Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-254/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun CavabdehMMC-yə qarşı iddiasına dair iş üzrə QƏRAR (Açar sözlər: kredit borcunun ödəniləmsi) 15.09.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, iddiaçı Fondun vəkili Vəkil Məhəbbət oğlunun iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə qarşı kredit borcunun ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)224/2020 saylı qətanməsindən iddiaçı Fond tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli 147K/12 saylı kredit müqaviləsinə əsasən, “borc verən” Bank “xxxx” cavabdeh MMC-yə 11.000 AZN məbləğində 24 ay müddətinə illik 19 faizlə kredit verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri həmin müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür.
2. Həmçinin İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 147K/12 saylı girov müqaviləsi ilə kredit öhdəliyinin təminatı kimi, cavabdeh MMC-nin mülkiyyətində olan “Toyota Corolla” markalı avtomobil Bank qarşısında girov qoyulmuş və tərəflərin razılığı ilə avtomobil 18.000 AZN dəyərində qiymətləndirilmişdir.
3. İşin materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat X1 əsasən, “Toyota Corolla” minik markalı, **-PL-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh MMC-nin mülkiyyətindədir.
4. İşin materiallarında olan “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən” AA No 066643 saylı xx.xx.2012-ci il tarixli Çıxarışa əsasən, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 147K/12 saylı girov müqaviləsi DYP tərəfindən müvafiq qeydiyyata alınmışdı r.
5. İşin materiallarında olan, iddiaçı Fond tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən, kredit üzrə maliyyə arayışının təqdim edilmə gününə cavabdeh MMC-nin əsas borcu – 7.285,47, faiz borcu – 7.450,29, kredit üzrə maliyyə arayışının təqdim edilmə gününə cərimə borcu – 3.575,60 olmuş, kredit üzrə sonuncu dəfə xx.xx.2013-cü il tarixdə 1.687,55 manat ödəniş edilmişdir.
6. İddiaçı Fond xx xxxxxx 2019-cu il tarixdə xəbərdarlıq məktubu ilə Cavabdeh MMC-yə müraciət edərək, xx.xx.2012-ci il tarixli, 147K/12 saylı kredit müqaviləsi üzrə borcun 5 iş günü müddətində tam ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı ləğv prosesində olan İddia çı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu CavabdehMMCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC ilə bağlanmış 147K/12 nömrəli, 1012.2012-ci il tarixli kredit müqaviləsinə əsasən xx xxxx 2019-cu il tarixə cavabdeh MMC-nin ləğv prosesində olan İddiaçı ASC qarşısında 7.285 manat əsas borc, faiz borcu üzrə 7.450,29 manat, cərimə borcu üzrə 3.575,60 manat, kredit üzrə müddət bitəndən sonra illik 5% ilə hesablanan borc 1.539,05 manat, cəmi 19.850,41 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının cavabdeh MMC-dən tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 147K/12 nömrəli, xx.xx. 2012-ci il tarixli kredit müqaviləsinə əsasən, həmin Bank tərəfindən cavabdeh MMC-yə 24 ay müddətinə 19 %-lə 11.000.00 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, cavabdeh MMC-nin mülkiyyətində olan 2012-ci il buraxılışlı, 1 ədəd “Toyota Corolla” markalı avtoiobili (Ban № JTNBV58EXOJ197465, qeydiyyat nişanı **-PL-***; mühərrik 1088402, rəngi qara, sedan tipli, İstehsal tarixi 2012-ci il) girov predmeti kimi, Banka təqdim edilmiş və bu barədə xx xxxxxx 2012-ci il tarixli, 147K/12 nömrəli girov müqaviləsi bağlanmışdır. Cavabdeh MMC yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Eyni zamanda, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İddia tələbinin hüquqi əsası kimi yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448.1, 465.2, 467, 445.2-ci maddələrinə istinad olunmuşdur.
9. Eyni zamanda Cavabdeh MMC ərizə ilə məhkəməyə müraciət edərək, hazırki işə iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir etmişdir. 10. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (81)-766/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. 11. 1-ci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx. 2012-cı il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2014-cü il tarixdə bitdiyindən kredit üzrə borcun qaytarılması ilə əlaqədar iş üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan 3 illik iddia müddəti tətbiq edildiyindən iddia müddətinin axımı xx xxxxxx 2014-cü il tarixdən başlamış və xx xxxxxx 2017-ci il başa çatmışdır. İddiaçı Fond isə cavabdeh MMCyə qarşı hazırki iddianı xx.xx.2019-cü il tarixdə, yəni iddia müddəti başa çatdıqdan 1 il 4 ay sonra qaldırmışdır.
12. İddiaçı Fond apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat 13.Bakı Apellyasiy a Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (iş № 2-2(103)-224/2020) iddiaçı Fondun apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, iddiaçı Fond tərəfindən təqdim edilmiş maliyyə arayışı və hesabdan çıxarış məlumatlarına əsasən, cavabdeh MMC tərəfindən kredit öhdəliyi üzrə sonuncu ödəniş xx.xx.2013-cü il tarixdə edilmişdir. Öhdəliyin icra müddəti xx.xx.2014-cü ildə, öhdəlikdən irəli gələn tələb üzrə iddia müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. İddiaçı Fond xx.xx.2019-cu il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə iddia müddətini ö türmüşdür.
15. İddiaçı Fond apellyasiya şikayətində 1-ci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən hər hansı maddi və ya prosessual hüquq normasının pozulduğunu, iddia müddətinin tətbiqini istisna edən halların mövcudluğunu əsaslandıra bilməmişdir.
16. Məhkəmənin qətnaməsi tərəflərə xx.xx.2020-ci il tarixdə göndərilmişdir.
17. İddiaçı Fond kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsini ləğv edib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar və ya iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a)Kassasiya şikayətinin dəlilləri 18. 1-ci instansiya məhkəməsi tərəfindən işin tam və obyektiv araş dırılması üçün iddiaçı Fondun iddia müddəti ilə bağlı pretenziya xarakterli məktubları göndərilib və borclu MMC krediti götürən zamandan etibarən tam və düzgün qaydada ödəniş etməyib ki, bu da borclunun əvvəldən ödəniş etmək fikrində olmadığını bir daha sübut edir. 19. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddia müddəti ilə bağlı ərizəni alaraq, elə həmin məhkəmə prosesində iddia müddətini tətbiq edərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarmışdır. Bu isə işə bərabərlik prinsiplərinin və obyektivliyin pozulması ilə baxılması deməkdir. Çünki hakim işin tam obyektiv araşdırılması üçün iddiaçının iddia müddəti ilə bağlı ərizəyə mövqeyini öyrənməli idi. Belə ki, iddia müddətinin tətbiqi məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfind ən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır, iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. İddia müddəti tətbiq edilən edilən müqavilələrdən birini MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Qeyd olunmalıdır ki, əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitdə böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəfin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. İddiaçı Fondun vəkili Vəkil kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.
22. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh MMC-nin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, cavabdeh MMC-yə təqdim edilmiş məhkəmə bildirişlərində onun nümayəndələrinin iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (MPM-in 415.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.
24. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
25. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminli k, beh) üzrə də iddia müddəti keçir.
26. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx xxxx 2013cü il tarixli qərarına görə, kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.... MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏR İ
28. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. İş üzrə iddiaçı Fond apellyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalar ı düzgün tətbiq olunduğundan iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
31. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Fond kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki işdə qanunla müəyyən edilmiş iddia müddəti qaydalarının tətbiq edilməsində qanunpozuntularına yol verilməsini göstərməyə çalışsa da, bu cəhd uğursuz olmuşdur.
32. İş üzrə müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2014-cü il tarixdə bitmiş, müqavilənin qüvvədə olma zamanı cavabdeh MMC tərəfindən son ödəniş xx.xx.2013-cü il tarixdə aparılmış, müqavilə bitdikdən sonra MMC tərəfindən hər hansı ödəniş edilməmişdir. Eyni zamanda cavabdeh MMC məhkəmə qərarı çıxarılanadək iddia müddətinin tətbiq edi lməsi barədə ərizə vermişdir.
33. Göründüyü kimi, cavabdeh MMC-nin müqavilə üzrə kredit borcunun qaytarılması öhdəliyinin icra müddəti xx.xx.2014-cü ildə, həmin öhdəlikdən irəli gələn iddiaçı MMC-nin tələbi üzrə iddia müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Buna baxmayaraq, iddiaçı Fond hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət etmiş və bununla da, qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.
34. Qanunla müəyyən edilmiş iddia müddətinin tətbiq edilməsinin qaydalarına əsasən, iddia müddəti ərzində, əgər cavabdeh tərəf borcunun eitraf etməsini göstərən hərəkətlər etmirsə (məsələn, borcunu və ya onun bir hissəsini ödəmirsə), həmçinin məhkəmə icraatı zamanı məhkəmə qərarı çıxarılanadək iddia müddətinin tətbiq edilməsi barədə ərizə verirsə, onda bu hallar iddia müddətinin keçdiyi zaman məhkəmənin iddiadan imtina barəsində qərar çıxarılması üçün əsasdır (bax hazırki qərarın 24-28-ci bəndlərinə).
35. İddiaçı Fond kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh MMC-nin krediti götürən zamandan etibarən tam və düzgün qaydada ödəniş etməyib, bu da borclunun əvvəldən ödəniş etmək fikrində olmaması, habelə iddiaçı Fondun cavabdeh MMC-dən borcun tələbi üzrə subyektiv hüquqa malik olub-olmaması məsələlərini araşdırmadan, işdə birbaşa iddia müddətinin tətbiq edilməsini qanunsuz olmasına dair dəlillər gətirsə də, bu dəlillər əsassız olduğundan qəbul edilə biməz.
36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına dair iddiaçı Fondun kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.
37. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 417 və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)224/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.