Məhkəmə qərarları › İş №2-2(102)-256/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-256/2025

29.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-256/2025 29.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddia qaldırmaq üçün subyektiv hüququn olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X2 məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 ASC və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1nə qarşı “pulun tutulması” tələbinə dair kommersiya işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 sentyabr ta rixli 2-2(104)-188/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Cavabdeh2 ASC ilə "xxxx" MMC arasında 2012-ci il 6 mart tarixli 01 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən "xxxx" MMC-yə 24 ay müddətinə 38.100 ABŞ dolları məbləğinə kredit verilmişdir.

2. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ASC ilə X8 arasında 2012-ci il 6 mart tarixli 01 nömrəli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, V.Hüseynova məxsus Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi, 5-ci dalanda yerləşən 9A nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.

3. Həmçinin, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ASC ilə X8 arasında 2012-ci il 6 mart tarix li 01 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, V.Hüseynov kredit müqaviləsi üzrə öhdəlik tam yerinə yetirilənədək zamin durmuş və borcalan ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

4. Cavabdeh2 ASC ilə “X8 arasında 2013-cü il 30 aprel tarixli 449 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən V.Hüseynova 24 ay müddətinə 20.000 manat məbləğə dair kredit verilmişdir.

5. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ASC ilə X8 arasında 2013-cü il 30 aprel tarixli 449 nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, V.Hüseynova məxsus Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi, 5-ci dalanda yerləşən 9A nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.

6. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2014-cü il 27 may tarixli 2(044)975/2014 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X3 Cavabdeh2 ASC-nin xeyrinə 18.100 ABŞ dolları əsas borc, 3.635,28 ABŞ dolları faiz borcu, ümumilikdə isə 21.735,28 ABŞ dolları məbləğində borc, qətnamə icra edilən günə manata məzənnəsi üzrə və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, bildirişin qeydiyyatı üzrə 32 manat, həmçinin 2013-cü il 30 aprel tarixli kredit müqaviləsi üzrə 20.000 manat əsas, 3.769,97 manat faiz borcu, ümumilikdə 23.769,97 manat məbləğində kredit borcu, iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumu və bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı ödənilmiş 32 manat tutulması, tutmanın kredit üzrə öhdəliklərin təminatı kimi cavabdeh V.Hüseynova məxsus Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi 5ci dalan ev 9A-a yönəldilsin, həmin ev açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılaraq, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 21.735,28 ABŞ dolları məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 32 manat qeydiyyatla bağlı ödəniş, həmçinin 23.769,97 manat məbləğində kredit borcu, iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumu və bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı ödənilmiş 32 manat məbləğində pulun ödənilməsinin təmin edilməsi, qalan vəsaitin isə V.Hüseynova qaytarılması, yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra X8, İddiaçı, X1 və X4 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə yaşayış evindən məcburi qaydada çıxarılması və iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

7. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2022-ci il 17 mart tarixli 2(044)-433/2022 nömrəli qətnaməsi ilə iddiaçı X5 cavabdehlər Cavabdeh1nə, "xxxx" MMC-yə və Cavabdeh2ASC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və əmlakın yenidən qiymətləndirilməsi” tələbinə dair iddianın qismən təmin edilməsi, "xxxx" MMC-nin 2021-ci il 19 noyabr tarixli 77/02 nömrəli hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh2 ASC və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1nə (bundan sonra – birlikdə “cavabdeh lər”, ayrı-ayrılıqda “ASC” və "xxxx") qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC-nin Gəncə filialının 16.974 manat borcunun və İcra İdarəsinin ev satılanda olan hərracın xərci, yəni 2.418 manat pulun hər iki cavabdehdən alınıb iddiaçıya qaytarmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci il 6 mart tarixində iddiaçı oğlu ilə birlikdə ASC-nin Gəncə filialından 30.000 AZN kredit almaq məqsədilə ipoteka müqaviləsi bağlamış, lakin bankın təşəbbüsü ilə məlumat verilmədən müqavilə 30.000 ABŞ dolları məbləğində rəsmiləşdirilmişdir. Müqavilənin valyuta ilə tərtib edildiyi yalnız bank tərəfindən məhkəməyə müraciət edilərkən - 2014-cü il 6 may tarixində məlum olmuşdur. Kreditin bütün ödənişləri bank rəhbərliyinin razılığı ilə ma natla həyata keçirilmişdir. Bu dövrdə bank tərəfindən 20.000 AZN əlavə kredit təklif olunmuş, lakin iqtisadi çətinliklər və kommunal təchizatdakı fasilələr səbəbi ilə fəaliyyət dayanmış və ödənişlərdə gecikmələr yaranmışdır. Bank 2014-cü ildə məhkəməyə müraciət etmiş, məhkəmə isə tərəflərin təqdim etdiyi sübutları araşdırmadan iddianı təmin etmiş və ipoteka predmeti olan yaşayış sahəsinin hərracla satılmasına dair qərar çıxarmışdır. Hərrac 6 il əvvəlki, hüquqi qüvvəsini itirmiş qiymətləndirmə sənədinə əsasən həyata keçirilmiş, ev qeyri-mütənasib qiymətə banka təklif edilərək satılmışdır. Nəticədə, 12 nəfərdən ibarət ailə evsiz qalmışdır. O, bankın tələb etdiyi əsas və faiz borcu üzrə bütün öhdəliklərini yerinə yetirmiş, hətta artıq ödənişlər etmişdir. Bununla belə, bank tərəfindən faizləri n qanunsuz şəkildə artırılması, qalıq borcun təqdim edilməməsi, artıq alınmış vəsaitlərin geri qaytarılmaması və bank əməliyyatlarında şəffaflığın olmaması iddianın əsasını təşkil edir. Bank tərəfindən iddiaçıdan qanunsuz olaraq tutulmuş 15.928 manat (faizlərin üzərinə faiz, müddəti keçmiş borclar, artıq hesablanmış ödənişlər, hərrac xərcləri və qaytarılmayan hissələr daxil olmaqla) və İcra İdarəsinin geri qaytarmadığı 2.418 manat məbləğində ümumilikdə 18.346 manat vəsaitin qaytarılması tələb olunur.

10. Cavabdeh ASC iddiaya etiraz etmiş və ərizə göndərərək bildirmişdir ki, iddia səlahiyyəti və hüququ olmayan şəxs tərəfindən qaldırılmışdır. Bankla İddiaçı arasında hər hansı kredit və ya ipoteka müqaviləsi bağlanmamışdır

11. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 25 iyun tarixli e-2-2(115 )-780/2024 nömrəli qətnaməsi ilə iddianın rədd olunması qət edilmişdir (hakim - R.Qələndərzadə).

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təqdim edilmiş sənədlərdən göründüyü kimi, kredit və ipoteka müqavilələri birbaşa tərəflər arasında deyil, ASC ilə iddiaçının oğlu V.Hüseynov arasında bağlanmışdır. İş materiallarında tərəflər arasında hər hansı müqavilə və ya digər öhdəlik münasibətlərinin mövcudluğunu təsdiq edən sübutlar təqdim olunmamışdır.

13. İddia ərizəsinin məzmunu və iddiaçının məhkəmə iclasında verdiyi izahatdan aydın olur ki, o, ASC-dən artıq ödənilmiş məbləğin geri qaytarılmasını tələb edir. Halbuki iş materiallarından məlum olur ki, o ASC ilə heç bir müqavilə bağlamamış və tərəflər arasında hər hansı bir müqavilə münasibətləri yaranmamışdır. Ona görə məhkəmə hesab etmişdir ki, ASC-yə qarşı hazırkı iddianı qaldırmaq üçün iddiaçının hər hansı subyektiv hüququ yoxdur.

14. Eyni zamanda, iddiaçının İcra İdarəsinə qarşı qaldırdığı iddia da əsassız hesab edilmişdir. Belə ki, iddia ərizəsində İcra İdarəsinin konkret hansı hərəkəti ilə hüquqlarının pozulduğu göstərilməmiş və iş materiallarında da belə pozuntunu təsdiq edən hallar müəyyən edilməmişdir. Nəticə etibarilə, İcra İdarəsi tərəfindən iddiaçının hüquqlarının pozulması faktı sübuta yetirilməmiş və iddiaçının bu orqana qarşı da subyektiv hüququnun olmadığı qənaətinə gəlinmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14-cü maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azər baycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 4 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 iyul tarixli Qərarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 50.1, 50.2, 50.3, 77.1, 217.1, 217.3, 217.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 sentyabr tarixli 2-2(104)-188/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – Ş.Rzaquliyev, hakimlər – İ.Həsənov və L.Süleymanov).

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, tərəflər arasında müqavilə münasibətləri mövcud olmamış, nəticə etibarilə iddiaçının məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yaranmamışdır.

19. İddiaçı qeyd olunan iddia ilə məhkəməyə müraciət etsə də, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. İddiaçı apellyasiya şikayətinin dəlillərində də qeyd etmişdir ki, o bundan əvvəl bir neçə məhkəmə prosesində iştirak etmişdir və o, həmin işlərdə cavabdeh kimi tanınmışdır. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, hazırkı iş üzrə iddiaçının oğluna məxsus evdə yaşayış sahəsindən istifadə hüququ olmuş, tələb ipoteka predmetinə yönəldiləndə digər ailə üzvləri kimi o, da işə cavabdeh qismində cəlb olunmuşdur. Onun həmin işdə cavabdeh qismində iştirak etməsi hazırda banka qarşı bu kimi iddia ərizəsi ilə müraciət etmək hüququnu istisna edir. Ona görə də kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsini iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırdığına görə apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 389.1, 389.2-ci, MPM-in 14.2, 77.1, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. MM-in 43.1, 385.1, 386, 389-cü maddələri üzrə - məhkəmə MM-in 43.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, 1994-cü il 26 iyul tarixində qeydiyyatdan keçmiş "xxxx" X6, 2007-ci il 1 fevral tarixində keçirilmiş ümumi iclas qərarı ilə "xxxx" MMC-yə çevrilmişdir. Bu MMC-nin icraçı direktoru da İddiaçı olmuşdur. Bu vəziyyətdə isə iddiaçının ("xxxx" MMC-nin icraçı direktoru olaraq) iddia qaldırmaq hüququ var idi.

23. MPM-in 9, 14.1, 14.2, 50.1, 50.2, 77.1-ci maddələri üzrə - məhkəmə həqiqətə nail olmaq üçün işi hərtərəfli, tam və obyektiv araşdırmalıdır. Lakin birinci instansiya və apellyasiya məhkəmələri iş üzrə təqdim olunmuş s übutları obyektiv və hərtərəfli qiymətləndirməmiş, yalnız kredit və ipoteka müqavilələrinin iddiaçı ilə deyil, onun oğlu V.Hüseynov ilə bağlanıldığını əsas gətirərək iddianı rədd etmişlər. Məhkəmələr yalnız formal prosessual hüquq normalarına istinad etmiş, maddi hüquq münasibətlərinin mahiyyətini araşdırmamışdır. 1994-cü il 26 iyul tarixində dövlət qeydiyyatına alınmış "xxxx" X6 2007-ci il 1 fevral tarixli qərarla "xxxx" MMC-yə çevrilmiş, İddiaçı həmin MMC-nin icraçı direktoru olmuşdur. Həmin MMC-nin təsisçiləri iddiaçı və onun iki qardaşı olmuş, sonradan təsis paylarının bir hissəsi iddiaçının oğluna keçmişdir. Kredit müqavilələri və öhdəliklər bu hüquqi şəxsin fəaliyyəti çərçivəsində yaranmış, bankla münasibətlər də faktiki olaraq müəssisə tərəfindən idarə olunmuşdur. İddiaçı həm müəssi sənin təsisçisi, həm də faktiki rəhbəri kimi borcun ödənilməsində şəxsən iştirak etmiş və banka ödənişlər etmişdir. İddiaçı bankın tələb etdiyi borc məbləğinin böyük hissəsini öz təqaüdü və şəxsi vəsaiti hesabına ödəmiş, 100.000 manat dəyərində obyektini 40.000 manata sataraq bank borcunu ödəmişdir. Buna görə də, artıq ödənilmiş məbləğin tələb edilməsi hüququ birbaşa iddiaçıya məxsusdur. MPM-in 50.2-ci maddəsinə əsasən, başqasının mənafeyi naminə və ya dövlət mənafeyinin müdafiəsi məqsədilə iddia qaldıran şəxslər iddiaçı statusuna malikdirlər. İddiaçı faktiki ödəniş edən şəxs kimi, banka qarşı artıq ödənilmiş məbləğin geri qaytarılması tələbi ilə iddia qaldırmaq hüququna malikdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kas sasiya baxışının hədləri

25. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

43. Hüquqi şəxs anlayışı və onun növləri 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququ na malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.” “Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şə xsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.”

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.” “Maddə

50. Tərəflər 50.2. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş hallarda şəxsin valideynlik hüquqlarından məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ü çün, dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər.” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 41 8.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

30. Kassasiya şikayətində istinad olunan MM-in 43.1, 385.1, 386, 389-cu maddələrinin pozulması barədə dəlillərə dair qeyd olunur ki, həmin maddələr hüquqi şəxsin anlayışı (maddə 43.1), öhdəliyin anlayışı (maddə 385.1), öhdəliklərin əmələ gəlmə əsasları (maddə 386) və müqavilə anlayışı (maddə 389) ilə bağlı məsələləri tənzimləyir.

31. Kassasiya şikayətində isə həmin maddələrin tələblərinin pozulması qeyd edilsə də, bu pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməmişdir.

32. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh ASC arasında kredit müqaviləsi bağlanılmamış dır. İddiaçının istinad etdiyi kredit müqavilələri isə cavabdeh ASC ilə "xxxx" MMC və iddiaçının oğlu Vahid Hüseynov arasında bağlanmışdır. Ona görə də, iddiaçının məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yaranmamışdır.

33. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə istinad etdiyi maddi və prosessual hüquq normalarına uyğundur.

34. Belə ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

35. Bununla bağlı kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrində n istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

36. Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”.

37. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı istinad etdiyi kredit müqavilələri üzrə tərəf olmadığından və ona görə də, həmin kredit müqavilələrindən yaranan hüquq münasibətlərinin subyekti hesab edilmədiyindən, habelə həmin kredit müqavilələri üzrə borcun tutulmasına dair məhkəmə qətnaməsinin icrası ilə bağlı icra işində pul vəsaitini ödəməli olan şəxs kimi borclu olmadığından onun həmin kredit müqavilələri üzrə artıq ödənişlərin edilməsinə istinad edərək hazırkı iddianı irəli sürməyə subyektiv hüququ yoxdur.

38. Kassasiya şikayətində istinad edilən hallara dair qeyd edilir ki, iddiaçının "xxxx" MMC-nin təsisçisi və icraçı direktoru olması onun subyektiv hüquqa malik olması anlamına gəlmir.

39. Belə ki, hüquqi şəxsin bağladığı əqdin tərəfi kimi onun təsisçiləri və ya icra orqanı deyil, hüquqi şəxs özü çıxış edir və həmin əqd əsasında əldə olunan hüquqlar, vəzifələr və öhdəliklər də hüquqi şəxsə aid edilir (MM-in 43.1-ci maddəsi).

40. İddiaçının istinad etdiyi kredit müqavilələri üzrə ödənişlər etməsi də mübahisənin həlli baxımından əhəmiyyət daşımır. Çünki həmin ödənişlər iddiaçının öhdəlikləri üzrə deyil, kredit müqaviləsi üzrə borcalan olan şəxslərin ("xxxx" MMC və Vahid Hüseynov) öhdəlikləri üzrə edilmişdir. Ona görə də, həmin ödənişlərlə bağlı iddia irəli sürmək hüququ da həmin şəxslərə məxsusdur.

41. İddiaçının MPM-in 50.2-ci maddəsinə istinad edilməsi də əsassızdır. Belə ki, "xxxx" MMC kommersiya hüquqi şəxsi, Vahid Hüseynov isə tam fəaliyyət qabiliyyətli fiziki şəxs olduğuna görə hazırkı mübahisə üzrə həmin maddə tətbiq edilə bilməz.

42. Kassasiya şikayətində qeyd edilən MPM-in 9, 14.1, 14.2, 77.1-ci maddələrinin tələblərinin pozulması barədə dəlillər də əsassızdır.

43. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələri n işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

44. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilibedilməməsini yoxlayır.

45. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləs inin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəm əsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şi kayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

47. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edi lməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 sentyabr tarixli 2-2(104)-188/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar