Məhkəmə qərarları › İş №2-2(102)-267/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-267/2019

04.06.2019 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-267/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan X2 İctimai Birliyinin Cavabdeh MMC-ə (üçüncü şəxs Əqli Mülkiyyət Agentliyi) qarşı iş üzrə (iş № 2-2(102)-267/2018) Bakı şəhəri 04 iyun 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan X2 İctimai Birliyinin nümayəndəsi X4 və vəkili Vəkil2, cavabdehin vəkili Vəkil1, üçüncü şəxsin nümayəndəsi X7 iştirakı ilə İddiaçı Azərbaycan X2 İctimai Birliyinin Cavabdeh MMC-ə (üçüncü şəxs Əqli Mülkiyyət Agentliyi) qarşı müvafiq müqavilə bağlananadək restranslyasiyanın qadağan edilməsi və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məh kəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-87/2019 saylı 30 yanvar 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 04.06.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan X2 İctimai Birliyi Cavabdeh MMC-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla müqavilə bağlanılanadək Cavabdeh MMC tərəfindən TV kanalların retranslyasiyasının həyata keçirilməsinin qadağan edilməsi, kollektiv idarəçiliyi Azərbaycan X2 İctimai Birliyi tərəfindən həyata keçirilən audiovisual əsərlərin qanunsuz retranslyasiyasını həyata keçirdiyinə görə 30.000 manat kompensasiyanın Cavabdeh MMC-dən tutularaq X2 İctimai Birliyinə ödənilməsi barədə, işgüzar nü fuza vurulmuş zərərə görə Cavabdeh MMC-dən Azərbaycan X2 İctimai Birliyinin xeyrinə 20.000 manat ödənməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh fəaliyyətə başladığı dövrdən Azərbaycan filmlərinin istifadəsinin hüquqi əsaslarını yaratmadan, yəni Azərbaycan X2 İctimai Birliyi ilə müqavilə bağlamadan və müəlliflik qonorarı ödəmədən kabel televiziyası vasitəsi ilə retranslyasiya yolu ilə nümayişini qanunazidd olaraq həyata keçirir. Cavabdeh bu hərəkətləri ilə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 12,15, 30, 41, 42-ci maddələrinin tələblərini pozaraq müəlliflərə və hüquq sahiblərinə maddi zərər vurur və buna görə də Qanunun 47-ci maddəsinə müvafiq olaraq maddi məsuliyyətə cəlb edilməlidir. Bundan əlavə, cavabdeh iddiaçının işgüzar nüfuzuna da ciddi xələl gətirdiyindən MM-nin 1097-ci maddəsinə əsasən işgüzar nüfuza vurulmuş zərərin əvəzi ödənilməlidir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (82)-225/2018 saylı 09.08.2018-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (82)-225/2018 saylı 09.08.2018-ci il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-87/2019 saylı 30 yanvar 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (82)-225/2018 saylı 09.08.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, iddiaçı Azərbaycan X2 ilə müqavilə bağlanılanadək Cavabdeh MMC tərəfindən TV kanalların retranslyasiyasının həyata keçirilməsinin qadağan edilməsi, Cavabdeh MMC-dən iddiaçı Azərbaycan X1 xeyrinə 1000 manat kompensasiyanın tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, ilkin və təkrar yayımcı olmasından asılı olmayaraq, audiovizual əsərlərin efir və kabel televiziyası ilə yayımlanmasını, kütləvi nümayişini həyata keçirən, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər müəllif qonorarı ödəməlidirlər. Cavabdehin müvafiq müqavilə bağlamadan TV kanallarınnı retranslyasiyasını həyata keçirməsi müəllif hüquqlarınnı pozulması ilə həyata keçirildiyindən cavabdeh tərəfindən TV kanallarının retranslyasiyasının həyata keçirilməsi qadağan edi lməlidir. Bundan əlavə, kompensasiyanın ödənilməsi kimi cavabdehdən 1000 manat məbləğin tutulması ağlabatan və ədalətlidir. Belə ki, iddia tələbində göstərilən qalan 29 000 manat məbləğində pulun tutulması üçün zəruri sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Həmçinin işgüzar nüfuza vurulmuş zərərə görə 20.000 manat məbləğin ödənilməsi tələbinin təmin olunması üçün hər hansı sübut təqdim edilmədiyindən iddia tələbi həmin hissədə əsassızdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-87/2019 saylı 30 yanvar 2019-cu il tarixli qətnaməsindan iddiaçı və cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətinin dəlillərinə görə işə baxan məhkəmə iddia tələbinin “X2” İctimai Birliyi ilə müqavilə bağlanadə k cavabdeh “xxxx” MMC tərəfindən TV kanalların retranslyasiyanın həyata keçirilməsinin qadağan edilməsi hissəsində təmin etməklə X1, o cümlədən də audiovizual əsər müəlliflərinin hüquqlarını gələcəkdə təminat altına alsa da, vurulmuş zərərin əvəzinin ödənilməsi tələbini təmin etməməklə tam qanunsuz olaraq X1, o cümlədən də audiovizual əsər müəlliflərinin keçmişdə pozulmuş hüquqlarını bərpa etməmişdir. İşə baxan məhkəmə bu mövqeyi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı AR Mülki Məcəlləsinin, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” AR qanununun 15-ci, 30-cu, 45-ci maddələrinin, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” AR Qanununun tədbiq edilməsi ilə bağlı məsələlər haqqında AR Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli qərarında dəyişikliklər edilm əsi barədə AR Nazirlər Kabinetinin 466 saylı Qərarının tələblərini pozmuşdur. İddiaçı Mülki Prosessual Məcəllənin 4.1, 9, 14, 77, 88, 402-407, 417, 418-ci maddələrinə, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 6, 8, 14, 15, 30, 44-45, 47-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli 2-2(103)-87/2019 saylı qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə iddia buna hüququ olmayan şəxs tərəfindən qaldırılmışdır. Belə ki, iddiaçının nə hüquqlarının pozulduğunu iddia etdiyi müəlliflərin-rejissorların, ssenaristlərin, operatorların, rəssamların və bəstəkarları n mənafeyinin müdafiəsi üçün iddia qaldırmaq səlahiyyəti vardır, nə də öz mənafeyi üçün belə tələb irəli sürməyə subyektiv hüququ vardır.Cavabdehin Tv şirkətləri ilə bağladığı “Retransliyasiya haqqında” müqavilələr əsasında əldə etdiyi hüquqlar apellyasiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmişdir. Cavabdeh müqavilə əsasında retranslyasiyasını həyata keçirdiyi yayım təşkilatlarının televiziya verilişlərində istifadə olunan bütün müəlliflik hüququ və əlaqəli hüquq obyektlərinin müəllifləri və əlaqəli hüquq sahibləri ilə lisenziya müqaviləsi bağlamaq və onlara qonorar ödəmək öhdəliyi daşımır. Eləcə də, cavabdehin iddiaçı ilə müqavilə bağlamaq və ona qonorar ödəmək öhdəliyi yaranmamışdır. Apellyasiya məhkəməsi cavabdehə bütün TV kanalların retranslyasiyasını qadağan edə bilməz. İddia nın əsaslı olması onun retranslyasiya etdiyi bütün televiziya kanallarının, proqram və verilişlərinin deyil, yalnız iddia ilə əhatə olunan əsərlərin retranslyasiyasını məhdudlaşdıra bilər. Cavabdeh Mülki Prosessual Məcəllənin 386, 417.3, 418.1, 418.4.6-cı maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli 2-2(103)-87/2019 saylı qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv olunmasını və iddianın tam rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan X2 İctimai Birliyinin nümayəndəsi X6 və vəkili Vəkil2 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019 -cu il tarixli 2-2(103)-87/2019 saylı qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli 2-2(103)-87/2019 saylı qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv olunmasını və iddianın tam rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X9 vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli 22(103)-87/2019 saylı qətnaməsi ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə qismən razılaşaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçının tələbi Azərbaycan X2 İctimai Birliyi ilə müqavilə bağlanılanadək Cavabdeh MMC tərəfindən TV kanalların retranslyasiyasının həyata keçirilməsinin qadağan edilməsi, kollektiv idarəçiliyi Azərbaycan X2 İctimai Birliyi tərəfindən həyata keçirilən audiovisual əsərlərin qanunsuz retranslyasiyasını həyata keçirdiyinə görə 30.000 manat kompensasiyanın Cavabdeh MMC-dən tutularaq X2 İctimai Birliyinə ödənilməsi, işgüzar nüfuza vurulmuş zərərə görə Cavabdeh MMC-dən Azərbaycan X2 İctimai Birliyinin xeyrinə 20.000 manat ödənilməsidir. Məhkəmə kollegiyası iddiaçının iddia tələbi ilə əlaqədar qeyd edir ki, Azərbaycan X2 İctimai Birliyinin Nizamnaməsinə əsasən audiovizual əsər müəl liflərinin əmlak hüquqlarının kollektiv idarəçiliyini həyata keçirir. Əsərlərin kütləvi istifadəsinə və ya efir və kabel televiziyasında, o cümlədən retranslayasiya yolu ilə yayımına görə qonorarın alınmasını təmin etmək, xüsusi olaraq audiovizual əsər üçün yaradılmış musiqili əsərin müəllifi olan bəstəkarların, həmin audiovizual əsərin kütləvi ifası zamanı özünün musiqili əsərinin kütləvi ifasına görə müəllif qonorarı alınmasını təmin etmək, audiovizual əsər müəlliflərinin, ifaçıların və audiovizual əsər istehsalçılarının auidovizual əsərin gəlir götürmədən şəxsi məqsədlər üçün surəti çıxarılarkən qonorar almaq hüququnu həyata keçirmək Gildiyanın əsas fəaliyyət növüdür. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 41-ci maddəsinə əsasən müəlliflərin və əlaqəli hüquqların sahib lərinin əmlak hüquqlarının təmin edilməsini fərdi qaydada həyata keçirmək praktik olaraq mümkün olmadıqda (kütləvi ifa, o cümlədən radio vəteleviziyada; mexaniki, maqnit və s. yazılma üsulu ilə surətçıxarma, reprosurətçıxarma və başqa hallar) müvafiq qanunvericiliyə uyğun olaraq göstərilən şəxslərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradıla bilər. Onlar müvafiq qaydada dövlət qeydiyyatına alınırlar. Belə təşkilatlara əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini bilavasitə müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri könüllü olaraq yazılı müqavilələr əsasında və ya bu təşkilatlara üzv olmaqla verirlər. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yalnız qanunvericilikdə nəzərdə tutulan qaydada özlərinin əmlak hüquqlarının idarəçi liyini onlara həvalə etmiş müəllifləri və ya digər hüquq sahiblərini təmsil edirlər və onların hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə və ya digər təşkilatlara müraciət edə bilərlər. Həmin Qanunun 42-ci maddəsinə əsasən əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar öz səlahiyyətlərinə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 1) lisenziya verilən hallarda istifadəçi ilə qonorarın məbləğlərini və başqa şərtləri razılaşdırır; 2) idarə edilməsi ilə məşğul olduğu hüquqlardan istifadə üçün istifadəçilərə lisenziya verir; 3) lisenziya vermədən qonorar yığılması ilə məşğul olduğu hallarda (bu Qanunun 12-ci maddəsinin 4-cü hissəsi, 17-ci maddəsinin 3-cü hissəsi və 37ci maddəsinin 1-ci hissəsi) istifadəçilərləqonorarın məbləğlərini razılaşdırır; 4) lisenziya üzrə və (və ya) bu hissənin 3-cü bəndində nəzərdə tutulmuş qonorarı yığır; 5) yığılmış qonorarı onun təmsil etdiyi müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölüşdürür və ödəyir; 6) idarə etdiyi hüquqların qorunması üzrə vacib olan digər hüquqi hərəkətləri edir; 7) müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin verdiyi səlahiyyətlərə uyğun olaraq digər işləri həyata keçirir. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların əsərlərdən və əlaqəli hüquqların obyektlərindən istifadə edən şəxslərdən istifadə edilən əsərlər və gəlirləri haqqında müvafiq qaydada təsdiq olunmuş proqram və digər sənədlər almaq, həmçinin müəyyən olunmuş müddətdə qonorarı ödəməyi tələb etmək hüququ vardır. Həmin Qanunun 43-cü maddəsinə əsasən əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar aşağıdakı vəzifələri yerinə yetirir: 1) yığılmış qonorarı müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölmək və qanuni sahiblərinə ödəmək; bununla birlikdə təşkilatın yığılmış qonorardan qonorarın yığılmasına, bölünməsinə və ödənilməsinə çəkdiyi xərcləri ödəmək üçün lazım olan məbləği, həmçinin müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin razılığı və maraqları əsasında bu təşkilat tərəfindən yaradılan xüsusi fondlara yönəldilən məbləği çıxmaq hüququ vardır; 2)yığılan qonorarı bu hissənin 1-ci bəndində göstərilən məbləği çıxarmaqla, əsərlərin və əlaqəli hüquqların obyektlərinin faktik istifadəsinə uyğun şəkildə bölmək və müntəzəm olaraq ödəmək; 3) qonorarı ödəməklə birlikdə müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinə onların hüquqlarından istifadə barədə məlumat vermək; 4) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma illik haqq ödəmək. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlara əsərlərindən və əlaqəli hüquqların obyektlərindən istifadəyə görə qonorarı (42ci maddənin 1-ci hissəsinin 4-cü bəndi) yığmaq səlahiyyəti verməmiş müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin onlara çatası qonorarı tələb etmək, həmçinin özlərinin bu təşkilat tərəfindən istifadəyə verilmiş əsərlərinin və əlaqəli hüquqların obyektlərini lisenziyadan çıxarmağı tələb etmək hüququ vardır. Həmin Qanunun 44-cü maddəsinə əsasən müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər. Həmin Qanunun 45-ci maddəsinə əsasən müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülkihüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər: 1) zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; 2) zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi; 3) hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə olunması; 4) pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi. Məhkəmə hüquq pozuntusu faktı sübut edildiyi halda vəkilə ödənilən haqq da daxil olmaqla hüquq sahibinin çəkdiyi ağlabatan xərclərin ödənilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Məhkəmə, həmçinin, hüquq pozuntusuna yol vermiş şəxsin bunu bilibbilməməsindən asılı olmayaraq pozuntulara görə həmin şəxsin müəllifə (digər hüquq sahibinə) və ya əlaqəli hüquqların sahibinə kompensasiya ödəməsi barədə qərar çıxara bilər. Müəllifin və ya əlaqəli hüquqların sahibinin hüquq pozuntusuna yol verən şəxsdən kompensasiya ilə yanaşı, ona məxsus olan əsərdən və ya digər əqli mülkiyyət hüququ obyektindən normal istifadə zamanı əldə edə biləcəyi qonorarın ödənilməsini də tələb etmək hüququ vardır. Yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə, o cümlədən iddiaçının Nizamnaməsinə əsasən, müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək, o cümlədən müəlliflik hüquqlarının pozulması nəticəsində dəymiş zərəri və ya əldə edilmiş gəliri, həmçinin kompensasiya ödənilməsini tələb etmək hüquqları vardır. Bundan əlavə, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların əsas vəzifəsi və funksiyası lisenziya verməkdən və qonorar toplamaqdan ibarətdir. Göründüyü kimi iddiaçının nə nizamnamə ilə, nə də qanunla retranslyasiyanı həyata keçirən təşkilatın bütün fəaliyyətinin dayandırılmasının tələb etmək hüquq yoxdur. Belə ki, iddiaçı müəlliflərin və əlaqəli hüquqların sahibləri tərəfindən ona həvalə edilən əmlak hüquqlarının müdafiəsi məqsədi ilə müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb edən,o cümlədən müəlliflik hüquqlarının pozulması nəticəsində dəymiş zərəri və ya əldə edilmiş gəliri, həmçinin kompensasiya ödənilməsini tələb edən iddialarla məhkəməyə müraciət edə bilər. Cavabdeh” MMC-ni n fəaliyyəti isə yalnız iddiaçının idarəçiliyini həyata keçirdiyi kollektiv hüquqların müəlliflərinin əsərlərini nümayiş etdirməkdən ibarət deyil. Belə olan halda isə iddiaçı konkret olaraq müdafiə etdiyi əsərlərin dəqiq siyahısını təqdim etməli, həmin siyahıda olan hansı əsərlərin faktiki olaraq (dəqiq tarix, vaxt və kanal göstərilməklə) nə vaxt retranslyasiya edildiyini göstərərək müəlliflik hüquqlarının pozulması nəticəsində dəymiş zərəri və ya əldə edilmiş gəliri, həmçinin kompensasiya ödənilməsini tələb etmək hüququ vardır. Həmçinin iddiaçı cavabdehin müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərinin dayandırılmasını tələb edə bilər ki, bunun üçün də yuxarıda qeyd edildiyi kimi konkret olaraq müdafiə etdiyi əsərlərin dəqiq siyahısını təqdi m etməlidir. Lakin iddiaçı hazırkı iş üzrə cavabdehin bütün fəaliyyətinin dayandırılmasını tələb edir ki, yuxarıda qeyd olunan normaların tələbi baxımından bunu tələb etməyə səlahiyyəti yoxdur. İddiaçı isə hazırkı iş üzrə konkret olaraq müdafiə etdiyi hansı əsərlərin faktiki olaraq (dəqiq tarix, vaxt və kanal göstərilməklə) cavabdeh tərəfindən nə vaxt retranslyasiya edilməsinə, bununla da müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin edilməsinə dair sübut məhkəməyə təqdim etməmişdir. Lakin işə baxan məhkəmə yuxarıda sadalanan normaların tələblərini nəzərə almadan hesab etmişdir ki, ilkin və təkrar yayımcı olmasından asılı olmayaraq, audiovizual əsərlərin efir və kabel televiziyası ilə yayımlanmasını, kütləvi nümayişini həyata keçirən, tabeliy indən və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər müəllif qonorarı ödəməlidirlər. Cavabdehin müvafiq müqavilə bağlamadan TV kanallarınnı retranslyasiyasını həyata keçirməsi müəllif hüquqlarınnı pozulması ilə həyata keçirildiyindən cavabdeh tərəfindən TV kanallarının retranslyasiyasının həyata keçirilməsi qadağan edilməlidir. Bundan əlavə, kompensasiyanın ödənilməsi kimi cavabdehdən 1000 manat məbləğin tutulması ağlabatan və ədalətlidir. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, “Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir...Konkret mülki işin baxılması və həll edilməsi zamanı həqiqətin müəyyən edilməli olması heç kim tərəfindən və heç bir zaman inkar edilməmişdir. Bu inkar olunarsa, mülki işlərin baxılması və həll edilməsi zamanı tətbiq edilən "ədalət mühakiməsi" anlayışı öz mənasını itirmiş olar... Mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, on lar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Halbuki, işə baxan apellyasiya instansiya məhkəməsi işin hallarını araşdırarkən yuxarıda sadalanan hüquq normalarının tələblərini pozmuşdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tə rəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. AR MPM-nin 417.1.3-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.2-ci maddəsinə əsasən, bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Bütün yuxarıda göstərilən sadalananlara əsasən Ali Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, cavabdehin kassasiya şikayəti təmin edilməli, a pellyasiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, apellyasiya məhkəməsinin qətnaməsi qalan hissədə, yəni iddia tələbinin təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi məhkəmə kolegiyasının yuxarıda qeyd olunan mövqeyi nəzərə alınmaqla işə obyektiv və ədalətli baxmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.3., 418420-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan X2 İctimai Birliyinin kassasiya şikayəti təmin edilməsin. Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-87/2019 saylı 30 yanvar 2019-cu il tarixli qətnaməsi qismən, iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-87/2019 saylı 30 yanvar 2019-cu il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar