Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-259/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, alqı-satqı müqaviləsi, alınmış əşyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 dekabr tarixli, 2-2(103)-1124/2024 nömrəli qətnaməsindən cavabdeh tər əfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdehnə (bundan sonra-“cavabdeh”) qarşı iddia və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, verilmiş mallara görə ödənilməmiş 19.774 manat borcun, mənəvi ziyana görə 1.000 manat, vəkil xərci üçün ödəniliş 500 manat və dövlət rüsumu olaraq ödənilmiş 154 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı sifarişləri “whatsapp” tətbiqi üzərindən cavabdehi n əməkdaşları olmuş Elvira xanım, Mariya xanım, Məmməd müəllim, Anar müəllim adlı şəxslərdən almışdır. 2022-ci ilin dekabr ayınadək verilmiş olan mallara görə pulu almış, ancaq dekabr ayı və sonra verilmiş sifarişlərə görə, verilmiş malların pulunu almamışdır. O, cavabdehə 190 kub karbonat (dəyəri 3230 manat), 238 kub ballas (dəyəri 6426 manat), 69,5 kub atsep ( dəyəri 2085 manat), 103,7 kub şeben (dəyəri 2800 manat), 193,84 kub ballas (dəyəri 5233 manat) adlı mallar vermiş, ancaq dəyəri ödənilməmişdir. Ödənilməmiş borcun ümumi məbləği 19.774 manat təşkil edir.
4. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 7 avqust tarixli e-2-2(113)-1352/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 16.205,48 manatın, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 138,62 manat, hüquqi yardımla əlaqədar vək ilə çəkilmiş xərcin əvəzi olaraq 500 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim K.Hüseynov).
5. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırkı mübahisənin həlli baxımından iddiaçı tərəfindən cavabdehə hansı malların, hansı qiymətə verilməsini müəyyən etmək üçün, iddiaçı tərəfindən işə əlavə edilmiş, cavabdehin işçiləri olmuş Elvira, Mariya, Məmməd, Anar adlı şəxslərlə aparılan “whatsapp” tətbiqi üzərindən aparılan yazışmalar tədqiq edilməlidir.
6. İddiaçı ilə cavabdehin işçisi olduğu Mamed adlı şəxslə aparılan 2023-cü il 16 yanvar tarixli “whatsapp” tətbiqi üzərindən yazışmadan görünür ki, iddiaçı 190 kub karbonat verildiyini bildirir, cavabdehin işçisi olan Mamed adlı şəxs isə ona 18 saniyəli k səs yazısı göndərməklə 182 kub karbonat verildiyini qəbul edir.
7. İddiaçı ilə əvvəllər cavabdehin işçisi olmuş Elvira adlı şəxslə aparılan 2022-ci il 10 noyabr tarixli “whatsapp” tətbiqi üzərindən yazışmadan görünür ki, tərəflər arasında həqiqətən də, karbonatın kub metrinin dəyərinin 17 manat olması barədə razılıq olmuş və hətta həmin tarixlərdə (yəni noyabrda) verilmiş, olan karbonatın dəyəri 17 manat hesablanmaqla ödənilmişdir.
8. İddiaçı ilə cavabdehin işçisi olmuş Mariya adlı şəxslə aparılan 2023-cü il 12 dekabr tarixli “whatsapp” tətbiqi üzərindən yazışmadan görünür ki, iddiaçı tərəf 381 ton Ballasın boşaldığını bildirir, Mariya adlı şəxs isə “tamam”, “təşəkkürlər” cavabını verir.
9. İddiaçı ilə cavabdehin işçisi olmuş Mariya adlı şəxslə aparılan 2023-cü il 12 dekabr tarixli “what sapp” tətbiqi üzərindən yazışmadan görünür ki, iddiaçı tərəf 140 ton Ballasın boşaldığını bildirir, Mariya adlı şəxs isə “tamam”, “təşəkkürlər” cavabını verir. Qeyd edilmiş malın sifarişi isə 12 dekabr 2022-ci il tarixində Mariya adlı şəxs tərəfindən “whatsapp” tətbiqi üzərindən aparılmış yazışmadan görünür.
10. İddiaçı ilə cavabdehin işçisi olmuş Mamed adlı şəxslə aparılan 2023-cü il 6 yanvar tarixli və sonrakı tarixlərdə “whatsapp” tətbiqi üzərindən yazışmadan görünür ki, Mamed adlı şəxs iddiaçıya 193,84 kub ballasının 2022-ci il 29 dekabr-2023-cü il 4 yanvar tarixlərində alınması halını etiraf etmiş və bu barədə iddiaçıya cədvəl göndərmişdir
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehə ümumilikdə 190 kub karbonat (3230 manat), 238 kub ballas (6426 manat), 69,5 kub atsep (2085 manat ), 103,7 kub şeben (2800 manat) və 193,84 kub ballas (5233 manat) verdiyini, lakin cavabdehin bu malların dəyərini ödəmədiyini bildirir. Tərəflər arasında yazılı alqı-satqı müqaviləsi, təhviltəslim aktı və ya elektron qaimə mövcud olmamış, sifarişlər “whatsapp” vasitəsilə cavabdehin əməkdaşları Elvira, Mariya, Məmməd və Anar adlı şəxslərlə həyata keçirilmiş, ödənişlər şirkətin kassasından götürülmüşdür. İddiaçı qiymətlərin əvvəl daha ucuz olduğunu, sonradan bahalaşdığını və bu barədə qarşı tərəfi məlumatlandırdığını, onların da yeni qiymətlə razılaşdığını bildirmişdir. 2024-cü il 26 fevral və 2024-cü il 29 mart tarixli hazırlıq iclaslarında cavabdeh malların verilməsini inkar etməmiş, yalnız ödəniş və qiymətlərlə bağlı dəqiqləşdirmə aparıldığını bildirmişdir. 2024-cü il 22 aprel tarixli ic lasda cavabdeh köhnə tarixli müqavilə təqdim etsə də, imzanın iddiaçıya aid olmadığı müəyyən olunmuş, cavabdeh bu imzaya təkid etməmişdir. Eyni iclasda cavabdeh nümayəndəsi malların verildiyini yenidən təsdiqləmiş, yalnız qiymətə dair narazılıq bildirmişdir. Lakin sonrakı 2024-cü il 5 iyul tarixli baxış iclasında cavabdeh mövqeyini dəyişərək malların verilməsi ilə bağlı qeyri-müəyyən və ziddiyyətli açıqlamalar vermişdir.
12. Məhkəmə mübahisənin həlli üçün “whatsapp” yazışmalarını araşdıraraq müəyyən etmişdir ki, cavabdehin işçiləri tərəfindən 182 kub karbonatın verilməsi səs yazısı ilə, 431,84 kub ( iki partiya üzrə) ballas və 103,7 kub şebenin alınması isə yazışmalarla təsdiq olunmuşdur. Hər kub metr üçün 17 manat karbonat, 27 manat ballas və 14 manat şeben qiyməti razılaşdırılmış və ödən işlər bu qiymətlərə əsasən hesablanmışdır.
13. Məhkəmə bu məlumatlara əsaslanaraq karbonat üçün 3094 manat, ballas (iki partiya üzrə) üçün 11.659,68 manat, şeben üçün 1451,8 manat, cəmi 16.205,48 manat borcun mövcud olduğunu müəyyən etmişdir.
14. Məhkəmə tərəflər arasında uzunmüddətli əməkdaşlıq olduğunu, yazılı müqavilə və rəsmi sənədlərin mövcud olmadığını, lakin yazışmaların və təqdim olunan dəlillərin kifayət etdiyini əsas götürərək cavabdehdən 16.205,48 manat məbləğin iddiaçıya ödənilməsi nəticəsinə gəlmişdir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 567, 600.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
16. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunması xahiş edilmişdir.
17. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 dekabr tarixli 2-2(103)-1124/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim L.Əliyeva, hakimlər T.Mahmudova və Z.Şirinov).
19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən 2022-ci ilin dekabr və sonrakı aylarda cavabdeh cəmi 16.205,48 manat məbləğində ballast, qırmadaş və karbonat məhsullarının təqdim edilməsi faktı, o cümlədən təqdim edilmiş malların miqdarı və qiyməti işin materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdehin işçiləri (göstərilən fakt cavabdehə tərəfindən mübahisələndirilməmişdir) arasında aparılmış whatsapp yazışmaları ilə öz təsdiqini tapır.
20. Digər tərəfdən, əvvəlki dövrlərdə də tərəflər arasında alqı-satqı əməliyyatları aparılmış və cavabdeh tərəfindən sifarişlər məhz whatsapp yazışmaları vasitəsilə verilmiş, eləcə də təhvil-təslim yazışmalar vasitəsilə təsdiq edilmişdir. Odur ki, tərəflər arasında sifarişlərin və təhvil-təslimin whatsapp yazışmaları vasitəsilə aparılması barədə işgüzar adət formalaşmışdır.
21. Cavabdehin nümayəndəsinin izahatında qeyd etdiyi əvvəlki dövrdə malların təqdim edilməsinin təhvil-təslim aktları ilə rəsmiləşdirilməsi ilə bağlı sübutların təqdim edilməsi cavabdehə təklif edilmiş, cavabdehin nümayəndəsi malların təqdim edilməsi barədə ikitərəfli təhvil-təslim aktlarını deyil, birtərəfli qaydada tərtib edilmiş müəssisə daxili sənədlərini EMİS-ə əlavə etmişdir.
22. Məhkəmə birinci instansiya məhkəməsi ilə razılaşaraq göstərmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatlarda ilkin olaraq malların təqdim edilməsi faktını təsdiq etmiş, yalnız malların qiymətini və təqdim edilmiş mallara görə borcun olması faktını mübahisələndirmiş və ödənişləri təsdiq edən sənədləri məhkəməyə təqdim edəcəyini bildirmişdir. Sonrakı iclaslarda isə cavabdeh mövqeyini dəyişərək malların təqdim edilməsi faktını inkar etmişdir. Göstərilən hal da malların təqdim edilməməsi barədə cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillərin formal xarakterli olmasına dəlalət edir.
23. Məhkəmə təqdim edilmiş malların qiymətinin iş materiallarına əlavə edilmiş 2021ci il 21 noyabr tarixli müqaviləyə əlavə ilə müəyyən edilməsi və bundan sonra qiymətin dəyişilməməsi barədə cavabdehin dəlillərinə münasibətdə qeyd etmişdir ki, yazışmalardan görünür ki, 2022-ci ilin noyabrında tərəflər arasında karbonatın kub metrinin dəyərinin 17 manat, ballastın kub metrinin isə 27 manat olması barədə razılaşma olmuş və əvvəlki partiya mallar da məhz həmin qiymətlərlə ödənilmişdir. Bununla yanaşı, 2021-ci il 21 noyabr tarixli qiymət razılaşma protokolundan sonra tərəflərin 2022-ci ilin sonları üçü n fərqli qiymətlər barədə razılığa gəlmələri işin materialları ilə öz təsdiqini tapdığından sözügedən protokolun iddiaçı tərəfindən imzalanıb-imzalanmamasının araşdırılması da iş üçün əhəmiyyət kəsb etmir.
24. Məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin baxış iclasında verilməsi və məhkəmə tərəfindən qəbul edilməsi barədə cavabdehin dəlilinə münasibətdə qeyd etmişdir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmunundan da aydın olurki, həmin ərizə iddia tələbinin həcminin artırılması məqsədilə ilə deyil, məhz tələbin faktiki əsasının (hansı malların və hansı məbləğdə təqdim edilməsinin) dəqiqləşdirilməsi məqsədilə verilmişdir.
25. Belə ki, ərizənin məzmunundan da göründüyü kimi həmin ərizə ilə iddia tələbi cəmi 4 manat həcmində artırılmışdır.
26. Məhkəmə həmin ha lları, eyni zamanda artırılmış hissədə iddia tələbinin rədd edilməsini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsi prosessual pozuntu kimi qiymətləndirilsə belə, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılması ilə nəticələnmədiyindən qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsas vermir.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 443.1, 448.1, 567, 598.1, 600.4-cü maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 2008-ci il 3 noyabr tarixli 7 nömrəli Qərarına və MPM-in 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
28. Cavabdeh tərəfindən həmin qətnamədən kassasiya şik ayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
29. MM-in 567-ci maddəsi üzrə - 2021-ci il 20 noyabr tarixli müqavilə və ona əlavə edilmiş qiymət protokoluna əsasən, mallar təhvil-təslim aktı ilə təqdim olunmuş və şirkət onların dəyərini vaxtında ödəmişdir. Hazırkı mübahisədə iddiaçının birtərəfli artırılmış qiymətlərlə, guya təhvil-təslim aktı olmadan mal göndərildiyi barədə iddiası əsassız və uydurma xarakter daşıyır. Əvvəlki məhkəmə proseslərində də cavabdeh göstərmişdir ki, iddiaçının pul tələbinin əsası olan mallar ümumiyyətlə sifariş edilməmiş və şirkətə təhvil verilməmişdir. Bu sə bəbdən də həmin tələb əsassızdır.
30. MM-in 404-cü maddəsi üzrə - apellyasiya məhkəməsi, cavabdehin təqdim etdiyi alqı-satqı müqaviləsini və malların təhvil-təslim aktlarını nəzərə almamış, bu sübutların qəbul edilməməsinin səbəblərini əsaslandırmamışdır. Müqavilədə dəyişikliklərin yalnız yazılı, imzalanmış və möhürlü sənədlərlə mümkün olduğu açıq şəkildə göstərilsə də, məhkəmə əsassız şəkildə tərəflər arasında guya işgüzar adətlərin mövcudluğu barədə mülahizələr irəli sürmüşdür.Halbuki, qanuna və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilə bilməz. Məhkəmə bu qaydanı pozaraq, yalnız iddiaçının subyektiv iddialarına əsaslanan halları “işgüzar adət” kimi təqdim etmiş və maddi hüquq normasının tətbiqində kobud səhvə yol vermişdir.
31. MM-in 600.4-cü maddəsi üzrə-iddiaçının cavabdehə təhvil verdiyini iddia etdiyi malların təhvil verilməsinin sübut olunmamasına qeyri-ciddi yanaşmış, yenə də cavabdehlə bağlılığı sübut olunmayan şəxslərlə olan, məhz mübahisəli malların Cavabdehnə çatdırılmasını təsdiq etməyən yazışmalara istinad etməklə iddiaçının uydurmalarına hüquqi don geyindirmişdir. Məhkəmə kollegiyası isə tərəflər arasında əvvəllər də alqı-satqının bu qaydada aparılmasına istinad etməklə kifayətlənmiş, malın təhvil-təsliminin hər zaman müvafiq aktla təsdiq edilməsi ilə bağlı cavabdehin dəlillərinə və təqdim etdiyi təhvil-təslim aktlarına münasibət bildirməmişdir.
32. Malların qiyməti müqavilənin ayrılmaz hissəsi olan “X1”nda müəyyən edilmiş və müqavilə müddətində dəyişməz qalmalı olduğu razılaşdırılmışdır. Müqavilənin 10.2-ci bəndinə əsasən, əlavə və dəyişikliklər y alnız yazılı formada və tərəflərin imza və möhürü ilə rəsmiləşdirilə bilər. Cavabdeh tərəfindən təqdim olunan təhvil-təslim aktları tərəflər arasında münasibətlərin müqavilə əsasında qurulduğunu sübut edir. İddiaçı isə, alqısatqının guya şifahi razılaşmaya əsaslandığını, malların təhvil-təslim aktı olmadan təhvil verildiyini və qiymət dəyişikliyinin sonradan razılaşdırıldığını iddia etsə də, bu halları sübut edə bilməmişdir. Hətta iddiaçı öz mövqeyində ziddiyyətli fikirlər səsləndirmiş, bir tərəfdən qiymət dəyişikliyinin şifahi olduğunu, digər tərəfdən isə bunun guya 2022-ci il 1 dekabr tarixli müqavilə ilə təsdiqləndiyini bildirmişdir. Lakin həmin müqavilə cavabdeh tərəfindən imzalanmamışdır və bu səbəbdən qiymət dəyişikliyi hüquqi qüvvəyə malik deyildir.Bundan başqa, iddiaçının istinad e tdiyi mallar cavabdeh tərəfindən sifariş edilməmiş və ona təhvil verilməmişdir. Məhkəmənin kimliyi və cavabdehlə əlaqəsi bilinməyən şəxslərlə yazışmalara əsaslanaraq tələbi təmin etməsi, formalaşmış məhkəmə təcrübəsinə və qanunvericiliyin tələblərinə ziddir.
33. MPM-in 77.1-ci maddəsi üzrə - iddiaçı artırılmış qiymətlərlə malların cavabdehə təhvil verildiyini iddia etsə də, bunu təsdiq edən nə təhvil-təslim aktı, nə də digər yazılı sübut təqdim edə bilməmişdir. Onun tərəflər arasında alqı-satqı münasibətlərinin guya şifahi razılaşmalar əsasında qurulduğu barədə mövqeyi də əsassızdır. Cavabdeh tərəfindən təqdim edilən təhvil-təslim aktları alğı-satqının daim yazılı sənədlərlə rəsmiləşdirildiyini sübut edir. Bu baxımdan, mübahisələndirilən mallar üzrə təhvil-təslim aktının olmaması həmin mal ların cavabdehə faktiki olaraq təhvil verilmədiyini göstərir.
34. MPM-in 9, 14.2, 88 və 217.1-ci maddələri üzrə - apellyasiya məhkəməsi ədalətli məhkəmə araşdırması vəzifəsinə zidd olaraq, tərəflər arasında bağlanmış müqavilənin mövcudluğuna baxmayaraq işgüzar adətlərə istinad etmiş, bununla da müqavilənin hüquqi əhəmiyyətini heçə endirmiş və kobud prosessual pozuntuya yol vermişdir. 2021-ci il 20 noyabr tarixli alqı-satqı müqaviləsində qiymət məsələsi və müqaviləyə əlavə və dəyişikliklərin yalnız yazılı formada, tərəflərin imzası və möhürü ilə təsdiqlənməklə aparılması dəqiq göstərilmişdir. Hazırda belə bir yazılı sənəd təqdim edilmədiyi halda, məhkəmənin işgüzar adət kimi qiymət dəyişikliyini əsaslandırması hüquqa ziddir. Məhkəmə, cavabdehlə bağlılığı sübut olunmayan şəxslərin qeyri-rə smi yazışmalarına əsaslanmış, cavabdehin sifariş verdiyini və malların ona təhvil verildiyini təsdiq edən heç bir sənədin olmamasını nəzərə almamışdır. Tərəflər arasında alqı-satqı münasibətləri hər zaman təhvil-təslim aktları ilə rəsmiləşdirilmiş və ödənişlər bank hesabı və nağd şəkildə həyata keçirilmişdir. Bu baxımdan, iddiaçının şifahi razılaşma və işgüzar adət iddiaları əsassızdır. Məhkəmə isə cavabdehin təqdim etdiyi təhvil-təslim aktlarını nəzərə almadan işgüzar adət anlayışına istinad etməklə yanlış mövqe tutmuşdur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
35. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassaiya baxışının hədləri
36. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq iddianın qismən təmin edildiyi hissədə yoxlanılacaqdır.
37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
38. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunu n məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
567. Alqı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir....” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi 40. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yox lamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
41. Baxılan iş üzrə mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı tərəfindən 2022-ci ili n dekabr və sonrakı aylarda cavabdehə cəmi 16.205,48 manat məbləğində ballast, qırmadaş və karbonat məhsullarının təqdim edilməsi iş materialları ilə öz təsdiqini tapdığından, cavabdeh isə həmin malların dəyərini ödəməsini sübuta yetirə bilmədiyindən iddiaçı MM-in 567 və 598.1-ci maddələrinə əsasən təqdim edilmiş malların dəyərinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Belə olan halda, iddianın qismən təmin edilməsi qeyd olunan normaların tələblərinə uyğun olmuşdur.
42. Cavabdehin kassasiya şikayətində qeyd etdiyi dəlillər iddiaya qarşı etirazın və apellyasiya şikayətinin əsaslandırılması üçün irəli sürdüyü dəlillərlə eyniyyət təşkil edir.
43. Məhkəmə kollegiyası hazırkı kassasiya şikayətində məhkəmələrin mövqeyini təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq, işə baxan mə hkəmələrin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə ilə razılaşır.
44. Kollegiya hesab edir ki, məhkəmələrin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından iş üzrə qətnamə mübahisələndirilən (iddianın təmin edilən hissəsində) hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
45. Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 dekabr tarixli, 2-2(103)-1124/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.