Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-264/2021 22.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin cavabdeh A və cavabdeh MMC-yə qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən 3-cü şəxs “B” QSC-nin İddiaçı ASC-yə qarşı iddia tələbinə dair iş üzrə QƏRARI Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi, ipoteka, girov müqavilələrinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərli Aminə Əliəsgər qızı İddiaçı ASC -nin nümayəndəsi onun vəkili cavabdeh A-nın vəkili cavabdeh MMC-nin və müstəqil tələb irəli sürən 3-cü şəxs B QSC-nin nümayəndəsi və vəkilinin iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh A-ya və cavabdeh MMC-yə qarşı “kredit borcunun tuluması və tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi” tələbinə dair, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən 3-cü şəxs B QSC-nin cavabdeh ASC-yə qarşı “ipoteka və girov müqavilələrinin və “C” QSC-nin 2016-cı il 21 noyabr tarixli protokolunun etibarsız hesab edilməsi” tələbinə dair kommersiya işi üzrə ayrı-ayrılıqda cavabdehlər və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 26 noyabr tarixli 2-2(103)-500/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İş materillarında olan Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “ASC”) 2005-ci il 1 fevral tarixində dövlət qeydiyyatına alınmışdır.
2. İş materillarında olan Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Cavabdeh MMC (bundan sonra – “MMC”) 2012-ci il 13 mart tarixdə dövlət qeydiyyatına alınmış və əvvəlki adı “D” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur.
3. İş materillarında olan Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, “B” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – “QSC”) 1996-cı il 28 dekabr tarixində dövlət qeydiyyatına alınmış və əvvəlki adı “C” QSC (bundan sonra –"C”) olmuşdur.
4. İş materillarında ol an Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdeh A (bundan sonra –“cavabdeh A”) 2016-ci il 25 noyabr tarixində vergi ödəyicisi kimi uçota alınaraq ona ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilmişdir.
5. İş materillarında olan C-nın Səhmdarlarının Ümumi Yığıncağının 2016-cı il 21 noyabr tarixli protokolundan çıxarışın surətindən görünür ki, cavabdeh A-nın İddiaçı ASC-dən (bundan sonra – “ASC”) alacağı 2.500.000 ABŞ dolları məbləğində kreditin təminatı qismində MMC-yə məxsus Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 35,8962 ha torpaq sahəsinin, likvid dəyəri 4.200.000 manat təşkil edən 3.207 baş yerli və xarici cins iribuynuzlu heyvanların (bioloji aktivlərin) – dövriyyə mallarının, likvid dəyəri 700.00 0 manat təşkil edən “GEA Farm Technologies” markalı iribuynuzlu cins heyvanların avtomatlaşdırılmış sağım avadanlıq kompleksinin – dövriyyə mallarının girov qoyulmasına razılıq verilmişdir.
6. İş materillarında olan 2016-cı il 30 noyabr tarixli İ048KK16 saylı kredit müqaviləsinin (bundan sonra – “kredit müqaviləsi”) surətindən görünür ki, iddiaçı cavabdeh A-ya dövriyyə vəsaitlərinin alınması məqsədilə 24 ay müddətinə illik 8%-lə, 2.500.000 ABŞ dolları məbləğində kredit ayırmağı, cavabdeh A krediti və kredit üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər.
7. İş materillarında olan 2016-cı il 30 noyabr tarixli ipoteka müqaviləsinin (bundan sonra – “İpoteka Müqaviləsi”) surətindən görünür ki, müqavilə xxxx üzrə pul öhdəliyinin icrasını təmin etmək məqsədilə bağlanmış, MMC-yə məxsus və dəyəri 140.000 manat olan Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 35,8962 ha torpaq sahəsi xxxx qarşısında ipoteka ilə yüklü edilmişdir.
8. İş materillarında olan 2016-cı il 30 noyabr tarixli D1-İ048KK16 saylı “Dövriyyədəki malların girov müqaviləsi”nin (bundan sonra – “İ Girov Müqaviləsi”) surətindən görünür ki, müqavilə Kredit müqaviləsi üzrə pul öhdəliyinin icrasını təmin etmək məqsədilə bağlanmış, MMC-yə məxsus G kəndində yerləşən 4.200.000 manat dəyərində 3.207 baş iribuynuzlu heyvanlar (bioloji aktivlər) ASC qarşısında girov ilə yüklü edilmişdir.
9. İş materillarında olan 2016-cı il 30 noyabr tarixli D2-İ048KK16 saylı “Dövriyyədəki malların girov müqaviləsi”nin (bundan sonra – “İİ Girov Müqaviləsi”) surətindən görünür ki, müqavilə kredit müqaviləsi üzrə pul öhd əliyinin icrasını təmin etmək məqsədilə bağlanmış, MMC-yə məxsus Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 700.000 manat dəyərində Almaniya istehsalı “GEA Farm Technologies” markalı iribuynuzlu cins heyvanların avtomatlaşdırılmış sağım avadanlığı ASC qarşısında girov ilə yüklü edilmişdir.
10. İş materillarında olan RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 35,8962 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
11. İş materillarında olan RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, kredit müqaviləsi üzrə ca vabdeh Anın öhdəliklərinin icrasını təmin etmək məqsədilə MMC-nin tam mülkiyyət hüququ ilə ona məxsus olan K kəndində yerləşən 35,8962 ha torpaq sahəsi ASC-nin adına ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
12. İş materillarında olan 2016-cı il 2 dekabr tarixli 4027 saylı pul çeki üzrə qəbzin surətindən görünür ki, cavabdeh A tərəfindən 1.050.000 ABŞ dolları ASC-dən alınmışdır.
13. İş materillarında olan 2018-ci il 27 aprel tarixli xəbərdarlıq-bildiriş məktubunun surətindən görünür ki, ASC həmin məktubla cavabdeh A-dan 1.045.429.96 ABŞ dollarının (əsas borc 722.587,6 ABŞ dolları, faizlər 11.880,13 ABŞ dolları, gecikmələrə görə cərimə 310.962,23 ABŞ dolları) qısa zamanda ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə, habelə kredit alanın əməli ndə cinayət tərkibi olduğu üçün Baş Prokurorluğa müraciət edəcəyini bildirmişdir.
14. İş materillarında olan 2018-ci il 4 iyun tarixli bildiriş məktubunun surətindən görünür ki, ASC həmin məktubla cavabdeh A-ya bildirmişdir ki, 2018-ci il 27 aprel tarixli xəbərdarlıq-bildiriş məktubu ilə ondan 1.045.429.96 ABŞ dollarının qısa zamanda ödənilməsini tələb edilmiş, lakin məktuba hec bir cavab almamışdır. Ona görə də məhkəməyə müraciət etmək üzrədir.
15. İş materillarında olan 2018-ci il 25 iyun tarixli 4352 saylı “xxxx” Bildirişin surətindən görünür ki, ASC tərəfindən MMC-yə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilmişdir.
16. İş materillarında olan ASC tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidm ətinə ünvanlanmış 2018-ci il 27 iyun tarixli 4420 saylı ərizədən görünür ki, ASC tərəfindən MMC-yə ünvanlanmış “ipoteka predmetinə yönləndirilmə haqqında” bildirişin qeydə alınmasını xahiş etmişdir.
17. İş materillarında olan 2012-ci il 1 fevral tarixli damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqavilənin surətindən görünür ki, müqaviləyə əsasən AQ ASC (bundan sonra – “AQ”) 376.789,50 manat 50 faiz güzəştdən sonrakı qiymətlə 204 baş “Holştin-friz” cinsli damazlıq heyvanları C QSC-yə lizinqə vermişdir.
18. İş materillarında olan 2012-ci il 22 fevral tarixli 18-LD/12 saylı damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqavilənin surətindən görünür ki, müqaviləyə əsasən AQ 618.656,85 manat 50 faiz güzəştdən sonrakı qiymətlə 339 baş “Holştin-friz” cins li damazlıq heyvanları C QSC-yə lizinqə vermişdir.
19. İş materillarında olan 2012-ci il 18 aprel tarixli 28-LD/12 saylı damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqavilənin surətindən görünür ki, müqaviləyə əsasən AQ 361.730,50 manat 50 faiz güzəştdən sonrakı qiymətlə 187 baş “Holştin-friz” cinsli damazlıq heyvanları C QSC-yə lizinqə vermişdir.
20. İş materillarında olan 2012-ci il 22 iyun tarixli 61-LD/12 saylı damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqavilənin surətindən görünür ki, müqaviləyə əsasən AQ 727.578,68 manat 50 faiz güzəştdən sonrakı qiymətlə 407 baş “Holştin-friz” cinsli damazlıq heyvanları C QSC-yə lizinqə vermişdir.
21. İş materillarında olan 2012-ci il 13 dekabr tarixli 113-LD/12 saylı damazlıq heyvanların güzəştli qaydada li zinqə verilməsi barədə müqavilənin surətindən görünür ki, müqaviləyə əsasən AQ 341.958,19 manat 50 faiz güzəştdən sonrakı qiymətlə 198 baş “Holştin-friz” cinsli damazlıq heyvanları C QSC-yə lizinqə vermişdir.
22. İş materillarında olan 2014-cü il 1 may tarixli 32-LD/14 saylı damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqavilənin surətindən görünür ki, müqaviləyə əsasən AQ 85.778,24 manat 50 faiz güzəştdən sonrakı qiymətlə 68 baş “Holştin-friz” cinsli damazlıq heyvanları C QSC-yə lizinqə vermişdir.
23. İş materillarında olan 2014-cü il 3 iyul tarixli 08-LA/14 saylı heyvandarlıq kompleksi üçün avadanlıqların lizinqə verilməsi barədə müqavilənin surətindən görünür ki, müqaviləyə əsasən AQ dəyəri 1.586.000 manat olan heyvandarlıq kompleksi üçün avadanlıqları 10 il müddətinə C QSC-yə lizinqə vermişdir.
24. İş materillarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 11 avqust tarixli 2-2(82)-76/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı AQ-in cavabdeh C QSC-yə qarşı iddiasının qismən təmin edilməsi, cavabdeh C QSC-dən 118.950 manat əsas borcun, 1.796,1 manat cərimənin, həmçinin dövlət rüsumunun əvəzi kimi 27 manatın tutularaq AQ-ya ödənilməsi, iddia tələbinin AQ ilə C QSC arasında bağlanmış müqavilələr ləğv edilərək, lizinq obyekti olan texnoloji avadanlığın onun yerləşdiyi tikili (bina) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə C QSCdan geri alınması, C QSC-dan 16.164,9 manat cərimənin AQ-nin xeyrinə tutulması hissəsində rədd edilməsi qət edilmişdir.
25. İş materillarında olan Bakı Apellyasiya Məhkəməsinin 2016-cı il 22 aprel t arixli 2-2(103)165/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı AQ-nın cavabdeh C QSC-yə qarşı borcun ödənilməsi, müqavilənin ləğv edilərək lizinq obyekti olan damazlıq heyvanların sağlam vəziyyətdə geri alınması barədə iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-1254/2015 saylı qətnaməsi ilə qismən – 592.776,57 manat məbləğində əsas borcun tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçı AQ ilə cavabdeh C QSC arasında bağlanmış 2012-ci il 22 fevral tarixli 18-LD/12 saylı, 18 aprel tarixli 28-LD/12 saylı, 31 may tarixli 50-LD saylı, 22 iyun tarixli 61-LD/12 saylı və 22 iyun tarixli 62-LD/12 saylı müqavilələrə əsasən AQ 1.869 baş “Holştin-friz” cinsli damazlıq heyvanları C QSC-yə lizinqə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
26. ASC 2018-ci il 13 iyul tarixində Cavabdeh A və MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Cavabdeh Adan 686.333,16 ABŞ dolları əsas, 46.771,39 ABŞ dolları faiz, 1.209.026,17 ABŞ dolları cərimə olmaqla cəmi 1.942.130,72 ABŞ dolları, ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 30 manat və işin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ASCyə ödənilməsi, qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin ipoteka qoyan (girov qoyan) MMC-yə məxsus Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 35,8962 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, onun mülkiyyətində olan, ASC-nin xeyrinə girovla yüklü edilmiş, ümumi dəyəri 4.200.000 manat məbləğində dövriyyə mallarına (iribuynuzlu heyvanlar (bioloji aktivlər) və ümumi dəyəri 700.000 manat məbləğində dövriyyə mallarına (Almaniya istehsalı olan “GEA Farm Technologies” markalı iribuynuzlu cins heyvanların avtomatlaşdırılmış sağım avadanlığı) yönəldilməsi, həmin daşınmaz əmlakın və dövriyyə mallarının açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdeh A-nın ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda, borcun qalıq hissəsinin cavabdeh A-dan tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
27. ASC-nin iddia ərizəsi yuxarıda §§ 6-16-d a göstərilən hallarla əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, kredit alan tərəfindən kredit müqaviləsinin şərtləri dəfələrlə kobud şəkildə pozulmuş, ödəniş cədvəlinə müvafiq olaraq 2017-ci ilin avqust-dekabr aylarında və 2018-ci ilin yanvar-iyun aylarında, iyun ayının əvvəlində ödəniləcək əsas borcun bir hissəsinin və əsas borca hesablanmış faizlərin ödənilməsi bu günə kimi təmin edilməmiş, kredit alana pretenziya qaydasında 2018-ci il 27 aprel və 4 iyun tarixli bildiriş və xəbərdarlıq məktubları verilsə də, heç bir nəticəsi olmamışdır.
28. ASC-nin iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 269.7, 295, 297, 317.1, 319.1, 385, 442, 448, 449.4, 465.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 26.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1-ci maddələrinə istinad edərək əsaslandırılmışdır.
29. Eyni zamanda, üçüncü şəxs QSC 2019-cu il 8 fevral tarixində ASC-yə qarşı iddia ərizəsi (üçüncü şəxs Cavabdeh A) və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət edərək, İpoteka Müqaviləsinin, İ Girov Müqaviləsinin, İİ Girov Müqaviləsinin bağlandığı andan və ASC-nin məhkəməyə təqdim etdiyi C QSC-nın 2016-cı il 21 noyabr tarixli protokolundan çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkmədən xahiş etmişdir.
30. QSC-nin iddia ərizə onunla əsalandırılmışdır ki, MMC QSC-nin törəmə müəssisəsidir və birincinin nizamnamə kapitalının 100%-i sonuncuya məxsusdur. Cavabdeh Aun aldığı kreditə görə bağlanmış İpoteka və Girov müqavilələri MMC-nin və QSC-nin nizamnaməsinin tələbləri pozularaq bağlanmışdır. Belə ki, həmin müqavilələrə qeyri-qanuni olaraq MMC-nin əvvəlki icraçı direktoru imza etmişdir. İpoteka Müqaviləsi bağlanarkən MMC-nin icraçı direktoruna ümumi yığıncağının qərarı ilə belə bir hüquq verilməmişdir. Lizinq müqavilələri üzrə MMC tərəf olmamışdır. İpoteka və Girov müqavilələri bağlanarkən ASC həmin əmlakların MMC-nin mülkiyyətində olmasına dair təsdiqedici sənədləri almalı idi. Əgər alınsaydı məlum olardı ki, həmin heyvanlar və avadanlıq girov qoyularkən MMC-nin mülkiyyətində olmamışdır. Nəticə olaraq isə qirov qoyma hüququ olmayan şəxsdən başqa QSC-yə məxsus olan malları qəbul etmişdir. Həmin əmlaklar və mallar bu gün də sahiblik və istifadə hüququ əsasında QSC-nin balansındadır. Nə A SC, nə də ki, MMC, cavabdeh A məhkəməyə sübut kimi əmlakların və malların qirov qoyana məxsus olmasını təsdiq edən sənəd təqdim etmişlər. Lakin QSC həmin əmlakların və malların lizinq yolu ilə AQ-dən alınmasına dair müqavilələri və həmin lizinq predmetləri üzrə ödənişlərin onun tərəfindən aparılmasını sübut edən sənədləri məhkəməyə təqdim edir. Bundan əlavə, həmin girov predmətləri xxxx-in iddiası üzə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2015-ci il 7 iyul tarixli 2(82)-1254/2015 saylı qətnaməsi ilə müəyyən olunan hallara görə lizinqə verənin mülkiyyətindədir və həmin qətnamə qanuni qüvvəsini almış, hazırda icra mərhələsindədir. Bu barədə MMC-nin icraçı direktoru və borcalan cavabdeh A tam məlumatlı olsalar da, qirov müqaviləsini bağlamışlar. Eyni zamanda AQ-in iddiası üzrə 2 saylı B akı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 11 avqust tarixli 2-2(82)-76/2017 saylı qətnaməsi ilə AQ ilə C QSC arasında bağlanmış müqavilələrin ləğv edilməsi, lizinq obyekti olan texnoloji avadanlığın onun yerləşdiyi tikili (bina) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə C QSC-dan geri alınması qət edilmişdir. Beləliklə, lizinq verənin iddiası əsasında bütün əmlakların lizinq verənə qaytarılması haqqında qanuni qüvvəsini almış qətnamələr mövcuddur. Buna baxmayaraq, kredit alan cavabdeh A öz mövqeyindən həm səhmdarlardan biri kimi, həm də C QSC-nın idarə heyətinin sədri kimi MMC-nin rəhbərliyinə təyziq edərək müqavilənin bağlanmasına məcbur etmiş, nəticədə Lizinq Şirkətinin müqavilə üzrə vəziyyətinin xeyli pisləşdirəcəyi riski yaratmışdır. Girov müqavilələrinə heç bir səlahiyyət və hüq uqu olmadan (həmin avadanlıqlar və iribuynuzlu mal-qara hüquqi cəhətdən X tərəfindən QSC-nin istifadəsinə verilmiş və MMC ilə heç bir hüquqi əlaqəsi olmamışdır) və buna baxmayaraq eyni zamanda İpoteka Müqaviləsi bağlanarkən imza etmiş həmin müddət MMC-nin icraçı direktoru işləyən X xarici ölkə vətəndaşı olduğu üçün müqavilənin şərtlərini tam başa düşməmiş və qanunvericiliyin tələblərinə görə kredit verən, kredit alan və müqaviləni təsdiq edən notarius da bu halı bilmələrinə baxmayaraq, müqavilələrin bağlanması və təsdiqi zamanı X tərcüməçi ilə təmin edilməmişdir.
31. QSC-nin iddia tələbi MM-in 49.4, 339.1, 349, 748-1.12.1, 748-1.12.4, 748.2-1, 748-8.1-cu, MPM-in 55.1, 55.2-ci maddələrinə istinad edərək əsaslandırılmışdır. 32. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2019-cu il 19 fevral tarixli 2-2(81)-127/2019 saylı qərardadı ilə QSC-nin iddia ərizəsi geri qaytarılıb (hakim – Aytən Oruczadə).
33. QSC 2019-cu il 5 mart tarixində həmin qərardaddan şikayət verərək 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2019-cu il 19 fevral tarixli 2-2(81)-127/2019 saylı qərardadının ləvğ edilməsini, özünün müstəqil tələb irəli sürən 3-cü şəxs kimi tanınmasını və iddia ərizəsinin icraata qəbul edilməsini, əks halda şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. 34. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 7 mart tarixli 2-2(81)127/2019 saylı qərardadı ilə 3-cü şəxs QSC-nin şikayəti əsaslı hesab edilərək həmin məhkəmənin 2019-cu il 19 fevral tarixli eyni nömrəli qərardadı ləğv edilmiş, QSC müstəqil tələb irəli sürən 3-cü şəxs qismində i şə cəlb edilməklə ASC-yə və cavabdeh A-ya qarşı iddiası məhkəmə icraatına qəbul edilmişdir. 35. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 18 mart tarixli 2-2(81)127/2019 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: kredit müqaviləsi üzrə Cavabdeh Aun əsas borcu, faiz borcu və cərimə borcu üzrə borc qalığı (bütün ödənişlər nəzərə alınmaqla): 1) kredit müqaviləsinin bitmə tarixinə (2018-ci il 30 noyabr tarixinə); 2) iddia ərizəsinin verilmə tarixinə (2018-ci il 13 iyul tarixinə); 3) iddia ərizəsi üzrə əlavənin verilmə tarixinə (2019-cu il 18 mart tarixinə) nə qədər təşkil edir?
36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 2 oktyabr tarixli 11981 saylı rəyinin nəticəsində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh A-nın ASCyə: 36.1. 2018-ci il 13 iyul tarixinə olan cəmi borcu 694.830,51 ABŞ dolları (o cümlədən əsas borc üzrə 685.838,41 ABŞ dolları, faiz borcu üzrə 8.992,10 ABŞ dolları); 36.2. 2018-ci il 30 noyabr tarixinə olan cəmi borcu 715.710,48 ABŞ dolları (o cümlədən əsas borc üzrə 685.838,41 ABŞ dolları, faiz borcu üzrə 29.872,07 ABŞ dolları); 36.3. 2019-cu il 18 mart tarixə olan cəmi borcu 732.170,60 ABŞ dolları (o cümlədən əsas borc üzrə 685.838,41 ABŞ dolları, faiz borcu üzrə 46.332,19 ABŞ dolları) məbləğində müəyyən olunmuşdur.
37. Həmçinin ekspert rəyində qey d edilmişdir ki, hazırkı ekspertiza tədqiqatı zamanı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün borc hesablanılan tarixlərə Cavabdeh Aa cərimə borcu hesablanmamışdır.
38. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 iyun tarixli 2-2(113)-35/2020 saylı qətnaməsi ilə aşağıdakılar qət olunmuşdur (hakim – A.Oruczadə): 38.1. ASC-nin iddiası qismən təmin edilsin. 38.2. cavabdeh A-dan 685.838,41 ABŞ dolları əsas, 29.872,07 ABŞ dolları faiz, 34.291,92 ABŞ dolları cərimə olmaqla cəmi 750.002,4 ABŞ dolları ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ASC-yə ödənilsin. 38.3. Tələb, ipoteka predmet inin ilkin satış qiyməti 140.000 manat məbləğində müəyyən edilməklə MMC-yə məxsus K kəndində yerləşən 35,8962 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilsin, həmin daşınmaz əmlak açıq hərracda satılsın və əldə olunan vəsait cavabdeh A-nın ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsi Cavabdeh Adan tutulsun. 38.4. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 11,58 manat məbləği Cavabdeh Adan və MMC-dən müştərək qaydada tutularaq ASC-yə ödənilsin, qalan 18,42 manat məbləği isə ASC-yə aid edilsin. 38.5. ASC-nin iddiası qalan hissədə rədd edilsin. 38.6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs QSC-nin iddiası rədd edilsin. 38.7. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu QSC-yə aid edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 145 manat məbləğində ekspertiza xərclərinin 56 manat məbləği Cavabdeh Adan və MMC-dən müştərək qaydada, qalan 89 manat məbləği isə ASC-dən tutularaq müvafiq hesaba köçürülsün.
39. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur.
40. ASC cavabdeh A-dan kredit müqaviləsinənə əsasən əsas borc üzrə 686.333,16 ABŞ dolları tələb etsə də, ekspert rəyi ilə cavabdeh A-nın ASC-yə ödəməli olduğu borc 685.838,41 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılmas ı üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir.
41. Qanunvericiliyə əsasən gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız xxxxndən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi halında mümkündür. Hazırkı iş üzrə kredit müqaviləsinin müddəti 2018-ci il 30 noyabr tarixində bitmişdir.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – “KMP”) hüquqi mövqeyinə görə, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlə rin hesablanması dayandırılmalıdır. Ekspert rəyindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə 2018-ci il 30 noyabr tarixinə Cavabdeh Aun faiz borcu 29.872,07 ABŞ dolları təşkil edir. KMP-nin hüquqi mövqeyindən işin hallına yanaşdıqda müəyyən edilir ki, Cavabdeh Aa hesablanmış faiz borcunun məbləği 46.771,39 ABŞ dolları deyil, 29.872,07 ABŞ dolları təşkil edir.
43. Cərimənin tutulması tələbi kredit müqaviləsinin 5.2-ci bəndindən irəli gəlir. Lakin tələb olunan 1.209.026,17 ABŞ dolları dəbbə pulu məbləği yaranmış 685.838,41 ABŞ dolları borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğinin azaldaraq 34.291,92 ABŞ dolları həddində müəyyən edilməsi ədalətlidir.
44. ASC-nin tələbinin ödənilməsi üçün tutmanın İpoteka Müqaviləsi ilə ASC-nin adına ipoteka ilə yüklü edilm iş Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 35,8962 ha torpaq sahəsinə yönəldilməsi barədə ASC-nin iddia tələbi əsaslıdır.
45. Tələbin girov qoyulmuş əmlaklara yönəldilməsi hissəsinə münasibətdə qeyd ediməlidir ki, MMC-nin, QSC-nin nümayəndələrinin izahatlarından və iş materiallarına əlavə olunan qüvvəyə minmiş məhkəmə qətnamələrindən müəyyən olunur ki, girov qoyulmuş əmlaklar (iri buynuzlu damazlıq heyvanlar və heyvandarlıq kompleksi üçün avadanlıq) AQ-ya məxsus olmaqla, C QSC (hazırkı QSC) lizinqə verilmişdir. C QSC tərəfindən həmin əmlakların dəyəri AQ-ya tam ödənilmədiyindən, onlar C QSC-nın mülkiyyətinə verilməmiş və hazırda AQ-in mülkiyyətindədirlər. C QSC müqavilələr üzrə girov qoyan MMC-nin (hazırkı Cavabdeh2 MMC) təsisçisidir. Eyni zamanda, İİ Girov Müqaviləsi ilə girov qoyulmu ş 700.000 manat dəyərində Almaniya istehsalı “GEA Farm Technologies” markalı iribuynuzlu cins heyvanların avtomatlaşdırılmış sağım avadanlığı xxxx tərəfindən C QSC-ya lizinqə verilmiş 1.586.000 manat dəyərində olan heyvandarlıq kompleksi üçün avadanlıqların tərkib hissəsidir. Beləliklə, girov qoyulmuş əmlaklar xxxx-ə məxsus olduğundan xxxxnin tələbi həmin əmlaklara yönəldilə bilməz.
46. QSC-nin iddiası ilə baglı qeyd edilməlidir ki, mübahisələndirilən müqavilələr bağlanılarkən, müqavilənin şərtləri konkret olaraq müəyyənləşdirilmiş, tərəflər öz iradələrini ifadə edərək, müqaviləni bağlamışlar, müqavilə bağlandıqdan sonra uzun müddət müqavilə şərtləri ilə bağlı heç bir iddia irəli sürülməmiş, digər tərəfin onun qanunsuzlugunu bildiyi və ya bilməli olması barədə hər hansı bir sübut məhkəmə yə təqdim olunmamışdır.
47. Mübahisələndirilən müqavilələr 2016-cı il 30 noyabr tarixdə bağlanmış, protokoldan çıxarış isə 2016-cı il 21 noyabr tarixdə tərtib edilmiş, lakin həmin tarixlərdən 2 ildən artıq müddət keçdikdən sonra QSC hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır.
48. MM-in 349-cu maddəsi hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olan bagladıgı əqdlərin etibarsız sayılması qaydasını tənzimləyir. Bu halda hüquqi şəxs öz hüquq qabiliyyətindən kənara çıxmaqla əqd baglayır ki, bunların etibarsız sayılması təbiidir. Lakin maddənin məzmunundan göründüyü kimi, belə əqdlər digər tərəf onun qanunsuzlugunu bildiyi və ya bilməli olduqda etibarsız sayıla bilər. Hüquqi şəxsin öz fəaliyyət məqsədinə zidd olaraq bagladıgı əqd, digər tərəf onun qanunsuzlu gunu bilmədiyi halda etibarsız sayıla bilməz.
49. Mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır, göstərilən maddədə həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, əgər mübahisə edilən əqdin etibarlı olub-olmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir.
50. Qeyd olunanlara əsasən QSC qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti keçməklə məhkəməy ə müraciət etdiyindən onun iddiası rədd edilməlidir.
51. Məhkəmə bu qənaətini MM-in 295, 317.1, 347.1, 349, 354.2, 385.1, 442, 448.1, 467, 739.1, 739.2-ci, MPM-in 14.2, 77.1, 80, 119.1, 217.3, 217.4-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 7.2, 34.1.2-ci maddələrinə, KMP-nin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “İHAM”) “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 2000-ci il 25 yanvar tarixli, “Baranovski Polşaya qarşı” iş üzrə 2000-ci il 28 mart tarixli, “Deryus Litvaya qarşı” iş üzrə 2000-ci il 31 iyul tarixli, “Brainovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyul tarixli, “Stan yo Belçikaya qarşı” iş üzrə 2009-cu il 7 iyul tarixli qərarlarına istinad edərək əsaslandırmışdır. 52. xxxx 2020-ci il 24 iyul tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən – kredit alanın borcunun müəyyən edilməsi, habelə borcun girov qoyulmuş dövriyyə mallarına yönəldilməməsi hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
53. Cavabdeh A 2020-ci il 28 iyul tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən – 34.291,92 ABŞ dolları cərimə məbləği hissəsində, borc məbləğinin girov qoyulmuş dövriyyə mallarına (iribuynuzlu damazlıq heyvanlara (bioloji aktivlərə) və ümumi dəyəri 700.000 manat məbləğində dövriyyə mallarına yönəldilməməsi hissəsində, yəni xxxx-nin id diası qalan hissədə rədd edilsin hissələrində qətnamənin ləğv edilməsini və həmin hissələrdə yeni qətnamə qəbul edilməsini, yeni qətnamə çıxarılarkən iddia tələbinin cərimə məbləği hissəsində iddanın rədd edilməsini, girov qoyulmuş (iribuynuzlu damazlıq heyvanlara və digər) dövriyyə mallarına münasibətdə iddianın təmin edilməsini, qətnamənin digər hissələrdə qüvvədə saxlanılmasını xahiş etmişdir.
54. QSC 2020-ci il 4 avqust tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən – tələbin, ipoteka predmetinin ilkin satış qiyməti 140.000 manat məbləğində müəyyən edilməklə MMC-yə məxsus Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 35,8962 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitin Cavab deh Aun xxxx-yə olan borcunun ödənilməsinə yönəldilməsi və QSC-nin iddiasının rədd edilməsi hissəsində ləğv edilməsini, ilkin iddia tələbinin MMC-yə münasibətdə rədd edilməsini və İpoteka Müqaviləsi, İ Girov Müqaviləsi və İİ Girov Müqaviləsi bağlandığı andan və xxxx-nin məhkəməyə təqdim etdiyi C QSC-nın 2016-cı il 21 noyabr tarixli protokolundan çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
55. MMC 2020-ci il 5 avqust tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən – tələbin, ipoteka predmetinin ilkin satış qiyməti 140.000 manat məbləğində müəyyən edilməklə MMC-yə məxsus Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 35,8962 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz, əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitin Cavabdeh Aun xxxx-yə olan borcunun ödənilməsinə yönəldilməsi hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
56. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 26 noyabr tarixli 22(103)-500/2020 saylı qətnaməsi ilə aşağıdakılar qət edilmişdir (sədrlik edən – C.Yusifov, hakimlər – R.Qurbanov və E.Kazımov): 56.1. MMC-nin və QSC-nin apellyasiya şikayətləri təmin edilməsin. 56.2. xxxx-nin və Cavabdeh Aun apellyasiya şikayətləri qismən təmin edilsin. 56.3. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 iyun tarixli 2-2(113)-35/2020 saylı qətnaməsi “iddianın tutmanın dövriyyə mallarına (iribuynuzlu heyvanlara) yönəldilməsi tələbinin rədd edilməsi” hissəsində ləğv edilsin. 56.4. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. 56.5. Tutma, MMC tərəfindən kreditin təminatı olaraq banka girov qoyulmuş, ümumi dəyəri 4.200.000 manat olan 3.207 ədəd iribuynuzlu heyvanların 1.338 ədədinə yönəldilsin. 56.6. Həmin 1.338 ədəd iribuynuzlu heyvan açıq hərracdan satılsın və satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh Aun kredit borcu ödənilsin. Artıq qalan pul vəsaiti MMC-yə qaytarılsın. 56.7. İddiaçının tutmanın iribuynuzlu heyvanlara yönəldilməsi tələbinin qalan hissəsi təmin edilməsin. 56.8. Qətnamə qalan mübahisələndirilən hissələrində dəyişdirilmədən saxlanılsın.
57. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur.
58. MMC və QSC-nin apellyasiya şiayətlərinin oxşar məzmunlu dəlillərində mübahisələndirilir ki, MMC-nin nizamnaməsinə və MM-in 87.10-cu maddəsinə istinadən İpoteka və Girov müqavilələrin imzalanmasında MMC-nin direktorunun müvafiq səlahiyyətinin olmadığını, ona xxxx-nın direktoru tərəfindən təzyiq göstərildiyini, həmin müqavilələrin pis niyyətlə bağlandığını əsas gətirməklə, MM-in 349 və 337-ci maddələrinin müddəalarına istinadən, həmin müqavilələrin və C QSC-nın səhmdarlarının ümumi yığıncağının 2016-cı il 21 noyabr tarixli protokolu əhəmiyyətsiz və etibarsızdır.
59. Məhkəmə kollegiyası həmin hissədə kəsici müddət tətbiq olunmaqla birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunması ilə razılaşır. İpoteka və Girov müqavilələrinin və protokolun etibarsız saylımasını mübahisələndiriməsi üçün kəsici müddət QSC və MMC tərəfindən buraxılmışdır. Bu baxımdan, birinci instansiya məhkəməsi tərəfindən MMC-nin bu sarıdan olan dəlillərinin nəzərə alınmaması və QSC-nin əqdlərin etibarsız sayılması barədə iddia tələbinin rədd olunması işin hallarına və maddi hüquq normalarına uyğun hesab edilməlidir. 60. xxxx-nin və Cavabdeh Aun apellyasiya şikayətinin uyğun məqsədə yönəlmiş dəlillərində isə işdə olan sübutlara düzgün qimət verilmədiyinə istinadən hesab edilir ki, qətnaəmə ilə tutmanın girov predmeti olan dövriyyədəki mallara, o cümlədən, kreditin təminatı olaraq banka girov qoyulmuş 3.207 ədəd iribuynuzlu heyvanlara yönəldilməsi hissəsində iddia tələbinin rədd olunması əsassız olmuşdur.
61. Məhkəmə kollegiyası aşağıdakılara görə şikayətçilərin qeyd olunan dəlilləri ilə razılaşır.
62. AQ-in yazılı etirazından görünür ki, hazırkı mübahisənin predmeti olan heyvandarlıq üçün avadanlıq kompleksinin 2 s aylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 11 avqust 2-2(82)76/2017 saylı tarixli qətnaməsinə əsasən onun mülkiyyətinə aid olduğunu bildirmişdir. İş materiallarından görünür ki, xxxx qeyd olunan dəlillərində haqlıdır. Digər tərəfdən, xxxx-nin və Cavabdeh Aun apellyasiya şikaytinin dəlillərindən də göründüyü kimi, bu hallar onlar tərəfindən mübahisələndirilmir.
63. Lakin xxxxin həmin etirazından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2016-cı il 22 aprel tarixli 2-2(103)-165/2016 saylı qətnaməsinə istinadən, hazırkı mübahisənin predmeti, ümumi dəyəri 4.200.000 manat olan 3.207 ədəd iribuynuzlu heyvanların onun mülkiyyətində olmasına dair etirazı ilə tam həcmdə razılaşmaq mümkün deyil. Konkret halda məhkəmə kollegiyası xxxx-nin və Cavabdeh Aun apellyasiya şikayətlərinin dəlilləri ilə qismən razılaşır.
64. Belə ki, iş materiallarında olan 2018-ci il 4 aprel tarixli hüquqi şəxslərin dövlət reyestrindən çıxarışa (və QSC-nin nizamnaməsinə) əsasən müəyyən olunur ki, QSC-nin əvvəlki adı “xxxx” olmuş, eyni zamanda, 2018-ci il 5 iyun tarixli hüquqi şəxslərin dövlət reyestrindən çıxarışa (və MMC-nin nizamnaməsinə) əsasən müəyyən olunur ki, QSC MMC-nin 100 faizli təsisçisidir.
65. Eyni zamanda, işdə olan xxxx ilə girov qoyan MMC arasında 2016-cı il 30 noyabr tarixində imzalanmış və müəssisələrin dairəvi möhürü ilə təsdiq olunmuş dövriyyə malların girovuna dair Aktdan (1 saylı Əlavə) görünür ki, İ Girov Müqaviləsinə əsasən 3.207 ədəd iribuynuzlu heyvan cavabdehə məxsus Ağcabədi rayonu Ağabəyli kəndində girov qoyanın birbaşa sahibliyində saxlanılır.
66. İşə əlavə olunmuş və qa nuni qüvvəsini almış, iddiaçı xxxx-in cavabdeh C QSC-ya qarşı borcun ödənilməsi və lizinq müqaviləsinin ləğvi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2016-cı il 22 aprel tarixli 2-2(103)-165/2016 saylı qətnaməsi ilə müəyyən olunan hallardan görünür ki, həmin iş üzrə xxxx tərəfindən 2012-ci ildə bağlanmış lizinq müqaviləsi üzrə C QSC-ya 1.869 baş Holsin-friz cinsli damazlıq heyvanları lizinqə verilmişdir.
67. Bakı İnzibati İqtisadi Məhkəməsinin 2015-ci il 7 iyul tarixli 2(82)-1254/15 saylı qətnaməsi ilə ilə iddia qismən təmin edilmiş, 592.806,57 manat borcun cavabdehdən xxxx-in xeyrinə tutulması qət olunmuş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış və həmin qətnaməyə əsasən 2015-ci i l 10 dekabr tarixində icra vərəqi verilmiş və hazıra kimi icra prosesi getdiyi, icranın sona çatmadığı işin mübahisələndirilməyən halıdır.
68. Göründüyü kimi, konkret halda xxxx-nın hüquq varisi və girov qoyan MMC-nin təsisçisi olan QSC hazırkı iddia tələbində və apellyasiya şikayətində banka girov qoyulmuş iribuynuzlu heyvanların xxxx-in mülkiyyətinə aid olduğunu mübahisəlndirsə də, ən azından, banka girov qoyulmuş 3.207 baş heyvanlardan 1.338 (3.207-1.869) baş heyvanın həmin lizinq təşkilatının mülkiyyəti olması istisna olunur. Başqa sözlə, 1.338 baş iribuynuzlu heyvan girov qoyan MMC-nin mülkiyyətində qalmış olur.
69. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən xxxx-nin tutmanın girov predmeti iribuynulu heyvanlara yönəldilməsi tələbinin tamamilə rədd olunması işdə olan s übutlarla müəyyən edilən hallara uyğun hesab edilə bilməz. Bu mənada, məhkəmə kollegiyası hesab edir ki, xxxx-nin və Cavabdeh Aun həmin hissədə məhkəmənin qətnaməsi ilə razılaşmayan dəlilləri əsaslıdır.
70. Bununla yanaşı, məhkəmə kollegiyası, xxxx-nin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyinə istinadən kredit alanın əsas borcunun 685.838,41 ABŞ dolları məbləğində, cərimə borcunun isə 34.291,92 ABŞ dolları məbləğində müəyyənləşdirilməsi ilə razılaşmayan, habelə Cavabdeh Aun həmin cərimə məbləğini əsassız hesab edən dəlillərini əsassız sayır.
71. Belə ki, xxxx xxxxnin 3.10-cu bəndinə əsasən kredit alan Cavabdeh Aun ödənişlərinin birinci növbədə zərərin, sonra hesablanmış cərimənin və kreditin ödənilməsinə yönəldilməli olduğunu əsas tutaraq, ekspert tərəf indən rəydə xxxx-nin ödəniş qrafiki üzrə iki epizodda 8 və 4 gün gecikmə ilə həyata keçirilən ödənişlərin ilk öncə cəriməyə aid edilməməsini əsassız hesab edərək bu səbəbdən iddia olunan əsas borcla, ekspert rəyində müəyyən edilən əsas borc arasında fərqin yarandığına diqqəti yetirir.
72. Birincisi, iddia olunan əsas borcla, rəyin nəticələri üzrə təsbit olunan əsas borc arasındakı fərqi, heç 500 manat belə təşkil etmir (686.333,16-685838,41=494,75).
73. Digər tərəfdən, kredit alanın 8 gün gecikmə ilə 2017-ci il 11 yanvar tarixində və 4 gün gecikmə ilə 2017-ci il 6 fevral tarixində etdiyi ödənişlər ilk öncə onun cərimə hesabına silinmiş olsa belə, birinci instansiya məhkəməsinin qətnaməsindən göründüyü kimi, məhkəmə MM-nin 467-ci maddəsini tətbiq etməklə, kredit alana 34.291,92 ABŞ dolları məbləğində cərimə hesablanmasını tərəflərin qarşılıqlı əmlak mənafeyinə uyğun hesab etmişdir. Qeyd olunan normanın mənası baxımından birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə tərəflərin qarışılıqlı mənafeyinə və maddi hüquq normalarına uyğun nəticədir.
74. Məhkəmə bu qənaətini MM-in 354.1, 354.2, 467-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
75. MMC həmin qətnamədən 2021-ci il 12 fevral tarixində kassasiya şikayəti verərək qətnamənin qismən – MMC-nin şikayətinin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 iyun tarixli 2-2(113)-35/2020 saylı qətnaməsinin “iddianın tutmanın dövriyyə mallarına (iribuynuzlu heyvanlara) yönəldilməsi tələbinin rədd edilməsi” hissəsində ləğv edilməsini; həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, tutmanın MMC tərəfindən kreditin təminatı olaraq banka girov qoyulmuş, ümumi dəyəri 4.200.000 manat olan 3.207 ədəd iribuynuzlu heyvanların 1.338 ədədinə yönəldilməsi, həmin 1.338 ədəd iribuynuzlu heyvanın açıq hərracdan satılaraq və satışdan əldə olunan pul vəsaitinin hesabına Cavabdeh Aun kredit borcunun ödənilməsi, artıq qalan vəsaitin MMC-yə qaytarılması” hissəsində qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini və xxxx-nin MMC-yə münasibətdə iddia ərizəsi ilk cavabdehdən (Cavabdeh A) tutulan vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə ipoteka qoyan (Girov qoyan) MMC-yə məxsus Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 35,8962 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və onun mülkiyyətində olmayan, xxxx-nin xeyrinə girovla yüklü edilmiş, ümumi dəyəri 4.200.000 manat məbləğində dövriyyə mallarına ( iribuynuzlu heyvanlar (bioloji aktivlər) yönəldilməsi hissəsində tam təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
76. QSC həmin qətnamədən 2021-ci il 12 fevral tarixində kassasiya şikayəti verərək qətnamənin qismən – MMC-nin və QSC-nin apellyasiya şikayətlərinin təmin edilməməsi; xxxx-nin və Cavabdeh Aun apellyasiya şikayətlərinin qismən təmin edilməsi; Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 iyun tarixli 2-2(113)-35/2020 saylı qətnaməsinin “iddianın tutmanın dövriyyə mallarına (iribuynuzlu heyvanlara) yönəldilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi; həmin hissədə iddia tələbinin qismən təmin edilməsi; tutmanın, MMC tərəfindən kreditin təminatı olaraq banka girov qoyulmuş, ümumi dəyəri 4.200.000 manat olan 3.207 ədəd iribuynuzlu heyvanların 1.338 ədə dinə yönəldilməsi; həmin 1.338 ədəd iribuynuzlu heyvanın açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin hesabına Cavabdeh Aun kredit borcunun ödənilməsi” hissəsində qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini, xxxx-nin iddia ərizəsinin MMC-yə qarşı olan hissədə tam təmin edilməməsini, QSC-nin İpoteka müqaviləsinin, İ Girov Müqaviləsinin və İİ Girov Müqaviləsinin bağlandığı andan və xxxx-nin məhkəməyə təqdim etdiyi C QSC-nın 2016cı il 21 noyabr tarixli protokolundan çıxarışın etibarsız hesab edilməsi barədə iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
77. Cavabdeh A 2021-ci il 15 mart tarixində qətnamədən kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 26 noyabr tarixli 2-2(103)-500/2020 saylı qətnaməsinin qismən – ape llyasiya şikayətinin təmin edilməyən hissədə ləğv edilməsi, tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) QSC-nin və MMC-nin kassasiya şikayətlərinin dəlilləri
78. Bakı Apellyasiya Məhkəməsi qətnamədə iş üzrə ipoteka və girov müqavilələrinin, QSC-nin səhmdarlarının ümumi yığıncağının 2016-cı il 21 noyabr tarixli Protokolundan çıxarışın etibarsız hesab edilməsi ilə əlaqədar kəsici müddətə istinad edərək QSC-nin apellyasiya şikayətini və iddia ərizəsini təmin etməmiş, lakin faktiki halları nəzərə almamışdır. Belə ki, QSC MMC-nin təsisçisidir və Nizamnaməyə əsasən MMC-nin nizamnamə kapitalının 100%-i QSC-yə məxsusdur. 2017-ci il 28 dekabr tarixində QSC-nin (əvvəlki adı “C QSC”) səhmlərinin alqı-satqı sı həyata keçirilmiş, QSC-nin səhmlərinin 85%-nə yeni səhmdar X1 olmuş, QSC yeni idarəçilik sisteminə keçirilərək Direktorlar Şurası və onun tabeliyindəki strukturlar yaradılmışdır. 2017-ci il 28 dekabr tarixindən keçmiş səhmdarlar QSC-yə və onun törəmə müəssisələri olan “xxxx” MMC və Cavabdeh2 MMC-yə aid sənədləri, elektron məlumatlar saxlanılan serveri, nəqliyyat vasitələrini və digər əmlakları yeni səhmdarlara və idarəçilərə təhvil verməkdən imtina etdikləri üçün QSC-nin keçmiş səhmdarları və idarəçilərinə qarşı Yasamal Rayon Məhkəməsində iddia qaldırmış və məhkəmənin 2018-ci il 1 may tarixli qərardadı əsasında verilmiş icra vərəqəsi 2018-ci il 3 may tarixində Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən icra edilərək QSC-yə və onun törəmə müəssisələrin ə aid sənədlər, avadanlıqlar və nəqliyyat vasitələri götürülərək akt əsasında QSC-nin idarəçiliyinə təhvil verilmişdir. QSC 2018-ci il 30 iyul tarixli məhkəmə qərardadı ilə isə hazırki işə cəlb edilmiş, mövcud sənədlərdən məlumatlı olmuş, iddia müddətini ötürməyərək 2019-cu il 8 fevral tarixində ipoteka və girov müqavilələrinin, Bank tərəfindən məhkəmə gedişatı zamanı məhkəməyə təqdim olunandan sonra saxta protokoldan çıxarışın etibarsızlığı ilə bağlı iddia qaldırmışdır.
79. Bakı Apellyasiya Məhkəməsi öz qətnaməsində QSC-nin törəmə müəssisəsi olan MMC-də mövcud olmayan və guya girov qoyulmuş 3.207 ədəd iribuynuzlu heyvanların sayından xxxx tərəfindən lizinqə verilmiş 1.869 ədədi çıxaraq tutmanı 1.338 ədəd iribuynuzlu heyvanlara yönəldilməsini qət etmişdir. Bu halda aşağıdakı suallar açıq olaraq qalır: 79.1. girov müqaviləsi bağlanarkən MMC-nin balansında/mülkiyyətində ümumiyyətlə iribuynuzlu heyvanların olub-olmaması (MMC-nin balansında 38,8962 hektar torpaq sahəsindən başqa heç bir əmlakı olmamışdır və yoxdur); 79.2. 3.207 ədəd iribuynuzlu heyvanların hüquqmüəyyənedici sənədlərin mövcüd olubolmaması (ən azı girov qoyanın həmin mallara dair alqı-satğı, bağışlama müqaviləsi və ya mümkün olan hər hansı digər sənəd); 79.3. əgər MMC-də 3.207 baş heyvan var idisə, bu illər ərzində girov alan kimi girov müqaviləsinə aid heyvanların uçotunu həyata keçirmişdirmi, buna dair hansı sənədləri varmı; 79.4. Bioloji aktivlərin-iribuynuzlu heyvanların uçotu qaydalarına uyğun olaraq hər bir heyvan doğulduğu və ya satın alındığı zaman həmin heyvanlara qulaq nömrəsi vurularaq uçota alınır. Bu halı işdə olan xxxx ilə QSC arasında təhvil-təsilim sənədləri də təsdiq edir. Girova qəbul edilən iribuynuzlu malların uçotuna uyğun olaraq qulaq nömrələri qeyd edilməklə nə səbəbə siyahıları tərtib edilməyib və girovsaxlayana təhvil aktında uçot nömrələrinə istinad edilməyib; 79.5. iribuynuzlu heyvanların ikinci uçot qaydalarına uyğun olaraq heyvanların cinsinə və yaşına görə uçotu aparılır. Nə səbəbə görə girov müqaviləsində girov götürülən heyvanların cinsləri və yaş kateqoriyaları göstərilməyib; 79.6. QSC tərəfindən “xxxx” xxxx-nin (əvvəlki xxxx-in) mülkiyyətində olub, onun istifadəsində və sahibliyində olan iribuynuzlu heyvanların sayları, cinsləri və yaş kateqoriyaları üzrə birinci instansiya məhkəməsinə və Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyi rəsmi arayışlarda mövcud olan h eyvanların sayının göstərilməsinə baxmayaraq Apellyasiya Məhkəməsi həmin arayışları nə səbəbdən nəzərə almamış və tutmanı mövcud olmayan heyvanlara yönəltmişdir; 79.7. “xxxx” xxxx-nin (əvvəlki adı “xxxx”) təqdim etdiyi monitorinq Aktı və QSC-nin Bakı Apelyasiya Məhkəməsinə son olaraq təqdim etdiyi 2020-ci il 25 noyabr tarixli 03/01-03/156 saylı xxxx-in balansında olub QSC-nin istifadəsinə verilmiş bioloji aktivlərin 2020-ci il 1 noyabr tarixinə olan vəziyyəti haqqında Arayışda heyvanlarının cəmi sayının 1.839 olduğu halda, əgər Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə qalarsa, icraya yönəldiyi halda qətnamədə göstərildiyi kimi “1.338 ədəd iribuynuzlu heyvanın acıq hərracdan satılaraq və satışdan əldə olunan pul vəsaitinin hesabına Cavabdeh Aun kredit borcunun ödənilməsi” hansı qayda da icra olunacaqdır. Çünki məhkəmə özü qətnaməsində 1.869 ədəd iribuynuzlu heyvanın xxxx-ə aid edib, realda mövcud olan malların sayı isə cəmi 1.836 ədəddir, hansılarına ki, qətnamə üzrə tutma yönəldilməyib. Bəs tutma hansı 1.338 ədəd iribuynuzlu heyvana yönəldilib.
80. Kassasiya şikayəti MM-in 49.4, 87.10, 107-6, 140, 182.2, 271.1, 339.1, 748-1.12.1, 7481.12.4, 748.2-1, MPM-in 14.1, 403.1, 416, 417.1.4, 418.1-ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasıda notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 9-cu bəndinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli qərarına istinad etməklə əsaslandırılmışdır.
81. MMC-nin kassasiya şikayətinin dəlilləri, demək olar ki, QSC-nin kassasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir. c) Cavabdeh Aun kassasiya şikayətinin dəlilləri
82. Borc tələbinin cərimə məbləği hissəsi əsassızdır. Cavabdeh A ekspert rəyi ilə razı olmadığını, onu mübahisələndirdiyini bildirsə də, məhkəmə nəzərə almamışdır. Məhkəmənin müəyyən etdiyi 34.291,92 ABŞ dolları cərimə borcu həddən çox hesablanmışdır. Qanunverici tənasübsüz surətdə yüksək dəbbə pulunun məhkəmə tərəfindən azaldılması imkanını nəzərdə tutmuşdur. Apellyasiya məhkəməsi əsassız olaraq qanunvericinin qeyd olunan mövqeyini nəzərə alınmamış, Cavabdeh Aun apellyasiya şikayətini o hissədə təmin etməmişdir. Məhkəmə həmin hissəni ədalətli araşdır mamışdır, iddia həmin hissədə təmin edilməməlidir. 83. xxxx-dən lizinqə 2012-2014-cü illərdə 1.199 ədəd heyvan verilmişdir. Hər il olan artım nəticəsində heyvanların sayı artmış, xəstə və yaşlı heyvanlar çıxdaş edildikdən sonra məhz girov qoyulan zaman heyvanların sayı 3.207 ədəd olmuşdur. İşdə olan sübutlar təsdiq edir ki, girov qoyulan iribuynuzlu heyvanların sayı 3.207 ədəd olmuş, həmin heyvanlar MMC-nin mülkiyyəti olmuşdur. Buna dair yerində müayinə keçirilmiş, malların mövcudluğu təsdiqlənmiş və qiymətləndirmə aparılmışdır. Məhkəmə çəkişməsi zamanı müəyyən olunmuşdur ki, hazırda faktiki olaraq mövcud olan 1.839 ədəd heyvan Lizinq verənin mülkiyyətindədir. Belə olduğu halda Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə tutmanın 1.338 ədəd heyvana yönəldilməsi hissəsinin icrası mümkünsüz olacaqdır. Qərarın icrası məhkəmə araşdırmasının ayrılmaz hissəsi olmaqla, xəyali deyil, real olmalıdır. İş materiallarından müəyyən olunur ki, “xxxx” xxxx tərəfindən təqdim edilən monitorinq Aktı, QSC-nin təqdim etdiyi 2020-ci il 25 noyabr tarixli 03/01-03/156 saylı xxxx-in balansında olub QSC-nin istifadəsinə verilmiş bioloji aktivlərin 2020-ci il 1 noyabr tarixinə olan vəziyyəti haqqında arayışda heyvanların sayı 1.839 ədəddir. Deməli, hazırda mövcud olan heyvanların sayı 1.839 ədəddir. Bu heyvanlar lizinq obyekti olaraq xxxx-in mülkiyyətindədir. Bu hal Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə də müəyyən olunmuş, məhkəmə çəkişməsində qeyd edilən sənədlər təqdim edilsə də, nəzərə alınmamışdır. Faktiki olaraq qətnamənin o hissədə icra olunmasının gələcəkdə mümkünsüz olacağını məhkəmə ö nəmsəməmişdir. Apellyasiya məhkəməsi öz qərarında mülki qanunvericiliyin normalarını düzgün tətbiq etməməklə qanunsuz və əsassız nəticəyə gəlmişdir.
84. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 129-cu, MM-in 276.1, 306.1, 458.1, 458.2, 467.1, 747.1, 748-2.1, 748-1.12.1, 748-1.12.4-cü maddələrinə, MPM-in 386, 417.1.4, 418.1, 418.2-ci maddələrinə, İHAM-ın “Hornsbi Yunanıstana qarşı” iş üzrə 1997-ci il 19 mart tarixli qərarına istinad etməklə əsaslandırılmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
85. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
86. Məhkəmə iclasında iştirak edən Cavabdeh Aun vəkili kassasiya şikayətini müdafiə etdiyini, şikayətin tam əsaslı olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməsini, qətnamənin qismən – apellyasiya şikayətinin təmin edilməyən hissədə ləğv edilməsi, tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
87. Məhkəmə iclasında iştirak edən MMC və QSC-nin vəkili kassasiya şikayətlərini müdafiə etdiyini, qətnamənin qismən ləğv edilməsini və ləğv edilmiş hissələrdə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
88. MMC və QSC-nin nümayəndəsi vəkilin dedikləri ilə razı olduğunu bildirdi və kassasiya şikayətinin təmin edilməsini xahiş etdi.
89. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, müstəqil tələb irəli sürməyən 3-cü şəxs məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
90. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
91. MMC, QSC və Cavabdeh A apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən (bax yuxarıda §§ 75-77) mübahisələndirdikləri üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissələrdə yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
92. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi ü çün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
93. MM-nin müvafiq maddəsində nəzərdə tutulmuşdur: “ Maddə
135. Əşya hüququnun obyektləri... 135.12. Əşyanın verdiyi gəlir, artım və (və ya) üstünlük əşyanın bəhəridir. Ayrılanadək bəhər əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi kimdirsə, əşyanın təbii bəhəri də onun mülkiyyətindədir. “Maddə
181. Daşınar əşyalara mülkiyyət hüququnun əldə edilməsi əsasları... 181.3. Şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə özü üçün hazırladığı və ya yaratdığı yeni əmlaka mülkiyyət hüququnu onun özü əldə edir. Əmlakdan is tifadə nəticəsində götürülən bəhərə, məhsula və gəlirə mülkiyyət hüququ bu Məcəllənin 135.12-ci maddəsində nəzərdə tutulan əsaslarla əldə edilir....” “Maddə
271. Girov qoyan (ipoteka qoyan) 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. …” “ Maddə
295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.” “Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə
347. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər...” “Maddə
349. Hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığı Hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olaraq bağladığı əqd, əgər əqddə iştirak edən digər tərəfin onun qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu sübuta yetirilərsə, həmin hüquqi şəxs və ya onun təsisçisi tərəfindən mübahisələndirilə bilər.” “Maddə
354. Etibarsız ə qdlər üzrə müddətlər 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli v ə i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır...” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, xxxx adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.”
94. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.”...” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.” 95. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 7.İpotekanın xüsusiyyətləri... 7.2. Bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir.... ” “Maddə 34.İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması...”
96. KMP-nin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında kredit müddəti ilə xxxxnin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki: “...xxxxnin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlə r) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə xxxxnin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti xxxxndə müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir....kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri xxxxndə nəzərdə tutula bilər.”
97. KMP-nin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiy asının 2019-cu il 31 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 12 mart tarixli qərarında qeyd edilmişdir ki, “... MM-nin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, MM-nin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq idd ia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.”
98. İHAM-ın “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 2000-ci il 25 yanvar tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə h üquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33).
99. İHAM-ın “Deryus Litvaya qarşı” iş üzrə 2000-ci il 31 iyul tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının “Baranovski və Braniovski Polşaya qarşı” işlər üzrə 2000-ci il 28 mart və 2004-cü il 22 iyul tarixli qərarlarında İHAM-ın prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir.
100. İHAM-ın “Stanyo Belçikaya qarşı” iş üzrə 2009-cu il 7 iyul tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müdd ətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
101. İş materiallarını, kassasiya şikayətin dəlillərini hərtərəfli tam və obyektiv surətdə araşdıraraq, tərəflərin izahatlarını dinləyərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020ci il 26 noyabr tarixli 2-2(103)-500/2020 saylı qətnaməsi qismən –tutmanın 1.338 ədədinə yönəldilməsi, həmin 1338 heyvanın aşıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh Aun kredit borcunun ödənilməsi, artıq qalan pul vəsaitinin “ xxxx” MMC-yə qaytarılması, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs “xxxx-Qrup” QSC-nin iddiasının ləğv edilməsi hissəsində ləğv edilərək həmin hissələrdə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
102. Məhkəmə kollegiyası ipoteka və girov müqavilələrinin, QSC-nin səhmdarlarının ümumi yığıncağının 2016-cı il 21 noyabr tarixli Protokolundan çıxarışın etibarsız hesab edilməsi ilə əlaqədar apellyasiya instansiya məhkəməsinin kəsici müddət tətbiq edərək QSC-nin apellyasiya şikayətini və iddia ərizəsini rədd edərkən işin faktiki hallarını nəzərə almamasına dair QSC-nin dəlili (bax yuxarıda § 78) ilə razılaşır.
103. QSC MMC-nin nizamnaməsinə və MM-in 87.10-cu maddəsinə istinadən ipoteka və girov müqavilələrin imzalanmasında MMC- nin direktorunun müvafiq səlahiyyətinin olmadığını, ona “xxxx” QSC-nin direktoru tərəfindən təzyiq göstərildiyini, həmin müqavilələrin pis niyyətlə bağlandığını əsas gətirməklə, MM-in 337 və 349-cu maddələrinin müddəalarına istinadən, həmin müqavilələri və “C QSC” QSC-nin səhmdarlarının ümumi yığıncağının 2016-cı il tarixli 21 noyabr tarixli protokolunu əhəmiyyətsiz və etibarsız hesab edir.
104. MM-in 354.1 və 354.2-ci maddələrinə istinad edən apellyasiya instansiya məhkəməsi həmin hissədə kəsici müddət tətbiq olunmaqla birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunması ilə razılaşmış və hesab etmişdir ki, MM-in göstərilən normaları baxımından ipoteka və girov müqavilələrinin, protokolun etibarsız saylımasının mübahisələndiriməsi üçün kəsici müddət QSC və MMC tərəfindən burax ılmışdır.
105. Lakin apellyasiya instansiya məhkəməsinin həmin mövqeyi kifayət qədər əsaslandırılmadığndan məhkəmə kollegiyası bu nəticə ilə razılaşmır.
106. Belə ki, MM-in 354.1-ci maddəsində (bax yuxarıda § 93) əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddianın verilməsi üçün nəzərdə tutulmuş 1 illik müddətin axımı obyektiv xarakterli (hər hansı şəxsin iradəsindən, məlumatlı olmasından asılı olmayan) faktın baş verməsindən, yəni həmin əqdin icrasına başlanılmasından etibarən başlayır. Həmin müddət bitdikdən sonra heç kəs bu faktın baş verməsindən məlumatsız olmasına istinad edərək əqdin etibarsızlığına dair tələb irəli sürə bilməz.
107. MM-in 354.2-ci maddəsində (bax yuxarıda § 93) isə əqdin etibarsızlığına dair müəyyən edilmiş 1 illik müddətin axımının başlanması üçün şəxsin su byektiv-iradəvi amili əsas götürülmüşdür. Yəni bu müddətin axımı o zaman başlayır ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bilsin və ya bilməli olsun.
108. Qeyd etmək lazımdır ki, MM-in 354-ci maddəsi ilə əlaqədar KMP-nin formalaşdırdığı hüquqi mövqeyə (bax yuxarıda § 97) görə, bu norma onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir.
109. Bu baxımdan, hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsi kəsici müddəti tətbiq edərkən MM-in 354.1-ci və 354.2-ci maddələrindən konkret olaraq hansına istinad etdiyini dəqiqləşdirməli, MM-in 354.2-ci maddəsinə istinad etdiyi halda QSC -nin bildirdiyi halların həmin maddənin dispozisiya şərtlərinə uyğun gəlib-gəlməməsinə qiymət verməli, nəhayət əgər belə hallar mövcud olmuşdursa, QSC-nin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu tarixi dəqiqləşdirməli, nəticəsindən asılı olaraq tələb vermə müddətinin ötürülübötürülməməsi barədə konkret qənaətə gəlməli idi.
110. QSC-nin bildirdiyinə görə, hazırda etibarsızlığını mübahisələndirdiyi sənədlər barədə 2018-ci il 3 may tarixində xəbər tutmuş, 2018-ci il 30 iyul tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, beləliklə iddia müddətini ötürməmişdir.
111. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi bu məsələ ilə bağlı QSC-nin dəlilləri üzrə zəruri araşdırma və qiymətləndirmə apa rmadan ipoteka və girov müqavilələrinin, C QSC-nın səhmdarlarının ümumi yığıncağının 2016-cı il tarixli 21 noyabr tarixli protokolunun etibarsız saylımasının mübahisələndiriməsi üçün kəsici müddətin QSC tərəfindən buraxılması barədə əsassız nəticəyə gəlmiş, MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 94) tələblərini pozmuş, nəticədə MPM-in 217.1-ci maddəsinin (bax yuxarıda § 94) tələblərinə uyğun gəlməyən əsassız qətnamə qəbul etmişdir.
112. Eyni zamanda, məhkəmə kollegiyası tutmanın girov qoyulmuş iribuynuzlu heyvanlara yönəldilməsi barədə apellyasiya instansiyası məhkəməsinin əsassız nəticəyə gəlməsi barədə QSCnin dəlillərini (bax yuxarıda § 79) də əsaslı hesab edir.
113. Həmin məsələ ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, banka girov qoyulmuş 3.2 07 baş heyvandan 1.869-u xxxx-in mülkiyyətində olduğundan, tutma MMC-nin mülkiyyətində qalan 1.338 (3.207 – 1.869) heyvana yönəldilməlidir.
114. QSC və MMC iddia edir ki, həmin heyvanların hamısı xxxx-in mülkiyyətində, QSC-nin isə istifadəsindədir.
115. MM-in 271.1-ci maddəsinə (bax yuxarıda § 93) əsasən, əşyanı girov qoyan yalnız onun mülkiyyətçisi ola bilər. Beləliklə, hazırkı işdə MMC-nin qeyd olunan 1.338 baş heyvanı banka girov qoyması üçün onun mülkiyyətçisi olmalı idi.
116. Apellyasiya instansiyası məhkəməsi qətnamədə həmin heyvanların MMC-nin mülkiyyətində qaldığını bildirsə də, bu nəticəni mötəbər sübutlarla əsaslandırmamışdır.
117. MM-in 135.12-ci maddəsinə (bax yuxarıda § 93) görə, əşyanın verdiyi gəlir, artım və (və ya) üstünlük əşyanın bəhəridir. Əşyanın mülkiyyətçisi kimdirsə, əşyanın təbii bəhəri də onun mülkiyyətindədir.
118. MM-in 181.3-ci maddəsinə (bax yuxarıda § 93) görə, daşınar əmlakdan istifadə nəticəsində götürülən bəhərə, məhsula və gəlirə mülkiyyət hüququ bu Məcəllənin 135.12-ci maddəsində nəzərdə tutulan əsaslarla əldə edilir.
119. İstinad olunan normalar hazırkı işə tətbiq edildikdə, məlum olur ki, QSC-yə lizinqə verilmiş heyvanlardan təbii artım yolu ilə əldə olunmuş heyvanlar (əgər belə artım olmuşdursa), QSC və MMC-nin bildirdiyi kimi, məhz xxxx-ə (əvvəlki xxxx) aiddir, ona görə də MMC-nin mülkiyyətində ola bilməz.
120. Deməli, mübahisə predmeti olan heyvanlar üzərində mülkiyyət hüququnun konkret olaraq hansı subyektə məxsus olmasını müəyyən etmək üçün 1.338 heyvanın əldə olunma mənbəyi, o cümlədən onların təbii artım nəticəsində əldə olunub-o lunmaması məsələsi dəqiqləşdirilməli idi.
121. Bundan başqa, sözügedən heyvanların həqiqi mülkiyyətçisinin aydınlaşdırılması məqsədilə iş materiallarında olan lizinq müqazvilələrinin şərtləri üzrə də hüquqi dəyərləndirmənin aparılması zəruridir.
122. Lakin apellyasiya instansiya məhkəməsi 1.338 heyvanın MMC-nin mülkiyyətində qalması nəticəsinə gələrkən MM-in müvafiq müddəalarının və lizinq müqavilələrinin şərtlərinin əlaqəli təhlilini aparmamışdır.
123. Araşdırmanın səthi aparılmasının nəticəsidir ki, banka girov qoyulmuş 1.338 baş heyvanın MMC tərəfindən məhz hansı mənbə(lər)dən və hansı qaydada əldə olunması (lizinqə götürülmüş heyvanların təbii artımı, alqı-satqı, bağışlama və s.) hazırda işin materialları ilə müəyyən olunmur. Halbuki 1.338 baş heyvan üzərində MMC-nin mülkiyyət hüququnu n olub-olmaması məsələsinə tam aydınlıq gətirmədən iş üzrə düzgün nəticəyə gəlmək qeyri-mümkündür.
124. Bundan başqa, QSC və MMC bildirir ki, ipoteka və girov müqavilələri bağlanarkən MMC-nin balansında ipoteka qoyulmuş torpaqdan başqa əmlak olmamışdır. İşdə iştirak edən digər şəxslər isə məhkəməyə bunun əksini sübut edən mötəbər sənədlər təqdim edə bilməmişlər.
125. Qeyd etmək lazımdır ki, MMC-nin hazırda mübahisə predmeti olan girov müqavilələrinin bağlandığı 2016-cı il üzrə 8 saylı Ərazi Vergilər İdarəsinə təqdim etdiyi “Mənfəət vergisinin bəyannaməsinə Əlavə №1” adlı sənəddən (İİ cild, i/v 55-59) görünür ki, həmin il üzrə MMC-nin aktivləri, kapital və öhdəlikləri ümumiyyətlə olmamışdır.
126. Halbuki QSC-nin eyni il üzrə təqdim etdiyi analoji sənəddən (İİ cild, i/v 60-64) isə görünür ki, QSC-nin həmin il üzrə cəmi aktivləri hesabat dövrünün əvvəlinə 33.155.859,36 manat, ilin sonuna isə 28.482.559,25 manat, həmçinin cəmi kapitalı ilin əvvəlinə və sonuna 16.006.153,95 manat, cəmi öhdəlikləri ilin əvvəlinə 17.149.705,41 manat, ilin sonuna isə 12.476.405,30 manat olmuşdur.
127. Lakin işə baxan məhkəmələr bu epizodda da MPM-nin 88-ci maddəsinin (bax yuxarıda § 94) tələblərini pozaraq həmin sübutlara ümumiyyətlə qiymət verməmişlər.
128. Beləliklə də apellyasiya instansiyası məhkəməsi MPM-nin 217.1-ci maddəsinin (bax yuxarıda § 94) tələblərinə uyğun gəlməyən qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
129. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə saxlanıla bilməz, buna görə də ləğv edilməlidir.
130. Qeyd etmək lazımdır ki, MMC-nin kassasiya şikayətində göstərilən dəlillər QSC-nin kassasiya şikayətində göstərilən dəlillərlə faktiki olaraq eyniyyət təşkil etdiyindən, hər iki şikayət eyni şəxslər (müvafiq olaraq QSC-nin Baş İcraçı direktoru və MMC-nin qanuni təmsilçisi Ceyhun Bəxtiyarlı və Vəkil2) tərəfindən imzalandığından məhkəmə kollegiyası prosessual qənaət baxımından MMC-nin kassasiya şikayətində göstərilən dəlillərə dair ayrıca qiymətləndirmə aparmağa lüzum görmür.
131. Məhkəmə kollegiyası tətbiq edilən cərimənin yüksək olmasına dair Cavabdeh Aun gətirdiyi dəlillə (bax yuxarıda § 82) razılaşmayaraq hesab edir ki, kassator bununla bağlı mövqeyini inandırıcı şəkildə əsaslandıra bilməmişdir. Belə ki, hazırda məhkəmə qətnaməsi ilə xxxxnin 5.2-ci bəndi üzrə tətbiq edilmiş cərimənin məbləği (34.291,92 ABŞ dolları) iddia ilə tələb olunan əsas borcun (686.333,16 ABŞ dolları) cəmi 5 %-ni təşkil edir. Həmin faiz məbləği kommersiya mübahisələri üzrə formalaşmış məhkəmə təcrübəsində MM-in 467-ci maddəsi (bax yuxarıda § 93) baxımından kifayət qədər məqbul hədd hesab edilir. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən məsələ ilə əlaqədar əsaslı və ədalətli nəticəyə gəlmişdir.
132. Qətnamənin, tutmanın 1.338 ədəd heyvana yönəldilməsi hissəsində əsassızlığına dair Cavabdeh Aun dəlili ilə bağlı (bax yuxarıda § 83) qeyd etmək lazımdır ki, məhkəmə kollegiyasının bu məsələ ilə əlaqədar mövqeyi artıq göstərildiyindən (bax yuxarıda §§ 112-129) məhkəmə kollegiyası prosessual qənaət baxımından kassatorun sözügedən dəlilinə dair a yrıca münasibət bildirməyə lüzum görmür.
133. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri ümumiləşdirərək belə qənaətə gəlir ki, yeni apellyasiya baxışında məhkəmə hazırkı qərarda göstərilənləri nəzərə alaraq mötəbər sübutlar əsasında: -ipoteka və girov müqavilələrinin, “C QSC” QSC-nin səhmdarlarının ümumi yığıncağının 2016-cı il tarixli 21 noyabr tarixli protokolunun etibarsız saylımasının mübahisələndiriməsi üçün kəsici müddətin tətbiqi üçün əsasların mövcud olub-olmamasının müəyyən edilməsi məqsədilə MMin 354.1-ci və 354.2-ci maddələrindən konkret olaraq hansına istinad etdiyini dəqiqləşdirməli, MM-in 354.2-ci maddəsinə istinad etdiyi halda QSC-nin bildirdiyi halların həmin maddənin dispozisiya şərtlərinə uyğun gəlib-gəlməməsinə qiymət verməli, nəhayət əgər belə hallar mövcu d olmuşdursa, QSC-nin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu tarixi dəqiqləşdirməli, nəticəsindən asılı olaraq tələb vermə müddətinin ötürülüb-ötürülməməsi barədə qənaətə gəlməli, həmin müddəti ötürülməmiş hesab edərsə, QSC-nin iddia tələblərinə hüquqi qiymət verməli; -banka girov qoyulmuş 1.338 baş heyvanın MMC tərəfindən məhz hansı mənbə(lər)dən və hansı qaydada əldə olunmasını (lizinqə götürülmüş heyvanların təbii artımı, alqı-satqı, bağışlama və s.) dəqiqləşdirməli, MM-in müvafiq müddəaları və lizinq müqavilələrinin şərtləri baxımından MMCnin həmin heyvanlara mülkiyyət hüququnun olub-olmasını müəyyən etməli, nəticəsindən asılı olaraq həmin məsələyə qiymət verməlidir.
134. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələr ini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh A-nın kassasiya şikayəti qismən təmin edilsin. MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. QSC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 26 noyabr tarixli 2-2(103)500/2020 saylı qətnaməsi cavabdeh A-nın, MMC-nin və QSC-nin kassasiya şikayətlərinə münasibətdə qismən – tutmanın 1.338 ədəd iribuynuzlu heyvana yönəldilməsi, həmin 1.338 ədəd iribuynuzlu heyvanın açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh A-nın kredit borcunun ödənilməsi, artıq qalan pul vəsaitinin MMC-yə qaytarılması, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs QSC-nin iddiasının rədd edilməsi hissələrində ləğv edilsin. İş həmin hi ssələrdə yenidən baxılması üçün üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 26 noyabr tarixli 2-2(103)500/2020 saylı qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.