-ci il 16 noyabr tarixli, x nömrəli kredit müqaviləsinə əsasən 3.000.000 manat əsas, 55.750 manat faiz borcu olmaqla, ümumilikdə 3.055.750 manat kredit borcunun ödənilməsi üçün tutmanın ipoteka predmeti olan, cavabdehə xüsusi mülkiyyət hüququ ilə məxsus x ünvanında 0.23874 ha torpaq sahəsində yerləşən, 4570.1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına (inzibati bina) yönəldilməsi, həmin daşınmaz əmlakın “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına “xxxx” ASC-nin qeyd olunan kredit müqaviləsi üzrə iddiaçı qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddianın əsaslarına görə, iddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 2015-ci il 16 noyabr tarixli, x nömrəli kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 2015-ci il 16 noyabr tarixli, x nömrəli sonrakı ipoteka müqaviləsi əsasında cavabdehə xüsusi mülkiyyət hüququ ilə məxsus x ünvanında yerləşən, 4570.1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti üzrə ipoteka saxlayan qismində iddiaçı ilə yanaşı, hazırda ləğvetmə prosesində olan “xxxx” ASC də çıxış etsə də, ipoteka saxlayan kimi iddiaçının hüquqları daha əvvəl dövlət qey diyyatına alınmışdır. Göstərilən kredit müqaviləsi üzrə qalıq borc məbləği həcmində iddiaçının kreditor tələbləri “xxxx” ASC-nin ləğvedicisinə 2016-cı il 1 sentyabr tarixli, x nömrəli məktubla təqdim edilsə də, bankın vəsaitinin olmaması səbəbindən borcun ödənilməsi indiyə kimi mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 21 sentyabr tarixli 2-2(82)645/2017 nömrəli qətnaməsi ilə ləğv prosesində olan “xxxx” ASC-nin 2015-ci il 16 noyabr tarixli, x nömrəli kredit müqaviləsinə əsasən 3.000.000 manat əsas borc, 55.750 manat faiz borcu olmaqla ümumilikdə 3.055.750 manat kredit borcunun ödənilməsi üçün tutmanın ipoteka predmeti olan cavabdehə xüsusi mülkiyyət hüququ ilə məxsus mübahisəli qeyri-yaşayış sahəsinə yönəldilmə si, həmin daşınmaz əmlakın açıq hərracdan satışından əldə olunmuş pul vəsaitləri hesabına “xxxx” ASC-nin borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 2015-ci il 16 noyabr tarixli, x nömrəli kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmiş, “xxxx” ASC üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən, iddiaçı əsas və faiz borclarının ipoteka predmetinə yönəldilməsində haqlıdır. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilərək müstəqil qiymətləndirici rəyi əsasında ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasını xahiş etmişdir. Cavabdeh qətnamədən apellyasi ya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, iş üzrə iddia tələbinin yenidən araşdırılaraq kredit müqaviləsi üzrə əsas və faiz borcunun yenidən hesablanması aparılmaqla yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 20 aprel tarixli 2-2(103)-65/2018 nömrəli qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin qismən – apellyasiya şikayətinin təmin olunmaması hissəsində ləğv edilməsini və həmin hissədə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, ilkin şikayətində qətnamənin ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb etmişdir. Cavabdeh kassasiya şikayətinə əlavə təqdim etmişdir. O, qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini tələb edir. Üçüncü şəxs həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, ilkin şikayətində qətnamənin ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb etmişdir. Üçüncü şəxs kassasiya şikayətinə əlavə təqdim etmişdir. O, qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini tələb edir. Kassasiya şikayətlərinin dəlilləri:
1. İddiaçının kassasiya şikayətinin d əlillərinə görə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cü maddəsində “ilkin satış qiymətinə” verilən tərifdə göstərilir ki, bu qiymət ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İddiaçı hazırkı iş üzrə ipoteka predmetinin müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməsi məqsədilə 2 saylı Bakı İnzibati-İqtisadi Mə hkəməsinə 2017-ci il 13 sentyabr tarixli, 16-00388-2017 saylı vəsatət təqdim etmiş və əmlakın ilkin satış qiymətinin müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilməsini xahiş etmişdir. Buna baxmayaraq, məhkəmə vəsatəti təmin etməmişdir.
2. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə “xxxx” ASC-nin hesabına 201.752 manat məbləğində ödəmə aparıldığına baxmayaraq iddiaçı tərəfindən cavabdehin ödədiyi faiz məbləğindən başqa 55.750 manat yenidən faiz tələb edilir. Həmçinin, iddiaçı qarşısında kredit müqaviləsinə görə borclu “xxxx” ASC olduğu halda, cavabdeh qismində “xxxx” MMC cəlb edilmişdir. Bundan başqa, açıq hərracda satışa çıxarılan əmlakın ilkin satış qiymətinin müəyyənləşdirilməsi zərurəti var idi ki, məhkəmə bu halı da nəzərə al mamış, əmtəəşünaslıq ekspertizası təyin etməmişdir. Cavabdeh məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə məhkəmə qarşısında vəsatətlər qaldırılsa da məhkəmə həmin vəsatətləri rədd etmişdir. Halbuki, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinin tələbinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Cavabdeh və üçüncü şəxs tərəfindən apellyasiya instansiyası məhkəməsinə vəsatətlə müraciət edilmişdir. Həmin vəsatətdə hal-hazırda “xxxx” ASC-nin ləğvedicisi olaraq Əmanətlərin Sığortalanması Fondu tərəfin dən cavabdehdən kredit borcunun tutulması və tutmanın ipoteka predmeti olan cavabdehə məxsus x- Lökbatan yolu, 22 A ünvanında 0,23874 ha torpaq sahəsində yerləşən, 4.570,1 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsait hesabına ləğv prosesində olan “xxxx” ASC-yə olan ümumilikdə 3.296.958 manat borcun ödənilməsinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunduğu və həmin iddia ərizəsinin icraata qəbul edildiyi və hazırda məhkəmə prosesinin davam etdirildiyi bildirilmişdir. Bu iddia tələbindən sonra iddiaçının tələbinin heç bir əhəmiyyəti qalmamaqdadır. Belə ki, ipoteka predmeti olan əmlak ilkin olaraq “xxxx” ASC-nin, sonradan isə iddiaçının xeyrinə yüklü edilmişdi r. “İpoteka haqqında” Qanunun 9.4-cü maddəsinə görə, əvvəlki ipoteka saxlayanın hüququnun üstünlüyü ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyən olunur. “xxxx” ASC ilə cavabdeh arasında 2014-cü il 21 noyabr tarixində bağlanmış sonrakı ipoteka müqaviləsi 2014-cü il 13 dekabr tarixində dövlət qeydiyyatına alınmış, iddiaçı “xxxx” ASC və cavabdeh arasında 2015-ci il 16 noyabr tarixində isə sonrakı ipoteka müqaviləsi bağlanmış və 2015-ci il 21 noyabr tarixdə qeydiyyata alınmışdır. “İpoteka haqqında” Qanunun 9.3-cü maddəsinə görə, sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir. İlkin ipoteka saxlayan olaraq üçüncü şəxs tərəfindən ipoteka predmet inə məhkəmə qaydasında tutma prosesinə başlanılmış və hal-hazırda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində davam etməkdədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan işlərə başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Apellyasiya instansiyası məhkəməsi bütün bu xüsusatlara əhəmiyyət verməmiş, cavabdeh və üçüncü şəxsin vəsatətlərinə münasibət belə bildirməmişdir. MPM-in 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət v erir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh kassasiya şikayətinə əlavəsində qeyd etmişdir ki, “Banklar haqqında” Qanunun 71.3-cü maddəsinə əsasən, banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Həmin Qanunun 72-ci maddəsinin tələblərinə əsasən, bankın müflis elan olu nmasına dair qərar qüvvəyə mindiyi andan bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur, bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu qanunda nəzərdə tutulmuş iflas proseduru çərçivəsində irəli sürülür. Həmin Qanunun 77.3cü maddəsinə əsasən, tələbləri bank aktivlərinin girovu ilə təmin edilmiş bank kreditorları öz tələblərini tələb məbləği ilə aktivin açıq hərracda ehtimal edilən satış dəyəri arasındakı fərq məbləğində qeydə aldıra bilərlər. Bu şəkildə qeydə alınmış hər hansı tələb hərrac başa çatanadək və ya aktiv bu Qanunun 81-ci maddəsinə uyğun digər şəkildə satılanadək icra olunmur. Həmin Qanunun 81.4-cü maddəsinə əsasən, təminatlı kreditorların tələbləri növbədənkənar qay dada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-ci maddəsində göstərilmiş növbəliliklə ödənilir. İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin kreditoru olmaqla 2015-ci il 16 noyabr tarixli kredit müqaviləsi üzrə iddiaçının kreditor tələbləri qəbul edilmiş tələblərin siyahısına daxil edilməklə qeydə alınmış və 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2017-ci il 7 mart tarixli 2-1(81)1594/2016 nömrəli qərardadı ilə ləğv prosesində olan “xxxx” ASC-nin kreditorlarının tələblərinin reyestri təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2017-ci il 13 iyun tarixli qərarında qeyd olunur ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin MPM-in 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Qeyd olunan qərarda ləğv prosesində olan banka qarşı hansı iddiaların verilməsinin mümkünlüyü də qeyd olunmuşdur. Lakin, həmin qərarın məzmunundan da görünür ki, ləğv prosesində olan banka qarşı kredit müqavilələri üzrə tələblərə dair iddialar verilə bilməz.
3. Üçüncü şəxsin kassasiya şikayətinin və şikayətə əlavəsinin əsaslar ını cavabdehin kassasiya şikayətində və ona əlavədə göstərilənlər təşkil edir. İşdə iştirak edən şəxslərin etiraz və izahatları: İddiaçı cavabdehin və üçüncü şəxsin kassasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsaslarına görə: - iş materiallarında olan 2015-ci il 16 noyabr tarixli, x nömrəli sonrakı ipoteka müqaviləsinin 1.3-cü bəndində göstərilir ki, ipoteka qoyulan əmlak istinad edilən müvafiq kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən “xxxx” ASC-yə verilmiş kreditin 2016-cı il 10 noyabr tarixinədək qaytarılacağının, habelə kredit müqaviləsinə uyğun olaraq hesablanan və ödənilməli faizlərin və dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin əvəzinin ödəniləcəy inin təminatıdır; -Mərkəzi Bank qanunvericiliyin tələblərinə uyğun olaraq, yuxarıda qeyd olunan kredit müqavilələri üzrə qalıq borc məbləği həcmində kreditor tələblərini “xxxx” ASC-nin ləğvedicisinə 2016-cı il 1 sentyabr tarixli, x nömrəli məktubla təqdim etmişdir. Bankın ləğvedicisi Mərkəzi Bankın kreditor tələblərini qeydə almış və müflis bankın kreditorlarının tələbləri sırasında məhkəmə tərəfindən təsdiq edilmişdir. Lakin bankın vəsaitinin olmaması səbəbindən borc ödənilməmişdir. Buna görə də, Mərkəzi Bank təminatlı kreditor və ipoteka saxlayan hüququna əsaslanaraq tələbini ipoteka əmlakına yönəltmişdir; - məhkəmə qətnaməsində də qeyd olunduğu kimi cavabdehin ödəmiş olduğunu iddia etdiyi vəsaitin hazırki iş üzrə heç bir əhəmiyyəti yoxdur. Belə ki, bu vəsaitlər cavabdehin kredit müqavil əsi üzrə öhdəlik daşıdığı “xxxx” ASC qarşısında icra edilmişdir, cavabdehə məxsus ipoteka ilə yüklü edilmiş əmlak isə iddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 2015-ci il 16 noyabr tarixli, x nömrəli kredit müqaviləsi üzrə “xxxx” ASC-nin kredit öhdəliklərinin təminatı qismində çıxış edir; - ipoteka predmeti olan əmlak 2014-cü il 21 noyabr tarixli, x nömrəli kredit müqaviləsinin təminatı kimi eyni tarixli ipoteka müqaviləsi üzrə Mərkəzi Bankın xeyrinə yüklü edilmişdir və yüklülük 2014-cü il 29 noyabr tarixdə dövlət qeydiyyatına alınmışdır. Mərkəzi Bankın ilkin ipoteka saxlayan kimi verdiyi yazılı razılıq əsasında əmlak sonrakı ipoteka müqaviləsi ilə “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mərkəzi Bank 2015-ci il 16 noyabr tarixli, x nömrəli kredit müqaviləsi üzrə “xxxx” ASC-yə kredit verərkən 2015-ci il 16 noyabr tarixli, x nömrəli sonrakı ipoteka müqaviləsi üzrə cavabdehə məxsus əmlak təkrarən Mərkəzi Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka dövlət qeydiyyatına alınmışdır. Mərkəzi Bank ilə “xxxx” ASC arasındakı 2014-cü il 21 noyabr tarixli, x nömrəli kredit müqaviləsi üzrə kredit öhdəliyi 2015-ci il 17 noyabr tarixdə icra olunmuşdur. Göründüyü kimi, Mərkəzi Bank 2014-cü il 21 noyabr tarixli, x nömrəli kredit öhdəliyi qüvvədə olarkən 2015-ci il 16 noyabr tarixli, x nömrəli kredit müqaviləsinin təminatı olan eyni tarixli, x nömrəli sonrakı ipoteka müqaviləsini bağlamış və ipoteka saxlayan kimi hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmişdir. Bu isə heç bir halda Mərkəzi Bankın ilkin ipoteka saxlayan hüquqlarının itirilməsinə səbəb ol a bilməz. Çünki 2015-ci il 16 noyabr tarixli, x nömrəli sonrakı ipoteka müqaviləsi notarius tərəfindən təsdiq edilərkən və dövlət qeydiyyatına təqdim edilərkən əmlak ilkin ipoteka saxlayan kimi Mərkəzi Bankın xeyrinə yüklü idi və yuxarıda göstərildiyi kimi, 2014-cü il 21 noyabr tarixli kredit müqaviləsi üzrə borc yalnız 2015-ci il 17 noyabr tarixdə ödənildiyindən yüklülüyə xitam verilməmişdir; - Mərkəzi Bank hazırki iş üzrə üçüncü şəxs ləğv prosesində olan “xxxx” ASC-yə qarşı iddia qaldırmamış, tələb birbaşa ona qarşı yönəlməmişdir. İddia ərizəsinin tələb hissəsində də borcun ödənilməsi üçün ipoteka predmeti olan əmlaka tutma yönəldilərək satılması məhkəmədən xahiş edilmişdir. Mərkəzi Bankın üçüncü şəxs kimi ləğvedicini iddia ərizəsində müəyyən etməkdə məqsədi mövcud borcun məhkəmədə iclas ında bir daha bildirilməsi, həm də ipoteka əmlakının satışı məsələsinin ona həvalə olunması məqsədi daşımışdır. Üçüncü şəxsin iş üzrə icraata xitam verilməli olmasına dair mövqeyi əsaslı deyil. Belə ki, qanunverici “Banklar haqqında” Qanunun 81-ci maddəsində yalnız ləğv prosesində olan bankın aktivlərinə daxil olan əmlakların ləğvedici tərəfindən satışını nəzərdə tutur. Qanunvericinin məhz bu mövqedən çıxış edə bilməsi onunla izah olunur ki, bankın borcları üzrə təminat predmetləri üçüncü şəxslərə məxsus olduqda, həmin əmlaklar bankın aktivlərinin tərkibinə daxil deyildir və onların hesabına müflis bankın borclarının ödənilməsi tələbinin irəli sürülməsi yalnız hüquq sahibinə (ipoteka saxlayana) aiddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu tə minat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göründüyü kimi, qanunvericilik ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu, o cümlədən məcburi qaydada yönəldilməsi hüququnu yalnız ipoteka saxlayana verir və üçüncü tərəfin bu hüquqdan istifadə olunmasını nəzərdə tutmur. İddiaçının vəkili Vəkil1 və nümayəndəsi 2019-cu il 19 iyun tarixli məhkəmə iclasında iddiaçı tərəfindən verilmiş şikayətin və etirazın məzmunu ilə eyni məzmunlu izahat ve rərək iddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməsini, cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş şikayətlərin təmin edilməməsini xahiş etdilər. Cavabdehin vəkili Vəkil2 2019-cu il 19 iyun tarixli məhkəmə iclasında cavabdehin şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi X1 və vəkili 2019-cu il 19 iyun tarixli məhkəmə iclasında üçüncü şəxsin şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. MPM-in 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və iqtisadi m übahisələr üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Normanın məzmunundan göründüyü kimi, mülki-prosessual qanunvericilik təkcə MPM-dən ibarət deyil, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının qaydası digər qanunlarla da müəyyən edilir. “İpoteka haqqında” Qanunun 39.3, 39.3.3-cü maddələrinin tələbinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, normanın “ilkin satış qiymətinin göstərilməsi ilə bağlı” tələbi imperativ xarakter daşıyır. İddiaçının şikayətinin “ilkin satış qiymətinin qətnamədə göstərilməli olduğuna dair” dəlili əsaslıdır və onun şikayəti təmin olunmalıdır. Eyni dəlillər cavabdehin və üçüncü şəxsin şikayətlərində də göstərildiyindən şikayətlər həmin hissədə əsaslıdır. Cavabdehin onun tərəfindən kredit müqaviləsi üzrə “xxxx” ASC-nin hesabına 201.752 manat məbləğində ödəmə aparıldığına dair şikayətinin dəlili əsaslı deyil. İddiaçı haqlı olaraq qeyd edir ki, cavabdehin ödəmiş olduğunu iddia etdiyi vəsaitin hazırki iş üzrə heç bir əhəmiyyəti yoxdur. Belə ki, bu vəsaitlər cavabdehin kredit müqaviləsi üzrə öhdəlik daşıdığı “xxxx” ASC qarşı sında icra edilmişdir, cavabdehə məxsus ipoteka ilə yüklü edilmiş əmlak isə iddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 2015-ci il 16 noyabr tarixli, x nömrəli kredit müqaviləsi üzrə “xxxx” ASC-nin kredit öhdəliklərinin təminatı qismində çıxış edir. Cavabdehin və üçüncü şəxsin şikayətlərinin ipoteka ilə təmin edilmiş tələblərin ödənilməsinin ardıcıllığı ilə bağlı qanunda nəzərdə tutulmuş tələblərə dair işin hallarına apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmədiyinə, bununla da MPM-in 88-ci və 217-ci maddələrinin tələblərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulduğuna dair dəlilləri əsaslıdır. Belə ki, işin materiallarına görə ipoteka predmeti olan əmlak 2014-cü il 21 noyabr tarixli, x nömrəli kredit müqaviləsinin təminatı kimi eyni tarixli ipoteka müqa viləsi üzrə Mərkəzi Bankın xeyrinə yüklü edilmişdir və yüklülük 2014-cü il 29 noyabr tarixdə dövlət qeydiyyatına alınmışdır. Bundan sonra “xxxx” ASC ilə cavabdeh arasında 2014-cü il 21 noyabr tarixində bağlanmış sonrakı ipoteka müqaviləsi 2014-cü il 13 dekabr tarixində dövlət qeydiyyatına alınmışdır. İddiaçı “xxxx” ASC və cavabdeh arasında 2015-ci il 16 noyabr tarixində yenidən sonrakı ipoteka müqaviləsi bağlanmış və 2015-ci il 21 noyabr tarixdə qeydiyyata alınmışdır. İddiaçı da təsdiq edir ki, Mərkəzi Bankın ilkin ipoteka saxlayan kimi verdiyi yazılı razılıq əsasında əmlak sonrakı ipoteka müqaviləsi ilə “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mərkəzi Bank ilə “xxxx” ASC arasındakı 2014-cü il 21 noyabr tarixli, x nömrəli kredit müqaviləsi üzrə kredit öhdəliyi 2015-ci il 17 noy abr tarixdə icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 270-ci maddəsinin müddəalarına əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir (270.1). Bu Məcəllənin müqaviləyə əsasən əmələ gələn girov və ipoteka haqqında qaydaları müvafiq surətdə digər əsaslara görə əmələ gələn girova və ipotekaya da tətbiq edilir (270.2). Həmin Məcəllənin 281.1-ci maddəsinə əsasən, girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 282-ci maddəsinin (Sonrakı girov) müddəalarına əsasən, girovda olan əmlak digər girovun predmeti (sonrakı girov) ola bilər (282.1). Sonrakı girova onun əvvəlki girov müqavilələri ilə qadağan edilmədiyi halda yol verilir (282.2). Sonrakı girov zama nı sonrakı girov saxlayanın tələbləri əvvəlki girov saxlayanın tələbləri ödənildikdən sonra girov predmetinin dəyərindən ödənilir (282.3). Həmin Məcəllənin 309.1-ci maddəsinin tələbinə əsasən, daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən, eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilər. Yüklü edilmənin növbəliyi ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyənləşdirilir. “İpoteka haqqında” Qanunun 1.0.4-cü maddəsinə əsasən, ipoteka qoyan - ipoteka predmeti olan əşyanı girov qoyan şəxsdir. İpoteka qoyan həm borclu, həm də üçüncü şəxs ola bilər. Həmin Qanunun 9-cu maddəsinin (Sonrakı ipoteka) müddəalarına əsasən, qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka) (9.1). İpoteka qoyan ipoteka predmetinə dair bu Qanunun 10.8-ci maddəsində nəzərdə tutulmuş bütün məlumatı hər bir sonrakı ipoteka saxlayana verməlidir (9.2). Sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir (9.3). Əvvəlki ipoteka saxlayanın hüququnun üstünlüyü ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyən olunur (9.4). İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ ipoteka saxlayanlar arasınd a müqavilə əsasında istənilən vaxt dəyişdirilə bilər. İpoteka saxlayanların sayı ikidən çox olduqda üstünlük hüququnun dəyişdirilməsi maraqlarına toxunan ipoteka saxlayanların razılığı ilə həyata keçirilir 9.5). İpoteka ipoteka kağızı ilə rəsmiləşdirildiyi halda, sonrakı ipotekaya yol verilmir (9.6). Sonrakı ipoteka haqqında bu maddə ilə nəzərdə tutulmuş qaydaların pozulması ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb etmək, tələb yerinə yetirilmədikdə isə tutmanı ipoteka predmetinə yönəltmək hüququ verir (9.7). Normaların məzmunundan göründüyü kimi, qanunverici (əgər qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa) əvvəldən ipoteka qoyulmuş əşyanın yenidən həm eyni, həm də digər ipoteka saxlayanın xeyrinə, digər öhdəliklər üzrə yüklü edilmə si imkanını nəzərdə tutur. Bu zaman, yüklü edilmənin növbəliliyi ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyənləşdirilir. Nəzərə alınmalıdır ki, girov hüquqlarının yaranmasının zamana görə iyerarxiyası bütün hallarda, o cümlədən əvvəlki və sonrakı girov saxlayanın eyni şəxs olduğu hallarda da qüvvədədir. Başqa sözlə, yeni (digər) öhdəliyin təminatı olaraq əmlakın eyni girov saxlayanın xeyrinə girova qoyulduğu halda da sonrakı girov yaranır. Buradan, iddiaçının sonrakı girov hüququnun qeydə alındığı anda onun eyni əmlak üzrə əvvəlki girov hüququna xitam verilməməsi yüklü edilmənin növbəliliyi ilə bağlı tələbə təsir etmir. Çünki bu növbəlilik öhdəliyin icrası və ya girova xitam verilmə anı ilə deyil, girovun (o cümlədən, sonrakı girovun) qeydə alınma anı ilə müəyyən edilir. Hazırkı işdə olan Dövlət reyestrindən çıxarışdan göründüyü kimi, iddiaçının əsaslandığı 2015-ci il 16 noyabr tarixli, x nömrəli müqavilə üzrə sonrakı ipoteka 2015-ci il 21 noyabr tarixdə qeydə alınmış, əvvəlki yüklülük sətirində “xxxx” ASC də qeyd olunmuşdur. Əsas öhdəlik kimi isə 2015-ci il 16 noyabr tarixli, x nömrəli kredit müqaviləsi göstərilmişdir (İ cild, iş v. 29). İddiaçı hazırkı tələbini də məhz həmin müqavilələrə əsasən irəli sürmüşdür. Apellyasiya instansiyası məhkəməsi iddianın əsaslarına yuxarıda qeyd edilən normaların tələblərinə uyğun qiymət verməmiş, gəldiyi nəticəni əsaslandırarkən həmin tələbləri, həmçinin girov hüquqlarının zamana görə yaranma anını nəzərə almamışdır. MPM-in 365-ci maddəsinə əsasən, apellyasiya icraatına XLİ fəslin və həmin Məcəllənin müddəaları tətbiq olunur. Həmin Məcəl lənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci maddəsinin müddəalarına əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından cavabdehin və üçüncü şəxsin apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair dəlilləri əsaslıdır. MPM-in 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün t ətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yuxarıda qeyd edilən prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən iş həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İş üzrə icraat xitam verilməsinə dair cavabdehin və üçüncü şəxsin şikayətlərinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası iddiaçının həmin şikayətlərə qarşı etirazında göstərilən dəlillərlə aşağıdakı səbəblərə görə razılaşır. “Banklar haqqında” Qanunun 77.3-cü maddəsinə əsasən, tələbləri bank aktivlərinin girovu (ipotekası) ilə təmin edilmiş bank kreditorları öz tələblərini tələb məbləği ilə aktivin açıq hərracda ehtimal edilən satış dəyəri arasın dakı fərq məbləğində qeydə aldıra bilərlər. Bu şəkildə qeydə alınmış hər hansı tələb hərrac başa çatanadək və ya aktiv bu Qanunun 81-ci maddəsinə uyğun digər şəkildə satılanadək icra olunmur. Həmin Qanunun 81-ci maddəsində aşağıdakılar təsbit olunmuşdur: 81.1.Aşağıdakı hallar istisna olmaqla, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən açıq hərracda satılır: 81.1.1. qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və digər aktivlərin həmin aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda ləğvedici tərəfindən satılmasına yol verilir; 81.1.2. bankın borclarının təminatı olan və qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və bankın digər aktivlərinin həmin aktivləri öz sərəncamında saxlayan kreditorlar tərəfindən bu aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda satılmasına yol verilir. 81.1-1. Bu Qanunun 81.1-ci maddəsində nəzərdə tutulmuş aktivlərin açıq hərrac yolu ilə satılması bankın müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçirilir. 81.2. Ləğvedici bu Qanunun 81.1-ci maddəsində nəzərdə tutulmuş aktivlərin açıq hərracda qənaətbəxş qiymətlə sata bilməyəcəyini müəyyənləşdirərsə, məhkəmə ona aktivləri məhkəmənin təsdiq etdiyi qiymətə digər üsullarla satmağa icazə verə bilər. 81.3. Bu Qanunun 81.1.2-ci maddəsində göstərilməyən aktivlər ləğvedicinin sorğusundan sonra kreditor tərəfindən dərhal ləğvedicinin sərəncamına verilməlidir. 81.4. Təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-ci maddəsində göstərilmiş növbəliliklə ödənilir. Normaların əlaqəli təhlilindən göründüyü kimi, qanunverici burada o kreditorları nəzərdə tutur ki, onların tələbləri bilavasitə banka məxsus aktivlərlə təmin edilmişdir. Beləliklə, cavabdeh və üçüncü şəxs sübut etməlidirlər ki, iddiaçının əsaslandığı müqavilə üzrə verilmiş kreditin təminatı kimi çıxış edən girov əmlak (həmin əmlaka olan hüquqlar, o cümlədən girov hüququ) ləğv prosesində olan bankın aktivlərinə aiddir. Hazırkı halda bu, müəyyən edilməmişdir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 4 18, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçının kassasiya şikayəti tam, cavabdehin və üçüncü şəxsin kassasiya şikayətləri qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 20 aprel tarixli 2-2(103)-65/2018 nömrəli qətnaməsi ləğv edilir. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilir. Cavabdehin və üçüncü şəxsin kassasiya şikayətləri qalan hissələrdə təmin olunmur. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev