Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-260/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızı (məruzəçi hakim), Məmmədli Bəhram Məmməd oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 noyabr tarixli 2-2(104)-162/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İdd iaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonracavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 21 iyun 2013-cü il tarixli 74 saylı kredit müqaviləsi üzrə: əsas borc -9.998.835.75 (doqquz milyon doqquz yüz doxsan səkkiz min səkkiz yüz otuz beş) manat 75 qəpik, hesablanmış faiz – 864.230.43 (səkkiz yüz altmış dörd min iki yüz otuz) manat 43 qəpik, cərimə borcu - 0.00 (sıfır) manat 00 qəpik, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu - 0.00 (sıfır) manat 00 qəpik, cəmi – 10.863.066.18 (on milyon səkkiz yüz altmış üç min altmış altı) manat 18 qəpik məbləğində vəsaitin, həmçinin idd ia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 5 noyabr tarixli 2-2(115)-878/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək 9.998.835 manat 75 qəpik əsas borc, 864230 manat 43 qəpik faiz borcu, cəmi 10.863.066 manat 18 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim R.Məmmədov). Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 noyabr tarixli, 2-2(104)-162/2023 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 2020-ci il 5 noyabr tarixli, e-2-2(115)878/2020 saylı qətnaməsinin dəyişdirilmədən sax lanılması qət edilmişdir (sədrlik edənməruzəçi hakim Ş.Rzaquliyev, hakimlər A.Hüseynzadə və L.Süleymanov). Qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 fevral tarixli 2-2(104)-162/2023 saylı qərardadı ilə kassasiya şikayəti, şikayətin onu tərtib etmiş vəkil tərəfindən imzalanmaması (MPM 407.3-cü maddə) əsası ilə geri qaytarılmışdır. Bundan sonra cavabdeh tərəfindən 2024-cü il 1 mart tarixində Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 noyabr tarixli, 2-2(104)-162/2023 nömrəli qətnaməsindən yenidən kassasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi nə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab vermir. Belə ki, Azərbaycan Respublikası MPM-in 405.0.1-ci maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər. İşin materiallarından görünür ki, apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 18 dekabr tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir. Buna baxmayaraq, hazırki kassasiya şikayəti 2024-cü il 1 mart tarixində verilmiş, apellyasiya instansiya məhkəməsi isə işi şikayətlə birlikdə kassasiya instansiya məhkəməsinə göndərmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən kassasiya şikayəti ver ilərkən, MPM-in 405.0.1ci maddəsi ilə müəyyən edilmiş müddət buraxılmışdır. Bununla belə, buraxılmış prosessual müddətin bərpası barədə vəsatət təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-in 408.1.4-cü maddəsinə əsasən, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı: Gəncə Apellyas iya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 noyabr tarixli 2-2(104)-162/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən: Hakimlər: K.N.Abiyeva B.M.Məmmədli E.R.Vəliyeva
Məhkəmə qərarları › İş №2-2(102)-260/2024
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-260/2024
09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver