Məhkəmə qərarları › İş №2-2(102)-255/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-255/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-255/2024 31.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X1) qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), sübutetmə vəzifəsi, ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyy ətinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023cü il 18 dekabr tarixli 2-2(103)-671/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Azərbaycan Respublikası X1 ilə müvəkkil kredit təşkilatı İddiaçı ASC arasında bağlanmış 2020-ci il 17 iyul tarixli Azərbaycan Respublikası X1 ilə müvəkkil kredit təşkilatı arasında sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılmasına dair əməkdaşlıq mü qaviləsindən görünür ki, bu müqavilə tərəflər arasında sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılmasını, müvəkkil kredit təşkilatı tərəfindən birdəfəlik zəmanət haqqı və komissiyanın ödənilməsini, zəmanət verilmiş kredit üzrə monitorinqin aparılmasını, sahibkarlıq subyekti müvəkkil kredit təşkilatı qarşısında kredit üzrə borc öhdəliyini icra etmədikdə, onun öhdəliyinin zəmanət məbləği həddində Fond tərəfindən müvəkkil kredit təşkilatına köçürülməsini, zəmanətə görə ödəniş edilmiş kredit üzrə daxil olan vəsaitlərin bölüşdürülməsi, müvəkkil kredit təşkilatının Fond qarşısında hesabatlılığına dair münasibətləri tənzimləyir.

2. Kreditor İddiaçı ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış 2020-ci il 27 oktyabr tarixli CO/0001 8/20 nömrəli sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə kredit müqaviləsindən görünür ki, kreditor Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X1nun 2020-ci il 20 oktyabr tarixli ZM259/2020 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) şərtilə borcluya 200.000 manat məbləğində illik 15 faiz dərəcəsi ilə 36 ay müddətinə (kredit üzrə güzəşt müddəti - əsas borcun ödənilməsinə möhlət verilmiş müddət 12 ay olmaqla) kredit verir. Həmin müqavilənin: - 1.2-ci bəndinə əsasən, borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla), o cümlədən mövcud olduğu təqdirdə dəbbə p ulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada kreditora ödəyir. - 1.3-cü bəndinə əsasən, kredit dövriyyə vəsaitlərinin artırılması məqsədləri üçün borclunun Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş ərazi dairəsi, Qızıldaş qəsəbəsi, Yat 20 ünvanında yerləşən sahibkarlıq fəaliyyətinin (bundan sonra – layihə) maliyyələşdirilməsinə verilir. - 1.5-ci bəndinə əsasən, bu müqavilə üzrə borclunun öhdəliklərinin icrasının təmin edilməsi üçün aşağıdakılar həyata keçirilir: 1.5.1. Şamaxı rayonu, Avaxlı kəndində 0,74 ha torpaq sahəsi və üzərində yerləşən 570,70 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (“Qızıldaş” ailəvi istirahət mərkəzi) və mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2011-ci il 4 noyabr tarixi ndə verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 məxsus daşınmaz əmlak kreditorun xeyrinə ipoteka ilə yüklü edilir. - 2.1-ci bəndinə əsasən, kredit üzrə əsas borc və faizlər bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəli (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla tərtib edilmiş) əsasında ödənilir. - 2.2-ci bəndinə əsasən, kredit üzrə faizlərin hesablanması ildə 360 təqvim günü, ayda isə 30 təqvim günü götürülməklə həyata keçirilir. - 3.1.5-ci bəndinə əsasən, bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi (bu müqavilənin 7 -ci hissəsi nəzərə alınmaqla) ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini borcludan tələb edə bilər: 3.1.5.1. Borclu davam edən 60 gün ərzində ona verilmiş kredit üzrə əsas borc hissəsini və ona hesablanmış faizi (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) ödəniş cədvəli üzrə ödəmədikdə; 3.1.5.2. Borclu tərəfindən ödənişlər 12 ay ərzində ardıcıl olaraq 2 dəfədən çox gecikdirildikdə və s. - 3.2.7-ci bəndinə əsasən, borclu ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri kreditora ödəyir. - 3.2.9-cu bəndinə əsasən, borclu bu müqavilənin 3.1.5-ci bəndində nəzərdə tutulmuş hallarda bu müqaviləyə birtərəfli qaydada xitam verildikdə, kredit üzrə əsas borc qalığını bu müddətə qədər hesablanmış faizi (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) ilə birlikdə dərhal qaytarır və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunu kreditora ödəyir. - 4.2-ci bəndinə əsasən borclu ödəniş cədvəli üzrə ödənişləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) vaxtında icra etmədikdə, hər gecikdirilən gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə illik faiz dərəcəsi həcmində dəbbə pulu ödəməlidir. - 7.1-ci bəndinə əsasən, borclu bu müqavilə üzrə hesablanmış faizləri kreditin illik faiz dərəcəsindən Fond tərəfindən ödəniləcək faiz subsidiyası üzrə (7,5) faiz bəndi çıxıldıqdan ödəniş cədvəlinə uyğun olaraq ödəyir. - 7.2-ci bəndinə əsasən, Fond tərəfindən 2020-ci il 20 oktyabr tarixli ZM-259/2020 nömrəli zəmanət məktubu ləğv ediləcəyi təqdirdə (zəmanət veri lmiş kreditin restrukturizasiyası və təyinatına uyğun istifadə edilməməsi halları istisna olmaqla), kreditor kreditin illik faiz dərəcəsini faiz subsidiyası üzrə Fond tərəfindən ödəniləcək (7,5) faiz bəndi həcmində aşağı salır və bununla bağlı tərəflər bu müqaviləyə dəyişikliklər edirlər. - 7.3-cü bəndinə əsasən, bu müqavilənin 7.2-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, digər hallarda faiz subsidiyasının ödənilməsi ləğv edildikdə, Fond tərəfindən faiz subsidiyasının ödənilməsi dayandırılan dövr də daxil olmaqla borclu kredit müqaviləsi üzrə illik faiz dərəcəsinə uyğun olaraq hesablanmış faizləri ödəməyə davam edir. - 8.2-ci bəndinə əsasən, müqavilə tərəflərin imzaladığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Müqavilə kreditorun və borclunun imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir. 3. 2020-ci il 27 oktyabr tarixli CO/00018/20 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 200.000 manat, hesablanan faiz məbləği 62.572 manat, faiz ödənişi (subsidiya çıxılmaqla) 31.286 manat, subsidiyanın ödənişi 31.286 manat, sahibkarlıq subyektinin cəmi ödəniləcək məbləği 231.286 manat məbləğində müəyyən edilmişdir (faiz subsidiyasının aylıq və cəmi məbləğini əks etdirən cədvəli).

4. İpoteka qoyan Cavabdeh1 mülkiyyət hüquqları ilə ona məxsus Şamaxı rayonu, Avaxıl kəndində 0,74 ha torpaq sahəsində yerləşən 570,7 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəni (“Qızıldaş” ailəvi istirahət mərkəzi) 2020-ci il 27 oktyabr tarixli CO/00018/20 nömrəli kredit müqaviləsi üzr ə yaranmış öhdəliyin təmin edilməsi üçün, 2020-ci il 27 oktyabr tarixli ipoteka müqaviləsinə əsasən ipoteka saxlayan İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin: - 2.2-ci bəndinə əsasən, ipoteka predmeti "xxxx" MMC tərəfindən Bakı şəhəri 2020-ci il 13 avqust tarixində tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirmə aktına (hesabatına) əsasən 340.000 manat dəyərində qiymətləndirilir. Tərəflər həmin məbləğin ipoteka predmetinin ilkin satış qiyməti olduğunu qəbul edirlər. - 3.1.16-cı bəndinə əsasən, ipoteka saxlayan tərəfindən ipoteka predmetinə tutma yönəldikdə həmin prosedurların keçirilməsinə mane olmur. - 3.1.17-ci bəndinə əsasən, ipoteka predmetinə tutma yönəldildikdə və o satıldıqda yeni sahib tərəfindən tələb irəli sürüldüyü tarixdən etibarən 30 gün ərzində b ütün ləvazimatları ilə birlikdə ipoteka predmetini təhvil verir və ya ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqda yeni sahib tərəfindən tələb irəli sürüldüyü tarixdən etibarən 30 gün ərzində onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərlə ipoteka predmetini boşaldır və ipoteka predmeti üzrə qeydiyyatdan çıxır. - 7.2-ci bəndinə əsasən, bu müqavilə ipoteka ilə təmin edilmiş öhdəlik tam icra olunanadək hüquqi qüvvəyə malikdir. Müqavilə ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmişdir. 5. 0,74 ha torpaq sahəsində yerləşən 570,7 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin üzərində Cavabdeh1 mülkiyyət hüququ İddiaçı ASC qarşısında 36 ay müddətinə 2020-ci il 27 oktyabr tarixli CO/00018/20 nömrəli kredit xətti müqaviləs i üzrə öhdəliklərə görə ipoteka ilə yüklü edilmişdir (2020-ci il 28 oktyabr tarixli çıxarış).

6. Şamaxı rayonu, Avaxıl kəndində yerləşən əmlak kompleksi kimi müəssisəyə dair tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin 2022-ci il 29 oktyabr tarixli məktubu).

7. İddiaçı ASC tərəfindən verilmiş 2022-ci il 30 sentyabr tarixli 1436 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC ilə aralarında bağlanmış 2020-ci il 27 oktyabr tarixli CO/00018/20 nömrəli kredit müqaviləsi üzrə 2022-ci il 28 sentyabr tarixinə Cavabdeh1 İddiaçı ASC-yə 200.000 manat məbləğində əsas, 46.017,83 manat məbləğində faiz borcu vardır.

8. Cavabdeh1 2020-ci il 29 oktyabr - 2022-ci il 24 noyabr d övrləri əhatə edən 2022ci il 24 noyabr tarixli bank hesabından çıxarışlardan görünür ki, mübahisəli kredit müqaviləsinə əsasən həmin hesaba 2020-ci il 29 oktyabr tarixində 200.000 manat məbləğində pul vəsaiti daxil olmuş, sonuncu ödəniş tarixi 2021-ci il 14 dekabr olmaqla müxtəlif vaxtlarda ödənişlər edilmişdir.

9. İddiaçı ASC tərəfindən verilmiş 2022-ci il 16 noyabr tarixli 1703 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC ilə aralarında bağlanmış 2020-ci il 27 oktyabr tarixli CO/00018/20 nömrəli kredit müqaviləsi üzrə Azərbaycan Respublikası X1 tərəfindən Banka cəmi 4.875 manat məbləğində faiz subsidiyası ödənilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2022-ci il 3 oktyabr tarixində Cavabdeh 1 (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək: - iddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci il 27 oktyabr tarixli CO/00018/20 nömrəli kredit müqaviləsinin (bundan sonra – “kredit müqaviləsi”) ləğv edilməsi; - cavabdehdən kredit müqaviləsi üzrə iddiaçının xeyrinə 200.000 manat əsas, 46.017,83 manat faiz borcu olmaqla, cəmi 246.017,83 manat pulun və ödənilmiş 537 manat dövlət rüsumunun tutulması; - tələbin cavabdehə məxsus Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 0.74 ha torpaq sahəsi və üzərində yerləşən 570.7 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə (“Qızıldaş” ailəvi istirahət mərkəzi) yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması; - əldə olunan vəsaitlərin cavabdehin iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi və əmlakın boşaldaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 15 faiz olmaqla 200.000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən, tam mülkiyyət hüququ üzrə cavabdehə məxsus 0.74 ha torpaq sahəsi və üzərində yerləşən 570.7 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə 2020-ci il 27 oktyabr tarixində iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. X1 tərəfindən iddiaçıya daxil olmuş 2020-ci il 20 oktyabr tarixli ZM-259/2020 nömrəli zəmanət məktubuna əsasən, fond iddiaçının verdi yi kredit üzrə dövlət zəmanətinin verilməsini öhdəsinə götürmüş, həmin zəmanət məbləği kreditin 60 faizini təşkil etmişdir. Zəmanət münasibətləri Fondla iddiaçı arasında bağlanmış 2020-ci il 17 iyul tarixli əməkdaşlıq müqaviləsinə uyğun olaraq tənzimlənmişdir. Həmçinin həmin zəmanət verilmiş məbləğin də cavabdehdən tələb edilməsi məqsədilə Fond tərəfindən iddiaçıya daxil olmuş 2022-ci il 16 sentyabr tarixli “zəmanət ödənişi üzrə öhdəliyin icrası haqqında” məktuba əsasən, Fondun adından və onun xeyrinə tələb hüquqlarının həyata keçirilməsi iddiaçıya həvalə olunmuşdur. Lakin cavabdeh ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Kredit alanla aralarında imzalanmış kredit müqaviləsinə əsasən ödəniş cədvəli ilə müəyyən olunan müddətlər kredit ala n tərəfindən gecikdirildikdə, habelə öz vəzifəsini lazımınca icra etmədikdə iddiaçı pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər.

12. Məhkəmənin 2022-ci il 4 noyabr tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

13. Üçüncü şəxsin nümayəndəsi izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavəsinin 11.1.2.ci yarımbəndinə əsasən faiz subsidiyasının ödənilməsinə dair müvəkkil kredit təşkilatının Fonda müraciət tarixinə 1 iş günü qalanadək sahibkarlıq subyekti tərəfindən kredit üzrə əsas borc və (və ya) hesablanmış faizlər üzrə ödənişlərdə gecikmə olduqda – gecikdirilmiş borc tam məbləğd ə ödənilənədək və 11.2-ci bəndinə əsasən bu Qaydanın 11.1-ci bəndində nəzərdə tutulmuş hallar aradan qaldırıldıqdan sonra faiz subsidiyasının ödənilməsi bərpa edilir və həmin dövrlər üçün ödənilməli faiz subsidiyası bu Qaydanın 9-cu hissəsində nəzərdə tutulmuş qaydada müvəkkil kredit təşkilatının hesabına köçürülür. Yəni onlar ödənişi dayandırmışlar. Nümayəndə məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, cavabdeh faiz borcunun sadəcə 7.5 faiz hissəsini ödəməlidir, o, ödədiyi halda onlar da ödəniş edəcəklər. Tam şəkildə ödənildikdən sonra onlar da ödəniş edəcəklər. Faiz subsidiyasının ləğvi üçün əsaslar göstərilmişdir. Həmin əsaslar hazırda yoxdur.

14. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mə hkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 14 dekabr tarixli 9/8726 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, cavabdehin 2022-ci il 28 sentyabr tarixinə kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, faiz dərəcəsi illik 15 % ilə hesablanmaqla əsas kredit borcu 200.000 manat, faiz borcu 47.114,38 manat, faiz dərəcəsi illik 7,5 % ilə hesablanmaqla isə həmin tarixə əsas kredit borcu 200.000 manat, faiz borcu 18.406,04 manat müəyyən edilmişdir.

15. Məhkəmə tərəfindən təyin olunmuş əmlakın qiymətləndirilməsi ekspertizası üzrə "xxxx" MMC-nin 2023-cü il 20 fevral tarixli LP-018/2023 nömrəli qiymətləndirmə (mütəxəssis) rəyində qeyd olunmuşdur ki, Şamaxı rayonu, Avaxıl kəndində 0,74 ha torpaq sahəsində yerləşən 570,7 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin hazırki b azar qiyməti 920.000 manat, likvid qiyməti 877.000 manat təşkil etmişdir.

16. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 26 aprel tarixli e-2-2(113)-188/2023 nömrəli qərardadı ilə “kredit müqaviləsinin ləğv edilməsi və əmlak satıldıqdan sonra əmlakın boşaldılaraq təhvil verməsi tələbi”nə dair hissədə iş üzrə icraata xitam verilmişdir (hakim – L.Əliyeva)

17. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 26 aprel tarixli e-2-2(113)-188/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən kredit müqaviləsi üzrə 200.000 manat əsas borc, 20.703,38 manat faiz borcu, mediasiya xərclərinin əvəzi olaraq 360 manat və dövlət rüsumunun əvəzi olaraq 120 manat pulun tutularaq iddiaçıya ödənilməsi, tələb üzrə tutmanın 0,74 ha torpaq sahəsində yerləşən ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hə rracda satılması, ilkin satış qiymətinin 877.000 manat müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına tələbin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin cavabdehə qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehdən ümumi qaydada tutulması qət edilmiş, qalan hissədə iddia rədd olunmuşdur (hakim – L.Əliyeva).

18. Məhkəmə iddianın kredit müqavilələri üzrə əsas və faiz borcunun tutulması hissəsinə münasibətdə ilk növbədə qeyd etmişdir ki, cavabdehin mübahisəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği işin mübahisəli halını təşkil etdiyindən, həmin halın müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş (yuxarıda § 14), ekspert qarşısında X1 tərəfindən müqavilə üzrə ödənilməli olan 7,5 faiz məbləğində subsidiya çıxıldıqdan sonra 2022-ci il 28 sentyabr tarixinə faiz borcunun hesablanması barədə sual qoyulsa da, yəni ekspert tərəfindən faiz borcu 15 faizlə hesablanmalı, sonradan həmin məbləğdən müqavilə şərtlərinə uyğun olaraq ödənilməli faiz subsidiyası çıxılmalı olsa da, ekspert tərəfindən 2022-ci il 28 sentyabr tarixinədək olan müddət üçün faiz borcu illik 7,5 faiz ilə hesablanmış və bu zaman Fond tərəfindən ödənilmiş faiz subsidiyası məbləğləri də borc alanın faiz borcunun ödənişi kimi nəzərə alınmışdır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyekt lərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydaları”nın 9.3-cü bəndinə əsasən, sahibkarlıq subyektinin zəmanət verilmiş krediti üzrə ödənilən faiz subsidiyasının cəmi məbləği bu Qaydanın 6.6-cı bəndində nəzərdə tutulmuş ödəniş cədvəlində göstərilən faiz subsidiyasının cəmi məbləğindən artıq ola bilməz. Göründüyü kimi, qaydalara uyğun olaraq borc alanın ödənişləri gecikdirməsi nəzərə alınmaqla sonuncuya müqavilə üzrə hesablanacaq faiz borcu məbləğindən asılı olmayaraq müqavilə üzrə Fond tərəfindən ödənilən faiz subsidiyasının cəmi məbləği ödəniş cədvəlində göstərilən məbləğ ilə məhdudlaşdırılmışdır.

20. Hazırkı halda isə ödəniş cədvəlində nəzərdə tutulmuş faiz subsidiyanın cəmi məbləği 31.286 manat, həmin subsidiyanın Fond tərəfindən ödənilmiş hissəsi isə 4.875 manat təşkil etdiyindən, müqavilə üzrə ödənilməli olan faiz subsidiyasının məbləği 26.411 manat ilə (31.286-4.875) məhdudlaşmışdır. Odur ki, məhkəmə müqavilə üzrə ödənilməsi nəzərdə tutulan faiz subsidiyasının məbləğinin 26.411 manat təşkil etdiyini nəzərə alaraq, 2022-ci il 28 sentyabr tarixinədək olan müddət üçün cavabdehdən tutulmalı olan faiz borcunun ekspert rəyində müqavilə üzrə illik 15 % ilə müəyyən olunmuş faiz borcundan fond tərəfindən ödənilməli olan hissə çıxılmaqla hesablanması və 20.703,38 manat (47.114,38 manat -26.411 manat) müəyyən edilməsi qənaətinə gəlmişdir.

21. Məhkəmə cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra olunmasını – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab etmişdir ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə 200.000 manat əsas və 20.703,38 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlı olmuşdur.

22. Məhkəmə faiz subsidiyası məbləği də daxil olmaqla faiz borcunun tam şəkildə cavabdehdən tutulmalı olması barədə iddiaçının istinad etdiyi dəlillərə münasibətdə isə qeyd etmişdir ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsində, eləcə də “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydaları” nda yalnız faiz subsidiyasının ödənilməsi ləğv edildiyi halda faiz borcunun tam olaraq borc alan tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Hazırkı halda isə faiz subsidiyası ləğv edilmədiyindən faiz borcunun tam şəkildə borc alandan tutulması üçün əsasların mövcudluğu müəyyən olunmamışdır.

23. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini də irəli sürmüşdür. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci il 27 oktyabr tarixli İ1CO/00018/20 nömrəli ipoteka müqaviləsinə əsasən, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq cavabdehin mülkiyyətində olan Şamaxı rayonu, Avaxıl kəndində 0,74 ha torpaq sahəsində yerləşən 570,7 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsinə ilə üzərinə götürdüyü öhdəliyini vaxtında icra etmədiyi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.

24. İşə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin rəyini (yuxarıda § 15) nəzərə alaraq, 0,74 ha torpaq sahəsində yerləşən 570,7 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin ilkin satış qiymətinin 877.000 manat müəyyən edilməsi qənaətinə gəlmişdir.

25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 269.1, 269.2, 270.1, 385.1, 386.1, 442, 443.1, 448.1, 739 və 743cü maddələ rinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6, 1.0.9, 3.1-ci, 10.4, 11.1-ci, 11.2, 34.1.1, 34.1.3, 34.1.4, 39.3.3, 41.1 və 47.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

26. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. Apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş əlavə məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 25 oktyabr tarixli 9/7533 nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir: - Təqdim olunmuş hesabdan çıxarış məlumatları kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, faiz dərəcəsi illik 15 faiz ilə hesablan maqla, 2022-ci il 28 sentyabr tarixinə cavabdehin iddiaçıya olan borcu 247.114,38 manat müəyyən edilmişdir, o cümlədən: əsas kredit borcu 200.000 manat, faiz borcu 47.114,38 manat; - kredit müqaviləsi üzrə X1 tərəfindən ödənilmiş 4.875 manat məbləğində subsidiyası məbləği nəzərə alınmaqla ödənilməli olan illik 7,5 faiz məbləğində faiz subsidiyası 23.833,33 manat təşkil etmişdir; - ekspertiza tədqiqatı zamanı təqdim olunmuş hesabdan çıxarış məlumatları kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, faiz dərəcəsi illik 7.5 faiz ilə hesablanmaqla, aparılmış bütün ödənişlər nəzərə alınmaqla, 2022-ci il 28 sentyabr tarixinə cavabdehin iddiaçıya olan borcu 218.406,04 manat müəyyən edilmişdir, o cümlədən: əsas kredit borcu 200.000 manat, faiz borcu 18.406,04 manat; - kredit müqaviləs i üzrə X1 tərəfindən ödənilməli olan illik 7.5 faiz məbləğində subsidiyası və aparılmış 4.875 manat ödəniş faiz borcundan çıxılmaqla, cavabdehin iddiaçıya 2022-ci il 19 sentyabr tarixinə faiz borcu 22.906,04 manat, 2022-ci il 28 sentyabr tarixinə 23.281,04 manat təşkil etmişdir.

28. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 dekabr tarixli 2-2(103)-671/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – A.Hüseyn, hakimlər – R.Qurbanov və V.Baxışova).

29. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, kredit müqaviləsi üzrə cavabdeh kredit məbləğini və faizləri ödəməyi öhdəsinə götürsə də, cavabdeh kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəl iyini lazımi qaydada icra etməmiş, nəticədə həmin müqavilə üzrə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.

30. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən olunmuş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə araşdırması zamanı 2023-cü il 25 oktyabr tarixli 9/7533 nömrəli ekspert rəyində (yuxarıda § 27) müəyyən olunan halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən olunmadığından, məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir. Ekspert rəyi ilə əsas kredit borcu 200.000 manat müəyyən edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi əsas borcun tutulması hissəsində iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.

31. Birinci instansiya məhkəməsi müqavilə üzrə ödənilməsi nəzərdə tutulan faiz subsidiyasının məbləğinin 26.411 manat təşkil etdiyini nəzərə alaraq, 2022-ci il 28 sentyabr tarixinədək olan müddət üçün cavabdehdən tutulmalı olan faiz borcunun ekspert rəyində müqavilə üzrə illik 15 faiz ilə müəyyən olunmuş faiz borcundan fond tərəfindən ödənilməli olan hissə çıxılmaqla hesablanması və 20.703,38 manat (47.114,38 manat 26.411 manat) müəyyən edilməsi qənaətinə gəlmişdir.

32. Kredit müqaviləsi üzrə X1 tərəfindən ödənilməli olan illik 7,596 məbləğində faiz subsidiyası və aparılmış 4.875 manat ödəniş faiz borcundan çıxılmaqla, cavabdehin iddiaçıya faiz borcu 2022-ci il 28 sentyabr tarixinə 23.281,04 manat təşkil etsə də, iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən, apellyasiya baxışı nın həddini iddianın təmin edilmiş hissədə borc məbləğinin əsaslılığı yoxlanılması təşkil etdiyindən, 20.703,38 manat faiz borcunun tutulması hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, 2022-ci il 27 sentyabr tarixində cavabdehə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləği tam tələb edilməmişdir.

33. Bundan başqa, birinci instansiya məhkəməsi qiymətləndiricinin müəyyən etdiyi (yuxarıda § 15) ipoteka predmetinin real bazar qiymət və likvid dəyərini, eləcə də qanunvericilik normalarını nəzərə alaraq düzgün olaraq, ipoteka predmetinin ilkin satış qiymətinin 877.000 manat müəyyən edilməsi qənaətinə gəlmişdir.

34. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 269.1, 269.2, 270.1, 385.1, 386.1, 442, 443.1, 448.1, 739 və 743-cü maddələrinə, “İpoteka haqqında” Azərb aycan Respublikası Qanununun 1.0.6, 1.0.9, 3.1-ci, 10.4, 11.1-ci, 11.2, 34.1.1, 34.1.3, 34.1.4, 39.3.3 və 47.5-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 101.3 və 103.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

35. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. MM-in 739-cu maddəsi üzrə - Ölkədə pandemiya dalğasının hökm sürdüyü bir şəraitdə Nazirlər Kabineti tərəfindən 2020-ci il 9 iyul tarixli qərarı ilə təsdiq olunmuş “Koronavirus (COVİD-19) pandemiyasından zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veri ləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydaları” qəbul olunmuşdur. Cavabdeh götürdüyü krediti hissə-hissə ödəməyə çalışmışdır, lakin ödədiyi məbləğ ekspert rəyində göstərilmiş məbləğlə üst-üstə düşmür. Hesabdan çıxarışdan da görünür ki, ekspert rəyində əldə olunmuş nəticə reallığı əks etdirmir.

37. Bundan başqa, məhkəmə ekspert rəyində göstərilmiş mövqe ilə razılaşmayaraq, faiz borcunu 18.406,04 manat deyil, 20.703,38 manat müəyyən etmişdir. Məhkəmə təcrübəsinə görə isə iddiaçı və cavabdeh borclu və kreditor qismində çıxış edirsə, məhkəmə borclunun vəziyyətini ağırlaşdıran elementləri iddia predmetində nəzərə alır (məsələn: dəbbə puluna münasibətdə). Mübahisə predmeti olan borc məbləğinin həqiqəti əks etdirməməsi ekspert rəyi və məhkəmənin gəldiyi nəticənin uzlaşmamasından görünür. Məhkəmə cavabdeh tərəfindən ödənilmiş borcun əsas borcdan silinməməsini araşdırmamışdır. Halbuki, kredit müqaviləsi üzrə ödəniş edilirsə, ödənilmiş məbləğ müvafiq qaydada əsas və faiz borcundan silinir. Lakin qətnamədən göründüyü kimi, ödənilmiş məbləğ əsas borcdan silinməmişdir. 38. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsi üzrə - "xxxx" MMC-nin qiymətləndirməsi doğru olmamışdır. Qiymətləndirilmə zamanı əmlakın yerləşdiyi ərazi, onun kurort zonası olduğu, ümumi sahəsi, təmiri və s. kimi hallar nəzərə alınmalıdır. Mütəxəssis rəyində yerləşdirilən elanlardan qiymətləndirmənin doğru olmadığı, əmlakın bazar qiyməti və likvid dəyərinin düzgün müəyyən edilmədiyi görünür və əmlakın belə qiymətləndirilməsi birba şa mülkiyyət hüququna qəsddir.

39. MPM-in 88-ci maddəsi üzrə - Məhkəmə təqdim olunmuş sübutları tədqiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

41. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

42. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya ins tansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

43. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir....” “Maddə

270. Girovun və ipotekanın əmələ gəlməsi əsasları 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (bo rclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şər tləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

739. Borc müqaviləsi (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır....” “Maddə

743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər olan redaksiyada) Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə ba ğlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.” 44. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə

1. Əsas anlayışlar... 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur;... 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.” “Maddə

3. İpotekanın tətbiq sahəsi 3.1. İpoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər....” “Maddə

10. İpoteka müqaviləsi... 10.4 İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir....” “Maddə

11. İpotekanın dövlət qeydiyyatı 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur....” “Maddə

34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;... 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.” “Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin r əyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;...” “Maddə

47. İpoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi... 47.5. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.”

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

101. Ekspert rəyi... 101.3. Ekspert rəy verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edi lməsinə zərurət olduğunu müəyyən etdikdə, ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə məhkəməyə vəsatət göndərir. Vəsatətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göstərilir....” “Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

46. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

47. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onla ra istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

48. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən ilk öncə nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 49. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun təl əblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyas iya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Kassasiya şikayətinin dəlillərinə dair kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən iş üzrə verilmiş həm məhkəmə mühasibatlıq, həm də qiymətləndirmə rəylərinə düzgün hüquqi qiymət verilmiş və həmin rəylərin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas müəyyən olunmamışdır. Belə ki, təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları MPM-in 102-ci maddəsində göstərilmiş, lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud olmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə verilmiş rəylər mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəylər məhkəmənin qərardadları əsasında verilmiş, ekspertlər tərəfindən tam və hərtərəfli tədqiqa t aparılmışdır. Cavabdeh isə borcun düzgün hesablanmadığını və ipoteka predmetinin düzgün qiymətləndirilmədiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu aşağı instansiya məhkəmələrinə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

52. Həmçinin tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən kredit müqaviləsinə uyğun olaraq borclu tərəfindən aparılan ödənişlər kreditor tərəfindən akseptsiz qaydada aşağıdakı ardıcıl istiqamətlərə yönəldilir: bu müqavilənin 3.2.11-ci yarımbəndində nəzərdə tutulmuş ödənişlər (əgər varsa), borclunun öhdəliklərini lazımınca icra etməməsi səbəbindən kreditorun ödəmiş olduğu məhkəmə və digər xərclər, əmlak sığortası müqaviləsi üzrə sığorta haqları (əgər varsa), dəbbə pulu (əgər varsa), hesablanmış faizlər (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla), əsas borc üzrə ödənişlər. Göründüyü kimi tərəflər kredit müqaviləsi üzrə borclu tərəfindən aparılan ödənişlərin sonda əsas borca silinməsi barədə razılığa gəlmişlər.

53. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsass ız olduğundan təmin edilməməlidir.

54. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 dekabr tarixli 2-2(103)-671/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar