Məhkəmə qərarları › İş №2-2(102)-262/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-262/2022

05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-262/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər "xxxx" Firması, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-262/2022 Bakı şəhəri Açar sözlər: kredit borcu, ipoteka müqaviləsi, ipotekanın təkrar qeydiyyatı, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin (bundan sonra – iddiaçı) cavabdehlər "xxxx" Firması, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müq aviləsi üzrə borc” tələbinə dair, ilk iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı "xxxx" Firmasının (bundan sonra – cavabdeh) qarşılıqlı iddia tələbi üzrə cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “müqaviləyə xitam verilməsi və ipoteka predmeti olan əmlakların girovdan azad olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 noyabr tarixli, 2-2(103)-987/2021 saylı qətnaməsindən ilk iddia tələbi üzrə iddiaçı və ilk iddia tələbi üzrə cavabdeh verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2009-cu il 9 noyabr tarixli, 187/09 saylı təminatlı kredit müqaviləsinə əsasən borc verən iddiaçı material alınması məqsədilə cavabdehə 270.000 manat məbləğində kredit verməyi, borc alan mü qaviləyə əsasən krediti qəbul etməyi və müqavilədə göstərilən qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqaviləni cavabdehin adından onun direktoru Cavabdeh2 imzalamışdır. 2. 21/09, 22/09, 23/09, 24/09 ve 25/09 saylı ipoteka müqavilələrinin 2.1-ci bəndinə görə, kredit müqaviləsinə əsasən 270.000 manat məbləğində 6 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmiş və tərəflərin razılığı olmadan girov qoyulmuş avtomobillərin satılmasına, girov qoyulmasına və digər əməliyyatların aparılmasına icazə verilməmişdir. İpoteka predmeti kimi mülkiyyət hüququ ilə ipoteka qoyana məxsus betonnasos, betonqarışdırıc ılar yüklü edilmişdir. 3. 2013-cü il 23 aprel tarixli arayışa əsasən “Beton İnşaatçı” firmasına 2009-cu il 9 noyabr tarixdən 2010-cu il 30 noyabr tarixədək 270.000 manat kredit məbləği 20 faizlə verilmişdir. 2013-cü il 22 aprel tarixinə istifadə olunan 270.000 manat borcdan ödənilmiş əsas borc 32.000 manat, ödənilməmiş əsas borc 238.000 manat, ödənilmiş faizlər 133.031 manat, ödənilməmiş faizlər 49.946,78 manat, dəbbə pulu 251.955,56 manat və cəmi kreditlər üzrə borc 539.902,33 manat qeyd olunmuşdur.

4. İddiaçının problemli aktivlərlə iş departamentinin 2013-cü il 9 sentyabr tarixli problemli aktivlərlə iş departamentinin görüş protokoluna əsasən 2009-cu il 10 noyabr tarixli kredit müqaviləsinə əsasən borcalan Cavabdeh2 270.000 manat təminatlı kredit məbləğindən qalıq borcu 146.815 manat, faiz borcu 58.130 manat, cəmi borc 204.945 manat, cəmi gecikmə 205.000 manat təşkil etmişdir. 5. 2009-cu il 9 noyabr tarixli, 187/09 saylı kredit müqaviləsinə Əlavədən görünür ki, cavabdehə 205.000 manat kredit məbləği 36 ay müddətinə 2013-cü il 11 sentyabr tarixdə verilmişdir. 6. 2019-cu il 16 avqust tarixli, **********242 saylı məktuba əsasən 2009-cu il 9 noyabr tarixli 187/09 saylı kredit müqaviləsi üzrə 2019-cu il 15 avqust tarixinə yaranmış müqavilə üzrə əsas borc 55.615 manat, müqavilənin müddəti 2009-cu il 9 noyabr tarixdən 2016-cı il 9 sentyabr tarixə kimi əks olunmuş, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 52.429,70 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 8152,32 manat və müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 116.197,02 manat qeyd olun muşdur. 7. 2019-cu il 15 noyabr tarixli, **********396 saylı məktuba əsasən, 2009-cu il 9 noyabr tarixli, 187/09 saylı kredit müqaviləsi üzrə 2019-cu il 12 noyabr tarixə müqavilə üzrə yaranmış əsas borc 108.044,70 manat, günlük faiz məbləği 15,01 manat, gecikdirilmiş gün sayı 1143 gün, hesablanan faiz məbləği 17.156,43 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 125.201,13 manat qeyd olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdehə və Cavabdeh2 (bundan sonra – Cavabdeh2), Cavabdeh3 (bundan sonra – Ş.Həsənov) və Cavabdeh1 (bundan sonra – Cavabdeh1) qarşı 2019-cu il 9 sentyabr tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 55.615 manat əsas, 52.429,70 manat faiz, müqavilənin bitdiyi tarixdən 2019-cu il 15 av qust tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 8.152,32 manat borc, ümumilikdə 116.197,02 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması və tutmanın ipoteka müqavilələrinə əsasən, cavabdehə məxsus olan ** AJ *** qeydiyyat nişanlı, betonnasos tipli, HYUNDAİHS16-C markalı, ** JP *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı, ** JP *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı, ** JP *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı, ** AG *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı nəqliyyat vasitələrinə yönəldilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişd ir.

9. Daha sonra iddiaçı məhkəməyə bir neçə dəfə iddia tələblərinin dəyişdirilməsi barədə ərizələrlə müraciət edərək, yekunda məhkəmədən 2021-ci il 2 fevral tarixədək iddiaçıya ödənilməmiş 108.044,70 manat əsas borc və kredit müqaviləsi bitəndən sonra 2021-ci il 2 fevral tarixə kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 23.760,83 manat faiz, ümumilikdə 131.805,53 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması, tutmanın cavabdehə məxsus olan ** AJ *** qeydiyyat nişanlı, betonnasos tipli, HYUNDAİ HS16-C markalı, ** JP *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı, ** JP *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C şassidə 58146C yük markalı, ** AG *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C şassid 58146C yük markalı nəqliyyat vasitələrinə yönəldilməsi, həmin nəqliyyat vasitələrinin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehin təsisçiləri olan Cavabdeh2, Cavabdeh3 (bundan sonra – Ş.Həsənov) və Cavabdeh1 (bundan sonra – Cavabdeh1) mənsub əmlaklarına yönəldilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2009-c u il 9 noyabr tarixli, 187/09 nömrəli təminatlı kredit müqaviləsinə əsasən borcalana 6 ay müddətinə illik 20 % dərəcəsi ilə 270.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə 2010-cu il 31 may tarixli əlavəyə əsasən tərəflərin qarşılıqlı razılığı əsasında kredit vəsaitindən istifadə müddəti 2010-cu il 30 noyabr tarixədək uzadılmışdır. Eyni zamanda 2013-cü il 9 sentyabr tarixində tərəflər arasında razılığa əsasən qeyd olunan tarixə cari gün üçün mövcud olan 205.000 manat gecikdirilmiş məbləğ üçün gecikdirilməmək şərti ilə 36 aylıq, faizsiz ödəniş cədvəli tərtib olunması, həmçinin borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən, gecikdirilən məbləğə, hər gecikdirilən gün üçün 0.1 % miqdarında borcverənə dəbbə pulu ödəməsi görüş protokolun da qərara alınmışdır. Kredit müqaviləsinə əsasən borcalan krediti qəbul etməyi, müqavilədə, həmçinin müqaviləyə əlavələrdə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən borc alan tərəfindən müqavilə ilə müəyyən olunmuş məbləğ və ona hesablanmış faizlər hər ayın müvafiq günü tam şəkildə ödənilməlidir. Eyni zamanda, borc alanın üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişdir. Belə ki, borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin müvafiq məbləğində dəbbə pulu ödəməlidir. Həmçinin b orc alan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımı qaydada yerinə yetirilməməsinə görə borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat üsulu kimi ipoteka saxlayan iddiaçı ilə ipoteka qoyan cavabdeh arasında ipoteka müqavilələri bağlanmış və sadalanan nəqliyyat vasitələri ipoteka ilə yüklü edilmiş, Azərbayca Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsində qeydiyyata alınmış və bu barədə AG № 193815 saylı, 2009-cu il 6 noyabr tarixli şəhadətnamə verilmişdir. 2009cu il 6 noyabr tarixli, 21/09 saylı ipoteka müqaviləsinə əsasən ** AJ *** qeydiyyat nişanlı, betonnasos tipli, HYUNDAİHS16-C markalı; 22/09 saylı ipoteka müqaviləsinə əsasən ** JP *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C şassidə 58146 C yük markalı; 25/09 saylı ipoteka müqaviləsinə əsasən ** JP *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı; 24/09 saylı ipoteka müqaviləsinə əsasən ** JP *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı; 22/09 saylı ipoteka müqaviləsinə əsasən ** AG *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı nəqliyyat vasitələri yüklü edilmişdir. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən cavabdeh kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə banka hər ay ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də borc alan cavabdehin 2019-cu il 15 avqust tarixinədək iddiaçıya ödənilməmiş 55.615 manat əsas, 52.429,70 manat faiz, müqavilənin bitdiyi tarixdən 2019-cu il 15 avqust tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 8.152,32 manat, ümumilikdə 116.197,02 manat məbləğində kredit borcu vardır.

11. İlk iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 385, 425, 427, 442, 443, 445, 449, 465 və 739-cu maddələrinə istinad olunmuşdur.

12. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 iyun tarixli, e-2-2(113)-428/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

13. Azərbaycan Respublik ası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 2 sentyabr tarixli, 9/2524 saylı ekspert rəyinə əsasən ekspertiza tədqiqatı zamanı tərəflər arasında bağlanmış 2009-cu il 9 noyabr tarixli 187/09 saylı "Təminatlı kredit xətti müqaviləsi" üzrə kredit müqaviləsi, həmin müqaviləyə 2010-cu il 31 may tarixli əlavə və 2013-cü il 9 sentyabr tarixli razılaşma üzrə borcalanın banka olan borcunu müəyyən etmək mümkün olmamışdır.

14. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 15 oktyabr tarixli, e-2-2(113)428/2020 saylı qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2020-ci il 11 noyabr tarixli, 9/4848 saylı ekpert rəyinə əsasən cavabdehin 2009-cu il 9 noyabr tarixli, 187/09 saylı " Teminatlı kredit xətti müqaviləsi", həmin müqaviləyə 2010-cu il 31 may tarixli əlavə və 2013-cü il 9 sentyabr tarixli razılaşmanın şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi 2016-cı il 9 sentyabr tarixə iddiaçıya olan borcu 108.045 manat, o cümlədən əsas borc üzrə 108.045 manat, 2016-cı il 9 sentyabr tarixdən 2019-cu il 9 sentyabr tarixədək olan dövr üzrə illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 16.206,75 manat təşkil edir. Cavabdehin 2016-cı il 9 sentyabr tarixə iddiaçıya olan borcu 124.251,75 manat, əsas borc üzrə 108.045 manat və faiz borcu üzrə 16.206,75 manat təşkil edir.

16. İlk iddia tələbi üzrə cavabdeh məhkəməyə 2021-ci il 10 mart tarixdə ərizə ilə müraciət edərək iddia tələbinə iddia müddətinin tətbiq olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbu l olunmasını xahiş etmişdir.

17. Ərizə bununla əsaslandırılmışdır ki, kredit müqaviləsinə 2010-cu il 31 may tarixli əlavəyə əsasən, borc öhdəliyinin tam həcmdə icra edilməsinin son müddəti 2010-cu il 30 noyabr tarixi olaraq müəyyən edilmiş, cavabdeh son ödənişi 2015-ci il 15 may tarixdə icra etdiyindən icra müddətinin axımı həmin tarixdən başlamaqla 2018-ci il 15 may tarixdə bitmişdir. İddiaçı isə məhkəməyə 2019-cu il 9 sentyabr tarixdə müraciət etməklə iddia müddətini ötürmüşdür.

18. Daha sonra, 2021-ci il 18 mart tarixdə ilk iddia tələbi üzrə cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək tərəflər arasında bağlanmış 2009cu il 9 noyabr tarixli, 187/09 nömrəli “Təminatlı Kredit” müqaviləsinə, həmin müqavilənin tərkib hissəsi olan 2010-cu il 31 may tarixli əlavəyə, həmçinin tərəflər arasında bağlanmış 2009-cu il 6 noyabr tarixli, 21/09 saylı, 22/09 saylı, 25/09 saylı, 24/09 saylı, və 22/09 saylı ipoteka müqavilələrinə xitam verilməsi, ipoteka predmeti olan əmlakların **-AJ-*** qeydiyyat nişanlı, Betennasos tipli, Hyundai HS 16-C marlaı. ** JP *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı, ** JP *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı, ** AG *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı nəqliyyat vasitələrinin girovdan çıxarılmasına dair qəbul olunmasını xahiş etmişdir.

19. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış “Təminatlı Kredit” müqaviləsinə əsasən kreditor borcalana 6 ay müddətinə illik 20 faiz də rəcəsi ilə 270.000 manat məbləğində kredit vermişdir. “Təminatlı Kredit” müqaviləsinin 5.4-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddəti 2010-cu il 10 may tarixdə bitmiş, müqavilənin 7.1-ci bəndinə əsasən müqavilənin 5.4-cü bəndi ilə nəzərdə tutulmuş vaxt borc öhdəliyinin tam həcmdə icra edilməsinin son tarixi kimi müəyyən edilmişdir. “Təminatlı Kredit” müqaviləsinin tərkib hissəsi olan 2010-cu il 31 may tarixli əlavəyə görə müqavilənin 5.3 və 5.4-cü bəndləri aşağıdakı resaksiyada yazılmışdır: a) 5.3 - Borc alana verilən kredit vəsaitindən istifadə müddəti 2010-cu il 30 noyabr tarixədək uzadılsın; b) 5.4 Kredit vəsaitindən istifadə müddəti 2010-cu il 30 noyabr tarixdə bitir. Göründüyü kimi borc öhdəliyinin tam həcmdə icra edilməsinin son müddəti 2010-cu il 30 noyabr tarixi müəyyən edilib. 2013-cü il 9 sentyabr tarixdə tərəflər arasında ödəniş cədvəli tərtib olunmuşdur. Tərəflər arasında 2013-cü il 9 sentyabr tarixdə keçirilmiş görüş, həmin görüşə dair tərtib olunmuş görüş protokolu və ödəniş cədvəli isə müqavilə deyil və tərəflərin hüquq və vəzifələrini müəyyən edən əqd kimi qəbul edilə bilməz. Cavabdeh isə son ödənişi 2015-ci il 15 may tarixdə icra etmişdir. Odur ki, həmin tarixdən iddia müddətinin axımı başlamış və 2018-ci il 15 may tarixdə bitmiş, iddiaçı isə iddia ərizəsini iddia müddəti keçdikdən sonra vermişdir. Bu baxımdan iddia tələbinə iddia müddəti təbiq edilməklə iddia tələbi rədd edilməlidir. İddia tələbi rədd edildikdə isə təmintalı kredit müqaviləsi və ipoteka müqavilələrinə də xitam verilməlidir. Bundan başqa, cavabdehin Nizamnaməsinin 1.8-ci bəndinə əsasən, müəssisənin təsisçisinin qalan təsisçilərin razılığı olmadan öz adından öz mənafeləri və ya üçüncü şəxslərin mənafeləri üçün müəssisənin fəaliyyət predmetini təşkil edən əqdlərlə eyni xarakterli əqdlər bağlaq ixtiyarı yoxdur. İddiaçı ilə təminatlı kredit müqaviləsini, müqaviləyə əlavəni, ipoteka müqavilələrini təsisçilərdən yalnız biri Cavabdeh2 bağlamış, həmin müqavilələrin bağlanmasına digər təsisçilər Cavabdeh3 Cavabdeh1 razılığı olmamışdır. Bu isə cavabdehin nizamnaməsinə ziddir. Bu baxımdan da təminatlı kredit müqaviləsi və ipoteka müqavilələri hüquqazidd formada bağlanmışdır. Bu səbəbdən mübahisə predmeti olan müqavilələrə xitam verilməlidir.

20. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi ilk iddia tələbi üzrə iddiaçı ilə ilk iddia tələbi üzrə cavabdeh arasında bağlan ış “Təminatlı kredit müqaviləsi”nin 5.4-cü bəndinə, həmin müqaviləyə 2010-cu il 31 may tarixli əlavənin 5.3, 5.4-cü bəndlərinə istinad olunmuşdur.

21. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 30 aprel tarixli, e-2-2(113)-44/2021 saylı qətnaməsi ilə ilk iddia tələbi qismən - 108.044,70 manat əsas borc və iddia ərizəsinin verildiyi tarixə əsas borca münasibətdə illik 5 faiz hesablanma nəzərə alınaraq 23.760,82 manat olmaqla ümumilikdə 131.805,52 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın cavabdehə məxsus olan 2009-cu il 6 noyabr tarixli, 21/09 saylı ipoteka müqaviləsinə əsasən ** AJ *** qeydiyyat nişanlı, betonnasos tipli, HYUNDAİ HS16-C markalı, 22/09 saylı ipoteka müqaviləsinə əsasən ** JP *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı, 25/09 saylı ipoteka müqaviləsinə əsasən ** JP *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı, 24/09 saylı ipoteka müqaviləsinə əsasən ** JP *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C ş-də 58146C yük markalı, 22/09 saylı ipoteka müqaviləsinə əsasən ** AG *** qeydiyyat nişanlı, betonqarışdırıcı tipli, Kamaz 53229C şdə 58146C yük markalı nəqliyyat vasitələrinə yönəldilməsi, həmin nəqliyyat vasitələrinin açıq hərracdan satılmaqla satışdan əldə olunan vəsaitin 131.805,52 manat məbləğində kredit borcunun ödənilməsinə yönəldilməsi hissəsində təmin olunmuş, ilk iddia tələbi qalan hissədə, qarşılıqlı iddia tələbi isə bütövlükdə rədd edilmişdir (hakim - F.Qasımov).

22. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, 2013-cü il 9 sentyab r tarixli görüş protokoluna əsasən ödəniş cədvəli tərtib olunmuş, həmin ödəniş cədvəlinə əsasən son ödəmə tarixi 2016-cı il 9 sentyabr olaraq müəyyən edilmişdir. İddiaçı tərəfindən isə məhkəməyə 2019-cu il 6 sentyabr tarixdə müraciət olunmuş, yəni iddia müddəti ötürülməmişdir. Məhkəmə ekspert rəyini əsas götürməklə ilk iddia tələbinin 108.045 manat əsas borc, 16.206,75 manat faiz borcu və əsas borca illik 5 faiz dərəcəsi ilə 23.760,82 manatın cavabdehdən tutulması hissəsində əsaslı olması nəticəsinə gəlmişdir. Cavabdehin kredit borcu ona məxsus əmlakın ipoteka qoyulmasına dair ipoteka müqavilələri ilə təminat altına alındığından kredit borcunun tutulması da həmin ipoteka müqavilələrinin predmeti olan əmlaklara yönəldilməlidir.

23. Məhkəmə həmçinin qeyd etmişdir ki, ilk iddia üzrə cavbdehlə r mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada ortaqlığın öhdəlikləri üzrə onlara mənsub əmlakla məsuliyyət daşıyırlar. Lakin hazırki mübahisənin predmetini müqavilə öhdəlikləri üzrə yaranmış borc məbləği təşkil edir və cavabdeh olan fiziki şəxslər müqavilə tərəfi olmalaqla onların özlərinə məxsus olan əmlakla məsuliyyət daşıması icra prosesində həll olunmalı məsələdir. Həmçinin, ilk iddia tələbinin ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehin təsisçiləri kimi fiziki şəxs olan cavabdehlərə məxsus əmlaklara yönəldilməsinin təmin olunması məhkəmə qətnaməsinin şərtlə qəbul edilməsi ilə nəticələnir ki, bu da mülki prosessual qanunvericiliyin mahiyyəti ilə ziddiyyət təşkil edir. İpoteka predmetinin satışından əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda borcun ortaqlığın iştirakçılarına məxsus əmlaka yönəldilməsi icra prosesini həyata keçirən orqan tərəfindən aparılmalı prosesdir.

24. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə bildirmişdir ki, Cavabdeh2 iddiaçı bankla kredit müqaviləsi imzalayarkən cavabdehin direktoru qismində iştirak etmişdir. Cavabdehin 2002-ci il tarixli Nizamnaməsinin 10.10-cu maddəsinin 2-ci bəndinə əsasən isə, direktor əmrlər verir, vəzifə təlimatlarını təsdiq edir, müəssisənin adından müqavilə və başqa hüquq xarakterli sənədləri imzalayır. Həmçinin 2002-ci il 25 oktyabr tarixli 1 saylı protokol ilə cavabdehin bütün sahədə rəhbərliyin Cavabdeh2 həvalə edilməsi qərara alınmışdır. Beləliklə, həm firmanın bütün sahədə rəhbərliyi, həm də direktoru kimi Cavabdeh2 kredit müqaviləsinin tərəfi kimi həmin müqaviləni imzalaması ilə hər-hansı hüququ pozuntusuna yol verilməmiş və o, müqaviləni imzalamaqda səlahiyyətli olmuşdur.

25. Məhkəmə gəldiyi nəticəni MM-in 269, 270.1, 372.2, 373.2, 375.2, 442.1, 445.7, 739-cu maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarına, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2, 41.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

26. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qət namə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 noyabr tarixli, 2-2(103)-987/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - ilk iddia tələbinin irəli sürülmüş tələbin ipoteka predmetlərinə yönəldilməsi barədə tələblərin təmin olunduğu hissədə ləğv, ilk iddia tələbi həmin hissədə rədd edilmişdir (sədrlik edən - R.Qurbanov, hakimlər - A.Tanrıverdiyev və V.Baxışova).

28. Apellyasiya məhkəməsi kredit borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, lakin hesab etmişdir ki, ilk iddia tələbi tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilə bilməz. Belə ki, ipoteka müqaviləsinin qüvvəyə minməsinin imperativ şərti onun dövlət qeydiyyatına alınmasıdır. Eyni zamanda, ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır. Qanunvericilikdə müəyyən edilmiş müddətlər ərzində əlavə qeydiyyatın aparılmaması ipotekanın ilkin qeydiyyatının aparılmaması ilə eyni hüquqi nəticələrə səbəb olur, başqa sözlə ipoteka saxlayanın ipoteka hüququ yaranmır. Hazırki mübahisədə də qeyd olunan hallar mövcud olmuş, 2009-cu il 9 noyabr tarixli 187/09 nömrəli təminatlı kredit müqaviləsinə 2010-cu il 31 may tarixli, əlavə, o cümlədən 2013-cü il 9 sentyabr tarixli ödəniş cədvəli ilə kreditdən istifadə müddəti uzadılmış, lakin həmin vaxt ipotekanın əlavə dövlət qeydiyyatı aparılmamış, belə olan halda isə iddiaçının ipoteka hüququ yaranmamışdır.

29. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin də əsaslı olmaması qənaətinə gəlmişdir. Belə ki, ipoteka haqqında qanunvericiliyin tələblərinə görə, ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda, ipoteka predmeti məhv olduqda ipotekaya xitam verilir. Cavabdehin qarşılıqlı iddia tələbinin dəlilləri isə qeyd olunan halların heç birinə aid olmamışdır. Qarşılıqlı iddia tələbləri irəli sürülərkən ilk növbədə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə istinad olunmuş, həmin hal isə özözlüyündə yalnız ilk iddianın rədd edilməsi üçün əsas ola bilərdi. Lakin, hazırda belə əsaslar da mövcud olmamışdır. Belə ki, tərəfləri n qarşılıqlı razılığına görə 2013-cü il 9 sentyabr tarixdə yeni ödəniş cədvəli tərtib edilmiş, həmin ödəniş cədvəlinə uyğun olaraq son ödəmə tarixi 2016-cı il 9 sentyabr tarixi müəyyən olunmuş, iddiaçı isə məhkəməyə 2019-cu il 6 sentyabr tarixdə müraciət etmişdir. Tərəflərin tərtib etdiyi 2013-cü il 9 sentyabr tarixli görüş protokolunun əhəmiyyətsizliyi ilə bağlı dəlillər də əsassız olmuşdur. Çünki, həmin protokoldan sonra tərəflərin qarşılıqlı razılığına görə yeni ödəniş cədvəli tərtib olunmuş və həmin cədvəl əsasında kredit vəsaitindən istifadə müddəti 2016-cı il 9 sentyabr tarixədək uzadılmışdır. Bu səbəbdən, həmin ödəniş cədvəlindən əvvəl hansı sənədin (protokol, razılaşma, müqaviləyə əlavə və s.) tərtib olunması əhəmiyyət daşımamışdır.

30. Məhkəmə kollegiyası həmçinin birinci instansi ya məhkəməsinin cavabdehin həm bütün sahədə rəhbərliyin verildiyi şəxs, həm də direktor kimi Cavabdeh2 kredit müqaviləsinin tərəfi kimi həmin müqaviləni imzalaması ilə hər-hansı hüququ pozuntusuna yol verilmədiyi və onun müqaviləni imzalamaqda səlahiyyətli olduğuna dair gəldiyi nəticə ilə razılaşmışdır.

31. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 309.1, 309.2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 10.4, 11.1, 11.2, 14.1.1, 14.5-ci, maddələrinə istinad etməklə əsaslandırmışdır.

32. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 15 noyabr tarixdə iş üzrə tərəflərin nümayəndələrinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.

33. Apellyasiya məhkəməsinin qətnaməsindən iddiaçı 2022-ci il 13 yanvar tarixdə kassasiya şikayəti verərək onun qismən ləğv, ilk iddia tələbi nin şikayətə münasibətdə təmin olunması və ya işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

34. Apellyasiya məhkəməsinin qətnaməsindən həmçinin cavabdeh də 2022-ci il 3 fevral tarixdə kassasiya şikayəti verərək onun kredit müqaviləsi üzrə pulun tutulması hissəsində ləğv, həmin hissədə iddia müddəti tətbiq etməklə iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

35. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 fevral tarixli, 2-2(103)-987/2021 saylı qərardadı ilə cavabdehin kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin üzrlü hesab edilərək bərpa olunmasına dair ərizəsi təmin edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) İlk iddia tələbi üzrə iddiaçının kassasiya şikayətinin dəlilləri 36. “İpoteka haqqında Qanun”un 48-ci maddəsinin tələbi pozulmuşdur. Apellyasiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməyərək yanlış nəticəyə gəlmiş, 2009-cu il 9 noyabr tarixli, 187/09 saylı kredit müqaviləsinə 2010-cu il 31 may tarixində əlavə saziş bağlandığını, kreditin müddətinin 2010-cu il 30 noyabr tarixədək uzadıldığını, lakin 2009-cu 6 noyabr tarixli ipoteka müqavilələrinə əlavə sazişlərin bağlanmaması və ipoteka predmetlərinin dövlət qeydiyyatına alınmaması əsası ilə iddia tələbini ipoteka predmetinə yönəltmə hissəsində təmin etməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 48-ci maddəsində ipotekaya xitamın əsasları sadalanmışdır. Lakin həmin maddədə sadalanan halların heç biri hazırki iş ə tətbiq oluna bilməzdi. Belə ki, 2009cu il 9 noyabr tarixli 187/09 saylı kredit müqaviləsinə edilmiş dəyişiklik özlüyündə kredit müqaviləsinin şərtlərini dəyişdirməmiş, hüquqi fakt kimi əlavə mülki mülki hüquq və vəzifələr əmələ gətirməmiş, sadəcə ödəniş qrafikinin müddəti uzadılmaqla müqavilənin digər şərtləri dəyişdirilməmişdir.

37. MM-in 307.4-cü, “İpoteka haqqında Qanun”un 10.5-ci maddələrinin tələbləri pozulmuşdur. Cavabdehlə bağlanmış ipoteka müqaviləsinin 4.2-ci bəndinə əsasən ipoteka ilə təmin edilən öhdəlik üzrə hissə-hissə icra olunmalı ödənişlərin müddəti, dövriliyi, məbləği kredit müqaviləsi ilə müəyyən edilir. Yəni, ödəniş şərtlərinin kredit müqaviləsində müəyyən edilməsi birbaşa ipoteka müqaviləsində müəyyən edilmişdir. Kredit müqaviləsinə əlavə kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir. İpoteka müqaviləsində müəyyən edilmiş şərtlər həm kredit müqaviləsini, həm də, əlavəni özündə ehtiva edir.

38. Bundan başqa, ipoteka müqavilələrinin 12.2-ci bəndində ipoteka qoyanın kredit müqaviləsinə əsasən üzərinə götürdüyü əsas məbləği, faizləri, ödənişin gecikməsi nəticəsində vurulmuş zərərin əvəzini, dəbbə pulunu və ipotekaqoyanın öz vəzifələrini vaxtında və düzgün yerinə yetirməməsi səbəblərindən yaranan sair ziyanlar ipoteka saxlayana ödənilənədək ipoteka müqaviləsinin qüvvədə olduğu öz əksini tapmışdır. Həm borc müqaviləsi həm də ipoteka müqavilələri cavabdehin digər təsisçilərinin razılığı ilə bütün səlahiyyətlərin verildiyi Cavabdeh2 tərəfindən imzalanmışdır. b) İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının kassasiya şikayətinin dəlilləri

39. MM-i n 373.2-ci maddəsinin pozulması - tərəflər arasında bağlanmış təminatlı kredit müqaviləsinin 5.4-cü bəndinə əsasən, kredit vəsaitindən istifadə müddəti 2010-ci il 10 may tarixədək müəyyən edilmiş, müqavilənin 7.4-cü bəndində həmin tarix öhdəliyin tam həcmdə icra edilməsinin son tarixi kimi göstərilmişdir. Müqavilənin tərkib hissəsi olan 2010-cu il 31 may tarixli əlavə ilə müqavilənin 5.3 və 5.4-cü bəndləri dəyişdirilərək kredit vəsaitindən istifadə müddəti 2010-cu il 30 noyabr tarixədək uzadılmış, borc öhdəliyinin tam həcmdə icra edilməsinin son müddəti 2010-cu il 30 noyabr olaraq müəyyən edilmişdir. Lakin məhkəmə tərəflər arasında 2013-cü il 9 sentyabr tarixdə keçirilmiş görüş, həmin görüşə dair tərtib olunmuş görüş ptorokolu və 2016-cı il 9 sentyabr tarixədək ödənişi nəzərdə tutan cədv əli əsas götürərək iddia müddətinin keçmədiyi nəticəsinə gəlmişdir. Halbuki, həmin görüş və ona dair tərtib olunmuş protokol və ödəniş cədvəli müqavilə deyil və tərəflərin hüquq və vəzifələrini müəyyən edən əqd kimi qəbul oluna bilməz. Kredit üzrə son ödəniş 2015-ci il 15 may tarixdə icra olunduğundan iddia müddətinin axımı həmin tarixdən başlamış və 2018-ci il 15 may tarixdə bitmiş, iddiaçı isə məhkəməyə 2019-cu il 6 sentyabr tarixdə müraciət etməklə iddia müddətini ötürmüşdür.

40. Bundan başqa, cavabdehin iddiaçıya 108.045 manat əsas borcu olmamışdır. Belə ki, iddiaçı özü də iddia ərizəsində əsas borcun 55.615 manat olduğunu göstərmişdir. Belə olan halda, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticəsində ekspertin əsas borcu və gecikdirilmiş vaxt üçün faiz borcunu 2 dəfə artıq hesab laması əsassız olmuşdur.

41. Cavabdeh həmçinin qeyd etmişdir ki, müəssisənin nizamnaməsinə əsasən, onun təsisçisinin digər təsisçilərin razılığı olmadan öz adından əqdlər bağlamaq ixtiyarının olmadığı öz əksini tapmış, hazırki halda isə həm kredit müqaviləsi həm də ipoteka müqavilələri cavabdehin təsisçisi olan Cavabdeh2 tərəfindən digər təsisçilərin razılığı olmadan imzalanmışdır. Bu isə, cavabdehin nizamnaməsinə ziddir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

43. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM- nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

44. İş üzrə iddiaçı və cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi ayrı-ayrılıqda olmaqla bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416cı maddələri).

45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxla nılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

46. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur Maddə

269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 269.6. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 269.8. Bu Məcəllənin 266.6-cı maddəsində müəyyənləşdirilmiş prinsipə əsasən, girov saxlayanın (ipoteka saxlayanın) hüququ var ki, girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın itirilməsi və ya zədələnməsi üçün, onun kimin xeyrinə sığortalanmasından asılı olmayaraq, sığorta ödənişindən təminat alsın, bu şərtlə ki, itki və ya zədələnmə girov saxlayanın (ipoteka saxlayanın) cavabdeh olduğu səbəblərdən baş verməsin. 269.9. Girov və ipoteka hüququ başqasına verilə bilən bütün əşyalar və hüquqlar üçün verilir. 269.10. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir. 269.11. Girov və ipoteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər. Tələb adlı, orderli və ya adsız ola bilər. O həm girov qoyana (ipoteka qoyana) və ya mülkiyyətçinin özünə qarşı, həm də başqa şəxsə qarşı tələb ola bilər. Girov və ya ipoteka hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır. Maddə

270. Girovun və ipotekanın əmələ gəlməsi əsasları 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “...” Maddə

309. İpotekanın dövlət qeydiyyatı 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 309.2. İpotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır. “...” Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə

373. İddia müddətləri “...” 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. “...” Maddə

375. İddia müddətinin tətbiqi “...” 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə q üsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

445. Borclunun icranı gecikdirməsi “...” 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “...” Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqavilə sinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə

72. Tam ortaqlığın işlərinin aparılması 72.1. Əgər tam ortaqlığın nizamnaməsində onun bütün iştirakçılarının işləri birlikdə aparması və ya işlərin aparılmasının ayrı-ayrı iştirakçılara tapşırılması müəyyənləşdirilməyibsə, tam ortaqlığın hər bir iştirakçısı ortaqlıq adından fəaliyyət göstərə bilər. 72.2. Ortaqlığın iştirakçıları onun işlərini birlikdə apararkən hər bir əqdin bağlanması üçün ortaqlığın bütün iştirakçılarının razılığı tələb edilir. 72.3. Əgər ortaqlığın iştirakçıları onun işlərinin aparılmasını iştirakçıların birinə və ya bəzilə rinə tapşırarlarsa, qalan iştirakçılar ortaqlıq adından əqdlər bağlamaq üçün ortaqlığın işlərinin aparılmasının tapşırıldığı iştirakçıdan (iştirakçılardan) etibarnamə almalıdırlar. 72.4. Üçüncü şəxslərlə münasibətlərdə ortaqlıq onun iştirakçılarının səlahiyyətlərini məhdudlaşdıran nizamnamə müddəalarına istinad edə bilməz, amma əqdin bağlandığı vaxt ortaqlıq iştirakçısının ortaqlıq adından fəaliyyət göstərmək hüququ olmadığını üçüncü şəxsin bildiyini və ya bilməli olduğunu ortaqlığın sübuta yetirdiyi hallar istisna təşkil edir. 72.5. Ortaqlığın işlərinin aparılması üzrə bir və ya bir neçə iştirakçıya verilmiş səlahiyyətlərə məhkəmə ciddi əsaslar olduqda, o cümlədən vəkil edilmiş şəxs (şəxslər) öz vəzifələrini kobudcasına pozduqda və ya onun işləri ağılla aparmağa qadir olmadığı aşkara çıxd ıqda ortaqlığın bir və ya bir neçə digər iştirakçısının tələbi ilə xitam verə bilər. Məhkəmə qərarına əsasən ortaqlığın nizamnaməsində müvafiq dəyişikliklər edilir. 47. “İpoteka haqqında” Azərbaycan Respublikası müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur Qanunun müvafiq M a d d ə

1. Əsas anlayışlar “...” 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur; “...” M a d d ə

3. İpotekanın tətbiq sahəsi 3.1. İpoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. “...” M a d d ə

10. İpoteka müqaviləsi “...” 10.4. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. “...” M a d d ə

11. İpotekanın dövlət qeydiyyatı 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. “...” M a d d ə

14. İpotekanın əlavə dövlət qeydiyyatı 14.1. İpotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda apar ılır: 14.1.1. ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə; “...” 14.5. İpotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən və daşınar əmlakın rəsmi reyestrindən çıxarışla, ipoteka kağızında isə müvafiq qeydin edilməsi ilə təsdiq edilir. M a d d ə

41. İpoteka predmetinin satış üsulları 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “...” 47. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarı “...” Kredit müqaviləsində nəzərdə tutulmuş müdd ət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. “...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

49. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişd irilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

50. İddiaçının kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi 2009-cu il 9 noyabr tarixli, 187/09 saylı kredit müqaviləsinə 2010-cu il 31 may tarixində əlavə saziş bağlanması, kreditin müddətinin 2010-cu il 30 noyabr tarixədək uzadılması, lakin 2009-cu 6 noyabr tarixli ipoteka müqavilələrinə əlavə sazişlərin bağlanmaması və ipoteka predmetlərinin dövlət qeydiyyatına alınmaması əsası ilə iddia tələbini ipoteka predmetinə yönəltmə hissəsində təmin etməməklə ipoteka haqqında qanunvericiliyin tələblərini pozmuşdur.

51. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin göstərilən dəlilinə münasibətdə apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığını qeyd edir.

52. Belə ki, Belə ki, MM-nin 3 09.1-ci maddəsinin tələblərinə görə daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.

53. Həmin Məcəllənin 309.2-ci maddəsinə görə ipotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır. 54. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 10.4-cü bəndinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.

55. Həmin Qanunun 11.1 və 11.2-ci bəndlərinə görə daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınma lıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur.

56. Həmin Qanunun 14.1.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aparılır. Qanunda həmçinin təsbit olunmuşdur ki, ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən və daşınar əmlakın rəsmi reyestrindən çıxarışla, ipoteka kağızında isə müva fiq qeydin edilməsi ilə təsdiq edilir (Qanunun 14.5-ci maddəsi).

57. Qeyd olunan maddi hüquq normalarından göründüyü kimi ipoteka müqaviləsinin qüvvəyə minməsinin imperativ şərti onun dövlət qeydiyyatına alınmasıdır. Eyni zamanda ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır. Qanunvericilikdə müəyyən edilmiş müddətlər ərzində əlavə qeydiyyatın aparılmaması ipotekanın ilkin qeydiyyatının aparılmaması ilə eyni hüquqi nəticələrə səbəb olur, başqa sözlə ipoteka saxlayanın ipoteka hüququ yaranmır.

58. Hazırki halda, tərəflər arasında bağlanmış təminatlı kredit müqaviləsinə 2009-cu il 9 noyabr tarixli 187/09 nömrəli əlavə, o cümlədən 2013-cü il 9 sentyabr tarixli ödəniş cədvəli ilə kreditdən istifadə müddət i uzadılmış, lakin həmin vaxt ipotekanın əlavə dövlət qeydiyyatı aparılmamışdır. Belə olduqda isə, apellyasiya instansiyası məhkəməsinin iddiaçının ipoteka hüququnun yaranmamasına dair gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

59. Cavabdehin kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, məhkəmə tərəflər arasında 2013-cü il 9 sentyabr tarixdə keçirilmiş görüş, həmin görüşə dair tərtib olunmuş görüş ptorokolu və 2016-cı il 9 sentyabr tarixədək ödənişi nəzərdə tutan cədvəli əsas götürərək iddia müddətinin keçmədiyi nəticəsinə gəlmişdir. Halbuki, kredit üzrə son ödəniş 2015-ci il 15 may tarixdə icra olunduğundan iddia müddətinin axımı həmin tarixdən başlamış və 2018-ci il 15 may tarixdə bitmiş, iddiaçı isə məhkəməyə 2019-cu il 6 sentyabr tarixdə müraciət etməklə iddia müddətini ötürm üşdür.

60. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin göstərilən dəlili ilə aşağıda göstərilənlərə əsasən razılaşmadığını qeyd edir.

61. Belə ki, MM-nin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.

62. Hazırki halda, tərəflər arasında təminatlı kredit müqaviləsi 2009-cu il 9 noyabr tarixdə bağlanmış olsa da, sonradan onların qarşılıqlı razılığı əsasında 2013-cü il 9 sentyabr tarixdə yeni ödəniş cədvəli tərtib olunmaqla həmin ödəniş cədvəlinə əsasən son ödəmə tarixi 2016-cı il 9 sentyabr tarixi olaraq müəyyən olunmuşdur. Belə olduqda, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin icra olunmasının son müddəti də həmin tarixə nəzərdə tutulduğundan iddiaçı tərəfindən məhkəməyə 2019-cu il 6 sentyabr tarixdə müraciət olunmaqla MM-nin müqavilə tələbləri üzr ə iddia müddəti ötürülməmişdir.

63. Cavabdehin kassasiya şikayətinin digər dəlili bundan ibarət olmuşdur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticəsində ekspertin əsas borcu və gecikdirilmiş vaxt üçün faiz borcunu 2 dəfə artıq hesablaması əsassız olmuşdur.

64. Kassasiya şikayətinin göstərilən dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh kassasiya şikayətinin göstərilən dəlilində apellyasiya məhkəməsinin tətbiq etdiyi maddi hüquq normalarına münasibətdə hər-hansı hüquqi əsaslandırmasını bildirməmiş və yalnız məhkəmənin düzgün olmayan ekspert rəyinə istinad etməsini mübahisələndirimişdir.

65. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin prosessual səlahiyyətinin həcmi və həddinin ancaq bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin məcəllənin 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan, yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğuna dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşdırır.

66. MPM-in tələblərinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. Ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər (MPM-in 97, 99.1, 102-ci maddələri).

67. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, ekspertizanın aparılması xüsusi biliklə bağlı olmalı, tərəflərin çəkişmə prinsipini riayət edilməklə aparılmalı, habelə verilmiş ekspert rəyi müəyyən hallarda təkrar və ya əlavə ekspertizanın aparılmasını zəruri edə bilər.

68. Eyni zamanda, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra Qanun) 11-ci maddəsi müəyyən etmişdir ki, ali təhsilli və müəyyən ekspertiza ixtisası üzrə xüsusi biliklərə malik Azərbaycan Respublikasının vətəndaşı məhkəmə eksperti ola bilər. Habelə, həmin Qanunun 1-ci maddəsinə əsasən, ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir.

69. Hazırki işlə bağlı Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 15 oktyabr tarixli, e2-2(113)-428/2020 saylı qərardadı ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, cavabdehin mübahisələndirdiyi ekspert rəyi ilə ekspertiza qarşısında qoyulmuş suallara tam cavab verilmiş, cavabdeh ekspert rəyi ilə razılaşmasa da təkrar ekspertizanın keçirilməsi barədə vəsatətlə çıxış etməmişdir.

70. Cavabdehin kassasiya şikayətinin digər dəlili belə olmuşdur ki, müəssisənin nizamnaməsinə əsasən, onun təsisçisinin digər təsisçilərin razılığı olmadan öz adından əqdlər bağlamaq ixtiyarının olmadığı öz əksini tapmış, hazırki halda isə həm kredit müqaviləsi həm də ipoteka müqavilələri cavabdehin təsisçisi olan Cavabdeh2 tərəfindən digər təsisçilərin razılığı olmadan imzalanmışdır.

71. Kassasiya şikayətin in göstərilən dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MM-nin 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər;

72. Həmin Məcəllənin, 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların əmələ gəlməsi əsasıdır;

73. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu m üəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Hüquqi şəxs, öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər (MM-nin 49.2-ci maddəsi).

74. Hazırda Cavabdeh2 iddiaçı bankla kredit müqaviləsi imzalayarkən direktor qismində iştirak etmiş, müqavilə onun imzası və müəssisənin möhürü ilə təsdiq olunmuşdur. Cavabdehin 2002-ci il tarixli Nizamnaməsinin 10.10-cu maddəsinin 2-ci bəndinə əsasən isə direktor əmrlər verir, vəzifə təlimatlarını təsdiq edir, müəssisənin adından müqavilə və başqa hüquq xarakterli sənədləri imzalayır. Həmçinin digər ortaqların iştirakı ilə tərtib olunmuş 2002-ci il 25 oktyabr tarixli 1 saylı protokol ilə müəssisənin bütün sahədə rəh bərliyinin Cavabdeh2 həvalə edilməsi qərara alınmışdır.

75. MM-nin tələblərinə əsasən, əgər tam ortaqlığın nizamnaməsində onun bütün iştirakçılarının işləri birlikdə aparması və ya işlərin aparılmasının ayrı-ayrı iştirakçılara tapşırılması müəyyənləşdirilməyibsə, tam ortaqlığın hər bir iştirakçısı ortaqlıq adından fəaliyyət göstərə bilər. Ortaqlığın iştirakçıları onun işlərini birlikdə apararkən hər bir əqdin bağlanması üçün ortaqlığın bütün iştirakçılarının razılığı tələb edilir. Əgər ortaqlığın iştirakçıları onun işlərinin aparılmasını iştirakçıların birinə və ya bəzilərinə tapşırarlarsa, qalan iştirakçılar ortaqlıq adından əqdlər bağlamaq üçün ortaqlığın işlərinin aparılmasının tapşırıldığı iştirakçıdan (iştirakçılardan) etibarnamə almalıdırlar (MM-nin 72-ci maddəsi).

76. Məhkəmə kolleg iyası hesab edir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, iddiaçı və cavabdehin kassasiya şikayətlərində göstərilən dəlillər isə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 noyabr tarixli, 2-2(103)987/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

77. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

78. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 noyabr tarixli, 2-2(103)-987/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar