Məhkəmə qərarları › İş №2-2(102)-258/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-258/2025

29.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-258/2025 29.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusundan irəli gələn mübahisələr, real zərər, icarə haqqı tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 dekabr tarixli, 2-2(103)-11/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tər əfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) və Cavabdeh MMC (bundan sonra – cavabdeh MMC) arasında nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında Mitsubishi L200 markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili aylıq icarə haqqı 1500 manat olmaqla iddiaçı tərəfindən cavabdeh MMC-nın icarəsinə verilmişdir.

2. Həmin avtomobil xx.xx.2022-ci il tarixində cavabdeh MMC-nin işçisi X2 tərəfindən idarə edilən zaman işıq dirəyinə dəyərək qəza törədilmişdir. Qeyd edilən qəza ilə əlaqədar xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolla X2 AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətm əkdə təqsirli bilimişdir.

3. X3 xx.xx.2021-ci il tarixində cavabdeh MMC-yə işə götürülmüş, xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndi ilə xitam verilmişdir. 4. "xxxx" MMC tərəfindən tərtib edilmiş Mİ-123701 nömrəli iş kartı ilə **-FZ-*** nömrəli nəqliyyat vasitəsinin təmir və ehtiyat hissələrinin dəyişdirilməsi xərci 29758.21(ƏDV daxil) manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mitsubishi L200 markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə vurulmuş 26.000 manat maddi ziyanın, 28 yanvar 2022-ci il tarixdən 18 fevral 2022-ci tarixədək müddətində 1500 manat icarə haqqının, əl dən çıxmış fayda kimi 3750 manat maddi ziyanın, 200 manat mediasiyaya ödənilmiş rüsumun ümumilikdə 31450 manat pulun Cavabdehndən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 iyul 2021-ci il tarixli icarə müqaviləsinə əsasən Mitsubishi L200 markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili iddiaçı tərəfindən sahibkarlıq məqsədi ilə Cavabdehnə icarəyə verilmişdir. Razılaşmaya görə müqaviləni ləğv etdirmək istəyən tərəf 15 gün qabaq qarşı tərəfə məlumat verməli və müqavilə bitdikdən sonra rəsmi təhvil-təslim aktına əsasən qaytarılmalı idi. Lakin 18 fevral 2022-ci il tarixdə avtomobil cavabdeh MMC-nin əməkdaşı X1 təqsiri ucbatından qəzaya uğramış və avtomobil yararsız vəziyyətə düşmüşdür. Bu barədə qüsur aktı a lınmış və ziyanın məbləği 26.000 manat müəyyən edilmişdir. Cavabdeh MMC 28 yanvar 2022-ci il tarixdən qəza baş verən 18 fevral 2022-ci tarixə olan 20 gün müddətinin icarə haqqını da ödəməmişdir. Bundan başqa mediasiyaya müraciət edilən günədək yəni 18 fevral 2022-ci il tarixdən 12 aprel 2022-ci tarixədək olan müddətdə həmin avtmobili icarəyə verə bilmədiyindən hər ay 1500 manat icarəyə haqqı olmaqla əldən çıxmış fayda kimi 3750 manat ziyan dəymişdir. Borcun ödənilməsi üçün müraciətlər olunmuş, lakin öhdəlik cavabdeh tərəfindən icra olunmamışdır. Nəhayət 12 aprel 2022-ci il tarixdə vurulmuş ziyanın ödənilməsi məqsədilə cavabdeh MMC-yə rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmiş və borc məbləğinin 5 gün ərzində ödənilməsi tələb olunmuşdur. Sözügedən xəbərdarlıq cavabdehə müvafiq qaydada tə qdim olunmuş, lakin xəbərdarlığa heç bir münasibət bildirilməmiş, həmçinin borcun ödənilməsi təmin edilməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, bu danışıqlar heç bir fayda verməmiş və iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. 3. 20 sentyabr 2022-ci il tarixli 9/6667 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizası rəyində qeyd olunmuşdur ki, tədqiq edilən 2008-ci il buraxılışlı “Mitsubishi” markalı, 90FZ460 dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkənə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaql a təxminən 17.500 manat müəyyən edilir.

4. Bakı Kommersiya Məhkəməsinin (hakim – X4) 2022-ci il 26 oktyabr tarixli, e-22(113)-3436/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh MMC-dən “Mitsubishi L200” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə vurulmuş maddi zərərə görə 17.500 manatın, icarə haqqı kimi 1.000 manatın, 200 manat mediasiya xərcinin tutularaq, iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertiza xərci kimi 100 manatın cavabdeh MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş ekspert rəyini də əsas götürərək hesab etmişdir ki, iddiaçıya məxsus minik avtomobilinə maddi ziyan vurulması iş mat erialları ilə öz təsdiqini tapdığından, iddia tələbi 26.000 manat maddi zərərin vurulması hissəsində qismən sübuta yetirildiyindən 17.500 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

6. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında imzalanmış müqavilədə nəqliyyat vasitəsinin 1500 manata icarəyə verilməsi razılaşdırılmışdır. Ona görə də aylıq icarə haqqının 1500 manat olması nəzərə alınaraq iddianın həmin hissədə qismən təmin edilməsi və 28 yanvar 2022-ci il tarixdən 18 fevral 2022-ci tarixədək olan müddət üçün 1.000 manatın cavabdeh MMC-dən tutulması əsaslıdır.

7. Məhkəmə iddia tələbini əldən çıxmış fayda kimi 3.750 manat maddi zərərin cavabdeh MMC-dən tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdeh MMC-nin faydalandığına dair hər hansı mötəbər sübut məhkə məyə təqdim edilməmişdir. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir.

8. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 200 manat mediasiya xərci, eləcə də məhkəmə ekspertizasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat cavabehdən tutulmalıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 21.1, 21.2, 385.1, 386, 442, 443.1, 448.1, 449.1, 700.1, 1096.1, 1099.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 80, 119.1, 217.3, 217.4-cü maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair“ 09 iyul 2009-cu il tarixli qə rarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır.

10. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat 11. xx.xx.2023-cü il tarixli, 9/3157 nömrəli, ekspertiza rəyində qeyd olunmuşdur ki, tədqiq edilən 2008-ci il buraxılışlı “Mitsubishi” markalı, 90-FZ460 dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkənə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 17.500 manat müəyyən edilir. 12. xx.xx.2023-cü il tarixli, 9/7283 nömrəli, ekspertiza rəyində qeyd olunmuşdur ki, tədqiq edilən 2008-ci i l buraxılışlı “Mitsubishi” markalı, 90-FZ460 dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkənə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 17.500 manat müəyyən edilməklə həmin iş üzrə verilmiş xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli rəylərin nəticəsi təsdiq edilir. 13. xx.xx.2024-cü il tarixli, 9/9805 nömrəli ekspertiza rəyində qeyd olunmuşdur ki, tədqiq edilən 2008-ci il buraxılışlı “Mitsubishi” markalı, 90-FZ460 dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkənə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxmin ən 17.500 manat müəyyən edilməklə həmin iş üzrə verilmiş xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli rəylərin nəticəsi təsdiq edilir.

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının (hakimlər: T.Mahmudova - sədrlik edən və məruzəçi, L.Əliyeva və Z.Şirinov) 2024-cü il 28 dekabr tarixli 2-2(103)-11/2024 nömrəli qətnaməsi ilə cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)3436/2022 saylı qətnaməsi cavabdeh MMC-dən 1000 manat məbləğində icarə haqqının tutulması” hissəsində ləğv edilmiş, həmin hissədə iddia ərizəsinin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3436/2022 saylı qətnaməsinin cavabdeh MMC-dən “Mitsubishi L200” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobil inə vurulmuş maddi zərərə görə 17.500 manat məbləğində pulun tutulması” hissəsində dəyişdirilməsi, həmin hissədə maddi zərərin məbləğinin 15 500 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan cəmi 150 manat məbləğində pul vəsaitinin cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, cavabdeh MMC tərəfindən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 93 manat məbləğində dövlət rüsumunun 70 manat məbləğində hissəsinin cavabdehə aid edilməsi, 23 manat məbləğində hissəsinin iddiaçıdan cavabdeh MMC-nin xeyrinə tutulması qət edilmişdir.

15. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, təyin edilmiş ekspertizalar üzrə verilmiş xx.xx.2023-c ü il tarixli, 9/3157 nömrəli, xx.xx.2023-cü il tarixli, 9/7283 nömrəli, xx.xx.2024-cü il tarixli, 9/9805 nömrəli ekspertiza rəyləri də birinci instansiya məhkəməsində verilmiş ekspert rəyini təsdiq etmişdir. Lakin birinci instansiya məhkəməsində iştirak etməyən cavabdeh MMC-nin nümayəndəsi apellyasiya şikayətinə 2000 və 1500 manat məbləğləri özündə əks etdirən qəbzləri əlavə etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icarə haqqı 1500 manat və maddi ziyanın məbləğindən 2000 manat iddiaçıya ödənilmişdir. İddiaçı məhkəmə iclaslarında bu faktı təsdiqləmiş, lakin ödənişlərin təyinatının avans kimi müəyyən edilməsini bildirmişdir. Qeyd olunan işin müəyyən edilmiş hallarına əsasən cavabdeh MMC-dən maddi ziyanın əvəzi olaraq 17 500 manat deyil 15 500 manat məbləğində pul tutulmalı dır.

16. İddia tələbinin ikinci hissəsi ilə bağlı kollegiya qeyd etmişdir ki, 28 yanvar 2022-ci il tarixdən 18 fevral 2022-ci tarixədək olan müddət üçün 1.000 manat məbləğində pulun cavabdeh MMC tərəfindən iddiaçıya ödənildiyi işdə olan sübutlara və tərəflərin izahatlarına əsasən öz təsdiqini tapdığından iddia tələbi həmin hissədə təmin edilə bilməz.

17. Apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh MMC avtomobilə dəyən zərərin həcminin 2000 manat məbləğində qiymətləndirmiş, AZEMİS elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə internet resurslarından çıxarışlar təqdim etmişdir. Ancaq müvafiq sənədlərdə nəqliyyat vasitələrinin qeyd edilən hissələrinin orginal olduğunu təsdiq edən sübut təqdim edilməmiş, bu fakt iş material larında mövcud olan hər hansı bir sübutla da öz təsdiqini tapmamışdır. Halbuki, iş materiallarında avtomobilə dəyən zərərin 17 500 manat müəyyən edilməsi barədə ekspert rəyləri mövcuddur, ekspert rəyini təkzib edəcək hər hansı arqument və ya dəlil cavabdeh MMC tərəfindən məhkəməyə bəyan edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən AZEMİS elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə təqdim edilmiş “Mitsubishi L200” markalı nəqliyyat vasitəsinin dəyəri barəsində internet resurslarından çıxarış da ekspert rəyləri ilə eynilik təşkil edir. Öhdəliyin yaranma əsaslarından biri deliktdir və cavabdeh MMC iddiaçıya məxsus əmlaka vurduğu ziyana görə tam həcmdə mülki məsuliyyət daşıyır. Cavabdeh MMC-nin həmin məsuliyyətdən azad edilməsi ilə bağlı hər hansı əsas müəyyən edil mir. Ona görə də vurulmuş ziyanın həcmi ilə bağlı hissədə apellyasiya şikayətinin dəlilləri əsassızdır.

18. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini MM-in 324.1, 386, 390.1, 390.2, 442, 443.1, 448.1, 700.1, 1096.1, 1097, 1099.1-ci, MPM-in 107, 119.1, 372.6-cı maddələrinə istinadla əsaslandırmışdır.

19. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. MM-in 21-ci maddəsi üzrə - iş üzrə verilmiş ekspert rəyləri heç bir araşdırma aparılmadan yalnız "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktına istinadla verilmişdir. Hə min qüsur aktında isə ehtiyat hissələrinin qiymətləri şişirdilmiş şəkildə göstərilmişdir. İş üzrə verilmiş ekspert rəyləri əsassız olduğundan apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrar-təkrar ekspertizalar təyin edilsə də sonuncu dəfə Ədlliyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən rəy verilməmiş, ekspert (Kamran Dünyamalıyev) tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli məlumatda yerli internet saytlarında “Mitsubishi L200” markalı minik avtomobilin ehtiyyat hissələrinin satışına və qiymətinə dair məlumat mövcud olmadığından ekspertiza qarşısına qoyulmuş suala cavab verməyin mümkün olmadığı qeyd edilmişdir. Göründüyü kimi iş üzrə real zərər müəyyən edilməmişdir. Qeyd olunanlar məhkəmə kollegiyasının diqqətinə çatdırılsa da, məhkəmə kollegiyası bu hala əhəmiyyət verməm iş, verilmiş vəsatətləri təmin etməməklə ədalətli və obyektiv araşdırmanın aparılmasında maraqlı olmadığını göstərmişdir.

21. MPM-in 14, 77, 88, 217-ci maddələri üzrə - işə baxan əvvəlki məhkəmə tərkibləri məhz ekspert rəyinin əsaslı olmaması səbəbindən dəfələrlə ekspertiza təyin etmiş, işi obyektiv araşdırmağa çalışmışlar. Lakin hakim Təranə Mahmudova qeyd olunanların heç birini nəzərə almamışdır. Hakim öz qətnaməsində təqdim olunmuş məlumatlarda ehtiyat hissələrinin orjinal olmamasını əsas gətirərkən qəzaya uğramış avtomobilin 2007-ci ildə istehsal olunduğunu, sıradan çıxmış ehtiyat hissələrinin dəyişdirilib-dəyişdirilməməsi, həmçinin sıradan çıxmış ehtiyat hissələrinin orjinal olub-olmaması ilə bağlı iş materiallarında hər hansı bir sübutun olmadığını nəzərə almamışdır. Həmçinin məhkəmə işin obyektiv araşdırlmasında maraqlı olmadığından “Mitsubishi L200” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlıminik avtomobilinə dəymiş zərərin xx.xx.2023-cü il üçün ümumi məbləğinin 3 895 (üç min səkkiz yüz doxsan beş) manat müəyyən edilməsi barədə bu sahə üzrə ixtisalaşmış "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatını nəzərə almamış və ümumiyyətlə həmin hesabata qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmadığından, həmçinin, maddi hüquq normalarının tələbinə uyğun olmadığından, eləcə də maddi hüququn təfsiri və tətbiqində səhvə yol verildiyindən, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından MPM-in tələbləri pozulmuşdur.

22. MPM-in 387-ci maddəsi üzrə - işə baxan məhkəmə işin faktiki hallarını düzgün araşdırmadan sübutlara düzgün hüquqi qiymət vermədən işə birtərəfli və səthi yanaşmış, nəticədə qeyd olunan prosessual hüquq normasının tələblərini pozmuşdr. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız cavabdeh MMC tərəfindən mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq mübahisələndirilən hissədə yoxlanılacaqdır.

25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlə rin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Mülki işə tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəll ə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əmə ldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....” “Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin ə vəzini ödəməlidir....”

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sü butların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldı qda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası mə hkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 29. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bi ldirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

31. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uy ğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

33. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 dekabr tarixli 2-2(103)-11/2024 nömrəli qətnaməs i dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar