Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-259/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracdan satılması; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Koll egiyasının 2021-ci il 3 mart tarixli, 2-2(105)-23/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. “Vergi borcunun ödənilməsinə dair” 2019-cu il 22 iyul tarixli, **********6 nömrəli bildirişlə ümumilikdə 304.711,18 manat məbləğində borcunu könüllü olaraq ödəməsi barədə cavabdeh "xxxx" ASC-yə xəbərdarlıq edilmişdir. 2. 2019-cu il 5 avqust tarixli, **********5 saylı qərarla vergi borcuna görə cavabdeh "xxxx" ASC-nin əmlakının siyahıya alınması qərara alınmışdır.
3. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 17 sentyabr 2019-cu il tarixli, **********5 nömrəli protokoldan və ona əlavə edilmiş siyahıdan g örünür ki, cavabdehin 200.000 manat məbləğində əmlakı siyahıya alınmışdır.
4. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində hesablanmış borc məbləği dövlət büdcəsinə ödənilmədiyi halda, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 2019-cu il 20 sentyabr tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi (budan sonra mətndə iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin azaldılması barədə ərizə ilə ilə məhkəməyə müraciət edərək 49.657,53 manat məbləğində sosial sığ orta haqqı borcunun ödənilməsinin təmin edilməsi üçün 200.000 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan "xxxx" ASC vergi qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirməmiş və onun dövlət büdcəsinə borcu yaranmışdır. Cavabdeh tərəfindən borc ödənilmədiyindən vergi öhdəliklərinin təmin edilməsi üsulu kimi oun əmlakının siyahıya alınması barədə qərar qəbul edilmiş, 200.000 manat məbləğində əmlakının siyahıya alınmasına dair protokol tərtib edilmiş və əmlak siyahıya alındıqdan sonra onun ixtisaslaşdırılmış açıq hərracda satılması barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir.
7. Cavabdeh iddia ərizəsi nə qarşı etiraz təqdim edərək göstərmişdir ki, əmlakın siyahıya alınması zamanı vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş ardıcıllıq pozulmuşdur. Belə ki, müəssisənin istehsal alətləri yalnız başqa əmlak olmadıqda və yalnız inventarizasiya aparılmaqla siyahıya alına bilərdi. Lakin daşınmaz əmlakın olmasına baxmayaraq və inventarizasiya aparılmadan onun istehsal alətlərinə tələb yönəldilmişdir. Həmçinin, əmlak cavabdehin icazəsi və iştirakı olmadan siyahıya alınmışdır. Bu səbəbdən, tərtib olunmuş protokol və aktlarda müəssisənin səlahiyyətli nümayəndələrinin imzası mövcud olmamışdır. İddiaçı həmçinin siyahıya alınmış əmlaka vergi vergi borclarının da yönəldilməsi barədə ayrıca iddia qaldırmışdır. Cavabdeh hesab etmişdir ki, iddiaçı vergi orqanının vergi ödəyicisinin sosial sığorta borcunun məcburi tutulması üçün onun əmlakını siyahıya almaq, bu əmlakın açıq hərracda satılması barədə məhkəmədə iddia qaldırmaq hüququ yoxdur.
8. Sumqayıt Kommersiya Məhkəməsinin 5 oktyabr 2020-ci il tarixli, e-2-2(119)510/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim X.Tağıyev).
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, vergi qanunvericiliyinin tələblərinə görə qanunla müəyyən edilmiş vergiləri, faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Müəyyən edilmiş müddətdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Vergi ödəyicisi vergi öhdəliyini müə yyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər və vergi orqanı dövlət büdcəsinə yaranmış borcların ödənilməsinin təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Cavabdehin sosial sığorta haqqı borcu 49.657,53 manat olsa da, siyahıya alınmış əmlak 1 ədəd olduğu üçün iddianın qismən təmin edilməsi mümkün deyildir.
10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1, 16.1.1, 23.1.6, 89.1, 90.1-ci maddələrinə isti nad etməklə əsaslandırmışdır.
11. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdirlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 3 mart 2021-ci il tarixli, 2-2(105)-23/2021 saylı qətnaməsi ilə (sədrlik edən Fuad Məmmədov, hakimlər Zaur Məmmədov və Səyyad Qafari) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad etmiş və əlavə olaraq bildirmişdir ki, vergi qanunvericiliyinin vergilərin ödənilməsi qaydalarına dair göstərişləri məcburi dövlət sosial sı ğorta haqlarına münasibətdə də tətbiq olunur. Bu səbəbdən, cavabdehin iddiaçının məcburi dövlət sosial sığorta haqqına görə əmlakı siyahıya almaq və əmlakın hərracdan satılması haqqında iddia qaldırmaq hüququnun olmadığına dair dəlilləri əsassız olmuşdur.
14. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1, 16.1.1, 77.1, 89.1, 89.2, 90.1, 1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi 2021-ci il 9 mart tarixində iş üzrə tərəflərə göndərilmişdir.
16. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verməklə onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN MƏHK ƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ DƏLİLLƏRİ, a) Kassasiya şikayətinin dəlilləri
17. Vergi qanunvericiliyi vergi orqanının vergi ödəyicisinin sosial sığorta borcunun məcburi tutulması üçün onun əmlakını siyahıya almaq və əmlakın açıq hərracda satılması barədə məhkəmə qarşısında iddia qaldırmaq hüququnu nəzərdə tutmamışdır. Apellyasiya məhkəməsinin istinad etdiyi hüquq normaları vergi orqanının hüquqları ilə deyil, vergi ödəyicisinin vəzifələri ilə əlaqədar olmuşdur. Həmçinin, VM-in istinad olunan 89 və 90-cı maddələri də vergi ödəyicisinin bütün borclarının deyil, yalnız vergi borclarının ödənilməsini təmin etmək üsulunu nəzərdə tutmuşdur. Məcburi dövlət sosial sığorta haqları isə həmin maddələrlə müəyyən edilmiş üsulla deyil, vergi qanunvericiliyinin digər normaları ilə müəyyən e dilən üsullarla tutula bilər. Apellyasiya məhkəməsi vergi borcu anlayışının məcburi dövlət sosial sığorta haqqı üzrə borcları əhatə etmədiyinə əhəmiyyət verməmiş və maddi hüquq normalarını düzgün təfsir etməmişdir.
18. Vergi qanunvericiliyinin tələblərinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı hesablanmış və yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Hazırki halda isə, cavabdehə məcburi dövlət sosial sığorta borcunun könüllü ödənilməsi barədə bildiriş göndərilmədən borcun məcburi alınması üçün tələb birbaşa əmlaka yönəldilmişdir.
19. İddiaçı öz inzibati səlahiyyətlərindən sui-istifadə edərək cavabdehin bank hesa blarına sərəncam qoymuş, bu səbəbdən bank hesabında olan vəsaitlərdən məcburi dövlət sosial sığorta haqları üzrə borcun ödənilməsi mümkün olmamışdır. Cavabdehin nümayəndəsi işə birinci instansiya məhkəməsində baxılarkən vəsatətlə çıxış edərək iş üzrə icraatın cavabdehin iddiaçıya qarşı vergi borclarının uçotunun düzgün aparılmaması və ümidsiz borcların vaxtında silinməməsi nəticəsində vurulmuş maddi ziyanla bağlı inzibati icraat qaydasında iddia tələbinə baxılıb qurtana kimi dayandırılmasını xahiş etmiş, lakin məhkəmə əsassız olaraq vəsatəti təmin etməmişdir.
20. İddia qaldırıldıqdan sonra cavabdeh tələb olunan borc üzrə ödənişlər etdiyindən onun məcburi dövlət sosial sığorta borcu 49.657,53 manat təşkil etmiş və iddiaçı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə vermişdir. Lakin məhkəmə iddia edilən borcdan dəyəri 3 dəfə çox olan 200.000 manat məbləğində əmlakın açıq hərracda satılmasını qət etmişdir.
21. Məhkəmə qətnamədə iddiaçının tələb etdiyi məcburi sosial sığorta borcunun tədiyyə növü, yarandığı müddət, hansı hissəsinin əsas, hansı hissəsinin isə penya və faiz olduğunu açıqlamamış, borcun hansı əsaslarla hesablandığı və yarandığı göstərilməmişdir. Cavabdeh iddiaçı tərəfindən hesablanmış borcları inzibati qaydada mübahisələndirdiyini qeyd etməklə iş üzrə icraatın dayandırılması barədə vəsatət təqdim etsə də, məhkəmə hazırki icraatla yalnız məcburi dövlət sosial sığorta üzrə borca mübasibətdə iddia tələbinə baxılmasına istinad etməklə vəsatəti təmin etməmiş, lakin qətnamədə inzibati qaydada mübahisələndirilən penya məbləğinin də cavabdehin əmlakına yön əldilməsi qət edilmişdir.
22. Cavabdeh hesab edir ki, məhkəmənin istinad etdiyi kimi VM-in bütün normaları məcburi dövlət sosial sığorta borclarına şamil olunursa, belə olan olan halda, Məcəllənin 85.4-cü maddəsi də məcburi dövlət sosial sığorta borclarına münasibətdə tətbiq edilməli, tələb olunan borcun yaranma müddəti, onun ümidsiz borc sayılıb-sayılmaması, vaxtı keçmiş borc kimi silinməli olması məsələləri də araşdırılmalı və hüquqi qiymət verilməli idi. Belə ki, tələb olunan məcburi dövlət sosial sığorta borcu 2009-cu ildən etibarən yaranmış və iddiaçının qanunsuz hərəkətləri nəticəsində ödənilməsi mümkün olmamışdır.
23. Cavabdehin əmlakı onun icazəsi olmadan siyahıya alındığından, tərtib olunmuş protokol və aktlarda onun nümayəndələrinin imzası olmamışdır. Halbuki, vergi qanunvericili yinin tələblərinə görə əmlakın siyahıya alınması vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə həyata keçirilməlidir. Bundan başqa, siyahıya alınma zamanı qanunvericiliklə nəzərdə tutulmuş ardıcıllıq da pozulmuşdur. Belə ki, cavabdehin istehsal alətləri yalnız başqa əmlakı olmadıqda və yalnız inventarizasiya aparılmaqla siyahıya alına bilərdi. Lakin onun daşınmaz əmlakı olduğu halda, əmlakının inventarizasiyası aparılmadan istehsal alətlərinə tələb yönəldilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
24. Kassasıya şikayətində vergi orqanının məcburi sosial sığorta borcuna görə vergi ödəyicisinin əmlakının siyahıya alınması və bu əmlakın hərracdan satılması haqqında iddia qaldırmaq hüququnun VM-də nəzərdə tutulmadığı qeyd edilmişdi r. Halbuki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilmiş 9-1.1-ci maddəyə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının VM-də vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.
25. VM-nin 89-cu və 90-cı maddələrində məcburi sosial sığorta haqlarının öd ənilməsinin təmin edilməsi ilə bağlı əmlakın siyahıya alınması və ixtisaslaşdırılmış açıq hərracda satılmasına dair göstərişlərin olmamasına dair iddiaçının dəlilinə gəldikdə isə bildiririk ki, VM-nin 1.4-cü maddəsində vergilərin ödənilməsi qaydaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunması qanunda hər hansı bir istisna halı olmadan birbaşa müəyyən edilmişdir.
26. Borcun alınması ilə bağlı cavabdehə 2019-cu il 22 iyul tarixdə **********048800 nömrəli bildiriş verilərək onun muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 252.486,80 manat əsas, 52.224,38 manat məbləğində maliyyə sanksiyası üzrə borcunun 5 gün müddətində ödənilməsi, qanunla müəyyən edilmiş müdd ətdə ödənilmədikdə müvafiq bank hesablarına sərəncamların qoyulması və eləcə də digər tədbirlərin görüləcəyi ilə yanaşı, həmçinin də VM-in 89-cu maddəsinin tələblərinə uyğun olaraq cavabdehin əmlakının siyahıya alınması barədə xəbərdarlıq edilmişdir. Elektron yazışma qaydasında göndərilmiş bildiriş cavabdeh tərəfindən 2019-cu il 8 avqust tarixində oxunmuşdur.
27. Məcburi sosial sığorta borcunun könüllü ödənilməsi barəsində cavabdehə qanunla müəyyən olunmuş qaydada iddiaçı tərəfindən borc bildirişi göndərilmiş və həmin borc ödənilmədiyi təqdirdə isə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə cavabdeh xəbərdar edilmişdir.
28. Azərbaycan Respublikası MM-in 2.5-ci maddəsinə əsasən əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmamışdırsa, mülki qanunvericilik və başqa hüquq i aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibatı münasibətlərə tətbiq edilmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 24 aprel tarixli Qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə həmin Məcəllənin müddəaları tətbiq edilmir.
29. Siyahıya alınmış əmlak 1 ədəd istehsal sexi binasından ibarət olduğundan və həmin əmlak bölünməz olduğundan siyahıya alınmış əmlakın müvafiq qaydada azaldılması mümkün olmam ışdır. Həmin məsələyə məhkəmə tərəfindən baxılaraq qanuni və əsaslı qiymət verilmişdir. VM-nin 89.6-cı maddəsində göstərilən ardıcıllıq nəzərə alınmaqla cavabdehin ilkin olaraq 199.823,45 manat məbləğində borcuna görə 200.000 manat dəyərində 1 ədəd əmlakı siyahıya alınmışdır, işə məhkəmədə baxılan müddətdə həmin borc məbləğində azalma baş verdiyindən və ödənilməmiş borc qalığının 49.657,53 manat olduğu nəzərə alınaraq iddia tələbinə dəqiqləşdirmə verilmişdir. İcraat vərəqəsi məlumatına əsasən cavabdehin həmin iş üzrə ödənilməmiş borc qalığı 10.096,33 manat təşkil edir.
30. Borcun alınması ilə bağlı cavabdehə verilmiş 2019-cu il 22 iyul tarixli **********048800 nömrəli bildirişdə borcla bağlı tədiyyə növünün muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığort a haqqının olduğu, həmin borcların hansı tarixədək yarandığı göstərilmişdir.
31. Cavabdehin əmlakı siyahıya alınarkən vergi orqanının əmlakın siyahıya alınmasını həyata keçirən əməkdaşları VM-nin 89.9-cu maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya siyahıya alınma haqqında vergi orqanının rəhbərinin qərarını və özlərinin səlahiyyətlərini təsdiq edən sənədi təqdim etmiş və bundan sonra əmlakın siyahıya alınması cavabdehin nümayəndəsinin iştirakı ilə həyata keçirilərək əmlakın siyahıya alınması haqqında protokol tərtib edilmişdir.
32. Əmlakın siyahıya alınmasında iştirak edən cavabdehin nümayəndəsi X2 heç bir səbəb göstərmədən protokola imza etməkdən imtina etmişdir. Bu fakt ayrıca akt tərtib edilməklə rəsmiləşdirilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
33. İddiaçının nü mayəndəsi məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün MPM-nin 67.1-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.
34. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. (MPM-in 415.3-cü maddəsi). III.KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), ka ssasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
36. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araş dırılması kimi qiymətləndirilməməlidir. IV. TƏTBİQ EDİLƏN HÜQUQ
38. Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: (mətndə BM) müvafiq “Maddə
1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər... 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət s osial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.” “Maddə
16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək....” Maddə
23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır:... 23.1.6. müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək....” “Maddə
77. Vergi öhdəliyi 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur....” “Maddə
65. Vergilər üzrə borcların alınması qaydası 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. 65.2. Bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. 65.2.1. Vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: 65.2.1.1 vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; 65.2.1.2. vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə; 65.2.1.3. məhkəmənin müvafiq qərarı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olduqda həmin qərara uyğun olaraq; 65.2.1.4. vergi ödəyicisinin yazılı razılığı olduqda. “Maddə
89. Əmlakın siyahıya alınması 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş m üddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orq anı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bil ər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdak ı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. “Maddə
90. Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı v ergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər....”
39. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r.” V. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada hüquqi qiymtləndirmənin aparılmasını zəruri hesab edir.
41. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddianı əsaslı hesab edərək ona əsaslanmışdır ki, vergi qanunvericiliyinin vergilərin ödənilməsi qaydalarına dair müvafiq normaları, məcburi dövlət sosial sığorta haqlarına münasibətdə də tətbiq olunmalı və cavabdehin sosial sığorta haqqı üzrə borclarının ödənilməsinin təmini üçün siyahıya alınmış əmlakı açıq hərracda satılmalıdır.
42. Nəzərə alınmalıdır ki, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesa blanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının VM-də vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir (“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilmiş 9-1.1-ci maddəsi).
43. Bu səbəbdən, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində vergi orqanının məcburi sosial sığorta borcuna görə vergi ödəyicisinin əmlakının siyahıya alınması və bu əmlakın hərracdan satılması haqqında iddia qaldırmaq hüququnun VM-də nəzərdə tutulmadı ğı ilə bağlı dəlilini əsassız hesab edir.
44. Məhkəmə kollegiyası iş üzrə icraatın dayandırılmasına dair vəsatətin verilməsinə baxmayaraq, məhkəmə tərəfindən nəzərə alınmamasına dair cavabdehin kassasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd etməyi zəruri hesab edir ki, işin materiallarından cavabdehin işin icraatının dayandırılmasına dair əsaslandırılmış vəsatət verməsi və məhkəmə tərəfindən nəzərə alınmaması müəyyən edilmir.
45. Cavabdehin kassasiya şikayətində göstərilmiş digər dəlillərə münasibətdə (bax mətndə 18, 20, 22-23-cü bəndlər) qeyd edilməlidir ki, baxılan iş üzrə iddiaçı 49.657,53 manat məcburi dövlət sosial sığorta haqqı üzrə borcunun ödənilməsinin təmini üçün 200.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin iddiaçının ərizəsində həmin borcun hansı dövr üzrə yarandığı, həmin borcların ödənilməsi üçün vergi qanunvericiliyi ilə müəyyən edilmiş tədbirlərin görülməsinə baxmayaraq ödənilməsinin mümkün olmaması barədə məlumatlar göstərilməmişdir. İddianın ilkin olaraq 2019-cu ilin 05 avqust tarixinə olan borcun ödənilməsi məqsədlə qaldırılğı nəzərə alınsa, işə həmin dövrə aid şəxsi hesab vərəqələri əlavə edilməmişdir. İşg yalnız 2020-2021-ci illərə aid, müxtəlif tədiyyələr üzrə borclara dair şəxsi hesab vərəqələri əlavə edilmişdir ki, həmin sənədlərdən isə iddia olunan borcun hansı tədiyyə növü üzrə, nə zaman yarandığı müəyyən edilmir.
46. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində VM-nin 16.1, 77.1, 89..1, 89.2, 90.1-ci maddələrini sadalamaqla kifayətlənm iş, iddia olunan borcun mövcudluğunu mötəbər sübutlarla müəyyən etmədən iddianı əsaslı hesab etmişdir. Bununla da məhkəmə baxılan iş üzrə VM-nin 89-cu maddəsinin dispozisiya şərtlərinin mövcub olub-olmamasına hüquqi qiymət verməmişdir.
47. Halbuki, MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən tam hüquqlu məhkəmə kimi işə baxan apelyasiya instansiyası məhkəməsi öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq norma larının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz
48. Bundan əlavə, qeyd edilməlidir ki, VM-nin 89.6-cı maddəsi ilə əmlakın siyahıya alınmasının ardıcıllığı, ilk növbədə nağd pul vəsaitləri hesabına borcun ödənilməsi, bununla bağlı VM-nin 65-ci maddəsinə əsasən vergi orqanının ödəyiciinin cari və ya digər hesablarından borcun dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam vermək səlahiyyəti müəyyən edilmişdir.
49. İşin materiallarına cavabdehin 2019-cu il 22 iyul tarixinə 304.711,18 manat borcunun olmasına dair iddiaçının cavabdehə ünvanladığı bildirişə əlavə edilsə də, iddia olunan borcun (49.657,53 manat) ödənilməsi üçün VM-nin 65.1-ci maddəsinə müvafiq olaraq bildiriş verilməsi, eləcə də vergi orqanının VM-nin 89.6-cı maddəsində nəzərdə tutulan ardıcıllığa əməl etməsi, ödənilmədiyi təqdirdə akseptsiz qaydada cavabdehin hesabından silinməsi haqqında bank və ya digər kredit təşkilatına sərəncam verilməsi müəyyən edilmir.
50. Vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri vergi qanunvericiliyi ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VM-də vergi orqanlarına bir sıra hüquqlar verilsə də, bu hüquqların həyata keçirilməsi üçün qanunvericilik konkret qaydalar müəyyən etmişdir. Bu qaydaları isə VM-in 65, 89 və 90-cı maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 12 yanvar tarixli qərarı)
51. İddiaçının kassasiya şik ayətinə etirazından aydın olur ki, hazırda cavabdehin ödənilməmiş borc qalığı iddia olunduğu kimi 49.657,53 manat deyil, 10.096,33 manat təşkil edir.
52. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, təkrar apelyasiya baxışı işin müəyyən olunmuş hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır. 53.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfində n verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 mart tarixli 2-2(105)-23/2021 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F. Qəribov B.M.Məmmədli