Məhkəmə qərarları › İş №2-2(102)-252/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-252/2024

07.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-252/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh x1 Şirkətinə qarşı iş üzrə Açar sözlər: dəymiş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh x1 Şirkətinə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 dekabr tarixli 2-2(103)-817/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasi ya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Goranboy rayon İcra Hakimiyyəti Başçısının 2004-cü il 24 mart tarixli, 42 saylı sərəncamına əsasən, rayonun X13 torpaqlarından nar və digər meyvə ağaclarından ibarət bağ salınması məqsədilə İddiaçı MMC-yə 400 hektar torpaq sahəsinin 50 il müddətinə icarəyə verilməsi qərara alınmış, həmin sərəncam əsasında 24 mart 2004-cü il tarixli 2 saylı icarə müqaviləsi bağlanmış, habelə onun adına “Torpaqdan müvəqqəti istifadə hüququna dair” 2004-cü il 9 aprel tarixli, JN-4634 saylı şəhadətnamə tərtib edilmişdir.

2. Həmin şəhadətnaməyə görə, İddiaçı MMC-yə aid olan 400 hektar torpaq sahəsi üç hissədən ibarət olmaqla şərti olaraq 4634, 4634A və 4634B saylı konturlar ilə təsvir edilmiş, 3 hissədən ibarət həmin 400 hektar torpaq sahəsi üz ərində İddiaçı MMC tərəfindən nar plantasiyası salınmış və damcılı suvarma sistemi quraşdırılmışdır.

3. Sənaye və Energetika Nazirliyi və Boru Kəməri Şirkəti arasında 2007-ci il 28 dekabr tarixində X7 bağlanmış və X7 Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 30 iyun tarixli, 2910 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. X7nin 5.01-ci maddəsinə əsasən, boru kəməri fəaliyyətinin həyata keçirilməsi üçün torpaqdan icarə hüququ əsasında istifadə etmək və nəzarət etmək üçün müstəsna və qeyri-məhdud əmlak hüquqları Boru Kəməri Şirkətinə verilmişdir. Dövlət mülkiyyətində olan və xəritədə 080500013S kimi kodlaşdırılmış torpaq sahəsinə münasibətdə hüquqlar 2 saylı Əlavəyə əsasən, Boru Kəməri Şirkətinə ötürülmüş və qeyd olunan torpaq sahəsinə görə Boru Kəməri Şirkətinin xeyrinə icarə hüququnun yüklü edilməsinə dair Reyestr Xidməti tərəfindən RX seriyalı, ******* nömrəli “Çıxarış” verilmişdir.

4. İddiaçı MMC-yə JN-4634 saylı Şəhadətnaməyə əsasən, verilmiş torpaq sahəsinin Boru Kəmərinin tikinti dəhlizi ilə üst-üstə düşən hissəsinə (080500005aS(U), 080500005bS(U), 080500005S(U), 080500010S(U) və 080500011S(U) kimi kodlaşdırılmış torpaq sahələrinə) münasibətdə hüquqlar 3 saylı Əlavəyə əsasən, Boru Kəməri Şirkətinə ötürülmüş və qeyd olunan torpaq sahələrinə görə Boru Kəməri Şirkətinin xeyrinə icarə hüququnun yüklü edilməsinə dair Reyestr Xidməti tərəfindən seriya RX ******* nömrəli “Çıxarış” verilmişdir.

5. X14 Kəməri-Genişləndirmə Layihəsi çərçivəsində mövcud boru kəmərinin genişləndiriləcək hissəsinin dəhlizi üzrə marşrut Goranboy rayonuna düşən hissəsində dövlət mülkiyyətində ol an və 2004-cü il 9 aprel tarixli, JN-4634 saylı (KOD ********) “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnaməyə əsasən, İddiaçı MMC-nin istifadəsinə verilmiş 4634 saylı kontur ilə qeyd olunan torpaq sahəsindən keçdiyi müəyyən edilmiş və bu səbəbdən Goranboy rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında həmin torpaq sahəsinə dair hüquqların X14 Kəməri-Genişləndirmə Layihəsi ilə bağlı X14 Kəməri Şirkətinin xeyrinə məhdudlaşdırılması məqsədilə 2016-cı il 22 yanvar tarixli “Torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında” müqavilə imzalamışdır. 6. 2016-cı il 22 yanvar tarixli “Torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında” müqaviləyə əsasən, İddiaçı MMC müqavilədə qeyd edilən müddət ərzində sözügedən torpaq sahəsi üzərində yerləşən ağaclardan və suvarma sis temini təşkil edən su borularından təmizləməyi və digər texniki işləri icra etməyi, dövlət isə İddiaçı MMC-yə müvafiq kompensasiya ödəməyi öhdəsinə götürmüş və öz növbəsində, bunun qarşılığında, eləcə də İddiaçı MMC-nin müqavilənin digər müddəalarına razılıq verməsi əvəzində sonuncuya müqavilədə qeyd edilmiş 3.100.000 manat məbləğində kompensasiya ödəməyə razılıq vermişdir.

7. Müqavilənin 1 saylı Qoşmasına əsasən, İddiaçı MMC-nin icarəsində olan torpaq sahəsinin 5,15069 ha hissəsində yerləşən 2200 nar kolları ilə bağlı kompensasiya məbləği 1.999.800 manat, tikinti dəhlizi torpağına dəyəcək ziyan kimi 2016-cı il 29 yanvar tarixində 16244 manat və tikinti işləri və əmlaka (suvarma sistemindən ibarət əmlak) dəyən ziyan 1.083.975 manat olmaqla, ümumilikdə 3.100.000 manat kompensasiya İddiaçı MMC-yə ödənilmişdir.

8. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair Dövlət Reyestri tərəfindən verilən 2016-cı il 11 iyun tarixli arayışa əsasən, şəhadətnamə əsasında 400 ha torpaq sahəsi üzərində istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüququn sahibi İddiaçı MMC müəyyən edilmiş və bu barədə ərizə 2015-ci il 25 dekabr tarixində qeydiyyata alınmışdır. 9. 2016-cı il 22 aprel tarixində İddiaçı MMC məktubla "xxxx" şirkətinə müraciət edərək, istifadəsində olan torpaq sahəsində salınmış nar plantasiyası və quraşdırılmış damcılı suvarma sisteminin sökülməsi ilə əlaqədar kompensasiyanın ödənilməsini tələb etmişdir. 10. x1 Şirkəti isə İddiaçı MMC-nin müraciətinə cavab olaraq, 2016-cı il 11 may tarixli məktubunda bildirmişdir ki, üzərində nar ağacları əkilmiş və Dövlətə məxsus torpaq sahəsindən (080500013S) istifadə üçün bütün lazımi hüquqlar 2015-ci il 26 noyabr tarixində Dövlət adından çıxış edən Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən imzalanmış X4 2 saylı Əlavə çərçivəsində X14 Kəməri-Genişləndirmə Layihəsinə ötürülmüşdür. Bu ağaclar nə həmin hüquqların ötürülməsi zamanı, nə də ki, 2014-cü il 29 aprel tarixində aparılan inventarlaşdırma zamanı mövcud olmamışdır. Boru kəmərinin istismarı üzrə texniki heyətin və gündəlik atlı patrul xidmətinin nümayəndələri təsdiqləmişlər ki, həmin ağaclar boru kəməri dəhlizinə son bir neçə ay ərzində köçürülmüşdür. Fakt olaraq təsdiqlənib və qeydə alınıb ki, həmin ağaclar 2016-cı il 29 yanvar tarixində kompensasiyası (3.100.000 manat) ödənilmiş torpaq sahəsindən çıxarılaraq məqsədyönlü şəkildə boru kəməri dəhlizi daxilində yerləşən dövlətə məxsus torpaq sahəsinə (080500013S) köçürülmüş və buna əsasən, yenidən həmin ağaclara görə kompensasiya tələb edilir. Məhsula görə kompensasiya yalnız normal aqronomik qaydalara və təcrübəyə uyğun olaraq qanuni şəkildə aparılmış kənd təsərrüfatı fəaliyyətinə olan təsirə görə ödənilir. Ağacların kompensasiya almaq məqsədilə boru kəməri dəhlizinin bir hissəsindən çıxarılaraq digər hissəsinə köçürülməsi normal kənd təsərrüfatı qaydalarına və fəaliyyətinə uyğun deyil və bu qanunsuz fəaliyyətə görə "xxxx" Şirkəti İddiaçı MMC-yə hər hansı şəkildə kompensasiya ödəmək niyyətində deyildir.

11. Goranboy rayon İcra hakimiyyəti Başçısının x1İcazələr və Torpaqayırma üzrə menecer Namiq Abba sovun adına olan 2016-cı il 27 may tarixli 192 nömrəli məktubda göstərilmişdir ki, rayon İcra Hakimiyyəti başçısının 2004-cü il 24 mart tarixli, 42 saylı sərəncamı ilə X3 400 hektar torpaq sahəsi İddiaçı MMC-yə 50 il müddətinə icarəyə verilmişdir. Xəritədə ********* S kimi kodlaşdırılmış torpaq sahəsi İddiaçı MMC-nin icarəsindədir və MMC tərəfindən istifadə edilir. Hazırda orada İddiaçı MMC tərəfindən nar bağı salınmış, damcılı suvarma sistemi quraşdırılmışdır.

12. Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən Energetika Nazirliyinə təqdim olunmuş 2016-cı il 13 oktyabr tarixli rəydə qeyd edilmişdir ki, 2016-cı il 11 oktyabr tarixində İddiaçı MMC şirkətinin torpaq sahəsinin X14 Kəməri-Genişləndirmə Layihəsi tikinti dəhlizinin təsirinə məruz qalan hissəsinə baxış keçirilərkən, həmin ərazid ə 6-7 il bundan əvvəl əkilmiş nar kollarının hündürlüyünün 1,0-1,52,0-2,5 metr olduğu, 1421 ədəd sağlam nar kollarından 214 ədədinin bar verməyən olduğu, eyni zamanda, sonradan əraziyə köçürülən nar kollarının 906 ədədinin qaralaraq quruduğu müəyyən edilmişdir. Baxış keçirərkən nar kollarının sayılmasında X14 Kəməri-Genişləndirmə Layihəsi x1şirkətinin nümayəndələri Sailov Əsəd, Əsədov Hüseyn, Vəliyev Tural, Kazımov Aydın və Luis Nava iştirak etdilər.

13. Damcılı suvarma sistemi quraşdırılmış ərazidə nar kolları aqrotexniki qaydalara riayət etməklə əkilmiş, cərgə və bitkilər arası məsafələr normaldır. Lakin yaxşı xidmət olunmadığına görə nar kollarının yarpaqları saralmış, çox hissəsi tökülmüşdür və sahə hədsiz alaqlıdır. Kolların üzərində olan meyvələr cılızdır və əksəriyyəti partlamışdır. Bunun səbəbini şirkətin nümayəndəsi kəmərin ərazidən keçməsinə görə qulluq işlərinin aparılmaması ilə izah etdi. Sözügedən əraziyə 2016-cı il 5 mart tarixində X14 KəməriGenişləndirmə Layihəsi x1şirkətinin dəvətinə əsasən baxış keçirərkən 6-7 illik nar kollarının bir ay əvvəl bu sahəyə köçürüldüyü müəyyən edilmişdir. Çünki, seçmə üsulu ilə sahənin bir neçə yerindən nar kollarının əl ilə asanlıqla dartıb çıxarmaq mümkün idi. Lakin həmin dövrdə baxış keçirilən ərazidə nar kollarının miqdarının nə qədər olması müəyyən edilməmiş, yəni nə qədəri daimi və nə qədəri təzə köçürülmüşdür.

14. X14 Kəməri-Genişləndirmə Layihəsi çərçivəsində Torpaq sahələrinin əldə edilməsi və kompensasiyaların ödənilməsinə dair Təlimatın (2015-ci ilin yanvar ayında yenilənib) məzmununda göstərilmişdir: Layihə üzrə ç oxillik məhsullar üçün kompensasiya tarifləri bir ədəd yetişkən nar ağacına görə 909 manat, bar verməyən nar ağacına görə isə 182 manat həcmində müəyyən edilmişdir. 1421 ədəd sağlam nar kollarından ibarət nar plantasiyasının məhv edilməsi ilə bağlı İddiaçı MMC-yə vurulmuş zərərin miqdarı-1207 ədəd yetişkən nar kollarının hər birinə görə 909 manat hesabı ilə 1.097.163 manat, 214 ədəd bar (bəhrə) verməyən nar kollarının hər birinə görə isə 182 manat hesabı ilə 38.948 manat olmaqla, cəmi 1.136.111 manat müəyyənləşdirilməlidir. 15. 2011-ci ildə irriqasiya sistemi quraşdırılmış ərazinin monitorinqi həyata keçirilmiş, irriqasiya sistemi konkret olaraq göstərilmiş sahədə quraşdırılarkən ümumi dəyəri 530.000 ABŞ dolları təşkil etmiş və həmin irriqasiya sisteminin təkrar quraşdırılması 2017-ci ildə göstərilən məbləğə 1,35 dəfə həcmində əlavə xərclər nəzərdə tutulmaqla cəmi məbləğ 715.500 ABŞ dolları təşkil edir (İsrail Respublikasının "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 2017-ci il 1 yanvar tarixli məktub).

16. İsrail dövlətinin istehsalı olan damcılı suvarma sistemləri üçün və digər avadanlıqların Goranboy rayonu X13 torpaqlarından meyvə bağlarının salınması məqsədilə İddiaçı MMC-nin müvəqqəti istifadəsinə verilmiş 400 ha sahədə quraşdırılması ilə birlikdə ümumi dəyəri 3.477.920,0 manat (təxminən 4.458.870 ABŞ dolları məbləğinin manat ekvivalenti ilə) təşkil edir. Adı çəkilən avadanlıqlar 2009-2011-ci illərdə 2009-cu il 30 iyun tarixli, 10-İM nömrəli, 2010-cu il 8 aprel tarixli, 11-İMl10 nömrəli, 2011-ci il 15 mart tarix li, 07-İMl11 nömrəli ilkin müqavilələr əsasında "xxxx" ASC ilə İddiaçı MMC arasında bağlanılmış lizinq müqavilələrinin şərtlərinə uyğun olaraq lizinqə verilmişdir ("xxxx" ASC tərəfindən İddiaçı MMC-nin vəkilinə ünvanlanmış 2017-ci il 11 aprel tarixli, ASCl2-1240 saylı məktub). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

17. İddiaçı MMC (bundan sonra-«iddiaçı») cavabdeh x1 Şirkətinə (bundan sonra“cavabdeh”) qarşı 2017-ci il 16 fevral tarixində Goranboy rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb olunmaqla iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, yekunda dövlət mülkiyyətində olan və iddiaçının qanuni istifadəsinə verilmiş torpaq sahəsi üzərində salınmış 1.421 ədəd sağlam nar kollarından ibarət nar plant asiyasının məhv edilməsi ilə bağlı hər bir ağaca görə 909 manat olmaqla vurulmuş zərərin əvəzi olaraq 1.291.689 manat kompensasiya məbləğinin və quraşdırılmış 530.000 ABŞ dolları dəyərində damcılı suvarma sisteminin tam şəkildə sıradan çıxarılması, habelə 1,35 dəfə həcmində əlavə vəsaitin xərclənməli olması nəticəsində cəmiyyətə vurulmuş zərərin əvəzi olaraq cəmi 715.500 ABŞ dolları məbləğində kompensasiyanın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

18. İddia tələbi onunla əsaslandırılmışdır ki, Goranboy rayon İcra Hakimiyyəti Başçısının 2004-cü il 24 mart tarixli, 42 saylı sərəncamına əsasən, rayonun X13 torpaqlarından nar və digər meyvə ağaclarından ibarət bağ salınması məqsədilə 400 hektar torpaq sahəsinin 50 il müddətinə iddiaçıya icarəyə verilməsi qərara alınmış, sərəncam əsasında icarə müqaviləsi bağlanaraq 2004-cü il 9 aprel tarixli, JN-4634 saylı Şəhadətnamə alınmış, iddiaçıya ayrılmış torpaq sahəsi 3 hissədən ibarət olmuşdur. X14 Kəmərinin genişləndiriləcək hissəsinin iddiaçıya ayrılmış torpaq sahəsinin 4634 saylı kontur ilə qeyd olunan hissəsindən keçdiyi məlum olmuş, bu səbəbdən torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması barədə 2016-cı il 22 yanvar tarixli müqavilə bağlanmış, iddiaçı müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməklə torpaq sahəsinin həmin hissəsindən ağacların və su borularının köçürülməsini təşkil etmiş, bunun müqabilində ona 3.100.000 manat kompensasiya ödənilmişdir. X8 Boru Kəməri-Genişləndirmə Layihəsi (bundan sonra-"CQBKG” Layihəsi) çərçivəsində mövcud boru kəmərinin digər hissə sinin yenə də iddiaçının istifadəsində olan torpaq sahəsinin digər hissəsindən keçməsi müəyyən edilsə də, cavabdeh bununla bağlı iddiaçıya kompensasiya ödəməkdən imtina etmiş və 2016-cı ilin noyabr ayında iddiaçının istifadəsində olan torpaq sahəsində işlərə başlamış, nəticədə boru kəmərinin keçdiyi dəhlizdə əkilmiş nar ağacları məhv edilmiş və bütün suvarma sistemi sıradan çıxarılmışdır.

19. Cavabdeh iddia ərizəsinə qarşı etiraz, daha sonra etiraza əlavə təqdim edərək, iddianın tam rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

20. Etiraz onunla əsaslandırılmışdır ki, 2007-ci il 28 dekabr tarixində Azərbaycan Respublikası adından Sənaye və Energetika Nazirliyi ilə X14 Kəməri Şirkəti (bundan sonra-“CQBKŞ”) arasında torpaq hüquqlarına dair icarə müqaviləsi bağlanmış, həmin mü qaviləyə və Tranzit ərazisinə malik ölkənin hökuməti ilə sazişin tələblərinə əsasən, boru kəməri üzrə fəaliyyətin həyata keçirilməsi üçün CQBKŞ-yə torpağa dair müstəsna və qeyri-məhdud əmlak hüquqları verilmişdir. Bütövlükdə boru kəmərinin istismar əməliyyatlarına və tikintisinə həmin şirkətin cavabdeh olmasına və boru kəmərinin genişləndiriləcək hissəsinin iddiaçının istifadəsində olan torpaq sahəsindən keçməsinə görə həmin şirkət tərəfindən 3.100.000 manat kompensasiyanın ödənilməsinə, iddiaçının isə bununla bağlı imzalanmış müqavilədə kompensasiya məbləğini qəbul etməklə bu məsələ ilə bağlı şirkətə, onun podratçılarına və onun müəyyən etdiyi digər şəxslərə münasibətdə hər hansı digər tələb və iddiasının olmadığının qeyd edilməsinə baxmayaraq, iddiaçı sonradan boru kəməri obyektlərinin t ikintisi və istismarı üzrə məsul texniki operator olan cavabdehə qarşı da, əsassız kompensasiya tələbi ilə çıxış etmişdir. Bundan başqa, iddiaçının istinad etdiyi JN-4634 saylı şəhadətnamənin əsli və torpaq sahəsinin ayrıc aktı məhkəməyə təqdim olunmamış, istinad edilən şəhadətnamədə isə torpaq sahəsinin yerləşdiyi yerin sxemi və planı göstərilsə də, torpaq sahəsinin koordinatları dəqiq göstərilməmişdir. Həmçinin, torpaq sahəsi iddiaçının istifadəsinə ayrılarkən torpaq haqqında qanunvericiliyin tələblərinə zidd olaraq torpaq sahəsinin sərhədləri naturada müəyyən edilməmişdir. İddiaçı mübahisəli 080500013S kimi kodlaşdırılmış torpaq sahəsinin məhz JN-4634 saylı şəhadətnamə ilə əhatə olunduğunu bildirsə də, bunu sübuta yetirə bilməmişdir. 21. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017- ci il 31 mart tarixli 2-2(81)471/2017 nömrəli qərardadı ilə cavabdeh “x1 Şirkəti x1 Şirkəti ilə əvəz edilmiş, işə əvvəldən baxılmağa başlanılması qərara alınmışdır (hakim İ.Əhmədov). 22. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 27 dekabr tarixli 2-2(81)471/2017 nömrəli qərardadı ilə iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin olunmuş, məhkəmə ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 2019-cu il 4 yanvar tarixli 26748 saylı rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: - Torpaqdan müvəqqəti müvəqqəti istifadə hüququna dair 2004-cü il 9 apr el tarixli, JN-4634 nömrəli, Kod 50900001 Şəhadətnamə Goranboy rayon İcra Hakimiyyəti Başçısının 2004-cü il 24 mart tarixli 42 saylı Sərəncamı və 2004-cü il 24 mart tarixli 02 saylı icarə müqaviləsinin ayrılmaz hissəsi olan R.İ.H.B tərəfindən təsdiq edilmiş ilkin yerquruluşu planının ilkin müayinə aktına uyğun gəldiyi və tədqiq olunan boru kəmərinin iddiaçının JN 4634 nömrəli Şəhadətnamə əsasında istifadəsinə verilmiş torpaq sahəsinin daxilindən keçdiyi müəyyən edilir. - Naturada çöl-ölçmə işləri aparan zaman məlum oldu ki, kəmərin faktiki yerləşdiyi ərazi ilkin müayinə aktına və yerquruluşu planına uyğundur və Şəhadətnamədə göstərilən torpaq sahəsinin daxilindən faktiki kəmərin keçdiyi müəyyən edilmişdir. - Mübahisəli sahəyə baxış zamanı CPS sistemi ölçmə aparatı vasitəsi ilə götürülmüş və aşağıda göstərilmiş 6 ədəd döngə nöqtələrinin koordinatları “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-4634 nümrəli (Kod ********) Şəhadətnamə ilə 50 il müddətinə iddiaçının istifadəsinə verilmiş 400,0 hektar torpaq sahəsinin koordinatlarının (x və y koordinatları göstərilməklə) hüdudları daxilində yerləşdiyi müəyyən edilir. 1) 645151.930 4499430.2871 2 714,30 metr 2) 645845.842 4499599.7282 3 542,31 metr 3) 646373.938 4499723.0583 4 26,61 metr 4) 646390.521 4499702.2494 5 549,82 metr 5) 645856.408 4499571.7715 6 690,25 metr 6) 645186.040 4499407.3006 1 41,13 metr - Mübahisəli sahayə baxış zamanı CPS sistemi ölçmə aparatı vasitəsi ilə götürülmüş 6 ədəd döngə nöqtələrinin koordinatları “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN4634 nömrəli (Kod ********) Şəhadətnamə ilə 50 il müddətinə iddiaçının istifadəsinə verilmiş 400,0 hektar torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi təqdirdə, həmin 6 ədəd döngə nöqtələrinin koordinatları 4634, 4634A və 4634B kimi qeyd olunmuş hissələrin məhz hansının döngə nöqtələrinin koordinatları (x və y koordinatları göstərilməklə) daxilində yerləşdiyi müəyyən edilir. 1) 645151.930 4499430.2871 2 714,30 metr 2) 645845.842 4499599.7282 3 542,31 metr 3) 646373.938 4499723.0583 4 26,61 metr 4) 646390.521 4499702.2494 5 549,82 metr 5) 645856.408 4499571.7715 6 690,25 metr 6) 645186.040 4499407.3006 1 41,13 metr - “Bakı-Tiflis-Ceyhan” Neft boru kəmərinin və ona parallel olaraq həyata keçirilməkdə olan X14 Kəmərinin Genişləndirilməsi layihəsi üzrə çəkilmiş boru xətti faktiki olaraq aşağıdakı 6 ədəd döngə nöqtələrinin koordinatları daxilində keçdiyi müəyyən edilir. 1) 645151.930 4499430.2871 2 714,30 metr 2) 645845.842 4499599.7282 3 542,31 metr 3) 646373.938 4499723.0583 4 26,61 metr 4) 646390.521 4499702.2494 5 549,82 metr 5) 645856.408 4499571.7715 6 690,25 metr 6) 645186.040 4499407.3006 1 41,13 metr - “Bakı-Tiflis-Ceyhan” Neft boru kəmərinin bazadan götürülmüş koordinatları ilə sualda göstərilən 6 ədəd döngə nöqtələrinin koordinatlarının üst-üstə düşüb-düşmədiyini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. - 080500013 S kodlu torpaq sahəsinin planında göstərilən sahə ilə üst-üstə düşübdüşmədiyini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. - 080500013 S kodlu torpaq sahəsinin Bazadan götürülən müvafiq döngə nöqtələrinin koordinatları ilə sualda göstərilən 6 nöqtələrinin koordinatlarının üst-üstə düşüb-düşmədiy ini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. 23. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 7 mart tarixli 2-2(81)22/2019 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, məhkəmə ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 2019-cu il 17 may tarixli, 8305/06 nömrəli rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: - İddiaçının istifadəsinə verilmiş torpaq sahəsində quraşdırılmış damcılı suvarma sisteminin yararsız (kəsilmiş, zədələnmiş) və işlək vəziyyətdə olmadığı müəyyən edilmişdir. - İsrail Respublikasının "xxxx" Şi rkətinin Azərbaycan Respublikasıdakı nümayəndəliyi “Jokas” L.T.D tərəfindən tərtib edilmiş 2019-cu il 23 aprel tarixli KO-01/19 nömrəli müqaviləyə əsasən sıradan çıxmış damla suvarma sisteminin bərpasına çəkiləcək xərcin miqdarı təxminən 1.215.714,20 manat (715.126,00 ABŞ dolları x 1,70 manat) müəyyən edilir. 24. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 13 iyun tarixli 2-2(81)22/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən-1.421 ədəd sağlam nar kollarından ibarət nar plantasiyasının məhv edilməsi ilə bağlı 1.207 ədəd yetişkən nar kollarının hər birinə görə 909 manat hesabı ilə 1.097.163 manat və 214 ədəd bar verməyən nar kollarının hər birinə görə 182 manat hesabı ilə 38.948 manat olmaqla, cəmi nar kolları ilə bağlı vurulmuş zərərin əvəzi olaraq 1.136.111 manat məbləğində p ul vəsaitinin və quraşdırılmış damla suvarma sisteminin bərpasına çəkiləcək xərcin əvəzi olaraq cəmi 715.126 ABŞ dolları məbləğində (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaitinin və ödənilmiş dövlət rüsumu kimi 20 manat vəsaitin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət olunmuş, iddia tələbləri qalan hissədə təmin edilməmişdir (hakim F.Mədətli).

25. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı boru kəmərinin keçməsi səbəbindən onun istifadəsində olan torpaq sahəsinin bir hissəsinin istifadəsindən məhrum olması ilə bağlı deyil, həmin torpaq sahəsində ona məxsus nar kollarına və suvarma sisteminə vurulmuş zərərin ödənilməsini tələb etmişdir. Həmin torp aq sahəsində olan nar kollarının və suvarma sisteminin iddiaçıya məxsus olması cavabdehə məlum olduğundan, iddiaçının hazırkı iddia tələbi ilə çıxış etməkdə subyektiv hüququnun olmamasına və ya cavabdeh qismində Azərbaycan Respublikası Energetika Nazirliyinin olmasına dair cavabdehin dəlilləri əsaslı olmamışdır. Həmçinin, cavabdeh iddiaçının istifadəsində olan nar kollarının və suvarma sisteminin köçürülməsi barədə iddiaçıya müraciət etməmişdir.

26. Bundan başqa, cavabdehin iddiaçıya verilmiş JN-4634 saylı şəhadətnamə ilə ilkin yerquruluşu sənədlərinin uyğun olmamasına dair dəlili də əsassız olmuşdur. Goranboy rayon İcra Başçısının 2004-cü il 24 mart tarixli sərəncamına əsasən, rayonun X13 torpaqlarından nar və digər meyvə ağaclarından ibarət bağın salınması üçün iddiaçıya 400 hektar torpa q sahəsi 50 il müddətinə icarəyə verilmiş, bununla bağlı torpaqdan müvəqqəti istifadə hüququna dair JN-4634 saylı şəhadətnamə verilmiş, iddiaçı 3 hissədən ibarət torpaq sahəsində fəaliyyətini rəsmi sənəd olan həmin Şəhadətnaməyə əsasən həyata keçirmiş, yerli icra hakimiyyəti və ya hər hansı digər dövlət orqanı nar plantasiyasının həmin şəhadətnamənin əhatə etdiyi torpaq sahəsində yerləşmədiyi tələbini irəli sürməmişdir.

27. Həmçinin, "CQBKG” Layihəsi çərçivəsində torpaq sahələrinin əldə edilməsi və kompensasiyaların ödənilməsinə dair Təlimatda bir ədəd yetişkən nar ağacına görə 909 manat, bar verməyən nar ağacına görə isə 182 manat kompensasiya tarifləri müəyyən edildiyindən, iddiaçıya vurulmuş zərər kimi 1.207 ədəd yetişkən nar kollarına görə 1.097.163 manat, 214 ədəd bar verməyən nar kol larına görə isə 38.948 manat olmaqla, ümumi zərər 1.136.111 manat təşkil etmişdir. Bundan başqa, iddiaçının istifadəsində olan torpaq sahəsində mövcud olmuş damla suvarma sisteminin bərpasına çəkiləcək xərcin 1.215.714,20 manat olması da ekspert rəyi ilə öz təsdiqini tapmışdır.

28. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14.2.6, 21.1, 21.2, 386.1, 1096.1, 1097.1-ci maddələrinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məh kəməsi Plenumunun 2018-ci il 18 iyul tarixli qərarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

29. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin olunduğu hissədə ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul olunmasını xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat

30. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 29 oktyabr tarixli 2-2(103)-649/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Ağayev, hakimlər A.Nuriyeva və C.Yusifov)

31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında müqavilə imzalanmış və bu müqavilədən irəli gələn öhdəlikləri tərəflər yerinə yetirməyi öz üzərlərinə götürmüşlər. Belə olan halda cavabdeh torpaq sahəsinin iddiaçının mülkiyyətində olubolmamasını deyil müqavilədən irəli gələn öhdəlikləri mübahisələndirə bilər. 32. 2019-cu il tarixli ekspert rəyi ilə, mübahisəli sahayə baxış zamanı CPS sistemi ölçmə aparatı vasitəsi ilə götürülmüş 6 ədəd döngə nöqtələrinin koordinatlarının “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-4634 nömrəli (Kod ********) şəhadətnamə ilə 50 il müddətinə iddiaçının istifadəsinə verilmiş 400 hektar torpaq sahəsinin koordinatlarının hüdudları daxilində yerləşdiyi, o cümlədən 4634, 4634A və 4634B kimi qeyd olunmuş hissələrin məhz döngə nöqtələrinin koordinatları daxilində yerləşdiyi müəyyən edilmişdir.

33. İddiaçıya daha əvvəl ödənilmiş kompensasiya məbləği boru kəmərinin torpaq sahəsinin 4634 kodlu hissəsi ilə bağlı olmuş, sonradan isə boru kəmərinin həmin 4634 kodlu torpaq sahəsinin digər hissələrindən də keçdiyi aşkar olunmuşdur. Eyni zamanda cavabdeh torpaq sahəsinin həmin hissəsində nar ağaclarının mövcudluğunu təkzib etməmiş, yalnız həmin ağacların kompensasiya ödənilmiş digər ərazidən çıxarılaraq sonradan digər tərəfdə əkildiklərini irəli sürmüş, bununla belə istinad etdiyi həmin hala dair hər hansı sübut təqdim etməmişdir. İddiaçı isə kompensasiya ödənilmiş sahədən, yəni boru kəməri dəhlizindən tələf olmasının qarşısını almaq ehtimalı ilə 906 ədəd nar kollarının köçürüldüyünü, l akin həmin nar kollarının qaralaraq quruduğunu bildirmiş, hazırkı iddiada həmin nar kollarına görə kompensasiyanın ödənilməsi tələb edilməmişdir. Bu mənada məhkəmə cavabdehin qeyd edilən arqumentlərini əsassız hesab etmişdir.

34. Boru kəmərinin keçməsi ilə əlaqədar iddiaçıya məxsus nar kollarına və suvarma sisteminə zərər dəydiyi mübahisə mövzusu deyildir. İddiaçı boru kəmərinin 4634 kodlu torpaq sahəsinin digər hissələrindən də keçməsi ilə əlaqədar həmin hissənin istifadəsindən məhrum olması ilə bağlı kompensasiya tələb etməmiş, məhz özünə məxsus nar kollarına və suvarma sisteminə vurulmuş zərərin əvəzinin ödənilməsini istəmişdir. Bu mənada məhkəmə, “iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmaması”, “subyektiv hüquqa malik olsa belə cavabdeh qismində cavabdehin d eyil, Azərbaycan Respublikası Energetika Nazirliyi olmalı olması” barədə cavabdehin nümayəndəsinin dəlillərini əsassız hesab etmişdir. Cavabdeh sözügedən nar kollarının və suvarma sisteminin iddiaçıya aid olması barədə məlumatlı olmuş, bununla belə həmin nar kollarının və suvarma sisteminin köçürülməsi məqsədi ilə iddiaçıya müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də ona ünvanlanan suala cavabında rəsmi olaraq belə bir müraciətin olunmadığını etiraf etmişdir.

35. Məhkəmə cavabdehin “iddiaçıya verilmiş JN-4634 saylı şəhadətnamə ilə ilkin yerquruluşu sənədlərinin uyğun olmaması” ilə bağlı arqumentlərini də əsassız hesab etmişdir. Belə ki, Goranboy rayon İcra Hakimiyyəti Başçısının 2004-cü il 24 mart tarixli, 42 saylı Sərəncamına əsasən, rayonun X13 torpaqlar ından nar və digər meyvə ağaclarından ibarət bağ salınması məqsədilə iddiaçıya 400 hektar torpaq sahəsinin 50 il müddətinə icarəyə verilməsi qərara alınmış, adıçəkilən sərəncam əsasında 2004-cü il 24 mart tarixli 2 saylı icarə müqaviləsi bağlanmış, habelə iddiaçıya “Torpaqdan müvəqqəti istifadə hüququna dair” 2004-cü il 9 aprel tarixli JN-4634 saylı şəhadətnamə verilmişdir. İddiaçı məhz sözügedən şəhadətnamənin aid olduğu 3 hissədən ibarət 400 hektar torpaq sahəsi üzərində nar plantasiyası salmış və damcılı suvarma sistemi quraşdırmışdır. Başqa sözlə, iddiaçı qeyd edilən nar plantasiyası ilə bağlı bütün fəaliyyətini rəsmi sənədə, yəni JN-4634 saylı şəhadətnaməyə etimad edərək həyata keçirmiş, nə yerli icra hakimiyyəti orqanı, nə də ki hər hansı digər şəxs tərəfindən salınmış nar plantasi yasının JN-4634 saylı şəhadətnamənin aid olduğu torpaq sahəsində yerləşmədiyi irəli sürülməmişdir.

36. Məhkəmə iddiaçıya vurulmuş maddi zərərin məbləği ilə bağlı qeyd etmişdir ki, dövlət mülkiyyətində olan və 2004-cü il 24 mart tarixli, 42 saylı sərəncam əsasında iddiaçının istifadəsinə verilmiş 400 hektar torpaq sahəsindən boru kəmərinin keçməsi ilə əlaqədar iddiaçı tərəfindən quraşdırılmış damcılı suvarma sistemi zədələnmiş və bunun nəticəsində boru kəmərinin dəhlizdə əkilmiş 1421 ədəd sağlam nar kolları məhv edilmişdir. Bitkiçilik və bitki mühafizəsi kafedrasının müdiri dosent X1 2016-cı il 11 oktyabr tarixli rəyinə əsasən, sözü gedən ərazidə 6-7 il bundan əvvəl əkilmiş sağlam nar kollarının 1421 ədəd (214 ədədi sağlam bar verməyən ağaclardır), hündürlüklərinin 1,0-1,5-2,0-2,5 metr oldu ğu, sonradan əraziyə köçürülən nar kollarının isə 906 ədəd olmaqla qaralaraq quruduqları müəyyən edilmişdir. CQBKG Layihəsi çərçivəsində Torpaq sahələrinin əldə edilməsi və kompensasiyaların ödənilməsinə dair Təlimatın (2015-ci ilin yanvar ayında yenilənib) məzmunundan isə görünür ki, layihə üzrə çoxillik məhsullar üçün kompensasiya tarifləri bir ədəd yetişkən nar ağacına görə 909 manat, bar verməyən nar ağacına görə isə 182 manat həcmində müəyyən edilmişdir.

37. Məhkəmə hesab etmişdir ki, 1421 ədəd sağlam nar kollarının məhv olması ilə əlaqədar vurulmuş zərərin ödənilməsi hissəsində iddia qismən əsaslı olmuşdur. 1421 ədəd sağlam nar kollarından ibarət nar plantasiyasının məhv edilməsi ilə bağlı iddiaçıya vurulmuş zərərin miqdarı-1207 ədəd yetişkən nar kollarının hər birinə görə 909 manat hesabı ilə 1.097.163 manat, 214 ədəd bar (bəhrə) verməyən nar kollarının hər birinə görə isə 182 manat hesabı ilə 38.948 manat olmaqla, cəmi 1.136.111 manat müəyyənləşdirilməlidir.

38. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 14.2.6, 21.1, 21.2, 386.1, 1096.1, 1097.1-ci maddələrinə; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 18 iyul tarixli qərarına; MPM-in 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

39. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki ilk icraat

40. Azər baycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 17 iyun tarixli 2-2(102)-111/2020 nömrəli qərarı ilə kasasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən-məruzəçi hakim R.Nəbizadə, hakimlər Z.Quliyev və İ.Şəfiyev).

41. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iddianın predmeti olan iddiaçının mübahisə açdığı torpaq sahəsinin 5,15069 ha, yaxud 14,29263 ha və 4, 26017 ha torpaq sahəsi ilə tam və ya qismən üstüstə düşüb-düşməməsini müəyyən etməmişdir. Hazırkı mübahisənin predmeti olan torpaq sahəsinin 4634 saylı konturda yerləşən iddiaçının istifadə hüququ qeydə alınmış torpaq sahəsi o lduğu müəyyən edildiyi halda, torpaq sahəsinin sonradan daşınmaz əmlakın dövlət reyestrində təkrar olaraq cavabdehin xeyrinə icarə hüququ əsasında qeydə alınmasının səbəbi araşdırılmamışdır. Mübahisə predmeti olan torpaq sahəsi CQBKŞ-nin xeyrinə icarə hüququ qeydə alınan vaxt cavabdehin icarə hüququ qeydə alınmış torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun olmamasına məhkəmə münasibət bildirməmişdir.

42. Reyestr xidmətinin ayrı-ayrı məktublarında Goranboy rayonu ərazisində yerləşən dövlət mülkiyyətində olan 14,29263 ha torpaq sahəsinin 2016-cı il 26 oktyabr tarixinə qədər Əmlak Məsələləri Dövlət Komitəsinin elektron kadastr bazasına əsasən yüklü edilmədiyi, ********* S kodlu torpaq sahəsinin torpaqdan müvəqqəti istifadə hüququna dair 2004-cü il 9 aprel tarixli, JN-4634 nömrəli 9Kod 50900001 şəhadətnamədə nəzərdə tutulmuş 400 ha torpaq sahəsinin ərazisindən kənarda boru üçün ayrılmış ərazidə yerləşdiyi qeyd edilmiş, məhkəmə bu sübutlara hüquqi qiymət verməmişdir.

43. Apellyasiya məhkəməsi CQBKG Layihəsi çərçivəsində mövcud boru kəmərinin genişləndiriləcək hissəsinin dəhlizi üzrə marşrutun Goranboy rayonuna düşən hissəsində CQBKŞ-nin xeyrinə icarə hüququ əsasında yüklü edilən 4,26017 ha torpaq sahəsinə iddiaçının icarə hüququnun olub-olmamasını araşdırmamışdır.

44. Apellyasiya məhkəməsi CQBKG Layihəsi çərçivəsində mövcud boru kəmərinin genişləndiriləcək hissəsinin dəhlizi üzrə marşrutun Goranboy rayonuna düşən hissəsində 14,29263 ha və 4,26017 ha torpaq sahəsi CQBKŞ-nin xeyrinə icarə hüququ əsasında yüklülüyü qeydə alınan vaxt həmin torpaq sahəsinə iddiaçının icarə hü ququnun olubolmamasını, həmçinin 14,29263 ha və 4,26017 ha torpaq sahəsinin iddiaçının icarəsində olan 400 ha torpaq sahəsinin 4634 saylı konturunda yerləşib-yerləşməməsini araşdırmamışdır.

45. Goranboy rayon İcra Hakimiyyəti birinci instansiya məhkəməsinə ünvanladığı 2017-ci il 14 iyun tarixli məktubunda iddiaçının icarəsinə verilmiş 400 ha torpaq sahəsinin ərazisindən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin 3500 metrə yaxın uzunluqda hissəsinin keçdiyini, mühafizə zolağının 36 metrə bərabər olduğunu, qaz boru xəttinin isə iddiaçının istifadəsində olan torpaq sahəsinin 1400 metr uzunluğunda keçdiyini bildirmişdir.

46. Apellyasiya məhkəməsi mübahisənin düzgün həlli üçün mübahisə olunan ərazidə “CQBKG” Layihəsi çərçivəsində qaz boru kəmərinin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə paralel inşa edilib-edilmədiyini, paralel inşa olunduğu halda, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin nə vaxtdan mövcud olmasını, neft boru kəmərinin mühafizə zolağının çoxillik əkmə üçün icarə və istifadəyə verilməsinin mümkünlüyünü, həmçinin iddiaçının iddia etdiyi torpaq sahəsində nar ağaclarının hansı vaxtdan əkildiyini, ağaclar əkilərkən neft boru xəttinin mövcud olub-olmamasını araşdırmamışdır.

47. İddiaçı CQBKG Layihəsi çərçivəsində mövcud boru kəmərinin digər hissəsinin də, dövlət mülkiyyətində olan və 2004-cü il 24 mart tarixli, 42 saylı sərəncam əsasında onun istifadəsinə verilmiş 400 ha torpaq sahəsinin başqa bir hissəsindən keçdiyini bildirmiş, 2016-cı il 22 aprel tarixində elektron məktubla cavabdehə müraciət edərək istifadəsində olan torpaq sahəsində salınmış nar plantasiyası və qu raşdırılmış damcılı suvarma sisteminin sökülməsi ilə əlaqədar daha əvvəl olduğu kimi kompensasiyanın ödənilməsini tələb etmiş, cavabdeh şirkət isə iddiaçının müraciətinə cavab olaraq 2016-cı il 11 may tarixli məktubunda bildirmişdir ki, üzərində nar ağacları əkilmiş və Dövlətə məxsus torpaq sahəsindən (080500013 S) istifadə üçün bütün lazımi hüquqlar 2015-ci il 26 noyabr tarixində Dövlət adından çıxış edən Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən imzalanmış X4 2 saylı Əlavə çərçivəsində CQBKG Layihəsinə ötürülmüşdür. Bu ağaclar nə həmin hüquqların ötürülməsi zamanı, nə də ki 2014-cü il 29 aprel tarixində aparılan inventarlaşdırma zamanı mövcud olmamışdır.

48. Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən 2016-cı il 13 oktyabr tarixli məktubla Energetika Nazirliyinə təqdim edilmiş rəylə bağlı apellyasiya məhkəməsi araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır. 49. 400 ha torpaq sahəsi 2004-cü ildə iddiaçıya icarəyə verilmişdir. İddiaçı Goranboy rayon İcra Hakimiyyəti ilə 2016-cı il 22 yanvar tarixində torpaqdan istifadə hüququnun məhdudlaşdırılması barədə müqavilə imzalayan zaman hazırda mübahisə açdığı torpaq sahəsi ilə bağlı etirazının olub-olmamasına məhkəmə tərəfindən aydınlıq gətirilməmişdir. 50. 080500013 S kodlu torpaq sahəsi iddiaçının hazırda mübahisə açdığı ərazi üzrə torpaq sahəsinin kodudur. Ekspert rəyi ilə ********* S kodlu torpaq sahəsinin planında göstərilən sahə ilə üst-üstə düşüb-düşmədiyi dəqiqliklə müəyyən olunmamışdır.

51. Kassasiya şikayətində iddianın təmin olunmamasına dair yeni qərar qəbul olunması xahiş edilmiş, yeni qərar qəbul olunması üçün MPM-in 427.1.4-cü maddəsinin tələbləri ödənilmədiyindən bu hissədə şikayətin dəlilləri əsaslı sayılmamışdır.

52. Cavabdeh məhkəmə kollegiyasının iclasında vəsatətlə çıxış edərək onun maddi hüquq münasibəti üzrə hüquq varisi olan və fəaliyyətlərini müvəqqəti olaraq icra edən digər şirkətlərlə əvəz olunmasını xahiş etmiş, apellıyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yeni apelyasiya baxışına göndərildiyindən məhkəmə kollegiyası MPM-in 58-ci maddəsinə əsasən prosessual hüquq varisliyi ilə bağlı məsələnin (vəsatətlərin həlli) də həmin məhkəmədə müzakirə edilməli olması qənaətinə gəlmişdir.

53. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 14.2, 21.1, 21.2, 88, 1096.2 və 1099.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 101-ci maddəsinə, Azərbaycan Respublikası Konstitu siya Məhkəməsi 2006-cı il 31 may tarixli qərarına, MPM-in 103.1, 103.2 və 254.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

54. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 30 sentyabr tarixli 2-2(103)-479/2020 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər A.Hüseyn və V.Baxışova)

55. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli əraziyə 2016-cı il 11 oktyabr tarixində baxış keçirilən vaxt 6-7 il əvvəl əkilmiş 1421 ədəd sağlam nar kollarının mövcud olması, həmin nar kollarının aqrotexniki qaydalara riayət olunmaqla əkilməsi, həmçin in damcılı suvarma sisteminin mövcud olması öz təsdiqini tapmışdır. Cavabdehin faktiki nəzarətində olan sahəyə iddiaçının əməkdaşları tərəfindən qısa müddət ərzində 1421 ədəd ağacın köçürülməsi və kifayət qədər böyük sərmaye və vaxt tələb edən suvarma sisteminin quraşdırılması mümkünsüzdür və belə bir halın baş verdiyi təqdirdə, cavabdeh bununla bağlı iddiaçıya pretenziya irəli sürər və ya xəbərdarlıq bildirişi göndərərdi.

56. Mübahisənin predmetini məhz delikt, yəni ağacların məhv edilməsi və suvarma sisteminin dağıdılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil etdiyindən, nar kollarının əkildiyi və damcılı suvarma sisteminin quraşdırıldığı torpaq sahəsinin iddiaçının icarəsinə verilmiş torpaq sahəsinə aid olub-olmaması hazırki mübahisənin həllinə təsir etmir. İddiaçı büt ün fəaliyyətini və sərmayesini dövlət orqanı tərəfindən verilmiş şəhadətnamə əsasında onun icarəsinə verildiyini güman etdiyi torpaq sahəsində qanuni əsaslarla həyata keçirmişdir. Cavabdeh isə həmin ərazidə əkilmiş nar ağaclarının və suvarma sisteminin iddiaçıya məxsus olması barədə məlumatlı olmuş, lakin iddiaçıya xəbərdarlıq etmədən, həmin ağacların və suvarma sisteminin köçürülməsinə vaxt vermədən boru kəmərinin inşasına davam etmiş, nəticədə həmin ağaclar məhv edilmiş və suvarma sistemi yararsız hala salınmışdır.

57. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, MM-in 21.2, 21.3, 1096, 1097-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 28 fevral tarixli Qərarına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, MPM-in 77.1, 420-ci maddələrinə istinadla əsaslandırmışdır.

58. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv ediməsi və iddia tələbinin tam həcmdə rədd edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

59. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 aprel tarixli 2-2(102)-129/2021 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 2020-ci il 30 sentyabr tarixli 2-2(1 03)-479/2020 nömrəli qətnaməsi ləğv olunmuş, yeni qərar qəbul edilərək, iddia tələbi təmin olunmuş hissədə təmin edilməmişdir (sədrlik edən-məruzəçi hakim S.Hüseynova, hakimlər B.Məmmədli və A.Hüseynov)

60. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin istinad etdiyi 2020-ci il 19 mart tarixli “Akt”ın 7-ci bəndində texniki operator fəaliyyətlərinin yalnız X9 tərəfindən həyata keçiriləcəyi deyil, cavabdeh tərəfindən həmin fəaliyyət həyata keçirilmədiyi təqdirdə, onun tərəfindən həyata keçirilməli olması qeyd olunmuşdur. Cavabdehin istinad etdiyi aktda həm də göstərilmişdir ki, “Akt”ın 3.5-ci bəndinə əsasən, texniki operatorluq vəzifəsinin ötürülməsi tarixi 2020-ci il 20 mart Bakı saatı ilə 00:01-dən etibarən başlanacaqdır. Eyni zamanda, “Akt”ın “Təyinat” adlı bəndinə görə, m üqavilənin 7ci maddəsinə əsasən, texniki operatorluq vəzifəsinin ötürülməsinin qüvvəyə minmə tarixində, X10 Operator Xidmətləri Müqaviləsinə uyğun olaraq, X5 texniki operator fəaliyyətində Boru Kəməri Şirkəti adından müstəsna olaraq hərəkət etmək səlahiyyətini həvalə edirlər.

61. Qeyd olunanlar onu deməyə əsas verir ki, X5 texniki operator fəaliyyətini 20 mart 2020-ci il tarixdən həyata keçirməli olsa belə, o müstəqil şəkildə deyil, CQBKŞ adından bu fəaliyyəti həyata keçirməlidir. Ümumiyyətlə, “Akt”da nəzərdə tutulmuş fəaliyyətə görə “X2” MMC (X9) məhkəmə proseslərində tərəf kimi çıxış edə bilməz. Məhkəmə kollegiyası cavabdehin apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin hüquq varisliyi ilə bağlı tələblərinin gözlənilmədiyinə dair dəlilini əsassız hesab etmişdir. 62. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 7 mart tarixli 2(81)-22/2019 nömrəli qərardadının “nəticə” hissəsində ekspertin sərəncamına iqtisadi işin materiallarının təqdim edilməsi göstərilmişdir. Rəydə əlavə sənədlərin adı və ya hər hansı digər məlumat mövcud deyildir. Rəyin “əmtəəşünaslıq tədqiqat” hissəsində isə iş materialında olan məlumatlar və rəyin mühəndis texniki ekspertizasının tədqiqat hissəsində göstərilənlərə əsasən, tədqiqatın aparıldığı qeyd olunmuş və cavabdehin kassasiya şikayətində istinad etdiyi İsrail Respublikasının “NaanDanJain İrigation LTD” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi “Jokas” L.T.D. tərəfindən tərtib edilmiş 23 aprel 2019-cu il tarixli KO-01l19 saylı müqavilə işin materialında olan sənəd kimi göstərilmişdir.

63. Gö ründüyü kimi, ekspert rəyinin özündə tədqiqat zamanı istifadə edilmiş sənədlər dəqiq və aydın şəkildə göstərilməmiş, verilmiş məlumatlar isə təzadlı olmuşdur. Həmçinin, İsrail Respublikasının “NaanDanJain İrigation LTD” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi “Jokas” L.T.D. tərəfindən tərtib edilmiş 2019-cu il 23 aprel tarixli KO-01/19 saylı müqavilə işin materialında mövcud deyildir. Ümumiyyətlə, 5 səhifəlik ekspertiza rəyinin 3-5-ci səhifələrində sözügedən müqaviləyə istinad edilmişdir. Rəyin həmin hissəsindəki məlumatlar belə azərbaycan dilində verilməmiş, tədqiqat zamanı hansı metoddan istifadə edildiyi göstərilməmişdir. Bütün bunlar ekspert rəyinin mötəbərliyini şübhə altına alır.

64. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 dekabr tarixli 2593 saylı Sərəncamı na müvafiq qaydada Azərbaycan Respublikası adından Sənaye və Energetika Nazirliyi ilə “X6 ” Şirkəti arasında bağlanmış 2007-ci il 28 dekabr tarixli müqavilənin şərtlərinə müvafiq olaraq, Dövlət adından Goranboy rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında torpaq sahəsinə dair hüquqların CQBKG Layihəsi ilə bağlı CQBKŞ-nin xeyrinə məhdudlaşdırılması məqsədilə 2016-cı il 22 yanvar tarixində bağlanmış və təsirə məruz qalmış şəxs olaraq, Dövlət tərəfindən torpaq hüquqlarının “X6 ” Şirkətinə təqdim edilməsi səbəbindən ödəniləcək kompensasiyanın məbləği müəyyən edilmişdir.

65. Goranboy rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında torpaq sahəsinə dair hüquqların CQBKG Layihəsi ilə bağlı CQBKŞ-nin xeyrinə məhdudlaşdırılması məqsədilə 2016-cı il 22 yanvar tarixində müqavilə bağlanmışdır.

66. İddiaçı nın dövlət orqanı ilə bağladığı müqavilənin şərtlərinə əsasən, torpaq istifadəçisinin boru kəməri dəhlizi daxilində mühafizə zolağı torpağında, yaxud tikinti dəhlizi və mühafizə zolağı xaricində yerləşən əmlakına dəyən (dəyə biləcək) hər hansı və bütün dolayı zərər, ziyan, itki və xərclərə görə dövlət və boru kəməri şirkəti hər hansı və bütün növ məsuliyyətdən azad edilmiş və iddiaçıya kompensasiya şəklində ödənilmiş məbləğin tam və son ödəniş olması müəyyən edilmişdir. Həmin müqavilənin digər şərtinə görə isə, torpaq istifadəçisinin tikinti dəhlizi xaricində və ya istismar müddəti ərzində boru kəməri dəhlizi xaricində olan mühafizə zolağı torpağında yerləşən əmlakına hər hansı birbaşa ziyan və ya zərər vurularsa, müvafiq şərtlər mövcud olduğu halda həmin ziyan və zərərin əvəzinin torpaq i stifadəçisinə dövlət tərəfindən həmin vaxtda olan bazar qiymətlərinə uyğun ödənilməsi nəzərdə tutulmuşdur. Belə olan halda, iddiaçının cavabdeh Şirkətə qarşı hazırkı tələblə məhkəməyə müraciət etməsi, iddiaçı MMC-nin bağladığı istinad olunan müqavilənin şərtlərinə görə istənilən halda əsassız olmuşdur.

67. Dövlətlə bağladığı müqavilə üzrə müvafiq ərazidə olan əmlakına dəyə biləcək bütün zərər və itkilərə görə əvvəlcədən razılaşdırılmış həcmdə kompensasiya almış MMC, sonradan bu zərər və itkilərlə bağlı məhkəmədə Şirkətə qarşı iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır.

68. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi isə qəbul etdiyi qətnaməsinin əsaslandırıcı hissəsində Goranboy rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında torpaq sahəsinə dair hüquqların CQBKG Layihəsi il ə bağlı CQBKŞ-nin xeyrinə məhdudlaşdırılması məqsədilə 2016-cı il 22 yanvar tarixində bağlanmış müqaviləyə istinad etməklə bu müqavilə üzrə nəzərdə tutulmuş kompensasiyanın MMC-yə tam həcmdə ödənildiyini qeyd etsə də, həmin müqaviləyə düzgün hüquqi qiymət verməmiş, MMC-nin Şirkətə qarşı hazırkı iş üzrə tələb irəli sürmək üçün subyektiv hüquqa malik olmadığını nəzərə almamış, nəticədə tətbiq edilməli hüququ tətbiq etməmiş, maddi hüquq pozuntusuna yol vermişdir.

69. İddiaçının tələbinin əsassız olması, sonuncunun dövlət orqanı ilə bağladığı yuxarıda göstərilən müqavilənin tələblərindən irəli gəldiyindən, hazırkı iş üzrə icraatın x1Şirkətinin iddiaçıya və Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “2004-cü il 9 aprel, JN4634 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin etibar sız hesab edilməsi və s.” tələbinə dair işə baxılıb qurtaranadək dayandırılması üçün MPM-in 254.1.4cü maddəsində nəzərdə tutulan əsaslar mövcud olmamışdır.

70. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 386.1, 389.3, 390.1, 390.5 və 399.1-ci maddələrinə, “Ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 4, 7-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2004-cü il 25 mart tarixli, 2008-ci il 30 iyul tarixli və 2012-ci il 28 fevral tarixli Qərarlarına, habelə MPM-in 14.2, 58.1, 58.2, 77.1, 97.1, 99.1, 217.1, 254.1.4, 386, 418.1, 418.2, 418.3 və 418.4-cü maddələrinə istinadla əsaslandırmışdır. e) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsindəki icraat

71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 30 noyabr tar ixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 aprel tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə, MPM-in 416.1, 417.1.4 və 417.2-ci maddələrinə uyğun olmayan hesab olunmuş, müvafiq məhkəmə aktı icra edilməməsi və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması qərara alınmışdır. ə) Kassasiya instansiya məhkəməsindəki plenum icraatı

72. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il 20 fevral tarixli, 13-2(102)-1(k)/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2021-ci il 20 aprel tarixli 2-2(102)-129/2021 nömrəli qərarı ləğv edilmiş, işə yenidən baxılması üç ün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. f) Kassasiya instansiyası məhkəməsindəki üçüncü icraat

73. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 iyun tarixli 2-2(102)-236/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 30 sentyabr tarixli 2-2(103)-479/2020 nömrəli qətnaməsi ləğv edilərək, işə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır (məruzəçi hakim İ.Dadaşov, hakimlər B.Qəribov və Ə.Nurməmmədov).

74. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, işə ilk dəfə kassasiya qaydasında baxan məhkəmə kollegiyasının qərarında apellyasiya instansiyası məhkəməsinin hazırkı iddianın predmeti olan iddiaçının müba hisə açdığı torpaq sahəsinin 5,15069 ha, yaxud 14,29263 ha və 4, 26017 ha torpaq sahəsi ilə tam və ya qismən üstüstə düşüb-düşməməsinin müəyyən edilmədiyi qeyd olunmuşdur. Hazırkı mübahisənin predmeti olan torpaq sahəsinin 4634 saylı konturda yerləşən iddiaçının istifadə hüququ qeydə alınmış torpaq sahəsi olduğu müəyyən edildiyi halda, torpaq sahəsinin sonradan daşınmaz əmlakın dövlət reyestrində təkrar olaraq cavabdehin xeyrinə icarə hüququ əsasında qeydə alınmasının səbəbi araşdırılmamışdır. Mübahisə predmeti olan torpaq sahəsi CQBKŞ-nin xeyrinə icarə hüququ ilə qeydə alınan vaxt cavabdehin icarə hüququ qeydə alınmış torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun olmamasına məhkəmə münasibət bildirməmiş, Reyestr xidmətinin ayrı-ayrı məktublarında Goranboy rayonu ərazisində yerləşən dö vlət mülkiyyətində olan 14,29263 ha torpaq sahəsinin 2016-cı il 26 oktyabr tarixinə qədər Əmlak Məsələləri Dövlət Komitəsinin elektron kadastr bazasına əsasən yüklü edilmədiyi, ********* S kodlu torpaq sahəsinin torpaqdan müvəqqəti istifadə hüququna dair 2004-cü il 9 aprel tarixli, JN-4634 nömrəli 9Kod 50900001 şəhadətnamədə nəzərdə tutulmuş 400 ha torpaq sahəsinin ərazisindən kənarda boru üçün ayrılmış ərazidə yerləşdiyi qeyd edilmiş, məhkəmə bu sübutlara hüquqi qiymət verməmiş, Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən 2016-cı il 13 oktyabr tarixli məktubla Energetika Nazirliyinə təqdim edilmiş rəylə bağlı apellyasiya məhkəməsi araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır. ********* S kodlu torpaq sahəsi iddiaçının hazırda mübahisə açdığı ərazi üzrə torpaq sahəsinin kodudur. Eks pert rəyi ilə ********* S kodlu torpaq sahəsinin planında göstərilən sahə ilə üst-üstə düşüb-düşmədiyi dəqiqliklə müəyyən olunmamışdır.

75. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli əraziyə 2016-cı il 11 oktyabr tarixində baxış keçirilən vaxt 6-7 il əvvəl əkilmiş 1421 ədəd sağlam nar kollarının mövcud olması, həmin nar kollarının aqrotexniki qaydalara riayət olunmaqla əkilməsi, həmçinin damcılı suvarma sisteminin mövcud olması öz təsdiqini tapmışdır. Cavabdehin faktiki nəzarətində olan sahəyə iddiaçının əməkdaşları tərəfindən qısa müddət ərzində 1421 ədəd ağacın köçürülməsi və kifayət qədər böyük sərmayə və vaxt tələb edən suvarma sisteminin quraşdırılması mümkünsüzdür və belə bir halın baş verdiyi təqdirdə, cavabdeh bununla ba ğlı iddiaçıya pretenziya irəli sürər və ya xəbərdarlıq bildirişi,...., mübahisənin predmetini məhz delikt, yəni ağacların məhv edilməsi və suvarma sisteminin dağıdılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil etdiyindən, nar kollarının əkildiyi və damcılı suvarma sisteminin quraşdırıldığı torpaq sahəsinin iddiaçının icarəsinə verilmiş torpaq sahəsinə aid olub-olmaması hazırkı mübahisənin həllinə təsir etmir. İddiaçı bütün fəaliyyətini və sərmayesini dövlət orqanı tərəfindən verilmiş şəhadətnamə əsasında onun icarəsinə verildiyini güman etdiyi torpaq sahəsində qanuni əsaslarla həyata keçirmişdir. Cavabdeh isə həmin ərazidə əkilmiş nar ağaclarının və suvarma sisteminin iddiaçıya məxsus olması barədə məlumatlı olmuş, lakin iddiaçıya xəbərdarlıq etmədən, həmin ağacların və su varma sisteminin köçürülməsinə vaxt vermədən boru kəmərinin inşasına davam etmiş, nəticədə həmin ağaclar məhv edilmiş və suvarma sistemi yararsız hala salınmışdır.

76. İşə kassasiya qaydasında yenidən baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmamışdır. Məhkəmə kollegiyası ilk növbədə vurğulamışdır ki, apellyasiya məhkəməsi MPM-in 420-ci maddəsinin tələblərini pozaraq mübahisənin düzgün, obyektiv və ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb edən, Ali Məhkəmənin icrası məcburi olan göstərişlərinə riayət etməmiş, onları yerinə yetirməmişdir. Bu göstərişlər isə ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin 5,15069 ha, yaxud 14,29263 ha və ya 4.26017 ha torpaq sahəsi ilə tam və ya qismən üst-üstə düşüb-düşməməsini müəyyən etməmiş, Reyestr xidmətinin ayrı-ayrı məktublarında Goranboy rayonu ərazisində yerləşən dövlət mülkiyyətində olan 14,29263 ha torpaq sahəsinin 2016-cı il 26 oktyabr tarixinə qədər Əmlak Məsələləri Dövlət Komitəsinin elektron kadastr bazasına əsasən yüklü edilmədiyi, 080500013S kodlu torpaq sahəsinin “Torpaqdan müvəqqəti istifadə hüququna dair” 2004cü il 9 aprel tarixli JN-4634 nömrəli Şəhadətnamədə nəzərdə tutulmuş 400 ha torpaq sahəsinin ərazisindən kənarda, boru üçün ayrılmış ərazidə yerləşdiyi qeyd edilmiş, məhkəmə bu sübutlara hüquqi qiymət verməmişdir.

77. Bu halın dəqiq və birmənalı olaraq müəyyən edilməsi isə həm də ona görə zəruri olmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-tex niki ekspertizasının 2019-cu il 4 yanvar tarixli 26748 saylı rəyində də ********* S kodlu torpaq sahəsinin planında göstərilən sahə ilə üst-üstə düşüb-düşmədiyini, ********* S kodlu torpaq sahəsinin bazadan götürülən müvafiq döngə nöqtələrinin koordinatları ilə sualda göstərilən 6 ədəd döngə nöqtələrinin koordinatlarının üst-üstə düşüb-düşmədiyini dəqiqliklə müəyyən etməyin mümkün olmadığı qeyd edilmiş, həmçinin cavabdeh tərəfindən müqavilə öhdəlikləri üzrə ona ayrılmış və hüquqları qeydə alınmış torpaq sahəsində aparılmış işlərin qanunauyğunluğu ilə bağlı məsələyə aydınlıq gətirilmiş olardı.

78. Apellyasiya instansiyası məhkəməsi isə işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bu halla bağlı hər hansı araşdırma aparılmasına zərurət görməmiş, mübahisənin deliktlə bağlı olduğuna əsasla nmaqla, icrası məcburi olan göstərişləri yerinə yetirməkdən imtina etmişdir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 30 noyabr tarixli qərarında da bu məsələnin zəruriliyi vurğulanaraq qeyd edilmişdir ki,... həmçinin işə təkrar apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin xeyrinə icarə hüququ əsasında yüklü edilən mübahisəli 4,26017 ha torpaq sahəsinə icarə hüququnun olub-olmamasının araşdırılmaması halına lazımi diqqət yetirmədən, iş üzrə yeni qərar edərək, İddiaçı MMC-nin iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmaması əsası ilə iddia tələbini təmin olunmuş hissədə təmin etməmişdir.

79. Məhkəmə kollegiyası Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən 2016-cı il 13 oktyabr tarixli məktubla Energetika Nazirliyinə təqdim edilmiş “rəy”lə əlaqədar qeyd etmişdir ki, mübahisəli əraziyə ilk dəfə 2016-cı il 5 mart tarixində X14 KəməriGenişləndirmə Layihəsi x1şirkətinin dəvətinə əsasən baxış keçirərkən 6-7 illik nar kollarının 20-30 gün əvvəl bu sahəyə köçürüldüyü, nar kollarının əksəriyyətinin budaqlarında zədələrin olduğu və.s. (İ cild, iş.v 231) müəyyən edilmişdir. Bunun sübutu kimi isə seçmə üsulu ilə sahənin bir neçə yerindən nar kollarını əl ilə asanlıqla dartıb çıxarmağın mümkün olduğu göstərilmişdir. Bu isə öz növbəsində cavabdehin həmin nar ağacları əvvəlki ərazidən çıxarılması və artıq dəyəri tərəflərindən ödənilmiş nar ağacları olması dəlilinin təsdiqidir.

80. İş üçün əhəmiyyətli olan bu hal da apellyasiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmiş, bununla da sübutların qiymətləndirilməsi üzrə M PM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur.

81. İş materialları və məhkəmə araşdırmaları ilə mübahisəsiz olaraq müəyyən edilmişdir ki, ilkin olaraq keçməsi razılaşdırılmış və buna görə də 3.100.000 manat kompensasiya ödənilmiş boru kəməri və sonradan salınmış digər boru kəməri də iddiaçıya ayrılmış 3 hissədən ibarət olan torpaq sahələrinin yalnız birindən, məhz 4634 nömrə ilə işarələnmiş torpaq sahəsindən keçir. İş materiallarına əsasən də həmin torpaq sahəsində quraşdırılmış, vahid bir kompleks təşkil edən damcılı suvarma sisteminin bir hissəsinin deyil, bütöv dəyəri olaraq iddiaçıya 715.000 ABŞ dolları məbləğində vəsait ödənilmişdir. İddiaçı isə ödənilmiş həmin vəsaitin qarşılığında 4634 nömrə ilə işarələnmiş torpaq sahəsindən bu damcılı suvarma sistemini ona zərər vurmadan yığışdırı b, aparmalı idi. Bu zaman həmçinin nəzərə alınmalı olan mühüm hal ondan ibarətdir ki, 715.000 ABŞ dolları məbləğində böyük bir vəsait, həmin sistemin faktiki boru kəməri keçən bir hissəsi üçün deyil, 4634 nömrəli sahədə quraşdırılmış, iddiaçı tərəfindən yığışdırılıb aparılmalı olan bütöv bir sistemin dəyəri olaraq ödənilmişdir. 82. 2012-ci il 28 iyun tarixli, "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 29-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən Lizinq verən qiyməti 1.131.600,0 manat olan, Müqaviləyə 1 nömrəli Əlavədə göstərilən təsnifata uyğun 285 ha sahədə 1 komplekt damcılı suvarma sistemləri üçün avadanlıqları quraşdırılması ilə birlikdə 10 il müddətinə lizinqə vermiş, Avadanlığın Goranboy rayonunda quraşdırılması nəzərdə tutulmuşdur.

83. Buna qədər isə 2010-cu il 26 avqust tarixli 08-LA /10 nömrəli digər müqavilə ilə qiyməti 728.000, manat olan 1 komplekt damcılı suvarma sistemləri (nə qədər torpaq sahəsi üçün nəzərdə tutulduğu qeyd edilməmişdir) 9 il müddətinə "xxxx" ASC tərəfindən iddiaçıya lizinqə verilmişdir. İş materiallarında hər hansı digər lizinq müqaviləsi mövcud olmamışdır.

84. Kassasiya şikayətinin dəlilləri əsasən ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehin nə təqsirini, nə də ki hüquqazidd hərəkətlərini sübuta yetirə bilməmiş, TƏMÖH Sazişinə görə Boru Kəməri iştirakçıları hər hansı dövlət hakimiyyət orqanları tərəfindən layihə sazişinin və ya hər hansı bir öhdəliyin pozulmasından yaranan və ya bunların nəticəsi olan itki və zərərə münasibətdə heç bir maddi məsuliyyət daşımırlar, 080500013S(U) kimi kodlaşdırılmış torpaq sahəsinin isə iddiaçıya heç bir aidiyy əti yoxdur.

85. Dövlət mülkiyyətində olan və xəritədə 080500013S kimi kodlaşdırılmış torpaq sahəsinə münasibətdə hüquqlar 2 saylı müqaviləyə əsasən cavabdeh Şirkətə ötürülmüşdür və məhkəmə kollegiyasının qənaətinə görə 080500013S(U) kimi kodlaşdırılmış torpaq sahəsinin tərəflərdən hansına aidiyyəti ilə bağlı ekspert qarşısında qoyulmuş suallara dəqiq cavab verilmədiyindən cavabdeh tərəfindən iddiaçıya münasibətdə hər hansı delikt törədilməsini birmənalı olaraq iddia etmək mümkün deyildir. Yaranmış mübahisənin predmetini delikt öhdəliyi təşkil etsəydi belə, iddiaçı MPM-in 77.1-ci maddəsinin müddəalarına uyğun olaraq zərərin yarandığını təsdiqləyən mötəbər sübutlar təqdim etməli olduğu halda bunu etməmişdir. Halbuki, yalnız MM-in 21.2, 1096 və 1097-ci maddələrində qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırkı halda isə cavabdehin dövlət tərəfindən icarə hüquqları qeydə alınmış torpaq sahəsində imzalanmış müqavilə şərtlərinə əsasən üzərinə düşən işləri icra etməsi halının qanuna və yaxud müqaviləyə zidd hərəkətlər kimi qiymətləndirilməsi məhkəmə kollegiyası tərəfindən MM-in 21.2, 1096 və 1097-ci maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilmişdir.

86. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 7 aprel tarixli 53 s saylı Sərəncamının 4-cü bəndində AR DT və XK-nə, ETSN-nə və müvafiq yerli icra hakimiyyəti orqanlarına torpaq mülkiyyətçiləri, istifadəçiləri və bələdiyyələr ilə bağlanılan müqavilələrə uyğun olaraq Bakı-Tbilisi-Ceyhan və X14 Kəmərləri obyektlərinin tikintisi işləri tama mlanana qədər, müəyyən edilmiş mühafizə zolağı daxilində yerləşən torpaq sahələrinə dair hər hansı əqdlərin həyata keçirilməsinə yol verilməməsi və bu prosesin dondurulması tapşırılmışdır.

87. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21, 1096, 1097-ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarına; MPM-in 88, 416, 420-ci maddələrinə istinadla əsaslandırmışdır. g) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

88. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 dekabr tarixli 2-2(103)-817/2023 nömrəli qətnaməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməs inin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim F.Qasımov, hakimlər F.Abdıyev və X.Sarıyev).

89. Ali Məhkəmənin iş üzrə birinci göstərişi iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin 5,15069 ha, yaxud 14,29263 ha və ya 4.26017 ha torpaq sahəsi ilə tam və ya qismən üst-üstə düşüb-düşməməsini müəyyən edilməsindən ibarətdir. Belə ki, Reyestr xidmətinin ayrı-ayrı məktublarında Goranboy rayonu ərazisində yerləşən dövlət mülkiyyətində olan 14,29263 ha torpaq sahəsinin 2016-cı il 26 oktyabr tarixə qədər Əmlak Məsələləri Dövlət Komitəsinin elektron kadastr bazasına əsasən yüklü edilmədiyi, 080500013S kodlu torpaq sahəsinin “Torpaqdan müvəqqəti istifadə hüququna dair” 2004cü il 9 aprel tarixli, JN-4634 nömrəli Şəhadətnamədə nəzərdə tutulmuş 400 ha torpaq sahəsinin ərazi sindən kənarda, boru üçün ayrılmış ərazidə yerləşdiyi qeyd edilmişdir.

90. Cavabdehin şikayət dəlillərindən biri də məhz 080500013S kodlu torpaq sahəsinin iddiaçıya heç bir aidiyyətinin olmaması və MMC-nin həmin torpaq sahəsi ilə əlaqədar iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmaması ilə bağlı olmuşdur.

91. Ali Məhkəmənin digər göstərişi isə cavabdehin xeyrinə icarə hüququ əsasında yüklü edilən mübahisəli 4,26017 ha torpaq sahəsinə icarə hüququnun olub-olmamasının aydınlaşdırılmasından ibarət olmuşdur.

92. Tərəflər arasındakı digər məhkəmə mübahisəsi üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 26 aprel tarixli, 10/1536 nömrəli ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: 1) Torpaqdan müvəqqəti istifadə hüququna dair 2004-cü il 9 aprel tarixli, JN-4634 nömrəli şəhadətnaməyə əsasən iddiaçıya icarəyə verilmiş 400 hektar torpaq sahəsi 2007ci il 28 dekabr tarixli X7nin 2015-ci il 26 noyabr tarixli 2 saylı əlavəsinə əsasən X14 Kəməri Şirkətinə ödənilmiş DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömrəli çıxarışlara əsasən X14 Kəməri Şirkətinin xeyrinə icarə hüququ ilə yüklü edilmiş torpaq sahələrinin koordinatları daxilində yerləşir; 2) Torpaqdan müvəqqəti istifadə hüququna dair JN-4634 nömrəli, 2004-cü il 9 aprel tarixli şəhadətnamə 400 hektar torpaq sahəsinin iddiaçıya icarəyə verilməsinə dair ilkin torpaq ayırma sənədlərinə (Goranboy Rayon İcra Hakimiyyəti Başçısının 2004-cü il 24 mart tarixli Sərəncamı, 2004-cü il 24 mart tarixli, 02 nömrəli icarə müqaviləsinin ayrılmaz tərki b hissəsi olan ilkin yerquruluşu planına) uyğun tərtib edilməmişdir. İlkin yerquruluşu planında torpaq sahəsi iki hissədən ibarətdir. Şəhadətnamədə torpaq sahəsi üç hissədən ibarətdir; 3) Torpaqdan müvəqqəti istifadə hüququna dair JN-4634 nömrəli, 2004-cü il 9 aprel tarixli şəhadətnamə ilkin torpaq ayırma sənədlərinə uyğun olmadığı təqdirdə ilkin torpaq ayırma sənədlərinə (Goranboy Rayon İcra Hakimiyyəti Başçısının 2004-cü il 24 mart tarixli Sərəncamı, 2004-cü il 24 mart tarixli 02 nömrəli icarə müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ilkin yerquruluşu planına) əsasən iddiaçıya icarəyə verilmiş torpaq sahəsi DƏDRX tərəfindən verilmiş seriya RX ******* nömrəli və Seriya RX ******* saylı Çıxarışlar əsasında X14 Kəməri Şirkətinin xeyrinə icarə hüququ ilə yüklü edilmiş torpaq sahələrinin ko ordinatları daxilində yerləşmir. 4) İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-4634 nömrəli Şəhadətnamə ilə icarəyə verilən 400 ha torpaq sahəsinin konfiqurasiyası müqayisə edilmişdir. İcarəyə verilmiş torpaq sahəsinin və faktiki istifadə vəziyyəti, konfiqurasiyası rəyə əlavə edilmiş sxemdə göstərilmişdir; 5) 080500013S kimi kodlaşdırılmış torpaq sahəsi 2007-ci il 28 dekabr tarixli X7nin 2015-ci il 6 noyabr tarixli 2 saylı əlavəsinə əsasən X14 Kəməri Şirkətinin ötürülmüş və DƏDRX tərəfindən verilmiş seriya RX ******* nömrəli Çıxarışa əsasən X14 Kəməri Şirkətinin xeyrinə icarə hüququ ilə yüklü edilmiş torpaq sahələrinin koordinatları yerləşir.

93. Apellyasiya instansiyası məhkəməsi həmin ekspert r əyini mötəbər sübut qismində qəbul edərək göstərmişdir ki, işdə iştirak edən şəxslər tərəfindən rəyin mötəbərliyini təkzib edən hər hansı bir dəlil irəli sürülməmiş, əlavə və ya təkrar ekspertiza keçirilməsi ilə bağlı vəsatət verilməmiş və rəyi şübhə altına almaq üçün əsaslar müəyyən edilməmişdir. Bununla da iddiaçının istifadəsində olan torpaq sahəsinin mübahisəli 080500013S kodlu torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur ki, bu da 080500013S kodlu torpaq sahəsinin iddiaçıya heç bir aidiyyətinin olmaması barədə dəlillərini təkzib etmişdir.

94. Sözügedən ekspert rəyi ilə «Torpaqdan müvəqqəti istifadə hüququna dair» JN4634 nömrəli, 2004-cü il 9 aprel tarixli şəhadətnamə 400 hektar torpaq sahəsinin iddiaçıya icarəyə verilməsinə dair ilkin torpaq ayırma sənədlərinə uyğun olmadığ ı müəyyən olunmuş olsa belə, Konstitusiya Məhkəməsi Plenumunun hazırkı iş üzrə qəbul etdiyi 2022-ci il 30 noyabr tarixli Qərarında da göstərildiyi kimi, etimadın qorunması prinsipi mövcuddur və bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.

95. Konstitusiya Məhkəməsinin Plenumu onu da göstərməyi vacib hesab etmişdir ki, daşınmaz əmlaka dair hüquqların dövlət qeyd iyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır.

96. Hazırkı işdə də iddiaçı şəhadətnaməni, torpaq üzərində icarə hüququnu Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasını nəzərə alaraq, bu sənədlərə etimad göstərmiş, öz fəaliyyətini və təsərrüfatını bu sənədlər əsasında qurmuşdur. Bu hal isə eyni zamanda cavabdehin şəhadətnamənin etibarsızlığına dair məsələyə baxılıb hüquqi qiymət verilməyənə qədər hazırkı mübahisəyə baxıla bilməməsi barədə dəlillərini təkzib edilmişdir.

97. Göründüyü kimi, hazırkı iş üzrə vurulmuş zərərin əvəzinin tələb edilməsi üçün tərəflər arasındakı əsas mübahisəli məqam – iddiaçının öz təsərrüfat fəaliyyətini öz istifadəsində olan torpaq sahəsi ndə qanuni əsaslarla həyata keçirməsi öz təsdiqini tapmışdır.

98. Ali Məhkəmənin digər göstərişi ondan ibarət olmuşdur ki, Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən 2016-cı il 13 oktyabr tarixli məktubla Energetika Nazirliyinə təqdim edilmiş “rəy”lə əlaqədar mübahisəli əraziyə ilk dəfə 2016-cı il 5 mart tarixində X14 Kəməri Genişləndirmə Layihəsi x1şirkətinin dəvətinə əsasən baxış keçirərkən 6-7 illik nar kollarının 20-30 gün əvvəl bu sahəyə köçürüldüyü, nar kollarının əksəriyyətinin budaqlarında zədələrin olduğu və.s. (İ cild, iş.v.231) müəyyən edilmişdir. Bunun sübutu kimi seçmə üsulu ilə sahənin bir neçə yerindən nar kollarının əl ilə asanlıqla dartıb çıxarmağın mümkün olması qeyd edilmişdir. Bu isə öz növbəsində cavabdehin həmin nar ağaclarının əvvəlki ərazidən çıxarılmaqla artıq dəyəri tərəflərindən ödənilmiş nar ağacları olması dəlilinin təsdiqidir.

99. Bununla bağlı qeyd olunmuşdur ki, mübahisəli əraziyə birinci baxışın 2016-cı il 5 mart tarixində keçirildiyi nəzərə alındıqda bu qısa müddət ərzində 2327 ədəd (1421 + 906) nar kolları aqrotexniki qaydalara riayət edilməklə əkilmiş və damcılı suvarma sisteminin quraşdırılmasıdır. Halbuki, cavabdehin faktiki nəzarətində olan sahəyə iddiaçının əməkdaşları tərəfindən bu qədər qısa müddət ərzində 906 ədəd ağacdan başqa 1421 ədəd ağacın köçürülməsi və kifayət qədər böyük sərmayə, zəhmət və vaxt tələb edən suvarma sisteminin quraşdırılması sadəcə olaraq mümkünsüzdür. Hətta bunun mümkün olduğu qəbul edilsə belə, cavabdehin onun nəzarətində olan sahədə iddiaçıya bu hərəkətlərin həyata keçirməsinə icazə verməsi və buna fak tiki olaraq göz yumması inandırıcı deyildir. Çünki cavabdeh şirkət kifayət qədər nəhəng və məsuliyyətli bir layihənin icrasını həyata keçirmək üçün məsul texniki operator olmuş və o, həmin ərazinin təhlükəsizliyinin təmin edilməsi üçün çoxsaylı tədbirlər görmüş, o cümlədən ərazilərə daima növbəli şəkildə nəzarət edən atlı patrullar yerləşdirmişdir.

100. Bu baxımdan məhkəmə qeyd etmişdir ki, əgər həqiqətən də cavabdehin qeyd etdiyi kimi ağaclar 2016-cı il 10 fevral tarixində və həmin tarixdən sonra mübahisəli sahəyə köçürülsəydi, (906 ədəd qurumuş ağac istisna olmaqla, çünki iddiaçı həmin ağacların digər sahədən köçürüldüyü etiraf edir və bununla bağlı hazırda hər hansı iddia qaldırmır) onda cavabdeh şirkət ən azı həmin tarixlərdə köçürülmə ilə bağlı iddiaçı şirkətə qarşı pretenziya irəli sürər və ya bununla bağlı xəbərdarlıq bildirişi göndərərdi. Lakin o, bunu təsdiq edən hər hansı bir sübutu, o cümlədən foto və video-görüntüləri məhkəməyə təqdim etməmişdir.

101. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, 2016-cı il 22 yanvar tarixli “Torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında” müqavilə iddiaçının istifadəsində olan 5,15069 ha torpaq sahəsində müqaviləyə əsasən qoyulmuş məhdudiyyətlər nəticəsində məruz qaldığı və ya qala biləcəyi təsirin, itki, ziyan və zərərin kompensasiyası barədə müqavilədir. Müqavilənin 4.01-ci bəndindən müqavilədə nəzərdə tutulmuş ərazidə görülən işlər nəticəsində iddiaçının əmlakına dəyə biləcək, və ya artıq dəymiş zərər kompensasiya edilməsi dəqiq aydın olmuşdur. Bu baxımdan, müqaviləyə əlavədə göstərilmiş 2200 ədəd nar kollarını, həmi n kollara zərər vurulmamışdan qabaq artıq dəyəri ödənilmiş nar kolları kimi qiymətləndirmək olmaz. Çünki, müqavilənin mahiyyətindən bu müqavilənin əmlakın mülkiyyətə keçməsi barədə müqavilə olmadığı görünür. İddiaçı həmin kollara dəyə biləcək zərərə görə kompensasiya almasına baxmayaraq onları çıxararaq yeni əraziyə köçürə bilərdi.

102. Yəni, Ali Məhkəmənin göstərişində vurğuladığı hal – nar kollarının həmin sahəyə yeni köçürülməsi faktı öz təsdiqini tapsa belə, bu hal cavabdeh tərəfindən həmin kollara zərər vurulmasına haqq qazandıra bilməzdi. Çünki, cavabdeh şirkət həmin əmlaklara dair mülkiyyət hüququ əldə etməmiş, nar kolları iddiaçının mülkiyyətində qalmaqda davam etmişdir.

103. Ali Məhkəmənin Qərarındakı digər hüquqi mövqe 4634 nömrə ilə işarələnmiş torpaq sahəsində quraşdırılmış, va hid bir kompleks təşkil edən damcılı suvarma sisteminin bir hissəsinin deyil, bütöv dəyərinin 715.000 ABŞ dolları məbləğində iddiaçıya ödənilməsi ilə bağlı olmuşdur. Belə ki, iddiaçı ödənilmiş həmin vəsaitin qarşılığında 4634 nömrə ilə işarələnmiş torpaq sahəsindən bu damcılı suvarma sistemini ona zərər vurmadan yığışdırıb, aparmalı idi. Bu zaman həmçinin nəzərə alınmalı olan mühüm hal ondan ibarət olmuşdur ki, 715.000 ABŞ dolları məbləğində böyük bir vəsait, həmin sistemin faktiki boru kəməri keçən bir hissəsi üçün deyil, 4634 nömrəli sahədə quraşdırılmış, iddiaçı tərəfindən yığışdırılıb aparılmalı olan bütöv bir sistemin dəyəri olaraq ödənilmişdir.

104. Bu hissə ilə bağlı cavabdeh tərəf eyni zamanda ekspert rəyi ilə müəyyən olunmuş, sıradan çıxmış suvarma sisteminin bərpasına çəkiləcək x ərcin miqdarını mübahisələndirmişdir.

105. Bununla bağlı qeyd olunmuşdur ki, Ali Məhkəmənin Qərarında “715.000 ABŞ dolları məbləğində böyük bir vəsait, həmin sistemin faktiki boru kəməri keçən bir hissəsi üçün deyil, 4634 nömrəli sahədə quraşdırılmış, iddiaçı tərəfindən yığışdırılıb aparılmalı olan bütöv bir sistemin dəyəri olaraq ödənilməsi” qeyd olunsa da, iş materiallarında iddiaçıya məhz bu məqsədlə ayrılıqda 715.000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniliməsi müəyyən edilməmişdir. İşə əvvəllər baxmış apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarlarında da işin faktiki halı kimi bu xüsusata istinad edilməmişdir.

106. Bununla belə, işdən 715.000 ABŞ dollarının ekspert rəyi ilə müəyyən olunmuş, damcılı suvarma sisteminin təmirinə çəkiləcək xərcin məbləği olması müəyyən edilmişdir. Ali Məhkəmənin qərarında sözügedən məbləğin iddiaçıya ödənilmiş kompensasiya məbləği ilə ehtiva olunduğu nəzərdə tutulursa bu halda kompensasiyanın yalnız müqavilə nəzərdə tutulmuş, iddiaçının istifadəsində torpaq sahəsinin bir hissəsi üçün ödənilmiş olması nəzərə alınmalıdır. Damcılı suvarma sistemi isə bütün ərazidə quraşdırılmış, ekspert rəyi ilə suvarma sisteminin bütövlükdə sıradan çıxması müəyyən olunmuşdur. Rəy ilə müəyyən edilmiş məbləğ də həmin sistemin bütünlükdə bərpası üçün çəkiləcək xərcdir.

107. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kompensasiya ödəmək öhdəliyi yaransa belə, bu öhdəlik üzrə cavabdeh tərəfin Dövlətin nümayəndəsi qismində çıxış edən Azərbaycan Respublikası Energetika Nazirliyi olmalı olması, TƏMÖH Sazişi üzrə Torpaq hüquqlarının müvafiq q aydada Boru Kəməri Şirkətinə ötürülməsini Dövlətin özü təmin etməli olması barədə dəlillərini də əsassız hesab etmişdir. Belə ki, hazırkı mübahisə kompensasiya ödənilməsi ilə bağlı yox, vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisədir. Bu kateqoriya mübahisələrdə isə iddiaya cavab verməli olan şəxs kimi qanunda ayrı qayda nəzərdə tutulmamışdırsa faktiki olaraq zərər vuran şəxsin özü çıxış edir.

108. Məhkəmə qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdi rilməsinə əsas vermir.

109. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 14.2, 21.1, 21.2, 140, 385.1, 386.1, 1096.1, 1096.2, 1097.1-ci; MPM-in 14.2, 77.1, 420-ci maddələrinə istinadla əsaslandırmışdır.

110. Həmin qətnamədən cavabdeh tərəfindən verilmş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin birinci instansiya məhkəməsi tərəfindən təmin edildiyi hissədə tam təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

111. Azərbaycan Respublikası Konstitusiyanın 13, 15, 29, 59 və 60-cı maddələrinin tələbləri pozulmuşdur-işə baxılarkən cavabdehin, eləcə də digər xarici investorların hüquqi təminatlarının təsbit olunduğu, 2002-ci il 21 fevral tarixli Azərbaycan Res publikası Hökuməti ilə Boru Kəməri Şirkətinin Səhmdarları arasında Tranzit Ərazisinə Malik Ölkənin Höküməti ilə Sazişin (bundan sonra - “TƏMÖH Sazişi”) müddəaları əsas götürülməli idi. Ali Məhkəmənin əvvəlki qərarlarında istinad etdiyi 2016-cı il 22 yanvar tarixində iddiaçı ilə Azərbaycan Respublikasının adından Goranboy Rayon İcra Hakimiyyəti arasında torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında müqavilə TƏMÖH Sazişi üzrə Dövlətin öhdəliklərini təmin etmək məqsədilə bağlanmışdır. Buna görə də həmin müqavilə şərh edilərkən MM-nin deliktlə bağlı müddəalardan hüquqi cəhətdən üstün hesab edilən və iddiaçının, eləcə də digər xarici investorların hüquqi təminatlarının təsbit olunduğu TƏMÖH Sazişinin müddəaları əsas götürülməli idi. Hazırkı mübahisənin predmetini delikt öhdəliyi t əşkil etsəydi belə, iddiaçı zərərin yarandığını təsdiqləyən mötəbər sübut təqdim etməmişdir.

112. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 30 noyabr tarixli Qərarında bildirmişdir ki, “MM-in 21.2, 1096 və 1097-ci maddələrinin tələblərinə əsasən, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər”.

113. Xəritədə 080500013S kimi kodlaşdırılmış torpaq sahəsi 2 saylı Əlavəyə əsasən X12 ötürülmüş və Boru Kəmər Şirkətinin xeyrinə icarə hüququnun yüklü e dilməsi Reyestr Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarış ilə rəsmiləşmişdir. Cavabdeh Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qaydada fəaliyyətini həyata keçirmiş, iddiaçının irəli sürdüyü delikt öhdəliyin yaranmasına səbəb ola biləcək hər hansı qanunsuz hərəkət və ya hərəkətsizlik etməmişdir.

114. İddiaçıya müvəqqəti istifadə üçün verilmiş 080500005aS(U), 080500005bS(U), 080500005S(U), 080500010S(U) və 080500011S(U) kimi kodlaşdırılmış torpaq sahələrinə (onlar üzərində mövcud olan ağaclar və damcılı suvarma sistemlərinə) görə isə cavabdeh tərəfindən 2016-cı il 22 yanvar tarixində iddiaçı ilə Azərbaycan Respublikasının adından Goranboy rayon İcra Hakimiyyəti arasında torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında müqavilənin şərtlərinə əsasən 3.100.000 manat məbləğində kompensasiya tam olaraq ödənmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 7 mart tarixli qərardadı ilə iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında müəyyən suallar qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2019-cu il 17 may tarixində 8305/06 nömrəli ekspert rəyi tərtib olunaraq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim edilmişdir. Ekspert rəyinin əmtəəşünaslıqla əlaqəli hissəsində göstərilmişdir ki, (ekspert Kamran Dünyamalıyev), İsrail Respublikasının "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi “Jokas” LTD tərəfindən tərtib edilmiş 2019-cu il 23 aprel tarixli KO-01/19 nömrəli müqaviləyə əsasən sıradan çıxmış damla suvarma sisteminin bərpasına çəkiləcək xərcin miqdarı təxminən 1.215.71 4,20 manat müəyyən edilmişdir. Bununla bağlı cavabdeh qeyd edir ki, ekspert cavabdehə məlum olmayan səbəblərə görə əmtəəşünaslıq ekspertizası təyin edilməsi barədə 2019-cu il 7 mart tarixli qərardad qəbul edilənədək məhkəməyə təqdim olunmuş sənədlərə istinad etməmiş, məhkəmə baxışı zamanı heç vaxt tədqiq edilməmiş və sonradan cavabdehə hər hansı formada məlumat verilmədən təqdim olunmuş 2019-cu il 23 aprel tarixli KO-01/19 nömrəli müqaviləyə istinad etməklə kifayətlənmişdir.

115. Ekspert əvvəlcədən hesablanmış nəticəyə gəlmək (iddia tələbində göstərilmiş məbləğə uyğun rəy vermək) üçün yalnız sözügedən müqaviləyə istinad etmiş, özü hər hansı bir müstəqil araşdırma aparmamış və müqayisəli təhlil metodundan istifadə etməmişdir. Həmçinin ekspert Kənan Dünyamalıyev iddiaçının sonradan təqdim et diyi müqavilənin məzmununu olduğu kimi (ingilis dilində) ekspert rəyinə köçürməkdən belə çəkinməmişdir. Ali Məhkəmə bildirmişdir ki, ekspert rəyinin özündə tədqiqat zamanı istifadə edilmiş sənədlər dəqiq və aydın şəkildə göstərilməmiş, verilmiş məlumatlar isə təzadlıdır. Həmçinin, İsrail Respublikasının “NaanDanJain İrigation LTD” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi “Jokas” L.T.D. tərəfindən tərtib edilmiş 2019-cu il 23 aprel tarixli KO-01/19 nömrəli müqavilə işin materialında mövcud deyildir. Ümumiyyətlə, 5 səhifəlik ekspertiza rəyinin 3-5-ci səhifələrində sözügedən müqaviləyə istinad edilmişdir. Rəyin həmin hissəsindəki məlumatlar belə Azərbaycan dilində verilməmiş, tədqiqat zamanı hansı metoddan istifadə edildiyi göstərilməmişdir. Bütün bunlar ekspert rəyinin mötəbərli yini şübhə altına almışdır. Mübahisə predmeti olan torpaq sahəsində (080500013S(U) kimi kodlaşdırılmış) ağacların öncədən mövcudluğu, onlar üzərində iddiaçının mülkiyyət hüququnun olması ümumiyyətlə sübuta yetirilməmişdir.

116. İddiaçının iddia ərizəsində istinad etdiyi nar ağacları məqsədyönlü şəkildə və əvvəlcədən düşünülmüş planın tərkib hissəsi kimi əlavə kompensasiya ödənişi əldə etmək niyyəti ilə qanunsuz olaraq dövlət mülkiyyətində olan və Boru Kəməri Şirkətinin qanuni istifadəsinə verilmiş 080500013S kimi kodlaşdırılmış torpaq sahəsində sonradan yenidən əkilmişdir.

117. Q.Məmmədov tərəfindən verilmiş rəylə bağlı nəzərə alınmalıdır ki, Qurban Məmmədov şahid qismində məhkəməyə dəvət edilsə də həmin vaxt üzrlü səbəblərə görə iclas təxirə salındığından onu dindirmək mümkün olmamış və o, təkrar məhkəməyə gəlməmək üçün Bakı şəhəri, 13 saylı notariat kontorunda 2017-ci il 12 may tarixində sərbəst surətdə və könüllü ərizə yazaraq imzasının həqiqiliyini təsdiqlətmişdir. Bundan xəbər tutan iddiaçı həmin şahidə müəyyən inzibati metodlarla təzyiq göstərilməsinə müvəffəq olmuş və mütəxəssis Qurban Məmmədovu 2017-ci il 13 may tarixində notarial qaydada (Gəncə şəhəri, 2 saylı notariat kontoru) yeni (iddiaçının hüquqi mövqeyinə uyğun) ərizə yazmağa məcbur etmişlər. Məhz buna görə də, mütəxəssis Qurban Məmmədovun 2017-ci il 13 may tarixli Gəncə şəhəri 2 saylı notariat kontorunda təsdiq edilmiş ərizəsi mötəbər sübut hesab edilə bilməz.

118. İddiaçı iddia tələbində mübahisə edilən ərazi üzərində 1421 ədəd sağlam nar kollarından ibarət nar plantasiyasının salındığını, iddiaçının qanuni istifadəsinə verilmiş torpaq sahəsi üzərində salınmış 1421 ədəd sağlam nar kollarından ibarət nar plantasiyasının məhv edilməsi ilə bağlı hər bir ağaca görə 909 manat olmaqla, ümumilikdə 1.291.689 manat zərər vurulduğunu bildirmişdir. Buna baxmayaraq, iddiaçı 1421 ədəd sağlam nar kollarının alınmasını təsdiq edən hər hansı maliyyə sənədi təqdim etməmişdir.

119. İddiaçının hüquqi şəxs olduğunu, vergi qanunvericiliyinə uyğun olaraq gəlirlərini və xərclərini bəyan etmək vəzifəsi daşıdığını nəzərə alaraq tələbində qeyd etdiyi kimi hər bir ağaca görə 909 manat olmaqla ümumilikdə 1.291.689 manat dəyərində olan ağac kollarının alınması ilə bağlı hər hansı maliyyə sənədi hazırkı işdə mövcud deyildir. Bundan əlavə, cavabdehin delikt öhdəliyi yaranmış olsaydı belə, iddiaçının iddia tələbində qeyd etdiyi kompensasiya məbləği əsassızdır. İddiaçı iddia tələbində qeyd edilən ağaclara görə zərərin məbləğini X14 Kəməri-Genişləndirmə Layihəsi çərçivəsində torpaq sahələrinin əldə edilməsi və kompensasiyaların ödənilməsinə dair Təlimatına istinad edərək “əsaslandırmışdır”. Digər tərəfdən, Təlimata uyğun kompensasiya ödəmək cavabdehin vəzifəsi deyil, hüququdur. Təlimatda müəyyən edilmiş tariflər hüquqdan sui-istifadə edib əsassız varlanmaq istəyən şəxslər üçün nəzərdə tutulmamışdır.

120. İddiaçıya vurulan zərərin həcmi müəyyən edilərkən qanunvericiliyin tələblərinə uyğun olaraq əmtəəşünaslıq ekspertizası keçirilməmiş, sadəcə qeyd edilən Təlimata istinad edilmişdir. Bütün bunlar onu təsdiq etmişdir ki, iddiaçı ona ödənilən kompensasiya məbləğindən əlavə əsassız varlanmaq istəmiş və hüquqları ndan sui-istifadə edərək mötəbər sübutlarla təsdiqini tapmayan zərərin ödənilməsini tələb etmişdir.

121. Hazırkı işə baxılarkən MM-nin deliktlə bağlı müddəalardan hüquqi cəhətdən üstün hesab edilən və cavabdehin, eləcə də digər xarici investorların hüquqi təminatlarının təsbit olunduğu TƏMÖH Sazişinin müddəaları əsas götürülməlidir. Torpaq sahəsi ümumiyyətlə iddiaçının mülkiyyətində deyil, 2004-cü il 9 aprel tarixli JN-4634 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən, Goranboy rayonunun X13nun torpaq sahəsindən meyvə ağaclarından ibarət bağ salınması və meyvə şirəsi istehsalı sexinin tikintisi üçün 50 il müddətinə 400 hektar torpaq sahəsi iddiaçıya müvəqqəti istifadəyə verilmişdir. Sözügedən şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı məhkəmə mübahisəsi hazı rda davam edir. Mübahisə predmeti olan torpaq sahəsində (080500013S (U) kimi kodlaşdırılmış) ağacların və damcılı suvarma sistemlərinin mövcudluğu, onlar üzərində iddiaçının mülkiyyət hüququnun olması ümumiyyətlə sübuta yetirilməmişdir. İddiaçıya müvəqqəti istifadə üçün verilmiş 080500005aS (U), 080500005bS (U), 080500005S (U), 080500010S (U) və 080500011S (U) kimi kodlaşdırılmış torpaq sahələrinə (onlar üzərində mövcud olan ağaclar və damcılı suvarma sistemlərinə) görə isə cavabdeh tərəfindən 2016-cı il 22 yanvar tarixində iddiaçı ilə Azərbaycan Respublikasının adından Goranboy rayon İcra Hakimiyyəti arasında torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında müqavilənin şərtlərinə əsasən 3.100.000 manat məbləğində kompensasiya tam olaraq ödənilmişdir.

122. İddiaçı zərərin vuruld uğunu iddia etsə də, Konstitusiya Məhkəməsinin Plenumunun 2022-ci il 30 noyabr tarixli Qərarında qeyd edilən hüquqi əsasları - zərərin mövcud olmasını; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulmasını; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və zərər vuran şəxsin təqsirli olmasınını təsdiqləyən mötəbər sübutlar təqdim etməmişdir. İddiaçı 2017-ci ildən (artıq 5 ildir) davam edən əsassız məhkəmə təqibləri ilə iddiaçının Azərbaycan Respublikasının Konstitusiyanın 15-ci və 59-cu maddələri ilə təsbit edilmiş sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına mane olmağa cəhd göstərmişdir. İşin icraatının hazırda da davam etməsi cavabehin Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş işə ağlabatan müddətdə bax ılması hüququna ziddir.

123. MPM-nin 88 və 420-ci maddələrinin tələbləri pozulmuşdur-Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 iyun tarixli 22(102)-236/2023 nömrəli qərarında mübahisənin düzgün, obyektiv və ədalətli həlli üçün müəyyən edilmiş göstərişlərə apellyasiya instansiya məhkəməsi tərəfindən riayət edilməmişdir. Qeyd edilən halın dəqiq və birmənalı olaraq müəyyən edilməsi isə həm də ona görə zəruridir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 2019-cu il 4 yanvar tarixli 26748 saylı rəyində də 080500013S kodlu torpaq sahəsinin planında göstərilən sahə ilə üst-üstə düşüb-düşmədiyini, 080500013S kodlu torpaq sahəsinin bazadan götürülən müvafiq döng ə nöqtələrinin koordinatları ilə sualda göstərilən 6 ədəd döngə nöqtələrinin koordinatlarının üst-üstə düşüb-düşmədiyini dəqiqliklə müəyyən etməyin mümkün olmadığı qeyd olunmuş, həmçinin cavabdeh tərəfindən müqavilə öhdəlikləri üzrə ona ayrılmış və hüquqları qeydə alınmış torpaq sahəsində aparılmış işlərin qanuna uyğunluğu ilə bağlı məsələyə aydınlıq gətirilmiş olardı. Apellyasiya instansiyası məhkəməsi isə işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bu halla bağlı hər hansı araşdırma aparılmasına zərurət görməmiş, mübahisənin deliktlə bağlı olduğuna əsaslanmaqla, icrası məcburi olan göstərişləri yerinə yetirməkdən imtina etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsində Ali Məhkəmənin göstərişlərinə əməl edilməsi məqsədilə (torpaq sahəsinin statusunun və koordinatlarının müəyyən edilməsi ilə bağlı) müəyyən prosessual tədbirlər görülsə də, cavabdeh tərəfin təqdim etdiyi, tərəflər arasındakı digər məhkəmə mübahisəsi üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 26 aprel tarixli, 10/1536 nömrəli ekspert rəyinə düzgün qiymət verilməmiş və iş üzrə yanlış nəticəyə gəlinmişdir. Həmin ekspert rəyi ilə təsdiq olunmuşdur ki, mübahisələndirilən torpaq sahəsi cavabdehə icarə hüququ əsasında məxsusdur, cavabdehin boru kəmərinin çəkilişi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri özünə aid torpaq sahəsində icra etməsi hüquqa zidd hərəkət kimi qiymətləndirilə bilməz. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 5 dekabr tarixli qətnaməsində Ali Məhkəmənin göstərişlərinin bəzilərinə məhəl qoyulmamış, mövqeyinə zidd olmaqla məsələyə hüquqi qiymət verilmiş və iş üzrə səhv nəticəyə gəlinmişdir. “Apellyasiya məhkəməsi Ali Məhkəmənin iddiaçıya 715.000 ABŞ dolları məbləğində böyük bir vəsaitin damcılı suvarma sisteminin faktiki boru kəmərinin keçdiyi hissəsi üçün deyil, 4634 nömrəli sahədə quraşdırılmış və iddiaçı tərəfindən yığışdırılıb aparılmalı olan bütöv bir sistemin dəyəri olaraq ödənilmiş olmasına dair mövqeyinin ziddinə hərəkət etmiş və Ali Məhkəmənin göstərişlərinə tam əməl etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

124. Kassasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

125. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

126. Kass asiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir Tətbiq edilən hüquq

127. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şə rtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüq uqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.2. Çıxarılmışdır. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödə nilməsi nəzərdə tutula bilər. 1097.4. Çıxarılmışdır. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.”

128. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarında aşağıdakılar nəzərdə tutulmuşdur: “... yeni apellyasiya baxışında kassasiya məhkəməsinin qərarında maddi və prosessual hüquq normalarının tətbiqinə dair MPMin 420-ci maddəsinə uyğun olaraq şərh edilən göstərişlər nəzərə alınmaqla, işin qanuni həlli təmin olunmalıdır. Belə ki, sonuncu maddəyə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. MPM-in 4 20-ci maddəsinin müddəaları müəyyən mənada əvvəlki MPM-in müvafiq maddəsinin normalarını təkrarlayır. Fərq ondan ibarətdir ki, əvvəlki MPM kassasiya məhkəməsinin istənilən göstərişinin məcburiliyini nəzərdə tuturdusa, hazırda qüvvədə olan MPM-in kassasiya icraatının mahiyyəti və xüsusiyyətlərinə aid yuxarıda qeyd olunan müddəaları baxımından bu Məcəllənin 420-ci maddəsinin məzmununa görə kassasiya məhkəməsinin yalnız hüququn tətbiqinə dair göstərişlərinin məcburiliyi müəyyən edilmişdir.... Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır.”

129. Azərbaycan Respublikası Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Məcə lləsinin müvafiq “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi 130.Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmır və cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə aş ağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.

131. Apellyasiya instansiyası məhkəməsi iddianın predmeti ilə bağlı qeyd etmişdir ki, hazırkı mübahisənin predmetini məhz delikt, yəni ağacların məhv edilməsi və suvarma sisteminin dağıdılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil edir.

132. Mülki qanunvericiliyin tələbinə əsasən zərər vurulması öhdəliyin əməl gəlmə əsaslarından biridir. Mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətin yaranması üçün zərərin özünün varlığı; zərər vuranın təqsirli (təsirsiz məsuliyyət halları istisna olmaqla); hüquqa zidd əməli və əməllə zərər arasına səbəbli əlaqənin mövcudluğu tələb olunur (MM-nin 21.1, 386.1, 1096 və 1097-ci maddələri). Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üz ərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

133. Məhkəmə kollegiyası, kassasiya instansiyası məhkəməsinin əvvəlki icraat zamanı qəbul edilən qərarındakı hüquqi mövqeyi təkrarlayaraq qeyd etməyi zəruri hesab edir ki, işin materialları və məhkəmə araşdırmaları ilə mübahisəsiz olaraq müəyyən edilmişdir ki, ilkin olaraq keçməsi razılaşdırılmış və buna görə də 3.100.000 manat kompensasiya ödənilmiş boru kəməri və sonradan salınmış digər boru kəməri də iddiaçıya ayrılmış 3 hissədən ibarət olan torpaq sahələrinin yalnız birindən, məhz 4634 nömrə ilə işarələnmiş torpaq sahəsindən keçir. İşin materiallarına əsasən də həmin torpaq sahəsində quraşdırılmış, vahid bir kompleks təşkil edən damcılı suvarma sisteminin bir hissəsinin deyil, bütöv dəyəri olaraq iddiaçıya 715.000 ABŞ dolları məbləğində v əsait ödənilmişdir. İddiaçı isə ödənilmiş həmin vəsaitin qarşılığında 4634 nömrə ilə işarələnmiş torpaq sahəsindən bu damcılı suvarma sistemini ona zərər vurmadan yığışdırıb, aparmalı idi. Bu zaman həmçinin nəzərə alınmalı olan mühüm hal ondan ibarətdir ki, 715.000 ABŞ dolları məbləğində böyük bir vəsait, həmin sistemin faktiki boru kəməri keçən bir hissəsi üçün deyil, 4634 nömrəli sahədə quraşdırılmış, iddiaçı tərəfindən yığışdırılıb aparılmalı olan bütöv bir sistemin dəyəri olaraq ödənilmişdir.

134. Digər tərəfdən nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mötəbər sübut kimi qiymətləndirilən, tərəflər arasındakı digər məhkəmə mübahisəsi üzrə alınmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 26 aprel tarixli, 10/1536 nömrəli ekspert rəyi ilə deliktin törədildiyi iddia olunan, mübahisəli 080500013S kimi kodlaşdırılmış torpaq sahəsi 2007-ci il 28 dekabr tarixli X7nin 2015-ci il 6 noyabr tarixli 2 saylı əlavəsinə əsasən X14 Kəməri Şirkətinə ötürülmüş və DƏDRX tərəfindən verilmiş seriya RX ******* nömrəli Çıxarışa əsasən X14 Kəməri Şirkətinin xeyrinə icarə hüququ ilə yüklü edilmiş torpaq sahələrinin koordinatları yerləşir.

135. Göründüyü kimi, dövlət mülkiyyətində olan və xəritədə 080500013S kimi kodlaşdırılmış torpaq sahəsinə münasibətdə hüquqlar 2 saylı müqaviləyə əsasən cavabdeh Şirkətə ötürülmüşdür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin dövlət tərəfindən icarə hüquqları qeydə alınmış torpaq sahəsində imzalanmış müqavilə şərtlərinə əsasən üzərinə düşən işləri icra etməsinin apellyasi ya instansiyası məhkəməsi tərəfindən qanunazidd hərəkətlər kimi müəyyən edilməsi MM-nin 21.2, 1096 və 1097-ci maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir.

136. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi, etimadın qorunması doktrinası nöqteyi nəzərindən, iddiaçının istifadəsində olan torpaq sahəsinin mübahisəli 080500013S kodlu torpaq sahəsi ilə üst-üstə düşməsi qəbul olunsa belə, məhkəmə kollegiyası iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqlara malik olmamasına dair cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağdakıları qeyd edir.

137. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2593 saylı, 27 dekabr 2007-ci il tarixli Sərəncamına müvafiq qaydada Azərbaycan Respublikası adından Sənaye və Energetika Nazirliyi ilə «X6 » Şirkəti (SKPK) arasında bağlanmış 28 dekabr 2007-ci il tarixli müqavilənin 5.0.1-ci maddəsinə əsasən özünün CQBK üzrə TƏMÖHS və Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, Dövlət bununla CQBK üzrə TƏMÖHS ilə nəzərdə tutulan CQBK fəaliyyətinin keçirilməsi üçün, maddə Vİ nəzərə alınmaqla, müqavilə müddəti ərzində torpaqdan icarə hüququ əsasında istifadə etmək və nəzarət etmək üçün müstəsna və qeyri-məhdud əmlak hüquqlarını SKPK-ya təqdim edir; 7.0.1-ci maddəsinə əsasən: Dövlət aşağıda qeyd olunanları mümkün qədər qısa müddət ərzində SKPK-ya təqdim edir: a) Təsirə Məruz qalmış şəxsin adı, ünvanı və ya əmlak hüquqları ilə əlaqədar hər hansı dəyişiklik baş verdikdən sonra, bu kimi dəyişiklik barəsində bildiriş və həmin dəyişikliyə dair müvafiq sənədin surəti; b) CQBK Boru Kəmərin in mərkəzi oxunun hər iki tərəfindən beş yüz (500) metr məsafədə yerləşən bütün əmlakların təfərrüatlarını göstərən plan. 7.0.2-ci maddəsinə əsasən: Dövlət təsirə məruz qalmış şəxslərə aid sənədlər üzrə özünün öhdəliklərinə riayət edir və özünün bütün səylərindən istifadə edərək təmin edir ki, hər bir təsirə məruz qalmış şəxs müvafiq təsirə məruz qalmış şəxslərə aid sənəd əsasında deyilən təsirə məruz qalmış şəxsə aid olan bütün öhdəliklərini yerinə yetirsin.

138. İşin materiallarından göründüyü kimi, qeyd olunan müqavilənin şərtlərinə müvafiq olaraq, Dövlət adından Goranboy rayon İcra Hakimiyyəti ilə iddiaçı MMC arasında torpaq sahəsinə dair hüquqların CQBKG Layihəsi ilə bağlı X14 Kəməri Şirkətinin (“CQBKŞ”) xeyrinə məhdudlaşdırılması məqsədilə 22 yanvar 2016-cı il tarixdə bağlanmış və tə sirə məruz qalmış şəxs olaraq, Dövlət tərəfindən torpaq hüquqlarının SKPK-ya təqdim edilməsi səbəbindən ödəniləcək kompensasiyanın məbləği müəyyən edilmişdir.

139. Həmin müqavilənin 1.01-ci maddəsinin (k) bəndinə görə, torpaq istifadəçisi təsdiq edir və zəmanət verir ki, dövlət tərəfindən mühafizə zolağı və tikinti dəhlizi torpağından torpaq istifadəçisinin istifadə hüququna müəyyən məhdudiyyətlər tətbiq edilməsi və həmin torpağın boru kəməri şirkətinə (sub)icarəyə (və ya) istənilən növ digər istifadəyə verilməsi, eləcə də torpaq istifadəçisinin tikinti dəhlizi torpağında yerləşən əmlakına dəymiş zərər müqabilində ona ödəniləcək kompensasiya məbləği ilə razıdır, həmin kompensasiya məbləğini qəbul edir və bu məsələ ilə bağlı dövlətə (eləcə də Boru kəməri şirkətinə, onun podratçılarına və on un müəyyən etdiyi digər şəxslərə) münasibətdə hər hansı digər tələbi və iddiası yoxdur;

140. Həmin müqaviləsinin 4.01-ci maddəsinin (a) bəndinə görə, torpaq istifadəçisinin bu müqaviləyə əsasən mühafizə zolağı torpağından və tikinti dəhlizindən istifadəsinə məhdudiyyətlərin qoyulmasına razılıq verməsinin, torpaq istifadəçisinin bu Müqaviləyə əsasən qoyulmuş məhdudiyyətlər nəticəsində məruz qaldığı və ya qala biləcəyi təsirin, itki, ziyan və zərərin (itirilmiş qazancın, əldən çıxmiş faydanın və torpaq istifadəçisinin tikinti dəhlizi üzərində yerləşən əmlak, məhsul və bitkilərinin dəyərinin əvəzi də daxil olmaqla), habelə dövlət tərəfindən bu müqavilənin 2.02-ci bəndinə əsasən istifadədə olan torpaq sahəsinin istifadə edilməsinin, eləcə də torpaq istifadəçisinin bu müqavilənin digər müddəa larına razılıq verməsinin əvəzində dövlət, bu Müqavilənin imzalandığı və notarial qaydada təsdiq edildiyi tarixdən 10 (on) iş günü ərzində, torpaq istifadəçisinə qoşma 1, cədvəl 2-də müəyyənləşdirilmiş məbləğdə (torpaq istifadəçisinin bank hesabına köçürmə yolu ilə) tam və son ödəniş edəcək (bundan sonra - "Kompensasiya"). Həmin maddənin (b) bəndinə görə, kompensasiya Qoşma 1, Cədvəl 2-də müəyyənləşdirilmiş metodologiya əsasında hesablanır və digər komponentlərlə yanaşı, torpaq istifadəçisinin çəkdiyi və/və ya çəkə biləcəyi mümkün əlavə xərcləri əhatə edir. Kompensasiya məbləği heç bir halda birtərəfli qaydada artırıla və ya azaldıla bilməz. Həmin maddənin (f) bəndinə görə, torpaq istifadəçisinin texniki işləri tam və lazımi qaydada icra etməsi və tamamlaması şərti ilə, torpaq istifadəçisi nin tikinti müddəti ərzində Boru kəməri dəhlizi daxilində mühafizə zolağı torpağında yerləşən əmlakına dəyəcək ziyan və ya zərərin əvəzi, itirilmiş qazancın və əldən çıxmış faydanın əvəzi də daxil olmaqla, torpaq istifadəçisinə ödəniləcək kompensasiya məbləğinə daxildir, və belə zərərə və ya ziyana görə Torpaq istifadəçisinə heç bir əlavə məbləğ ödənilməyəcək. Həmin maddənin (h) bəndinə görə, tərəflər razılaşırlar ki, torpaq istifadəçisi tikinti müddəti zamanı və istismar müddəti zamanı boru kəməri şirkətinin boru kəmərinin genisləndirilməsi ilə əlaqədar fəaliyyəti nəticəsində torpaq istifadəçisinin tikinti dəhlizi və mühafızə zolağı xaricində yerləşən əmlakına (ağaclar, meyvə bağının məhsulları və suvarma sistemi də daxil olmaqla) dəyən (dəyə biləcək) hər hansı və bütün dolayı zərər, ziya n, itki və xərclərə görə dövləti və boru kəməri şirkətini (onun podratçıları və müəyyən etdiyi digər şəxsləri) hər hansı və bütün məsuliyyətdən azad edir.

141. İddiaçının dövlət orqanı ilə bağladığı müqavilənin şərtlərinə əsasən, torpaq istifadəçisinin boru kəməri dəhlizi daxilində mühafizə zolağı torpağında, yaxud tikinti dəhlizi və mühafizə zolağı xaricində yerləşən əmlakına dəyən (dəyə biləcək) hər hansı və bütün dolayı zərər, ziyan, itki və xərclərə görə dövlət və boru kəməri şirkəti hər hansı və bütün növ məsuliyyətdən azad edilmiş və iddiaçıya kompensasiya şəklində ödənilmiş məbləğin tam və son ödəniş olması müəyyən edilmişdir. Belə olan halda, iddiaçının cavabdeh Şirkətə qarşı hazırkı tələblə məhkəməyə müraciət etməsi əsassızdır.

142. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, dövlətlə bağladığı müqavilə üzrə müvafiq ərazidə olan əmlakına dəyə biləcək bütün zərər və itkilərə görə əvvəlcədən razılaşdırılmış həcmdə kompensasiya almış MMC, sonradan bu zərər və itkilərlə bağlı məhkəmədə cavabdehə qarşı iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır.

143. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu subyektiv hüquqla bağlı formalaşdırdığı mövqeyi “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında əks etdirmişdir.

144. Həmin mövqeyə görə “..Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə ki mi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüquq u; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”

145. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi isə qəbul etdiyi qətnaməsinin əsaslandırıcı hissəsində Goranboy rayon İcra Hakimiyyəti ilə iddiaçı MMC arasında torpaq sahəsinə dair hüquqların CQBKG Layihəsi ilə bağlı X14 Kəməri Şirkətinin (“CQBKŞ”) xeyrinə məhdudlaşdırılması məqsədilə 22 yanvar 2016-cı il tarixdə bağlanmış müqaviləyə istinad etsə də, həmin müqavilənin yuxarıda qeyd olunan şərtlərinə hazırki iddia tələbi baxımından düzgün hüquqi qiymət verməmiş, iddiaçının cavabdehə qarşı hazırkı iş üzrə tələb irəli sürmək üçün subyektiv hüquqa malik olmadığını nəzərə almamış, nəticədə mülki qanunvericiliyin deliktlə bağlı normalarını mübahisəli hüquq münasibətinə düzgün tətbiq etəmişdir.

146. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (MPMnin 217.1 və 418.1-ci maddələri)

147. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, hazırki işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət olmadığından, iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, yeni qərar qəbul edilərək, iddia tələbi təmin olunmuş (mübahisələndirilən) hissədə- cavabdeh x1 Şirkətindən 1421 ədəd sağlam nar kollarından ibarət nar plantasiyasının məhv edilməsi ilə bağlı 1207 ədəd yetişkən nar kollarının hər birinə görə 909 manat hesabı ilə 1.097.163 manat və 214 ədəd bar (bəhrə) verməyən nar kollarının hər birinə görə 182 manat hesabı ilə 38.948 manat olmaqla, cəmi nar kolları ilə bağlı vurulmuş zərərin əvəzi olaraq 1.136.111 (bir milyon bir yüz otuz altı min bir yüz on bir) manat və quraşdırılmış damla suvarma sisteminin bərpasına çəkiləcək xərcin əvəzi olaraq cəmi 715.126 (yeddi yüz on beş min bir yüz iyirmi altı) ABŞ dolları (ödəniş günü üçün Azər baycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun 20 manat hissəsinin alınaraq İddiaçı MMC-yə ödənilməsi hissəsində rədd edilməlidir.

148. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış vəsatətdə hazırki işə məhkəmə iclasında baxılması xahiş edilmişdir.

149. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına, yaxud Kommersiya kollegiyasına işlə birlikdə daxil olmuş qətnamələrdən verilmiş kassasiya şikayətinə onun daxil olduğu gündən 3 ay müddətində, bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda qərardaddan verilmiş kassasiya şikayətinə isə 1 ay müddətində yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilm əsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə işdə iştirak edən şəxslərə məlumat verilir (MPM-nin 414.1ci maddəsi)

150. Maddənin məzmunundan göründüyü kimi, yalnız iki halda məhkəmə işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir; 1. hüququn inkişafının təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə;

2. Məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə

151. Məhkəmə kollegiyası MPM-nin 414-cü maddəsinin tələblərini nəzərə alaraq cavabdehin hazırki işə məhkəmə iclasında baxılmasına dair vəsatətinin təmini üçün əsasların olmaması qənaətinə gəlmişdir.

152. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara alır: Cavabdeh x1 Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti təmin ed ilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 dekabr tarixli 2-2(103)-817/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi mübahisələndirilən hissədə - cavabdeh x1 Şirkətindən 1421 ədəd sağlam nar kollarından ibarət nar plantasiyasının məhv edilməsi ilə bağlı 1207 ədəd yetişkən nar kollarının hər birinə görə 909 manat hesabı ilə 1.097.163 manat və 214 ədəd bar (bəhrə) verməyən nar kollarının hər birinə görə 182 manat hesabı ilə 38.948 manat olmaqla, cəmi nar kolları ilə bağlı vurulmuş zərərin əvəzi olaraq 1.136.111 (bir milyon bir yüz otuz altı min bir yüz on bir) manat və quraşdırılmış damla suvarma sisteminin bərpasına çəkiləcək xərcin əvəzi olaraq cəmi 715.126 (yeddi yüz on beş min bir yüz iyirmi altı) ABŞ dolları (ödəni ş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun 20 manat hissəsinin alınaraq İddiaçı MMC-yə ödənilməsi hissəsində rədd olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar