Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-265/2024 31.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankının cavabdehlər Cavabdeh2, Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçının cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh3 QSC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 ASC) qarşı “pul və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 16 yanvar tarixli 2-2(103)-162/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. QSC "xxxx" X5 Səhmdar Cəmiyyətinin “Korporativ” filialı (kredit verən) ilə Cavabdeh2 MMC (borc alan) arasında bağlanmış 2014-cü il 26 may tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən kredit 60 ay müddətinə verilir. Kreditin ödənilməli olduğu son tarix 2019-cu il 26 may tarixidir. Tərəflər kreditin ödənilməsi müddətinin uzadılması razılığına gəldikdə, bu müqavilə ilə müəyyən edilmiş qaydada bağlanan əlavə müqaviləyə əsasən müqavilənin müddəti uzadıla bilər. Müd dət uzadıldıqda yeni müddət bitmiş müddətin sonundan hesablanır.
2. QSC "xxxx" X5 Səhmdar Cəmiyyətinin “Korporativ” filialı (Kreditor) ilə Cavabdeh2 MMC (borc alan) və Cavabdeh3 MMC (zamin) arasında 2014-cü il 26 may tarixli 1xx/xx/3212/14.1 saylı zaminlik müqaviləsi bağlanmışdır.
3. QSC "xxxx" Kommersiya Bankı ilə Cavabdeh2 MMC arasında bağlanmış 2014-cü il 26 may tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsinə 01 saylı 2015-ci il 12 may tarixli əlavə sazişə əsasən kreditin 60 ay müddətinə verilməsi və kreditin ödənilməli olduğu son tarix 2019-cu il 22 may tarixi müəyyən edilmişdir.
4. QSC "xxxx" Kommersiya Bankı ilə Cavabdeh3 MMC arasında 2015-ci il 5 yanvar tarixli 1xx/xx/3212/14.2 saylı sonrakı girov müqaviləsinə əsasən Cavabdeh1 ASC-nin nominal dəyəri 24 manat olan 843.113 ədəd sənəd siz adlı səhmləri bank qarşısında sonrakı girovla yüklü edilmişdir.
5. Ləğv prosesində olan QSC “xxxx” KB-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh2 MMC, Cavabdeh3 MMC və "xxxx" ASC-yə göndərilən 2022ci il 6 aprel tarixli **********959 saylı "xxxx"də QSC “xxxx” KB ilə "xxxx" MMC arasında bağlanmış 2014-cü il 26 may tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsinin bağlandığı, həmin Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 QSC-nin sahibliyində olan Cavabdeh1 ASC-dəki səhmlərinin ipoteka ilə yüklü edildiyini və həmin kredit müqaviləsi üzrə ümumilikdə 3.470.146,37 manat borcunun olduğu bildirilmiş və mübahisənin mediasiya vasitəsi ilə həll edilməsini və mediasiyaya dair xərclərin tərəflər arasında bərabər şəkildə bölünməsi təklif edilmişdir. 6. 2022-ci il 12 aprel tarixli Mediasiya üçün müraciətdən görünür ki, Ləğv prosesində olan QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Bakı şəhəri 5 saylı Mediasiya Təşkilatına müraciət edərək Bank tərəfindən verilmiş kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur.
7. Bakı 5 saylı Mediasiya Təşkilatının 2022-ci il 16 iyun tarixli MŞH/5-01841 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış ilə, Bakı 5 saylı Mediasiya Təşkilatı tərəfindən mediator qismində təyin edilmiş X1 (mediasiya reyestrində qeydiyyat nömrəsi M-00119) tərəfindən LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinə uyğun olaraq verildiyi, arayış "X6" MMC-nin, "xxxx" ASC-nin və "xxxx" MMC-nin LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna tərəfindən təsvir edildiyi kimi kommersiya mübahisəsi üzrə "kredit müqavilələri üzrə yaranmış borcun ödənilməsi"nə dair mübahisə üzrə 2022-ci il 16 iyun tarixində, 11:0012:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiklərini təsdiq etmək üçün verilmişdir. "X6" MMC, "xxxx" ASC və "xxxx" MMC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məktubla məlumatlandırılmışdır.
8. Ləğv prosesində olan QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh2 MMC, Cavabdeh3 MMC və "xxxx" ASC-yə göndərilən 2022ci il 2 noyabr tarixli "xxxx"də QSC “xxxx ” KB ilə Cavabdeh2 MMC arasında bağlanmış 2014-cü il 26 may tarixli 1xx/xx/3212/14 saylı kredit, həmçinin zaminlik və girov müqavilələrinin bağlandığı, həmin kredit müqaviləsi üzrə ümumilikdə 3.470.146,37 manat borcunun olduğu bildirilmiş və mübahisənin mediasiya vasitəsi ilə həll olunması təklif edilmişdir.
9. Ləğv prosesində olan QSC “xxxx” KB-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh3 QSC-yə, Cavabdeh2 MMC, Cavabdeh1 ASC-yə və X2 2022-ci il 22 noyabr tarixli **********619 saylı ilkin mediasiya sessiyası üçün ərizə göndərilmişdir. 10. 2022-ci il 20 dekabr tarixli MŞB/12-00146 saylı mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, mediasiya prosesinə xitam verilməsinin əsası LPO QSC xxxx KB-nın ləğv edicisi ƏSF-nin mediasiya prosesindən imti na etməsi olmuşdur.
11. Ləğv prosesində olan QSC “xxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh3 QSC-yə, Cavabdeh2 MMC, Cavabdeh1 ASC-yə 2022-ci il 20 dekabr tarixli **********038 saylı ilkin mediasiya sessiyası üçün ərizə göndərilmişdir.
12. Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən MŞB/8-00317 nömrəli 2023-cü il 13 yanvar tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
13. Ləğv prosesində olan QSC “xxxx” Kommersiya Bankı (bundan sonra – “iddiaçı”) 2023-cü il 24 yanvar tarixində cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh3 QSC-yə və Cavabdeh1 ASC-yə (bundan sonra birlikdə – “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “MMC”, “QSC” və “ASC”) qarşı iddia ərizəs i və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış 2014-cü il 26 may tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsinə əsasən 2.450.451,61 manat məbləğində əsas, 563.767,66 manat məbləğində faiz, 260.912,28 manat məbləğində cərimə, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 537.737.20 manat faiz məbləğinin, ümumilikdə isə 3.812.868,75 manat borcun, ödənilmiş 2.697,07 manat dövlət rüsumunun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilən 400 manat pul məbləğinin müştərək qaydada MMC-dən və QSC-dən iddiaçının xeyrinə tutulmasına, MMC-dən tutulmalı olan məbləğin QSC-nin mülkiyyətində olan nominal dəyəri 24 manat olan ASC-nin 843.113 ədəd sənədsiz adlı səhminə yönəldilməsinə və yönəldikdən sonda girov predmetinin açıq hərracdan satılmasına, girov predmetləri satıldıqdan sonra kredit müqaviləsi üzrə öhdəliyin lazımınca və tam icra olunmasına kifayət etmədikdə qalan borcun kredit müqaviləsi üzrə cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 12 iyun tarixli 9/2716 saylı ekspert rəyinə əsasən, MMC-nin kredit müqaviləsinin (bax § 1) qeyd olunan şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi 2019-cu il 26 may tarixinə iddiaçıya olan əsas borcu 2.450.451,61 manat və faiz borcu 520.315,86 manat müəyyən edilmiş, o cümlədən həmin kredit müqaviləsi üzrə təqdim edilmiş iş materiallarında olan hesabdan çıxarış məlumatları ndan kredit müqaviləsi üzrə MMC tərəfindən sonuncu ödənişin 2016-cı il 30 dekabr aparıldığı qeyd olunmuşdur.
15. QSC-nin nümayəndəsi (vəkili) 2023-cü il 18 iyul tarixində məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək QSC-yə münasibətdə iddia tələblərinin təmin olunmamasını xahiş etmişdir.
16. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 27 sentyabr tarixli e-2-2(113)1009/2023 nömrəli qərardadı ilə cavabdeh ASC-nin iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi qərara alınmışdır (hakim – G.Namazova).
17. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs (əvvəl iş üzrə cavabdeh qismində çıxış edən) ASC-nin nümayəndəsi 2023-cü il 20 iyul tarixli iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək, cavabdeh ASC-yə qarşı iddia ərizəsinin təmin olunmamasını xahiş etmişdir.
18. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 oktyabr tarixli e-2-2(113)1009/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim G.Namazova).
19. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan sənədlər və ekspert rəyi (bax § 14) ilə MMC-nin iddiaçıya ödənilməmiş borcunun mövcudluğu müəyyən olunmuşdur. MMC-nin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
20. Məhkəmə 3 illik iddia müddəti ötürüldüyündən iddia tələbinin təmin edilməsinin mümkün olmaması nəticəsinə gəlmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən öhdəliyin icrası müddətinin son tarixi 2019-cu il 22 may olaraq müəyyən edilmişdir. Ekspert rəyinə əsasən həmin kredit müqaviləsi üzrə cavabdeh MMC tərəfindən s onuncu ödənişin 2016-cı il 30 dekabr tarixində aparıldığı müəyyən edilmişdir.
21. İlkin olaraq iddiaçının təklifi (2022-ci il 6 aprel tarixli **********959 saylı “Mediasiya prosesinin tətbiqi barədə təklifi”) əsasında mediasiya prosesi başlanmış və mediator 2022ci il 9 iyun tarixində “Mediasiyaya dəvət məktubu” göndərərək ilkin mediasiya sessiyasını 2022-ci il 16 iyun tarixinə təyin etmişdir. Yəni iddiaçı kredit müqaviləsi üzrə öhdəliyin icrasını tələb etmək hüququnun yarandığı gündən üç il müddətin tamamlanmasına (2022ci il 22 may) 46 gün qalmış 2022-ci il 6 aprel tarixində mediasiya prosesinin tətbiqi barədə qarşı tərəfə təklif göndərmişdir. 2022-ci il 6 aprel tarixindən Bakı 5 saylı Mediasiya Təşkilatının 2022-ci il 16 iyun tarixli MŞH/5-01841 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tarixinə kimi iddia müddətinin axımı dayanmışdır. İddiaçı isə birinci dəfə məhkəməyə iddia ərizəsi ilə 2022-ci il 8 avqust tarixində müraciət etmişdir. 2022-ci il 16 iyun tarixindən (arayış tarixi) 2022-ci il 8 avqust tarixinə (məhkəməyə iddianın daxil olduğu tarix) kimi 53 gün keçmişdir. Beləliklə, iddia müddəti hətta ilk dəfə məhkəməyə müraciət edilən zaman 7 gün hesabı ilə (53 gün – 46 gün=7) artıq ötürülmüşdür.
22. Bundan əlavə, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 30 avqust tarixli qərardadına əsasən, iddiaçı tərəfindən 2 may 2014-cü il tarixli 1xx/xx/1592/14 saylı və 2014-cü il 26 may tarixli 1xx/xx/3212/14 saylı kredit müqavilələri üzrə mediasiya sessiyasında iştirakla bağlı arayışları ayrı-ayrılıqda təqdim etməli olduğu halda, yalnız ədəd ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı təqdim etməsi əsası ilə 2022-ci il 8 avqust tarixində məhkəməyə verilən iddia ərizəsi baxılmamış saxlanılmış, iddiaçı tərəfindən məhkəmənin qərardadından şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 noyabr tarixli 2-2(103)-1090/2022 saylı qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1-ci maddəsinə (bundan sonra – “MM”) əsasən, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
24. Daha sonra məhkəmə bu qərarın 8-12-ci bəndlərində göstərilənlərə istinad edərək bildirmişdir ki, iddiaç ı 2023-cü il 13 yanvar tarixli arayışı aldıqdan sonra 2023-cü il 24 yanvar tarixində, yəni sonuncu “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” alındıqdan 11 gün sonra (müddəti 11 gün də ötürməklə) hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, ilk dəfə iddia ərizəsi verilərkən 7 gün və sonuncu iddia ərizəsi verilərkən 11 gün müddət ötürülməklə məhkəməyə müraciət olunmuşdur.
25. Həmçinin kredit müqaviləsi üzrə borcun MMC-dən tutulması tələbinin iddia müddəti tətbiq edilməklə rədd edildiyindən, iddia üzrə əlavə tələb qismində çıxış edən “kredit müqaviləsi üzrə borcun (zamin) QSC-dən tutulması” tələbi üzrə də iddia müddəti keçmişdir.
26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 14.2.1, 372.1, 372.2, 373, 375.2, 377.1, 377.2, 377.3, 378, 380. 1, 381.1, 385.1, 386, 442, 443.1, 448.1, 739-cu; “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 32.4.2, 35.1, 35.2-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli, “L.İ. Binnətovanın şikayəti üzrə” 2007-ci il 5 iyun tarixli qərarlarına; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 2009-cu il 7 iyul tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2. 77.1, 124.2, 216, 21 7.4, 220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
27. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 16 yanvar tarixli 2-2(103)-162/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – A.Hüseyn və V.Baxışova).
29. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, ekspert rəyinə əsasən, cavabdeh MMC-nin iddiaçıya ödənilməmiş borcunun mövcudluğu müəyyən olunmuşdur və bu mənada iddia tələbləri qismən əsaslı hesab edilə bilərdi. Bununla yanaşı, iş materiallarına görə işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh QSC və üçüncü şəxs tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.
30. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə (bax §1 ) əsasən, öhdəliyin icrası müddətinin son tarixi 2019-cu il 22 may tarixi olaraq müəyyən edilmişdir. Ekspert rəyinə görə, həmin kredit müqaviləsi üzrə cavabdeh MMC tərəfindən sonuncu ödəniş 2016-cı il 30 dekabr tarixində aparılmışdır, buna görə də müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin axımı 2019-cu il 23 may tarixindən hesablanmalı idi. Eyni zamanda, iddiaçı tərəfindən birinci dəfə 2022-ci il 6 aprel tarixli **********959 saylı “Mediasiya prosesinin tətbiqi barədə təklifi” məktubu tərtib edilmiş, həmin təklif 2022-ci il 29 aprel tarixində elektron qaydada cavabdehə göndərilmişdir. Həmçinin 5 saylı Mediasiya Təşkilatı tərəfindən 2022-ci il 16 may tarixli mediasiyaya dəvət məktubu göndərilmiş və məktubda ilkin mediasiya sessiyasının 2022-ci il 26 may tarixə təyin olunması qeyd edilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliyin icrasını tələb etmək hüququnun yarandığı gündən üç il müddətin tamamlanmasına (2022-ci il 23 may tarixi) 24 gün qalmış, yəni 2022-ci il 29 aprel tarixində mediasiya prosesinin tətbiqi barədə qarşı tərəfə təklif göndərmiş və məhz həmin tarixdən də iddia müddətinin axımı dayandırılmışdır. İddiaçının bu təklifi əsasında kredit müqaviləsi üzrə mediasiya prosesi başlanmış və mediator tərəf indən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 2022-ci il 16 iyun tarixli arayış tərtib edilmişdir.
31. İddiaçının təqdim etdiyi həmin arayışa görə, o, banka 2022-ci il 29 iyul tarixində daxil olmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq iddia müddətinin axımı 2022-ci il 30 iyul tarixindən həmin gün də daxil olmaqla hesablanmağa davam etmişdir. Həmin tarixdən 9 gün sonra, yəni 2022-ci il 8 avqust tarixində iddiaçı birinci dəfə iddia müddətinin bitməsinə 15 gün (24-9) qalmış Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir.
32. Bununla yanaşı, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 30 avqust tarixli e-22(113)-4555/2022 saylı qərardadı ilə iddiaçı tərəfindən 2014-cü il 2 may tarixli 1xx/xx/1592/14 saylı və 2014-cü il 26 may tarixli 1xx/xx/3212/14 saylı kredit müqavilələri üzrə mediasiya sessiyasında iştirakla bağlı arayışları ayrı-ayrılıqda təqdim etməli olduğu halda, yalnız 1 ədəd ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı təqdim etməsi əsası ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 19 oktyabr tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 noyabr tarixli 2-2(103)-1090/2022 saylı qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş və Bakı Kommersiya Məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
33. MM-in 381.1-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
34. Bu baxımdan kollegiya hesab etmişdir ki, iddiaçının 2022-ci il 8 avqust tarixində məhkəməyə müraciət etməsi iddia müddətinin axımının kəsilməsinə səbəb olmamış və həmin müddətin axımı ümumi qaydada davam etmişdir.
35. Belə olan halda isə 3 illik iddia müddəti 2022-ci il 22 avqust tarixində bitmişdir.
36. Eyni zamanda işdən görünür ki, iddiaçı tərəfindən ikinci dəfə “Mediasiya prosesinin tətbiqi barədə təklifi” məktubu 2022-ci il 2 noyabr tarixdə cavabdehlərə göndərilmişdir.
37. Bu hal isə iddia müddətinin dayandırılmasına səbəb olmamışdır. Çünki yuxarıda da qeyd edildiyi kimi iddia müddəti 2022-ci il 22 avqust tarixində artıq bitmişdir.
38. Göründüyü kimi iddiaçı tərəfindən üç illik iddia müddəti ötürülmüşdür. Beləliklə, iddiaçının iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, cavabdeh tərəfindən 2016-cı il 30 dekabr tarixindən sonra ödənişlərin aparıldığını təsdiq edən sübutların təqdim edilmədiyini, yəni hazırkı işdə iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, əsas öhdəlik olan kredit müqaviləsi üzrə borcluya qarşı irəli sürülmüş iddia tələbləri, habelə əlavə tələblər üzrə zamin və girov qoyana qarşı irəli sürülmüş iddia tələbləri iddia müddətinin keçməsi səbəbinə görə rədd edilməlidir.
39. Apellyasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilə bilməz. Belə ki, tələbkar tərəfindən mü əyyənləşdirilmiş qaydada iddia irəli sürüldüyü halda iddia müddətinin axımı kəsilir, işə baxıldığı bütün müddət üzrə iddia müddətinin hesablanmasında fasilə yaranır və mübahisəni mahiyyəti üzrə həll edən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər yeni müddətin hesablanması başlanmır (MM-in 380-ci maddəsi).
40. Bununla yanaşı, iddia müddətinin axımının kəsilməsinə səbəb olan tələbkarın iddiası mahiyyəti üzrə həll olunmadan baxılmamış da saxlanıla bilər. Bu halda isə MM-in 381.1-ci maddəsində müəyyən edilən nəticə yaranır və iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Yəni, həmin iddianın irəli sürülməsi artıq iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və iddia irəli sürüldüyü gündən baxılmamış saxlanıldığı günədək olan müddət başlanmış iddia müd dətindən çıxılmır.
41. Əks yanaşma, yəni həmin müddətin başlanmış iddia müddətindən çıxılması iddia müddətinin kəsilməsi anlayışına ziddir. Çünki yuxarıda qeyd edildiyi kimi iddia müddətinin axımının kəsilməsi müddətin dayandırılmasına deyil, sıfırlanaraq yenidən hesablanması ilə nəticələnir.
42. Yalnız cinayət işində irəli sürülmüş iddiaya dair qanunvericilikdə başqa qayda müəyyən edilmişdir (MM-in 381.2-ci maddəsi). Göründüyü kimi, MM cinayət işində irəli sürülmüş iddiaya dair başqa qaydanı, yəni həmin iddianın irəli sürülməsini iddia müddətinin kəsilməsi kimi deyil, dayandırılması kimi müəyyən etmişdir.
43. Bu baxımdan, iddiaçının birinci dəfə məhkəməyə müraciət etdiyi 2022-ci il 8 avqust tarixindən həmin iddianın baxılmamış saxlanması barədə qərardadın qüvvəyə mindiyi 2022-ci il 1 noya br tarixinə qədər olan müddətin iddia müddətindən çıxılması üçün əsaslar mövcud deyil və həmin müddət də axımı 2019-cu il 23 may tarixindən başlanmış iddia müddətinə daxil edilir.
44. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 372.1, 372.2, 373.2, 375.2, 376, 379, 380, 381.1, 381.2, 445.7, 462, 739.1 və 741-ci; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.5, 21.6, 35.1, 35.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
45. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
46. MM-in 373.2, 374.1, 379.1.6-cı; “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 32.4.2 və 35-ci maddələri ü zrə - 2014-cü il 26 may tarixli 1xx/xx/3212/14 saylı kredit müqaviləsi üzrə iddiaçı tərəfindən ilk dəfə 2022-ci il 8 avqust tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Kassasiya şikayətinin aşağıda sadalanan dəlillərinə görə iddiaçı hesab edir ki, hazırkı kredit müqaviləsi üzrə iddia müddəti ötürülməmişdir: 1) kredit müqaviləsinin icra müddəti 2019-cu il 22 may tarixində bitmişdir. 2) Kredit müqaviləsi üzrə iddia müddətinin bitməsinə 41 gün qalmış – 2022-ci il 6 aprel tarixli "xxxx" məktubu 2022-ci il 12 aprel tarixində cavabdehlərə göndərilmişdir. Təklif məktubunun cavabdehlərə göndərilməsi ilə hazırkı mübahisə üzrə mediasiya prosesi tətbiq olunmuş və qanunvericiliyin tələbinə uyğun olaraq həmin vaxtdan etibarən iddia müddətinin axımı dayanmışdır. 3) Həmin təklif məktubunun cavabdehlərə çatdırılmasından 10 iş günü keçdikdən sonra iddiaçı tərəfindən mediasiya təşkilatına müraciət olunmuş və qanunvericiliyə uyğun olaraq mediasiya prosesinin sonunda 2022-ci il 16 iyun tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış tərtib olunaraq 2022-ci il 29 iyul tarixində iddiaçıya təqdim olunmuşdur. 4) Bundan 9 gün sonra, yəni 2022-ci il 8 avqust tarixində iddia müddətinin bitməsinə 32 gün (41 gün - 9 gün) qalmış Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Lakin Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 30 avqust tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə qərardadında qeyd edilmişdir ki, “iddia ərizəsində iki cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmiş və cavabdehlərin hər birinə qarşı bir-biri ilə əlaqədar olmayan iki ayrı kredit müqaviləsindən irəli gələn tələblər yönəlmiş və iki iş üzrə bir mediasiya arayışı təqdim olunmuşdur”. Buna baxmayaraq məhkəmə iddia ərizəsini icraata götürmüş və iş üzrə məhkəmənin hazırlıq iclasını təyin etmişdir. Yəni, məhkəmə iddiaçı tərəfindən verilmiş iddia ərizəsini icraata götürməmiş geri qaytara bilərdi və həmin vaxt çatışmazlıqlar iddiaçı tərəfindən aradan qaldırılıb, yenidən məhkəməyə müraciət olunardı. Həmçinin məhkəmə iddia ərizəsini icraata qəbul etdikdən sonra iki kredit müqaviləsi üzrə olan tələbi ayrıca icraata ayıra bilər və bir kredit müqaviləsi üzrə tələbi baxılmamış saxlaya bilərdi. 5) Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 30 avqust tarixli qərardadından iddiaçı tərəfindən şikayət verilmi ş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 19 oktyabr tarixli qərardadı ilə şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, məhkəmənin 2022-ci il 1 noyabr tarixli 2-2(103)-1090/2022 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Həmin məhkəmənin qərardadı qanuni qüvvəsini aldıqdan 1 gün sonra, iddia müddətinin bitməsinə 31 gün (32 gün - 1 gün) qalmış məhkəmə qərarında qeyd olunan çatışmazlıqlar aradan qaldırılaraq 2022-ci il 2 noyabr tarixində yenidən mediasiya prosesinin tətbiqi barədə təklif məktubu ilə cavabdehlərə müraciət olunmuşdur. Təklif məktubu cavabdehlərə çatdırıldıqdan 10 iş günü sonra, 2022-ci il 22 noyabr tarixində “ilkin mediasiya sessiyası üçün ərizə” ilə mediasiya təşkilatına müraciət olunmuşdur, mediator tərəfindən tərəflərə mediasiya prosesində iştirak edilməsi ilə bağlı bildiriş göndərilmiş, lakin cavabdehlər tərəfindən mediatora edilmiş etiraza əsasən 2022-ci il 20 dekabr tarixində “mediasiya prosesinə xitam verilməsi haqqında protokol” tərtib edilmişdir. 2022-ci il 20 dekabr tarixində cavabdehin əsassız etirazlarının qarşısının alınması üçün mediasiya işini Bakı şəhərində yerləşən hər hansı bir mediasiya təşkilatına göndərməsi üçün iddiaçı tərəfindən “ilkin mediasiya sessiyasına dair ərizə” ilə Mediasiya Şurasına müraciət olunmuşdur. Mediasiya Şurası həmin ərizəni Bakı 8 saylı Mediasiya təşkilatına göndərmiş və həmin təşkilat tərəfindən ərizə icraata götürülmüşdür. Bakı 8 saylı Mediasiya təşkilatının mediatoru tərəfindən tərəflərə bildiriş göndərilmiş, lakin cavabdehlər mediasiya prosesində iştirak etmə diklərinə görə 2023-cü il 13 yanvar tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” tərtib olunmuş və iddiaçıya təqdim olunmuşdur. Bundan 10 gün sonra, yəni iddia müddətinin bitməsinə 21 gün (31 gün - 10 gün) qalmış, 2022-ci il 23 yanvar tarixində iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Qeyd olunanları nəzərə alaraq iddiaçı hesab etmişdir ki, hazırki mübahisə üzrə iddia müddətinin bitməsinə 10 gün qalmış məhkəməyə müraciət olunmuş və müqavilə tələbləri üzrə tətbiq olunan 3 illik iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Lakin qeyd olunan hallar nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmışdır.
47. MM-nin 375.2 və 377.2-ci maddələri üzrə - Məhkəmə tərəfindən borcun tutulması barədə iddianı rədd edilərkən iddiaçının hüquqlarının pozulduğu nəzərə alınmamışdır.
48. MM-nin 381.1-ci maddəsi üzrə - Kredit müqaviləsi üzrə "xxxx" məktubu 2022-ci il 12 aprel tarixində cavabdehlərə göndərildiyi vaxtdan qanunvericiliyin tələbinə əsasən iddia müddətinin axımı dayanmışdır. Mediasiya prosesi yekunlaşdıqdan sonra 2022-ci il 8 avqust tarixində məhkəməyə müraciət edilmiş və həmin müraciət məhkəmələr tərəfindən baxılmamış saxlanılmışdır. Bu səbəbdən də iddiaçı hesab etmişdir ki, iddia müddətinin axımı baxılmamış saxlanılma haqqında məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra yenidən davam etməlidir. Qeyd olunan kredit müqaviləsi üzrə iddia müddətinin tətbiq olunmasına apellyasiya məhkəməsinin mövqeyi ilə yanaşdıqda belə nəticə çıxır ki, əgər iddiaçı müqavilə müddətinin bitməsinə 6 ay qalmış məhkəməyə müraciət etmiş olsa və müraciət etdikdən 6 ay sonra məhkəmə prosesi zamanı iddiaçının məhkəməyə prosessual qaydalara riayət etmədən müraciət etməsi aşkar olunmaqla iddia ərizəsi məhkəmə tərəfindən baxılmamış saxlanılırsa bu zaman müqavilə tələbi üzrə iddia müddəti ötürülmüş hesab olunmalıdır. Bu isə iddiaçının vaxtında etdiyi müraciətinə baxmayaraq onun hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən MMin normaları düzgün tətbiq olunmamış və nəticədə iddiaçı kredit müqaviləsi üzrə banka olan borcunu tələbetmə hüququndan məhrum olmuşdur.
49. MPM-in 88-ci maddəsi üzrə - Bakı Apellyasiya Məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməm iş və işi obyektiv araşdırmamışdır
50. MPM-in 217-ci maddəsi üzrə - Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının iş üzrə qəbul etdiyi qətnaməsi qanuni və əsaslı deyildir. Belə ki, məhkəmə qətnaməsinə münasibət bildirərkən prosessual baxımdan da səhvə yol vermişdir.
51. MPM-in 218.1-ci maddəsi üzrə - Məhkəmə yalnız iddia müddətinin tətbiqi barədə ərizəyə istinad edərək iddia tələbini rədd etmişdir.
52. MPM-in 385.1-ci maddəsi üzrə - İddia müddətlərinin hesablanmasında birinci instansiya məhkəməsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnamələri arasında da uyğunsuzluqlar mövcuddur. Lakin apellyasiya məhkəməsi bu uyğunsuzluğa heç bir mövqe bildirməmiş yalnız öz mövqeyini qeyd etməklə kifayətlənmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
53. Cavabdeh kassasiya şik ayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, məhkəmə araşdırması zamanı 2022-ci il 16 iyun tarixli mediasiya sessiyasında arayışın özündə də göstərildiyi kimi, ilkin mediasiya sessiyasında iddiaçının özünün iştirak etdiyi və mediator tərəfindən verilmiş 2022-ci il 16 iyun tarixli arayışın sonradan hansı səbəbdən 41 gün keçdikdən sonra iddiaçının dəftərxanasına təqdim edildiyini iddiaçı cavablandıra bilməmişdir. İddiaçının kassasiya şikayətində göstərdiyi digər yalan dəlil isə, guya cavabdehlərin 12 saylı Mediasiya təşkilatının mediatoruna etiraz etməsidir. Halbuki iddiaçı özü bu yalanı ifşa etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi 12 saylı Mediasiya təşkilatı tərəfindən tərtib edilmiş 2022-ci il 20 dekabr tarixli “mediasiya prosesinə xitam verilməsi haqqında protokol”da mediasiya prosesinin xitamına əsas kimi mediator həmin Protokolda iddiaçının özünün mediasiya prosesindən imtina etdiyini göstərmişdir. İddiaçının 2022-ci 2 noyabr tarixli yeni mediasiya təklifinin verilməsinin yenidən iddia müddətinin dayandırmasına dair dəlili də əsaslı sayıla bilməz. İddiaçının həm 2022-ci il 6 aprel tarixli mediasiya təklifi və bunun əsasında tətbiq edilən, 5 saylı mediasiya təşkilatı tərəfindən aparılan mediasiya prosesi ilə bir dəfə iddia müddətinin dayanması, bundan sonra 2022-ci il 2 noyabr tarixində yeni mediasiya təklifi və bununla da başqa mediasiya təkilatında yeni mediasiya prosesinə başlaması 2-ci dəfə iddia müddətini “Mediasiya haqqında” Qanunda nəzərdə tutulmayan qaydada, qanuna uyğun olmayan qaydada dayandırılması cəhdi, dəlili qəbul edilə bilməz. İddiaçı Bakı Komm ersiya Məhkəməsinin e-2-2(113)-4555/2022 nömrəli iş üzrə 2022-ci il 30 avqust tarixli, 2022-ci il 19 oktyabr tarixli qərardadları ilə, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-1090/2022 nömrəli iş üzrə 2022-ci il 1 noyabr tarixli qərardadları ilə mediasiya prosesinin düzgün aparılmamasına dair çatışmamazlıqları mediasiya prosesini aparmış həmin 5 saylı mediasiya təşkilatında qanunvericiliyə əsasən davam etdirməli və aradan qaldırmalı idi.
54. İddiaçı mediasiya prosesini 2022-ci il 29 aprel tarixində başladıqdan sonra qanunla müəyyən edilmiş müddətlərə əməl etmək üçün ləngimədən mediasiya təşkilatına (mediatora) müraciət etməli idi. Lakin bunun əvəzində iddiaçı 2022-ci il 13 may tarixində 5 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Bundan sonra ilkin mediasiya sessiyası 2022-ci il 26 may tarixinə təyin edilmişdir. Lakin iddiaçıdan başqa cavabdehlərin heç biri həmin ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bu səbəblərə görə, mediasiya prosesi 2022-ci il 26 may tarixində tamamlanmalı, iddiaçıya müvafiq arayış və ya icraata xitam protokolu təqdim edilməli idi. İlkin mediasiya sessiyasına dəvət olunan cavabdehlərin heç biri ilkin sessiyada iştirak etməmiş, nə də müddətin uzadılmasını xahiş etməmişlər, deməli mediasiya prosesinin uzadılmasına dair tərəflərin razılaşmasından mümkün deyildi. Lakin mediasiya prosesinin uzadılması tərəflərin birgə müraciəti deyil, qanuna zidd olaraq yalnız iddiaçının ərizəsi ilə həyata keçirilmişdir. Mediator 2022-ci il 26 may tarixində borcluların ilkin mediasiya sessiyasında iştirak etməməsini və ya mediasiya prosesinin müddətinin bitməs i faktını əsas götürərək hər bir halda həmin gün mediasiya prosesinə xitam verməli (arayışın tərtib edilib edilməməsindən asılı olmayaraq) daha sonra 3 gün müddətində protokol tərtib edilərək 1 gün müddətində tərəflərə və həmin sənədləri iddiaçıya təqdim etməli idi. İddia müddətinin axımı iddiaçının qeyd etdiyi kimi, əslində 2022-ci il 26 may tarixindən olmasa da, hətta sonradan təyin olunmuş mediasiya sessiyasının 2022-ci il 16 iyun tarixindən başlanaraq 2023-cü il 23 yanvar tarixinə, məhkəməyə iddia verilən günədək hesablansa 221 gün keçdikdən sonra verilmişdir. İddiaçı tərəfindən üç illik iddia müddəti ötürülmüşdür və məhkəmə iddia müddətinin tətbiq olunmasında hər hansı qanun pozuntusuna yol verməmişdir.
55. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə bankın tələbini iddia müddətinin tətbiq edilməsi əsası ilə rədd edərək iddiaçının hüquqlarının pozulmamasını nəzərə almamışdır. Belə ki, hazırki məhkəmə çəkişməsi üzrə birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin tətbiq edilməsi və iddiaçının iddiasının təmin edilməməsi cavabdehlərin qeyd edilən kredit müqavilələri üzrə yaranmış kredit borcunun qaytarılması və Mərkəzi Bank qarşısında olan digər öhdəliklərinin xitamına səbəb olmur. İddiaçı tərəfindən qaldırılmış iddiaların təmin edilməməsi gələcəkdə Mərkəzi Bankın qaldırmış olduğu və icraatı dayandırılmış iddia üzrə kredit borclarının dəqiqləşməsinə və həmin borcların, hazırkı iş üzrə də tələb edilmiş bu məbləğlərin Konstitusiya Məhkəməsinin qeyd edilən 2022-ci il 5 may tarixli Qərarına uyğun olaraq birbaşa Mərkəzi Banka ödənilməsi tələbinin əsaslı o lmasına səbəb olmuşdur. Kassasiya baxışının hədləri
56. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
57. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
58. Azərbaycan Respublikası nın aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər...” “Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə
373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müd dəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir.” “Maddə
375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəf inin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə
376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə
377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır....” “Maddə
378. Öhdəlikdə şəxslər dəyişilərkən iddia müddəti Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur.” “Maddə
380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir....” “Maddə
381. İddianın baxılmamış saxlandığı halda iddia müddətinin axımı 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. 381.2. Əgər cina yət işində irəli sürülmüş iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı iddianı baxılmamış saxlayan hökm qanuni qüvvəyə minənədək dayandırılır. Müddətin dayandırıldığı vaxt iddia müddətinə daxil edilmir. Bu zaman müddətin qalan hissəsi altı aydan az olduqda altı aya qədər uzadılır.” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozul ması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuli yyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini t ələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın.” “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür....” “Maddə
741. Borc vermək və almaq öhdəliyinin birtərəfli ləğvi 741.1. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. 741.2. Borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya q ismən birtərəfli qaydada imtina edə bilər.” 59. “Mediasiya haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikasının Qanununun müvafiq “Maddə
21. Mediasiya prosesinin tətbiqi üçün əsaslar … 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. 21.6. Tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir....” “Maddə
32. Mediasiya prosesinə xitam verilməsi … 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən....” “Maddə
35. İddia müddətlərinin axımının dayandırılması 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının d ayandırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.”
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli qərarında müəyyən edilmişdir ki: “... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçmiş hesab edilir....”
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında müəyyən edilmişdir ki: “... iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır....”
62. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ. Binnə tovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 5 iyun tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2007-ci il 5 iyun tarixli qərarında müəyyən edilmişdir ki: “... iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulm ası məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir....”
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-ci il 15 fevral tarixli Qərarında müəyyən edilmişdir ki: “Qeyd edilməlidir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu arada n qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri).”
64. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
66. Kassatorun mövqeyinə görə, məhkəmə tərəfindən borcun tutulması barədə iddia rədd edilərkən iddiaçının hüquqlarının pozulduğu nəzərə alınmamışdır. Eləcə də kassasiya şikayətinin digər dəlilinə görə, məhkəmə yalnız iddia müddətinin tətbiqi barədə ərizəyə istinad edərək iddia tələbini rədd etmişdir.
67. Halbuki MM-in 372-ci maddəsinə (bax § 58) uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüq uqu pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-ci il 15 fevral tarixli Qərarında (bax § 63) formalaşdırılmış hüquqi mövqelərə görə,... iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir...
69. Həmçinin sözügedən qərarda Konstitusiya Məhkəməsi Plenumu özünün digər qərarında göstərdiyi mövqeyə istinad edərək bir daha vurğulamışdır ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi özözlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
70. MM-in 372-ci maddəsini və Konstitusiya Məhkəməsi Plenumunun həmin mövqelərini qarşılıqlı təhlil belə deməyə əsas verir ki, iddia müddətinin tətbiqi cavabdehə iddiaçının pozduğu hüququ ilə əlaqədar müvafiq iddiadan müdafiə olunması üçün qanunla verilmiş hüquqdur. Yəni, cavabdehin ərizəsi əsasında iddia müddəti məhz o zaman tətbiq edilir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması mübahisəsiz xarakter daşısın.
71. Bu baxımdan, hazırkı işə baxan məhkəmələrin iddia müddətinin ötürülməsi səbəbindən iddia tələblərinin rədd edilməli olması qənaətinə gəlmələri yuxarıda istinad olunan MM-in tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun həmin mövqelərinə uyğun olmuşdur.
72. İddia müddətinin axımının işin baxılmamış saxlanılması haqqında 2022-ci il 30 avqust tarixli məhkəmə qərardadı qanuni qüvvəsini aldıqdan sonra yenidən davam etməsinə dair kassatorun dəlilləri isə məhkəmə kollegiyasının mövqeyinə görə, MM-in 381.1-ci maddəsi nin (bax § 58) tələblərinə ziddir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bununla əlaqədar gəldiyi nəticə ilə razılaşdığından prosessual qənaət prinsipi baxımından həmin dəlil üzrə ayrıca hüquqi dəyərləndirmə aparılmasına lüzum görmür.
73. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin hesablamalarına görə, iddiaçı 2022-ci il 8 avqust tarixində birinci dəfə Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən iddia müddətinin bitməsinə 15 gün qalmışdır və 2022-ci il 22 avqust tarixində iddia müddəti bitmişdir.
74. Kassator isə hesab edir ki, iddiaçı 2022-ci il 8 avqust tarixində məhkəməyə iddia müddətinin bitməsinə 32 gün qalmış iddia ərizəsi ilə müraciət edilmiş və işin baxılmamış saxlanılması barədə Bakı Kommersiya Məhkəməsinin qərardadının qüvvədə sax lanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 1 noyabr tarixli qərardadı qanuni qüvvəsini aldıqdan 1 gün sonra, iddia müddətinin bitməsinə 31 gün qalmış iddia müddətinin axımı davam etmişdir.
75. İddia müddətinin axımının işin baxılmamış saxlanılması haqqında məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra yenidən davam etməsinə dair kassatorun dəlillərinin əsassızlığına dair məhkəmə kollegiyasının mövqeyi yuxarıda artıq əks olunmuşdur (bax § 72).
76. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, hətta iddiaçının məhkəməyə ilk dəfə müraciət edərkən iddia müddətinin bitməsinə 32 gün qaldığı fərz edilsə belə, həmin müddət 2022-ci il 10 sentyabr tarixində bitmiş olurdu. Yəni, hətta bu halda belə, iddiaçı tərəfindən üç illik iddia müddəti ötürülmüş hesab olunmalıdır. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, iddiaçı tərəfindən ikinci dəfə "xxxx" məktubu 2022-ci il 2 noyabr tarixində cavabdehlərə göndərilmişdir. Bu hal isə yenə də iddia müddətinin dayandırılmasına səbəb ola bilməzdi. Çünki iddia müddəti istənilən halda artıq həmin tarixədək bitmiş olurdu.
77. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi öz hesablamalarında qətnamənin ləğvinə səbəb ola bilən hər hansı yanlışlığa yol verməmişdir.
78. İddia müddətlərinin hesablanmasında birinci instansiya məhkəməsinin qətnaməsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi arasında uyğunsuzluqların olmasına dair dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, son yekunda hər iki məhkəmə eyni nəticəyə gəldiyindən həmin dəlil hazırda mü bahisələndirilən və mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
79. İddia ərizəsinin baxılmamış saxlanmasına dair Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 30 avqust tarixli qərardadının qanunsuz olmasına dair kassasiya şikayətinin dəlillərinə gəldikdə isə, məhkəmə kollegiyası bildirir ki, həmin qərardad qanuni qüvvəyə mindiyindən sözügedən dəlillər hazırkı kassasiya baxışının predmeti ola bilməz.
80. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 64) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 64) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
81. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 16 yanvar tarixli 2-2(103)-162/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
82. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı QSC “xxxx” Kommersiya Bankının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 16 yanvar tarixli 2-2(103)-162/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.