Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-260/2021 01.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: tikilinin sökülməsi; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İsmayıl Xəlilov və Aqil Abbasovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 fevral tarixli 2-2(105)-14/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ Cavabdeh (bundan sonra Cavabdeh) hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN: **********) fiziki şəxsdir.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Siyəzən rayonu Beşdam kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsinin 28 aprel 2014-cü ildən başlayaraq 99 il müddətinə Cavabdeh icarəsində olması Daşınmaz Əmlakın Dövlət Reyestrində 23 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi – **********61; Qeydiyyat nömrəsi – **********; Qeydiyyat tarixi – 01 may 2014-cü il).
3. Azərbaycan Respublikası Əmlak Məsələlər i Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 01 may 2014-cü il tarixli AA 003856 saylı Torpaq sahəsinin planı və ölçüsü haqqında Şəhadətnamə ilə müəyyən olunur ki, reyestr nömrəsi **********61 olan hüquq sahibi Cavabdeh bələdiyyə mülkiyyətində olan 0,20 ha örüş otlaq sahəsi Siyəzən rayon Beşdam Bələdiyyəsinin 28 aprel 2014-ci il tarixli 03 nömrəli torpaq icarəsi müqaviləsi əsasında icarəyə verilmişdir.
4. Siyəzən rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 22 may 2014-cu il tarixli 377/H-15 nömrəli məktubda göstərlir ki, uzun müddətli icarəsində olan torpaq sahəsində (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış - seriya RX, № 0391337) kəsim sexinin tikintisinə Siyəzən rayon İcra Hakimiyyəti etiraz etmir.
5. Siyəzən rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən 2014-cü il 30 may tarixdə təsdiq edilmiş “Qeyri-dövlət qurumlari, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidən qurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqinda” Akta əsasən Cavabdeh tərəfindən Siyəzən rayonu Beşdam kəndi ərazisində inşa edilmiş kəsim sexinin istismara qəbul edilməsi barədə qərar qəbul edilmişdir.
6. Fərdi sahibkar Cavabdeh Siyəzən rayonu Beşdam kəndində (Beşdam kənd Bələdiyyə torpağında) ət istehsalı və konservləşdirilməsi sahəsində fəaliyyəti 2018-ci il 20 avqust tarixdə ********** nömrə ilə qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt kimi qida təhlükəsizliyi qeydiyyatına alınmışdır (Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən Çıxarış).
7. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “inzibati tənbeh vermə haqqında” 2019-cu il 23 sentyabr tarixli MN seriyalı, ******* saylı qərarına əsasən Cavabdeh vəzifəli şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 (üç min) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Lakin, Siyəzən rayon Məhkəməsinin 2020-ci il 19 iyun tarixli, 3(059)32/2020 nömrəli qərarı ilə əməlində inzibati xəta tərkibinin olması sübuta yetməməsi əsası ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəs i ilə 3000 (üç min) manat məbləğində inzibati cərimə edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qərarı ləğv edilərək, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və eyni zamanda, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən məhkəmə məsrəfi hesab olunan 133 (yüz otuz üç) manat ekspertiza xərcinin tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına 1. ödənilməsi qərara alınmışdır. Həmin Qərardan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyas iya Məhkəməsinin 2020-ci il 6 avqust tarixli, 3(105)-272/2020 nömrəli qərarı ilə təmin edilməmiş və Siyəzən rayon Məhkəməsinin 2020-ci il 19 iyun tarixli, 3(059)-32/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. 8. “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) təsisçisi XXX olmaqla 2008-ci il 13 mart tarixdə dövlət qeydiyyatına alınmışdır və həmin hüquqi şəxsin ev quşlarının istehsalı (ev quşları və dovşan ətinin emalı və konservləşdirilməsi) sahəsində fəaliyyəti 11 fevral 2020-ci ildə 53-Q-00004 nömrə ilə qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt kimi qida təhlükəsizliyi qeydiyyatına alınmışdır (Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən Çıxarış). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra ASC) Cavabdeh qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Siyəzən rayon İcra Hakimiyyəti göstərilməklə (bundan sonra üçüncü şəxs) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC-nin yerləşdiyi ərazinin çıxışında, ASC-nin inzibati ərazisinə yaxın sahədə Siyəzən şəhərinə və Ata çaya yaxın ərazidə Cavabdeh məxsus faktiki "xxxx" Quşçuluq Müəssisəsi kimi fəaliyyət göstərən quş kəsim sexi özbaşına və qanunsuz yolla tikildiyindən, gündəlik fəaliyyəti birbaşa ASC-nin istehsalat fəaliyyətinə ziyan vurmaq olduğundan, tikinti və torpaq ayırma sənədi olmayan torpaq sahəsində inşa edilmiş tikilinin Cavabdeh hesabına sökülməsi və onun ərazini əvvəlki vəziyyə tinə qaytarması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC-nin fəaliyyətinin əsasını toyuq əti məhsullarının istehsalı və satışı təşkil edir. Qanunvericiliyin tələblərinə əsasən, quşçuluq sahəsinin unikallığı ondan ibarətdir ki, bu istehsal sahəsi yaşayış və qeyriyaşayış məntəqələrindən, qanunsuz məskunalaşmalardan və tikintilərdən, xüsusilə quşçuluq məhsulları istehsal edən müəssisələrdən bir neçə kilometrlərlə radiusda sahələrdə izolyasiya edilməlidir. Yəni, infeksion və yoluxucu xəstəliklərdən qorunmaq məqsədi ilə bütün tikililər, məskunlaşmalar ASC-nin inzibati ərazisindən kənarda inşa edilməlidir. “Siyəzən” quşçuluq fabriki tikilən zaman mövcud göstərişlərə riayət edilmiş, hətta fabrik işçiləri üçün tikilən yaşayış sahələri binal arı və digər tikililər fabrikdən bir neçə kilometr aralıda inşa olunaraq istifadəyə verilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında AqrarXidmətlər Agentliyinin 2019-cu il 30 sentyabr tarixli məktubunda iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, quşçuluq məhsullarının istehsalı və satışı ilə məşğul olan ASC müəssisəsi yüksək risk qrupuna aid olduğundan, onun quşçuluq təsərrüfatlarından ara məsafəsi zoobayatarlıq qaydalarına uyğun olaraq 2000 (iki min) metr müəyyən edilir. Bu ardıcıllığın gözlənilməsi biotəhlükəsizlik baxımdan vacibdir. Bu ara məsafə norması sanitar, baytarlıq-gigiyena, tikinti və texniki qaydalara əməl edilməklə tikilən quşçuluq müəssisələrinə şamil olunur. Cavabdeh məxsus "xxxx" Quşçuluq Müəssisəsi kimi fəaliyyət göstərən tikili isə ASC- nin quş damlarından və tutumu 9000 ton olan su anbarından 460 və 480 metr məsafədə yerləşir. Göründüyü kimi Cavabdeh tələblərə əməl etmədən ASC-nin yerləşdiyi ərazinin çıxışında, inzibati əraziyə yaxın sahədə Siyəzən şəhərinə və Ata çaya yaxın ərazidə özünə məxsus "xxxx" Quşçuluq müəssisəsi kimi fəaliyyət göstərən tikilidə quş əti istehsalını və kəsimini icra edir. Bu tikilinin fəaliyyətinin qanunsuz olması, tikilidə istehsal və kəsim işlərinin antisanitar şəkildə aparılması ilə yanaşı, tullantılar idarə edilməyərək və utilizasiya tədbirləri görülmədən ASC-yə yaxın əraziyə atılır. Həmçinin, müəssisə Ata çayın yaxınlığında yerləşdiyindən qanlı və çirkab suları birbaşa təmizlənmədən, emal edilmədən Ataçaya və Samur-Abşeron kanalına axıdılır. Cavabdeh məxsus "xxxx" Quşçuluq quş kəsimi müəssis əsi ASC-nin yetişdirmə və broyler toyuq sahələri (toyuq damları) yaxın ərazidə yerləşdiyi üçün 9. tullantılardan yaranmış infeksion və ağır xəstəliklər, bioloji viruslar və çirkab suların açıq əraziyə axıdılmasından broyler toyuqları sağalmaz və müalicəsi mümkün olmayan müxtəlif ağır xəstəliklərə yoluxmuşdur. Cavabdeh qanunsuz əməlləri aşkar olunduğu vaxtdan halhazıra kimi "xxxx" ASC-də kəsim mərhələsinədək aşkar olunan ölü toyuqlar və cücələr ümumilikdə 530648 başdan artıq sayı əhatə edib. Cavabdehin qanunsuz hərəkətlər nəticəsində ASC-də çoxsaylı toyuq tələfatı baş vermiş və ASC böyük məbləğdə maddi ziyanla üzləşmişdir. Cavabdeh qanunsuz əməllərinə hüquqi qiymət verilməsi ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, X1 və digər müvafiq icra hakimiyyəti or qanlarına müraciətlər edilmişdir. Mövcud qanunsuz əməlin təsdiqi ASCnin məsul və səlahiyyətli şəxslərinin iştirakı ilə tərtib olunmuş aktda və akta əlavə olunmuş fotoşəkillərdə və videoçəklişlərdə öz əksini tapmışdır. Siyəzən rayon İcra Hakimiyyətinin, Baytarlıq İdarəsinin, Beşdam Bələdiyyəsinin, Beşdam kəndi üzrə Nümayəndəliyinin və Siyəzən rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakları ilə 26 və 27 sentyabr 2019-cu il tarixlərdə tərtib olunmuş aktlarda 500 başa qədər ölü quşların Samur-Abşeron kanalına atıldığı, sexin yaxınlığında çayın ətrafında qırmızı qana bənzər mayenin aşkar edildiyi, tullantıların açıq sahəyə atıldığı və tullantılar üzərində utilizasiya tədbirlərinin görülmədiyi halları aşkar edilmişdir. İddiaçı hesab etmişdir ki, Cavabdeh Siyəzən rayonu Beşdam Bələdiyəsinin əraz isində 2014-cü il 28 aprel tarixli 03 nömrəli torpaq icarəsi müqaviləsi ilə uzunmüddətli icarəyə götürdiyi örüş torpaq sahəsində təyinatdan kənar özbaşına tikinti aparmaqla qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikinti işləri aparıla bilməz. Cavabdeh həmçinin heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq sanitariyadan irəli gələn vəzifələrinin tələblərini də kobud şəkildə pozmuşdur. Belə ki, qanunsuz quş kəsim sexi kimi fəaliyyət göstərən müəssisə baytarlıq qeydiyyatına da alınmayıb, qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt kimi qeydiyyatdan keçməyib, mənşə və keyfiyyət sənədləri olmayan, yeyinti məhsulları istehsal edən obyektl ərinin layihələşdirilməsini və razılaşdırılmasını təmin etməməklə kobud qanun pozntusuna yol vermişdir.
11. Sumqayıt Kommersiya Məhkəməsinin 2020-ci il 05 oktyabr tarixli, e-2-2(119)327/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, məhkəmə xərcləri iddiaçının özünə aid edilmişdir (hakim Z.Sadıqov).
12. Məhkəmə hesab etmişdir ki, Siyəzən rayonu Beşdam kəndində yerləşən 0,20 ha bələdiyyə torpaq sahəsi 28 aprel 2014-cü ildən başlayaraq 99 il müddətinə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh icarəsindədir və onun həmin torpaq sahəsinə olan icarə hüququ müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Cavabdehin icarəsində olan həmin 0,20 ha torpaq sahəsinin sərhədləri iddiaçı ASC-nin mülkiyyətində və istifadəsində olan torpaq sahələri ilə kəsişmir v ə iddiaçı tərəfindən sökülməsi tələb olunan tikili cavabdehin icarəsində olan torpaq sahəsində inşa edilməklə Siyəzən rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən təsdiq edilmiş “Qeyridövlət qurumlari, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidənqurulmuş) bina və tikililərin (qurğularin) istismara qəbul edilməsi haqqında” Akta əsasən istismara qəbul edilmişdir və iddiaçının mülkiyyətində və istifadəsində olan torpaq sahəsinə heç bir aidiyyəti yoxdur.
13. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra Mülki Məcəllə) 152, 157.8, 158.1, 158.2, 158.4, 706.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77, 88 -ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
14. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərə k onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Sumqayıt Apellyasiya Məhkəməsinin 2021-ci il 24 fevral tarixli 2-2(105)14/2021 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən –Z.Məmmədov, hakimlər – H.Babayeva və F.Məmmədov). Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ASC Cavabdeh qanuni istifadəsində olan torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi tələbilə bağlı müvafiq subyektiv hüquqa, yəni mübahisəli qeyri-yaşayış sahəsinin sökülməsini və ərazinin əvvəlki vəziyyətinə qaytarılmasını tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. İddiaçını n vermiş olduğu tələb üzrə subyektiv hüququ mövcud olmadığı halda, tələbin tam və yaxud qismən təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların yaradılması nəticəsini doğura bilər. Hər hansı bir şəxsin sahibkarlıq sahəsində və yaxud, hər hansı bir sahədə fəaliyyətinin qanunsuzluğu və ya qüsurları isə müvafiq normativ-hüquqi aktlarla nizamlanan aidiyyəti orqan və təşkilatların müdaxiləsi əsasında aradan qaldırıla bilər.
17. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tamamilə təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
16. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
18. Apellyasiya instansiya məhkəməsi işin hallarını düzgün araşdırmamış, madd i və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, cavabdeh Siyəzən rayonu Beşdam Bələdiyəsinin ərazisində 2014-cü il 28 aprel tarixli, 03 nömrəli torpaq icarəsi müqaviləsi ilə uzunmüddətli icarəyə götürdüyü örüş torpaq sahəsində təyinatdan kənar tikilini qanunsuz və özbaşına tikməklə, Mülki Məcəlləsinin, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə Cavabdeh məxsus tikiliyə dair sənədlərə istinad etmək əvəzinə, onların qanunvericiliyin tələblərinə uyğun qəbul edilib-edilmədiyinə hüququ qiymət verməli idi. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları
19. Məhkəmə kollegiyasın ın iclasında iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin bütövlükdə təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir
20. Məhkəmə kollegiyasının iclasında cavabdeh vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir.
21. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin və ya vəkilinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir.
22. Məhkəmə kollegiyası üçüncü şəxsin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xə bərdar edildiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. İş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkə məsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “...... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyə tlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın....”. Maddə
157. Mülkiyyətin müdafiəsi “...... 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur........” Maddə
158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ;......” 158.2. Əmlak hüquqla rı həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.....” 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Torpaq Məcəlləsi Maddə
51. Torpaq sahəsi üzərində icarə hüququ
1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir......” Maddə
66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağ lanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə
67. Torpaq məcburiliyi sahələri üzərində hüquqların dövlət qeydiyyatının
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
28. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçi ni dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
29. Məhkəmə kollegiyası kassatorun kassasiya şikayətində qeyd etdiyi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və qanuni qətnamənin ləğv olunmasına əsas ola bilməz.
30. İşin hallarından göründüyü kimi, Siyəzən rayonu Beşdam kəndində yerləşən 0,20 ha bələdiyyə torpaq sahəsi 28 aprel 2014-cü ildən başlayaraq 99 il müddətinə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh icarəsinə verilmiş və onun həmin torpaq sahəsinə olan icarə hüququ müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır.
31. Az ərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.
32. Mülki Məcəllənin: - 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər; - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; - 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; - 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüq uqu da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır.
33. Qanunvericiliyin istinad edilən normalarından aydın olduğu kimi, bələdiyyə mülkiyyətində olan torpaqlar müqavilə əsasında icarəyə verilə bilər, torpaqdan istifadə hüququ da torpağa sahiblik hüququnda olduğu kimi əmlak hüququ sayılır və mülkiyyətçi olmasa belə torpaqdan istifadə edən şəxsin əmlak hüquqları qanunla qorunur.
34. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarını nəzərdən keçirməklə istinad olunan normaların hazırkı mübahisəyə tətbiqi zamanı məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh icarə müqaviləsi əsasında bələdiyyə torpağından istifadə hüququ əldə etmiş, qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt kimi qida təhlükəsizliyi qeydiyyatına alınmış və Cavabdeh uzun müddətli istifa dəsində olan torpaq sahəsində kəsim sexinin tikintisinə Siyəzən rayon İcra Hakimiyyəti tərəfindən etiraz edilməmişdir (bax Qərarın § 5,6).
35. Cavabdeh icarəsində olan həmin 0,20 ha torpaq sahəsinin sərhədlərinin iddiaçı ASC-nin mülkiyyətində və istifadəsində olan torpaq sahələri ilə kəsişmədiyi və iddiaçı tərəfindən sökülməsi tələb olunan tikilinin cavabdehin icarəsində olan torpaq sahəsində inşa edilməklə (Siyəzən rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən 30 may 2014-cü ildə təsdiq edilmiş “Qeyri-dövlət qurumlari, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidənqurulmuş) bina və tikililərin (qurğularin) istismara qəbul edilməsi haqqında” Akta əsasən istismara qəbul edilmişdir), iddiaçının mülkiyyətində və istifadəsində olan torpaq sahəsinə heç bir aidiyyəti olmamışdır.
36. Belə olan ha lda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehin istifadəsində olan torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi tələbi ilə çıxış etmək üçün subyektiv hüququ mövcud olmamışdır.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 4 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 iyul tarixli Qərarında qeyd olunur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hü quqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qayd aya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
38. Beləliklə də, iddiaçı ASC Cavabdeh qanuni istifadəsində olan torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi tələbilə bağlı müvafiq subyektiv hüquqa, yəni mübahisəli qeyri-yaşayış sahəsinin sökülməsini və ərazinin əvvəlki vəziyyətinə qaytarılmasını tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz.
39. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, hər hansı bir şəxsin sahibkarlıq sahəsində və yaxud, hər hansı bir sahədə fəaliyyətinin qanunsuzluğu və ya qüsurları aidiyyəti orqan və təşkilatların normativ-hüquqi aktlarla nizamlanan və onlar ın səlahiyyətləri sərhədində dayanan müdaxiləsi əsasında aradan qaldırıla bilər.
40. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi qanunvericiliyin yuxarıda əks olunmuş müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmişdir.
41. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 fevral tarixli, 2-2(105)-14/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
42. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayət i təmin etmədən saxlaya bilər.
43. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 fevral tarixli, 2-2(105)-14/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.