Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-264/2019 02.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı2-nin Cavabdeh-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: müqavilədə nəzərdə tutulan yükün daşınması;görülən işə görə pulun ödənilməsi; dəbbə pulu giriş hissəsi: Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı2-nin vəkili X1 iştirakı ilə, İddiaçı2-nin (bundan sonra iddiaçı) Cavabdeh- yə (bundan sonra cavabdeh) qarşı “borcun qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-11/2019 saylı, 25 yanvar 2019-cu il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinə baxaraq təsviri hissə: işin halları: İddiaçı (Ekspeditor) ilə cavabdeh (Sifarişçi) arasında bağlanmış 16 iyun 2015-ci il tarixli Nəqliyyat-Ekspedisiya müqaviləsi ilə Ekspeditor Sifarişçinin sifarişinə əsasən aşağıdakı əməliyyatları yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təşkil etməyi, Sifarişçi isə həmin əməliyyatlar müqabilində Ekspeditora muzd ödəməyi öhdəsinə götürür. Müqaviləyə edilən əlavələrdə yüklərin daşınması, gömrük və ya digər rəsmiləşdirmələrin həyata keçirilməsi, yükvurma-yükboşaltma və yüklərin emalı işlərinin yerinə yetirilməsi, yüklərin kəmiyyət və keyfiyyətinin yoxlanılması, yüklərin anbarda saxlanılması və tərəflərin razılığı ilə digər əməliyyatlar öz əksini tapmışdır. 16 iyun 2015-ci il tarixli müqaviləyə 1 saylı 16.06.2015-ci il tarixli əlavədə qeyd olunmuşdur ki, daşınılacaq 1 vaqon (60 tonluq) qum və otsepin qiyməti (xırda şeben) Vətəqə stansiyası-Dübəndi stansiyası marşrutu üzrə qiyməti 303,50 manat, Vətəqə stansiyası-Qaradağ stansiyası marşrutu üzrə qiyməti 259,50 manat, 1 vaqon (60 tonluq) vulkan külünün Poylu stansiyası-Xırdalan stansiyası marşrutu üzrə qiyməti 366 manat müəyyən olunmuşdur. Marşrut və ya vaqonlar qrupu üçün Yol Cədvəlinin kötüyündə qeyd olunmuşdur ki, 28.07.2015-ci il tarixli ******* saylı yol cədvəlinə əsasən 15 yük vaqonu ilə 900 ton tikinti materialının daşınmasına görə 3974.76 manat, 31.07.2015-ci il tarixli ******* saylı yol cədvəlinə əsasən 5 yük vaqonu ilə 300 ton tikinti materialının daşınmasına görə 1324.93 manat, 25.08.2015-ci il tarixli ******* saylı yol cədvəlinə əsasən 10 yük vaqonu ilə 600 ton tikinti materialının daşınmasına görə 2649.85 manat, 09.09.2015-ci il tarixli ******* saylı yol cədvəlinə əsasən 10 yük vaqonu ilə 600 ton tikinti materialının daşınmasına görə 2649.84 manat, 13.09.2015-ci il tarixli ******* saylı yol cədvəlinə əsasən 10 yük vaqonu ilə 600 ton tikinti materialının daşınmasına görə 2649.84 manat, 13.09.2015-ci il tarixli ******* saylı yol cədvəlinə əsasən 5 yük vaqonu ilə 300 ton tikinti materialının daşınmasına görə 1324.93 manat, 30.09.2015-ci il tarixli ******* saylı yol cədvəlinə əsasən 5 yük vaqonu ilə 300 ton tikinti materialının daşınmasına görə 1324.93 manat, ******* saylı yol cədvəlinə əsasən 10 yük vaqonu ilə 630 ton tikinti materialının daşınmasına görə 3409.93 manat, ****** * saylı yol cədvəlinə əsasən 10 yük vaqonu ilə 630 ton tikinti materialının daşınmasına görə 3409.93 manat, ******* saylı yol cədvəlinə əsasən 10 yük vaqonu ilə 630 ton tikinti materialının daşınmasına görə 3409.93 manat, ******* saylı yol cədvəlinə əsasən 10 yük vaqonu ilə 630 ton tikinti materialının daşınmasına görə 3409.93 manat, ******* saylı yol cədvəlinə əsasən 10 yük vaqonu ilə 630 ton tikinti materialının daşınmasına görə 3409.93 manat xidmət haqqı müəyyən olunmuşdur. “xxxx” QSC tərəfindən iddiaçıya ünvanlanmış 25.02.2016-cı il tarixli məktuba əsasən, 07.16.2015-ci il tarixdən 09.29.2015-ci il tarixədək “xxxx” QSC tərəfindən “iddiaçının sifarişi ilə Vətəqə stansiyası-Qaradağ stansiyası marşrutu üzrə 65 vaqon, 3900 ton, Mingəçevir stansiyası-Keşlə stansiyası marşrutu üzrə 50 vaqon, 3150 ton cavabdehə məxsus inşaat materialları daşınmışdır. 19.04.2016-cı il tarixli yüklərin daşınması barədə arayışda qeyd olunmuşdur ki, Mingəçevir şəhərindən Keşlə qəsəbəsinədək dəmir yolu ilə inşaat materiallarının “xxxx” MMC tərəfindən daşınması hər vaqona (63 ton) görə 348,72 manat məbləğə həyata keçirilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən 11.02.2016-cı il tarixli çıxarışa əsasən İddiaçı1 MMC-nin adı dəyişdirilərək İddiaçı2 kimi qeyd olunmuşdur. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 30 dekabr 2015-ci il tarixli pretenziya məktubunda qeyd edilmişdir ki, iddiaçı pretenziya məktubunu aldıqdan sonra 2 iş günü ərzində ƏDV daxil 35.145,28 manat əsas borcu və 23.710,62 manat dəbbə pulunu, cəmi 58.855,90 manat məbləğində p ul vəsaiti cəmiyyətin bank hesabına ödəməyi təklif etmiş, əks təqdirdə cəmiyyətin ƏDV daxil 35.145,28 manat əsas borcun və 23.710,62 manat məbləğində pul vəsaitinin, o cümlədən hüquqi xidmət göstərilməsinə görə ödəniləcək xidmət haqqının və dəymiş digər zərərlərin ödənilməsi məqsədilə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən məhkəmədə iddia qaldırılacağını bildirmişdir. 31.07.2015-ci il tarixli invoysa əsasən ƏDV daxil olmaqla 23 839.78 manat, 30.09.2015-ci il tarixli invoysa əsasən ƏDV daxil olmaqla 8 660.48 manat, 27.08.2015-ci il tarixli invoysa əsasən ƏDV daxil olmaqla 2 595.02 manat məbləğin cavabdeh tərəfindən ödənilməsi xahiş olunmuşdur. 22.10.2015-ci il tarixli kassa mədaxil orderinə əsasən, cavabdeh tərəfindən 16.06.2015-ci il tarixli müqavilə üzrə 5000 AZN ödəniş həyata keçirilmişdir. İddiaçı cavabdehə qarşı 27 yanvar 2016-cı il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 30.145,28 manat əsas borcun və 45.283,48 manat dəbbə pulunun, cəmi 75.428,76 manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə üzrə öhdəliklərini pozduğu üçün tez bir zamanda dəymiş zərəri ödəməlidir. Mübahisəni tənzimləyən müqaviləyə əsasən tərəflər müqavilə ilə qəbul edilən öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Müqavilə üzrə öz öhdəliklərini pozmuş tərəf qısa müddətdə öhdəliklərin yerinə yetirilməsini bərpa etmək üçün tədbirlər görməlidir. İddianın maddi hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 448.2, 448.3-cü maddələrinə istinad olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X9, 2-2(81)-29/2017 saylı iş) 1 dekabr 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən 30.145,28 manat əsas borcun və 3000 manat dəbbə pulunun, 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 1 dekabr 2017-ci il tarixli qətnaməsi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X2məruzəçi, X3 və X4, 2-2(103)-11/2019 saylı iş) 25 yanvar 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya ş ikayətini təmin etməmiş, qətnaməni dəyişdirmədən saxlamışdır. Cavabdeh 23 aprel 2019-cu il tarixdə kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. İddiaçı ilə cavabdeh arasında mövcud olmuş daşınma müqaviləsinə əsasən, iddiaçı cavabdehin sifarişi əsasında yüklərin daşınması, gömrük və ya digər rəsmiləşdirmələrin həyata keçirilməsi, yükvurma-yükboşaltma və yüklərin emalı işlərin yerinə yetirilməsi üzərinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndində açıq şəkildə göstərilir ki, cavabdehin sifariş etdiyi işlər, onların dəyəri iddiaçı tərəfindən təqdim olu nmuş hesab-fakturaya əsasən 100% əvvəlcədən tam ödənildikdən sonra yerinə yetiriləcək. Yuxarıda qeyd olunan müddəanın tələbinə baxmayaraq, yəni cavabdeh tərəfindən heç bir ödəniş aparılmadan iddiaçı tərəfindən öz hesabına 2015-ci ilin 3 ayı ərzində (iyul, avqust, sentyabr) yükün daşınmasının həyata keçirilməsi mövcud olmuş müqavilənin 2.2ci bəndi ilə ziddiyyət təşkil etmişdir. Mülki Məcəllənin 857-ci maddəsinə əsasən, daşıyıcı yükün çatdırılma yerinə gəlməsi barədə yük alana və ya onun səlahiyyətli şəxsinə heç bir məlumat verməmişdir. Mülki Məcəllənin 854-cü maddəsinin tələblərinə əsasən, yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəkildə tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilir. Həmin qaimədə yük alan tərəfindən yükün qəbul edilməsi və yük göndərənin və ya yük al anın yükə dair sərəncam vermək hüquqları öz əksini tapmalıdır. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə baxmayaraq iddiaçı tərəfindən yükün cavabdehin səlahiyyətli şəxsinə təhvil verilməsi ilə bağlı heç bir sübutedici sənədlər məhkəməyə təqdim edilməmişdir. Halbuki daşınmaya təqdim olunmuş yükü hüquqi şəxsin adından ya müəssisənin rəhbəri və ya onun tərəfindən verilmiş vəkalətnaməyə (etibarnaməyə) əsasən ixtiyarlı şəxs qəbul edə bilərdi. Bundan başqa, tərəflər arasında mövcud olmuş daşınma müqaviləsinin 4.1.7-ci bəndinə əsasən, tərəflər hər ay yerinə yetirilmiş xidmətlərlə bağlı növbəti ayın ilk 5 iş günü ərzində üzləşmə aparmalı və üzləşmə aktının bağlanmasını nəzərdə tutmuşdurlar. Adıçəkilən aktda kodlar, vaqon nömrələri, dəmir yol qaimə nömrələri, yükün təsviri və kodu, brutto çəki, vaqon tipi və mənsubiyyətinin qeyd olunması öz əksini tapmalıydı. Lakin iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş qaydada 2015-ci ilin 3 ayı (iyul, avqust və sentyabr) ərzində tərəflər arasında yerinə yetirilmiş işlər ilə bağlı üzləşmə aktlarının məhkəməyə təqdim edilməməsi, bir daha iddiaçının iddia ərizəsindəki qeyd etdiyi tələblərin əsassız olduğunu sübut edir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin rədd olunmasını xahiş etmişdir. əsaslandırıcı hissə: İddiaçı cavabdehdən 30.145,28 manat əsas borcun və 45.283,48 manat dəbbə pulunun, cəmi 75.428,76 manat tutulub ona ödənilməsini xahiş edir. İddiaçı hesab edir ki, aralarında bağlanmış müqavilə əsasında cavabdeh üçün dəmiryolu vasitəsilə yük daşımış, lakin cavabdeh üçün daşıdığı malın dəyəri onun tərəfindən tam ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442ci maddə). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcl udur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1-ci maddə). Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (448.1-ci maddə). Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir (852.1-ci maddə). Daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir (852.2-ci maddə). Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: daşıyıcıların muzdlarının məbləğ indən faiz dərəcəsi (komisyon muzdu); və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd (852.4-cü maddə). İddiaçı (ekspeditor) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış 16 iyun 2015-ci il tarixli Nəqliyyat-Ekspedisiya müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı (ekspeditor) cavabdehin (sifarişçinin) sifarişinə əsasən aşağıdakı əməliyyatları yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təşkil etməyi, Sifarişçi isə həmin əməliyyatlar müqabilində Ekspeditora muzd ödəməyi öhdəsinə götürür. Müqaviləyə edilən əlavələrdə yüklərin daşınması, gömrük və ya digər rəsmiləşdirmələrin həyata keçirilməsi, yükvurmayükboşaltma və yüklərin emalı işlərinin yerinə yetirilməsi, yüklərin kəmiyyət və keyfiyyətinin yoxlan ılması, yüklərin anbarda saxlanılması və tərəflərin razılığı ilə digər əməliyyatlar öz əksini tapmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən, sifarişçi göstərilən xidmətlər üçün ödənişi ekspeditorun təqdim etdiyi hesab-fakturaya əsasən həyata keçirir. Müqavilənin 2.2-ci bəndinə əsasən, müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmadıqda sifarişçi ödənişi 100 % qabaqcadan hesab-faktura təqdim edildikdən sonra razılaşdırılmış müddət ərzində ekspeditorun hesablaşma hesabına köçürmə yolu ilə həyata keçirir. Müqavilənin 2.3-cü bəndinə əsasən, bu müqavilə üzrə göstərilən xidmətin dəyəri və ödəniş qaydası müqavilənin əlavələri ilə müəyyən olunur. Müqavilənin 4.1.5-ci bəndinə əsasən, ekspeditorun təqdim etdiyi hesab-faktura vaxtında ödənilmədikdə, ödəmə gecikdirildiyi hər gün üçün sifarişçi he sab-faktura məbləğinin 0,5 % həcmində dəbbə ödəməlidir. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara istinad edərək qeyd etmişdir ki, 16 iyun 2015-ci il tarixli müqaviləyə 1 saylı 16.06.2015-ci il tarixli əlavədə daşınılacaq 1 vaqon 60 tonluq qum və otsepin qiyməti (xırda şeben) Vətəqə stansiyası-Dübəndi stansiyası marşrutu üzrə qiyməti 303,50 manat, Vətəqə stansiyası-Qaradağ stansiyası marşrutu üzrə qiyməti 259,50 manat, 1 (bir) vaqon (60 tonluq) vulkan külünün Poylu stansiyası-Xırdalan stansiyası marşrutu üzrə qiyməti 366 manat müəyyən olunmuşdur. Marşrut və ya vaqonlar qrupu üçün Yol Cədvəlinin kötüyünün təsdiq olunmuş surətləri ilə müəyyən edilir ki, ayrı-ayrı yol cədvəllərinə əsasən, müxtəlif yük vaqonları ilə müxtəlif tarixlərdə konkret məbləğlərdə tikinti materialının daşı nmasına görə xidmət haqqı müəyyən edilmişdir. İddiaçının 07.16.2015-ci il tarixdən 09.29.2015-ci il tarixədək “xxxx” QSC tərəfindən iddiaçının sifarişi ilə müxtəlif dəmiryolu marşrutları ilə cavabdehə məxsus inşaat materialları daşınması “xxxx” QSC tərəfindən iddiaçıya ünvanlanmış 25.02.2016-cı il tarixli məktubda da vurğulanmışdır. O da qeyd edilməlidir ki, cavabdeh tərəfindən 16.06.2015-ci il tarixli müqavilə üzrə 22.10.2015-ci il tarixli kassa mədaxil orderi əsasında iddiaçının hesabına 5.000 manat ödəniş həyata keçirilmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qərarında birinci instansiya məhkəməsinin 20 aprel 2016-cı il tarixli məhkəmə iclas protokolunda cavabdehin nümayəndəsinin iddia tələbini 30.000 manat məbləğində qəbul etməsi, habelə 5.000 manat ödəniş etməsi və 5-10 gün ə əsas borcun ödəniləcəyi barədə izahatına istinadən cavabdehin dəlilləri ilə razılaşmadığını bildirmişdir. Cavabdeh 16 iyun 2015-ci il tarixli müqavilədə nəzərdə tutulan şərtlərə, habelə yuxarıda sadalanan hüquq normalarına tam əməl etməməsi, nəticədə onun iddiaçı qarşısında məsuliyyət yaranması, əsas borcu müqavilədə nəzərdə tutulan müddətdə və qaydada ödəməməsi apellyasiya instansiyası məhkəməsinin apardığı araşdırma nəticəsində sübuta yetmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azaldıla bilər. Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsiplərinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2014-cü il tarixli qərarı). Qanunverici tərəflər müqavilə bağlayarkən onlara iradə sərbəstliyi (Mülki Məcəllənin 6.1.2-ci maddəsi) vermiş, azad surətdə müqavilə bağlamaqla onun məzmununu müəyyənləşdirməyi (Mülki Məcəllənin 390.1-ci maddəsi) tərəflərin öhdəsinə buraxmışdır. Müqavilə icra olunmadığı halda dəbbə pulu ödənilməsini və dəbbə pulunun məbləğini də tərəflər müqavilə şərtlərində göstərmişlər. Cavabdehin dəbbə pulu ödəməli olması qanundan və müqavilədən irəli gəlməklə, dəbbə pulunun məbləği müəyyən edilərkən iddiaçının və cavabdehin əmlak və bütün əsaslı mənafeləri nəzərə alınmışdır. Bəhs olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini haqlı sayaraq qeyd edir ki, şikayət əsaslı sayıla bilməz. MPM-in 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hall arına uyğun olmamasına istinad etməyə yol verilmədiyindən şikayətin digər dəlilləri haqlı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normalarının pozuntusuna yol verilməmişdir. Məhkəmə işdə olan sübutlara MPM-in 88-ci maddəsinə uyğun olaraq tətbiq olunan hüquq normalarına müvafiq olaraq qiymət vermişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-11/2019 saylı, 2 5 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-264/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-264/2019
02.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver