Məhkəmə qərarları › İş №2-2(102)-26/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-26/2022

12.01.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-26/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçının cavabdehə qarşı iş üzrə QƏRAR Açar sözlər: ticarət fəaliyyətinin dayandırılması və ticarət köşkünün götürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, iddiaçının cavabdehə qarşı “qanunsuz ticarət fəaliyyətinin dayandırılması və ticarət köşkünün götürülməsi” tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 06 sentyabr tarixli, 22(103)-950/ 2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 01.07.1996-cı il tarixli, 78 saylı alqı-satqı müqaviləsinə görə, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən 20 iyun 1996-cı il tarixində Səbail rayonu, Ticarət və ictimai iaşə idarəsində 3 saylı protokolla keçirilən auksionda Bakı şəhəri Səbail rayonu, Dənizkənarı parkda yerləşən "X" №-li köşk 11.092.500 AZM manata cavabdehə satılmışdır.

2. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 10.09.1996-cı il tarixli, 1 saylı 110 qeydiyyat nömrəli şəhadətnaməyə əsasən "X" №-li köşk Cavabdeh adına qeydə alınmışdır və sonuncunun toxunulmaz mülkiyyətidir. 3. 06.02.2001-ci il tarixli əmlakın bağışlama müqaviləsi ilə X3 10.09.1996-cı il tarixli şəhadətnaməyə əsasən ona məxsus olan Dənizkənarı park ünvanında yerləşən "X" saylı köşkü oğlu X1 bağışlamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dənizkənarı Milli Park ərazisində cavabdeh tərəfindən aparılan qanunsuz ticarət fəaliyyətinin dayandırılması və cavabdehə məxsus Dənizkənarı Milli Park ərazisində (Bakı şəhəri, Neftçilər prospektində) yerləşən köşkün (qeyri-stasionar obyektin) onun hesabına ərazidən götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi - fərdi sahibkardır, Dənizkənarı Milli Park ərazis ində, Bakı şəhəri, Neftçilər prospektində yerləşən A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığında kiçik bir ərazidə icarə müqaviləsi olmadan ticarət köşkünü yerləşdirib qanunsuz ticarət fəaliyyəti ilə məşğul olur. Cavabdeh Milli Park ərazisində idarə etdiyi müvəqqəti konstruksiyalı daşınar əmlak olan köşk vaxtilə Bakı şəhəri, Səbail rayonu, Ticarət və İctimai İaşə İdarəsinə məxsus olmuş "X" №-li köşk kimi fəaliyyət göstərmiş və cavabdehə satılaraq, sonuncunun adına Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş 10.09.1996-cı il tarixli, reyestr nömrəsi 1, qeydiyyat nömrəsi "xxx" olan Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamə ilə qeydə alınmışdır. Dənizkənarı Milli Parkın idarəçiliyini həyata keçirən Dənizkənarı Bulvar İdarəsi Publik hüquqi şəxsi tərəfindən müəyyən müddət ərzində dəfələrlə şifahi formada cavabdehə müraciət edilməklə, eləcə də məhkəməyəqədər pretenziya qaydasında cavabdehə 11.09.2020-ci il tarixli məktub ünvanlanaraq, cavabdehdən Dənizkənarı Milli Park ərazisində qanunsuz fəaliyyətinin dayandırılması və köşkün öz vəsaiti hesabına ərazidən çıxarılması tələb olunsa da, cavabdeh iddiaçının tələbinə əhəmiyyət verməyərək, Milli Park ərazisində qanunsuz ticarət fəaliyyətini davam etdirmiş, köşkü Milli Park ərazisindən çıxarmayacağını aşkar şəkildə bəyan etmişdir.

6. Dənizkənarı Bulvar İdarəsinin daimi istifadəsində olan Dənizkənarı Milli Park ərazisində yerləşən torpaqları icarəyə vermək üçün ilk növbədə iddiaçının razılığı tələb olunur. Cavabdeh özünə məxsus qeyri-stasionar ticarət köşkünü iddiaçını n razılığı olmadan, səyyar ticarət və xidmət yerlərinin müəyyən edilməsinə görə icazə almadan, müvafiq icra hakimiyyəti orqanı ilə müvafiq icarə müqaviləsi bağlamadan, icarə hüquqlarını dövlət qeydiyyatından keçirmədən Dənizkənarı Milli Park - xüsusi mühafizə olunan təbiət ərazisi torpağında heç bir hüququ olmadan qanunsuz şəkildə yerləşdirməklə ticarət fəaliyyəti ilə məşğul olur.

7. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 14 iyun tarixli, e-2-2(113)-1091/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – F.Qasımov).

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əsas kimi istinad etdiyi hallardan biri də Bakı şəhəri, Dənizkənarı park, "X" №-li köşkün mülkiyyət hüququ əsasında daşınar əmlak kimi cavabdehin adına qeydə alınmasıdır. Lakin iddiaçı tərəfindən köşkün məhz daşınar əmlak kimi qeydə alınması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim olunmamış, təqdim olunmuş sənədlərdə mübahisəli köşkün cavabdehin mülkiyyətində olması ilə yanaşı ünvanının Bakı şəhəri, Dənizkənarı park olduğu qeyd edilmişdir.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məktubunda qeyd olunmuşdur ki, Dövlət Xidmətinin arxivində mövcud olan sənədlərə əsasən qeyd olunan obyekt metal köşkdən ibarətdir, Dövlət Əmlak Komitəsi ilə bağlanmış 1 iyul 1996-cı il tarixli, 78 nömrəli alqı-satı müqaviləsinə əsasən Cavabdeh tərəfindən özəlləşdirilmiş və 10.09.1996-cı il tarixli Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə”yə əsasən həmin sahə sonuncunun mülkiyyətinə verilmişdir. 10. 06.02.2001-ci il tar ixli əmlakın bağışlama müqaviləsinə əsasən mübahisə predmeti olan əmlak X3 tərəfindən oğlu X1 bağışlanmış, hal – hazırda həmin əmlak üzərində sahiblik və istifadə hüquqları X1 məxsusdur. Bu xüsusat iddiaçının nümayəndəsinin nəzərinə çatdırılsa da, iddiaçı tərəfindən məhkəməyə "X5" cavabdeh qismində cəlb ollunması ilə bağlı vəsatət verilməmiş və bu barədə tələb irəli sürülməmişdir.

11. Bakı şəhəri Səbail rayonu, Dənizkənarı parkda yerləşən "X" №-li köşk üzərində Cavabdeh mülkiyyət hüququ mövcud olduğundan, iddia ərizəsində göstərilən xüsusatlar sonuncunun öz mülkiyyətində olan əmlak üzərində hüquqlarından məhrum edilməsi üçün əsas ola bilməz.

12. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-"Mülki Məcəllə”) 140, 152.1-ci maddələrinə istinad etməklə əsaslandı rmışdır.

13. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 06 sentyabr tarixli, 2-2(103)-950/2021 saylı qətnaməsi ilə (hakimlər V.M.Məmmədov (sədrlik edən), R.Ə.Qurbanov və V.Ə.Baxışova) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 14 iyun tarixli, e-2-2(113)-1091/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, mübahisəli köşk üzərində sahiblik və istifadə hüquqları 06.02.2001-ci il tarixdən artıq cavabdehə məxsus olmadığı halda, iddiaçı həmin köşklə bağlı hüquqi tələblərini sonuncuya y önəltmişdir.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli Qərarının tələblərinə görə, iddiaçı məhkəmədə iddia qaldırmaq kimi ümumi qaydada müvafiq subyektiv hüquqa malik olsa da, onun konkret mübahisəli əmlakın məxsus olmayan cavabdehə qarşı iddia qaldırmaq hüququ yoxdur. O, öz hərəkətlərinə hüquqi ixtiyarlı olsa da, bu ixtiyarla məhz cavabdehdən tələb hüququna malik olmamaqla, bu barədə subyektiv hüququnun ikinci elementinə malik deyildir.

17. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Apelyasiya Məhkəməsi maddi hüquq kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu tətbiq etməli olduğu halda, tətbiq etməmişdir. 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Məhkəməyə təqdim olunmuş cavabdehə məxsus köşkün fotoşəkillərindən görünür ki, sözüged ən köşk torpağın üzərinə qoyulmuş metal konstruksiyadır, tənasübsüz zərər vurmadan onun yerinin dəyişdirilməsi mümkündür, torpaqla möhkəm bağlılığı yoxdur. Bu qanun maddi hüquq kimi tətbiq olunaraq mübahisəli su köşkünün daşınar əmlak olması xüsusatı məhkəmə tərəfindən qəbul edilməli idi.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsində göstərilmişdir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Qanun ilk öncə məhkəmənin cavabdehi əvəz etməsi barədə təşəbbüs göstərməsini və əvəz etməni iddiaçının razılığı ilə mümkünlüyünü tənzimləyir. Birinci instansiya məhkəməsi Cavabdeh əsl cavabdeh X2 il ə əvəz edilməsi barədə məhkəmədə hər hansı bir fikir irəli sürməmiş və iddiaçının bununla bağlı razılığını soruşmamışdır.

21. Həmçinin işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh dəfələrlə məhkəmədə izahat verərək bildirmişdir ki, uzun illərdir həmin köşkün sahibidir, onu idarə edir, hazırda da həmin köşkü oğluna bağışlasa da, lakin Əmlak Məsələləri Dövlət Xidmətində həmin köşklə bağlı oğlu Ruslan Şahnəzərovun adına reyestrdə qeyd olunmamışdır, bağışlama müqaviləsi formal olmuşdur, o, daimi və hazırda da özü şəxsən həmin köşkü idarə edir, onu istifadə edir və sahiblik edir. Köşkü oğluna bağışlasa da, 2008-ci ilədək həmin köşkün Dənizkənarı Bulvar ərazisində icarədə qalması üçün Cavabdeh özü Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsini bağlamışdır. İddiaçının iddia təl əbi Cavabdeh mülkiyyətində olan köşkün ondan alınması deyildir. Dənizkənarı Milli Parkın idarə edilməsində müstəsna səlahiyyətlərə malik olan iddiaçı köşkün reyestrdə qeydə alınmayan sonrakı sahibi və istifadəçisi "X5" cavabdeh kimi cəlb olunmasını zəruri hesab etmir, çünki məhkəmə özü istinad etdiyi Azərbaycan Respublikası DƏK tərəfindən Cavabdeh verilmiş 10.09.1996-cı il tarixli Şəhadətnamənin qeydə alındığı reyestrin həqiqiliyi və tamamlığı prezumpsiyasından bəhs edir, həmçinin iddia köşkün sahibindən alınması deyil, köşkün ərazidən götürülməsi çıxarılması barədədir.

22. Kassasiya şikayəti Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 fevral tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkı haqqında” Əsasnamənin 1.4, 3.1, 5.2-ci b əndlərinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 24, 51, 66-cı maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 4 03 və 416-cı maddələri).

26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

27. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Mülki Məcəllənin müvafiq mü ddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir”. “Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur”. İV. ALİ MƏHK ƏMƏNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 06 sentyabr tarixli, 2-2(103)-950/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

30. İş materiallarını araşdıraraq məhkəmələr o nəticəyə gəlmişlər ki, iddiaçı, tələbinin əsası kimi Bakı şəhəri, Dənizkənarı park, "X" №-li köşkün mülkiyyət hüququ əsasında daşınar əmlak kimi cavabdehin adına qeydə alınmasına istinad etsə də, iddiaçı tərəfindən köşkün məhz daşınar əmlak kimi qeydə alınması ilə bağlı məhk əməyə hər hansı bir sübut təqdim olunmamış, təqdim olunmuş sənədlərdə mübahisəli köşkün cavabdehin mülkiyyətində olması ilə yanaşı ünvanının Bakı şəhəri, Dənizkənarı park olduğu qeyd edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində mövcud olan sənədlərə əsasən qeyd olunan obyekt metal köşkdən ibarətdir, Dövlət Əmlak Komitəsi ilə bağlanmış 1 iyul 1996-cı il tarixli, 78 nömrəli alqı-satı müqaviləsinə əsasən Cavabdeh tərəfindən özəlləşdirilmiş və 10.09.1996-cı il tarixli, 00110 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə”yə əsasən həmin sahə sonuncunun mülkiyyətinə verilmiş, 06.02.2001-ci il tarixli əmlakın bağışlama müqaviləsinə əsasən mübahisə predmeti olan əmlak X3 tərəfindən oğlu X1 bağış lanmış, hal – hazırda həmin əmlak üzərində sahiblik və istifadə hüquqları X1 məxsusdur. Bu xüsusat iddiaçının nümayəndəsinin nəzərinə çatdırılsa da, iddiaçı tərəfindən məhkəməyə "X5" cavabdeh qismində cəlb ollunması ilə bağlı vəsatət verilməmiş və bu barədə tələb irəli sürülməmiş, mübahisəli köşk üzərində Cavabdeh mülkiyyət hüququ mövcud olduğundan, iddia ərizəsində göstərilən xüsusatlar sonuncunun öz mülkiyyətində olan əmlak üzərində hüquqlarından məhrum edilməsi üçün əsas ola bilməz.

31. İddiaçının apelyasiya şikayətinin dəlilləri ilə bağlı apelyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, mübahisəli köşk üzərində sahiblik və istifadə hüquqları 06.02.2001-ci il tarixdən artıq cavabdehə məxsus olmadığı halda, iddiaçı həmin köşklə bağlı hüquqi tələblərini sonuncuya yönəltmiş, iddiaçı mə hkəmədə iddia qaldırmaq kimi ümumi qaydada müvafiq subyektiv hüquqa malik olsa da, onun konkret mübahisəli əmlakın məxsus olmadığı cavabdehə qarşı iddia qaldırmaq hüququ yoxdur, o, öz hərəkətlərinə hüquqi ixtiyarlı olsa da, bu ixtiyarla məhz cavabdehdən tələb hüququna malik olmamaqla, bu barədə subyektiv hüququnun ikinci elementinə malik deyildir.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli Qərarının müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam h üquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

33. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

34. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şə xslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”

35. Beləliklə, məhkəmələr iş materiallarına istinadla iddia tələbinin təmin edilməməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçı tərəfindən köşkün məhz daşınar əmlak kimi qeydə alınması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim olunmadığını, təqdim olunmuş sənədlərdə mübahisəli köşkün cavabdehin mülkiyyətində olması ilə yanaşı ünvanının Bakı şəhəri, Dənizkənarı park olduğu qeyd edildiyini, 06.02.2001-ci il tarixli əmlakın bağışlama müqaviləsinə əsasən həmin əmlak üzərində sahiblik və istifadə hüquqları X1 məxsus olsa da, iddiaçı tərəfindən "X5" qarşı tələb irəli sürülmədiyini, həmçinin iddia qaldırlmamışdan əvvəl cavabdehə torpaq sahəsinə dair icarə müqaviləsi bağlanılması barədə hər hansı müraciət edilmədiyini nəzərə alaraq kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.

36. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Mə hkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 06 sentyabr tarixli, 2-2(103)-950/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

38. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 06 sentyabr tarixli, 2-2(103)-950/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar