Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-266/2020 10.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyasının hakimləri Qəribov Bəhman Fərhad oğlu, X3, X2 ibarət qarışıq tərkibdə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxaraq müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin(bundan sonra-ASC) ləğvedicisi X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciə t edərək, Cavabdeh1 kredit öhdəliyi üzrə qalan 2.500,50 (iki min beş yüz manat 50 qəpik) icra edilməmiş əsas borcun, müddət sonuna hesablanan 45,42 (qırx beş manat qırx iki qəpik) faizin, 365,25 (üç yüz altmış beş manat iyirmi beş qəpik) cərimənin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 376,60 (üç yüz yetmiş altı manat altmış qəpik) borcun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 130SF saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 6% faiz ödənilm ək şərtilə, 10.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.1ci maddəsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqavilənin 3.4.2-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir, lakin buna baxmayaraq borclu Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək Cavabdeh1 kredit öhdəliyi üz rə qalan 2.500,50 (iki min beş yüz manat, 50 qəpik) icra edilməmiş əsas borcun, müddət sonuna hesablanan 45,42 (qırx beş manat, 42 qəpik) faizin, 365,25 (üç yüz altmış beş manat, 25 qəpik) cərimənin və Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 376,60 (üç yüz yetmiş altı manat, 60 qəpik) borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan ASC-nin xeyrinə ödənilməsi; ipoteka qoyulmuş Cavabdeh2 məxsus İmişli şəhəri, H.Əliyev küçəsi 55-də yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(036) -1525/2019 nömrəli qərardadı ilə (hakim T.Nüsrətov) mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Bu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra -MPM) 24.2, 26.1, 26.3, 32.3, 32.5, 32.6-ci maddələrinə istinadla belə qənaətə gəlmişdir ki, Cavabdeh1 vergi ödəyicisi kimi Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı X4 qeydiyyatdadır, yəni o, fərdi sahibkar statusu əldə edən fiziki şəxsdir (VÖEN: **********). Eyni zamanda, tərəflər arasında bağlanmış 130 SF saylı, xx xxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən kreditin əsas məqsədi sahibkarlığın (maldarlığın) inkişafıdır. Beləliklə, iddiaçı hüquqi şəxs ilə cavabdeh fərdi sahibkar statusu əldə etmiş fiziki şəxs arasındakı hüquq münasibətləri də nəz ərə alınmaqla, mübahisənin xarakteri iqtisadi mübahisə olduğuna görə mülki iş mahiyyəti üzrə baxılması üçün məhkəmə aidiyyatı üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərilməlidir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(086)-591/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakim S.Həsənov) iddiaçı Ləğv prosesində olan ASC-nin ləğvedici X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materialları baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmə İmişli Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmayaraq öz qərardadını belə əsaslandırmışdır ki, İmişli Rayon Məhkəməsi işi aidiyyəti üzrə göndərərkən yalnız tərəflərin statu suna əsaslanmış və mübahisəyə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən aidiyyəti üzrə göndərmişdir Belə olan vəziyyətdə işə həmin məhkəmədə yalnız mahiyyəti üzrə baxılması yolverilməzdir, lakin qərardad çıxarılmaqla yekum məhkəmə aktının qəbul edilməsi mümkündür. Bundan başqa “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının xx xxxxxx 2018-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 10-1.1-ci, 10-1.2-ci, 10-1.3-cü və 135.8 ci maddələr əlavə edilmişdir. Bu maddələrin tələblərinə əsasən iqtisadi mübahisələr üzrə məhkəmə icraatının, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsinin, qəbulunun, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının xüsusi qaydasını, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə həyata keçirilməsini müəyyən etmişdir. Belə olduğu halda, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər (məhkəmə işi) məhkəməyə kağız daşıyıcıda deyil, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim olunmalıdır. Odur ki, məhkəmə iddiaçı Ləğv prosesində olan ASC-nin ləğvedici X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materiallarının baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(106)78/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən, məruzəçi Z.Zeynalov, hakimlər M.Həsənov, İ.Əsədov) iddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilmişdir. Bu məhkəmə MPM-nin 24.2, 25.1, 26.1, 26.2, 31.1, 31.2, 35.1, 36.7-ci maddələrinə istinadla belə qənaətə gəlmişdir ki, cavabdehlərdən Cavabdeh1 fərdi sahibkar statusu olsa da digər Cavabdeh2 fiziki şəxsdir, ona görə də iddia ərizəsi düzgün olaraq ümumi məhkəməyə verilmişdir və həmin məhkəmədə mahiyyəti üzrə baxılmalıdır. İmişli Rayon Məhkəməsinin 2(036)-047/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadı ilə (hakim T.Nüsrətov) iddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və C avabdeh2 qarşı “kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş mahiyyəti üzrə baxılması üçün məhkəmə aidiyyatı üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmə MPM-nin 24.2, 25.1, 26.1, 32.3, 32.5 və 32.6-cı maddələrinə, həmşinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstutusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarına istinadla belə qənaətə gəlmişdir ki, Cavabdeh1 vergi ödəyicisi kimi Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı X4 qeydiyyatdadır, yəni o, fərdi sahibkar statusu əldə edən fiziki şəxsdir (VÖEN: **********). Eyni zamanda, tərəflər arasında bağlanmış 130 SF saylı, xx xxx 2013-cü il tarixli kred it müqaviləsinə əsasən kreditin əsas məqsədi sahibkarlığın (maldarlığın) inkişafıdır. Beləliklə, iddiaçı hüquqi şəxs ilə cavabdeh fərdi sahibkar statusu əldə edən fiziki şəxs arasındakı hüquq münasibətləri də nəzərə alınmaqla, mübahisənin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğuna görə mülki iş mahiyyəti üzrə baxılması üçün məhkəmə aidiyyatı üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-840/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakim R.İsmayılov) iddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.i tələbinə dair iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materialları baxılması üçün Azərbaycan Respublikasının Ali Məh kəməsinə göndərilmişdir. Məhkəmə qərardadı onunla əsaslandırmışdır ki,yuxarı instansiya məhkəməsi kimi Şirvan Apelyasiya Məhkəməsi tərəfindən hazırki işin İmişli Rayon Məhkəməsi tərəfindən baxılmalı olması barədə qərardadı qüvvədə olduğu halda, həmin işin Şirvan Kommersiya Məhkəməsində baxılması mülki prosessual qanunvericiliyinin pozulması kimi qiymətləndirilə biləcəyi üçün və məhz bu baxımdan hazırki işin kommersiya mübahisəsi kimi Şirvan Kommersiya Məhkəməsində baxılmalı olmasına dair İmişli Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmadığından, o cümlədən hazırki işin İmişli Rayon Məhkəməsinin icraatına xx.xx.2019-cu il tarixdə daxil olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəm əsi tərəfindən məsələyə münasibət bildirilməsi zəruridir. Bu məsələ ilə əlaqədar məhkəmə tərkibi tərkibi hesab edir ki, hazırki iş aidiyyəti üzrə baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-nin 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxd ursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26-cı maddəsində qeyd olunur ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-nin 26.2-ci maddəsində isə kommersiya məhkəmələrinin bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxmağı əks olunur. MPM-nin 32.7-ci maddəsinin tələblərinə əsasən isə bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kassasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Hazırki iş üzrə isə iş materiallarından müəyyən olunur ki, məhkəmə aidiyyəti ilə bağlı İmişli Rayon Məhkəməsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsi arasındakı fikir ayrılığı artıq Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(106)-78/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə həll edilmiş, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilmişdir. Lakin İmişli Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(036)-47/2020 saylı qərardadı ilə iş eyni əsaslarla (Cavabdeh1 fərdi sahibkardır, kreditin əsas məqsədi sahibkarlığın (maldarlığın) inkişafıdır və mübahisənin xarakteri iqtisadi mübahisədir) yenidən Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərkibi vurğulayır ki, apellyasiya instansiyası məhkəməsinin yuxarıda göstərilən qərardadı MPM-nin 32.7-ci maddəsinin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2019-cu il tarixli Qanunu baxımından xx xxxxxx 2020-ci il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun çıxarılmışdır. Bu maddənin göstərilən tarixədək qüvvədə olmuş redaksiyasında nəzərdə tutulurdu ki,məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Digər tərəfdən apellyas iya instansiyası məhkəməsinin adı çəkilən qərardadında ondan kassasiya şikayəti verilməsi qaydası da əks olunmuşdur. İş materiallarından isə belə şikayətin verilmədiyi və həmin qərardadın müddət baxımından artıq qanuni qüvvəyə mindiyi müəyyən olunur. Bu baxımdan məhkəmə aidiyyəti üzrə məhkəmələr arası fikir ayrılığı həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun surətdə səlahiyyətli yuxarı instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş aktı ilə artıq həll edilmişdir. Başqa bir məqam isə hazırki işin uzun müddət İmişli Rayon Məhkəməsinin icraatında olması ilə əlaqədardır. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə qənaətə gəlir ki, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(106)-78/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərardadı qanuni qüvvəyə minm əsinə baxmayaraq İmişli Rayon Məhkəməsi işi yenidən Şirvan Kommersiya Məhkəməsinə göndərməsi qanunvericiliyin göstərişlərinə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr 10 gün müddətində baxılır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, hazırkı iş materialları məhkəmə aidiyyəti üzrə İmişli Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə tərkibi MPM-nin 24, 25 və 26, 32.7-ci və 403-cü maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair 2-2(102)-266/2020 saylı işin mate rialları məhkəmə aidiyyəti üzrə İmişli Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-266/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-266/2020
10.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver