Məhkəmə qərarları › İş №2-2(102)-268/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-268/2022

24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-268/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin cavabdeh X1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: faktorinq müqaviləsi üzrə yaranmış borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğludan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdeh X1 qarşı (Maraqlı şəxs MMC-ni üçüncü şəxs qismində cəlb etməklə) “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 dekabr tarixli 2-2(103)-1171/2021 saylı qətnaməsindən cavabdeh t ərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ

1. Müqavilədə “Faktor” adlandırılan İddiaçı ASC ilə (bundan sonra – “iddiaçı”) müqavilədə “Müştəri” adlandırılan X2 (bundan sonra – “cavabdeh”) arasında 2019-cu il 18 sentyabr tarixli, EXPF0120 nömrəli faktorinq müqaviləsi (bundan sonra - “faktorinq müqaviləsi”) bağlanmışdır. Həmin müqaviləyə görə faktorinq əməliyyatı üçün nəzərdə tutulan ”Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında faktor olaraq müştərinin üçüncü şəxsə (borcluya) qarşı olan pul tələbini güzəşt etməsi müqabilində müştəriyə “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən məbləğdə pul vəsaiti verməyi, müştəriyə maliyyə xidməti və kreditin idarə olunması üzrə xidmətlər göstərməyi, müştəri isə öz növbəsin də üçüncü şəxsə (borcluya) qarşı olan pul tələbini faktora güzəşt etməyi öhdəsinə götürür. Bu xidmətə əsasən faktora güzəşt edilən pul tələbinin miqdarı “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən məbləği təşkil edir. Faktorinq üzrə güzəşt olunan məbləğ, onun maliyyələşdirilən hissəsi, komissiyanın hesablanması və ödənilməsi qaydası, istifadə və qüvvədə olma müddəti, valyutası, illik faiz dərəcəsi, gecikdirilmiş ödənişlər üzrə faizlər və bu kimi digər şərtlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunur.

2. Faktorinq müqaviləsinin 2.3.1-ci bəndinə əsasən, müştəriyə maliyyə xidmətinin göstərilməsi faktorun müştəriyə göstərdiyi xidmətə aiddir, yəni faktor bəyənilmiş debitor öhdəliyini satın-alır və ona görə də müştəriyə “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən məb ləğdə pul vəsaiti verir. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən, faktor kreditin idarə olunması üzrə xidməti göstərir, yəni alınmış debitor öhdəliklərinə münasibətdə kreditor qismində çıxış edir, borclu tərəfindən öhdəliklərinin icra edilməsini tələb edir, borcludan alınan maliyyə vəsaitini toplayır.

3. Cavabdehlə “X4” MMC (bundan sonra-“MMC”) arasında 2019-cu il 3 yanvar tarixli alqısatqı müqaviləsi bağlanmışdır. Müqavilədən görünür ki, satıcı cavabdeh istehsal etdiyi qidsa məhsullarından alıcının - MMC-nin mülkiyyətinə verməyi, alıcı isə həmin malın haqqını bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada ödəməyi öhdəsinə götürür. 4. 2019-cu il 10 oktyabr tarixli, EXPF0120/02 nömrəli maliyyələşdirmə üçün ərizədən (2019cu il 18 sentyabr tarixli EXPF0120 saylı faktorinq müqaviləsinə əsasən faktorinq əməliyyatı üzrə) görünür ki, müştəri cavabdeh, borclu (alıcı) MMC və faktor olmaqla 2020-ci il 7 fevral tarixinədək illik dərəcəsi 12% olmaqla gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faiz dərəcəsi: müddətin bitmə tarixindən sonra tətbiq edilən 27% (gündəlik 0,075%) olmaqla güzəşt edilən və maliyyələşdirilən məbləğ 20.770,38 manatdır (iş.v 83). (Xüsusi şərtlər-1. Hesab-fakturaların maliyyələşdirilən hissəsi 90%

2. Öhdəlik müqaviləsi: 2019-cu il 3 yanvar tarixli alğı-satqı müqaviləsi, 2019-cu il 10 oktyabr tarixli 003938 saylı elektron qaimə). 5. 2019-cu il 4 noyabr tarixli, EXPF0120/03 nömrəli maliyyələşdirmə üçün ərizədən (2019-cu il 18 sentyabr tarixli EXPF0120 saylı faktorinq müqaviləsinə əsasən faktorinq əməliyyatı üzrə) görünür ki, müştəri cavabdeh, borclu ( alıcı) MMC və faktor olmaqla 2020-ci il 3 mart tarixinədək illik dərəcəsi 12% olmaqla gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faiz dərəcəsi: müddətin bitmə tarixindən sonra tətbiq edilən 27% (gündəlik 0,075%) olmaqla güzəşt edilən və maliyyələşdirilən məbləğ 22.732,29 manatdır (iş.v81). (Xüsusi şərtlər –

1. Hesab fakturaların maliyyələşdirilən hissəsi 90%

2. Öhdəlik müqaviləsi: 2019-cu il tarixli 3 yanvar alğı-satqı müqaviləsi, 2019-cu il 4 noyabr tarixli 027571 saylı elektron qaimə) 6. 2019-cu il 10 oktyabr tarixli, EBAB seriyalı, 003938 nömrəli elektron qaimədən görünür ki, cavabdeh ümumilikdə ƏDV daxil 27.232,28 manat məbləğində malları alıcı üçüncü şəxsə satmışdır (iş.v71). 7. 2019-cu il 4 noyabr tarixli, EBAC seriyalı, 027571 nömrəli elektron qaimədən və eyni tarixli, 29067 5 nömrəli elektron vergi hesab-fakturasından görünür ki, cavabdeh ümumilikdə ƏDV daxil 29.804,56 manat məbləğində malları alıcı üçüncü şəxsə satmışdır (iş.v.69,70). 8. 2021-ci il 1 aprel tarixli, PB/PBL-OUT00434-2021 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin 2021-ci il 30 mart tarixə iddiaçı qarşısında kredit üzrə öhdəlikləri aşağıdakı kimidir (iş.v.68): a) EXPF0120/02 nömrəli kredit müqaviləsinə əsasən 5.498,17 manat əsas borc, 1.686,57 manat cərimə borcu olmaqla, cəmi 7.184,74 manat. (Gecikmə günün sayı – 416.) b) EXPF0120/03 nömrəli kredit müqaviləsinə əsasən 22732,29 manat əsas borc, 894,14 manat faiz borcu, 6598,05 manat cərimə borcu olmaqla, cəmi 30224,48 manat. (Gecikmə günün sayı – 391.)

9. Maraqlı şəxs MMC (bundan sonra – “üçüncü şəxs”) tərəfindən iddiaçıya göndərilmiş məktubdan görünür ki, 2021-ci il 9 aprel tarixə üçüncü şəxsin cavabdehə 2.323,91 manat borcu mövcud olmuşdur (iş.v.166).

10. İddiaçı tərəfindən cavabdehə 2020-ci il 29 iyun tarixdə “xəbərdarlıq” göndərilərək EXPF0120/02 və EXPF0120/03 nömrəli müqavilələrlə bağlı yaranmış mübahisənin həlli və bank qarşısında yaranmış öhdəliklərinin icrası üçün 7 iş günü möhlət verildiyi göstərilmişdir (iş.v.94). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı 2021-ci il 29 yanvar tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən EXPF0120/02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 5.498,17 manat əsas borc, 1.340,18 manat cərimə borcu olmaqla, cəmi 6.838,35 manat borcun, EXPF0120/03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 22.732,29 manat əsas borc, 894,14 manat faiz borcu, 5.165,91 manat cərimə borcu olmaqla, cəmi 28.792,34 manat borcun və 30 manat dövlət rüsumu kimi ödənilmiş vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Daha sonra iddiaçı 2021-ci il 2 aprel tarixində məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair iddia ərizəsinə əlavə ilə müraciət edərək, cavabdehdən EXPF0120/02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 5.498,17 manat əsas borc, 1.686,57 manat cərimə borcu olmaqla, cəmi 7.184,74 manat borcun, EXPF0120/03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 22.732,29 manat əsas borc, 894,14 manat faiz borcu, 6.598,05 manat cərimə borcu olmaqla, cəmi 30.224,48 manat borcun və 30 manat dövlət rüsumu kimi ödənilmiş vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul ol unmasını xahiş etmişdir (iş.v.67).

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında faktorinq xidmətinə dair ümumi şərtləri tənzimləyən faktorinq müqaviləsi bağlanmış, sonradan tərəflər arasında faktorinq müqaviləsi çərçivəsində 2019-cu il 10 oktyabr tarixli EXPF0120/02 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, cavabdehlə MMC arasında bağlanmış 2019-cu il 3 yanvar tarixli alqı-satqı müqaviləsi və 2019-cu il 10 oktyabr tarixli 003938 saylı elektron qaimə üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə cavabdehə faktor tərəfindən 2020-ci il 7 fevral tarixinədək illik faiz dərəcəsi 12% olmaqla, 20.770,38 manat məbləğində faktorinq limiti açılmışdır.

14. Eyni zamanda, tərəflər arasında faktorinq müqaviləsi çərçivəsində 20 19-cu il 4 noyabr tarixli EXPF0120/03 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, satıcı cavabdehlə alıcı MMC arasında bağlanmış 2019-cu il 3 yanvar tarixli alğı-satqı müqaviləsi və 2019-cu il 4 noyabr tarixli 027571 saylı elektron qaimə üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə faktor tərəfindən cavabdehə 2020-ci il 3 mart tarixinədək illik faiz dərəcəsi 12% olmaqla, 22.732,29 manat məbləğində faktorinq limiti açılmışdır. Lakin, Müştəri EXPF0120/02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 328 gün, EXPF0120/03 saylı maliyyələşdirmə üçün ərizə üzrə isə 303 gün ərzində müqavilə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Halbuki, faktorinq müqaviləsinin 3.4.5-ci maddəsinə əsasən, müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmək və onun pozulmasına yol verməmək müştərinin vəzifəsidir. Həmçinin, müqavilənin 5.10-cu bəndinə əsasən faktor maliyyələşdirilmiş pul tələbi borclu tərəfindən ödənilmədiyi halda, həmin məbləğin müştəri tərəfindən ödənilməsini reqress qaydasında tələb etmək və həmin məbləği müştərinin bütün hesablarından silmək və ya məhkəmə qaydasında tələb etmək hüququna malikdir.

15. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 21, 385.1, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2, 655-ci maddələrinə istinad edilmişdir.

16. İddia ərizəsinə qarşı etiraz təqdim olunmamışdır.

17. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 18 may tarixli, e-2-2(113)-1166/2021 saylı qətnaməsi i lə iddia tələbi qismən-cavabdehdən EXPF0120/02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 5.498,17 manat əsas borc, 201,83 manat cərimə borcu olmaqla, cəmi 5.700 manat və EXPF0120/03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 22.732,29 manat əsas borc, 894,14 manat faiz borcu, 873,57 manat cərimə borcu olmaqla, cəmi 24.500 manat və dövlət rüsumu kimi ödənilmiş 24,21 manat məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilmişdir (hakim – E.Əliyev).

18. Həmin məhkəmə nəticəyə gələrkən işin yuxarıda (bax §1-10) qeyd olunan hallarına MMin 385.1, 386.1, 442, 655.1, 655.3, 655.4, 655.5, 655.6-cı maddələrinin tələbləri baxımından qiymət verərək belə nəticəyə gəlmişdir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yer inə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.

19. Məhkəmə tələb olunan cərimə məbləğinə MM-nin 462 və 467-ci maddələrinin tələbələrinə nəzərə alaraq, iddia olunan cərimə məbləğini tənasübsüz şəkildə yüksək qiymətləndirmiş, həmin məbləğləri azaldılaraq EXPF0120/02 saylı maliyyələşdirmə ərizəsi üzrə 201,83 manat, EXPF0120/03 saylı maliyyələşdirmə ərizəsi üzrə 873,57 manat məbləğində müəyyən etmişdir..

20. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 dekabr tarixli, 22(103)-1171/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər V.Baxışova (sədrlik edən və məruzəçi), R.Qurbanov və V.Məmmədov).

22. Apellyasiya instansiyası məhkəməsi MM-in 390.1, 655.1, 655.3-cü maddələrinə istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında faktorinq müqaviləsi bağlansa da, müqavilənin 5.10-cu bəndində faktor maliyyələşdirilmiş pul tələbi borclu tərəfindən ödənilmədiyi halda,həmin məbləğin müştəri tərəfindən ödənilməsini reqress qaydada tələb etmək və həmin məbləği müştərinin bütün hesablarından akseptsiz qaydada silmək və (və ya) məhkəmə qaydasında tələb etmək hüququna malik olması nəzərdə tutulmuşdur.

23. Mübahisəli borc MMC tərəfindən malların cavabdehə geri qaytarılması əsas gətirilərək ödənilməmişdir. Belə olan halda, iddiaçı cavabdehlə bağlanmış müqavilənin 5.10-cu bəndinə əsasən maliyyələşdirilmiş pul məbləğinin müştəridən, yəni cavabdehdən tutulması barədə tələb irəli sürməkdə haqlı olmuşdur.

24. Faktorinq müqaviləsinin 1-ci bəndində qeyd olunmuşdur ki, faktorinq üzrə güzəşt olunan məbləğ, onun maliyyələşdirilən hissəsi, illik faiz dərəcəsi, gecikdirilmiş ödənişlər üzrə faizlər və s. “Maliyyələşdirmə üçün ərizə forması” ilə müəyyən olunacaq. Maliyyələşdirmə üzrə ərizə formalarında nəzərdə tutulmuş müddətlər bitdikdən sonra ödənilməli olan məbləğə gündəlik 0,075 % cərimə tətbiq edilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən şərtə əsasən cərimə tələbinin təmin edildiyi hissədə qətnamə qanuni və əsaslı olmuşdur.

25. Cavabdeh apellyasiya şikayətinə əlavədə iddianın əsası kimi istinad edilmiş faktorinq müqaviləsinin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun gəlməməsi, müqavilənin 5.10-cu bəndinin MM-nin tələblərinə uyğun olmaması əsası ilə məhkəmə tərəfindən müqaviləyə etibarsız əqd kimi hüquqi qiymət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.10-cu bəndində mülki qanunvericiliyin tələblərinə zidd olan hər hansı şərt nəzərdə tutulmadığından və müqaviləyə həmin şərtin daxil edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsində nəzərdə tutulmuş müqavilə azadlığı prinsipinə uyğun olduğundan, cavabdehin göstərilən dəlili əsassız olmuşdur.

26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2021-ci il 30 dekabr tarixində iş üzrə cavabdehə və eyni tarixdə iddiaçı və üçüncü şəxsin nümayəndələrinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.

27. Həmin qətnamədən cavabdeh 2022-ci il 28 fevral tarixində kassasiya şikayəti verərək onun ləğv, iddia tələblərinin rədd edilməsi, bu mümkün olmadıqda isə işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra mətndəKM Plenumunun) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarının göstərişləri nəzərə alınmamışdır. Həmin qərara görə hər-hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün ilk növbədə istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericiliklə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Bu hüquqi mövqeyə əsasən, hər-hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin iştirakı, onların arasında iradə ifadəsi və vahidliyin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hazırki halda isə, iddia tələbinin ümumiyyətlə hüquqi əsasının olub-olmaması məhkəmə tərəfindən araşdırılmamış, istinad olunan Qərarın müddəaları pozulmuşdur. Belə ki, mübahisə əqddən irəli gələn öhdəliklə bağlı olduğundan məhk əmə tərəfindən həmin əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün qanunvericiliklə müəyyən edilmi qayda və şərtlərə uyğun bağlanılıb-bağlanılmaması araşdırılmalı idi.

29. MM-nin 337.3, 337.4-cü maddələrinin tələbləri pozulmuşdur. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki, əqdin etibarsız olması, onun nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə hüquq və öhdəliklərin yaranmaması deməkdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesinin ilk addımı iddiaçının tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülən iddi a tələbinin qanuni əsası yoxdursa və ya istinad olunan faktiki hallar bu qanuni əsasın dispozisiya əlamətləri ilə uzlaşmırsa məhkəmə üçün hüquqi dəyərləndirmə artıq burada başa çatmış sayılmalıdır. Hazırki halda, iddiaçının irəli sürdüyü faktiki hallar da onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamışdır.

30. MM-nin 655.1-ci maddəsinin tələbi pozulmuşdur. MM-də nəzərdə tutulan faktorinq müqaviləsinin məzmunundan irəli gələn faktorinq əməliyyatının məqsədi pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. İddiaçının əsaslandığı müqavilə şərti isə qanunvericiliklə nəzərdə tutulmuş məzmuna zidd olmuşdur. Belə ki, müştərinin faktora öz pul tələbi hüququnu güzəşt etməklə yanaşı, eyni zamanda həm də faktor qarşısında pul öhdəliyini icra etməli olması məqsə dəmüvafiq deyildir. Halbuki, faktor bəyənilmiş debitor öhdəliyini müştəridən birdəfəlik satın almaq barədə iradə ifadəsini müqavilədə bəyan etmişdir. İddiaçının pul tələbi hüququnu həm cavabdehdən alması, həm də bu tələbin icrasını cavabdehdən tələb etməsi müqavilənin məzmununa birbaşa ziddir. 2018-ci il 18 sentyabr tarixli faktorinq müqaviləsinin 6.4-cü bəndində müştərinin faktor tərəfindən satın alınmış debitor öhdəliklər üzrə ödənişlərin təyin edilməsi və toplanması hüququnun yalnız faktora məxsus olduğunu qəbul etməsi göstərilmişdir. Bu səbəbdən, faktor ona güzəşt edilmiş debitor öhdəliklər üzrə qanunvericiliklə müəyyən edilmiş bütün hüquqi proseduraları başlaya, o cümlədən borcluya qarşı iddiaçı qismində çıxış edə bilərdi.

31. MM-nin 390-cı maddəsi düzgün tətbiq olunmamışdır. Məhkəmə faktorinq müqaviləsinə 5.10-cu bənddə nəzərdə tutulmuş şərtin daxil edilməsini MM-nin 390-cı maddəsində nəzərdə tutulmuş müqavilə azadlığı prinsipi ilə əlaqələndirərək, müqaviləyə etibarsız əqd kimi hüquqi qiymət verilməsindən imtina etməklə həmin maddəni düzgün tətbiq etməmişdir. Belə ki, həmin normadan görünür ki, fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilmək azadılığının olması, heç bir halda MM-ə zidd olan, eləcə də digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş və tərəflər üçün məcburi qaydalara uyğun gəlməyən şərtlərlə müqavilə bağlanmasının qanunla yolverilən olması anlamına gəlmir.

32. MPM-in 9.1-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə qərar qəbul edərkən faktlara deyil, yalnız fərziyyələrə əsaslanmışdır. Belə ki, m əhkəmə əsl borclu olan MMC-nin nümayəndəsinin heç bir mötəbər dəlil göstərmədən məhkəmə iclasında “cavabdehdən alınan malların geri qaytarılması səbəbindən üçüncü şəxs tərəfindən banka hər hansı ödəniş həyata keçirilməməsi” barədə verdiyi izahata üstünlük verməklə tərəflərin bərabərliyi prinsipini pozmuşdur.

33. MPM-in 77.1-ci maddəsinin tələbi pozulmuşdur. Borcun ilkin olaraq 3-cü şəxsdəmn qanunvericiliklə müəyyən edilmiş (faktor olaraq iddiaçıya güzəşt edilmiş debitor öhdəliklər üzrə) hüquqi prosedurlara dair bütün zəruri addımları lazımi qaydada atmaqla tələb edilməsi iddiaçı tərəfindən sübuta yetirilməmişdir.

34. MPM-in 217.1, 217.2, 217.3-cü maddələrinin tələbləri pozulmuşdur. Qətnamə işin faktiki hallarına və tərəflər arasında qarşılıqlı münasibətlərə uyğun olmamışdır. Belə ki, satıc ı, yəni cavabdeh 2019-cu il 3 yanvar tarixli alqı-satqı müqaviləsində təsbit edilmiş öhdəliyini lazımi qaydada icra edərək, müvafiq elektron qaimələrdə göstərilmiş məbləğdə istehsal etdiyi qida mahsullarını alıcı - MMC nin mülkiyyətinə vermiş, həmçinin 2019-cu il 18 sentyabr tarixli faktorinq müqaviləsinə əsasən MMC-yə qarşı olan pul tələbini borclunun razılığı ilə faktora güzəşt etmişdir. Satıcı tərəfindən faktora güzəşt edilən borc tələbi, satıcı müvafiq məbləğdə məhsulun alıcı tərəfindən qəbul olunduğunu təsdiq edən elektron qaimələri faktora təqdim etdikdən sonra faktor tərəfindən maliyyələşdirilmişdir. Odur ki, cavabdeh müqavilə şərtlərinə əsasən öz üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirdiyindən, hazırda faktor iddia etdiyi borc məbləğini ondan, yəni satıcıdan deyil, bo rcludan-yəni MMC-dən tələb etməlidir. Belə ki, 2019-cu il 18 sentyabr tarixli, EXPF0120 nömrəli Faktorinq müqaviləsinin 2.3-cü bəndinə əsasən faktorun müştəriyə göstərdiyi xidmətlərə aiddir: müştəriyə maliyyə xidmətinin göstərilməsi, yəni faktor bəyənilmiş debitor öhdəliyini satın alır və ona görə də müştəriyə "Maliyyələşdirmə üçün ərizə" formasında göstərilən məbləğdə pul vəsaiti verir; faktor kreditin idarə olunması üzrə xidməti göstərir, yəni alınmış debitor öhdəliklərinə münasibətdə kreditor qismində çıxış edir, borclu tərəfindən öhdəliklərinin icra edilməsini tələb edir, borcludan alınan maliyyə vəsaitini toplayır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. İddiaçı ilə cavabdeh arasında faktorinq müqaviləsi mülki qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun, səla hiyyətli şəxslərin iştirakı və imzası təmin edilməklə, onların arasında iradə ifadəsinin bildirilməsi, müqavilənin forma və məzmununa dair müəyyən edilmiş tələblərə riayət edilməklə bağlanmışdır. Faktorinq müqaviləsi ilə müəyyən edilmişdir ki, faktor maliyyələşdirilmiş pul tələbi borclu tərəfindən ödənilmədiyi halda həmin məbləğin müştəri tərəfindən ödənilməsini reqress qaydada tələb etmək və həmin məbləği müştərinin bütün hesablarından akseptsiz qaydada silmək və/və ya məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Göründüyü kimi tərəflər arasında “reqress hüquqlu” müqavilə bağlanmışdır. Hazırda isə, cavabdeh bu şərtin müqaviləyə daxil edilməsini qanunvericiliyə uyğun hesab etmir. Halbuki, MMnin 655-657-ci maddələrində faktorinq müqaviləsinin məzmun və şərtlərinə dair hər-hansı xüsusi şərtlər, məhdudlaşdırıcı və imperativ normalar müəyyən edilməmişdir. Kassasiya şikayətində faktorinq müqaviləsinə etibarsız və əhəmiyyətsiz əqd kimi hüquqi qiymət verilməsi tələb olunsa da, etibarsızlığın nədə ifadə olunması, faktorinq müqaviləsi üçün mülki qanunvericiliklə müəyyən edilmiş hansı imperativ qayda və şərtlərə əməl edilmədiyi konkret olaraq göstərilməmiş və əsaslandırılmamışdır.

36. İşin materiallarında olan iddiaçı tərəfindən MMC-yə ünvanlanmış 2021-ci il 27 yanvar tarixli məktubundan görünür ki, 2019-cu il 3 yanvar tarixli müqavilə üzrə mövcud borc haqqında məlumat verilməsi xahiş olunmuş, MMC-nin cavab məktubunda 2021-ci il 9 aprel tarixə cavabdehə olan borcun 2323,91 manat təşkil etdiyi, 2021-ci il 16 mart tarixdə cavabdehlə üzləşmə aktının imzalanmdığı və MMC tərəfindən borc malların cavabdehə geri qaytarılması əsası ilə iddiaçıya ödənilmədiyi göstərilmişdir. Belə olan halda, iddiaçı faktorinq müqaviləsinin 3.1.7 və 5.10-cu bəndlərində müəyyən edilmiş hüquqlarından istifadə edərək cavabdehə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, faktorinq müqavilasinin 3.4.2, 3.4.3 və 3.4.9-cu bəndlərinin tələblərinə asasən, müştəri borclu ilə aralarında tələblərin güzəştini qadağan edən və ya mahdudlaşdıran hər hansı bir razılaşmanın olmamasına zəmanət verməli, güzəşt edilən tələblərin real olmasına və qanuni sənədlərə asaslanmasına təminat verməli, faktora güzəşt edilmiş pul tələbinin etibarlılığı üçün məsuliyyət daşımalıdır. Lakin MMC tərəfindən malların cavabdehə geri qaytarılması va tərəflər arasında 2021-ci il 16 mart tar ixli üzləşma aktının imzalanması ilə güzəşt edilən pul tələbi artıq mövcud olmamışdır. Bu baxımdan iddiaçının ona güzəşt edilmiş debitor öhdəlikləri üzrə borcun ilkin olaraq MMC-dən tələb etməli və ona qarşı iddia qaldırmalı olması ilə bağlı cavabdehin kassasiya şikayətinin dəlili də əsassızdır. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

37. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

38. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

39. Kassasiya instansiyası məhkəməsi tərəf indən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

40. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əm ələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu süb uta yetirməyə borclu deyildir....” “Maddə

465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

655. Faktorinq müqaviləsi 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür.... 655.3. Müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. 655.4. Faktorun faktorinq müqavilə si üzrə öhdəliklərinə müştəri üçün mühasibat uçotunun aparılması, habelə müştəriyə güzəşt predmeti olan pul tələbləri ilə bağlı digər maliyyə xidmətlərinin göstərilməsi də daxil ola bilər. 655.5. Faktorinq müqaviləsi yazılı formada bağlanır. 655.6. Faktorinq müqavilələrini faktor kimi banklar və digər kredit təşkilatları, habelə bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan başqa kommersiya təşkilatları bağlaya bilərlər.”

41. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır”. “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

407. Kas sasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər..... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir”. “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən halla ra yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.....” “Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları.... 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin”. IV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. İşdəki sübutlar ətraflı ar aşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir.

43. Kollegiya cavabdehin kassasiya şikayətinin §28-31-də qeyd edilən və apellyasiya şikayəti ilə eyni məzmunlu dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi (bax yuxarıda § 26) ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında faktorinq müqaviləsi mülki qanunvericiliklə müəyyən edilmiş qayda və şərtlərə uyğun, səlahiyyətli şəxslərin iştirakı və imzası ilə, müqavilənin forma və məzmununa dair müəyyən edilmiş tələblərə riayət edilməklə bağlanmışdır.

44. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə s əbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

45. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandı ğı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər (KM Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 2021-ci il 2 aprel tarixli Qərarı)

46. Baxılan iş üzrə tərflər arasında sözügedən faktorinq müqaviləsi bağlanarkən cavabdehin iradə ifadəsinin zədələnməsini təsdiq edən sübutlar işə baxan məhkəmələrə təqdim edilməmişdir. MPM-in 14.2, 77.1-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 4

7. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassmasiya şikayətinin qeyd edilən dəlilləri apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas deyil.

48. Kassasiya şikayətinin §32-də göstərilən dəlil ilə bağlı qeyd edilməlidir ki, mülki qanunvericiliyin tələbinə görə faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür.

49. Hazırkı halda, tərəflər arasında bağlanmış faktorinq müqaviləsinin 5.10-cu bəndinə əsasən faktor maliyyələşdirilmiş pul tələbi borclu tərəfindən ödənilmədiyi halda həmin məbləğin müştəri tərəfindən ödənilməsini reqress qaydada tələb etmək və həmin məbləği müştərinin bütün hesablarından akseptsiz qaydada silmək və (və ya) məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Maliyyələşdirilmiş pul tələbinin MMC tərəfindən malların cavabdehə geri qaytarılması əsası ilə iddiaçıya ödənilməməsi işə baxan məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz haldır. Belə olan halda, iddiaçının ona güzəşt edilmiş öhdəliklərin icrasının ilkin olaraq MMC-dən tələb edilməli olmasına və iddia tələbinin MMC-yə qarşı qaldırılmalı olmasına dair kassasiya şikayətinin dəlili əsassızdır.

50. Kassasiya şikayətinin §33-34-də göstərilən, prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77.1, 80, 88-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

51. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

52. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 dekabr tarixli, 2-2(103)-1171/2021 saylı qətnaməsi cavabdehin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: K.N.Abiyeva İ.A.Dadaşov B.F.Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar