Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-269/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 dekabr tarixli 2-2(103)-1270/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ 1. 2017-ci il 4 may tarixli GTC-185LE/2017 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair X1 (bundan sonra -“ GTC-185LE/2017 saylı müqavilə”) görünür ki, müştərinin Cavabdeh2 (bundan sonra - “MMC”) müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi, ticarətin maliyyələşdirilməsi, ödəniş kartların verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. 2. 2019-cu il 3 iyul tarixli, K3331 nömrəli kredit limiti müqaviləsindən (bundan sonra “K3331 nömrəli kredit limiti müqaviləsi”) görünür ki, "xxxx" ASC (bundan sonra-"xxxx") tərəfindən MMC-yə 2020-ci il 3 iyul tarixinədək illik 17 faiz ödəmək şərti ilə kreditin gecikdirilmiş əsas məbləğə tətbiq olunan illik 17% faiz dərəcəsi ilə 50.000 manat məbləğində kredit limiti verilməsi barədə aralarında razılığa gəlmişlər. 3. 2019-cu il 3 iyul tarixli, K3331 saylı maliyyələşdirmə üçün ərizədən (bundan sonra "xxxx") (kredit əməliyyatı üzrə) görünür ki, MMC ASC-dən 2020-ci il 3 iyul tarixinə qədər kreditin nominal illik dərəcəsi 17% (illik cərimə faizi 15%, gündəlik 0.0417%) olmaqla 50.000 manat məbləğində (kredit xətti ilə) kredit götürmüşdür. 4. 2019-cu il 3 iyul tarixli Z3441 nömrəli zaminlik müqaviləsindən (bundan sonra "xxxx") görünür ki, ASC MMC ilə illik 17 faiz olmaqla, 2020-ci il 3 iyul tarixinədək 50.000 manat məbləğində kredit limiti verilməsi barədə bağlanmış müqavilədə göstərilən məbləğdə kreditlə əlaqədar olara q MMC ASC qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin - Cavabdeh1, (bundan sonra - “Cavabdeh1”) Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.
5. ASC tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək MMC-yə 2020-ci il 9 sentyabr tarixli PBCOS-1417 saylı xəbərdarlıq məktubu, zaminə isə 2020-ci il 29 dekabr tarixli PBCOS-1667 saylı xəbərdarlıq məktubları göndərilmiş, həmin xəbərdarlıq məktublarına 1 saylı Əlavədə cəmi öhdəliklərin 56.778,46 manat olduğu göstərilmiş və ASC qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraa t
6. İddiaçı ASC 2021-ci il 25 yanvar tarixində cavabdehlər MMC və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı Kommersiya məhkəməsinə müraciət edərək, MMC-dən və Cavabdeh1 K3331 saylı kredit üzrə 50.000 manat əsas borc, 2.822,91 manat faiz borcu, 14.000 manat cərimə borcu, müqavilə müddəti bitdiyi 2020-ci il 3 iyul tarixindən 2021-ci il 15 iyul tarixinədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 2.583,33 manat olmaqla, cəmi 69.406,24 manat borcun ASC-nin xeyrinə tutulması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı ərizəsini yuxarıda (bax §§ 1-5) göstərilən hallarla əsaslandırmışdır.
8. İddia tələbinin maddi hüquqi əsası ki mi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 385.1, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2, 470, 472-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 25.1, 119.1, 172.3-cü maddələrinə istinad edilmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 31 mart tarixli 2-2(113)-1101/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir (hakim E.Əliyev).
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (bundan sonra - "xxxx") 2021-ci il 7 iyun tarixli, 9/2364 saylı ekspert rəyinə görə MMC-nin K3331 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) üzrə 2020-ci il 3 iyul tarixinə ASC-yə olan borcu 52.956,26 manat məbləğində, əsas borc üzrə 50.000,0 manat, faiz borcu üzrə 2.822,93 manat, cərimə borcu üzrə 133,33 manat müəyyən edilmişdir. Həmçinin, MMC-nin K3331 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) üzrə 2020-ci il 3 iyul tarixindən 2021-ci il 16 mart tarixinədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 1.756,94 manat təşkil edir. 2021-ci il 16 mart tarixinə MMC-nin ASCyə olan borcu 65.868,76 manat məbləğində, əsas borc üzrə 50.000 manat, faiz borcu üzrə 4.579,87 manat, cərimə borcu üzrə 11.288,83 manat müəyyən edilmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 10 avqust tarixli 2-2(113)-1101/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, MMC və Cavabdeh1 K3331 saylı kredit üzrə 50.000 manat əsas borc, 2.822,91 manat faiz borcu, 1.593,76 manat cərimə borcu, müqavilə müddəti bitdiyi 2020-ci il 3 iyul tarixindən 20 21-ci il 15 iyul tarixinədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 2.583,33 manat olmaqla, cəmi 57.000 manat və dövlət rüsumu kimi ödənilmiş 24,63 manat məbləğində pulun tutularaq ASC-yə ödənilməsi, məhkəmə mühasibatlıq ekspertizasının xərci olan 200 manat məbləğində pulun 164,24 manatı cavabdehlərdən birgə qaydada, 35,76 manatı isə ASC-dən tutularaq MEM-ə ödənilməsi qət edilmişdir (hakim - E.Əliyev).
12. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq müqavilələr bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir.
13. İddia əsas borc tələbi hissəsində əsaslı olduğundan təmin edilməli və cavabdehlərdən 50.000 manat məbləğində vəsait alınaraq iddiaçıya ödənilməli, bununla yanaşı ekspert rəyində faiz borcu 2.822,93 manat kimi göstərilsə də, iddiaçının tələbi rəydə müəyyən edildiyindən az, yəni 2.822,91 manat həcmində olduğuna görə məhkəmə hesab etmişdir ki, faiz tələbi də, tam təmin edilməli, eyni zamanda müqavilə müddəti bitdiyi 2020ci il 3 iyul tarixindən 2021-ci il 15 iyul tarixinədək illik 5% dərəcəsi ilə hesablanan 2.583,33 manat məbləğində faiz borcu tələbi əsaslı olduğundan tam təmin edilməlidir.
14. Lakin dəbbə pulu tənasübsüz surətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 1.593,76 manat məbləğində müəyyən edilməlidir.
15. MMC və Cavabdeh1 K3331 saylı kredit üzrə 50.000 manat əsas borc, 2.822,91 manat faiz borcu, 1.593,76 manat cərimə borcu, müqavilə müddəti bitdiy i 2020-ci il 3 iyul tarixindən 2021-ci il 15 iyul tarixinədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 2.583,33 manat olmaqla, cəmi 57.000 manat borcu ASC-nin xeyrinə tutulmalıdır.
16. Məhkəmə öz qətnaməsini MM-in 385.1, 386.1, 442, 443.1, 445.7, 462.1, 465.2, 467, 470.1-ci, MPM-in 107, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. İddiaçı 2021-ci il 27 sentyabr tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin cərimə borcunun tutulması hissəsində ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 18. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 dekabr tarixli 2-2(103)-1270/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cərimə borcunun tutulması barədə tələblərin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).
20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi (bax yuxarıda §§ 12-15) ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, cərimə pulunun tutulması barədə tələblərin təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür.
21. Dəbbə pulu yalnız müqavilə müddəti üçün hesablanıla bilər. Müqavilə müddəti bitdikdən sonra isə kreditor mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
22. MEM-in 2021-ci il 7 iyun tarixli, 9/236 4 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə müəyyən edilən son ödəniş tarixinə, yəni 2020ci il 3 iyul tarixinə olan cərimə borcu 133,33 manat təşkil edir.
23. Bu baxımdan cərimə borcunun tutulması barədə tələblərin təmin edilməyən hissəsinin təmin edilməsi üçün əsaslar mövcud deyil.
24. Məhkəmə öz qətnaməsini MM-in 462.1-ci maddəsin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra - “KMP”) “MM-in 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
25. Qətnamə 2021-ci il 30 dekabr tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmiş və onlara göndərilmişdir.
26. ASC 2022-ci il 22 fevral tarixində kassasiya şikayəti verərək qətnamənin qismən dəyişdirilməsini, iddia tələbinin cərimə borcuna münasibətdə tam təmin edilməsini, qalan hissədə qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. MM-in 390.1, 390.5-ci maddələri tələbləri pozulmuşdur. Tərəflər qanunvericiliyin tələblərinə müvafiq olaraq müqavilənin şərtlərini müəyyən etmişlər. Belə ki, tərəflər arasında bağlanmış K3331 saylı Kredit xətti müqaviləsinin 7.3-cü bəndinə əsasən müqavilənin 4.7 və 4.9-cu bəndlərində göstərilən vəzifənin icra müddəti “Kredit alan” tərəfindən müqavilənin 1.12-ci bəndində göstərilən müddət ərzində gecikdirildiyi halda, “Kredit alan” müqavilənin 1.7-ci bəndi ilə müəyyənləşdirilən faiz həc mində gündəlik hesablanan cərimə ödəyir. Müqavilənin 1.7-ci bəndində isə cərimənin illik 32 faiz civarında olmasını tərəflər razılaşdırmışlar. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflər müstəqil şəkildə müqavilənin məzmununu müəyyən etmiş və öz iradə ifadələrini azad şəkildə göstərməklə müqaviləni təsdiq etmişlər.
28. MM-in 467-ci maddəsinin tələbləri pozulmuşdur. Qeyd olunan norma məhkəməyə iddiaçı tərəfindən tələb olunan dəbbə pulunun azaldılması hüququnu verir. Hər bir halda məhkəmənin dəbbə pulunu azaldarkən işin hallarına uyğun olaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq hüququ vardır. Bundan əlavə, məhkəmə dəbbə pulunu azaldarkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə almalıdır. Lakin apelyasiya məhkəməsi cərimə borc una münasibətdə MM-in 467-ci maddəsini tətbiq etməklə həmin hissədə mübahisəyə düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini nəzərə almamış və tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə almamışdır. Məhkəmə cərimə borcunun tənasübsüz yüksək olduğunu qeyd etsə də, bunu öz qərarında əsaslandırmamış, maddi hüquq normalarını pozmaqla qeyri müəyyənliyə yol vermişdir. Kredit müqaviləsi üzrə dəbbə pulunun məbləği əsas borca münasibətdə adekvat olmuş və tənasübsüz surətdə yüksək məbləğ olmamışdır.
29. MPM-in 220.1, 220.4-cü maddələri pozulmuşdur. Qanunvericiliyin tələbindən də göründüyü kimi məhkəmə qətnaməsi tərtib olunarkən anlaşılan ifadələrdən is tifadə olunmalı və qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin gəldiyi nəticələr əsaslı şəkildə və anlaşılan ifadələrdən istifadə edilməklə əsaslandırılmalıdır. Lakin apellyasiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində cərimə borcunun azaldılması ilə bağlı gəldiyi nəticəni əsaslandırmamış, cərimə borcunun azaldılması ilə bağlı qanunvericiliyin tələblərinə və tərəfimizdən verilmiş apellyasiya şikayətinin dəlillərinə mahiyyəti üzrə baxılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cərimə borcu hissəsində mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
34. Azərbaycan Respublikası Mülki Məcəllə sinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtı nda icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyy ənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
35. Konstitusiya məhkəməsi plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli Qərarında qeyd edilmişdir ki... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddə t bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 dekabr tarixli 2-2(103)-269/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
37. İ şə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı əmlak mənafeləri nəzərə alınmaqla, qanuni və əsaslı olmuşdur.
38. Belə ki, MM-in 390-cı maddəsi mülki hüquq subyektlərinin müqavilə azadlığını təsbit etsə də, həmin Məcəllənin 467-ci maddəsi məhkəmələrə işin hallarına uyğun olaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti verir. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə mülki qanunvericiliyin tələblərini nəzərə alaraq qiymət verməklə, haqlı olaraq cərimə borcunun tutulması barədə tələbin təmin edilməyə n hissəsinin təmin edilməsi üçün əsasların mövcud olmadığı nəticəsinə gəlmiş, gəldiyi nəticəni qərarında əsaslandırmışdır. Bu səbəbdən də işə baxan məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin maddi hüquq normalarının tələblərinin pozulması, o cümlədən, “apellyasiya məhkəməsinin MM-in 467-ci maddəsinin tətbiqi ilə bağlı mövqeyini əsaslandırmaması” haqqında dəlilləri ilə razılaşmır.
39. Məhkəmə kollegiyası şikayətin prosessual hüquq normalarının pozulması ilə bağlı dəlillərini də əsassız hesab edərək qeyd edir ki, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
40. Qeyd edilənlərə əsasən işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaların ın pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 dekabr tarixli 2-2(103)-269/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:
42. İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 dekabr tarixli 2-2(103)-269/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.