Məhkəmə qərarları › İş №2-2(102)-268/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-268/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İca
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-268/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı x1 Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi, icarə haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçıx1 Cavabdeh MMC-yə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 27 dekabr tarixli, 2-2(103)-1207/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İcarəyəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi Cavabdeh ASC arasında özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 2020-ci il 11 sentyabr tarixli 65 nömrəli müqavilə (bundan sonra-“icarə müqaviləsi”) bağlanmışdır. Həmin müqavilənin: -1.1-ci bəndinə əsasən icarəyəverənin icarəyə verdiyi xx ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 6.393.0 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir; -1.2-ci bəndinə əsasən torpaq sahəsinin təyinatı, planı, ölçüləri və sərhədləri müqavilənin ayrılmaz hissəsi hesab e dilən müvafiq sərəncam, baş plan, texniki pasport və ya inşaat pasportunda göstərilir. İcarəçi qeyd olunan sənədlərdə göstərilən torpaq sahəsinin sərhədlərini və ölçülərini özbaşına dəyişdirə bilməz; -3.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarə haqqı aşağıdakı qaydada hesablanır: - torpaq sahəsinin illik icarə haqqı 42000.0 manat; aylıq icarə haqqı 3500.0 manat; -3.2-ci bəndinə əsasən icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10-dan gec olmayaraq,x1 (VÖEN **********) Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53NABZ ******************** saylı hesabına (kod 501004, müxbir hesabı AZ74NABZ ********************, VÖEN **********, S.W.İ.F.T. bik: NABZAZ2C) ödənilməlidir. -3.3-cü bəndinə əsasən dövlət tərəfindən müəyyən edilmiş icarə haqqının minimum hədləri dəyişdirildikdə icarə haqqının məbləğ i yeni tariflər tərtib edilməklə hesablanır; -Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə ilə icarə müddəti 2020-ci il 11 sentyabr tarixdən 2022-ci il 11 sentyabr tarixədək müəyyən edilir. -4.2-ci bəndinə əsasən müqavilə müddətinin başa çatmasından 1 ay əvvəl onun uzadılması haqqında icarəçi tərəfindən yazılı bildiriş təqdim edilmədikdə icarəyə verən tərəfindən müqaviləyə xitam verilə bilər;

2. Cavabdeh ASC-nin şəxsi hesab vərəqəsindən görünür ki, 2024-cü il 31 iyul tarixinə 85.810 manat məbləğində icarə haqqı borcu mövcuddur.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanaraq icarə haqqı borcunun 7 iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. 4. 2024-cü il 13 iyun və 2024-cü il 6 avqust tarixlərində Cavabdeh MMC tərəfindən xx ünvanında yerləşən dövlət mülkiyyətində olan 6.393,0 kv.m. torpaq sahəsinin icarəsinə dair yeni müqavilənin bağlanmasının təklif edilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciətlər ünvanlanmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2022-ci il 31 iyul-2024-cü il 31 iyul tarixləri üzrə ödənilməli olan 84.000 (səksən dörd min) manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış icarə müqaviləsinin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. Bundan əvvəl Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 5 avqust tarixli e-2-2(113)-2006/2022 nömrəli qətnaməsi ilə hazırkı icarə müqaviləsi üzrə yaranmış icarə haqqı borcunun ödənilməsi ilə bağlı iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin iddiası təmin edilərək, cavabdehdən 2022-ci il 31 iyul tarixə yaranmış 32.000 manat (otuz iki min) manat məbləğində icarə haqqı borcu Xidmətin xeyrinə tutulmuşdur. Müqavilə ləğv edilmədiyindən, hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə 2022-ci il 31 iyul-2024-cü il 31 iyul tarixləri üzrə ödənilməli olan 84000 manat icarə haqqı borcu mövcuddur. Cavabdehə 2024-cü il 27 may tarixli 3-21-3/2-8445/2024 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, cavabdeh məktubu qəbul etməkdən və icarə haqqı borcunu ödəməkdən imtina etmişdir.

7. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya dair etiraz onunla əsaslandırılmışd ır ki, sözügedən ünvanda daimi istifadədə olan, 0,12919 ha (faktiki 0,6393 ha) torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 1.168.1 kv.m, 1 mərtəbəli qeyri-yaşayış binası DƏDRX Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş, seriya MA № 0381598, qeydiyyat № **********, 2012-ci il 17 aprel tarixli çıxarış əsasında cəmiyyətin mülkiyyətindədir. Sözügedən torpaq sahəsi uzun illərdir cəmiyyətin istifadəsindədir və qeyri-yaşayış binasından ibarət olan avtobus parkına təsdiq edilmiş layihə smeta sənədləri əsasında külli miqdarda vəsait xərclənmişdir. Tərəflər arasında uzun illər istifadəsində olan xx ünvanında yerlşən 6393,0 kv.m torpaq sahəsinin icarəsi barədə 2020-ci il 11 sentyabr tarixli 65 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin müddəti isə 2022ci il 11 sentyabr tar ixdə başa çatmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsinə baxmayaraq, yeni icarə müqaviləsi bağlanmamışdır. Bununla əlaqədar olaraq, 2024-cü il 13 iyun tarixli, XF091A və 2024-cü il 6 avqust tarixli XF-109/24 saylı məktublarla müraciət edilmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 1 oktyabr tarixli e-2-2(113)-5857/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehdən icarə müqaviləsi üzrə 84.000 (səksən dörd min) manat məbləğində icarə haqqının tutularaq iddiaçının (VÖEN **********) Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi, cavabdehdən 342 (üç yüz qırx iki) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büd cəsinə ödənilməsi qət edilmişdir (hakim Z.Axundova).

9. Məhkəmə gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında dövlət torpaq sahəsinin icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nəticədə 2024-cü il 31 iyul tarixinə icarə haqqı borcu yaranmışdır. Belə olan halda isə iddiaçı göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmuşdur.

10. Məhkəmə cavabdehin etirazının dəlillərini əsassız sayaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verilməmişdir, qeyd olunan dövrdə icarə predmeti olan torpaq sahəsi cavabdehin istifadəsində olmuşdur.

11. Məhkəmə gəldiyi nəticəni Azə rbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386.1, 442, 448.1, 700.1 və 700.2-ci maddələrinə, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13 və 23-cü maddələrinə, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 5-ci bəndi və 13-cü maddəsinin 5-ci bəndinə istinadla əsaslandırmışdır.

12. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 27 dekabr tarixli, 2-2(103)-1207/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (səd rlik edənməruzəçi hakim L.Əliyeva, hakimlər T.Mahmudova və Z.Şirinov).

14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi və gəldiyi nəticə ilə razılaşmış və apellyasiya şiakyətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 4.2-ci bəndinə əsasən müqavilə müddətinin başa çatmasından 1 ay əvvəl onun uzadılması haqqında icarəçi tərəfindən yazılı bildiriş təqdim edilmədikdə icarəyəverən tərəfindən müqaviləyə xitam verilə bilər.

15. Həmin bəndin məzmunundan da göründüyü kimi mübahisəli müqavilənin müddəti başa çatdıqda müqaviləyə avtomatik olaraq xitam verilmir, lakin icarəçi tərəfindən uzadılma barədə yazılı bildiriş verilmədikdə icarəyəverən müqaviləyə xitam vermək hüququna malikdir. Hazırkı halda isə icarəyə ver ən müqavilə müddətinin bitməsı ilə bağlı müqaviləyə xitam vermək hüququndan istifadə etməmiş, müqaviləyə xitam verilməsi barədə iradəsini qarşı tərəfə bildirməmişdir. İcarəçi isə öz növbəsində icarə obyektini icarəyəverənə qaytarmamış və icarə müqaviləsinə xitam verilməsi barədə niyyətini başqa formada ifadə etməmişdir. Göstərilən hallar icarə müqaviləsinin müddətinin uzadılmasına dəlalət edir.

16. Apellyasiya şikayətinin iki ardıcıl müddət üçün icarə haqqı ödənilmədiyindən müqavilənin ləğv edilməsi barədə dəlillərinə münasibətdə qeyd edilmişdir ki, MM-in 421.2ci maddəsi tərəflərdən biri müqaviləni əhəmiyyətli dərəcədə pozduğu halda digər tərəfin müqaviləni ləğv etmək hüququnu təsbit edir. Odur ki, tərəflərdən birinin müqaviləni əhəmiyyətli dərəcədə pozması yalnız o zaman müqavilənin ləğv edilməsinə səbəb olur ki, qarşı tərəf müqaviləni ləğv etmək hüququnu həyata keçirsin, yəni müqaviləni ləğv etmək barədə iradəsinin öhdəliyi pozmuş tərəfə ifadə etsin.

17. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, mübahisəli icarə müqaviləsinə xitam verilməsi (və ya müqavilənin ləğv edilməsi) fərz edilsə belə cavabdeh mübahisəli torpaq sahəsindən istifadə etməkdə davam etdiyindən iddiaçı Mülki Məcəllənin 697.2-ci maddəsinə əsasən cavabdehin torpaq sahəsindən istifadə etdiyi müddət üçün kompensasiya qismində icarə haqqının ödənilməsini tələb etməkdə haqlıdır.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 697.2, 700.1, 700.3, 706.1-ci, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14, 23-cü maddələrinə və MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

19. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:

20. MM-in 697.2 və 700.1-ci maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi MM-in 700.3-cü maddəsinin tələbini nəzərə almayaraq, MM-in 700.1-ci maddəsini mübahisənin qanuni əsası kimi tətbiq etməsi maddi hüququn düzgün seçilməməsi və düzgün tətbiq edilməməsi kimi qiymətləndirilməlidir. Bununla yanaşı, məhkəmə MM-in 697.2-ci maddəsinə də tətbiq edilən maddi hüquq kimi istinad etmiş və məhz həmin müddəanın tələbini də iddianın təmin edilməsi üçün qanuni əsas hesab etmişdir.Məhkəmə, cavabdehin tərəflər arasındakı icarə müqaviləsinə xitam verilməsinə dair mövqeyini “fərz edilmə” kimi qəbul etmiş, yəni, tərəflər arasındakı müqavilənin xitamına dair cavabdehin mövqeyini dolayısı ilə qəbul etmişdir. MM-in 697-ci maddəsi kirayə hüquq münasibətlərini tənzimləyir və MM-in 700.3-cü maddəsi isə “torpaq icarəsi müqaviləsi”nə əmlak kirayəsi haqqında müddəaların tətbiqini istisna etmişdir. Bu baxımdan, “cavabdehin mübahisəli sahədən istifadəni davam etdirdiyinə görə” iddiaçının tələb etdiyi, tərəflər arasında əvvəllər mövcud olmuş müqavilə ilə müəyyənləşdirilmiş icarə haqqı məbləğinin tutulmasına dair tələbin təmin edilməsi qanuna uyğun olmamışdır. Beləliklə, məhkəmə tətbiq edilməli olmadığı halda MM-in 700.1-ci və 697.2-ci maddəsini tətbiq etməklə qanunsuz nəticəyə gəlmişdir.

21. Azərbaycan Resp ublikası Konstitusiyasının 59-cu maddəsinin, MM-in 385, 386, 389 və 390-cı maddələri üzrə-2020-ci il 11 sentyabr tarixində müqavilə tərəflər arasında 2 il müddətinə bağlanmış və müqavilə müddəti başa çatmadan, Cəmiyyət tərəfindən ardıcıl 9 aydan artıq ödəniş olunmadığına görə, müqavilənin öz şərtinə (5.3-cü bənd) görə faktiki xitam verilmiş və məhkəmə mübahisəsinə səbəb olmuş “müqavilə”ni əsas tutaraq, onun qüvvədə olmadığı 2022-2024-cü illər üzrə icarə haqqının tələbi və belə tələbin məhkəmələr tərəfindən təmin olunması yuxarıda istinad olunan maddi hüquq normalarına ziddir.

22. Tərəflər arasında əvvəllər olmuş məhkəmə mübahisəsinin yaratdığı hüquqi vəziyyətdən başqa, MM-in 719-cu maddəsinin tələbləri baxımından da 2022-ci il 11 sentyabr tarixli müqavilənin müddəti bitdikdən sonra onun uz adılmasına dair tərəflərdən sorğu verilmədiyi də nəzərə alınmalıdır. Tərəflər arasında bağlanmış müqaviləyə iddiaçının məhkəməyə müraciət etməsi ilə (2022-ci ildə) xitam verildikdən sonra müqavilə münasibəti olmamışdır.

23. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 2,3, 48, 50-ci, MPM-in 2.2, 88, 217-ci maddələri üzrə-cavabdeh torpaq sahəsini 2020-ci il 11 sentyabr tarixində 2 il müddətinə bağlanmış icarə müqaviləsi əsasında əldə etməmişdir, ondan xeyli müddət əvvəl, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəsinə ayrılmış torpaq sahəsi kimi ona sahiblənmiş və istifadə etmişdir. Bu baxımdan, müqavilənin xitam olunması və ya müddətinin bitməsinə görə qüvvədən düşməsi səbəbindən cavabdehin torpaq sahəsinin istifadəsindən imtina etməsi və ya boşaltması kimi bir öhdəliyi olmamı şdır. Ondan bu davranışı gözləmək və ya məhkəmənin “fərz etdiyi kimi” müqaviləyə xitam verilməsinə baxmayaraq, torpağı geri qaytarmaq, bu davranışı gözləməyə də əsas olmamışdır. Ona görə də apellyasiya instansiyası məhkəməsinin “kirayə obyektini geri qaytarmadığına görə” (MM 697.2-ci maddəyə istinadən) “kompensasiya əvəzi kimi” icarə haqqı məbləğinin tutulması nəticəsinə gəlməsi Torpaq Məcəlləsinin istinad olunan maddələrinin tələblərinə də zidd olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

25. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı m addələri).

26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Maddə

697. Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələri... 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bil ər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir....” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.... 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.” 28. “T orpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İcarə haqqı … Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Maddə

23. İcarəçinin vəzifələri Torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək icarəçinin vəzifələrinə daxildir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında nəzərdə tutulur: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır”.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq e dilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 32. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmamas ı maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin MM-in icarəyə dair normalarının (bах §27) hazırki mübahisəyə düzgün tətbiq edilməməsi ilə bağlı dəlili ilə razılaşsa da, iddia tələbinə apellyasiya instansiyası məhkəməsi tərəfindən «T orpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanunun tələbləri baxımından düzgün hüquqi qiymət verildiyini nəzərə alaraq, həmin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab etmir.

34. Kassasiya şikayətinin digər dəlilləri, apellyasiya şikayətinin əsaslandırılması üçün irəli sürülən dəlillərlə eyniyyət təşkil edir.

35. Məhkəmə kollegiyası hazırkı kassasiya şikayətində məhkəmələrin iş üzrə gəldiyi nəticəni təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq, işə baxan apellyasiya instansiyası məhkəməsinin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Kollegiya hesab edir ki, məhkəmələrin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki s übutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğv edilməsinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

37. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 27 dekabr tarixli, 2-2(103)-1207/2024 nöm rəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar