Məhkəmə qərarları › İş №2-2(102)-255/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-255/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-255/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, kredit müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Gəncə Apellyasiya Məhkəməsi nin Kommersiya Kollegiyasının 2024-cü il 20 noyabr tarixli 2-2(104)-224/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 2019-cu il 31 oktyabr tarixli 025R********** saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 1.000.000 manat krеdit хətti açılmışdır.

2. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 2019-cu il 31 oktyabr tarixli 025R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 manat krеdit verilməsi nəzərdə tutulmuşdur. 3. 2019-cu il 31 oktyabr tarixli ipoteka müqaviləsinə əsasən, X2 uzunmüddətli kredit müqaviləsi üzrə borcalanın bank qarşıs ında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan Yevlax şəhəri, S.Əsgərova küçəsində olan 0,0496 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə yerləşən ümumi sahəsi 290,50 m2 olan 57 nömrəli fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 40.000 manat məbləğində müəyyənləşdirilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrıayrılıqda müvafiq olaraq “Cavabdeh1”, “Cavabdeh2” və “Cavabdeh3”) qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələ r ilə 2023-cü il 3 iyul tarixində Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 2019-cu il 31 oktyabr tarixli 025R**********1 saylı kredit razılaşması və ona əlavə bağlanmış sazişlərin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının хеyrinə krеdit razılaşması üzrə 41.943,75 manat krеdit bоrcu, 6.793,06 manat faiz bоrcu və 14.087,18 manat cərimə borcu olmaqla, ümumilikdə 62.823,99 manat bоrcun, 400 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin X1 (bundan sonra – “V.Cəfərova”) mülkiyyətində olan Yevlax şəhəri, S.Əsgərova küçəsində 0.0496 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan ümumi sah əsi 290,50 kv.m olan 57 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin qərardadı ilə təyin edilən "xxxx" MMC-nin 2023-cü il 6 oktyabr tarixli 02-149/23 saylı qiymətləndirmə rəyinə əsasən, V.Cəfərovanın mülkiyyətində olan Yevlax şəhəri, S.Əsgərova küçəsində xüsusi mülkiyyətdə olan 0,0496 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 57 nömrəli fərdi yaşayış evinin bazar dəyərinin 58.000 manat, likvid dəyərini n 49.000 manat təşkil etməsi müəyyən edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qərardadı ilə təyin edilən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 6 may tarixli 3-16-16/2-10/9296-9/9519 nömrəli rəyinə əsasən, V.Cəfərovanın mülkiyyətində olan Yevlax şəhəri, S.Əsgərova küçəsində xüsusi mülkiyyətdə olan 0,0496 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 57 nömrəli fərdi yaşayış evinin bazar dəyərinin 122.000 manat, likvid dəyərinin 109.800 manat təşkil etməsi müəyyən edilmişdir.

7. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 11 iyul tarixli qərardadı ilə cavabdeh V.Cəfərova hüquqi varisi olaraq Cavabdeh3 ilə əvəz edilmişdir.

8. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 11 sentyabr tarixli, e-2-2(115)28/2024 nömrəli qətna məsi ilə iddia qismən təmin edilmiş, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 2019-cu il 31 oktyabr tarixli 025R********** saylı kredit razılaşması üzrə 41.943,75 manat əsas borc, 3.702,96 manat faiz borcu və 1.000 manat cərimə borcu olmaqla, cəmi 46.646,71 manat kredit borcu, 400 manat ödənilmiş mediasiya xərci, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqının müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilmiş, tələb üzrə tutma Yevlax şəhəri, S.Əsgərova küçəsində 0,0496 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 57 nömrəli fərdi yaşayış evinə yönəldilərək, həmin torpaq sahəsi və fərdi yaşayış evinin açıq hərracdan satılması və əmlakın ilkin satış qiymətinin 109.800 manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçıya ödənilməsi, əmlakın satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh3 qaytarılması, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir (hakim – G.Quliyeva).

9. Məhkəmə tutma yönəldilən ipoteka predmetinin likvid qiyməti ilə bağlı qeyd etmişdir ki, fərdi yaşayış evinin ilkin satış qiyməti 109.800 manat həddində müəyyən edilməlidir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 2 69.1, 269.4, 319.1, 385.1, 386.1, 421.1, 421.2, 421.3, 442, 445.1, 445.2, 448.1, 448.2, 449.1, 460.1, 462.1, 467, 470.1, 472.2, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli qərarına, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnaməsinin ipoteka predmeti olan əmlakın likvid dəyərinin 109.800 manat müəyyən edilməsi hissəsində ləğv edilərək əmlakın likvid dəyərinin "xxxx" MMC-nin müəyyə n etdiyi likvid qiymətə uyğun olaraq 49.000 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

12. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 noyabr tarixli 2-2(104)-224/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Ş.Rzaquliyev, hakimlər – L.Süleymanov, R.Məcidov).

13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ilkin satış qiymətinin tərəflərin qarşılıqlı razılığı ilə 40.000 manat məbləğində müəyyənləşdirildiyindən likvid qiymətinin "xxxx" MMC-nin göstərdiyi 49.000 manat miqdarında müəyyən edilməsinə dair dəlilləri ilə əlaqədar qeyd etmişdir ki, müqavilə bağlanan müddətdən 5 ilə yaxın vaxt keçdiyindən və əmlak qiymətləri hazırda bahalaşdığından birinci instansiya məhkəməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəyi mötəbər sübut kimi götürməkdə haqlı olmuşdur.

14. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 317.1, 319.1, 319.6, 385.1, 421.1, 421.3, 442, 445.1, 445.2.1, 445.2.2, 448.1, 448.2, 449.1, 462.1, 467, 472.1, 472.2, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarına, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 36, 39.3, 39.3.3-cü, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. İddiaçı kassasiya şikayəti verərək, həmin qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin 109.800 manat müəyyən edilməsi hissəsində ləğv edilərək, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 16. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9 və 39.3.3-cü maddələri üzrə - Məhkəmə Ekspertiza Mərkəzinin 2024-cü il 6 may tarixli rəyində ciddi uyğunsuzluqlar və pozuntular mövcud olmuş, lakin məhkəmə bunlara əhəmiyyət verməmişdir. Məhkəmənin ekspertiza təyin edilməsi barədə qərardadında qoyulmuş suallarla bağlı heç bir araşdırma və tədqiqat aparılmamış, həmin suallar cavablandırılmamışdır. Ekspertiza mərkəzinin rəyi ilə müəyy ən edilmiş qiymət əmlakın bazar və likvid dəyərini əks etdirmir və əmlak ekspert tərəfindən əsassız olaraq həddindən yüksək qiymətləndirilmişdir. İpoteka müqaviləsi bağlandıqdan sonra hal-hazıradək ipoteka predmeti olan əmlakın dəyəri Məhkəmə Ekspertiza Mərkəzinin rəyində qeyd edildiyi kimi bir neçə dəfə arta bilməz. Mövcud iqtisadi vəziyyətdə və dünyada baş verən iqtisadi böhran şəraitində daşınmaz əmlakların satış qiymətlərində ipoteka müqaviləsi bağlanan vaxta nisbətdə cüzi fərq ola bilər. Məhkəmə Ekspertiza Mərkəzinin rəyində əmlakın fərdi xüsusiyyətləri, vizual görünüşü, təmirliliyi, material sərfi və s. nəzərə alınmamış və nəticədə iş üzrə əmlakın dəyərinin reallığa uyğun olmayaq formada həddindən artıq şişirdilərək qeyd edildiyi rəy verilmişdir. Əmlakın dəyərinin müəyyən edilməsi ba rədə iş materiallarında bir neçə müxtəlif qiymətləndirmə rəyi olsa da, məhkəmə sonuncu rəyi əsas götürmüş, lakin bunun səbəbini qətnaməsində əsaslandırmamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin sonuncu rəyində əmlakın təmir vəziyyəti, material sərfi, aşınma səviyyəsi, texniki sistemlərinin vəziyyəti və s. xüsusiyyətlərini müəyyən etmək mümkün deyildir. Şablon sözlərdən istifadə etməklə uzun-uzadı rəyin tərtib olunması həmin rəyin əsaslı olmasına dəlalət etmir. Məhkəmə Ekspertiza Mərkəzinin rəyində şablon sözlər, ifadələr təkrarlanır. Rəyləri qısa və konkret, müqayisəli şəkildə tərtib etmək olardı. Yaxın ərazidə oxşar əmlakların rəsmi satış qiymətləri müqayisə olunmaqla yanaşı, obyektin fərdi xüsusiyyətləri, vizual görünüşü, təmirliliyi, material sərfi və s. nəzərə alınmaqla ətraflı, şübhədənk ənar rəy verilməli idi. Başqa sözlə qiymətləndirici tərəfindən qiymətləndirmə aparılarkən süni surətdə ipoteka predmetinin qiyməti şişirdilmiş, obyektiv tədqiqat aparılmamış, nəticədə ipoteka predmetinin bazar və likvid qiyməti düzgün müəyyən edilməmişdir. Ekspertiza rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normaları pozulmuş və ekspert (mütəxəssis) rəyi ilə bağlı iddiaçının əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilməmişdir.

17. MPM-in 88, 103, 217-ci maddələri üzrə - Tərəflər arasında bağlanmış ipoteka müqaviləsi, öhdəliklər, əmlakın dəyəri, iddiaçı bankın sübutları və qiymətləndirici rəylər məhkəmə tərəfindən lazımi hüquqi qiymət verilməmişdir. Sonuncu ekspertiza rəyinin sübut kimi qəbul edilməməsi ilə bağlı və satət əsassız rədd edilmiş, apellyasiya məhkəməsinin qətnaməsindəki nəticələr isə işin halları və tərəflər arasındakı münasibətlərlə əsaslandırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

19. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi qismən – ipoteka predmetinin ilkin satış qiyməti hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

20. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymət ləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə

319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.... 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.” 22. “İpoteka haqqında” A zərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə

34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;...” “Maddə

36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası... 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutman ın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası....” “Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;...”

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan i stifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən mübahisələndirilən qətnamənin ləğvi üçün yetərli hesab etmiir.

25. İş materiallarından görünür ki, ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 40.000 manat məbləğində müəyyənləşdirilmişdir. İpoteka predmetinin likvid dəyəri birinci instansiya məhkəməsinin qərardadları ilə təyin edilən "xxxx" MMC-nin 2023cü il 6 oktyabr tarixli qiymətləndirmə rəyi ilə 49.000 mana t, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 6 may tarixli rəyi ilə 109.800 manat müəyyən edilmişdir.

26. İddiaçının təkrar ekspertizanın keçirilməsi barədə vəsatəti birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə təmin edilməmiş, məhkəmə bunu ikinci rəyin şübhə altına alınması və təkrar ekspertizanın təyin edilməsi üçün hər hansı bir əsas olmaması ilə izah etmişdir (İİ cild, i/v 92-95).

27. Apellyasiya instansiyası məhkəməsinin bununla bağlı mövqeyi ondan ibarət olmuşdur ki, müqavilə bağlanan müddətdən 5 ilə yaxın vaxt keçdiyindən və əmlak qiymətləri hazırda bahalaşdığından birinci instansiya məhkəməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəyi mötəbər sübut kimi götürməkdə haqlı olmuşdur.

28. Kassatorun Mə hkəmə Ekspertiza Mərkəzinin 2024-cü il 6 may tarixli rəyində məhkəmənin ekspertiza təyin edilməsi barədə qərardadında qoyulmuş suallarla bağlı heç bir araşdırma və tədqiqat aparılmamasına, həmin sualların cavablandırılmamasına dair dəlillərlə əlaqədar qeyd olunur ki, iş materiallarında olan sözügedən rəyin (İİ cild, i/v 1-11) tədqiqat hissəsində tədqiqat aparılması üçün tədqiq olunan yaşayış sahəsinə və torpaq sahəsinə baxış keçirilərək, ekspert tərəfindən müvafiq ölçü işlərinin aparıldığı və zəruri məlumatlar əldə edildiyi qeyd olunmuş, eyni zamanda rəydə ətraf ərazi üzrə analoji əmlakların qiymətləri ilə müqayisələr aparılmış, iddiaçı tərəf isə bunları tutarlı dəlillərlə təkzib edə bilməmişdir. Ekspertiza qarşısında qoyulmuş sualların cavablandırılmamasına gəldikdə isə, tədqiqat qarşısın da cəmi bir sual qoyulmuş (ipoteka predmetinin real və likvid dəyərinin müəyyən edilməsi), rəyin nəticə hissəsində də həmin sual konkret cavablandırılmışdır.

29. Məhkəmənin sonuncu rəyi əsas götürməsinin səbəbini qətnaməsində əsaslandırmamasına dair dəlillərlə əlaqədar qeyd olunur ki, yuxarıda da bildirildiyi kimi, apellyasiya instansiyası məhkəməsi bunu müqavilə bağlanan müddətdən 5 ilə yaxın vaxtın keçməsi və əmlak qiymətlərinin hazırda bahalaşması ilə əlaqələndirmişdir.

30. Ekspert rəyi ilə bağlı iddiaçının əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilməməsinə dair dəlillərlə əlaqədar qeyd olunur ki, yuxarıda da göstərildiyi kimi, iddiaçının təkrar ekspertizanın keçirilməsi barədə vəsatətini təmin etməyən birinci instansiya məhkəməsi bunu ikinci rəyin şübhə altına alınması və təkrar ekspertizanın təyin edilməsi üçün hər hansı bir əsas olmaması ilə izah etmiş, eyni zamanda apellyasiya instansiyası məhkəməsi də bununla bağlı konkret mövqeyini öz qətnaməsində əks etdirmişdir.

31. Ekspertiza mərkəzinin rəyi ilə müəyyən edilmiş qiymətin əmlakın bazar və likvid dəyərini əks etdirməməsinə və əsassız olaraq həddindən yüksək şişirdirilməsinə dair dəlillərlə əlaqədar qeyd olunur ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlə rinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla, məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Baxılan işdə isə belə hallar mövcud deyildir.

32. O da qeyd olunmalıdır ki, məhkəmə tərəfindən təyin edilmiş son ekspertiza rəyindəki qiymətlərlə razılaşmayan iddiaçı tərəfin öz mövqeyni daha tutarlı dəlillərlə əsaslandırmaq üçün özü tərəfindən alınmış alternativ mütəxəssis rəyinə istinad etməsi də iş materiallarından görünmür.

33. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, MPM-in 217.1-ci maddəsinə (ba x § 23) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

34. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin 2024-cü il 20 noyabr tarixli 2-2(104)-224/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin 2024-cü il 20 noyabr tarixli, 2-2(104)-224/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar