Məhkəmə qərarları › İş №2-2(102)-265/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-265/2021

30.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-265/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, iddiaçının vəkili X1, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “zərərin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə İddiaçı ASC və cavabdeh "xxxx" ASC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Ko llegiyasının 2021-ci il 16 fevral tarixli, 2-2(103)-40/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ "XXX" ASC (VÖEN **********) 11.05.2001-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən qeydiyyatına alınmışdır. 2. “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi” barədə NDQ №003708 saylı saylı, 19 oktyabr 2017-ci il tarixli akta görə, "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə quraşdırılmış sayğaca baxış keçirilərək müəyyən edilmişdir ki, xətt açıqır və möhürlər yerindədir. Sayğac elektron sayğacla əvəz edilmişdir. 3. "xxxx" ASC-nin akt komissiyası tərəfindən 23.10.2017-ci il tarixdə icra vərəqi tərtib edilmiş, həmin icra vərəqinə əsasən, akta əsasında obyektə itirilmiş elektrik enerjisinə görə 593208 kvts (193,3 kvtx(0,7)x24 saatx219 gün)-117981 kvts=593208 əlavə sərfiyyat hesablanmış, sayğacın yenisi ilə əvəz edildiyi qeyd edilmişdir. 4.“Sayğacların və cərəyan transfarmatorlarının yoxlanılması barədə 091752 saylı 20 noyabr 2017-ci il tarixli akta görə, sayğacın displey göstəricisi “Hata” yazısını işıqlandırır, bu səbəbdən sayğac axan yükü hiss etmir. Sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi” barədə 133798 saylı, 12 dekabr 2017-ci il tarixli akta görə, "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə quraşdırılmış sayğaca baxış keçirilərək müəyyən edilmişdir ki, xətt açıqır və möhürlər yerindədir. 5. “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılma sı və dəyişdirilməsi” barədə 133798 saylı, 12 dekabr 2017-ci il tarixli akta görə, "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə quraşdırılmış sayğaca baxış keçirilərək müəyyən edilmişdir ki, xətt açıqır və möhürlər yerindədir. 6. "xxxx" ASC tərəfindən iddiaçıya təqdim olunan 23.10.2017-ci il tarixli ********** saylı hesab-fakturaya görə, cavabdeh İddiaçı ASC-nin istifadə olunmuş elektrik enerjisinə görə 53.388,72 manat borcun 28.10.2017-ci il tarixinə kimi ödənilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdeh "xxxx" ASC-nə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən hesabl anmış 53.388 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC Suraxanı rayonunda toyuq istehsalı və satışı ilə məşğuldur. Bu fəaliyyətin təmin olunmasında elektrik enerjisinin xüsusi əhəmiyyəti var. Belə ki, işıqlandırma ilə yanaşı, istiliyin təmin olunması, o cümlədən kəsilmiş toyuqların dondurulması məqsədilə X1 olunur. MMC-yə məxsus fabrikə iki (əsas və köməkçi) elektrik xətti daxil olur. Hər iki elektrik xətti Suraxanı rayon Enerji Təchizat və Satışı İdarəsinin (bundan sonra – "xxxx") nəzarətindədir və hər iki xətdə elektrik sayğacı mövcuddur. İdarənin əməkdaşları MMC-nin balansında olan və ərazisində yerləşən sayğacda nasazlıq aşkar etmişlər.

9. Lakin həmin nasazlığı aradan qaldırmaq mümkün olmadığından onlar tərəfindən yeni sayğac quraşdırılaraq möhürlənib MMC-yə təhvil verilmiş və bununla bağlı 2017-ci il 19 oktyabr tarixli akt tərtib olunmuşdur. 2017-ci il 24 oktyabr tarixində İdarənin əməkdaşları yenidən baxış keçirmək məqsədi ilə fabrikə daxil olmaq istəyərkən fabrikin mühafizəçisi MMC-nin direktorunun və digər səlahiyyətli nümayəndəsinin fabrikdə olmadığını bildirərək, onlardan növbəti gün gəlmələrini xahiş etmişdir. Həmin gün saat 11:00 radələrində İdarənin əməkdaşları MMC-yə xəbərdarlıq məktubu təqdim edərək və 53.388 manat debitor borcun olduğunu qeyd edərək, borcun tam şəkildə 3 saat ərzində ödənilməsini tələb etmiş, əks halda elektrik enerjisi verilişinin dayandırılacağını bildirmişlər. 10. “X1 qaydaları”na görə, İdarənin əməkdaşları sayğaclara baxış keçirərkən fabrikin səlahiy yətli nümayəndəsinin iştirakını təmin etməli, özlərinin xidməti vəsiqələri ilə yanaşı, baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməli idilər. İdarənin əməkdaşları tərəfindən MMC-yə təqdim edilmiş 2017-ci il 24 oktyabr tarixli bildirişdə elektrik təchizatının dayandırlmasının əsası kimi X1 qaydalarının 9.13.2-ci bəndinə əsaslanmışlar. Həmin bənddə elektrik verilişinin dərhal dayandırılması nəzərdə tutulmamışdır. Bu müddət həmin bənddə 1 aydır. Hazırda MMC-nin elektrik enerjisi kəsildiyi üçün fabrikdə olan quşlar tələf olmağa başlamış, nəticədə MMC-yə külli miqdarda maddi ziyan dəymişdir.

11. MMC 2018-ci il 15 may ta rixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən hesablanmış 53.388 manat məbləğində borcun silinməsi, 74.587.60 manat məbləğində maddi ziyan, 50.000 manat məbləğində mənəvi ziyan, ümumilikdə isə 124.587,60 manat məbləğdə pul vəsaitinin ASC-dən tutularaq MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2018-ci il 21 dekabr tarixli, 21717/22037/25540 nömrəli mühəndis texniki ekspertizasının rəyi ilə qoyulmuş suallara aşağıdakı məzmunda cavab verilmişdir: 1-ci sual üzrə (bax §16) - “Plomb hissə”ləri yazısı olan MEM-nə məxsus kağız paketdəki plomb hissələrinin üzərində polivinilxlorid tərkibli yapışqan maddənin izləri vardır. Plombun qırılmış hiss ələrinin arasında olan, konstruktiv quruluşa görə plombun içərisində quraşdırılması nəzərdə tutulmuş qara rəngli babinaya oxşar dairənin üzərində sarınmış simdə kəsilmiş yerinin olması, həmin plomba müdaxilə edildiyi hal kimi qəbul oluna bilər. 2, 6 və 9-cu suallar üzrə (bax §16) - 1 baş bir günlük broyler cücənin qiyməti 0,85 manat, 1 kq broyler toyuğunun orta bazar qiyməti 1,9 manat müəyyən olunur. İş materiallarında kifayət qədər məlumat olmadığı üçün müəsisədə həmin vaxt mövcud olan cücələrin ümumi sayını və nəticədə müəssisəyə dəymiş ziyanı müəyyən etmək mümkün olmadı. 3, 7 və 8-ci suallar üzrə (bax § 16) - məhkəmə ekspertizası mərkəzində cücə və quşlarda xəstəliyin müəyyən edilməsi üzrə xüsusi biliyə malik olan mütəxəssislər olmadığından, quşçuluq fermasında elektrik enerjisinin kəsi lməsi və çinədanda yem kütləsinin olmaması nəticəsində quşlarda və cücələrdə hər hansı xəstəliyin yaranıb- yaranmamasının və bunun nəticəsində onların tələf olması üzrə tədqiqatın aparılması mümkün deyildir. 4 və 5-ci suallar üzrə (bax §16 ) - MMC-yə məxsus quşçuluq fabrikasında istehsal prosesinin xarakterinə görə elektrik avadanlıqları qeyri-stabil iş rejimində istismar olunduğu üçün, müəssisədə istifadə olunan avadanlığın bir gün müddətində sərf edildiyi elektrik enerjisinin hesabat yolu ilə müəyyən edilməsi mümkün deyil. Müəssisədə quraşdırılmış elektrik dizel-generatorunun gücünün 415 kVA olduğunu nəzərə aldıqda, bu gücə uyğun olan elektrik avadanlığını müəssisədə istismar etmək mümkündür. 7 və 10-cu suallar üzrə (bax §16 ) - “X1 Qaydaları”nın 8.17-ci bəndinin tələbinə görə, istehla kçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə, uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizatı müəssisəsi həmin istehlakçını elektrik şəbəkəsindən açmalıdır. Belə olan halda Müstəqil audit hesabatı”nda quşçuluq fabrikası xüsusi spesifik sahə olduğundan Suraxanı Rayon Enerji Təchizatı və Satış İdarəsi tərəfindən də fabrikə xüsusilə diqqətlə yanaşılması və enerjinin fasiləsiz təmin edilməsi tələbi, qeyd olunan bəndin tələbinə ziddir. 13. "xxxx"nın 12.17-ci bəndinin tələblərinə görə MMC-yə məxsus quşculuq fabrikası məhsulun kütləvi zaylığına gətirə bilən istehsalat fəaliyyəti ilə məşğul olduğundan l kateqoriyalı elektrik qəbuledicilərinə aiddir. Həmin qaydaların 1.2.18-ci bəndinin təl əblərinə görə, l kateqoriyalı elektrik qəbuledicilərinin elektrik təchizatı iki bir-birindən asılı olmayan, əvəzedici qidalanma mənbəyindən başqa, əlavə olaraq üçüncü müstəqil qidalanma mənbəyi ilə təmin olunmalıdırlar. Belə üçüncü müstəqil qidalanma mənbəyi kimi yerli elektrik stansiyalardan, akkumulyator batareyalardan, qidalanma kəsilməyən xüsusi aqreqatlardan (dizel-generatorlardan) istifadə oluna bilər. MMC-yə məxsus quşçuluq fabrikasında iki bir-birindən asılı olmayan elektrik enerji mənbəyindən (360 və 90 nömrəli elektrik yarımstansiyalardan) başqa, üçüncü müstəqil qidalanma mənbəyi kimi gücü 415 kVA olan elektrik dizel-generatoru olduğunu nəzərə aldıqda, həmin dizel-generatordan istifadə etməklə istehlakçı öz istehsalat fəaliyyətini davam edə bilərdi. Əgər istehsalat üçün daha artı q elektrik enerjisinə (415 kVA-dan artıq) tələbatı varsa, istehlakçı l kateqoriyalı elektrik qəbuledicilərindən istifadə etdiyinə görə, əvvəlcədən bunu nəzərə alıb daha böyük gücə malik olan müstəqil qidalanma mənbəyini quraşdırmalı idi. 14. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 iyun tarixli, 2-2(81)54/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh tərəfindən qəbul edilmiş 003708 saylı 19.10.2017-ci il tarixli aktın ləğv edilməsi, aktın əsasında hesablanmış 53.388 manat məbləğində cərimənin iddiaçının şəxsi hesabından silinməsi, 12.365,72 manat dəyərində maddi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi. aparilmış ekspertiza ilə bağlı 300,0 manat ekspertiza xərcinin tərəflərdən müştərək qaydad a tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim – F.Mədətli).

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ekspert rəyləri işin faktiki hallarına uyğun olmadığından, işin araşdırılan hallarına zidd olduğundan, sübut kimi qəbul edilməməlidir. İddia tələbi maddi ziyan hissəsində qismən əsaslıdır. Belə ki, MMC 74.587.60 manat məbləğində maddi ziyanın əsası olaraq 2018-ci il 23 aprel tarixli müstəqil Auditor Hesabatına istinad etməklə cavabdehdən 62.221,88 manat əlavə pul tələb etməkdədir.

16. Auditor Hesabatında ümumi quşların sayı üzrə sərf edilən yem hesablanaraq, artıq məbləğ hesablandığından, məhkəmə sözügedən hesabatı qismən əsaslı hesab etmişdir. Eyni zamanda, məhkəmə normativə əsasən quşlarda 3% təbii ölüm halını nəzərə alaraq ziyanı aşağıda kı qaydada müəyyən etmişdir: 10122 baş quş x 0,68 man. = 6.882,96 man. Kommunal xərclər: 11432 man. 135.900 b/q = 0,08 man. x 10122 b/q = 809,76 man. Yem məsrəfi: 8816,97 kq x 0.53 man. =4673 man.

17. MMC-yə məxsus quşçuluq fermasında elektrik enerjisi verilişinin qəflətən dayandırılması səbəbindən fermada quşlara yem verilməsi prosesi dayanmış, broylerdə (fermalarda-tövlələrdə) bəslənilən 1-40 günlük cücələr aclıqdan (alementar distrofiya) birbirini tapdalayaraq, didərək və sair hallar nəticəsində kütləvi surətdə qırılmışlar. Elektrik enerjisinin verilişinin dayandırılması ASC-nin qəsdən, təqsirli, qanunsuz hərəkətləri nəticəsində baş vermiş, nəticədə MMC-nin qanunla qorunan hüquqlarına birbaşa ziyan vurulmuşdur.

18. Məhkəmə iddia tələbini "mənəvi zərərin əvəzi olaraq 50.000 manat pulun t utulması" hissəsində əsaslı hesab etməmiş, bununla bağlı müəyyən etmişdir ki, hüquqi şəxslər mənəvi zərərin əvəzinin ödənilməsi tələbini irəli sürə bilməzlər.

19. İddiaçı tərəfindən mübahisələndirilən aktda qeyd edilmiş nöqsanların mövcud olduğu təsdiq edilsə belə, Qaydalarda bununla əlaqədar enerjitəchizatı müəssəsisənin elektrik enerjisi verilməsinin dayandırmaq hüququ nəzərdə tutulmadığından, məhkəmə cavabdeh tərəfindən qəbul edilmiş NQD №003708 saylı, 19 oktyabr 2017-ci il tarixli Aktı qanunsuz hesab edir.

20. Mübahisələndirilən aktda qeyd edilmiş bəzi nöqsanlarla bağlı, məsələn, elektrik qurğularına xidmət üçün elektrotexniki heyətin olmaması, elektrik qurğularındakı pozuntu və çatışmazlıqların aradan qaldırılması haqqında tələblərin vaxtında yerinə yetirilməməsi hallarında üç gün əvv əl rəsmi xəbərdar etməklə istehlakçıya elektrik enerjisi verilişinin tam, yaxud qismən dayandırılması Qaydaların 9.12-ci bəndinə əsasən yalnız "xxxx" İdarəsinin səlahiyyətlərinə aid edilmişdir.

21. ASC-nin əməkdaşları tərəfindən müəssisənin ehtiyat elektrik xətti üzərində quraşdırılan sayğac üzrə də həmçinin elektrik enerjisinin verilişi dayandırmışdır. Həmçinin ASC-nin əməkdaşları tərəfindən MMC-nin sayğacına və elektrik enerjisi uçotuna baxış keçirilməsinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçməməsi yoxlamanın nəticələrinin ləğv edilməsi üçün müstəqil əsasdır.

22. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 21, 1096-cı, Azərbayc an Respublikası Nazirlər Kabinetinin 02.05.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 8.34, 9.13-cü bəndlərinə, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Qanunun 1, 2.1, 2.2, 2.3-cü, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun (29 avqust 2015-ci il tarixdə qüvvəyə minmişdir) 1.1.1, 2, 3.1, 3.2, 13.1-13.4-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 5.2-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsini n 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 7 nömrəli, 03 noyabr 2008-ci il tarixli Qərarının müddəalarına istinad etməklə əsaslandırmışdır.

23. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilərək, iddianın tam rədd olunmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat

25. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 23 yanvar tarixli, 2-2(103)-55/2020 sayl ı qətnaməsi ilə (hakimlər C.A.Yusifov (sədrlik edən), V.M.Ağayev və A.B.Nuriyeva) iddiaçının və cavabdehin apelyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 iyun tarixli, 2-2(81)54/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış (bax yuxarıda §§ 25-33), həmçinin əlavə olaraq qeyd etmişdir ki, 2017-ci il 19 oktyabr tarixli aktdan və işin digər materiallarından görünür ki, MMC-yə məxsus obyektdə quraşdırılan transformator məntəqəsi, ümumiyyətlə, obyektdə istifadə edilən hər iki elektrik xətti İdarənin nəzarətindədir. Belə olan halda, İdarənin əməkdaşları tərəfindən sayğacda aşkar olunan nasazlıqların MMC-nin təqsirinə yozulması əsassızdır.

27. Cavabdehin ASC sahibkarlıq subyektlərində yoxlamaların aparılmasına dair qanunvericiliyin tələblərinə riayət etməmiş, mübahisəli obyektdə aparılacaq yoxlamanı əvvəlcədən vahid məlumat reyestrində qeydə aldırmadan yoxlama aparmışdır. Belə olan halda, həmin yoxlamanın nəticələrinə dair tərtib olunmuş bütün sənədləşmələr, o cümlədən, elektrik enerjisi uçotu və EEİQ-ə riayət olunması vəziyyətinin yoxlanılması və sayğac sxemlərinin dəyişdirilməsi ilə bağlı tərtib olunmuş 2017-ci il 19 oktyabr tarixli aktlar, sayğacların və cərəyan transformatorlarının yoxlanılmasına dair protokol və icra vərəqinin doğurduğu, iddiaçını elektrik enerjisi sərfiyyatına görə 53.389 manat məbləğində əlavə ödənişə cəlb edən hüquqi nəticələri qəbul edilməz və əhəmiyyətsizdir.

28. Bu baxımdan, məhkəmə kollegiyası he sab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçının əlavə ödənişə cəlb edilməsinə əsas olan elektrik enerjisi uçotu və EEİQ-ə riayət olunması vəziyyətinin yoxlanılmasına dair 2017-ci il 19 oktyabr tarixli 003708 saylı aktın ləğv edilməsi – yoxlamanın nəticələrini özündə əks etdirən Akt Komissiyasının 23.10.2017-ci il tarixli icra vərəqəsi ilə 53.389 manat əlavə ödənişin silinməsini zəruri edən şərt kimi qəbul edilməlidir.

29. Odur ki, həmin aktı ləğv etməsini məhkəmə kollegiyası formal baxımdan məhkəmənin iddia tələbindən kənara çıxması kimi qiymətləndirilməsini əhəmiyyətsiz hesab etmiş və həmin hissədə qətnamənin ləğv edilməsinə lüzum görməmişdir. Bu mənada faktlar nöqteyi nəzərindən cavabdehin apelyasiya şikayətinin həmin hissədə məhkəmənin MPM-nin 218.3-cü maddəsin in tələblərindən kənara çıxdığını mübahisələndirən dəlillərini əhəmiyyətsiz və formal xarakterli dəlillər kimi qiymətləndirir.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin maddi ziyanın həcmini 12.365,72 manat məbləğində müəyyən etməsi ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında 2003-cü ildə bağlanmış 002225 saylı enerji alqı-satqısına dair müqavilənin 3.1-ci bəndinə əsasən ASC MMC-ni 630 KVA güc səviyyəsində daimi olaraq elektrik enerjisi də təmin edilməsi öhdəliyini öz üzərinə götürsə də, mübahisəli obyektdə MMC tərəfindən 415 KVA gücünə malik quraşdırılmış dizel-generator da mövcud olmuş, iş üzrə alınmış Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən həmin generatorun gücü müəssisənin elektrik avadanlığının istismarını mümkün edir.

31. Məhkəmə kollegiyası ekspert rəy i ilə qismən razılaşaraq hesab etmişdir ki, dizel generatorunun mövcud gücü, müqavilədə nəzərdə tutulan - istehlakçının təmin ediləcəyi güclə tam uyğunluq təşkil etməsə belə, obyektin elektrik enerjisi ilə təchizatı üçün zəruri olan elektrik enerjisinin 60-70 faiz həcmində təmin edilməsi mümkün olduğu halda, MMCnin bu imkandan bilərəkdən yararlanmaması kimi qiymətləndirilməlidir.

32. Bununla əlaqədar məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin maddi ziyanla bağlı gəldiyi nəticəni ağlabatan saymış və işin hallarına, maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirmiş, ona görə də hər iki tərəfin maddi ziyanla bağlı məhkəmənin gəldiyi nəticə ilə razılaşmayan dəlillərini əsassız saymışdır.

33. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsinin birinci instansiya məhkəməsinin isti nad etdiyi hüquq normaları (bax yuxarıda §34), habelə MM-in 458.1-ci, MPM-nin 218.3-cü maddələri ilə əsaslandırmışdır.

34. ASC həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin tamamilə ləğv edilməsini və iş üzrə müəyyən olunmuş hallar və sübutlar əsasında iddianın tam şəkildə təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

35. MMC həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin dəyişdirilərək, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 22 sentyabr tarixli, 2-2(102)-288/2020 saylı qərarı ilə (hakimlər B.M.Məmmədli (sədrlik edən), A.S.Hüseynov və S.Ə.Hüseynova) iddiaçının kassasiya şikayə ti qismən təmin edilmiş, cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 23 yanvar tarixli, 2-2(103)-55/2020 saylı qətnaməsi cavabdehin 2017-ci il 19 oktyabr tarixli, 003708 saylı aktının ləğv edilməsi və 12,365,72 manat dəyərində maddi ziyanın cavabdehdən tutulması hissələrində ləğv edilmiş, həmin hissələrdə iş yenidən baxılması üçün apelyasiya baxışına qaytarılmış, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

37. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, əvvəla, birinci instansiya məhkəməsi MMC-yə vurulmuş zərərin əvəzinin 12.365,72 manat olması qənaətinə gələrkən işin materiallarının İİ cildinin 90-cı səhifəsində əks olunmuş cədvəldəki məlumatlara və bunun əsasında aparılmış hesablamalara əsaslanmışdır. Halbuki, həmin cədvəlin kim (hansı qurum, təşkilat) tərəfindən hansı qaydada (hansı məlumatlar əsasında) tərtib və təqdim olunması bu məlumatda (arayışda) qeyd olunmamış, sənəd səlahiyyətli şəxsin imzası və aidiyyəti qurumun möhürü ilə təsdiq olunmamışdır. Bununla əlaqədar həmin məlumat mötəbər sübut kimi qəbul oluna bilməzdi.

38. Birinci instansiya məhkəməsi isə həmin cədvəli və hesablamaları bilavasitə öz qətnaməsinin əsaslandırıcı hissəsində olduğu kimi əks etdirmiş və onu özünün gəldiyi nəticə kimi təqdim etmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qeyri-mötəbər məlumat əsasında gəldiyi nəticə ilə razılaşmış, bununla da MPM-nin 389-cu maddəsinin tələblərini pozmuşdur. 39. 2018-ci il 23 aprel tarixli müstəqil auditor hesabatından görünür ki, MMC tərəfind ən cücə alınmasına, yem məsarifinə, əmək haqqına, DSMF-yə ayırmalara, enerji, qaz və s. xərclərə sərf olunmuş vəsait də daxil edilməklə, 1 baş cücənin maya dəyəri 2,80 manat olmuşdur (işin materialları, İ cild, səh. 123). Birinci instansiya məhkəməsinin qətnaməsində isə: “Auditor Hesabatında ümumi quşların sayı üzrə sərf edilən yem hesablanaraq, artıq məbləğ hesablandığından, məhkəmə sözügedən hesabatı qismən əsaslı hesab edir.” qeyd olunmuş, lakin bu nəticə kifayət qədər aydın şəkildə əsaslandırılmamışdır. Bu məhkəmə 1 baş quşun qiymətini 0,68 manat götürməklə hesablama aparmış, alınmış nəticəyə yalnız kommunal xərclər və yem məsrəfi daxil edilmişdir. Həmin qətnamədən məhkəmənin öz hesablamasını hansı sənədə (sübuta), metodikaya əsaslandırması aydın olmur.

40. Birinci instansiya məhkəmə si iddiaçıya vurulmuş zərərin əvəzinin 12.365,72 manat olmasını müəyyən edərkən mübahisəli obyektdə MMC tərəfindən quraşdırılmış 415 KVA gücünə malik generatorun mövcud gücünün obyektin elektrik enerjisi ilə təchizatı üçün zəruri olan elektrik enerjisinin 60-70 faiz həcmində təmin edə bilməsi dəlilinə deyil, özünün apardığı hesablamaya əsaslanmışdır. Bu hesablamada həmin generatorun mövcud gücü ümumiyyətlə nəzərə alınmamışdır. 41. 415 KVA gücünə malik dizel generatorunun mövcud gücünün obyektin elektrik enerjisi ilə təchizatı üçün zəruri olan elektrik enerjisinin 70 faiz həcmində təmin edə bilməsi ilə razılaşsaq belə, MMC-yə dəyən zərər 12.365,72 manatdan xeyli artıq 22.376,28 manat olacaqdır (iddiada tələb olunan 74.587,60 manat – 70%= 22.376,28 manat).

42. Apelyasiya instansiyası məhkəmə sinin, dizel generatorunun istismara yararlılıq vəziyyətini nəzərə almadan generatorun mövcud gücünün obyektin elektrik enerjisi ilə təchizatı üçün zəruri olan elektrik enerjisinin 60-70 faiz həcmində təmin edə bilməsi nəticəsinə gəlməsi də əsaslı hesab oluna bilməz. Belə ki, apelyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən ekspertin rəyinə əsaslanmışdır. Halbuki, ekspertiza qarşısında generatorun yararlılıq vəziyyəti barədə sual qoyulmamış, buna görə də həmin məsələ tədqiqat obyekti olmamışdır.

43. Apelyasiya instansiyası məhkəməsi MMC-nin dizel generatorundan bilərəkdən istifadə etməməsi nəticəsinə gələrkən, ümumiyyətlə, MMC-nin qanunvericiliklə və tərəflər arasında enerjinin alqı-satqı müqaviləsi ilə öz obyektində generator quraşdırmaq və zərurət olduqda ondan öz hesabına istifadə etmək vəzifəsini daşıyıb-daşımaması məsələsinə hüquqi qiymət verməmişdir.

44. Hazırkı mübahisədə qanunsuz yoxlama nəticəsində ACS tərəfindən MMC-yə məsuliyyət tədbirinin tətbiqi borc yazılması ilə reallaşmışdır. Ona görə də, MMC iddia tələbi qoymadığı halda, qanunsuz hesablanmış borcun silinməsi MMC-nin hüququnun müdafiəsi üçün tamamilə yetərli ola bilərdi. MMC tələb etmədiyi halda, məhkəmə tərəfindən əlavə olaraq ASC-nin müvafiq aktının ləğv olunması MMC-nin hüququnun daha etibarlı müdafiəsinə xidmət etmir.

45. Bu baxımdan, aktı ləğv etməklə birinci instansiya məhkəməsinin iddia tələbindən kənarlaşmamasına dair apelyasiya instansiyası məhkəməsinin mövqeyi MPM-nin 218.3-cü maddəsinin tələblərinə, habelə KMP-nin bu məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ilə uzlaşmır.

46. İş materiall arında Xocalı rayon prokurorluğunun 2018-ci il 12 mart tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərarının ləğv olunması müəyyən edilmir, ona görə də həmin qərar iş üzrə mötəbər sübut hesab olunur. Bu isə apelyasiya instansiyası məhkəməsinin ASC tərəfindən MMC-yə hesablanmış borcun silinməsi, habelə EEİQ-in 8.17-ci bəndinin tətbiq olunmaması üzrə düzgün mövqe tutduğunu, bununla bağlı maddi və prosessual pozuntuya yol vermədiyini bir daha təsdiq edir.

47. Məhkəmə öz qərarını Mülki Məcəllənin 21, 23, 458, 1096, 1097-ci, “Yoxlamalar haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2, 13-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat

48. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 fevral tarixli, 2-2(103)-40/2021 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən), R.M.Həsənov və V.Ə.Baxışova) iddiaçı və cavabdehin apelyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 iyun tarixli qətnaməsi 12365,72 manat dəyərində maddi ziyanın cavabdehdən tutulması hissəsində dəyişdirilmiş və cavabdehin 2017-ci il 19 oktyabr tarixli, 003708 saylı aktının ləğv edilməsi hissəsində ləğv edilmiş, cavabdehdən maddi zərərin əvəzi olaraq 28341,6 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

49. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh öz öhdəliklərini lazımınca icra etməmişdir. Belə ki, cavabdehin Akt Komissiyasının 23.10.2017-ci il tarixli icra vərəqi ilə iddiaçıya 53.388,72 manat məbləğin də borc yazılmış və bundan yalnız bir gün sonra obyektin elektrik enerjisi ilə təchizatını dayandırmışdır. Cavabdeh iddiaçıya verdiyi elektrik enerjisini yalnız 53.388,72 manat məbləğində borcunun olmasına dair 23.10.2017-ci il tarixli icra vərəqi tərtib etdikdən və sonuncu həmin borcu ödəmədikdə 1 ay sonra, yəni 23.11.2017-ci il tarixdə dayandıra bilərdi. Lakin o, qanunvericiliyin tələbini pozmuş və icra vərəqinin tərtib edildiyi günün sabahısı günü iddiaçıya elektrik enerjisinin verilməsini dayandırmış, bununla da iş fəaliyyəti birbaşa elektrik enerjisindən asılı olan iddiaçının maddi zərərə məruz qalmasına səbəb olmuşdur.

50. İddiaçıya məxsus quşçuluq fermasında elektrik enerjisi verilişinin qəflətən dayandırılması səbəbindən fermada yem verilməsi prosesi dayanmış və quşlara yemin veril ə bilməməsi səbəbindən broylerdə (fermalarda tövlələrdə) bəslənilən 01-40 günlük cücələr aclıqdan və sair hallar nəticəsində kütləvi surətdə qırılmışlar. Elektrik enerjisinin verilişinin dayandırılması ASC-nin qəsdən, təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Cavabdehin hərəkətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normativ akt sayılan Qaydaların tələblərinə zidd olmuş və bu hərəkətlərin nəticəsində iddiaçının qanunla qorunan hüquqlarına birbaşa ziyan vurulmuşdur.

51. Cavabdeh tərəfindən iddiaçıya 53.388,72 manat məbləğində borcun yazılması da tamamilə qanunsuz olmuşdur. Hazırki kommersiya mübahisəsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə həmin borcun əsassız yazılması və cavabdeh tərəfindən silinməsi qət edilmişdir. Elektrik enerjisinin kəsildiyi 3 g ün ərzində iddiaçıya məxsus obyektdə cücələrin normativ üzrə ölümü çıxılmaq şərti ilə 10122 baş normativdən artıq müxtəlif yaş qrupundan ölüm olmuşdur. Həmin hesabata görə, 1 baş cücənin maya dəyəri 2,80 manat olmuşdur. Həmin maya dəyəri ilə hesabladıqda isə müəyyən olunmuşdur ki, elektrik enerjisinin kəsilməsindən normativdən artıq 10122 baş cücənin ölməsi nəticəsində iddiaçıya 28.341,60 manat məbləğində zərər dəymişdir (10122 baş x 2,80 manat = 28341,60). Qeyd olunan hissədə həmin hesabatın qeyri-mötəbər sübut kimi qiymətləndirilməsi üçün heç bir əsas mövcud deyildir. Ona görə də, cücələrin ölməsi nəticəsində iddiaçıya dəymiş 28341,60 manat məbləğində real zərərin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

52. Birinci instansiya məhkəməsi də cavabdehin təqsirli hərəkəti nəticəs ində həmin 10122 baş cücənin ölməsi və bununla da iddiaçıya zərər dəyməsi qənaətinə gəlmiş, lakin iddiaçıya dəymiş zərərin məbləğini düzgün hesablamamışdır. Məhkəmə bir baş cücənin maya dəyərini 0,68 manat qəbul etmişdir. Halbuki hesabatda MMC tərəfindən cücə alınmasına, yem məsrəfinə, əmək haqqına, DSMF-yə ayırmalara, enerji, qaz və s. xərclərə sərf olunmuş vəsait də daxil edilməklə, 1 baş cücənin maya dəyəri 2,80 manat müəyyən edilmişdir. Bu baxımdan, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

53. Bununla yanaşı kollegiya hesab etmişdir ki, 46.246 manat əldən çıxmış faydanın tutulması hissəsində iddia təmin edilə bilməz. Lakin hazırki işdə qeyd olunan maddənin dispozisiya şərtləri mövcud deyildir. Belə ki, iddiaçı məhz elektrik enerjisinin kəsilməsi nəti cəsində quşlarda çəki artımının normadan az olması və bu səbəbdən təsərrüfata 46246 manat ziyan dəydiyini bildirsə də, elektrik enerjisi kəsilməmişdən əvvəlki dövr üçün quşların çəkilərinin normativə (auditor hesabatına əsasən 1,3 kq) uyğun olması barədə heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirməmişdir.

54. Auditor Hesabatında da bununla bağlı sənədlərə istinad olunmamışdır. Həmçinin, cücələrin çəkisinin azalması təkcə elektrik enerjisinin olmaması ilə deyil, digər səbəblərlə də bağlı ola bilər ki, iddiaçı cücələrdə çəki artımının az olmasının həmin səbəblərlə əlaqədar deyil, məhz elektrik enerjisi kəsilməsi ilə bağlı olmasını sübuta yetirə bilməmişdir. Həmin hissədə auditor rəyi əsaslı deyil dir və əldən çıxmış faydanın tutulması barədə iddia tələbləri təmin edilə bilməz.

55. İddiaçıya məxsus obyektdə onun tərəfindən əlavə olaraq öz vəsaiti hesabına 415 KVA gücünə malik quraşdırılmış dizel-generatorun mövcud olub-olmamasının, həmin generatorun gücünün müəssisənin elektrik avadanlığının istismarını mümkün edibetməməsinin, iddiaçının dizel generatorundan bilərəkdən istifadə edib-etməməsinin müəyyən edilməsinin hazırki mübahisənin həlli baxımından heç bir əhəmiyyəti yoxdur. İş üzrə tərəflərdən heç biri bu hala istinad etməmiş, nə tərəflər arasında bağlanmış enerjinin alqı-satqı müqaviləsində, nə də bu sahədə mövcud qanunvericilikdə istehlakçının (iddiaçı) öz obyektində generator quraşdırmaq və zərurət olduqda ondan öz hesabına istifadə etmək vəzifəsi təsbit olunmamışdır. Birinci instansiya məhkəməsinin həmin halları öz təşəbbüsü ilə araşdırması və ekspert qarşısında generatorla bağlı suallar qoymasına ümumiyyətlə zərurət olmamışdır.

56. Həmçinin iddiaçının 2017-ci il 19 oktyabr tarixli, 003708 saylı aktının ləğv edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Belə ki, iddiaçı tərəfindən həmin aktın ləğv edilməsi ilə bağlı hər hansı bir tələb irəli sürülməmişdir.

57. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 21.2, 443.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.05.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 9.13.2-ci bəndinə istinad etməklə əsaslandırmışdır.

58. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamədən MMC tərəfindən kassasiya şikayəti verilməsi üçün buraxılmış müdd ətin bərpa edilməsi və işin baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

59. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin qismən, cavabdehdən maddi ziyana görə 28.341,6 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmaqla qanunsuz və əsassız olduğundan ləğv edilməsi və iddianın həmin hissədə təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətlərinin dəlilləri

60. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, 23 aprel 2018-ci il tarixli müstəqil Auditor Hesabatına görə, elektrik enerjisinin kəsilməsindən quşlar da çəki artımı normadan az olduğundan təsərrüfata 46.246 manat ziyan dəymişdir. Ümumilikdə elektrik enerjisinin kəsilməsindən normativdən artıq ölən 10122 baş x 2.80 = 28341,60 manat dəyərində və çəki artımı normadan az olduğundan təsərrüfata 46.246 manat, cəmi 74.587,60 manat məbləğində ziyan dəymişdir. Hesabatın qeyri-mötəbər sübut kimi qiymətləndirilməsi üçün heç bir əsas mövcud deyildir.

61. Audit hesabatında göstərilən bütün rəqəmlərin mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, məhkəmənin yalnız maddi zərərin əvəzi olaraq 28.341,6 manat məbləğində pul vəsaiti hissəsində iddianı qismən təmin etməsi MMC-nin hüquqlarını kobud şəkildə pozur.

62. Apelyasiya instansiya məhkəməsinin mövqeyi işin faktiki halları ilə qismən uyğunluq təşkil edir. Məhkəmə kollegiyası iddianın qismən təmin olunmasının hüquqi əsası kimi audit hesabatını qəbul edərək maddi zərərin 28.341,6 manat hissəsində hesabatın qeyri-mötəbər sübut kimi qəbul olunmamasına hər hansı bir əsasların olmaması qənaətinə gəlməsinə baxmayaraq, maddi ziyanın qalan hissəsinin təmin olunmasında həmin hesabatın qeyri-mötəbərliyini əsaslandıra bilməmişdir. Cavabdeh qeyd olunan audit hesabatını ümumiyyətlə mübahisələndirməmiş və həmin hesabat işin faktiki halları ilə ziddiyyət təşkil etmir.

63. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, 19.10.2017-ci il tarixli 003708 saylı akta əsasən iddiaçı ilə aparılmış yenidən hesablaşmanın hüquqi əsasını təşkil edən EEİQ-nin 8.17-ci bəndində imperativ şəkildə təsbit edilmişdir ki, həmin bənddə göstərilən pozuntu halları aşkar edildikdə, enerjitəchizat müəssisəsi ist ehlakçını elektrik şəbəkəsindən açmalıdır.

64. Abonent aktına əsasən hesablanmış məbləğin ödənilməsi üçün 23.10.2017-ci il tarixli ********* saylı hesab ödəniş vərəqi təqdim olunmuş və borc ödənilməyəcəyi təqdirdə EEİQ-nin tələblərinə əsasən elektrik enerjisi verilişinin heç bir xəbərdarlıq edilmədən dayandırılacağı bildirilmişdir.

65. Cavabdehin iddiaçıya ünvanladığı 24.10.2017-ci il tarixli xəbərdarlıq məktubu ilə abonentə borcu barədə bir daha məlumat verilərək, həmin borcun ödənişi təmin edilməsə, müəssisəyə verilən elektrik enerjisi təchizatının dayandırılacağı bildirilmişdir.

66. Məhkəmənin mübahisəyə tətbiq etdiyi EEİQ-nin 9.13.2-ci bəndi isə elektrik enerjisinin sayğacla müəyyənləşən hesabının istehlakçıya təqdim edildikdən sonra 1 ay müddətində tam məbləğdə ödənilmədiyi halda ener ji təchizatının dayandırıla bilməsini tənzimləyir.

67. Məhkəmə nəzərə almamışdır ki, hazırkı işdə söhbət elektrik enerjisinin sayğacla müəyyənləşən hesabının deyil, akt əsasında aparılmış yenidən hesablaşma ilə müəyyənləşən borcun ödənilməməsindən gedir ki, bu halda EEİQ-nin 8.17-ci bəndi enerji təchizatı müəssisəsinə istehlakçını elektrik şəbəkəsindən dərhal açmaq hüququ verir.

68. Auditor hesabatına görə, hesabatda 1 baş cücənin maya dəyəri 2,80 manat müəyyən olunarkən, cücənin alınmasına edilən vəsaitlə yanaşı, yem məsrəfinə, əmək haqqına, sosial ödənişlərə, enerji, qaz və s. xərclərə sərf olunan vəsaitlər də nəzərə alınmışdır.

69. Halbuki, iş üzrə təyin edilmiş mühəndis texniki ekspertizasının 21.12.2018-ci il tarixli, 21717/22037/25540 saylı rəyinə əsasən, 1 baş bir günlük broyler cüc ənin qiyməti 0,85 manat müəyyən edilmiş, lakin iş materiallarında kifayət qədər məlumat olmadığı üçün müəssisədə həmin vaxt mövcud olan cücələrin ümumi sayı və nəticədə müəssisəyə dəymiş ziyanı müəyyən etmək, həmçinin quşçuluq fermasında elektrik enerjisinin kəsilməsi və çinədanda yem kütləsinin olmaması səbəbindən quşlarda və cücələrdə hər hansı xəstəliyin yaranıb-yaranmaması və bunun nəticəsində onların tələf olması üzrə tədqiqat aparmaq mümkün olmamışdır.

70. Bundan başqa, ekspert rəyinə əsasən, iddiaçıya məxsus quşçuluq fabrikində iki bir-birindən asılı olmayan elektrik enerjisi mənbəyindən (360 və 90 saylı elektrik yarımstansiyaları) savayı, üçüncü müstəqil qidalanma mənbəyi kimi gücü 415 kVA olan elektrik dizel-generatoru olduğunu nəzərə aldıqda, həmin dizel-generatordan istifadə e tməklə istehlakçı öz istehsalat fəaliyyətini davam etdirə bilərdi, əgər istehsalat üçün daha artıq elektrik enerjisinə tələbatı var idisə, əvvəlcədən bunu nəzərə alıb daha böyük gücə malik olan müstəqil qidalanma mənbəyi quraşdırmalı idi.

71. Kassasiya şikayəti Mülki Məcəllənin 21.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

72. Kassasiya şikayətlərinə qarşı tərəflər etiraz təqdim etməmişlər. c) Məhkəmə icraatı iştirakçısının izahatı

73. İddiaçının vəkili və cavabdehin vəkili kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətlərin təmin olunmasını xahiş etmişlər. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

74. Ka ssasiya şikayətləri vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

75. İş üzrə iddiaçı və cavabdeh tərəf iddianın təmin edilmiş və təmin edilməmiş hissəsindən şikayət verdikləri üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı məhkəmə tərəfindən baxıldığı həddə yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

76. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilm əsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. II. TƏTBİQ EDİLƏN HÜQUQ

77. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

78. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), ha belə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

79. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 fevral tarixli, 2-2(103)-40/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmal ı, kassasiya şikayətləri təmin edilməməlidir.

80. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, iddiaçı məhz elektrik enerjisinin kəsilməsi nəticəsində quşlarda çəki artımının normadan az olması, bu səbəbdən təsərrüfata 46.246 manat ziyan dəydiyini bildirsə də, elektrik enerjisi kəsilməmişdən əvvəlki dövr üçün quşların çəkilərinin normativə (auditor hesabatına əsasən 1,3 kq) uyğun olması barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, Auditor Hesabatında da bununla bağlı sənədlərə istinad olunmamışdır. Həmçinin, iddiaçı cücələrdə çəki artımının az olmasının məhz elektrik enerjisinin kəsilməsi ilə bağlı olmasını sübuta yetirə bilməmişdir. Həmin hissədə auditor rəyi əsaslı deyildir.

81. Buna görə də müvafiq hesabata əsasən elektrik enerjisinin kəsilməsindən quşlard a çəki artımı normadan az olduğundan, təsərrüfata 46.246 manat ziyanın dəydiyi, ümumilikdə elektrik enerjisinin kəsilməsindən normativdən artıq ölən 10122 baş x 2.80 = 28341,60 manat dəyərində və çəki artımı normadan az olduğundan, təsərrüfata 46.246 manat, cəmi 74.587,60 manat məbləğində ziyanın dəyməsi barədə iddiaçının kassasiya şikayətinin dəlillərinə məhkəmə kollegiyası tənqidi yanaşır.

82. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı isə qeyd edilməlidir ki, apelyasiya məhkəməsi tərəfindən müəyyən edildiyi kimi, cavabdeh iddiaçıya verdiyi elektrik enerjisini yalnız 53388,72 manat məbləğində borcunun olmasına dair 23.10.2017ci il tarixli icra vərəqi tərtib etdikdən və sonuncu həmin borcu ödəmədikdə 1 ay sonra, yəni 23.11.2017-ci il tarixdə dayandıra bilməli olduğu halda, icra vərəqinin tərtib edildiyi günün sabahısı günü iddiaçıya elektrik enerjisinin verilməsini dayandırmışdır.

83. Bu hal isə öz növbəsində, cavabdehin, məhkəmənin mübahisəyə tətbiq etdiyi EEİQ-nin 9.13.2-ci bəndinin elektrik enerjisinin sayğacla müəyyənləşən hesabının istehlakçıya təqdim edildikdən sonra 1 ay müddətində tam məbləğdə ödənilmədiyi halda, enerji təchizatının dayandırıla bilməsini tənzimlədiyini, hazırkı işdə isə söhbətin elektrik enerjisinin sayğacla müəyyənləşən hesabının deyil, akt əsasında aparılmış yenidən hesablaşma ilə müəyyənləşən borcun ödənilməməsindən getdiyi üçün EEİQ-nin 8.17-ci bəndinin enerji təchizatı müəssisəsinə istehlakçını elektrik şəbəkəsindən dərhal açmaq hüququ verməsinin məhkəmə tərəfindən nəzərə alınmadığı barədə dəlilinin əsassız olduğunu sübut edir.

84. Həmçinin apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçıya məxsus quşçuluq fermasında elektrik enerjisi verilişinin qəflətən dayandırılması səbəbindən fermada yem verilməsi prosesi dayanmış və quşlara yemin verilə bilməməsi səbəbindən broylerdə (fermalarda tövlələrdə) bəslənilən 01-40 günlük cücələr aclıqdan və sair hallar nəticəsində kütləvi surətdə qırılmışlar. Auditor hesabatına görə, 1 baş cücənin maya dəyəri 2,80 manatdan hesablandıqda isə, elektrik enerjisinin kəsilməsindən normativdən artıq 10122 baş cücənin ölməsi nəticəsində iddiaçıya 28.341,60 manat məbləğində zərər dəydiyi (10122 baş x 2,80 manat = 28341,60) müəyyən olunmuşdur.

85. Beləliklə, Apelyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə, iddia tələbinin maddi ziyan hissəsində qis mən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehin öz öhdəliklərini lazımınca icra etmədiyini, onun hərəkətlərinin EEİ Qaydalarının tələblərinə zidd olmaqla, bunun nəticəsində iddiaçının qanunla qorunan hüquqlarına birbaşa ziyan vurulduğunu, tərəflər arasında bağlanmış enerjinin alqı-satqı müqaviləsində və bu sahədə mövcud qanunvericilikdə istehlakçının (iddiaçı) öz obyektində generator quraşdırmaq və zərurət olduqda ondan öz hesabına istifadə etmək vəzifəsinin təsbit olunmadığını nəzərə alaraq iddiaçı və cavabdehin kassasiya şikayətlərinin buna dair dəlilləri ilə razılaşmır.

86. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntu suna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətlərinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 fevral tarixli, 2-2(103)-40/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

87. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

88. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 fevral tarixli, 2-2(103)-40/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar