Məhkəmə qərarları › İş №2-2(102)-255/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-255/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-255/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyətinə dair şikayət 20.05.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən) İnzibati Kollegiyasının hakimi Rəsulbəyova Nigar İmran qızı və Mülki Kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlundan ibarət qarışıq tərkibdə, İddiaçının cavabdehə qarşı pul tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 29 mart tarixli e-2-2(115)-183/2021 saylı qərardadından İddiaçı tər əfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ. İŞİN HALLARİ

1. İddiaçı (bundan sonra – “İddiaçı”) 2020-ci il 16 dekabr tarixində pul tələbi barədə iddia ərizəsi ilə Gəncə Komersiya Məhkəməsinə müraciət edərək Cavabdehə (bundan sonra – “cavabdeh”) qarşı onunla cavabdeh arasında bağlanmış 2018-ci il 8 oktyabr tarixli icarə müqaviləsinə əsasən 10.400 manat ödənilməmiş ümumi icarə haqqının, 350 manat vəkil xidməti haqqının, 30 manat dövlət rüsumunun, cəmi 10.780 manat məbləğin cavabdehdən alınaraq İddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının vəkili izahat verərək işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etirazının olmadığını bild irmişdir.

3. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 29 mart tarixli e-2-2(115)-183/2021 saylı qərardadı ilə mülki iş baxılması üçün Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir (hakim – K.Vəliyev).

4. Gəncə Kommersiya Məhkəməsinin məsələ ilə bağlı mövqeyi aşağıdakılardan ibarət olmuşdur.

5. Tərəflər arasında olan mübahisə müqavilə hüquq münasibətlərindən irəli gəlir. Bu kimi mübahisələrdə hər iki tərəf sahibkarlıq subyekti olduğu halda işə kommersiya məhkəmələrində baxılmasına yol verilir.

6. İşin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçının fərdi sahibkar statusu yoxdur, həmçinin iş materialları ilə İddiaçının hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olması müəyyən edi lmir. Eyni zamanda, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatlarla da İddiaçının qanuni əsaslarla fərdi sahibkar statusu əldə edən fiziki şəxs olması (VÖEN-i olması) müəyyən olunmur.

7. Odur ki, iş baxılması üçün cavabdehin olduğu yer üzrə ümumi məhkəməyə göndərilməlidir. İş üzrə sənədlərdən göründüyü kimi cavabdehin olduğu yer ünvan 1-dir.

8. Gəncə Kommersiya Məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 25.1, 44.2.2, 45.2-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun (bundan sonra – “AMP”) “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətləri nə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarının 12, 26, 27-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.

9. İddiaçının vəkili və nümayəndəsi 2021-ci il 9 aprel tarixində şikayət vermiş, Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 29 mart tarixli e-2-2(115)-183/2021 saylı qərardadının ləğv edilərək işə mahiyyəti üzrə baxılmanın davam etdirilməsini xahiş etmişdir.

10. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 14 aprel tarixli e-2-2(115)-183/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işin Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – K.Vəliyev).

11. Gəncə Kommersiya Məhkəməsi bu qənaətini MPM-nin 24.2, 25.1, 44.2.2, 45.2, 268.1, 269.1, 269.3-cü maddələrinə, AMP-nin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məh kəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarının 12, 26, 27-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

12. MPM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələ r baxır....” “Maddə

44. Məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməsi... 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir:... 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa;...” “Maddə

45. İşlərin başqa məhkəməyə verilməsi və aidiyyət məsələlərindən şikayət vermə qaydası... 45.2. Mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər....” “Maddə

268. Şikayətin verilmə müddəti 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən so nra 10 gün müddətində verilir....” “Maddə

269. Şikayətə baxılması 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır.... 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir.”

13. AMP-nin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarınınn müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “12. Məhkəmə aidiyyətin in müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

26. Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibk arlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar.

27. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xara kterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

14. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iş mülki iş olduğundan mahiyyəti üzrə baxılmaq üçün Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə gön dərilməlidir.

15. Belə ki, İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınması, onun adına rəsmiləşdirilmiş VÖEN mövcud olması işi materialları ilə müəyyən edilmir.

16. Məsələ ilə bağlı AMP-nin mövqeyi (bax yuxarıda § 13) belədir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır.

17. Göstərilənlərə əsasən, Gəncə Kommersiya Məhkəməsi işə düzgün olaraq mülki iş kimi hüquqi qiymət vermişdir. Bununla əlaqədar həmin iş aidiyyəti üzrə baxılmaq üçün ümumi məhkəməyə göndərilməlidir.

18. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 403-1.6, 403-1.7 və 403-1.8.1ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçının şikayət i təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 29 mart tarixli e-2-2(115)-183/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar