Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-263/2019 11.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı-nin cavabdeh “xxxx” İKB ASC-yə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nıgar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı-nin cavabdeh “xxxx” İKB ASC-yə qarşı artıq hesablanmış borcun silinməsi, əldən çıxmış faydanın və mənəvi zərərin ödənilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 18 dekabr 2018-ci il tarixli 2-2(103)-276/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən iş ə 11 iyun 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı-nin cavabdeh “xxxx” İKB ASC-yə qarşı cavabdeh tərəfindən hesablanmış 24937,40 ABŞ dolları dəbbə və 53792,94 ABŞ dolları faiz borcunun silinməsini, iddiaçının cari hesaba mədaxil etdiyi 49085 ABŞ dolları və 81000 ABŞ dolları pul məbləğinə 1 ay müddətində sərəncam hüququndan məhrum olması səbəbindən 150000 ABŞ dolları mənəvi zərərin cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin 1.8-ci bəndinə əsasən kredit müddətinin 07.03.2017-ci il tarixdə bitməsinə baxmaya raq, əmanətin girovu müqaviləsinin 5.1.1-ci bəndinə görə Bank borcu akseptsiz qaydada silməli olduğu halda, ona şifahi və yazılı müraciətlər edilməsinə də əhəmiyyət verməyərək silməmişdir. Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən 17.03.2017-ci il tarixdə əvvəlcədən heç bir məlumat vermədən əmanətçilərə məxsus olan əmanətlər onun 16 nömrəli Protokoluna əsasən müqavilə şərtinə uyğun olaraq akseptsiz qaydada Bankın xeyrinə 10 günlük gecikmə ilə silinsə də, daha sonra naməlum səbəblərdən 27.03.2017-ci il tarixində yenidən bərpa edilmişdir. 17.03.2017-ci il tarixində iddiaçı (borclu) kredit üzrə qalan borcun və hesablanmış faizlərin ödənilməsi məqsədilə cari hesaba 49085 ABŞ dolları və 81000 ABŞ dolları mədaxil etmişdir. Qeyd olunan məbləğlərin cari hesaba mədaxil olunmasına 07.03.2017-ci il tarixində cəhd edilmiş, lakin Bank tərəfindən qərəzlilik nümayiş etdirilmiş və mədaxil qəbul olunmamışdır. Bankın apardığı silinmə və daha sonra həmin əməliyyatların bərpa edilməsi iddiaçıya külli miqdarda maddi ziyanın vurulması ilə nəticələnmişdir. Belə ki, Bank bilərəkdən vaxtında silməni həyata keçirməmiş və nəticədə iddiaçıya ümumilikdə 24937,40 ABŞ dolları dəbbə və 53792,94 ABŞ dolları artıq faiz borcu hesablanmışdır. Bank kredit müqaviləsindən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməməsi nəticəsində iddiaçının cari hesaba mədaxil etdiyi 49085 ABŞ dolları və 81000 ABŞ dolları hesabına əsassız varlanmış, ona ziyan vurmuşdur. Eyni zamanda “xxxx” İKB ASC “xxxx” ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, onun xeyrinə 23 iyun 2016-cı il ta rixli kredit müqaviləsi üzrə 1174170,52 ABŞ dolları əsas borc, 13878,03 ABŞ dolları faiz borcu və 29566,27 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 1217614,82 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın X2 məxsus Bankda 23-137524-19, 23-137524-54, 23-137524-56, 23-137524-58, 23-137524-64, 23137524-67, 23-137524-69 hesablarda olan 100000 ABŞ dolları, 100000 ABŞ dolları, 140000 ABŞ dolları, 100000 ABŞ dolları, 150000 ABŞ dolları, 86000 ABŞ dolları, 200000 ABŞ dolları məbləğində əmanətlərə, X4 məxsus 23-14950-22, 23-14950-24, 23-14950-62 hesablarda olan 100000 ABŞ dolları, 188000 ABŞ dolları, 200000 ABŞ dolları məbləğində əmanətlərə yönəldilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 21.06.2017-ci il tarixli i ş № 2-2(81)-655/2017, (sədrlik edən hakim V.Baxışova) qətnaməsi ilə iddianın qismən təmin edilməsi, tərəflər arasında bağlanmış 23.06.2016-cı il tarixli 23-BİZ-6-0-45-16 nömrəli kredit müqaviləsinin icra müddəti bitdiyi 07.03.2017-ci il tarixdən sonra “xxxx” İKB ASC tərəfindən İddiaçı-yə hesablanmış faiz və cərimə borcunun ləğv edilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, “xxxx” İKB ASC-nin İddiaçıyə qarşı qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı-dən “xxxx” İKB ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 1096463,11 ABŞ dolları əsas borcun tutulması, tutmanın X2 məxsus “xxxx” İKB ASC-də 23-137524-19, 23-137524-54, 23-137524-56, 23-137524-58, 23-137524-64, 23-13752467, 23-137524-69 hesablarda olan və X4 məxsus 23-14950-22, 23-14950-24, 23-14950-62 hesablarda olan əmanətlər ə yönəldilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 06.10.2017-ci il tarixli iş № 2-2(103)-597/2017 (hakimlər C.Yusifov - sədrlik edən və məruzəçi, V.Ağayev və A.Nuriyeva) qətnaməsi ilə birinci instansiya məhkəməsinin 21.06.2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdehkasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 06.10.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəməni n İnzibati-İqtisadi Kollegiyasının 07.02.2018-ci il tarixli iş № 2-2(102)88/2018 (hakimlər K.Bədəlov - sədrlik edən və məruzəçi, İ.Dadaşov və A.Hüseynov) qərarı ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” İKB ASC-nin kasasiya şikayətinin qismən təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin 18.12.2018-ci il tarixli iş № 2-2(103)-276/2018 (hakimlər K.Abiyeva - sədrlik edən və məruzəçi, M.Tağızadə və Ü.Mayılov) qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” İKB ASC tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhk əməsinin 21 iyun 2017-ci il tarixli, 2-2(81)-655/2017 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, “xxxx” ASC-dən “xxxx” İKB ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 1174170,52 ABŞ dolları əsas borc və 22806,69 ABŞ dolları cərimə borcunun tutulması, tutmanın X2 məxsus “xxxx” İKB ASC-də 23-137524-19, 23137524-54, 23-137524-56, 23-137524-58, 23-137524-64, 23-137524-67, 23-137524-69 hesablarda olan və X4 məxsus 23-14950-22, 23-14950-24, 23-14950-62 hesablarda olan əmanətlərə yönəldilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, mül ki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin nö v müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. “xxxx” ASC, “xxxx” İKB ASC, X5 və X7 qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq öz aralarında əmanət girov müqavilələri (“xxxx” ASC ilə “xxxx” İKB ASC arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq) bağlanmışlar ki, həmin müqavilələrin 5.1.1-ci bəndinə görə, borcalan bu müqavilə və bu müqavilənin 2.1-ci bəndində qeyd edilmiş kredit müqaviləsi ilə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədikdə və ya vaxtında yerinə yetirmədikdə, yaxud yerinə yetirməkdən imtina etdikdə girovsaxlayan öz tələbini (borc məbləğini) bu müqavilə üzrə girov qoyulan əmanət hesabından akseptsiz qaydada silmək hüq uquna malikdir. Göründüyü kimi, kredit üzrə borc ödənilmədikdə, girov predmetinə tutma yönəldilməsi bankın müqavilə üzrə dispozitiv hüququ olmuşdur. Müqaviləyə əsasən, banka kredit borcunun (ödənişi gecikdirilmiş) girov qoyulan əmanət hesabından akseptsiz qaydada silmək hüququ verildiyindən, bank bu hüququndan istifadə etmək niyyətində olmaması barədə borcluya məlumat verməli idi. Lakin “xxxx” İKB ASC tərəfindən kredit borcunun girov qoyulmuş əmanətlərə yönəldilməyəcəyi barədə borcluya nəinki məlumat verilməmiş, əksinə borcluya göndərilmiş 13 mart 2017-ci il tarixli bildirişdə ödəniş həyata keçirilməzsə, tutmanın əmanətlərə yönəldiləcəyi barədə xəbərdarlıq edilmiş və faktiki olaraq borcun bir hissəsi üzrə tutma əmanətlərə yönəldilmişdir. Mülki Məcəllənin 445.5-ci maddəsinə əsasən, əgər öhd əlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “xxxx” İKB ASC, öz növbəsində tərəflər arasında əldə edilmiş razılaşmaya zidd olaraq (hüquqlarından sui-istifadə edərək), kredit borcunu girov qoyulmuş əmanətlərə yönəltməməklə, qəsdən kredit öhdəliyinin gecikməsinə, borcun üzərinə cərimə faizləri və dəbbə pulu hesablanmasına şərait yaratmışdır. Məhkəmə “xxxx” ASC-nin “xxxx” İKB ASC-yə olan borcunu müəyyən edərkən, gah işdə olan məhkəmə-mühasibatlıq ekspertizasının 29 oktyabr 2018-ci il tarixli rəyinə (dəbbə puluna münasibətdə), gah da “xxxx” İKB ASC-nin iddia ərizəsinə və onun təqdim etdiyi hesabdan çıxarışa (əsas borca münasibətdə) istinad etmişdir. Ekspert rəyinə görə, 07 mart 2017-ci il tarixə “xxxx” ASC-nin “xxxx” İKB ASC-yə əsas borcu 1448248,76 ABŞ dolları, faiz borcu isə 41637,15 ABŞ dolları olmaqla, cəmi 1489885,91 ABŞ dolları təşkil etmişdir. Lakin “xxxx” İKB ASC-nin özünün verdiyi 29 dekabr 2017-ci il tarixli hesabdan çıxarışa əsasən, “xxxx” ASC-nin “xxxx” İKB ASC-yə müqavilənin bitdiyi tarixə, yəni, 07 mart 2017-ci il tarixə olan borcu, cəmi 1447834,42 ABŞ dolları təşkil etmiş və 05 aprel 2017-ci il tarixdə həmin borcdan 330085 ABŞ dolları (=273663,90 ABŞ dolları əsas + 46666,38 ABŞ dolları faiz + 9754,72 ABŞ dolları dəbbə pulu) məbləğində pul “xxxx” ASC tərəfindən ödənilmişdir. Digər tərəfdən, Azərbaycan Kredit Bürosundan çıxarışa əsasən, “xxxx” ASC-nin “xxxx” İKB ASC-yə müqavilənin bitdiyi tarixə, yəni, 07 mart 2017-ci il tarixə borcu 1174170,52 ABŞ dolları təşkil etmişdir. Bu məbləğ isə “xxxx” İKB ASC-nin verdiyi çıxarışda göstərilən borc məbləğindən daha az məbləğdir. Göründüyü kimi, 18 aprel 2017-ci il tarixə, o cümlədən 24 aprel 2017-ci il tarixə iddiaçının cavabdehə olan borcu daha az təşkil etsə də, ekspert rəyində əsas borcun məbləği artırılaraq 1200351,87 ABŞ dolları, dəbbə pulunun isə 15604,57 ABŞ dolları təşkil etdiyi qeyd olunmuşdur. Həmçinin ekspert rəyində müvafiq olaraq 18 aprel 2017-ci il və 24 aprel 2017-ci il tarixləri üzrə iddiaçının cavabdehə dəbbə pulu üzrə borcu qeyd olunsa da, ekspert həmin dəbbə pulunun hansı borc (əsas və ya faiz) üzrə yarandığını / hesablandığını öz rəyində əsaslandırmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən ilkin iddia üzrə iddiaçı Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 18 dekabr 2018-ci il tarixli 2-2(103)-276/2018 saylı qətnaməsinin qismən, yəni, ilkin iddianın rədd edildiyi, qarşılıqlı iddianın təmin edildiyi hissədə ləğv edilməsi və ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə tam rədd edilməsi barədə yeni qərarın çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi h azırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qətnamə qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qətnaməsinin qismən, yəni, ilkin iddianın rədd edildiyi, qarşılıqlı iddianın təmin edildiyi hissədə ləğv edilməsi və ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə tam rədd edilməsi barədə yeni qərarın çıxarılmasınıAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçı və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçınınkasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi ha zırkı iş üzrə qəbul etdiyi 18 dekabr 2018-ci il tarixli, 22(103)-276/2018 saylı qətnamə ilə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” İKB ASC tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 iyun 2017-ci il tarixli, 2-2(81)-655/2017 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, “xxxx” ASC-dən “xxxx” İKB ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 1174170,52 ABŞ dolları əsas borc və 22806,69 ABŞ dolları cərimə borcunun tutulması, tutmanın X2 məxsus “xxxx” İKB ASC-də 23-137524-19, 23-137524-54, 23-137524-56, 23-137524-58, 23-137524-64, 23137524-67, 23-137524-69 hesablarda olan və X4 məxsus 23-14950-22, 23-149 50-24, 23-1495062 hesablarda olan əmanətlərə yönəldilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qənaətinə gələrkən Mülki Məcəllənin 385.1, 428.4, 442, 445.1, 445.2.1, 449.4, 462.3, 465.2, 560.2, 560.3.4-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsaslanmışdır. Məhkəmə kollegiyası hazırkı kasasiya şikayəti və ümumiyyətlə tərəflər arasında yaranmış sözügedən məhkəmə mübahisəsi ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, işin İ cildinin 71–72-ci səhifələrində yer almış “xxxx” Bank ASC tərəfindən verilmiş borcun tutulmasına dair qarşılıqlı iddia ərizəsindən göründüyü kimi orada cavabdehlər qismində “xxxx” ASC yanaşı daha 2 cavabdeh X3 və X6 göstərilmişlər. Bundan başqa, işin İ cildinin 67 və 68-ci səhifələrində müvafiq olaraq Məmmədova Rənan ın və Məmmədov Məhəbbətin adından onları məhkəmədə təmsil etmək üçün X1 15 mart 2017-ci il tarixli etibarnamələr verilmişdir. Qeyd edilməlidir ki, adıçəkilən həmin sənədlər iş birinci instansiya məhkəməsinin icraatında olarkən mövcud olmuş, lakin istər Rəna Məmmədova, istərsə də Məhəbbət Məmmədovun adları heç bir məhkəmə instansiyalarında işdə iştirak edən şəxslərin arasında yoxdur. Başqa sözlə, sözügedən şəxslərə Mülki Prosessual Məcəllənin 134-cü maddəsində müəyyən edilmiş heç bir məhkəmə sənədi rəsmi qaydada verilməmiş və nəticə etibarı ilə də onların sözügedən məhkəmə mübahisəsində hər hansı bir prosessual formada iştirakı təmin edilməmişdir. Halbuki apelyasiya instansiyası məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qətnaməsində “xxxx” Bank ASC-nin xeyrinə tutulması qət edilmiş məbləğin, məhz həmin şəxslərin girov qoyulmuş əmanətlərinə yönəldilməsi qərara alınmışdır. Beləliklə, hazırkı işə cəlb olunmamış M.Məmmədovun və R.Məmmədovanın 18 dekabr 2018-ci il tarixli qətnamə ilə hüquqlarının pozulması təkzibedilməz faktdır. Məlum olduğu kimi isə Azərbaycan Respublikası MPM-nin 387.2, 387.2.4-cü maddələrinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquqlarının pozulması ilə nəticələnmiş onların hüquq və vəzifələrinə dair məsələni həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 387.3-cü maddəsinə görə bu Məcəllənin 387.2.1-387.2.7-ci maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməl idir. Həmçinin qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə də riayət edilməmişdir. Belə ki, ekspertiza rəyində Tədqiqat prosesinin təsviri hissəsində qeyd olunub ki, iş materiallarında olan hesabdan çıxarışa əsasən “xxxx” tərəfindən 05 aprel 2017-ci il tarixədək cəmi 498498,95 ABŞ dolları ödənilib. Ondan 342162,13 əsas borca, 115785,86 faiz borcuna və 40550,97 dəbbə kimi silinib. Ekspertiza rəyinə əsasən müqavilənin bitmə tarixinə kreditin qalığı 1448248,76 ABŞ dolları və faiz borcu 41637,15 təşkil etdiyi göstərilib. Lakin Bankın təqdim etdiyi və iş materiallarında olan hesabdan çıxarışlara əsasən kreditin qalıqlı müqavilənin bitmə tarixinə 1447834,42 ABŞ dolları, faiz borcu isə 41625,14 ABŞ dolları təşkil edib. Apelyasiya instansiyası məhkəməsi isə sözügedən ziddiyyətləri araşdırmamış və onları aradan qaldırmamışdır. Həmçinin ekspert rəyində müvafiq olaraq 18 aprel 2017-ci il və 24 aprel 2017-ci il tarixləri üzrə iddiaçının cavabdehə dəbbə pulu üzrə borcu qeyd olunsa da, ekspert həmin dəbbə pulunun hansı borc (əsas və ya faiz) üzrə yarandığını / hesablandığını öz rəyində əsaslandırmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 416, 417.1.3, 41 8-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı-nin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 18 dekabr 2018-ci il tarixli, 22(103)-276/2018 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-2(102)-263/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-263/2019
11.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver