Məhkəmə qərarları › İş №2-2(102)-250/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-250/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-250/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər, kredit borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə), öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh3 və Cavabdeh1 qarşı "borcun tutulm ası" tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 sentyabr tarixli 2-2(103)-137/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Cavabdeh2 MMC (müştəri) və İddiaçı ASC (bank) arasında 2021-ci il 3 fevral tarixində bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 2020-ci il 27 yanvar tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşma imzalanmışdır. Razılaşma müştərinin qanuni təmsilçisi Cavabdeh1 elektron imzası ilə təsdiq edilmişdir.

2. Cavabdeh2 MMC tərəfindən İddiaçı ASC-yə 2021-ci il 19 oktyabr tarixli DC00307419-02 nömrəli maliyyələşdirmə üçün ərizə təqdim edilmişdir. Həmin ərizənin şərtlərinə əsasən (kredit əməliyyat ı üzrə) müştəri Cavabdeh2 MMC-yə illik 17%-lə 2023-cü il 19 oktyabr tarixinədək müddətə 92.834 manat məbləğində birdəfəlik kredit verilmişdir. Kreditə illik 15%, kreditin müddəti bitdikdən sonra illik 32% cərimə faizi tətbiq edilir. Ərizə müştərinin qanuni təmsilçisi Cavabdeh1 elektron imzası ilə təsdiq olunmuşdur.

3. İddiaçı ASC ilə zaminlər Cavabdeh3 və Cavabdeh1 arasında müvafiq olaraq 2021-ci il 15 oktyabr tarixli DG**********49 və DG**********49 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən, kredit müqaviləsi əsasında borc alana veriləcək kreditlə əlaqədar olaraq borc alan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borc alan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Müqavilə bank tərəfindən imza və möhür ilə, z aminlər tərəfindən imza ilə təsdiq edilmişdir.

4. Cavabdeh2 MMC tərəfindən İddiaçı ASC-yə 2022-ci il 7 fevral tarixli DC00307419-03 nömrəli maliyyələşdirmə üçün ərizə təqdim edilmişdir. Həmin ərizənin şərtlərinə əsasən (kredit əməliyyatı üzrə), müştəri Cavabdeh2 MMC-yə illik 17%-lə 2024cü il 7 fevral tarixinədək müddətə 104.420 manat məbləğində birdəfəlik kredit verilmişdir. Kreditə illik 15%, kreditin müddəti bitdikdən sonra illik 32% cərimə faizi tətbiq edilir. Ərizə müştərinin qanuni təmsilçisi Cavabdeh1 elektron imzası ilə təsdiq olunmuşdur.

5. İddiaçı ASC ilə zaminlər Cavabdeh3 və Cavabdeh1 arasında müvafiq olaraq 2022-ci il 1 fevral tarixli DG**********961 və DG**********691 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən, kredit müqaviləsi əsasında borc alana v eriləcək kreditlə əlaqədar olaraq borc alan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borc alan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Müqavilə bank tərəfindən imza və möhür ilə, zaminlər tərəfindən imza ilə təsdiq edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2023-cü il 7 iyul tarixində Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh1 (bundan sonra – ayrı-ayrılıqda müvafiq olaraq “MMC”, “Cavabdeh3”, “Cavabdeh1”, birlikdə “cavabdehlər”) qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada DC00307419-02 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 76.322,27 manat əsas borc, 16.531,74 manat faiz borcu, 5.592,62 manat cərimə borcu olmaqla, cəmi 98.446,63 manat; DC00307419-03 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 94.688,73 manat əsas borc, 18.062 manat faiz borcu, 5.202,23 manat cərimə borcu olmaqla, cəmi 117.952,96 manat pulun; mediasiya prosesi üzrə ödənilmiş 400 manat xidmət haqqı və 107 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilənin şərtləri pozularaq kredit, kredit faizi və cərimə faizinin ödənilməsinə dair öhdəlik vaxtında və lazımi qaydada icra olunmamışdır.

8. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 18 oktyabr tarixli e-2-2(113)3851/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehlərdən müştərək qaydada DC00307419-02 nömrəli m aliyyələşdirmə üçün ərizə üzrə 76.322,27 manat əsas borc, 15.018 manat faiz borcu, 3.500 manat dəbbə pulu olmaqla, cəmi 94.840,27 manat; DC00307419-03 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 94.688,73 manat əsas borc, 16.184 manat faiz borcu, 4.000 manat dəbbə pulu olmaqla, cəmi 114.872,73 manat, ümumilikdə 209.713 manat pul, eləcə də mediasiya xərclərinin əvəzi olaraq 400 manat və dövlət rüsumunun əvəzi olaraq 90 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qalan hissədə iddia rədd olunmuş, məhkəmə mühasibatlıq ekspertizasının rəyinin verilməsinə görə ödənilməli olan 145 manat pulun 100 manat hissəsi cavabdehlərdən, 45 manat hissəsinin isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməsi qət edilmişdir (hakim – L.Əliyeva).

9. Birinci instansiya məhkəm əsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386, 442, 443.1, 448.1, 462.1, 467, 470.1, 472.1, 472.2, 739 və 743-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 103.1 və 206.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

10. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun faiz və cərimə borcunun təmin olunmamış hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissələrdə tam təmin olunmasını xahiş etmişdir.

11. MMC və Cavabdeh1 da həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 sentyabr tarixli 2-2(103)-137/2024 nömrəl i qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, MMC və Cavabdeh1 apellyasiya şikayəti təmin olunmamış, birinci instansiyası məhkəməsinin qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilmiş, 2021-ci il 19 oktyabr tarixli DC00307419-02 nömrəli maliyyələşdirmə üçün ərizə forması üzrə faiz borcunun 16.172,16 manat və 2022-ci il 7 fevral tarixli DC00307419-03 nömrəli maliyyələşdirmə üçün ərizə forması üzrə 17.545,24 manat məbləğində müəyyən olunması qət edilmiş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətlərinə görə ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid olunması qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – Z.Şirinov və V.Baxışova).

13. Apellyasiya instansiyası məhkəməsi MMC və Cavabdeh1 apellyasiya şikayət inin dəlillərini əsassız hesab etmiş və bununla əlaqədar göstərmişdir ki, həmin şikayətdə tərəflər arasında yazılı qaydada kredit müqaviləsinin bağlanmadığına istinad olunaraq, sözügedən müqavilələrin etibarsız olduğu bildirilmişdir. Birinci instansiya məhkəməsində isə cavabdehlər həmin hallara istinad etməmişlər. Halbuki, MPM-in 209.3 və 372.2-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara istinad edə bilməzlər. Apellyasiya icraatında isə yeni hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə gör ə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdehlər tərəfindən belə əsaslandırma gətirilməmişdir.

14. Eyni zamanda, işin mübahisəsiz hallarına görə tərəflər arasında bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 2020-ci il 27 yanvar tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə 2021-ci il 3 fevral tarixli OnGTC03690LE/2019 nömrəli razılaşma və kredit müqavilələri (DC00307419-02 və DC00307419-03 nömrəli maliyyələşdirmə üçün ərizələr) elektron imza ilə imzalanmış və həmin müqavilələr üzrə verilməli olan kredit məbləğləri borcalan MMC-nin hesabına köçürülmüşdür. Bu baxımdan kollegiya iş üzrə MM-in 329.1-ci maddəsinin tətbiq edilməsi üçün əsasların mövcud olmaması qənaətinə gəlmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 329.1, 462.1, 467, 470.1, 472.1, 472.2, 739.1 və 741-ci maddələrinə, MPM-in 77.1, 209.3 və 372.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv olunaraq, iddianın rədd edilməsini, bu mümkün olmadıqda isə işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Kassator işə baxılarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 60cı maddələrinin, MM-in 182, 329.1, 337, 354.1, 739 və 740.2-ci maddələrinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 2 aprel tarixli qərarının tələblərinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avr opa Konvensiyasının 6-cı maddəsinin pozulduğunu bildirir. Mübahisələndirilən qətnamə qanunvericiliyin maddi və prosessual normalarına ziddir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır.

18. İşdə olan sübutlardan görünür ki, MMC və iddiaçı arasında 2021-ci il 3 fevral tarixində bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 2020-ci il 27 yanvar tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşma imzalanmışdır. MMC tərəfindən iddiaçıya DC00307419-02 nömrəli maliyyələşdirmə üçün ərizə təqdim edilmişdir. Həmin ərizənin şərtlərinə əsasən (kredit əməliyyatı üzrə) müştəri MMC-yə illik 17%-lə 2023-cü il 19 oktyabr tarixinədək müddətə 92.834 manat birdəfəlik kredit verilmişdir. Kreditə illik 15%, kreditin müddəti bitdikdən sonra illik 32% cərimə faizi tətbiq edilir. Lakin hər hansı bir kredit müqaviləsi bağlanmamışdır. Məhkəmədə bunu araşdırmadan qətnamə qəbul etmişdir. Verilmiş bu kredit öhdəliyinin təmin olunması üçün iddiaçı ilə zaminlər Cavabdeh3 və Cavabdeh1 arasında müvafiq olaraq 2021-ci il 15 oktyabr tarixli DG**********49 və DG**********49 nömrəli zaminlik müqavilələri bağlanmışdır.

19. MMC tərəfindən iddiaçıya DC00307419-03 nömrəli maliyyələşdirmə üçün ərizə təqdim edilmişdir. Həmin ərizənin şərtlərinə əsasən (kredit əməliyyatı üzrə) müştəri MMCyə illik 17%-lə 2024-cü il 7 fevral tarixinədək müddətə 104.420 manat birdəfəlik kredit verilmişdir. Kreditə illik 15%, kreditin müddəti bitdikdən sonra illik 3 2% cərimə faizi tətbiq olunur. Lakin hər hansı bir kredit müqaviləsi bağlanmamışdır. Məhkəmədə bunu araşdırmadan qətnamə qəbul etmişdir. Verilmiş bu kredit öhdəliyinin təmin olunması üçün iddiaçı ilə zaminlər Cavabdeh3 və Cavabdeh1 arasında müvafiq olaraq 2022-ci il 1 fevral tarixli DG**********961 və DG**********691 nömrəli zaminlik müqavilələri bağlanmışdır.

20. MM-in 2020-ci ildə qüvvədə olan 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Burdan məlum olduğu kimi, əgər bir şəxs başaq şəxsə 3.000 manatdan çox borc verirsə, belə şəxslər arasında etibarlı borc (kredit) müqaviləsinin bağlandığını hesab etmək üçün mütləq həmin müqavi lə yazılı qaydada tərtib olunmalı və tərəflərin imzaları ilə təsdiq yazılı qaydada tərtib olunmalı və tərəflərin imzaları ilə təsdiq edilməlidir, əks təqdirdə həmin borca vermə müqaviləsi əhəmiyyətsiz hesab olunur.

21. MM-in 354.1-ci maddəsinin tələbinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli qərarına görə, MM-in 354.1-ci maddəsində nəzərdə tutulan 1 illik müddət kəsici müddətidir, yəni tərəf ərizə verməsə belə məhkəmə tərəfindən imperativ qaydada nəzərə alınmalıdır.

22. İddiaçı i lə cavabdeh arasında yazılı qaydada kredit müqaviləsi bağlanmadığı üçün iddiaçının istinad etdiyi müqavilə qanunvericiliyin tələblərinə görə etibarsızdır. Başqa sözlə iddiaçı etibarsız müqaviləyə əsasən cavabdehə qarşı hər hansı pul tələbini irəli sürə bilməz. Məhkəmə bu faktları nəzərə almadan qətnamə qəbul edərək cavabdehin hüquqlarını pozmuşdur.

23. Bundan başqa digər zamin ilə iddiaçı arasında bağlanmış zaminlik müqaviləsi də etibarsız hesab edilməlidir. Belə ki, həmin zaminlik müqaviləsi iddiaçı ilə MMC arasında bağlanmış kredit müqaviləsi etibarlı olduğu zaman hüquqi qüvvəyə malik ola bilər. Lakin məhkəmə buna əhəmiyyət vermədən qətnamə qəbul edərək Cavabdeh1 da hüquqlarını pozmuşdur.

24. İşə baxılarkən MPM-in 217.1, 218.3 və 418-ci maddələrinin, həmçinin Konstitusiya Məhkəməsinin bi r çox qərarında üzərində durduğu “hüquqda müəyyənlik” prinsipinin tələbləri də pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

26. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı və MMC arasında 2021-ci il 3 fevral tarixində bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 2020-ci il 27 yanvar tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşma imzalanmışdır. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 2020-ci il 27 yanvar tarixli 1.0.2 nömrəli versiyasının: 1-ci bəndinin 1-ci yarımbəndinə əsasən, həmin müqavilədə müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartların verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. 1-ci bəndinin 2-ci yarımbəndinə əsasən, müqavilədə qeyd olunan xidmətlərdən hər birinin bank tərəfindən müştəriyə təqdim olunması üçün bu müqavilədən başqa müvafiq ərizə formalarının da müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq banka təqdim olunması tələb olunur. Həmin müqavilənin kredit (maliyyələşdirmə) adlanan İV bəndinin 1.1-ci yarımbəndinə əsasən, bank “maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş ş ərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, overdraft, tranş kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya /akkreditivin maliyyələşdirilməsi, kredit xətti və s. kimi öhdəliklər) üçün müştəriyə “maliyyələşdirmə üçün ərizə” forması göstərilən şərtlərlə kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası, qüvvədə olma müddəti, cərimə, məqsəd, müştəriyə verilməsi qaydası və bu kimi “maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunacaq. həmin müqavilənin İV bəndinin 1.4-cü yarımbəndinə əsasən, “maliyyələşmə üçün ərizə” formasında göstərilən məbləğ çərçivəsində müştərinin hər bir kredit sifarişinə ayrıca baxılır və qərar verilir. Müsbət qərar olduğu təqdirdə tərəflər arasında müvafiq kredit şərtləri göstə rilərək “maliyyələşmə üçün ərizə” imzalanır.

27. Göründüyü kimi, müştəriyə kredit verilməsinin qaydası, şərtləri və “maliyyələşmə üçün ərizə” imzalanmaqla rəsmiləşdirilməli olması konkret olaraq müəyyən edilmişdir. Bu baxımdan müqavilə şərtlərinə uyğun olaraq kredit müqavilələri (DC00307419-02 nömrəli və DC00307419-03 nömrəli maliyyələşdirmə üçün ərizələr) elektron imza ilə imzalanmış və həmin müqavilələr üzrə verilməli olan kredit məbləğləri borcalan MMC-nin hesabına köçürülmüşdür. Cavabdeh tərəfindən həmin məbləğlər qəbul edilmiş və qeyd olunan kredit müqavilələri üzrə ödənişlər edilmişdir.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 5 avqust tarixli qərarının Azərbayc an Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 12 aprel tarixli qərarında qeyd olunmuşdur ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər.

29. Hazırki kassasiya şikayətində əhəmiyyətsiz borc müqaviləsi kimi göstərilən kredit müqavilələri bağlanılan zaman hər bir kateqoriyadan olan şərtlərə əməl edilmişdir. Bu baxımdan, tərəflər arasında yazılı müqavilənin olmaması, etibarsızlıqla bağlı kassasiya şikayətinin dəlilləri tam əsassızdır.

30. Bundan başqa, kassasiya şikayətində işin ha llarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə prosessual qanunvericiliyə əsasən yol verilmir. Kassasiya baxışının hədləri

31. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi qismən – iddianın təmin olunan hissəsində mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq həmin hissədə yoxlanılacaqdır.

32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi ü çün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

5. Mülki hüquq münasibətlərinin subyektləri... 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.” “Maddə

329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır....” “Maddə

351. Əqdlərin etibarsızlığı zaman ı təsdiqetmənin əhəmiyyəti... 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir....” “Maddə

560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır....”

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qə rarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il 26 aprel tarixli Qərarında müəyyən edilmişdir ki: “Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qa rşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir:  həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər;  müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, m ülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Məlum olduğu kimi, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu səbəbdən onu bağlamış şəxsin həmin müqaviləni təsdiq etməsi (icra etməsi), əhəmiyyətsiz əqdin hüquqi qüvvə əldə etməsi kimi deyil, eyni məzmunlu yeni müqavilənin bağlanması kimi qiymətləndirilməlidir. Əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisələndirilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqd bağlandığı andan etibarlı hesab edilir. Bu mənada həmin əqd onu mübahisələndirmək hüququna malik olan şəxs tərəfindən təsdiq edildiyi təqdirdə, o, özünün mübahisə etmək hüququndan məhrum olur və əqd bağlandığı andan etibarlı olaraq qəbul edilir. Təsdiqetmə o zaman etibarlı sayıla bilər ki, əqd ictimai mənafeyə və əxlaq normalarına zidd olmasın. Eləcə də, mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilmə sinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələri). Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. hüquqdan sui-istifadə olaraq müəyyən edilmişdir. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir.”

35. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tu tulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

209. İşə mahiyyəti üzrə baxmağın qurtarması... 209.3. İşə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri... 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.

37. Mübahisələndiri lən qətnamədən görünür ki, cavabdeh oxşar məzmunlu dəlilləri apellyasiya icraatında da bildirmiş, məhkəmə həmin dəlilləri əsassız hesab etmişdir.

38. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bununla bağlı gəldiyi nəticə və apardığı hüquqi əsaslandırma ilə razılaşdığını bildirir və əlavə olaraq aşağıdakıları vurğulamağı zəruri hesab edir.

39. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına görə, tərəflər arasında bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 2020-ci il 27 yanvar tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə 2021-ci il 3 fevral tarixli OnGTC-03690LE/2019 nömrəli razılaşma və kredit müqavilələri (DC00307419-02 və DC00307419-03 nömrəli maliyyələşdirmə üçün ərizələr) elektron imza ilə imzalanmış və həmin m üqavilələr üzrə verilməli olan kredit məbləğləri borcalan MMC-nin hesabına köçürülmüşdür.

40. Beləliklə, cavabdeh MMC əldə etmək istədiyi borc vəsaitini müvafiq sənədləri öz iradəsilə imzalamaqla iddiaçı bankdan tam şəkildə almış, lakin sonradan müvafiq həcmdə olan borcu qaytarmadığı üçün bank qarşısında borclu qalmışdır.

41. Məhkəmə kollegiyası MM-in 5.3, 351.2, 351.3, 560.1 və 560.2-ci maddələrinə (bax § 33) uyğun olaraq hesab edir ki, kassatorun tərəflər arasında yazılı qaydada kredit müqaviləsi bağlanmadığını əsas gətirərək iddiaçının istinad etdiyi müqavilənin, habelə zaminlik müqaviləsinin etibarsız olmasına dair dəlilləri cavabdehin öz hüquqlarından sui- istifadə etməsi, habelə vicdanlılıq və estoppel prinsiplərini pozması kimi qiymətləndirilməlidir.

42. Belə ki, Azərbaycan Respub likası Konstitusiya Məhkəməsi Plenumu vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipi ilə bağlı hüquqi mövqelərini “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il 26 aprel tarixli Qərarında (bax § 34) formalaşdırmışdır.

43. Həmin hüquqi mövqelərə əsasən, anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisn a edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: - həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; - müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların ol duğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Məlum olduğu kimi, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu səbəbdən onu bağlamış şə xsin həmin müqaviləni təsdiq etməsi (icra etməsi), əhəmiyyətsiz əqdin hüquqi qüvvə əldə etməsi kimi deyil, eyni məzmunlu yeni müqavilənin bağlanması kimi qiymətləndirilməlidir. Əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisələndirilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqd bağlandığı andan etibarlı hesab edilir. Bu mənada həmin əqd onu mübahisələndirmək hüququna malik olan şəxs tərəfindən təsdiq edildiyi təqdirdə, o, özünün mübahisə etmək hüququndan məhrum olur və əqd bağlandığı andan etibarlı olaraq qəbul edilir. Təsdiqetmə o zaman etibarlı sayıla bilər ki, əqd ictimai mənafeyə və əxlaq normalarına zidd olmasın. Eləcə də, mülki qanunvericiliyin tələblər inə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələri). Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. hüquqdan sui-istifadə olaraq müəyyən edilmişdir. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən suiistifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığı nı irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir.

44. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına, MPM-in 217.1-ci maddəsinə (bax § 35) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

45. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 sentyabr tarixli 2-2(103)-137/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Ap ellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 sentyabr tarixli 2-2(103)-137/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar