Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-259/2024 12.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, kredit xətti müqaviləsi üzrə borcun hesablanması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə “borcun tutulmas ı və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 16 yanvar tarixli 2-2(107)-9/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 2014-cü il 27 yanvar tarixli 35L000001308 nömrəli uzunmüddətli kredit xətti müqaviləsinə görə, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 50.000 ABŞ dolları məbləğində 120 ay müddətinə kredit xətti açmışdır.
2. Bank ilə Cavabdeh1 arasında bağlanmış 2020-ci il 16 yanvar tarixli 35L000001308SA nömrəli “Kredit xətti müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Saziş bağl anmışdır. Həmin Sazişə əsasən 2014-cü il 27 yanvar tarixli, 35L000001308 nömrəli kredit xətti müqaviləsinə dəyişiklik və əlavə edilərək kreditin məbləği 1.000.000 ABŞ dolları, kreditin müddəti isə 191 ay müəyyən edilmişdir”. “Bank ilə cavabdeh-borcalan Cavabdeh1 arasında 2020-ci il 21 yanvar tarixli 035R********** nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalana aylıq 1,5 % dərəcəsi ilə, 24 ay müddətinə 70.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş planına görə isə, cavabdeh kredit vəsaitini hər ay 764,72 manat məbləğdən başlayaraq artan məbləğ üzrə 924 manat, 978 manat, 2.600 manat, 3.529 manat, 3.542,50 manat və sonda 27.086,35 manat olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür.
3. Kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə, kreditalan ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. 4. 2021-ci il 17 avqust tarixli 035S**********01 nömrəli (zamin Cavabdeh2) zaminlik müqaviləsinə görə, həmin müqavilə bankla borclu – Cavabdeh1 arasında bağlanmış 191 ay müddətinə 1 000 000 ABŞ dolları məbləğində kredit xətti açılması barədə 2019-cu il 27 sentyabr tarixli 025L**********47 nömrəli uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclun un öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. 5. 2021-ci il 14 avqust tarixdə bağlanmış 035M**********01 nömrəli ipoteka müqaviləsinə görə, Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Zarağan kəndində yerləşən 0.44 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 310.3 kv olan fərdi yaşayış evi 1.125.000 manat qiymətləndirilməklə ipoteka qoyulmuş, həmin müqavilə bankla Cavabdeh1 arasında bağlanmış kredit xətti açılması barədə 2014-cü il 27 yanvar tarixli 35L000001308 nömrəli uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun ö hdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır.
6. Qəbələ rayonu, Zarağan kəndində xüsusi mülkiyyətdə olan 0.44 ha torpaq sahəsi və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 310.3 kv olan fərdi yaşayış evi (tam) (yüklülüyün növü ipoteka), 2021-ci il 17 avqust tarixində bağlanmış kredit müqaviləsinə görə hüququ yüklü edilən şəxslər kimi - Cavabdeh1 tərəfindən iddiaçının xeyrinə yüklü edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı QSC (bundan sonra - “iddiaçı”) Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) və Cavabdeh2 (bundan sonra – “Cavabdeh2” ) qarşı 2023-cü il 31 iyul tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 035R********** saylı krеdit razılaşması üzrə 44.138,97 manat məbləğ ində krеdit bоrcu, 8.129,51 manat məbləğində faiz bоrcu və 33.148,59 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 85.417,07 manat məbləğində bоrcun, 400 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Zarağan kəndində xüsusi mülkiyyətdə olan 0.44 ha torpaq sahəsi və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 310.3 kv olan fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin c avabdehlərdən müştərək qaydada tutulması, Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Zarağan kəndində xüsusi mülkiyyətdə olan 0.44 ha torpaq sahəsi və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 310.3 kv.m fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evinə cavabdehlərin istifadə hüququnun itirilməsi, onların mənzildən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçı ilə bağladığı krеdit xətti müqaviləsinə əsasən (bax § 1) cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Tərəflərin imzaladıqları sazişə (bax § 2) görə, krеdit xətti müqaviləsinin müddəti və məbləği müvaf iq olaraq 191 ay və 1.000.000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Cavabdeh1 2020-ci il 21 yanvar tarixində bank ilə bağladığı krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 2022-ci il 7 fevral tarixindən Banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 25.861,03 manat ödəmiş, 44.138,97 manat məbləğində kredit borcu isə qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit bor cu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 2023-cü il 12 yanvar tarixə 339 gün üçün hesablanmış faiz borcu 8.129,51 manat təşkil etmişdir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. Belə ki, 2023-cü il 12 yanvar tarixə 339 gün üçün hеsablanmış cərimə 33.148,59 manat təşkil etmişdir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüq uquna malikdir. Bank və Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə görə, göstərilən krеdit хətti müqaviləsindən (bax § 1-5) irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və krеdit хətti müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh ipoteka qoyan və əsas borclu Cavabdeh1 və Bank arasında bağlanılmış ipoteka müqaviləsi əsasında ona məxsus torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi (bax § 6-7) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka ilə yüklülük dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh2 torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi ipoteka müqaviləsi ə sasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür.
9. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 28 avqust tarixli e-2-2(117)-861/2023 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir (hakim – M.Hüseynov).
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş 2023-cü il 26 sentyabr tarixli 9/6889 nömrəli ekspert rəyinə əsasən, 2020-ci il 21 yanvar tarixli 035R**********SA nömrəli kredit razılaşması üzrə cavabdehin 2023-cü il 5 may tarixə əsas borc üzrə 44.138,97 manat və faiz borcu üzrə isə 10.623,36 manat təşkil etmişdir. Bank tərəfindən cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məl umatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana cərimə hesablanmamışdır. 11. "xxxx" MMC-nin 2023-cü il 30 avqust tarixli ƏEM/S 04-713/23 nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsi barədə təqdim edilmiş mütəxəssis rəyinə əsasən, ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Zarağan kəndində yerləşən 0.44 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 310.3 kv olan fərdi yaşayış evinin likvid dəyəri 65.000 manat müəyyən edilmişdir. 12. "xxxx" MMC-nin 2023-cü il 24 oktyabr tarixli ƏEM/S 04-713/23 nömrəli mütəxəssis rəyində yeni təqdim edilmiş sənəd və fotolar əsasında əvvəlki qiymətin dəqiqləşdirilməsi aparılmış, fərdi yaşayış evinin qiymətləndirilməsi barədə təqdim edilmiş mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Cavabdeh1 mülkiyyəti ndə olan Qəbələ rayonu, Zarağan kəndində yerləşən 0.44 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 310.3 kv olan fərdi yaşayış evinin likvid dəyəri 112.000 manat müəyyən edilmişdir.
13. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında evin qiymətləndirilməsi ilə bağlı rəylə razı olmadığını bildirmişdir. Belə ki, rəydə evin dəyəri 81.000 manat göstərilmişdir. Bank nümayəndələri özləri isə evə ekspert rəyində göstərilənlərdən yuxarı məbləğ demişdilər. Bank nümayəndələri tərəfindən evin dəyəri 112.500 manat göstərilmişdir. Cavabdeh evin satılmasını istəmədiyini, ona məxsus torpaq sahəsi var, onu satışa qoymuşdur. Əgər satılsa borcunu ödəyə bilər. Məhkəmədən köməklik göstərilməsini xahiş etmişdir.
14. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 24 oktyabr tarixli qərardadı ilə iddia tələ binin “Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Zarağan kəndində xüsusi mülkiyyətdə olan 0,44 ha torpaq sahəsi və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 310.3 kv.m olan fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evinə Cavabdeh1 və Cavabdeh2 istifadə hüququnun itirilməsi, onların mənzildən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi” hissəsi üzrə işin icraatına xitam verilmişdir.
15. Şəki Kommersiya Məhkəməsinin e-2 2(117)-861/2023 nömrəli iş üzrə 2023-cü il 24 oktyabr tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 035R********** saylı krеdit razılaşması üzrə 44.138,97 manat məbləğində krеdit bоrcu, 8.129,51 manat məbləğində faiz bоrcu və 1.000 manat məbləğində cərimə borcu, 249,45 manat mediasiya xərci, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı tutularaq iddiaçıya ödənilməsi, borc məbləğinin Cavabdeh1 məxsus Qəbələ rayonu, Zarağan kəndində xüsusi mülkiyyətdə olan 0,44 ha torpaq sahəsi və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 310,3 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin likvid dəyərinin 112.000 manat müəyyən edilməsi və həmin əmlakın açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilməsi qət olunmuş, iddia qalan hissədə rədd edilmişdir (hakim M.Hüseynov).
16. Məhkəmə işin hallarını araşdıraraq iddia tələbinin borcun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tələbində cavabdehlərdən 44.138,97 manat məbləğində əsas kredit borcu, 8.129,51 manat məbləğində faiz borcu və 33.148,59 manat cərimə borcunun ödənilməsini tələb etmişdir.
17. Məhkəmə müvafiq əsas və faiz borcuna münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan ekspert rəyində (bax § 10) faiz borcu iddia tələbinə nisbətən artıq hesablandığından faiz borcuna münasibətdə iddia tələbi əsas götürülür. Həmçinin, kredit götürən şəxsin həmin borcun əsassızlığı ilə bağlı əks arqumenti mövcud olmadığından və borcun qeyd edilən məbləğdən az olması ilə bağlı hər hansı bir fakt olmadığından məhkəmə iddia tələbinin həmin hissədə əsaslı olması qənaətinə gəlmişdir.
18. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyində (bax § 10) cərimənin hesablanmaması ilə bağlı müvafiq cədvəlin təq dim edilməməsinə əsaslansa da, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərində (Müqavilənin 4.2.2-ci bəndində) ödəniş planı üzrə kredit və ona hesablanmış faizlər qaytarılmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimənin ödənilməsi nəzərdə tutulmuşdur.
19. Məhkəmə tərəflər arasında bağlanmış kredit razılaşmasının 4.2.2-ci bəndini, tərəflərin davranışı və əmlak mənafelərini nəzərə alınaraq cavabdehlərdən 1.000 manat cərimə borcunun tutulması qanuni, əsaslı, ədalətli və ağlabatan hesab etmişdir.
20. Bundan başqa, məhkəmə iddia tələbinin “tutmanın Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və borcun, mediasiya xərcinin, dövlət rüsumunun, ipote ka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab etmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır və bu səbəbdən də məhkəmə hesab etmişdir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini və əmlakın hərracdan satışından əldə olunan vəsaitin borcun ödənimləsinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur.
21. İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə ilkin mütəxə ssis rəyində 65.000 manat məbləğində müəyyən edilsə də, sonradan tərəflər arasında bağlanmış müqavilə şərtlərində qeyd edilən evin likvid dəyərinin 112.500 manat nəzərdə tutulduğunu nəzərə alaraq, təqdim edilmiş fərdi yaşayış evinə edilmiş yaxşılaşmaların foto və sənədləri əsasında 2023-cü il 24 oktyabr tarixində qeyd edilən ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 112.000 manat müəyyən edilmişdir. Ona görə də məhkəmə qeyd edilən ipoteka predmetinin likvid dəyərinin 112.000 manat müəyyən edilməsini tərəflərin hüquqlarına və qanuni maraqlarına uyğun hesab edir.
22. İddia tələbinin satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halında çatışmayan vəsaitin cavabdehlərdən tutulmasına dair q anunvericiliyin tənzimləməsi mövcuddur ki, hazırkı qətnamə ilə borc məbləğinin tutulması, qətnamənin sonrakı icrası ipoteka predmetinin hansı qiymətə satışından asılı olduğundan, bunlar isə icra mərhələsində həll edilməli məsələ olduğundan və məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə iddia tələbinin bu hissədə təmin edilməli olmaması nəticəsinə gəlmişdir.
23. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 269.1, 385.1, 386.1, 442, 448.1, 448.2, 462.1, 462.3, 467, 470.1, 470.2, 472.1, 739.1 və 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33 və 39.3.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonr a “MPM”) 115.0.1, 117.1, 119.1 və 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
24. Cavabdeh1 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, təkrar məhkəmə mühasibatlıq ekspertizası və əmlakın qiymətləndirilməsi ekspertizasının keçirilməsi, faiz borclarının, cərimə borclarının azaldılması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 yanvar tarixli 2-2(107)-9/2024 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – G.Cavadova, hakimlər – E.Hüseynov və V.Məlikov).
26. Cavabdeh1 apellyasiya şikayəti ndə faiz və cərimə borcun düzgün müəyyən edilməməsini bildirmişdir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, bank ilə Cavabdeh1 arasında 2020-ci il 21 yanvar tarixində bağlanmış kredit müqaviləsinə görə, cavabdeh kredit hissəsini və ona hesablanmış faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Əsas borc üzrə ödəniş müqaviləyə uyğun olaraq həyata keçirilmədikdə, gecikdirilmiş məbləğ vaxtı keçmiş kredit öhdəliyi hesab edilir və həmin məbləğə bu müqavilə ilə müəyyən edilmiş dəbbə pulu hesablanır.
27. Məhkəmə hesab etmişdir ki, cavabdeh sözügedən kredit müqaviləsini bağlamaqla, müqavilənin bütün şərtlərini, o cümlədən də faiz borcunun və cərimənin hesablanması halları və qaydası barədə şərtlərini qəbul etmişdir. Həmçinin birinci instansiya məhkəməsi işə baxarkən məhkəmə mühasibatlıq ekspertizası t əyin etmiş və ekspert rəyi ilə sözügedən kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun məbləği müəyyən edilmişdir. Cavabdeh ekspertizanın düzgün keçirilməməsini və təkrar ekspertiza keçirilməli olduğunu bildirsə də, dəlillərini təsdiq edən, ekspert rəyini şübhə altına alacaq hər hansı sübutu məhkəmələrə təqdim etməmişdir.
28. Öhdəliyin gecikdirilməsini və müqavilənin şərtlərini nəzərə alan iddiaçı, ödənişin gecikdirilməsinə görə Cavabdeh1 33.148,59 manat cərimə (dəbbə) hesablamış və həmin məbləğin Cavabdeh1 bankın xeyrinə tutulmasını xahiş etmişdir. İşə baxmış birinci instansiya məhkəməsi isə bu tələbi qismən təmin edərək, hesab etmişdir ki, Cavabdeh1 iddiaçının xeyrinə tutulacaq cərimə borcu qismən – 1.000 manat həcmdə tutulmalıdır.
29. Məhkəmə hesab etmişdir ki, birinci instansiy a məhkəməsi borclu Cavabdeh1 ilə yanaşı kreditorun da həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq dəbbə pulunun məbləğini azaltmışdır (bax §19). Odur ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin (dəbbənin) məbləğini azaldaraq 1.000 manat həcmində müəyyən etməkdə haqlı olmuşdur. Qeyd edilən bu hissədə apellyasiya şikayətinin dəlili əsassız, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə isə əsaslı və işin hallarına uyğundur.
30. Apellyasiya şikayətinin başqa bir dəlili ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə ipoteka predmeti olan fərdi yaşayış evinin (torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti kimi müəyyən etdiyi 112.000 manat həmin əmlakın real qiymətindən aşağıdır. Bununla bağlı məhkəmə bildirmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətini müəyyənləşdirmək məqsədi ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin etmiş və "xxxx" MMC-nin qiymətləndirmə rəyini almışdır. Həmin rəydə göstərilir ki, ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 112.000 manatdır. Cavabdeh1 əmlakın qiymətinin daha da yüksək olduğunu bildirsə də, bu xüsusatı təsdiq edən və qiymətləndirici tərəfindən verilmiş rəyi şübhə altına ala biləcək sübutları (məsələn: başqa qiymətləndiricinin rəyini) məhkəməyə təqdim etməmişdir.
31. Həmçinin cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, kredit müqaviləsi üzrə faiz və cərimə borcunun məbləğinin müəyyən edilməsi üçün təkrar ekspertiza keçirilməli və ipoteka predmetinin ilkin sat ış qiymətinin düzgün müəyyən edilməsi məqsədilə əmlak yenidən qiymətləndirilməlidir. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd etmişdir ki, MPM-nin 372.2-ci maddəsinin tələbinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin, Cavabdeh1 birinci instansiya məhkəməsində işə baxılan zaman iş üzrə təkrar mühasibatlıq ekspertizasının və qiymətləndirmə ekspertizasının təyin edilməsi barədə vəsatət verməmişdir. Göstərilənləri və cavabdehin müzakirə edilən dəlilini təsdiq edə biləcək sübutların təqdim edilməməsini nəzərə alan məhkəmə apellya siya şikayətinin bu dəlilinin də əsassız olması, birinci instansiya məhkəməsinin faiz və cərimə borcunun məbləği və ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı nəticəsisinin dəyişdirilmədən saxlanılmalı olması qənaətinə gəlmişdir
32. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini MM-nin 269.1, 269.4, 269.5, 442, 443.1, 448.1, 448.4, 462.1, 462.3, 465 və 467-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 34.1.1 və 39.3.3-cü, MPM-in 77.1, 88, 119.1 və 384.0.1-ci maddələri maddələrinə istinad edərək əsaslandırmışdır.
33. Qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 34. “ Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin; MM-nin 467-ci maddələri üzrə - cavabdeh müəyyən edilmiş əsas və faiz borcunun məbləği ilə razı olmadığını bildirmişdir. Cavabdeh tərəfindən edilmiş ödənişlər cərimə borcundan silinmişdir. İş materiallarında olan ekspert rəyi ilə bağlı kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə tərəfindən ekspert qarşısında düzgün suallar qoyulmadığına görə ekspert tərəfindən düzgün olmayan rəy verilmişdir. Cavabdeh məhkəmə iclasında təkrar ekspertiza keçirilməsini xahiş etsə də və bu barədə apellyasiya şikayətində dəlilinin mövcudluğuna baxmayaraq məhkəmə təkrar ekspertiza keçirmədən qətnamə çıxarmışdır. Düzgün borc məbləğini yalnız məhkəmə mühasibatlıq ekspertizası təyin etməklə müəyyənləşdirmək müm kündür. İddiaçı ödədiyi məbləğləri bilir və hesab edir ki, aparılmış ödənişlər düzgün silinməmiş, bununla da nəticə olaraq borc məbləği düzgün hesablanmamışdır.
35. MPM-in 64.1, 79.1, 97.1 və 102.2-ci maddələri üzrə - cavabdeh apellyasiya məhkəməsində ekspertiza və mütəxəssis rəylərinin kifayət qədər əsassız olmasına dair əsaslandırma aparmış, lakin apellyasiya məhkəməsi bu halları nəzərə almamışdır.
36. Cavabdeh məhkəmə-qiymətləndirmə ekspertizanın rəyi ilə də razı olmadığını bildirir. Belə ki, bank ilə ipoteka müqaviləsi bağlanarkən ipoteka predmeti, yəni iddiaçıya məxsus torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin dəyəri 112.500 manat məbləğində müəyyən edilmişdir. Həmin müddətdən xeyli vaxt keçdiyini, torpaq sahəsinin və tikinti materiallarının qiymətinin günü-gündən q alxmasını nəzərə alaraq, ipoteka müqaviləsi bağlanandan sonra evin və torpaq sahəsinin dəyərinin azalması qeyrimümkündür. Bu hal məhkəmə tərəfindən araşdırılmamış, yalnız ekspert rəyinə əsaslanaraq qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası bu halları nəzərə almamış, ziddiyyətli məqamlarla bağlı araşdırma aparmadan birinci instansiya məhkəməsinin qəntnaməsini dəyişdirməmiş, ümumiyyətlə bu barədə araşdırma aparmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq hazırkı kassasiya icraatı çərçivəsində məhkəmə aktı Cavabdeh1 faiz, cərimə və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində yoxlanılacaqdır.
39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
40. Azərbaycan Respublkasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov sa xlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.... 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.... 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox o la bilər....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Maddə
741. Borc üzrə faizlər 741. əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.....” 41. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun “Maddə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İp oteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi....” “Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;...”
42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlarda n istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. müvafiq 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
81. Sübutların müm künlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya in stansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
45. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən ilk öncə nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).
46. Məhkəmə kollegiyası hesab edir ki, a pellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Kassasiya şikayətinin dəlillərinə dair kollegiya qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən iş üzrə verilmiş həm məhkəmə mühasibatlıq, həm də qiymətləndirmə rəylərinə düzgün hüquqi qiymət verilmiş və həmin rəylərin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas müəyyən olunmamışdır. Belə ki, təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları MPM-in 102-ci maddəsində göstərilmiş, lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud olmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə verilmiş rəy lər mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəylər məhkəmənin qərardadları əsasında verilmiş, ekspertlər tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Cavabdeh isə borcun düzgün hesablanmadığını və ipoteka predmetinin düzgün qiymətləndirilmədiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu aşağı instansiya məhkəmələrinə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
48. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya in stansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
49. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 16 yanvar tarixli 2-2(107)-9/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.