Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-251/2021 22.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İlkin İddiaçının ilkin Cavabdehə, qarşılıqlı iddiaçı qarşılıqlı iddia üzrə cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərli Aminə Əliəsgər qızı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı və onun vəkilinin iştirakı ilə İddiaçı MMC ilkin Cavabdehə qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pulun tutulması” tələbinə dair ilkin, ilkin id dia üzrə Cavabdehin ilkin İddiaçı MMC-yə qarşı “pul” tələbi barədə qarşılıqlı iddiasına dair kommersiya işi üzrə ilkin Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 aprel tarixli 2-2(103)-602/2020 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçı MMC (bundan sonra – “MMC”) 2020-ci il 24 fevral tarixində əsassız varlanma nəticəsində əldə edilmiş 10.155 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun ilkin Cavabdeh (bundan sonra – “ilkin Cavabdeh”) tutularaq MMC-yə ödənilməsi barədə iddia ərizəsi, ilkin Cavabdeh 2020-ci il 16 mart tarixində MMC-yə qarşı MMC tərəfindən ilkin Cavabdehə ödənilməli olan 4.060 manat pulun MMC-dən tutularaq ilkin Cavabdehə ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişlər.
2. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 20 avqust tarixli e-2-2(113)-916/2020 saylı qətnaməsi ilə ilkin iddia rədd edilmiş, ilkin iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu MMC-yə aid edilmiş, qarşılıqlı iddia rədd edilmişdir (hakim – Z.Pirverdiyev). 3. ilkin Cavabdeh 2020-ci il 18 sentyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. MMC 2020-ci il 23 sentyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddia ərizəsinin təmin edilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını haqqında yeni qət namə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 1 dekabr tarixli 2-2(103)602/2020 saylı qətnaməsi ilə MMC-nin apellyasiya şikayəti təmin edilmiş, ilkin Cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 20 avqust tarixli e2-2(113)-916/2020 saylı qətnaməsi ilk iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, həmin iddia təmin edilmiş, ilkin Cavabdehdən 10.155 manat məbləğində pul vəsaitinin və MMC tərəfindən ödənilmiş cəmi 45 manat məbləğində dövlət rüsumlarının tutularaq MMC-yə ödənilməsi, qətnamənin qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – R.Həsənov və C.Yusifov). 6. ilkin Cavabdeh həmin qətnamədən 2021-ci il 23 fevral tarix ində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməməsini və qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 4 mart tarixli 2-2(103)602/2020 saylı qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və C.Yusifov).
8. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin 181-ci vərəqəsində olan “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünmüşdür ki, qətnamə MPM-in 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq 2020-ci il 14 dekabr tarixində saat 14:28-də ilkin Cavabdehə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmiş və ona bu barədə məlumat həmin si stem vasitəsilə elektron qaydada çatdırılmışdır. Şikayətetmə müddəti ilkin Cavabdehə münasibətdə 2021-ci il 15 fevral tarixində bitdiyi halda, ilkin Cavabdeh kassasiya şikayəti 23 fevral tarixində məhkəməyə daxil olmuş, kassasiya şikayətinin verilməsi müddəti ötürülmüş, prosessual müddətin bərpası barədə vəsatət verilməmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi öz qərardadını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 135.5, 135.6, 408.1, 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
10. İlkin Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 21 aprel tarixli 2-2(103)602/2020 saylı qərardadı ilə B akı Apellyasiya Məhkəməsinin 2021-ci il 4 mart tarixli eyni saylı qərardadından verilmiş kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və C.Yusifov).
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin 195 və 196-cı vərəqələrində olan “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünmüşdür ki, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 4 mart tarixli e-2-2(103)-602/2020 saylı qərardadı MPM-in 135.5 və 135.6cı maddələrinin tələblərinə uyğun olaraq 2021-ci il 4 mart tarixdə saat 12:25-də həm ilkin Cavabdehə, həm də onun nümayəndəsi və vəkilinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmiş və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır. Şikayətetmə müddəti ilkin Cavabdehə münasibətdə 2021 -ci il 14 mart tarixdə bitdiyi halda, ilkin Cavabdeh kassasiya şikayəti 19 aprel tarixində məhkəməyə daxil olmuş, kassasiya şikayətinin verilməsi müddəti ötürülmüş, prosessual müddətin bərpası barədə vəsatət verilməmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi öz qərardadını yuxarıda § 9-da göstərilən normalara istinad etməklə əsaslandırmışdır. 14. ilkin Cavabdeh 2021-ci il 24 aprel tarixində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 aprel tarixli 2-2(103)-602/2020 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının həm 2020-ci il 1 dekabr tarixli e-2-2( 103)-602/2020 saylı qətnaməsi, həm də 2021-ci il 4 mart tarixli 2-2(103)-602/2020 saylı qərardadı poçt vasitəsilə deyil, şəxsi elektron kabinet vasitəsilə göndərilsə də, bunların hər ikisinin göndərilməsindən nə ilkin Cavabdehin, nə də onun vəkilinin məlumatı olub. Hər ikisinin göndərilməsindən şifahi məlumat məhkəmə iclas katibindən mobil telefon vasitəsilə alınmış, bundan sonra müvafiq olaraq şikayətlər verilmişdir. Qanunvericilik məhkəmə sənədlərinin rəsmi çatdırılmasını hər iki şərtin eyni anda mövcud olduğu halda tanıyır. Bunlardan birincisi: məhkəmə sənədlərinin işdə iştirak edən şəxsin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsi, ikincisi isə: onlara bu barədə məlumatın həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılmasıdır. Şəxsi kabinetdə yüzlərlə məlumat bazası var. Həmin məlumat bazalarını hər gün bir-bir yoxlamaq texniki cəhətdən mümkün deyil. Qanunvericilik də ikinci şərti bu cür çətin halların aradan qaldırılması məqsədilə müəyyən etmişdir. Qətnamə və qərardadın elektron kabinetdə yerləşdirilməsi barədə məlumat həmin sistem vasitəsilə bizə çatdırılmamışdır. Kassator həmin qərardadın mövcudluğundan 2021-ci il 19 aprel tarixində məhkəmə iclas katibindən mobil telefon vasitəsilə məlumat almışdır.
16. Kassasiya şikayəti MPM-in 135.5, 135.6, 418.1-ci, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddələrinə istinad edilməklə əsaslandırılmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etir az təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən T.Çırağovun vəkili kassasiya şikayətini müdafiə etdiyini, şikayətin tam əsaslı olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməsini, qərardadın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. 19. ilkin cavabdeh vəkilin dedikləri ilə razı olduğunu bildirdi və kassasiya şikayətinin təmin edilməsini xahiş etdi.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddia tərəfi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddə tində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki halları na istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
24. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünva n sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sist eminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır...... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda qaytarılır:... 408.1.4. kassasiya ş ikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;...” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası işin materiallarını araşdıraraq, cavabdeh tərəfin izahatlarını dinləyərək kassasiya şikayətininin dəlillərini (bax yuxarıda § 15) əsassız hesab edir və apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
26. MPM-in 135.5 və 135.8-ci maddələrinin (bax yuxarıda § 24) mənasına görə, kommersiya mübahisələri üzrə məhkəmə sənədləri işdə iştirak edən şəxslərə o zaman rəsmi qaydada verilmiş hesab edilir ki, məhkəmə bu sənədləri işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirsin və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qayda da (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılsın.
27. Beləliklə, MPM-nin 135.8-ci maddəsinin dispozisiya şərti hər iki prosedurun (sənədlərin işdə iştirak edən şəxslərin “elektron kabinet”lərində yerləşdirilməsi və onlara bu barədə həmin sistem vasitəsilə elektron qaydada – elektron poçt, SMS və s. vasitəsilə məlumat çatdırılması) yerinə yetirilməsini nəzərdə tutur.
28. Məhkəmə kollegiyasının mövqeyi belədir ki, bu proseduralar alternativ, bir-birini istisna edən xarakter daşımadığından onların hər ikisi yerinə yetirilməlidir. MPM-in 135.8-ci maddəsinin dispozisiyasında “və ya” deyil, məhz “və” sözündən istifadə olunması da bu anlama gəlir.
29. İşin materiallarında olan “Məhkəmə sənədlərininin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair” çıxarışlardan görünür ki, apellyasiya instansiyası məhkəməsinin 2021-ci il 4 mart tarixli qərardadı ilkin Cavabdeh və onun vəkilinin “elektron kabinet”lərində həmin tarixdə yerləşdirilmişdir.
30. Həmin çıxarışlara əsasən, ilkin cavabdeh təsdiq edilmiş elektron ünvanı (e-mail) olmasa da, onun vəkilinin belə elektron ünvanı vardır (mail.ruElektron ünvan ).
31. Bu o anlama gəlir ki, ilkin Cavabdehin vəkili Vəkilinə münasibətdə MPM-in 135.8-ci maddəsinin yalnız birinci dispozisiya şərti (qərardadın “elektron kabinet”də yerləşdirilməsi) deyil, həm də ikinci dispozisiya şərti (ona bu barədə həmin sistem üzərindən elektron poçt vasitəsilə məlumat çatdırılması) yerinə yetirilmişdir.
32. Belə ki, “Elektron məhkəmə” informasiya sistemi şəxs elektron kabinet yaradarkən təsdiq edilmiş elektron ünvanını (e-mail) qeyd etdiyi halda, elektron kabinetdə məhkəmə sənədlərinin yerləşdirilməsi barədə həmin şəxsə təsdiq edilmiş elektron poçt vasitəsilə məlumat çatdırmaq funksionallığına malikdir.
33. Bununla bağlı, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş və işçi qaydada alınmış məlumatdan görünür ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə 2021-ci il 4 mart tarixində saat 12:41-də ilkin Cavabdehin vəkili təsdiq edilmiş elektron ünvanına “2-2(103)602/2020 nömrəli iş üzrə 04.03.2021 tarixli Qərardad elektron kabinetdə yerləşdirildi.” məzmununda bildiriş göndərilmişdir.
34. Bu baxımdan, məhkəmə kollegiyasınin qənaəti belədir ki, qəbul edilmiş qərardad ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfə MPM-in 135.5 və 135.8-ci maddələrinin tələblərinə görə, lazımi qaydada çatdırılm ış hesab edilməlidir.
35. Qərardaddan kassasiya şikayətinin verilməsinin müddəti ilkin cavabdeh münasibətdə 2021ci il 14 mart tarixində bitmiş olurdu. Buna baxmayaraq həmin tərəfin qərardaddan kassasiya şikayəti 19 aprel tarixində daxil olmuş, beləliklə prosessual müddət ötürülmüş, lakin həmin müddətin bərpası haqqında vəsatət verilməmişdir (kassator həmin faktların həqiqiliyini mübahisələndirməmişdir).
36. Belə olan halda məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün hər hansı prosessual əsas görmür.
37. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 aprel tarixli 2-2(103)602/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın.