Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-258/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: göstərilmiş stansiya xidmətlərinə görə borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “göstərilmiş stansiya xidmətlərinə görə borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 dekabr tarixli 2-2(103)1076/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2015-ci il 27 noyabr tarixli 09 nömrəli komissiya müqaviləsinə əsasən komisyonçu – “SOCAR Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi komitent – SOCAR “Azərikimya” İB-nin tapşırığı ilə öz adından, lakin komitentin hesabına komitentin istehsal etdiyi və müqavilənin qoşmalarında göstərilmiş məhsulların ölkə xaricində və daxilində 3-cü şəxslərə satmağı və bununla bağlı zəruri əməliyyatlar aparmağı, komitent isə komissyonçunun bilavasitə müqavilə ilə əlaqədar çəkdiyi bütün xərclərini və komisyon muzdunu müqaviləyə uyğun ödəməyi öhdəsinə götürür. 2. 2016-cı il 1 aprel tarixli AG001/16 nömrəli “Dəmiryol vaqonlarının icarə müqaviləsi”nin surətindən görünür ki, icarədar – Cavabdeh MMC dəmir yol daşımaları üçün “Dəmiryol vaqonları” adlanacaq neft məhsulları üçün 40 ədəd dəmiryol sisternini təhvil verməyi, icarəçi – “Action Group SA FZE” isə həmin məhsulları qəbul etməyi öhdəsinə götürmüş, dəmiryol vaqonlarının siyahısının təhvil-təslim aktında göstərilməsi qeyd olunmuşdur. 3. 2016-cı il 1 aprel tarixli AG001/16 nömrəli “Dəmiryol vaqonlarının icarə müqaviləsi”nin surətindən görünür ki, icarədar – “Action Group SA FZE” dəmir yol daşımaları üçün “Dəmiryol vaqonları” adlanacaq neft məhsulları üçün 40 ədəd dəmiryol sisternini təhvil verməyi, icarəçi – "xxxx" DMMC isə həmin məhsulları qəbul eməyi öhdəsinə götürmüş, dəmiryol vaqonlarının siyahısının təhvil-təslim aktında göstərilməsi qeyd olunmuşdur.
4. SOCAR Marketinq və İqtisadi Əməliyyatlar İdarə sinin 2022-ci il 12 avqust tarixli məktubuna əsasən onunla "xxxx" şirkəti arasında hər hansı müqavilə bağlanmamışdır. 5. “Azərikimya” İB-nin 2022-ci il 15 avqust tarixli məktubuna əsasən onunla "xxxx" şirkəti arasında hər hansı müqavilə bağlanmamışdır.
6. EBBP seriyalı, 707899 nömrəli, 2022-ci il 17 yanvar tarixli elektron qaiməyə əsasən 36.580 manat, EBBR seriyalı, 221896 nömrəli, 2022-ci il 14 fevral tarixli elektron qaiməyə əsasən 36.580 manat, EBBS seriyalı, 998325 nömrəli, 2022-ci il 16 mart tarixli elektron qaiməyə əsasən 33.040 manat, EBBO seriyalı, 421733 nömrəli, 2021-ci il 20 dekabr tarixli elektron qaiməyə əsasən 15.576 manat, EBBN seriyalı, 668614 nömrəli, 2021-ci il 7 dekabr tarixli elektron qaiməyə əsasən 19.824 manat, EBBM seriyalı, 597338 nömrəli, 2021-ci il 18 noyabr tarix li elektron qaiməyə əsasən 16.095,2 manat, EBBL seriyalı, 896704 nömrəli, 2021-ci il 4 noyabr tarixli elektron qaiməyə əsasən 20.484,8 manat, EBBK seriyalı, 900804 nömrəli, 2021-ci il 18 oktyabr tarixli elektron qaiməyə əsasən 35.400 manat, EBBJ seriyalı, 432404 nömrəli, 2021-ci il 21 sentyabr tarixli elektron qaiməyə əsasən 36.580 manat, EBBG seriyalı, 434246 nömrəli, 2021-ci il 16 avqust tarixli elektron qaiməyə əsasən 36.580 manat, EBBF seriyalı, 011554 nömrəli, 2021-ci il 16 iyul tarixli elektron qaiməyə əsasən 15.576 manat, EBBE seriyalı, 549085 nömrəli, 2021-ci il 8 iyul tarixli elektron qaiməyə əsasən 19.824 manat, EBBD seriyalı, 368600 nömrəli, 2021-ci il 16 iyun tarixli elektron qaiməyə əsasən 36.580 manat, EBBP seriyalı, 711151 nömrəli, 2021-ci il 17 may tarixli elektron qaiməyə əsasən 35.400 manat dəyərində xidmətlər "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə göstərilmişdir.
7. Forma FDU-92 arayışlarından görünür ki, Cavabdeh MMC-yə ümumilikdə 1.138.841,6 manat dəyərində xidmətlər göstərilmişdir. 8. 2020-ci il 1 yanvar – 2022-ci il 1 fevral tarixləri ərzində "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə 2022-ci il 1 aprel tarixli arayışdan görünür ki, QSC cəmi 1.670.057,17 manat yığım məbləğləri hesablamışdır. Həmin yığım məbləğləri əsasən boş vaqonun (özəl və icarədə olan) dayanmasına və ADDY-na məxsus vaqonun istifadəsinə görə hesablanmışdır.
9. Cavabdeh MMC "xxxx" QSC-yə 2020-ci il 7 dekabr tarixli məktub ünvanlayaraq, MMC-yə məxsus çən-vaqonların mümkün qədər tez müddətdə təmir edilərək, şirkətin istifadəsinə verilməsini xahiş etmişdir. 10. "xxxx" QSC həmin məktuba cavab olaraq Cavabdeh MMC-yə 2020-ci il 28 dekabr tarixli məktub ünvanlamış, çən-vaqonların təmir edilərək şirkətin istifadəsinə verilməsi ilə bağlı məsələyə heç bir münasibət bildirməmiş, yalnız borc öhdəliyi ilə bağlı sənədlərə istinad etmişdir.
11. Cavabdeh MMC "xxxx" QSC-yə 2021-ci il 21 iyun tarixli məktub ünvanlayaraq bildirmişdir ki:... “Sizə daha öncəki müraciətlərimizdə də bildirdiyimiz kimi, şirkətimizə məxsus 40 ədəd çən-vaqon artıq uzun müddətdir ki, depo təmiri edilmədiyinə görə istifadəsiz qalmaqda və bu da azmış kimi "xxxx" QSC tərəfindən şirkətimizdən asılı olmayan səbəblərdən istifadəsiz qalmış çən-vaqonların dayanmasına görə şirkətimizə qarşı cərimə iddiası irəli sürülməsinə alət ol maqdadır. Bütün yuxarıda deyilənləri nəzərə alaraq, "xxxx" QSC və şirkətimiz arasında çənvaqonların təmir edilməsinə dair müvafiq müqavilənin bağlanması və şirkətimiz tərəfindən təmirlə əlaqədar xərclər ödəndikdən sonra şirkətimizə məxsus çən-vaqonların mümkün qədər tez bir müddətdə təmir edilərək şirkətimizin istifadəsinə verilməsinə dair aidiyyatı instansiyalara göstəriş vermənizi, eləcə də yaranmış vəziyyətdən çıxış yollarının müəyyənləşdirilməsi məqsədi ilə şirkətimiz və müvafiq olaraq "xxxx" QSC-nin səlahiyyətli nümayəndələri arasında görüşün təşkil edilməsinə köməklik göstərmənizi Sizdən xahiş edirik”.
12. Həmin məktuba cavab olaraq "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 2021-ci il 26 iyul tarixli məktubda qeyd edilmişdir ki: “Bildiririk ki, ADY-nin stansiya yollarında şi rkətinizə aid yalnız 25 ədəd çən vaqonu yerləşir və onlardan 14 ədədi Güzdək stansiyasında, 11 ədədi isə Biləcəri stansiyasında boş dayanmışdır (vaqon nömrələri və stansiyalara daxilolma tarixləri əlavə olunur). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010cu il 15 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Dəmir Yolları" QSC-nin Nizamnaməsi”nin 3.2.7-ci, 3.2.28-ci və 3.2.29-cu yarımbəndlərinə əsasən dəmir yolunda vahid texniki normativlərin və tələblərin tətbiq edilməsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq yük və sərnişin daşımalarına dair razılaşdırılmış tariflərin müəyyən edilmiş qaydada tətbiq edilməsi və göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə, tariflər üzrə güzəştlərin müəyyən edilməsi AD Y-nin əsas fəaliyyət istiqamətləri kimi təsbit edilmişdir. Həmçinin vaqonların planlı təmir vaxtının bitməsi ilə əlaqədar, o cümlədən müəyyən nasazlıqlar aşkar edildikdə təmirə açılması Azərbaycan Dövlət Dəmir Yolu rəisinin 2007-ci il 10 dekabr tarixli 46/S nömrəli əmri ilə təsdiq edilmiş “Vaqon müayinəçisinin təlimatı”nın 2.1.7-ci yarımbəndində göstərilən qaydada həyata keçirilir. Qeyd edirik ki, şirkətinizə məxsus vaqonların planlı təmir vaxtı bitdiyinə görə təmirin həyata keçirilməsi və istismar müddətinin uzadılması məqsədilə ADY ilə Cavabdeh MMC arasında "Vaqonların təmir edilməsi xidməti barədə” müqavilə bağlanaraq sözügedən vaqonlar təmir edilməsi üçün ADY-nin tabeçiliyində olan vaqon təmiri müəssisələrinə təqdim edilməli idi. Sözügedən çən vaqonlarından Güzdək və Biləcəri stansiyal arının ümumi istifadə yollarında boş dayanmasına görə yığım ADY-nin 2017-ci il 24 aprel tarixli 44/S nömrəli əmri ilə təsdiq olunmuş “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi qaydaları"nın 3.4-cü bəndinə əsasən tənzimlənərək ümumi istifadə yollarında özəl və ya icarədə olan boş vaqonların hər hansı səbəbdən dayanmasına görə gəldiyi gün hesab edilməklə hər vaqon/gün üçün hər oxa görə 10 manat məbləğində tutulur. “Azərbaycan Dəmir Yolları" QSC-nin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanının 3.4-cü bəndinə əsasən dəmir yolu daşımalarında, o cümlədən, beynəlxalq yükdaşımalarda göstərilən xidmətlərin tarifləri, yığımlar, habelə tariflər üzrə güzəştlər Cəmiyyət tərəfindən müəyyən edilir”. 13. “Akapella" MMC tərəfindən "xxxx" QSC-yə ünvanlanan 2021-ci il 14 iyul tarixli məktubda bildirilmişdir ki: “Şirkətimizə "xxxx" QSC tərəfindən ünvanlanmış elektron qaimə (Seriya EBBE №549085 - xx.xx.2021-ci il) ilə əlaqədar bildirmək istəyirik ki, hesablanmış cərimə (ümumi istifadə yollarında dayanmaya görə) daha əvvəl də dəfələrlə digər analoji hesablara dair bildirdiyimiz kimi, tamamən əsassızdır. Belə ki, şirkətimizə məxsus vaqonların təmir edilib dövriyyəyə buraxılmama səbəbi şirkətimizin iradəsi xaricindədir. Bizə ünvanlamış olduğunuz №71654 saylı xx.xx.2021-ci il tarixli məktubla vaqonlarımız ın təmir edilməməsində şirkətimizlə "xxxx" QSC arasında təmir müqaviləsinin olmadığı səbəb göstərilmiş və buna cavab olaraq şirkətimiz tərəfindən "xxxx" QSC-yə ünvanladığı №13/M-21 saylı xx.xx.2021-ci il tarixli məktubla sözügedən müqavilənin bağlanmasında bizə köməklik etmənizi xahiş etməmizə baxmayaraq, nəinki müqavilə imzalanmasına dair bir addım atılmış, tam əksinə şirkətimizə dayanmadan əsassız cərimələr yazılmasına davam edilməkdədir. Bu halda şirkətimizə vaqonların ümumi istifadə yollarında dayanmasına görə cərimə hesablanması tərəfimizdən qəbul edilməzdir və heç bir halda tərəfimizdən sözügedən əsassız cərimələrin ödənilməsi həyata keçirilməyəcəkdir. Sizə daha öncə də bildirdiyimiz kimi, şirkətimizin fəaliyyəti bizə məxsus çən-vaqonların təmir edilərək dövriyyəyə buraxılmaması sə bəbindən ciddi zərərlərlə üzləşməkdədir və "xxxx" QSC-nin şirkətimizin bu vəziyyətdən çıxmasına köməklik etməməsi, hətta tam əksinə daha da vəziyyəti çətinləşdirmə səyləri ümumilikdə şirkətimizin fəaliyyətinin sonlandırılmasına yönəlik bir həmlədir. Biz dəfələrlə şirkətimizə məxsus vaqonların təmir edilərək yükdaşımalara cəlb edilməsi, müvafiq olaraq şirkətinizin fəaliyyətinin dirçəlməsi və ödəniş qabiliyyətliliyinin bərpası üçün "xxxx" QSC-yə müraciət etmişik, amma cavab olaraq hər dəfə yeni əsassız cərimə tətbiqinə dair bildirişdən başqa heç bir dəstək verilməmişdir. "xxxx" QSC-nin şirkətimizə məxsus çən-vaqonları təhkim stansiyasında (Güzdək) saxlanılması əvəzinə israrla Biləcəri stansiyasında saxlayaraq əsassız cərimə tətbiq etmə cəhdi bir daha yaranmış problemin həlli deyil, bilavasit ə süni olaraq qabardılması istiqamətində atılan addımdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq şirkətimizə qarşı sərgilənən açıq aydın qərəzli yanaşmanın sonlandırılması, şirkətimiz tərəfindən "xxxx" QSCnin ünvanına göndərilən məktubların cavablandırılması və eyni zamanda əsassız olaraq şirkətimizə hesablanmış cərimələrin ləğv edilməsinə dair aidiyyatı instansiyalara göstəriş vermənizi Sizdən xahiş edirik”.
14. Həmin məktuba cavab olaraq "xxxx" QSC tərəfindən “Akapella" MMC-yə ünvanlanan 2021-ci il 23 iyul tarixli məktubda bildirilmişdir ki: “xx.xx.2019-cu il tarixindən etibarən Cavabdeh MMC tərəfindən Güzdək stansiyasında ona məxsus özəl vaqonların saxlanılması üçün hər hansı ümumi və qeyri-ümumi istifadəli yol icarəyə götürülməmişdir. Şirkətinizə məxsus 14 çən vaqonu Güzdək stansiyası nda xx.xx.2019-cu il tarixindən və 11 çən vaqonu Biləcəri stansiyasında xx.xx.2017-ci il tarixindən boş dayanmışdır. Vaqonların stansiya yollarında səmərəsiz dayanması ilə əlaqədar dəfələrlə müraciət etməyimizə baxmayaraq vaqonların dəmir yolundan asılı olmayan səbəblərdən gözləməsi davam edir. Nəzərinizə çatdırırıq ki, “Azərbaycan Dəmir Yolları" QSC sədrinin xx.xx.2017-ci il tarixli 44/S nömrəli əmri ilə təsdiq olunmuş “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi qaydaları”nın 3.4 bəndinə əsasən ümumi istifadə yollarında özəl və ya icarədə olan boş vaqonların hər hansı səbəbdən dayanmasına görə yığım, gəldiyi gün hesab edilməklə hər vaqon/gün üçün hər oxa görə 10.00 manat yığım tətbiq olunur. Cavabdeh MMC-yə məxsus özəl çən vaqonların Güzdək və Biləcəri stansiya larının ümumi istifadə yollarında boş dayanmasına görə yığım tətbiq edilməkdədir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Akapella" MMC-yə məxsus özəl çən vaqonların Güzdək və Biləcəri stansiyalarının ümumi istifadə yollarında boş dayanmasına görə yığım tətbiq edilib”. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 15. "xxxx" QSC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2022-ci il 25 aprel tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 2020-ci il 1 yanvar tarixindən 2022-ci il 2 fevral tarixinə qədər cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 1.670.057,17 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1.626 manat olmaqla, ümumilikdə 1.671.683,17 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə 2020-ci il 1 yanvar tarixindən 2022-ci il 2 fevral tarixinə kimi stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, iddiaçının Güzdək və Biləcəri stansiyalarında göstərilmiş xidmətlərə (“vaqonların dalan yoluna verilib-götürülməsi”, “dalan yolundan istifadə”, “iddiaçıya məxsus vaqonun (konteynerin) istifadəsi” və s.) görə cavabdehə 1.670.057,17 manat yığım hesablanmışdır. Bununla bağlı cavabdehə 2020-ci il 12 noyabr tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir.
17. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 4 25.1-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.2.29-cu yarımbəndinə istinad edilmişdir.
18. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
19. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 6 iyun tarixli qərardadı ilə cavabdehin vəsatəti təmin edilərək, “Azərikimya” İB mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (bundan sonra – “üçüncü şəxs”) qismində cəlb edilmişdir (hakim – F.Qasımov).
20. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 18 avqust tarixli e-2-2(113)-2411/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim – F.Qasımov).
21. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandı rmışdır ki, iddiaçı tərəfindən məhkəməyə iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə münasibətlərinin olması, sonuncunun iddiaçı qarşısında öz üzərinə hər hansı öhdəlik götürməsi barədə heç bir sübut təqdim olunmamışdır. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə mübahisə predmeti olan dövrdə stansiya xidmətlərinin göstərilməsini, həmin xidmətlərin nədən ibarət olmasını və həcmini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi FDU-92 formalı arayışların surətləri və debitor borclar barədə arayış iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilməklə yanaşı, xidmətlər göstərilərkən tərtib edilən ilkin sənədlər deyil, xidmətlərin göstərilməsi faktını təsdiq etmək üçün sonradan tərtib edilən hesabat xarakterli sənədlərdir.
22. Nəql iyyat Nazirliyi tərəfindən 2008-ci il 28 yanvar tarixində təsdiq edilmiş №04/S Yük və baqaj qəbul-təhvilçisinin vəzifə təlimatının 4.1.1 və 2-ci bəndlərində qeyd olunmuşdur ki, “Qeyri-ümumi istifadəli dəmir yollarının istismarı və xidməti qaydaları”nm 3cü bəndinə müvafiq olaraq yükgöndərən, yükalan vaqonların (və ya konteynerlərin) götürülməyə hazır olması barədə daşıyıcıya bildiriş verir. Belə bildirişlərin verilməsi qaydası və onların forması Nizamnamənin müvafiq maddəsinə uyğun olaraq qeyri-ümumi istifadəli dəmir yollarının istismarı, vaqonların verilməsi və götürülməsinə dair müqavilələrlə müəyyən edilir.
23. Eyni zamanda, Təlimatın 6 və 9 nömrəli əlavələri ilə müvafiq olaraq vaqonların verilməsi və götürülməsi barədə QU-45 Formalı arayışın, vaqonların verilməsi və götürülməsi cədvəlin in hazırlanması ilə bağlı QU-46 Formalı arayışın tərtib olunma qaydası göstərilmişdir.
24. Lakin, iddiaçı tərəfidnən sübut qismində yuxarıda qeyd olunan sənədlər təqdim olunmamışdır.
25. Bundan başqa, iddiaçı tərəfindən "xxxx" MMC-yə elektron qaimələr göndərilmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron sistemi tərəfindən avtomatik təsdiq edilmişdir.
26. İddiaçının nümayəndəsi öz izahatında bildirmişdir ki, elektron qaimələr üzrə xidmətlər göstərilmədiyi halda cavabdeh tərəfindən onların təsdiqlənməsindən imtina edilməli idi.
27. İddiaçının təqdim etdiyi elektron qaimələrlə bağlı məhkəmə qeyd etmişdir ki, hazırkı halda mübahisəli elektron qaimə-fakturaların əsasında xidmətlərin göstərilməsinə dair hər iki tərəfin təsdiq etdiyi xidmətlərin təhvil-təslimi barədə akt lar və ya digər ilkin sənədlər təqdim olunmadığından, həmin qaimə-fakturalar müvafiq xidmətlərin təqdim edilməsi faktının təsdiq edilməsi üçün kifayət etmir.
28. Cavabdehin iddia tələbinə etirazının əsasını sisternlərin 2016-cı ildən faktiki olaraq onun istifadəsində olmaması təşkil edir. Belə ki, ona məxsus 40 ədəd dəmiryol sisterni 2016-cı il 1 aprel tarixli AG001/16 nömrəli “Dəmiryol vaqonlarının icarə müqaviləsi”nə əsasən “Action Group SA FZE” şirkətinə, onun tərəfindən isə "xxxx" DMMC-yə icarəyə verilmişdir. Üçüncü şəxsin nümayəndəsinin məhkəməyə verdiyi izahatından görünür ki, cavabdehə məxsus sisternlərin bir qismi hazırda üçüncü şəxsdədir. Belə ki, sonuncu ilə SOCAR Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi arasında 2015-ci il 27 noyabr tarixli 09 nömrəli komissiya müqaviləsi imza lanmışdır. Lakin üçüncü şəxs və SOCAR Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məktublarında məhkəmə sorğularına cavab olaraq, "xxxx" DMMC ilə çən-vaqonların icarəsi ilə bağlı müqavilələrin mövcud olmaması qeyd edilmişdir.
29. İddianın predmetini cavabdeh tərəfindən göstərilən xidmətlərə görə ödənişlərin təmin edilməsi təşkil etdiyindən, tələb əmlakın mülkiyyətçisinə deyil, xidmətləri qəbul etmiş şəxsə qarşı yönəlməlidir. İşin hallarından göründüyü kimi cavabdehə məxsus 40 ədəd dəmiryol sisterni 2016-cı il 1 aprel tarixli AG001/16 nömrəli “Dəmiryol vaqonlarının icarə müqaviləsi”nə əsasən “Action Group SA FZE” şikətinə icarəyə verilmiş, habelə, 2016-cı il 1 aprel tarixli AG001/16 nömrəli “Dəmiryol vaqonlarının icarə müqaviləsi” ilə icarədar – “Action Group SA FZE” şirkəti tərəfindən "xxxx" DMMC-yə icarəyə verilmişdir. Hər iki müqavilənin 9-cu bəndində qeyd olunmuşdur ki, müqavilə 2016-cı il 1 aprel tarixindən qüvvəyə minir və 2016-cı il 31 dekabr tarixinə qədər qüvvədə olacaq, lakin tərəflər öz vəzifələrini tam yerinə yetirikdən sonra ləğv ediləcək. Buna görə də məhkəmə hesab etmişdir ki, xidmətlərin göstərilməsi sübuta yetirildiyi təqdirdə, həmin öhdəliklərin icrasının təmin edilməsi əmlakın həmin dövrdə faktiki istifadəçisi, yəni xidmətləri qəbul etdiyi şəxsə qarşı qaldırılmalı olduğu halda, mülkiyyətçiyə qarşı qaldırılmışdır.
30. Birinci instansiya məhkəməsi öz mövqeyini MM-in 385.1, 386.1-ci, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1, 176-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 50.3, 77.1-ci maddələri, Azərbayca n Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nın 1.2, 3.9-cu, 2021-ci il 2 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci, Nəqliyyat Nazirliyinin 2008-ci il 28 yanvar tarixdə təsdiq edilmiş №04/S Yük və baqaj qəbul-təhvilçisinin vəzifə təlimatının 4.1.1 və 2-ci bəndləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxl anmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
31. İddiaçı 2022-ci il 27 sentyabr tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
32. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 dekabr tarixli 2-2(103)-1076/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia təmin edilməmiş, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və V.Məmmədov).
33. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının bildirdiyinə görə tərəflər arasındakı münasibətlər dalan dəmir yolunda xidmətlərin göstərilməsindən ibarətdir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də hazırkı mübahisə MM-in tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
34. İddiaçı bildirir ki, o, xidmətləri göstərmiş, lakin cavabdeh həmin xidmətlərin dəyərini ona ödəməmişdir. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını MM-in 783.2-ci maddəsi təşkil edir. Lakin hazırki işdə qeyd olunan maddənin dispozisiya şərtləri mövcud deyildir. Belə ki, qeyd olunan maddədən də görünür ki, tapşırıq müqaviləsi üzrə öhdəlik ilk növbədə vəkalət alanın üzərinə düşür və o, yalnız müqavilədə nəzərdə tutulan işi icra etdikdən sonra vəkalət verənin muzd ödəmək öhdəliyi yaranır.
35. Belə ki, iddaçı yığım məbləğlərini yalnız boş vaqonların dayanmasına görə hesablamışdır.
36. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı yazışmalara (bax yuxarıda §§ 9-14) istinadən qeyd etmişdir ki, bununla belə, cavabdeh dəfələrlə iddiaçıya müraciət edərək, ona məxsus vaqonların artıq uzun müddətdir ki, depoda təmir edilmədiyinə görə istifadəsiz qaldığını bildirmiş və şirkətlər arasında çən-vaqonların təmir edilməsinə dair müvafiq müqavilənin bağlanması və şirkət tərəfindən təmirlə əlaqədar xərclər ödəndikdən sonra şirkətə məxsus çən-vaqonların mümkün qədər tez müddətdə təmir edilərək şirkətin istifadəsinə verilməsini xahiş etmiş, bu sahədə inhisarçı olan iddiaçı isə əvvəlcə buna münasibət bildirməmiş, daha sonra isə tə rəflər arasında müqavilənin bağlanmadığını əsas gətirərək, təmirdən imtina etmişdir. Halbuki bundan əvvəl cavabdeh dəfələrlə ona müqavilə bağlamaq barədə təkliflərlə çıxış etmişdir. Bu isə onu deməyə əsas verir ki, hazırda boş vaqonların dayanmasına görə tələb olunan yığım məbləğləri məhz iddiaçının özünün hərəkətsizliyi və inhisarçı orqan kimi öz funksiyalarını yerinə yetirməməsi səbəbindən yaranmışdır. Yəni iddiaçı cavabdehin ona ilk müraciətindən sonra vaqonları təmir edərək, sonuncunun istifadəsinə versəydi, hazırda boş vaqonların dayanmasına görə yığım məbləğləri də hesablanmazdı. Eyni zamanda, cavabdehin müraciətlərinə cavab olaraq iddiaçı müqavilənin bağlanmasını təklif etməmiş və bununla bağlı real hərəkətlər etməmiş, cavab məktublarında ümumiyyətlə vaqonların təmiri ilə bağlı müqa vilə bağlanılmasına istinad etməmiş, yalnız bir cavab məktubunda qeyd etmişdir ki, tərəflər arasında müqavilə bağlanaraq sözügedən vaqonlar təmir edilməsi üçün iddiaçının tabeliyində olan vaqon təmiri müəssisələrinə təqdim edilməli idi.
37. İddiaçı vaqonlara təmirin həyata keçirilməsi sahəsində inhisarçı subyekt olduğuna görə cavabdeh həmin vaqonları başqa hər hansı üçüncü şəxsə də təmir etdirə bilməzdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi də bu faktı etiraf etmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, hazırda tələb olunan vaqonların boşdayanmasına görə borc məbləğləri məhz iddiaçının öz hərəkətsizliyi ucbatından yaranmışdır. iddiaçı öz hüquqlarından sui-istifadə etmiş və boş dayanmış vaqonları təmir etmək əvəzinə, həmin vaqonların boş dayanmasına görə yığım ların tutulmasını tələb etmişdir. Bu baxımdan, iddiaçı boş vaqonların dayanmasına görə yığımların cavabdehdən tutulmasını tələb edə bilməz. Ona görə də, iddia tələbi rədd edilməlidir.
38. Birinci instansiya məhkəməsi də iddianın rədd edilməsi nəticəsinə gəlmiş, lakin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətlərini səhv qiymətləndirmişdir. Belə ki, cavabdehlə “Action Group SA FZE” şirkəti və "xxxx" DMMC arasında icarə müqaviləsinin bağlanması və cavabdehə məxsus vaqonlardan həmin hüquqi şəxslər tərəfindən istifadə edilməsi, habelə cavabdehin istinad etdiyi digər dəlillər, yəni 92 saylı sənədlərin tərtib olunmasına dair sənədlər, yol cədvəli, yol vərəqəsi, vaqonların hansı qaydada stansiyaya daxil edilməsinə dair sübutlar təqdim edilməməsi ilə bağlı dəlillər hazırkı mübahisə nin həllinə təsir etmir. Qeyd olunan icarə müqavilələrinin etibarlığı şübhə doğurmasa da, habelə cavabdehin istinad etdiyi digər dəlillər bu növ mübahisələrin həllində əsaslı olsa da, cavabdehin yuxarıda istinad olunan məktublarında həmin hallara istinad edilməmiş, yəni cavabdeh həmin məktublarda ona məxsus vaqonlardan digər şəxslərin istifadə etməsini bildirməmiş, habelə vaqonların dəmiryol stansiyasına daxil olması ilə bağlı müvafiq sənədlərin təqdim edilməsini tələb etməmişdir. Bu hallar isə təsdiq edir ki, cavabdeh həmin vaqonların kim tərəfindən istifadə edilməsi və dəmiryol stansiyasına daxil olması ilə bağlı hallara etiraz etməmiş və qəbul etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia yuxarıda göstərilən əsaslara görə rədd edilməlidir.
39. Apel lyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 5.3. 11.1, 16.1, 425.1, 425.2, 560.2, 777.1, 783.2-ci, MPM-in 13.4, 77.1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Dəmir Yolları" QSC-nin Nizamnaməsinin 3.2, 3.2.10-cu bəndlərinə istinad etməklə əsaslandırmışdır.
40. Həmin qətnamə 2022-ci il 16 dekabr tarixdə tərəflərin elektron kabinetində yerləşdirilmişdir.
41. İddiaçı tərəfindən qətnamədən 2023-cü il 24 yanvar tarixində verilmiş kassasiya şikayəti iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmadığından, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 fevral tarixli qərardadı ilə geri qaytarılmışdır.
42. İddiaçı 2023-cü il 25 fevral tarixində kassasiya şikayəti və kassasi ya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası haqqında ərizə verməklə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
43. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 mart tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş, kassasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü hesab edilərək bərpa edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
44. MM-in 385-ci maddəsi üzrə - İddiaçının Güzdək, Biləcəri stansiyalarında göstərilmiş xidmətlərə görə (boş vaqonun dayanmasına görə) cavabdehə 1.670.057,17 manat yığım hesablanmışdır. Hazırkı mübahisə ilə bağlı yazılı müqavilə mövcud olmasa da, tə rəflər arasında şifahi xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Müqaviləyə əsasən iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh tərəf xidmət müqabilində yaranmış borcunu ödəməmişdir.
45. MM-in 783.2-ci maddəsi üzrə - Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını MM-nin 783.2-ci maddəsi təşkil edir, lakin bu maddənin dispozisiya şərtləri hazırki münasibətdə mövcud deyil. Tərəflər arasında uzunmüddətli davam edən stansiya xidmətlərinin həyata keçirilməsi və bunun əvəzində xidmətin dəyərinin ödənilməsi münasibətləri mövcud olmuşdur. İddiaçı tərəfindən cavabdehə stansiya xidmətlərinin göstərildiyini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. Belə olan halda MM-in 783.2-ci maddəsinin dispozisiyasında qeyd edilmiş hal tərəflər arası nda mövcud olmuş, bunun əvəzi olaraq iddiaçı xidmət qarşılığında cavabdehdən muzdun ödənilməsini tələb etməkdə haqlıdır.
46. MPM-in 88-ci maddəsi üzrə - İddiaçı tərəfindən göndərilən 2021-ci il 8 iyun tarixli 71654 nömrəli və 2021-ci il 26 iyul tarixli 82480 nömrəli məktublarda cavabdehə onlara məxsus vaqonların planlı təmir vaxtının bitməsi, vaqonlarda nasazlıqlar aşkar edildiyi, bununla bağlı təmir işlərinin həyata keçirilməsi üçün tərəflər arasında müqavilə bağlanmalı olduğu izah edilmişdir. Bundan əlavə, 2021-ci il 26 iyul tarixli 82480 nömrəli məktubla cavabdehə izah edilmişdir ki, təmir işlərinin həyata keçirilməsi üçün onlara məxsus vaqonlar iddiaçının təmir müəssisələrinə təqdim edilməlidir. Məktublarda cavabdehə mövcud vəziyyətin yalnız onlar tərəfindən müvafiq tədbirlər görüldüyü halda aradan qaldırılmasının mümkün olduğu izah edilsə də, bu müddət ərzində cavabdeh müqavilə bağlanması və ya vaqonların təmir müəssisələrinə təqdim edilməsi ilə bağlı heç bir tədbir görməmişdir. Cavabdeh 2021-ci il 21 iyun tarixli 13/M nömrəli məktubda təmir xidmətinin göstərilməsi ilə bağlı müqavilə bağlanılması niyyətinin olduğunu bildirsə də, bununla bağlı heç bir addım atmamışdır. Vaqonların təmir xidmətlərinə cavabdehin tələbatı olduğundan müqavilə bağlanması təşəbbüsü cavabdeh tərəfindən həyata keçirilməli idi. Belə olan halda, məhkəmənin mövcud vəziyyətin məhz iddiaçının hərəkətsizliyi ucbatından yaranması, iddiaçının hüquqlarından sui-istifadə etməsi qənaəti anlaşılan deyil.
47. İddiaçı 2021-ci il 26 iyul tarixli 82480 nömrəli məktubda qeyd etmişdir ki, tərəflər arasında müqavi lə bağlanaraq sözügedən vaqonlar təmir edilməsi üçün iddiaçının tabeliyində olan vaqon təmiri müəssisələrinə təqdim edilməli idi. Məhkəmə qərarında bu hala istinad etmiş, lakin bu halla bağlı hər hansı bir fikir bildirməmiş, bu halı təkzib edən hər hansı bir əsaslandırma qeyd etməmişdir.
48. Bundan başqa, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən qəbul edilmiş 2008-ci il 28 yanvar tarixli 04/S nömrəli Yük və baqaj qəbul-təhvilçisinin vəzifə təlimatının 2.1.1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Dövlət Dəmir X1 Qaydalarının 12.11-ci bəndinə əsasən texniki xidmətə təqdim edilməyən və nasaz vaqonların yükləməyə verilməsi və onlara insanların mindirilməsi qadağandır. Buna görə də iddiaçı haqlı olaraq cavabdehə məxsus nasaz vaqonları yükləməyə buraxmamış, vaqonların təmiri üçün cavab məktubunda dəfələrlə müqavilə bağlanmasının və vaqonların cavabdeh tərəfindən təmir müəssisələrinə təhvil verilməsinin zəruri olduğunu bildirmişdir. Odur ki, iddiaçı vaqonların təmir edilməsi və ya istifadə yolundan çıxarılması üçün heç bir təşəbbüs göstərməyən cavabdehə ona məxsus nasaz vaqonların ümumi istifadəli yollarda dayanmasına görə yığımlar hesablamaqda və bu yığımların ödənilməsini tələb etməkdə haqlıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
50. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MP M-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
51. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
52. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
53. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma... 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. ” 54. “Təbii inhisarlar haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə
10. Təbii inhisar subyektlərinin vəzifələri...
3. Təbii inhisar subyektləri təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqda istehlakçılarla belə əmtəənin satışına dair müqavilə bağlamaqdan imtina edə bilməzlər....”
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır....” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
56. İddiaçı 2022-ci il 2 fevral tarixinə qədər cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 1.670.057,17 manatı cavabdehdən tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi iddianı təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi aşağı məhkəmənin qətnaməsini ləğv edərək iddianı digər əsaslarla təmin etməmişdir.
57. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh dəfələrlə iddiaçıya müraciət edərək, ona məxsus vaqonların uzun müddət depoda təmir edilmədiyinə görə istifadəsiz qaldığını bildirmiş, təmirə dair müqavilənin bağlanaraq vaqonların qısa müddətdə təmir edilməsini xahiş etmiş, bu sahədə inhisarçı olan iddiaçı isə əvvəlcə buna m ünasibət bildirməmiş, daha sonra isə tərəflər arasında müqavilənin bağlanmadığını əsas gətirərək, təmirdən imtina etmişdir. Bu isə onu deməyə əsas verir ki, hazırda boş vaqonların dayanmasına görə tələb olunan yığım məbləğləri məhz iddiaçının özünün hərəkətsizliyi və inhisarçı orqan kimi öz funksiyalarını yerinə yetirməməsi səbəbindən yaranmışdır. Eyni zamanda, cavabdehin müraciətlərinə cavab olaraq iddiaçı müqavilənin bağlanmasını təklif etməmiş, bununla bağlı real hərəkətlər etməmiş, cavab məktublarında ümumiyyətlə vaqonların təmiri ilə bağlı müqavilə bağlanılmasına istinad etməmiş, yalnız bir cavab məktubunda qeyd etmişdir ki, tərəflər arasında müqavilə bağlanaraq sözügedən vaqonlar təmir edilməsi üçün iddiaçının tabeliyində olan vaqon təmiri müəssisələrinə təqdim edilməli idi. İddiaçı vaqonlara təmirin həyata keçirilməsi sahəsində inhisarçı subyekt olduğuna görə cavabdeh həmin vaqonları başqa hər hansı üçüncü şəxsə də təmir etdirə bilməzdi.
58. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə aşağıdakı səbəblərdən razılaşmır.
59. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən məlum olur ki, cavabdeh iddiaçıya çən-vaqonların təmir edilməsinə dair təklifi ilk dəfə 2020-ci il 7 dekabr tarixli məktubla vermişdir.
60. Halbuki apellyasiya instansiyası məhkəməsinin özünün də istinad etdiyi, iş materiallarında olan iddiaçının həmin təklifə göndərdiyi 2020-ci il 28 dekabr tarixli cavab məktubundan (İ cild, i/v 171-172) məlum olur ki, artıq 2020-ci il 26 oktyabr tarixinə stansiya xidmətlərinə görə cavabdehin iddiaçıya 1.118.336,37 manat borcu mövcu d idi.
61. Göründüyü kimi, həmin borc (1.118.336,37 manat) hazırkı iddia ilə tələb olunan borcun (1.670.057,17 manat) əsas hissəsini təşkil edir.
62. Beləliklə, cavabdeh hələ vaqonların təmiri ilə bağlı iddiaçıya təklif verməmişdən əvvəl iddiaçıya artıq 1.118.336,37 manat borclu olduğu iddiaçı tərəfindən bildirilmişdir (həmin borcun həqiqətən də mövcud olub-olmamasına apellyasiya instansiyası məhkəməsinin qətnaməsində hüquqi qiymət verilməmişdir).
63. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı təbii inhisarçı olsa da, istehlakçılarla yalnız müqavilə münasibətləri əsasında işgüzar əməkdaşlıq edə bilər.
64. Belə ki, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 3-cü hissəsinə (bax yuxarıda § 54) görə, təbii inhisar subyektləri təbii inhisar sahələrinə aid o lan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqda istehlakçılarla belə əmtəənin satışına dair müqavilə bağlamaqdan imtina edə bilməzlər.
65. Həmin normanın məzmunundan anlaşıldığı kimi, ilkin olaraq məhz sahibkarlıq subyekti (hazırkı halda cavabdeh) əmtəədən (hazırkı halda vaqonların təmiri xidmətindən) yararlanmaq üçün təbii inhisarçıya (hazırkı halda iddiaçıya) konkret təkliflə müraciət etməli, təbii inhisarçı da bu təklif əsasında istehlakçı ilə müvafiq müqavilə bağlamalı və həmin əmtəəni istehlakçıya təqdim etməlidir.
66. Qeyd etmək lazımdır ki, elə ümumi qaydaya görə də, hüquqi və fiziki şəxslər arasında müqavilələr eyni qaydada bağlanılır. MM-in 405.2-ci maddəsinə (bax yuxarıda § 53) görə, müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tə rəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.
67. Hazırkı halda, yuxarıda qeyd edilənlərdən məlum olduğu kimi, cavabdeh iddiaçıya çən-vaqonların təmir edilməsinə dair təklifi (ofertanı) ilk dəfə 2020-ci il 7 dekabr tarixli məktubla vermişdir. Odur ki, tərəflər arasında təmirə dair müqavilə məhz həmin tarixdən sonra bağlanıla bilərdi.
68. Deməli, 2020-ci il 7 dekabr tarixinədək, daha doğrusu, ən azından, 2020-ci il 26 oktyabr tarixinə yarandığı bildirilən 1.118.336,37 manat borcun əmələ gəlməsi (əgər həqiqətən də iddiaçının bildirdiyi həmin borc mövcud olmuşdursa) iddiaçının özünün hərəkətsizliyi (təqsiri) ilə əlaqələndirilə bilməz.
69. Yəni cavabdeh o zaman haqlı olardı ki, iddiaçıya vaqonların təmir olunmasına dair təkliflə 2020-ci il 26 oktyabr tarixindən əvvəlki dövrl ərdə müraciət etmiş olaydı.
70. Hazırkı vəziyyətdə isə yuxarıda qeyd olunan səbəblərdən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun deyildir.
71. O da qeyd olunmalıdır ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, cavabdehə məxsus 40 ədəd dəmiryol sisternləri 2016-cı il 1 aprel tarixindən etibarən başqa hüquqi şəxslərin icarəsində olmuşdur.
72. İstisna deyildir ki, cavabdeh və ya vaqonları faktiki istifadə edən hüquqi şəxslər həmin vaqonların təmir edilməsinə dair təkliflə 1.118.336,37 manat borcun yarandığı bildirilən 2020-ci il 26 oktyabr tarixindən əvvəlki dövrlərdə də iddiaçıya müraciət etmişlər.
73. Lakin mübahisələndirilən qətnamədə işin düzgün həlli üçün mühüm əhəmiyy ət kəsb edən bu xüsusata aydınlıq gətirilməmişdir.
74. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 55) tələblərini pozmuş, nəticədə MPM-in 217.1 və 271.3-cü maddələrinə (bax yuxarıda § 55) zidd olaraq əsassız qətnamə qəbul etmişdir.
75. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 dekabr tarixli 2-2(103)-1076/2022 saylı qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.
76. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən, 1.118.336,37 manat borcun yarandığı bildirilən 2020-ci il 26 oktyabr tarixindən əvvəlki dövrlərdə mübahisəli vaqonların təmir edilməsinə dair təkliflə iddiaçıya müraciət edilib-edilməməsini aydınlaşdırmalı, əgər belə müraciətlər olamamışdırsa, tələb olunan borcun mövcud olub-olmamasına, həcminə, yaranma əsaslarına, hesablanma qaydasına hüquq qiymət verməli, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
77. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 dekabr tarixli 22(103)-1076/2022 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.