Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-253/2021 09.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh MMC-ə qarşı xxxx və iddiaçı Cavabdeh MMC-in cavabdeh İddiaçınə qarşı borcun tutulması tələblərinə dair birləşdirilmiş işlər üzrə QƏRAR Açar sözlər: xxxx Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Bəhman Qəribovun sədrliyi, hakimlər hakimlər Bəhram Məmmədlidən və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynli Cavid Əli oğlu, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, vəkili Vəkil iştirakı ilə, Cavabdeh MMC-in nümayəndəsi və İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021ci il 10 fevral tarixli 2-2( 103)-49/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. "İddiaçı" İB (bundan sonra-İB) ilə istehlakçı Cavabdeh MMC (bundan sonra-MMC) arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə 2017-ci il 29 dekabr tarixli, AKX-2/364 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən istehlakçı istifadə etdiyi təbii qazın qeydə alınması məqsədi ilə G-650 markalı ********** saylı sayğa cla təmin edilmişdir. 2. 2020-ci il 28 fevral tarixli, ******* saylı aktdan görünür ki, MMC-in istifadəsində olan qaz xəttinin üzərində nəzarət üçün quraşdırılmış G-650 markalı ********** saylı sayğaca texniki baxış zamanı onun təzyiq sensorunda nasazlıq səbəbindən elektrik hissənin alarm rejimində işləməsi və təzyiq göstəricilərini düzgün qeydə almadığı, təzyiq göstəricilərə əsasən oktyabr ayı 4.13 bar, noyabr ayı 3.068 bar, dekabr ayı 1.7 bar, yanvar 0.58 bar, fevral ayı 0.63 bar qeydə alması və təzyiq çeviricisinin nazas olması müəyyən olunmuşdur.
3. İB-in itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 2020-ci il 28 fevral tarixli rəyindən müəyyən olunur ki, iddiaçının istifadəsində olan, Salyan rayonu ərazisində yerləşən istixanaya quraşdırlan cihazların saatlıq qaz sərfiy yatına uyğun olmaması təzyiq sensorunda nasazlıq səbəbindən elektrik hissə alarm rejimində işləyib v’ təzyiq göstəriciləri düzgün qeydə almadığı, təzyiq 4.13 bar, 2019-cu il 24 iyun tarixində mexaniki göstərici 351704 kub.metr, 2020-ci il 2 fevral tarixində mexaniki göstərici 430874 kub.metr, fərq 79170 kub.metr qeydə alınmış, habelə 2019-cu il 24 iyun tarixindən 2020-ci il 2 fevral tarixinədək agis bazasına daxil edilmiş sərfiyyatın 111120 kub.metr olduğunu nəzərə alaraq 791704.13=326972 kub.metr, 326972-111120=215852 kub.metr müəyyən olunmuşdur. 4. 2020-ci il 20 may tarixli abonentin saldosundan müəyyən olunur ki, MMC 2020-ci ilin fevral ayında qalıq və akt üzrə hesablanmış borcu 43.170,4 manat, 2020-ci ilin may ayının sonuna borcu isə 87.335,60 manat təşkil edir. İş üzrə qəbul edilmiş m əhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İB cavabdeh MMC-ə qarşı cavabdeh MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 23.017,80 manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İB-in hesabına köçürülməsi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İB ilə MMC arasında bağlanmış 2017-ci il 29 dekabr tarixli, AKX-2/364 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə üzrə cavabdehə məxsus istixana İB tərəfindən təbii qazla təchiz olunmuşdur. Cavabdeh MMC İB ilə bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə üzrə öhdə liklərini yerinə yetirməmiş və istixanada təbii qazdan istifadəyə görə 2019-cu il 1 iyul tarixinə 23.017,80 manat məbləğində borcu yaranmışdır. İB tərəfindən 23.017,80 manat məbləğində xxxx barədə cavabdehə pretenziya qaydasında müraciət olunmasına baxmayaraq, borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) tələblərini pozmuşdur.
7. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 87.335,6 manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İB-in hesabına köçürülməsi barədə qətnamə qəbu l olunmasını xahiş etmişdir.
8. Eyni zamanda iddiaçı MMC cavabdeh İB-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 2020-ci il 28 fevral tarixli aktın ləğv edilməsi, əsassız hesablanmış 43.170,4 manat xxxx və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırımışdır ki, MMC Salyan rayonu ərazisində yerləşən istixanada İB ilə bağlanmış müqaviləyə uyğun təbii qazdan istifadə edir, tərəvəz məhsullarının istehsalı ilə məşğul olur. İstixanada quraşdırılmış qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edir. İB-in nümayəndələri tərəfindən 2020-ci ilin fevral ayında istixanada quraşdırılmış sayğac çıxardılaraq dövlət yoxlamasına göndərilmişdir. Sayğac şirkət nümayəndəsinin iştira kı və məlumatı olmadan yoxlamadan keçirilmiş, guya sayğacda nöqsanlar aşkar edilmişdir. Bundan sonra cəmiyyətə 43.170,40 manat cərimə hesablanmışdır. Qeyd olunan akt tərtib edilərək guya sayğacın işləmədiyi dövr üçün 2019-cu ilin iyun-2020-ci ilin fevral ayları üçün borc hesablanmışdır. Amma cavabdeh qurum nəzərə almayıb ki, hər ay İB-in nümayəndələri sayğaca baxış keçirir, sayğacın göstəricisini götürür və şirkətə hesab faktura təqdim edirlər. Bu səbəbdən də sayğacda nöqsanın olması qeyrimümkündür. Bundan əlavə, İB tərəfindən MMC-ə aid obyektdə qanunsuz yoxlama keçirilmişdir. Belə ki, “Qazdan istifadə Qaydaları”nın 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqq ında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticəsi haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, bu Qanunun onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reysterində qeydə alınmadan aparılan yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası Qanunlarının və onlara uyğun qəbul edilmiş digər normativ hüquqi aktların pozulma sı faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamalarının vahid məlumat reysterində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Göründüyü kimi, cavabdeh təşkilat tərəfdən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun tələbləri kobud şəkildə pozulmuşdur.
10. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 16 iyun tarixli, 2-2(113)-133/2020 nömrəli qərardadı ilə iddiaçı İB-in cavabdeh MMC-ə qarşı “xxxx” tələbinə dair (İş № e-22(113)-133/2020) işin məhkəmənin icraatında olan iddiaçı MMC-in cavabdeh İ B-ə qarşı “xxxx” tələbinə dair (İş № e-2-2(113)-1621/2020) işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır.
11. Sonradan MMC-in nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İB tərəfindən tərtib edilmiş 2020-ci il 28 fevral tarixli akt üzrə hesablanmış 43.170,4 manat xxxx və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 21 avqust tarixli, 2-2(113)-1621/2020 saylı qətnaməsi ilə birləşdirilmiş icraat üzrə iddiaçı İB-in cavabdeh MMC-ə qarşı “xxxx” tələbi qismən təmin olunmuş, cavabdeh MMC-dən təbii qazdan istifadəyə görə hesablanmış 44.165,2 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 15,2 m anat tutularaq İB-ə ödənilməsi qət olunmuş, ödənilmiş dövlət rüsumunun 14,8 manat hissəsi iddiaçı İB-ə aid edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Birləşdirilmiş icraat üzrə iddiaçı MMCin cavabdeh İB-ə qarşı “xxxx” tələbi təmin olunmuş, iddiaçı MMC-ə məxsus Salyan rayonu ərazisində yerləşən istixanaya (abonent kodu **********00000) İB tərəfindən 2020-ci il 28 fevral tarixli akt üzrə hesablanmış 43.170,4 manat məbləğində borc silinmiş və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh İB-dən iddiaçı MMC-in xeyrinə tutulması qət olunmuşdur (hakim Z.Axundova).
13. Bununla əlaqədar əsaslandırma ondan ibarət olmuşdur ki, məhkəmə cavabdeh tərəfindən iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğaca texniki baxışın keçirilməsi halına qiymət verərək bildirir ki, 2020-ci il 28 fevral tarixində MMC istifadəsində olan qeyri-yaşayış binasına xidmət edən qaz sayğacının laboratoriya müayinəsinə verilməsi üçün götürülməsi məqsədi ilə akt tərtib olunmuşdur. Sözügedən baxış qanunvericiliyin müddəalarına əsasən müvafiq reyestrdə qeydiyyata alınması şərtləndirilmiş yoxlamaların dairəsinə aid edilmişdir. Lakin İB tərəfindən qanunvericilik ilə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması, yoxlamanın aparılması haqqında hər hansı qərar qəbul olunması, yoxlamanın keçirilməsinə dair müvafiq bildirişin iddiaçıya təqdim edilməsi iş materialları ilə öz təsdiqini tapmamış və məhkəmə araşdırmasında bu barədə sübutlar təqdim olunmamışdır. Belə olan halda qanunvericiliyin göstərilən tələblərinə əsa sən İB tərəfindən MMC-in istifadəsində olan qeyri-yaşayış binasında quraşdırılmış sayğacla bağlı aparılmış yoxlama hüquqi nəticə doğurmur. Odur ki, iddia tələbi təmin edilərək, MMC Salyan rayonu ərazisində yerləşən istixanaya (abonent kodu **********00000) İB tərəfindən hesablanmış 43.170,4 manat borc silinməlidir.
14. Məhkəmə daha sonra hesab etmişdir ki, İB tərəfindən MMC-ə hesablanmış 87.335,60 manat borcun 43.170,4 manat hissəsi akt üzrə hesablanmış borc olsa da, 44.165,2 manat hissəsi istehlakçının təbii qazdan istifadə etməsi nəticəsində yaranmış borcdur. Odur ki, xxxx tələbi qismən, 44.165,2 manat hissədə əsaslı olduğundan qismən təmin olunmalı, cavabdeh MMC-dən təbii qazdan istifadəyə görə hesablanmış 44.165,2 manat məbləğində borc tutularaq İB-ə ödənilməlidir.
15. Məhkəmə bu qənaə tini Mülki Məcəllənin 442, 443.1, 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1, 136.4-cü maddələrinə, Qanunun 2.1, 2.3, 3.1, 3.2, 13.2, 13.3, 20.1, 20.2, 34.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5, 13-cü maddəsinin 8-ci bəndinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 1.6 və 7.1-ci bəndlərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra-MPM) 14.2, 77.1, 119.1 və 217.4cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. İB 2020-ci il 8 oktyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qət namənin ləğv edilməsini, İB-in 87.335,60 manat xxxx barədə iddia tələbinin təmin olunmasını və MMC-in İB-ə qarşı 2020-ci il 28 fevral tarixli akt üzrə hesablanmış 43.170,40 manat xxxx tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 fevral tarixli, 2-2(103)-49/2021 saylı qətnaməsi ilə İB-in apellyasiya şikayəti təmin olunmamış, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 21 avqust tarixli, 2-2(113)-1621/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – C.Yusifov və R.Qurbanov).
18. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktla rına istinadla əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmış (bax yuxarıda §§ 13-15), əlavə olaraq qeyd etmişdir ki,, “Qaz təchizatı haqqında” Qanunda və “Qazdan istifadə qaydaları”nda istehlakçının müdaxiləsi olmadan yararsız vəziyyətə düşmüş sayğac dəyişdirildikdən sonra qaz təchizatçısının qaz sayğacının olmadığı dövr istisna olmaqla sayğacın düzgün işləmədiyi dövr üçün əlavə sərfiyyat hesablamaq hüququ və belə hesablamanın qaydası nəzərdə tutulmamışdır. Buna görə də, İB-in istehlakçıdan tələb etdiyi 43.170,4 manat məbləğində borcun hansı normaya əsasən hesablandığını göstərə bilməmiş, İB MMC-ə məxsus istixananın sayğacındakı nasazlığın əlavə sərfiyyatın hesablandığı 2019-cu il 24 iyun tarixindən yaranması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Abonent sa ldosuna əsasən istehlakçının qaz sərfiyyatındakı artım və ya azalmanın müəyyən edilməsi digər mötəbər sübutlar olmadan qaz sayğacının düzgün işləmədiyini təsdiq edən dəlil kimi qiymətləndirilə bilməz.
19. İB həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını, iş üzrə yeni qərar qəbul olunmasını, İB-in MMC-ə qarşı “təbii qazdan istifadəyə görə yaranmış 87.335,60 manat xxxx” ilə bağlı iddia tələbinin tam təmin olunması MMC-in İB-ə qarşı 2020-ci il 28 fevral tarixli akt üzrə hesablanmış 43.170,40 manat xxxx barədə iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
20. G-650 markalı ********** nömrəli qaz sayğacına İB-in Metrologiya Departamenti tərəfindən verilmiş rəy əsasında sayğacın mexaniki hissədən keçən 79170 m3 qaz həcmi 4,13 bar koreksiya əmsalına vurulmuş və sayğacın korrektorunun işlədiyi müddətdə qeydə aldığı 111120 m3 qaz həcmi hesabatdan çıxarılmışdır. Hesabat aşağıda göstərilən qaydada aparılmışdır: 4.13 (korreksiya əmsalı) x 79170 m3 (mexaniki hissənin qeydə aldığı qaz sərfi)= 326972 m3 -111120 m3 (korrektorunun işlədiyi müddətdə qeydə aidığı qaz sərfi) = 215852 m3.
21. Qeydə alınmamış qaz sərfinin hesablanaraq abonentin hesabına işlənməsi üçün "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli 2020-ci il 28 fevral tarixli akt tərtib olunmuş və fevral ayı üçün iddiaçının hesabına daxil edilmişdir.
22. İB tərəfindən MMC-ə məxsus istixanada heç bir yoxlama keçirilməmişdir. MMC-ə məxsus istixanada istismarda olan qaz sayğacı işləmədiyi üçün istismardan çıxarılmış və müvəqqəti sayğac quraşdırılmış və laboratoriya rəyinə əsasən akt tərtib edilmiş və qeydə alınmayan qaz sərfi hesablanmışdır.
23. Məhkəmə əsassız olaraq qaz sayğacının çıxarılmasını yoxlama kimi qiymətləndirmiş, İB-in Qanunun tələblərinin İB tərəfindən pozulması barədə səhv qənaətə gəlmiş və xxxx barədə qərar qəbul etmişdir.
24. Bundan əlavə məhkəmə MMC-in qaz sayğacı vasitəsilə 2018-ci ilin noyabr ayında 14.656.20 manat məbləğində qaz sərf etdiyi halda 2019-cu ilin noyabr ayında 4.398 manat məbləğində qaz sərf etməsini, 2018-ci ilin dekabr ayında 28.776,60 manat məbləğində qaz sərf etdiyi halda 2019-cu ilin dekabr ayında 5.737,60 manat məbləğində qaz sərf etməsini, 2019-cu ilin yanvar ayında 24.532.20 manat məbləğində qaz sərf etdiyi halda 2020-ci ilin yanva r ayında 2.949,20 manat qaz sərf etməsini, 2019-cu ilin fevral ayında 23.264 manat məbləğində qaz sərf etdiyi halda 2020-ci ilin fevral ayında 13.184,20 manat məbləğində qaz sərf etdiyini nəzərə almamışdır.
25. MMC-in 2019-cu ilin noyabr, dekabr, 2020-ci ilin yanvar, fevral aylarında istixanada sərf etdiyi qaz sərfinin 2018-2019-cu ilin müvafiq dövrü ilə müqayisədə az olmasını nəzərə almamışdır.
26. Halbuki məhkəməyə təqdim edilmiş abonent saldosunda MMC-in 2019-cu ilin noyabr, dekabr, 2020-ci ilin yanvar, fevral aylarında istixanada sərf etdiyi qaz sərfinin 20182019-cu ilin müvafiq dövrü ilə müqayisədə az olması öz təsdiqini tapır.
27. G-650 markalı ********** nömrəli qaz sayğacı MMC-in vəsaiti hesabına alınmış və istixanasına quraşdırılmışdır. "Qaz təchizatı haqqında" Azərbaycan Respubli kasının Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinin tələblərinə əsasən istehlakçılar qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 fevral tarixli 2-2(103)49/2021 saylı ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etdi.
29. Digər proses iştirakçısı olan cavabdehin nümayəndəsi və vəkili izahat verərək kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 fevral tarixli 2-2(103)-49/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam ol araq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib- etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xid mətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....”. Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....”. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
3. Ümumi tələblər
5. Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yo xlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Maddə
13. Qazın pаylаnmаsı və sаtılmаsı...
8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz....”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” 12.05.2011-ci il tarixli Qərarı “Sahibkarlıq sahəsində aparılan yoxlama ların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.2. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13cü və 34.1-ci maddələri, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara münasibətdə isə həmçinin 26-cı maddəsi istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları s ahəsində aparılan yoxlamalara şamil edilmir. 2.2-1. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. 2.2-2. Ələt azad iqtisadi zonasında sahibkarlıq sahəsində aparılan yoxlamalar “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Maddə
3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə
13. Yoxlamaların vahid məlumat reyestri 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar....”. Maddə
20. Yoxlamanın aparılması 20.1. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predm eti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 20.2. Bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər....”. Maddə
34. Yoxlayıcı orqanların (yoxlayıcıların) hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi qaydası qərarlarından və 34.1. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati (yuxarı dövlət orqanına və ya mü vafiq icra hakimiyyəti orqanına) və məhkəmə qaydasında şikayət verə bilər....”. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” 1.4. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlə rin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.8. Ədliyyə Nazirliyi Reyestrin məlumat bazasının formalaşdırılmasını, saxlanılmasını, idarə olunmasını, tamlığını və mühafizəsini təmin edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri “... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....”. Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) da ir işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....”. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....”. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
407. Kassasiya şikayətinin məzmunu “.... 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. ”..... kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Azərbaycan Respublikası MPM-in (bundan sonra MPM) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş fa ktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
35. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
36. İş materiallarından görünür ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olmuş, müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən istehlakçı istifadə etdiyi təbii qazın qeydə alınması məqsədi ilə G-650 markalı ********** saylı sayğacla təmin edilmişdir.
37. Məhkəmə kollegiyası kassatorun kassasiya şikayətində göstərdiyi dəlillərə qiymət verərək hesab edir ki, həmin dəlillər əsassızdır.
38. Belə ki, cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, İB tərəfindən MMC-ə məxsus istixanada heç bir yoxlama keçirilməmişdir. MMC-ə məxsus istixanada istismarda olan qaz sayğacı işləmədiyi üçün istismardan çıxarılmış və müvəqqəti sayğac quraşdırılmış və laboratoriya rəyinə əsasən akt tərtib edilmiş və qeydə alınmayan qaz sərfi hesablanmışdır. Məhkəmə əsassız olaraq qaz sayğacının çıxarılmasını yoxlama kimi qiymətləndirmiş, İB-in Qanunun tələblərinin İB tərəfindən pozulması barədə səhv qənaətə gəlmiş və xxxx barədə qərar qəbul etmişdir.
39. Məhkəmə kollegiyası vurğulayır ki, “Qaz təchizatı haqqında” Qanunun 3–cü maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuşdur ki, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir.
40. İş materiallarında olan 28.02.2020-ci il tarixli, ******* saylı aktın məzmunundan görünür ki, həmin tarixdə Cavabdehnə məxsus obyektdə təbii qazın uçotu və TQİQ-na riayət olunması məqsədi ilə obyektdə quraşdırılmış qaz sayğacına texniki baxış keçirilmişdir.
41. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən texniki bахışın kеçirilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrində qeydə alınmadığından hüquqi nəticəsi olmayan akt əsasında hesablanmış borcun silinməli olduğuna dair məhkəmənin iş üzrə gəldiyi nəticə əsaslıdır.(Qanunun 2,3-cü maddələri)
42. Həmçinin məhkəmə kollegiyası vurğulayır ki, yuxarıda qeyd edilən Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən e dilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
43. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, hətta 28.02.2020-ci il tarixdə ******* saylı aktla rəsmiləşdirilmiş texniki baxış yoxlamaların vahid reyestrində qeydə alınmış olsaydı belə həmin akt əsasında Cavabdehnə əlavə sərfiyyat hesablanaraq 43170,4 manat məbləğində borc tələb edilməsi qanunsuz və əsassızdır.
44. Belə ki, “Qaz təchizatı haqqında” Qanunda və “Qazdan istifadə qaydaları”nda istehlakçının müdaxiləsi olmadan yararsız vəziyyətə düşmüş sayğac dəyişdirildikdən sonra qaz təchizatçısının qaz sayğacının olmadığı dövr istisna olmaqla sayğacın düzgün işləmədiyi dövr üçün əlavə sərfiyyat hesablamaq hüququ və belə hesablamanın qaydası nəzərdə tutulmamışdır.
45. Buna görə də, İddiaçı istehlakçıdan tələb etdiyi 43170,4 manat məbləğində borcun hansı normaya əsasən hesablandığını göstərə bilməmişdir. 46. “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” Qərarın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qa z paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
47. Bundan əlavə İddiaçı Cavabdehnə məxsus istixananın sayğacındakı nasazlığın əlavə sərfiyyatın hesablandığı 24.06.2019-cu il tarixdən yaranması barədə iş materiallarında mötəbər sübut yoxdur. Abonent saldosuna əsasən istehlakçının qaz sərfiyyatındakı artım və ya azalmanın müəyyən edilməsi digər mötəbər sübutlar olmadan qaz sayğacının düzgün işləmədiyini təsdiq edən dəlil kimi qiymətləndirilə bilməz.
48. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozul masını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
50. İş materiallarından göründüyü kimi, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları, məhkəməyə təqdim etməmişdir.
51. Avropa insan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non rıeganti, irıcumbitprobatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun'qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”.
52. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərilən digər dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 fevral tarixli 2-2(103)-49/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
55. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qə tnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
56. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 fevral tarixli 2-2(103)-49/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.