Məhkəmə qərarları › İş №2-2(102)-258/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-258/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-258/2021 18.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi üzrə borcun tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-n in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 fevral tarixli 2-2(105)-43/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. 2014-cü il 25 iyun tarixli 2348 №-li kredit müqaviləsinə (bundan sonra müqavilə) əsasən, İddiaçı ASC (bundan sonra- ASC) Cavabdeh2 (bundan sonra- Cavabdeh2) 36 ay müddətinə illik 6 % qaytarmaq şərti ilə 15.000 manat məbləğdə kredit verməyi, borcalan isə krediti qəbul edərək həmin müqavilədə göstərilən müddətdə və qaydada müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında banka qaytarmağı öz öhdəsinə götürmüşdür. 2. 2014-cü il tarixli, Y47/2348 №-li ipoteka müqaviləsindən görünür ki, bank ilə Cavabdeh2 arasında bağlan an 2014-cü il 25 iyun tarixli 2348 №-li kredit müqaviləsinin icrasının təminatı kimi ipoteka qoyan Cavabdeh1 (bundan sonra- Cavabdeh1) xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan Xaçmaz rayonu Qaraqurtlu kəndində 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 51,2 m2 yaşayış, 221,95 m2 köməkçi sahəsindən ibarət 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq dövlət orqanlarında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürmüşdür. 3. 2014-cü il 25 iyun tarixli 2348 №-li kredit müqaviləsinə əlavədən görünür ki, Cavabdeh2 15.000 manat məbləğdə krediti 2014-cü il 25 iyul tarixdən etibarən 36 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı L əğv prosesində olan ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC ilə Cavabdeh2 arasında bağlanmış 2014-cü il 25 iyun tarixli, 2348 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 36 (otuz altı) ay müddətinə, illik 6% (altı faiz) ödənilmək şərtilə 15.000 (on beş min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 ilə həmin tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Xaçmaz rayonu, Qaraqurtlu kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 51,2 m2 yaşayış, 221, 95 m2 köməkçi sahəsindən ibarət 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda onun Banka ödənilməmiş 10.640 manat əsas, 1.845,47 manat faiz, 1.345,96 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445. 7-ci maddəsinə uyğun olaraq) hesablanmış 1.598,40 manat məbləğ olmaqla, cəmi 15.429,83 (on beş min dörd yüz iyirmi doqquz manat, 83 qəpik) manat borcu mövcuddur. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən Cavabdeh2 10.640 manat əsas, 1.845,47 manat faiz, 1.345,96 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 1.598,40 manat məbləğ olmaqla, cəmi 15.429,83 (on beş min dörd yüz iyirmi doqquz manat, 83 qəpik) manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan ASC-nin xeyrinə ödənilməsi; ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus məxsus Xaçmaz rayonu, Qaraqurtlu kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 51,2 m2 yaşayış, 221,95 m2 köməkçi sahəsindən ibarət 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh2 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutularaq Ləğv prosesində olan ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir

6. Sumqayıt Kommersiya Məhkəməsinin 2020-ci il 2 noyabr tarixli, e-2-2(119)572/2020 saylı qətnaməsi ilə iddia təmin olunmamışdır (hakim X.Tağıyev).

7. Məhkəmə hesab etmişdir, müqavilə öhdəlikləri üzrə 3 illik iddia müddəti keçdiyinə görə iddia müddəti tətbiq edilməklə, eyni zamanda, iddiaçı kredit müqaviləsində göstərilən 15.000 manat məbləğində pulun Cavabdeh2aya verilməsini məhkəmədə sübuta yetirə bilmədiyinə görə iddia tələbi əsas kredit borcunun, faiz və cərimə borclarının, eləcə də müqavilə müddəti bitdikdən sonra hesablanmış məbləğin tutulması hissəsində əsassız olduğu üçün təmin edilməməlidir. İddia tələbi kredit borcu ilə bağlı hissədə təmin edilmədiyi üçün tutmanın ipotekaya yönəldilməsi ilə bağlı hissədə də təmin edilməməlidiur. Bununla da, iddia bütövlükdə rədd olunmalıdır.

8. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 427.2, 427.3, 442, 448.1, 448.2, 373.2, 377.2, 375.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin (bundan sonra – MPM) 14.2, 77, 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

9. Həmin qətnamədən iddiaçı bank apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinivə iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apelyasiya Məhkəməsinin 2021-ci il 16 fevral tarixli 2-2(105)-43/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-572/2020 saylı, 2020-ci il 2 noyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən –F.Məmmədov, hakimlər – Z.Məmmədov və H.Babayeva).

11. Apellyasiya məhkəməsi birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilə də müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Belə ki, iş materiallarından göründüyü kimi 2014-cü il 10 iyul tarixli kredit müqaviləsi 36 ay müddətinə bağlanmışdır. Müqavilənin müddəti 2017-ci il 10 iyul tarixində bitmişdir. İddia müddətinin axımı 2017-ci il 11 iyul tarixindən başlamışdır. İddiaçı ləğv prosesində olan ASC iddia ərizəsi ilə məhkəməyə 2020-ci il 27 avqust tarixdə müraciət etmişdir. İddiaçı tərəfindən iddia müddətinin axımının dayandırılmasına və ya iddia müddətinin ötürülməməsinə səbəb olan sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin cavabdeh tərəfin ərizəsi əsasında iddia müddətini tətbiq edərək iddia tələbini təmin etməməsi əsaslı olmuşdur.

12. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 373.2, 377.1, 375.2, 376, 399-cu maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

14. Apellyasiya instansiya məhkəməsi məhkəmə iş üzrə qətnamə çıxararkən cavabdeh tərəfindən məhkəməyə təqdim olunan iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq sözügedən kredit müqaviləsi üzrə iddia müddətinin axımı müqavilənin icra müddətinin bitdiyi 2017-ci il 25 iyun tarixdən hesablanması və iddia tələbimizin rədd edilməsi düzgün deyil. Çünki hakim işin tam və obyektiv araşdırılması üçün iddiaçının iddia müddəti ilə bağlı ərizəyə mövqeyini öyrənməli idi.

15. Belə ki, həmin dövr ərzində ölkədə və dünyada baş verən COVİD-19 koronavirusun pandemiyası nəticəsində Azərbaycan Respublikasında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejimi tətbiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin tətbiq edilməsinə dair 2020-ci il 13 mart tarixli qərarına əsasən karantin rejimi tətbiq edilmiş və əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı qərarının 2 nömrəli əlavəsinə əsasən, Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondu məlumatları işəgö türən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra hərəkətinə yol verilən dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin siyahısında yer almışdır. Buna görə də bankın yalnız bir əməkdaşının adı “icaze.e-gov.az” portalına daxil edilirdi. İcraatımızda olan iş sayı da çox olduğuna görə iddia müddəti ötürülmüşdür.

16. Həmçinin məhkəmə qətnamə qəbul edərkən Konstitusiya Məhkəməsinin Plenumunun 2013-cü il 3 iyun tarixli, 2014-cü il 24 dekabr tarixli və 2008-ci il 8 may tarixli qərarların tələblərini nəzərə almamışdır. c) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı tərəf etiraz təqdim etməmişdir. d) Məhkəmə icraatı iştirakçısının izahatı

17. İddiaçının vəkili Vəkil kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

18. Cavabdehlər məhkəmə kollegiyasının iclasında vəkillə birgə iştirak etmədiyinə görə məhkəmə iclası tərəflərin iştirakı olmadan keçirilmişdir.

19. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.

20. Məhkəmə kollegiyası cavabdehlərin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KAS SASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. İş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi ü çün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....”. Maddə

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tut ursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....”. Maddə

373. İddia müddətləri “.... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir......” Maddə

375. İddia müddətinin tətbiqi “...... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır......” Maddə

376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddə ti keçir. Maddə

377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.......” Maddə

399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4. Müqavilənin qüvvədə olma müd dətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03.06.2013-cü il tarixli qərarı İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021- ci il 16 fevral tarixli, 2-2(105)-43/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edi lməməlidir.

25. İddiaçının kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə qətnamə çıxararkən cavabdeh tərəfindən məhkəməyə təqdim olunan iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq sözügedən kredit müqaviləsi üzrə iddia müddətinin axımını müqavilənin icra müddətinin bitdiyi 2017-ci il 25 iyun tarixdən hesablaması və iddia tələbinin rədd etməsi düzgün deyil. Çünki həmin məhkəmə işin tam və obyektiv araşdırılması üçün iddiaçının iddia müddəti ilə bağlı ərizəyə mövqeyini öyrənməli idi.

26. Kassasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edilməlidir ki, iş materiallarına əsasən 2014-cü il 25 iyun tarixli, 2348 №-li kredit müqaviləsi 3 il müddətinə bağlanmış, 2014-cü il 25 iyun tarixli 2348№-li kredit müqaviləsinə əlavəyə görə, müqavi lə üzrə ödənişlər 2017-ci il 25 iyun tarixdə bitməli idi. İddiaçının iddia ərizəsi məhkəməyə 27.08.2020- ci il tarixdə, yəni müqavilə üzrə müddətin bitməsindən 3 (üç) ildən artıq müddət keçdikdən sonra təqdim edilmişdir.

27. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırkı mübahisə tərəflər arasında müqavilə münasibətlərindən (kredit müqaviləsi) irəli gəldiyindən və iddiaçı tərəfindən iddia müddətinin axımının dayandırılmasına və ya iddia müddətinin ötürülməməsinə səbəb olan sübutlar məhkəməyə təqdim edilmədiyindən, cavabdeh tərəfin ərizəsi əsasında birinci instansiya məhkəməsinin iddia müddətini tətbiq edərək iddia tələbini təmin etməməsi əsaslı olmuşdur. Apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində bununla bağlı qeyd edilən dəlillərini əsassız hesab edir.

28. Məhkəmə kollegiyası, qanunvericiliklə müqavilə öhdəlikləri üzrə iddia müddətinin 3 il müəyyən edildiyini, iddiaçının isə müvafiq tələblə məhkəməyə 3 ildən artıq vaxt keçdikdən sonra, iddia müddəti ötürülməklə müraciət etdiyini nəzərə alaraq, kassasiya şikayətinin məhkəmənin cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində və iddia müddətinin ötürülməsinə istinad etməklə iddiaçının pozulmuş hüquqlarının məhkəmə müdafiəsini həyata keçirməməsi barədə dəlillərinə tənqidi yanaşır.

29. İddiaçı hazırkı iş üzrə qanunla müəyyən edilmiş üç illik iddia müddətinin üzrlü səbəblərdən ötürüldüyünə dair işə baxan məhkəmələrə hər hansı sübut təqdim etmədiyindən, bu barədə kassasiya şikayətinin dəlili əsaslı hesab edilm ir.

30. Belə ki, iddia tələbi üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddətinin üzrsüz səbəblərdən keçməsi iddia tələbini rədd etmək üçün müstəqil əsas olduğundan, işin digər hallarının əlavə qiymətləndirilməsinə hər hansı prosessual zərurət yoxdur.

31. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 fevral tarixli, 2-2(105)-43/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, m əhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 fevral tarixli, 2-2(105)-43/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar