Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-258/2017 20.06.2017 ALİ MƏHKƏMƏ Surəti 2-2(102)-258/2017 Azərbaycan Respublikası adından QƏRAR 20 iyun 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sarıyev Rauf Həsən oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı-nin (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “21.531,39 manat faiz borcunun və 10000 manat dəymiş mənəvi zərərin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(104)-19/2017 saylı, 10 mart 2017-ci il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə baxaraq müəyyən etdi: İddiaçı ilə cavabdeh arasında bağlanmış 30 iyun 2009-cu il tarixli podrat müqaviləsinə əsasən işin yerinə yetirilmə müddəti 01 iyul 2009-cu ildən 01 dekabr 2009-cu ilə kimi razılaşdırılmışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 10 yanvar 2012-ci il tarixli 2-2-1(84)185-2012 saylı qətnaməsi ilə iddiaçının cavabdehə qarşı 23.993 manat əsas borc, 8.832 manat dəbbə pulu, 10 000 manat mənəvi ziyanın cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehdən 23.993 manat tutularaq iddiaçını n xeyrinə ödənilməsi təmin edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 10 yanvar 2012-ci il tarixli qətnaməsi yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı tərəfindən verilmiş arayışa əsasən cavabdeh tərəfindən Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 10 yanvar 2012-ci il tarixli 2-2-1(84)185-2012 saylı qətnaməsi əsasında təmin edilmiş məbləğ son tarix 02.04.2015-ci il olmaqla tam ödənilmişdir. İddiaçı 05 iyul 2016-cı il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 21.531,39 manat faiz borcunun və ödəməli pulu müxtəlif bəhanələrlə gecikdirərək 10000 manat dəymiş mənəvi zərərin cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 30.06.2009-cu il tarixdə podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı tərəfindən Gəncə şəhəri Bağbanlar qəsəbəsində 45.000 manat dəyərində EATS binasının 01.12.2009-cu il tarixə kimi tikilib istifadəyə verilməsi müəyyən edilmişdir. Həmin müqavilənin 8.2-ci maddəsinin şərtlərinə əsasən vaxtında ödənilməmiş 23.993 manat borca görə gecikdirilmiş hər bir gün üçün 0,05 faiz hesabı ilə 21.531,39 manat faiz borcu yaranmışdır. Cavabdeh tərəfindən 30.06.2009-cu il tarixdə podrat müqaviləsi üzrə ödənilməsi nəzərdə tutulan məbləğdən bina tikilib qurtarana kimi 21.000 manat hissə-hissə ödənilmişdir. Tərəflər arasında 25.11.2009-cu il tarixli “Obyektin qəbul komissiyası tərəfindən istismara qəbul edilməsi” aktı tərtib edilmişd ir. Komissiya üzvləri akta imza etmiş və rəhbərlik tərəfindən imzalanıb möhür ilə təsdiq edilmişdir. Ancaq 23.993 manat borc məbləğinin ödənilməsi müxtəlif bəhanələrlə gecikdirilmişdir. Cavabdehə, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, cavabdehin tabe olduğu “Aztelekom” İstehsalat Birliyinə dəfələrlə müraciət edilmiş, borcun hissə-hissə ödənilməsinə söz verilmiş, lakin borcun ödənilməsi ləngidilmişdir. Cavabdeh ilə aralarında olan 01.09.2010-cu il tarixli üzləşmə aktından da görünür ki, həqiqətən cavabdehin 25.11.2009-cu il tarixə ödənilməmiş 23.993 manat borcu qalmışdır. İddiaçı məcburiyyət qarşısında qalıb 01.12.2011-ci il tarixdə məhkəməyə müraciət etlmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2-1(84)185/2012 saylı, 10 yanvar 2012-ci il tarixli qə tnaməsinin olmasına baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti versə də, hər iki şikayət təmin edilməmiş və Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 10.01.2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdə ödənişi ödəməli olduğu halda həmin məbləği hissə-hissə 14 ay müddətində - 1946 günə ödəyərək podrat müqaviləsinin 8.2-ci maddəsinin şərtlərini pozmuşdur. Beləliklə də, cavabdehin 21.531,39 manat faiz borcu yaranmış və iddiaçıya 10.000 manatdan çox mənəvi zərər vurmuşdur. İddianın maddi hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 759, Mülki Prosessual Məcəllənin 4, 149, 150, 151-ci maddələrinə istinad edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-2(83)-1372/2016 saylı iş) 22 dekabr 2016cı il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 10 mart 2017-ci il tarixli qətnaməsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli qətnaməsi iddianın – 12.699,39 manat faiz borcunun tutulmasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasına daxil olmamışdır. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X8məruzəçi, X5 və X3, 2-2(104)-19/2017 saylı iş) 10 mart 2017-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli qətnaməsi iddianın - 8832 manat faiz borcu və 10000 manat mənəvi ziyan tələbinin təmin edilməmiş hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Qərardad obyektiv həqiqəti əks etdirmir. Məhkəmə şikayət üzrə araşdırma apararkən təqdim edilmiş sübutları sübut kimi qiymətləndirməmişdir, Mülki Prosessual Məcəllənin 88 və 106.1-ci maddələrinin tələblərini pozmuşdur. tərəflərin izahatları: Cavabdeh Azərbaycan Respublikası Ali Məhk əməsinin İnzibati-İqtisadi kollegiyasına kassasiya şikayətinə dair etiraz göndərək şikayətin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsi qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. hüquqi məsələlər: Aşağıdakılara görə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır. İş üzrə iddia tələbi 21.531,39 manat faiz borcu və 10.000 manat mənəvi zərərin ödənilməsidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə görə həmin tələbdən 12.699,39 manat faiz borcunun tutulmasının rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu işdə qətnamədən kassasiya şikayəti verilməsinə dair məlumat yoxdur və bu hissə hazırkı kassasiyanın predmetinə aid deyil. Apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisə olunan qərardadına əsasən iddia tələbinin 21.531,39 manat faiz borcu və 10.000 manat mənəvi zərərin ödənilməsi ilə bağlı 8.832 manat faiz borcu və 10.000 manat mənəvi ziyan tələbi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və bu tələbə aid hissədə iş üzrə icraata xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi qərardadı onunla əsa slandırmışdır ki, iddia tələbinin 8.832 manat faiz borcu və 10.000 manat mənəvi ziyan hissəsi ilə bağlı əvvəllər eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş 10 yanvar 2012-ci il tarixli qətnaməsi olduğundan həmin hissədə icraata xitam verilməlidir. Birinci instansiya məhkəməsinin 16 avqust 2016-cı il tarixli qərardadından (iş 1-ci cild səh. 69-71) görünür ki, birinci instansiya məhkəməsi hazırkı mübahisə ilə bağlı icraata xitam verilməsinə dair qərardad qəbul etmiş, qərardadı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş 10 yanvar 2012-ci il tarixli qətnaməsi ilə əsaslandırmışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvədə olan 10 yanvar 2012-ci il tarixli qətnaməsi ilə iddia tələbi 23.993 manat hissədə təmin edilmiş, 8.832 manat dəbbə pulu və 10.000 manat mənəvi zərərin ödənilməsi hissəsində isə rədd edilmişdir. Birinci instansiya məhkəməsinin 16 avqust 2016-cı il tarixli qərardadından iddiaçının şikayətinə baxan Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(104)91/2016 saylı, 18 oktyabr 2016-cı il tarixli qərardadından (1-ci cild səh. 120-123) görünür ki, apellyasiya instansiyası məhkəməsi 16 avqust 2016-cı il tarixli qərardadı ləğv edərək işi mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarmışdır. Apellyasiya instansiyası məhkəməsi 18 oktyabr 2016-cı il tarixli qərardadı onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsinin əsası kimi, eyni tərəflər, eyni predmet və eyni əsa slar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarının olmasını qeyd etmişdir. Lakin işə baxan məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən məhkəmə mübahisələrində tərəflər eyni olsa da, predmet və əsaslar baxımından fərqli tələblər mövcuddur. Belə ki, mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normasının məzmununa əsasən, iş üzrə icraata xitam verilməsi özündə üç elementin olmasını şərtləndirir ki, bunlar da eyni tərəflər, eyni predmet və eyni əsaslardır. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən nəzərə almamışdır ki, əvvəlki tələbdə mübahisə məhz məhkəmə qətnaməsi ilə təmin olunan 23.993 manat pulun tutulması ilə bağlı olduğu halda, hazırkı tələb həmin borcun vaxtında ödənilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı olmuşdur. Belə olan halda h azırkı iddia tələbi qanunvericiliyin tələbi baxımından da görünür ki, fərqli əsaslara malik bir tələbdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi prosessual hüquq normalarının pozulması ilə müşayiət edilən qərardad qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli qərardadı qanuni qüvvəyə mindikdən sonra iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, artıq qanuni qüvvəyə minmiş məhkəmə qərardadı ilə hazırkı tələblə 10 yanvar 2012-ci il tarixli qətnamədə olan tələblərin fərqli tələblər olmaqla fərqli əsaslara əsaslanması təsdiq olunmuşdur. Belə olan halda, apellyasiya məhkəməsinin eyni işdə əvvəlki mövqeyindən fərqli nəticəyə gəlməsi anlaşılan deyil. Hazırda mübahisə olunan 10 ma rt 2017- ci il tarixli qərardadda da məhkəmə 18 oktyabr 2016-cı il qərardaddan fərqli nəticəyə gəlməsini əsaslandırmamışdır. Hazırkı tələbdə olan məbləğlə (8.832 manat faiz borcu və 10.000 manat mənəvi ziyan) 10 yanvar 2012-ci il tarixli qətnamədə olan məbləğ üst-üstə düşsə də, iddiaçı əvvəlki işdə cavabdehin müqavilə öhdəliyi icra etmədiyinə görə həmin məbləği tələb etsə də, hazırkı işdə iddiaçı iddiasının əsası kimi, 10 yanvar 2012-ci il tarixli qətnamənin vaxtında icra edilmədiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi MPM-in 261.0.2-ci maddəsinə qeyd edilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olun ması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Bəhs olunanlara əsasən 8.832 manat faiz borcu və 10.000 manat mənəvi ziyan tələbinə aid hissədə MPM-in 261.0.2-ci maddəsində olan şərtlər mövcud olmadığından apellyasiya instansiyası məhkəməsi həmin hissədə icraata xitam verməkdə haqlı olmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən kassasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Hazırkı mübahisə üzrə iddiaya apellyasiya instansiyası məhkəməsi tərəfindən mahiyyəti üzrə baxılmadığından və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsi mümkün olmadığından, yeni qərar qəbul edilməsi hissəsində kassasiya şikayətinin dəlilləri əsaslı sayıla və təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 416, 417.1.3, 418.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(104)-19/2017 saylı, 10 mart 2017-ci il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Hakim İmza var İmza var İmza var Rahib Nəbizadə
Məhkəmə qərarları › İş №2-2(102)-258/2017
Ali Məhkəmə Qərar — İş №2-2(102)-258/2017
20.06.2017 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver