Məhkəmə qərarları › İş №2-2(102)-268/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-268/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-268/2021 18.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi üzrə borcun tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əma nətlərin Sığortalanması Fondu tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 09 mart tarixli 2-2(103)-312/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. 2015-ci il 9 dekabr tarixli, 156/15 saylı İddiaçı ASC (bundan sonra - borcverən) ilə Cavabdeh (bundan sonra - borcalan) arasında bağlanmış kredit müqaviləsinin 1-ci bəndində əsasən borc verən borc alana 388.279,00 avro məbləğində 2016-cı il 9 dekabr tarixinədək illik 12% ödənilmək şərtilə avadanlıq alınması məqsədilə kredit verir.

2. Həmin müqavilənin 2-ci bəndinə əsasən kredit borc verən tərəfindən xəzinədən nağd və ya köçürülmə yolu ilə verilir. Borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini həmin müqavilənin tərkib his səsi olan ödəniş qrafikinə (1 nömrəli Əlavə) uyğun olaraq həyata keçirir. Borcalan kredit və ya ona hesablanamış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 24% faizi ödəyir. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. 3. 2019-cu il 6 avqust tarixli, **********308 saylı maliyyə araışından görünür ki, borcalannın kredit müqaviləsinə əsasən kredit öhdəliyi üzrə əsas borcu 28.493 avro, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 6307 avro, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə 0 manat, kredit üzrə müddət bitəndən sora Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasə hesablanan 5% faiz borcu 3.659,04 avro müqavilən in tələbləri əsasında yaranan ümumi borc 38.459,04 avro təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı borcverənin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu borcalana qarşı pul tələbinə dair iddia ərizəsi ilə 2019-cu il 3 sentyabr tarixdə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 28.493 (iyirmi səkkiz min dörd yüz doxsan üç) avro məbləğində əsas borc, 6.307 (altı min üç yüz yeddi) avro faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 3.659,04 avro faiz borcu olmaqla, cəmi 38.459,04 (otuz səkkzi min dörd yüz əlli doqquz avro dörd sent) avro məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edi lməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ləğv prosesində olan borcverən ilə cavabdeh borcalan arasında bağlanmış 2015-ci il 9 dekabr tarixli, 156/15 saylı kredit müqaviləsinə əsasən, cavabdeh avadanlıq alınması məqsədi ilə verilmiş krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. Lakin cavabdeh borcalan kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun 2019-cu il 3 iyul tarixə hesablanmış banka ödənilməmiş pul borcu 28.493 EUR (iyirmi səkkiz min dörd yüz doxsan üç avro) əsas borc, müddət sonuna hesablanan 6.307 EUR (altı min üç yüz yeddi avro) faiz, Konstitusiya Məhkəməsinin Plenumum qərarına əsasən hesablanan 3.659,04 EUR (üç min altı yüz əlli doqquz avro, 04 sent) borc olmaqla, cəmi 38.459,04 EUR (otuz səkkiz min dörd yüz əlli doqquz avro, 04 sent) təşkil edir. Bu borc məbləği isə §4-də göstərilən məbləğ ilə eynilik təşkil edir. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 1 noyabr tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi qərara alınmışdır.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 10 yanvar tarixli, 30427 saylı ekspert rəyində cavabdehin 2015-cı il 9 dekabr tarixli, 156/15 saylı kredit müqaviləsi üzrə 2016-cı il 9 dekabr tarixə iddiaçıya olan əsas borcunun 328.230.24 avro, faiz borcunun 9.190,45 avro, bu kredit müqaviləsi üzrə 2019cu il 6 avqust tarixə isə əsas borcunun 16.297,71 avro, faiz borcunun 1.665,99 avro, ekspertiza xərcinin isə 100 manat təşkil etdiyi göstərilib.

8. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 19 avqust tarixli qərardadı ilə təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi qərara alınmışdır.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 15 sentyabr tarixli, 9/3254 saylı ekspert rəyində isə bildirilmişdir ki, cavabdehin 2015-cı il 9 deka br tarixli, 156/15 saylı kredit müqaviləsi üzrə 2016-cı il 9 dekabr tarixə iddiaçıya olan əsas borcu 328.230.24 avro, faiz borcu 9.190,45 avrodur. Həmin kredit müqaviləsi 03 iyul 2019-cu il 3 iyul tarixə isə əsas borcu 16.297,71 avro, faiz borcu 1591,29 avrodur. Ekspertiza xərci 100 manat təşkil edir.

10. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 30 oktyabr tarixli, e-2-2(113)425/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir (hakim A.Əliyeva).

11. Məhkəmə hesab etmişdir, cavabdehdən 16297,71 avro əsas borc, 9.190,45 (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində faiz borcu 9.190,45 avro məbləğində müəyyən edilmişdir) avro faiz borcu hesablanmasına baxmayaraq iddiaçının iddia ərizəsində və maliyyə arayışında faiz borcu 6307 avro məbləğində tələb olunduğundan məhkəmə cavabdehdən faiz borcunun 6307 avro məbləğində tutulmalı olduğunu hesab etmişdir.

12. İddia ərizəsinin öhdəliyin gecikdirməsi nəticəsində yaranmış 3.659,04 avro məbləğində pulun tutulması hissəsi ilə bağlı məhkəmə hesab etmişdir ki, məhkəmə ekspertiza mərkəzinin 2020-ci il 15 sentyabr tarixli rəyinə əsasən, iddia tələbi bu hissədə də qismən təmin edilməklə faiz borcu 1591,29 avro məbləğində müəyyən olunmalıdır.

13. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 2014-cü il 24 dekabr tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanad ək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir

14. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 386, 442, 443.1, 448.1, 449.4, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77, 88, 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

15. Həmin qətnamədən iddiaçı bank apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinivə iddianın tam təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apelyasiya Məhkəməsinin 2021-ci il 09 mart tarixli 2-2(103)-312/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-22(113)-425/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 2020-ci il 30 oktyabr tarixli qətnaməsi əsas borcun və illik 5%-lə hesablanan faiz borcunun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – C.Yusifov və V.Baxışova).

17. Bu məhkəmə birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, əsas borcun və illik 5%-lə hesablanan faiz borcunun məbləği ekspert rəyi ilə müəyyən olunur. Həmin rəyin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsas ları MPM-in 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmış və tədqiqat prosesi rəydə müfəssəl təsvir olunmuşdur. İddiaçı isə ekspert rəyinin qeyri-dəqiq olmasını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

18. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 445.7, 739-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın tam təmin edilməsi ba rədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

20. Apellyasiya instansiya məhkəməsi iş üzrə qətnamə çıxararkən tərəflər arasında bağlanan kredit müqaviləsinin 2.5-ci bəndini nəzərə almamışdır. Belə ki, bu bəndə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 24% faizi ödəyir. Lakin məhkəmə qətnamə qəbul edərkən cavabdehdən tələb etdiyimiz 28.493 avro əsas borc və kredit müqaviləsi bitəndən so nra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləği olan 1591.29 avro borcunu tam təmin etməmişdir.

21. Qeyd olunanların nəzərə alınması, bu hissədə məhkəmənin gəldiyi nəticənin səhv olması və həmin hissədə ləğv edilməsi zəruriliyi bildirilmiş, cavabdehin iddiaçıya kredit müqaviləsi üzrə olan borcunun tərkib hissələri olan 16.297,71 avro əsas borc və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 1591,29 avro faiz məbləğinin tutulmasının təmin edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı tərəf etiraz təqdim etməmi şdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı

23. İddiaçının vəkili Vəkil kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

24. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.

25. MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.

26. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. İş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən mübahisələndiriyinə görə hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxla yarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....”. Maddə

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası günün ü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....”. Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....”. Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikd irmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....”. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....”. Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqd an boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zə rərin əvəzini ödəməyi tələb edə bilər. 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olara q peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Qərarı İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 mart tarixli, 2-2(103)-312/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

27. Apellyasiya Məhk əməsi iş materiallarını araşdıraraq belə nəticəyə gəlmişdir ki, əsas borcun və illik 5%-lə hesablanan faiz borcunun məbləği ekspert rəyi ilə müəyyən olunur. Həmin rəyin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları MPM-in 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Qeyd olunan məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmış və tədqiqat prosesi rəydə müfəssəl təsvir olunmuşdur. İddiaçı isə ekspert rəyinin qeyri-dəqiq olmasını bildirsə də, bununla bağlı sübutları təqdim etməm iş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir 28 İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.

29. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 15 sentyabr tarixli 9/3254 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, cavabdeh MMC-nin 09 dekabr 2015-cı il tarixli 156/15 saylı kredit müqaviləsi üzrə 09.12.2016-cı il tarixə ASC-yə olan əsas borcu 328230,24 avro, faiz borcu 9190,45 avro, həmin kredit müqaviləsi üzrə 03 iyul 2019-cu il tarixə isə əsas borcu 16.297,71 avro, faiz borcu 1591,29 avro təşkil edir.

30. MPM-in 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübut larla qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

31. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

32. Bununla yanaşı iddiaçı kassasiya şikayətində ekspert rəyi ilə də müəyyən olunmuş və məhkəmənin gəldiyi nəticə ilə eynilik təşkil edən faiz məbləğinin tutulmasının təmin edilməli olduğunu göstərmişdir.

34. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq norma larının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 mart tarixli, 2-2(103)312/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 mart tarixli, 22(103)-312/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar