Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-26/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 sentyabr tarixli 2-2(103)774/2024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən veri lmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Cavabdeh3 ilə "xxxx" QSC arasında bağlanmış 2022-ci il 14 mart tarixli 027L**********28 nömrəli kredit müqaviləsi üzrə olan eyni tarixli 027R********** nömrəli krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15.000 manat krеdit verilmişdir. Həmin razılaşmanın: - 1.2-ci bəndinə əsasən, kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış; - 2.3-cü bəndinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır; - 4.2.2-ci bəndinə əsasən, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməyə borcludur. 2. "xxxx" QSC ilə Cavabdeh2 və Cavabdeh1 (zaminlər) arasında müvafiq olaraq 2022-ci il 14 mart tarixli 027S**********02 və 027S**********01 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Müqavilələrin giriş hissəsinə əsasən həmin müqavilələr "xxxx" QSC ilə borclu Cavabdeh3 arasında bağlanmış 2022-ci il 14 mart tarixli 027L**********28 nömrəli kredit müqaviləsi üzrə olan eyni tarixli 027R********** kredit razılaşması üzrə borclunun öhdəliklərini təmin etmək üçün bağlanmış, müddətli kredit müqaviləsinin məbləğinin 20.000 manat, 28% dərəcəsi ilə müddətinin 120 ay olması müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh3 (bundan sonra – “Cavabdeh3”), Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) və Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının хеyrinə 027R********** nömrəli krеdit razılaşması üzrə 9.819,46 manat krеdit bоrcu, 1.275,79 manat məbləğində faiz bоrcu və 595,23 manat cərimə borcu olmaqla, ümumilikdə 11.690,48 manat bоrcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 210 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh3 götürdüyü krеdit bоrcundan 5.180,54 manat ödəmiş, onun 9.819,46 manat kredit borcu qalmışdır. Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 2023-cü il 7 noyabr tarixinə 295 gün üçün hesablanmış faiz borcu 1.275,79 manat, cərimə isə 595,23 təşkil etmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 16 may tarixli 2-2(113)-827/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 027R********** nömrəli kredit müqaviləsi üzrə 9.401,31 manat əsas borc, 1.212,7 manat faiz borcu, 470 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 125 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – G.Namazova).
6. Birinci instansiya məhkəməsi iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2024-cü il 28 mart tarixli 9/1501 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən, Cavabdeh3 iddiaçıya 2023-cü il 25 oktyabr tarixinə olan əsas borcu 9.919,45 manat, faiz borcu 1.617,87 manat, 2024-cü il 11 yanvar tarixinə əsas borcu 9.401,31 manat və faiz borcu 1.907,61 manat müəyyən edilmişdir.
7. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçının müqavilə üzrə tələb etdiyi əsas borc məbləği ekspert rə yində göstərilən məbləğdən daha çox olduğu üçün - ekspert rəyində və 2024-cü il 11 yanvar tarixli maliyyə arayışında göstərilən məbləğdə, faiz borcu isə ekspert rəyində iddia tələbində daha çox müəyyən edildiyi üçün – maliyyə arayışında göstərilən məbləğdə müəyyən edilməklə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan, müqavilə üzrə 470 məbləğində dəbbə pulu cavabdehdən tutulmalıdır.
9. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 399.1, 442, 462.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 739.2 və 741-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
10. Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv olunması və daha aşağı məbləğdə əsas, faiz və cərimə borcunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 19 sentyabr tarixli 2-2(103)-774/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – İ.İbrahimli və V.Baxışova).
12. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini əsaslı, apellyasiya şikayətinin dəlillə rini isə əsassız hesab etmişdir. Belə ki, ekspertiza zamanı və 2024-cü il 11 yanvar tarixli maliyyə arayışında 2023-cü ilin noyabr-dekabr aylarında Cavabdeh3 tərəfindən banka edilmiş ödənişlərin əsas borcdan çıxılmaması ilə bağlı dəlillərə münasibətdə qeyd edilmişdir ki, Cavabdeh3 indiyənədək həmin ödənişlərin qəbzini məhkəməyə təqdim etməmiş, iddiaçı tərəfindən hesabdan çıxarışın işə əlavə edilməsi, məhkəmənin ekspertiza keçirməsi və həmin qəbzin ekspertə təqdim edilməməsi cavabdehin bu dəlilinin formal və əsassız olmasını göstərir. Belə olan halda əlavə mühasibatlıq ekspertizasının keçirilməsi zərurəti də aradan qalxmış olur. Xəbərdarlıq məktubunun alınması tarixinə qədər faiz borcunun hesablanması barədə dəlillərə dair qeyd edilmişdir ki, işdə olan 2023-cü il 15 avqust tarixli xəbərdarl ıq məktubunun məzmununa görə, 2023-cü il 14 avqust tarixinə qədər gecikdirilmiş ödəniş məbləği (5.312,07 manat) tələb edilmişdir. Həmin məktubda tam borc məbləği 9.919,45 manat göstərilmiş və tələb edilməmişdir, əksinə cavabdehə müqavilənin ləğv edilməsi təklifi olunmuşdur. 9.919,45 manat tələb edilmədiyinə görə müqavilənin ləğv edilməsi cavabdehin qeyd etdiyi tarixdən hesablana bilməz.
13. Apellyasiya məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsi istinad etdiyi normaları ilə eynilik təşkil etmiş və əlavə olaraq MM-in 421.2, 447.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "MM-in 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə" dair 2023-cü il 29 mart tarixli Qərarına istinadla aslandırmışdır.
14. Cavabdeh3 kassasiya şikayə ti verərək qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. MM-in 421.2 və 421.3-ci maddələri üzrə - iddiaçı xx.xx.2023-cü il tarixdə xəbardarlıq məktubunda müqavilənin vaxtından əvvəl xitam veriləcəyi iradəsini ifadə etmişdir. Bu səbəbdən, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi artıq xx.xx.2023-cü il tarixdə ləğv edilmiş və faiz borcu da qanunvericiliyin tələblərinə uyğun olaraq məhz həmin tarixədək hesablanmalıdır. Lakin, iddiaçı tərəfindən faiz məbləği müqavilə müddətinin bitmə tarixinədək hesablanmış, apellyasiya məhkəməsi isə bu hala düzgün qiymət verməmişdir.
16. Həmçinin Cavabdeh3 tərəf indən 2023-cü ilin noyabr-dekabr aylarında banka ödəniş edilsə də, həmin hal maliyyə arayışında və ekspert rəyində öz əksini tapmamışdır. Bununla bağlı ödəniş qəbzləri birinci instansiya məhkəməsində təqdim edilərək yenidən ekspertizanın keçirilməsi xahiş olunsa da, məhkəmə bu hala qiymət verməmişdir.
17. MPM-in 8.1, 9.1, 14.1 və 88-ci maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi yalnız iddiaçının məhkəməyə təqdim etdiyi sənədləri mötəbər sübut kimi qəbul edildiyini öz qərarında birbaşa göstərərək ədalətli məhkəmə araşdırması hüququnun pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəmə aktını qismən yoxlamış, hazırkı icraat çərçivəsində isə apell yasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416-cı maddəsinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.”
21. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
8. Qanun və məhkəmə qarşısında bərabərlik 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.” “Maddə
9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi 9.1. Ədalət mühakiməsi çəkiş mə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.” “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
23. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
24. Kassasiya şikayətində istinad edilən MM-in 421.2 və 421.3-ci maddələrinin pozulması da müəyyən edilmir.
25. Belə ki, MM-in 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəlləd ə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
26. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixi Qərarında qeyd o lunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
28. Qeyd olunan maddələrin dispozisiya şərtlərinin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə MM-in 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin birtərəfli qaydada ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq iradə ifadəsinin qarşı tərəfə bildirilməsi yolu ilə həyata keçirilir.
29. Apellyasiya instansiyası məhkəməsi tərəfindən də MM-in qeyd olunan maddələrinin tələbləri nəzərə alınmış və iddiaçının cavabdehə ünvanlandığı 2023-cü il 15 avqust tarixli xəbərdarlıq məktubuna belə qiymət verilmişdir ki, iddiaçı müqavilədən birtərəfli imtinaya dair iradə ifadəsini bildirməmişdir.
30. Kassasiya şikayətində istinad edilən MPM-in 8.1, 9.1, 14.1 və 88-ci maddələrinin tələblərinin pozulması da müəyyən edilmir.
31. Belə ki, Cavabdeh3 onun tərəfindən təqdim edilmiş sübutlara məhkəmə tərəfindən qiymət verilməməsinə və bununla da, MPM-in qeyd olunan maddələrində təsbit olunan bərabərlik prinsipinin pozulmasına istinad edir.
32. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh3 istinad etdiyi ödəniş qəbzlərini məhkəməyə təqdim etməmişdir.
33. Kassasiya şikayətində də təqdim edilmiş, lakin məhkəmə tərəfindən qiymə tləndirilməmiş sübutlar dəqiq göstərilməmişdir.
34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
35. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 19 sentyabr tarixli 2-2(103)-774/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.