Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-27/2022 31.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Firmasının Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: xidmət müqaviləsinin ləğvi, borcun tutulması, torpaq sahəsindən çıxarılma, təhvil-təslim aktları, iradə ifadəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İlqar Dadaşov və Bəhram Məmmədlidən ibarət tərkibdə, Cavabdeh MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 sentyabr tarixli, 2-2(103)-842/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2015-ci il 31 iyul tari xli Dəstək xidmətlərinin göstərilməsi barədə 02/2015 saylı müqavilə ilə (bundan sonra – Müqavilə) icraçı İddiaçı Firması (bundan sonra – iddiaçı) sifarişçi Cavabdeh-ə (cavabdeh) məxsus avadanlıqların icraçının sahəsində saxlanılması, təmiri, qablaşdırılması və sifarişçinin iş sahələrinə göndərilməsi üzrə xidmətlər göstərməyi, cavabdeh isə bu müqavilənin şərtləri əsasında 45.000 ABŞ dolları məbləğində aylıq xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqaviləyə 2018-ci il 1 avqust tarixli 1 saylı əlavə razılaşma ilə iddiaçı tərəfindən ona məxsus sahədə razılaşdırılmış layihəyə uyğun müvafiq tikililərin tikilərək cavabdehin istifadəsinə verilməsi, abadlaşdırma işlərinin aparılması, cavabdeh tərəfindən isə aylıq xidmət haqqı olaraq ƏDV-siz 65.000 ABŞ dollarının ödənilməsi, müqavilə müddət inin 2023-cü il 1 avqust tarixə qədər artırılması və bu razılaşmanın imzalandığı tarixdən sonrakı 5 il ərzində müqaviləyə birtərəfli qaydada xitam verilməməsi barədə razılaşmışdırlar. Həmçinin, müqaviləyə cavabdeh tərəfindən vaxtından əvvəl xitam verildiyi təqdirdə müqavilə müddəti üçün hesablanmış xidmət haqqının ödənilməmiş hissəsi tam olaraq icraçıya ödəniləcəkdi.
3. Müqaviləyə 2018-ci il 26 dekabr tarixli 2 saylı əlavə razılaşmaya əsasən, iddiaçı cavabdehə məxsus avadanlıqların iddiaçının sahəsində saxlanılması, təmiri, qablaşdırılması və cavabdehin iş sahələrinə göndərilməsi üzrə xidmətlər göstərir, razılaşdırılmış layihəyə uyğun tikililər tikib cavabdehin istifadəsinə verir, abadlaşdırma işləri aparır, cavabdeh isə Müqavilənin şərtləri əsasında xidmət haqqını ödəyir. 4. 2016-cı il 31 avqust tarixli 120-1/16/SA saylı İcarə müqaviləsi (bundan sonra – İcarə Müqaviləsi) ilə iddiaçı icarəyə verən olaraq mülkiyyətində olan avadanlıqları bu Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən Əlavələr əsasında icarəçi olan cavabdehə icarəyə verməyi, icarəçi isə nəzərdə tutulmuş icarə haqqını müqavilənin şərtlərinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. İcarə Müqaviləsinə əsasən, iddiaçı avadanlıqları tam saz halda təhvil-təslim aktının tərtib edilməsi yolu ilə cavabdehə təhvil verir və onun imzalandığı tarixdən etibarən avadanlıqlar cavabdehin icarəsinə verilmiş hesab edilir.
5. İcarə Müqaviləsinə eyni tarixli 1 saylı Əlavəyə əsasən, 1 ədəd Forklift “MANİTOU” (Ofrroad tipli, 10 tonluq) avadanlığın aylıq icarə haqqı 15.000 ABŞ dolları məbləğdə müəyyən olunmuşdur.
6. İcarə Müqavilə sinə 2017-ci il 31 dekabr tarixli 02 saylı əlavə ilə müqavilənin müddətinin 31 dekabr 2020-ci il tarixə qədər artırılması razılaşdırılmışdır. 7. 2018-ci il 4 sentyabr tarixli, 30/18 saylı hesaba əsasən 2018-ci ilin avqust ayı üzrə ödəniləcək məbləğ 76.700 ABŞ dolları, 2018-ci il 9 oktyabr tarixli, 32/18 saylı hesaba əsasən 2018-ci ilin sentyabr ayı üzrə ödəniləcək məbləğ 76.700 ABŞ dolları, 2019-cu il 27 fevral tarixli, 06/19 saylı hesaba əsasən 2019-cu ilin fevral ayı üzrə ödəniləcək məbləğ 76.700 ABŞ dolları, 2019-cu il 4 aprel tarixli, 08/19 saylı hesaba əsasən 2019-cu ilin mart ayı üzrə ödəniləcək məbləğ 76.700 ABŞ dolları, 2019-cu il 31 may tarixli, 10/19 saylı hesaba əsasən 2019-cu il aprel ayı üzrə ödəniləcək məbləğ 76.700 ABŞ dolları, 2019-cu il 3 iyun tarixli, 12/9 saylı hesaba əs asən 2019-cu ilin may ayı üzrə ödəniləcək məbləğ 76.700 ABŞ dolları, 2019-ci il 1 oktyabr tarixli, 15/19 saylı hesaba əsasən 2019-cu ilin avqust ayı üzrə ödəniləcək məbləğ 17.700 ABŞ dolları, 2019-ci il 14 oktyabr tarixli, 16/19 saylı hesaba əsasən 2019-cu ilin sentyabr ayı üzrə ödəniləcək məbləğ 17.700 ABŞ dolları, 2019-ci il 19 dekabr tarixli, 17/19 saylı hesaba əsasən 2019-cu ilin oktyabr, noyabr və dekabr ayları üzrə ödəniləcək məbləğ 53.100 ABŞ dolları, 2020-ci il 12 may tarixli, 01/20 saylı hesaba əsasən 2020-ci il yanvar, fevral və mart ayları üzrə ödəniləcək məbləğ 230.100 ABŞ dolları, 2020-ci il 12 may tarixli, 02/20 saylı hesaba əsasən 2020-ci ilin yanvar, fevral və mart ayları üzrə ayı üzrə ödəniləcək məbləğ 53.100 ABŞ dolları, 2020-ci il 30 iyun tarixli, 03/20 saylı hesaba əs asən 2020-ci il aprel, may və iyun ayları üzrə ödəniləcək məbləğ 53.100 ABŞ dolları, 2020-ci il 30 iyun tarixli 04/20 saylı hesaba əsasən 2020-ci il aprel, may və iyun ayları üzrə ödəniləcək məbləğ 230.100 ABŞ dolları, 2020-ci il 30 sentyabr tarixli, 05/20 saylı hesaba əsasən 2020-ci ilin iyul, avqust və sentyabr ayları üzrə ödəniləcək məbləğ 53.100 ABŞ dolları, 2020-ci il 30 sentyabr tarixli, 06/20 saylı hesaba əsasən 2020-ci ilin iyul, avqust və sentyabr ayları üzrə ödəniləcək məbləğ 230.100 ABŞ dolları, 2020-ci il 30 dekabr tarixli, 07/20 saylı hesaba əsasən 2020-ci ilin oktyabr, noyabr və dekabr ayları üzrə ödəniləcək məbləğ 230.100 ABŞ dolları, 2020-ci il 30 dekabr tarixli, 08/20 saylı hesaba əsasən 2020-ci ilin oktyabr, noyabr və dekabr ayları üzrə ödəniləcək məbləğ 53.100 ABŞ dollar ı müəyyən edilmişdir.
8. Müqavilə əsasında icarə xidmətinin göstərilməsi barədə tərəflər arasında bağlanmış 2019-cu il 30 iyun tarixli akta əsasən 195.000 ABŞ dolları dəyərində, 2019-cu il 30 sentyabr tarixli akta əsasən 45.000 ABŞ dolları dəyərində, 2019-cu il 30 dekabr tarixli akta əsasən 45.000 ABŞ dolları dəyərində, 2020-ci il 30 mart tarixli akta əsasən 195.000 ABŞ dolları dəyərində, İcarə Müqaviləsi əsasında icarə xidmətinin göstərilməsi barədə tərəflər arasında bağlanmış 2020-ci il 30 mart tarixli akta əsasən 45.000 ABŞ dolları dəyərində, 2020-ci il 30 iyun tarixli akta əsasən 45.000 ABŞ dollları dəyərində və 195.000 ABŞ dolları dəyərində, İcarə Müqaviləsi əsasında icarə xidmətinin göstərilməsi barədə tərəflər arasında bağlanmış 2020-ci il 30 sentyabr tarixli akta əsasən 195.000 ABŞ dolları dəyərində və 45.000 ABŞ dolları dəyərində, İcarə Müqaviləsi əsasında icarə xidmətinin göstərilməsi barədə tərəflər arasında bağlanmış 2020-ci il 30 dekabr tarixli akta əsasən 195.000 ABŞ dolları dəyərində və 45.000 ABŞ dolları dəyərində cavabdehə texniki xidmət göstərilmişdir. 9. 2018-ci il 28 dekabr tarixli EAAO 778637 saylı elektron qaiməyə əsasən cavabdehə 130.390 manat dəyərində, EAOO 778753 saylı elektron qaiməyə əsasən 130.390 manat dəyərində, 2019-cu il 3 yanvar tarixli HW 633158 saylı elektron qaiməyə əsasən 130.390 manat dəyərində, 2019-cu il 3 yanvar tarixli HW 633181 saylı elektron qaiməyə əsasən 130.390 manat dəyərində, 2019-cu il 30 sentyabr tarixli EBAA 528788 saylı elektron qaiməyə əsasən 130.390 manat dəyərində, 2019-cu il 30 sentyabr tarixli EBAA 529734 saylı elek tron qaiməyə əsasən 130.390 manat dəyərində, EBAA 529995 saylı elektron qaiməyə əsasən 130.390 manat dəyərində, EBAA 530507 saylı elektron qaiməyə əsasən 130.390 manat dəyərində, 2019-cu il 21 dekabr tarixli EBAE 194177 saylı elektron qaiməyə əsasən 30.090 manat dəyərində, EBAE 194426 saylı elektron qaiməyə əsasən 30.090 manat dəyərində, EBAE 196902 saylı elektron qaiməyə əsasən 90.270 manat dəyərində, 2020-ci il 18 may tarixli EBAK 016693 saylı elektron qaiməyə əsasən 391.170 manat dəyərində, EBAK 015836 saylı elektron qiaməyə əsasən 90.270 manat dəyərində, 2020-ci il 18 avqust tarixli EBAN 765708 saylı elektron qaiməyə əsasən 391.170 manat dəyərində, EBAN 766393 saylı elektron qaiməyə əsasən 90.270 manat dəyərində xidmət göstərilmişdir. 10. 2021-ci il 2 aprel tarixli borc tələbi ilə bağl ı açıqlamaya əsasən Müqavilə üzrə borc cəmi 1.170.000 ABŞ dolları, İcarə Müqaviləsi üzrə cəmi 255.000 ABŞ dolları müəyyən olunmuşdur. 11. 2019-cu il 20 noyabr tarixli ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsində yerləşən 2 ha torpaq sahəsi üzərində 49 il müddətə icarə hüquqları iddiaçının adına hüquqi qeydiyyata alınmışdır.
12. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1992-ci il 21 dekabr tarixli, 2182 nömrəli sərəncamına əsasən, iddiaçıya Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsinin cənub-qərb hissəsində istehsalat bazası təşkil etmək üçün 2 ha torpaq sahəsi ayrılmışdır.
13. Torpaq sahəsinin planı və ölçüsünə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1992-ci il 21 dekabr tarixli 2182 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış 20.000 kv.m. torpaq sahəsinin planı və ölçüsü X1 kitabında 2013-cü il 21 oktyabr tarixdə 36058 nömrə ilə uçota alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı cavabdehə qarşı 2021-ci il 12 yanvar tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Müqavilə və İcarə Müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə icarə haqqı olaraq 2.052.063,50 əsas borc, 205.200 manat cərimə borcu olmaqla, ümumilikdə 2.257.200,50 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, cavabdehin iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində yerləşən torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi vəzifə sinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2015-ci il 31 iyul tarixdə imzalanmış Müqaviləyə əsasında, iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində yerləşən torpaq sahəsi cavabdehə 45.000 ABŞ dolları məbləği qarşılığında icarəyə verilmişdir. Müqaviləyə edilmiş 2018-ci il 1 avqust tarixli 1 saylı Əlavə razılaşmaya əsasən, icarə haqqının 65.000 ABŞ dolları olaraq müəyyən edilmişdir. Müqavilə ilk olaraq dəstək xidmətləri müqaviləsi kimi bağlanmış və iddiaçının əsas öhdəliyi ona məxsus torpaq sahəsini cavabdehə təqdim etməklə cavabdehə məxsus avadanlıqların həmin torpaq sahəsində saxlanılması, onların təmiri, qablaşdırılması və cavabdehin sahələrinə göndərilməsindən ibarət olmuşdur. Lakin, sonradan cavabdeh həmin işlərin onun standartlarına uyğun həyata keçirilməli olduğunu bildirməklə, işlərin öz işçi heyəti tərəfindən həyata keçiriləcəyini bildirmiş, tərəflər yeni torpaq icarəsi müqaviləsinin bağlanmasında zərurət görməmişdirlər. Bundan başqa, tərəflər arasında 110 FY814 dövlət qeydiyyat nişanlı Forklift “Manitou” markarlı avadanlığın 15.000 ABŞ dolları məbləği qarşılığında 2017-ci il 31 dekabr tarixədək cavabdehə icarəyə verilməsi barədə İcarə Müqaviləsi bağlanmışdır. Sonradan 2 saylı Əlavə ilə həmin müqavilənin müddəti 2020-ci 31 dekabr tarixədək uzadılmışdır. Cavabdeh müqavilələr üzrə ümumilikdə 4.995.662 manat məbləğində icarə haqqı məbləğlərini ödəsə də, torpaq sahəsindən və avadanlıqdan istifadəyə davam etməsinə baxmayaraq, sonradan ödənişləri etməm iş və ümumilikdə 2.052.063,50 manat icarə haqqı borcu yaranmışdır.
16. İlk iddia tələbi üzrə cavabdeh məhkəməyə 2021-ci il 9 fevral tarixdə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ilk iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdehdən 4.439.662 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilələr üzrə ümumilikdə 4.995.662 manat məbləğində xidmət haqqı ödənilmiş, lakin ilk iddia tələbi üzrə iddiaçı müqavilə əsasında üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Belə ki, Müqavilədə nəzərdə tutulan dəstək xidmətlərinin göstərilməsi, yəni avadanlıqların təmiri, qablaşdırılması və sifarişçinin iş sahələrinə göndər ilməsi, layihəyə uyğun sifarişçi ilə razılaşdırılmış tikililərin tikilməsi kimi xidmətlər göstərilməmişdir. Müqaviləyə əsasən, yerinə yetirilmiş xidmətlər akt əsasında qəbul edilir və onun əsasında xidmət haqqı ödənilir. Tərəflər arasında imzalanmış xidmətlərin təhvil-təslim aktında da yalnız icarə xidmətlərinin göstərilməsi qeyd olunmuşdur. Beləliklə, ilk iddia tələbi üzrə iddiaçının Müqavilə əsasında göstərməli olduğu dəstək xidmətlərini göstərməmiş, lakin xidmət haqqını tələb edərkən bunu nəzərə almamışdır. Həmçinin, tərəflər arasında Müqavilə bağlanan zaman ilk iddia tələbi üzrə iddiaçının Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində yerləşən 2 hektar torpaq sahəsini icarəyə vermək hüququ mövcud olmamış, bu hüququ yalnız 2019-cu il 20 noyabr tarixdə əldə etmişdir. Daşınmaz Əmlakın Döv lət Reyestrindən əldə olunmuş məlumata əsasən isə, həmin torpaq sahəsinə görə ilk iddia tələbi üzrə iddiaçı tərəfindən dövlətə icarə haqqı olaraq illik 30.000 manat ödənilir. Bununla da, Müqavilə ilə müəyyən edilmiş xidmət haqqının böyük hissəsinin dəstək xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulduğu aydın olur. Belə xidmətlər isə göstərilmədiyindən, ilk iddia tələbi üzrə cavabdeh tərəfindən ilk iddia tələbi üzrə iddiaçıya ödənilmiş xidmət haqları geri qaytarılmalıdır. İcarəyə verilmiş torpaq sahəsinin icarə haqqının hazırda bazar qiyməti 6.000 manat təşkil etdiyindən, 2015-ci ilin avqust ayından 2020-ci ilin yanvar ayınadəkə ödənilməli olan icarə haqqı məbləği çıxılmaqla, ödənilmiş xidmət haqqı məbləğinin geridə qalan hissəsi iddiaçı tərəfindən cavabdehə qaytarılmalıdır.
18. Bundan başqa bildirilmişdir ki, İcarə Müqaviləsinə əsasən, ilk iddia tələbi üzrə iddiaçıya məxsus “Forklift Manitou” markalı avadanlıq 15.000 ABŞ dolları məbləğində icarə haqqı ödənilməklə cavabdehə icarəyə verilmişdir. İnternet resusrlarından əldə edilmiş məlumatlara əsasən, həmin avadanlığın ümumi bazar qiyməti 70.000 ABŞ dolları təşkil edir. Dəyəri 70.000 ABŞ dolları olan avadanlığın isə aylıq icarə haqqı məbləğinin 15.000 ABŞ dolları müəyyən edilməsi icarə haqqının əsassız olaraq şişirdilməsinin göstəricisidir. İşgüzar münasibətlərə görə texnoloji avadanlığın icarə haqqı avadanlığın dəyərinin maksimum 5%-ini təşkil edə bilər. Belə olduqda isə, avadanlığa görə icarə haqq 2016-cı ilin 31 avqust tarixindən 2020-ci ilin 1 yanvar tarixinədək 140.000 ABŞ dolları təşkil edir. Cavabdeh hesab etmişdir ki, göstərilən məbləğ də onun tərəfindən iddiaçıya ödənilmiş 4.995.662 manat məbləğdən icarə haqqı olaraq çıxılmalı, geridə qalan hissəsi ona qaytarılmalıdır.
19. Daha sonra, iddiaçı 2021-ci il 17 mart tarixdə məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, Müqavilə və İcarə Müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə 1.436.852 ABŞ dolları əsas borc, 143.000 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 1.579.852 ABŞ dolları borcun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla, habelə 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, cavabdehin iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində yerləşən torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsini n iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (iş.v63, c2). Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur.
20. İlk iddia tələbi üzrə iddiaçı tələbin dəyişdirilməsi barədə ərizəsində qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müqavilə üzrə ödəniş valyutasının ABŞ dolları ilə müəyyən edilməsi lakin, tələbin Azərbaycan manatı olması və məzənnənin hansı qaydada müəyyən edilməsi ilə bağlı suallar yarandığından, iddia tələbinin hesablanma qaydası və məzənnə məsələrinin dəqiqləşdirilməsi məqsədi ilə tələbin dəyişdirilməsi zərurəti mövcuddur. Tərəflər arasında Müqavilə 2015-ci il 31 iyul tarixdə imzalanmışdır. İlk iddia üzrə cavabdehin öhdəliyi məhz həmin tarixdə yaranmışdır. Lakin, tərəflər arasında imzalanmış 2018-ci il 1 avqust tarixli, 1 saylı Əlavə Razılaşmaya əsasən icarə haqqı 65.000 ABŞ dolları məbləğində müəyyən edilmiş, həmin tarixdən cavabdehin öhdəliyi qeyd olunan məbləğə dəyişmişdir. Bu sənədlər əsasında Müqavilə üzrə hesablama aparılan zaman 2015-ci il 31 avqust tarixdən 2018-ci il 1 avqust tarixədək ödənilməli olan məbləğ 1.575.000 ABŞ dolları təşkil edir (35 ay x 45 000 USD = 1 575 000). 2018-ci il 1 avqust tarixdən 2021-ci il 1 mart tarixədək isə Müqavilə üzrə ödənilməli olan məbləğ 1.950.000 ABŞ dolları təşkil edir (30 ay x 65000 USD = 1 950 000). 2021-ci il 1 mart tarixədək Müqavilə üzrə ödənilməli olan ümumi məbləğ 3.525.000 ABŞ dolları (1 575 000 + 1 950 000 = 3 525 000) təşkil edir. İcarə Müqaviləsi üzrə avadanlığa görə icarə haqqı 15.000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Cav abehin həmin avadanlığa görə öhdəliyi 2016-cı il 31 avqust tarixdən yarandığından borcun hesablanması həmin tarixdən aparılmışdır. Həmin tarixdən 2021-ci il 13 yanvar tarixədək İcarə Müqavilə üzrə ödənilməli olan məbləğ 786.500 ABŞ dolları təşkil edir (15000 x 52 ay 13 gün). Beləliklə, hər iki müqavilə üzrə ödənilməli olan toplam məbləğ 4.311.500 ABŞ dolları təşkil edir (3 525000+786500= 4.311.500). Cavabdeh tərəfindən 2015-ci il tarixdən bugünə qədər olan məzənnə fərqləri nəzərə alınmaqla 2.874.648 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. Borcun hesablanma qaydası ilə bağlı qeyd edilməlidir ki, borc icarə münasibələrindən irəli gələrək formalaşdığından müqavilə şərtlərinə uyğun olaraq cavabdehin torpaq sahəsindən istifadə etdiyi müddəti əhatə edir. İcarədə olduğu müddəti, yəni müqavilə b ağlandığı tarixdən 2021-ci il 1 mart tarixədək olan dövr üzrə ödənilməli olan məbləğdən ödənilmiş məbləğin çıxılması ilə hazırda borcu 1.436.852 ABŞ dolları müəyyən edilir.
21. Daha sonra, ilk iddia tələbi üzrə iddiaçı məhkəməyə 2021-ci il 4 aprel tarixdə tələbin dəyişdirilməsi barədə ərizə verərək cavabdehdən Müqavilə üzrə 1.170.000 ABŞ dolları, İcarə Müqaviləsi üzrə 255.000 ABŞ dolları, 142.500 ABŞ dolları cərimə, cəmi 1.567.500 ABŞ dolları vəsaitin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, Müqaviləyə xitam verilməsi, cavabdehin iddiaçıya məxsus Bakı şəhəri,Qaradağ rayonu, Ümid qəsəbəsində yerləşən torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin iddia çıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (iş.v148, 2-ci cild). Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur.
22. İlk iddia tələbi üzrə iddiaçı tələbin dəyişdirilməsi barədə ərizəsində 2018-ci il 1 avqust tarixli Əlavə Razılaşma ilə Müqavilənin 2023-cü il 1 avqust tarixədək uzadıldığını vurğulayaraq Müqaviləyə xitam verilməsi zərurətinin yarandığını bildirmişdir.
23. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 14 aprel tarixli qətnaməsi ilə iddia qismən – Müqavilə üzrə 1.040.000 ABŞ dolları, İcarə Müqaviləsi üzrə 255.000 ABŞ dolları və 5000 ABŞ dolları cərimə olmaqla ümumilikdə 1.300.000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla cavabdehdən tutularaq ilk iddia təl əbi üzrə iddiaçıya ödənilməsi, Müqaviləyə xitam verilməsi, cavabdehin iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində yerləşən torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi hissəsində təmin edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim F.Qasımov).
24. Məhkəmə bildirmişdir ki, iddiaçı Müqavilə üzrə 1.170.000 ABŞ dolları məbləğində pul vəsaiti tələb etsə də, məhkəməyə 1.040.000 ABŞ dolları məbləğində borcun mövcudluğunu təsdiq edən sübutlar – aktlar, hesab-fakturalar, elektron qaimələr, sifariş orderləri təqdim olunmuş, 2021-ci ilin yanvar və fevral ayları üçün tələb olunan ümumilikdə 130.000 ABŞ dolları məbləğində borcun yaranmasını təsdiq edən hər hansı sənəd də təqdim olunmamışdır. İcarə Müqaviləsi ilə bağlı isə məhkəməyə 255.000 ABŞ dolları məbləğində borcun yaranmasını təsdiq edən sənədlər təqdim olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrdə aktların möhürlə təsdiq olunması şərti nəzərdə tutulmamış, onların yalnız imzalanması şərti əks olunmuşdur. Belə ki, Müqavilənin 3.3-cü bəndində, İcarə Müqaviləsinin isə 2.2-ci bəndində hesab-fakturaların tərəflərin imzaladığı təhvil-təslim aktları ilə müşayiət olunması göstərilmişdir. Bu səbəbdən, cavabdehin aktların möhürlə təsdiq olunmamasına dair dəlili əsaslı olmamışdır. Cavabdehin ilk iddiaya etirazının digər əsası kimi aktlarda texniki səhvlərə yol verilməsi qeyd olunsa da, texniki səhvlərin mövcudluğu aktların düzgün olmaması qənaətinə gəlməyə əsas verə bilməz. Həmçinin, cavabdeh aktlarda texniki səhvlərin olmasını məhkəməyə qədər müb ahisələndirməmiş, elektron qaimələr qəbul olunmuş və iddiaçıya sifariş orderləri də ünvanlamışdır. Məhkəmə həmçinin, 142.500 ABŞ dolları məbləğində dəbbə pulununun tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək bütün əsaslı mənafeləri nəzərə almaqla onu 5000 ABŞ dolları həddində müəyyən etmişdir. Məhkəmə həmçinin bildirmişdir ki, cavabdeh Müqavilə əsasında 2018 və 2019-cu illər üçün ödəməli olduğu pul vəsaitini ödəməmiş, Müqavilə üzrə əhəmiyyətli pozuntuya yol verdiyinə görə Müqaviləyə xitam verilməli və cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmalıdır.
25. Məhkəmə qarşılıqlı iddia tələbinin ilk iddiaçı tərəfindən Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair dəlilinə münasibətdə bildirmişdir ki, ilk iddiaçı tərəfindən öhdəliklərinin yerinə yetirilməsi aktlar, hesab- fakturalar, elektron qaimələr, sifariş orderləri ilə öz təsdiqini tapmışdır. Qanunvericiliyin tələblərinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Cavabdeh isə Müqaviləni bağlayarkən onun şərtlərini əks etdirən əsaslardan biri – təklif edilmiş qiymət barəsində razılaşmış və buna dair hər hansı etirazı olmamışdır. Bundan başqa, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində yerləşən 2 hektar torpaq sahəsi üzərində ilk iddiaçının hüququ 2019-cu il 20 noyabr tarixdə qeydə alınsa da, həmin torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1992-ci il 21 dekabr tarixli, 2182 saylı sərəncamı ilə ilk iddiaçıya ayrılmış və onun plan və ölçüsü X1 kitabında 2013-cü il 21 oktyabr tarixdə 36058 nömrəsi ilə uçota alınmışdır.
26. Gəldiyi nəticəni məh kəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 390.1, 398.1, 421.2, 424.2, 462.1, 463.1, 675, 684.1, 700.1, 700.2-ci, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1, 176-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nın (bundan sonra – Qaydalar) 2.3-cü bəndinə istinad etmişdir.
27. Həmin qətnamədən ilk iddia tələbi üzrə cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 sentyabr tarixli, 2-2(103)-842/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – R.Qurbanov, V.Baxışova).
29. Apellyasiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş əsaslara istinad etməklə onun gəldiyi nəticə ilə razılaşmış, əlavə olaraq bildirmişdir ki, tərəflər arasında imzalanmış sənədlərə cavabdehin nümayəndəsi kimi imza atmış Əhməd Babayev (bundan sonra – Ə.Babayev) adlı şəxsin 2021-ci il 1 mart tarixdən işdən azad edilməsi də cavabdehin lehinə əhəmiyyyət kəsb etmir. Belə ki, cavabdeh onun səlahiyyətini və imzasını mübahisə etməmişdir. Cavadeh həmin şəxsi işdən azad edildikdən sonra ilk iddiaçı ilə əlbir olar aq saxtakarlıq etməkdə ittiham edir ki, qeyd olunan fakta hüquqi qiymət vermək hazırkı məhkəmə araşdırmasının predmeti deyildir. Digər tərəfdən, 2019-cu il 1 fevral, 1 mart, 3 iyun tarixli təhvil-təslim aktlarından görünür ki, “X2 Company” MMC və "xxxx" QSC ilə tərtib olunan sənədləri də cavabdeh tərəfindən baza sahə rəisi olan Ə.Babayev imzalamış, onun imzası möhürlə təsdiq olunmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin təqdim edilmiş aktların heç birində cavabdehin iradə ifadəsini əks etdirən möhürün olmaması barədə dəlili də əsaslı olmamışdır. Belə ki, işin 1-ci cildinin 94-102, 109-117, 121, 125, 129, 133, 140, 145, 149, 152, 156, 162, 167, 171, 175, 183, 193, 199, 204, 209, 214, 221, 224, 230, 235, 240, 245, 251, 257, 263-cü vərəqlərində, 2-ci cildin 2 və 11-ci vərəqlər ində olan görülmüş işlərə dair aktlara (həmin aktların bir çoxu Ə.Babayev tərəfindən imzalanmışdır) cavabdehin möhürü vurulmuşdur. Cavabdehin iddiaçıya ödədiyini qəbul etdiyi 4.995.662 manat məbləğin özü də tərəflər arasında müqavilə münasibətlərinin real, həqiqi olmasına dəlalət edir.
30. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçıya məxsus avadanlıqların aylıq 15.000 ABŞ dolları məbləğinə, Qaradağda yerləşən 2 hektar boş torpaq sahəsinin isə real dəyərindən artıq - 65.000 ABŞ dolları məbləğinə icarəyə verilməsinə dair dəlil də əsassız olmuşdur. Çünki, həmin məbləğ şərtini ehtiva edən müqavilələr və müqavilələrə əlavə razılaşmalar cavabdehin baş direktoru Ramin İsayev tərəfindən imzalanmış, bütün müqavilə və əlavə razılaşmalar cavabdehin möhürü ilə təsdiq edilmiş, cavabdeh yaxı n dövrə qədər həmin müqavilələr və əlavə razılaşmalarda nəzərdə tutulan məbləğləri iddiaçıya ödəmiş, müqavilələr və əlavə razılaşmalar etibarsız sayılmamış, ləğv edilməmiş, cavabdeh tərəfindən mübahisə edilməmişdir.
31. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 390.1, 390.4, 398.1, 421.2, 424.2, 424.3, 427.3, 442, 448.1, 448.2, 467, 675, 684.1, 700.1, 700.2, Qaydaların 3.9-cu bəndinə instinad etməklə əsaslandırmışdır.
32. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 24 sentyabr tarixdə iş üzrə tərəflərə göndərilmiş və həmin tarixdə iddiaçı və cavabdehin vəkillərinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir.
33. Apellyasiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarıl ması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
34. Müqavilə üzrə xidmət haqqının 45.000 ABŞ dollarından 65.000 ABŞ dollarına qaldırılması ilk iddia tələbi üzrə iddiaçı tərəfindən ona məxsus sahədə razılaşdırılmış layihəyə uyğun müvafiq tikililərin sifarişçinin istifadəsinə verilməli olması və abadlaşdırılma işlərini aparılmalı olması əlaqədar olmuş, ilk iddia tələbi üzrə iddiaçı 2018-ci ilin avqust ayından sonra tikinti işlərinin aparılmadığını bildirmiş, məhkəmə isə iddiaçının öhdəliklərini yerinə yetirib-yetirməməsinə düzgün qiymət verməmişdir.
35. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edil miş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a (bundan sonra – “Təlimat”) əsasən, sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir (“Təlimat”ın 24 və 32-ci bəndləri). İddiaçı tərəfindən təqdim edilmiş aktların heç biri cavabdehin blankında tərtib edilməmiş, həmçinin onun iradə ifadəsini əks etdirən möhür aktlarda mövcud olmamışdır.
36. İddiaçı tərəfindən məhkəməyə tarixlərdə (qeyri iş gününə təsadüf edən) və sözlərdə səhvlərə yol verilmiş, eyni tarixli hesab fakturadakı möhürlə özündəki möhür e ynilik təşkil etməyən və cavabdehin iradə ifadəsini əks etdirməli olan möhürün mövcud olmadığı saxta təhvil-təslim aktları təqdim olunmuş, cavabdehin məhkəməyə nümunə olaraq təqdim etdiyi təhvil-təslim aktında isə hər hansı səhv olmamış və möhürlə təsdiqlənmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Tərəflər arasında icarə münasibətləri mövcud olmuşdur. Cavabdehin təqdim etdiyi 2019-cu il 1 fevral tarixli aktla iddiaçının icarə xidmətləri göstərməsi və xidmətin dəyərinin 65.000 ABŞ dolları olması öz təsdiqini tapmışdır. Həmçinin, tərəflər arasında bağlanmış müqavilələrdə aktların möhürlə təsdiq olunması şərti də nəzərdə tutulmamışdır. Cavabdehin istinad etdiyi “Təlimat” isə yalnız dövlət orqanlarında, dövlət mülkiyyətində olan və payların nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılması qaydalarını tənzimlədiyindən, hazırki halda həmin “Təlimata” istinad oluna bilməz. Belə ki, cavabdeh dövlət orqanı və ya dövlətə məxsus olan, paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxs və ya büdcə təşkilatı deyildir. Bundan başqa, cavabdehin aktların saxta olmasına dair dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamədə lazımi hüquqi qiymət verilmişdir. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
38. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab ed ilmişdir.
39. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülk i Məcəlləsi Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəl mirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə
398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun di gər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə
424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Maddə
427. Öhdəliyin icrası müddəti 427.3. Əgər öhdəli k onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (h ərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə
463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Maddə
467. Məhkə mə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə
675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə
684. Əmlak kirayəsi üçün ödəniş müddəti 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödən ilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxs lərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”
24. Sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir.
33. Sənədlərin kompüter (makina) üsulu ilə hazırlanması 6.38-90 dövlətlərarası standartın tələbinə uyğun surətdə həyata keçirilir. Kompyuter üsulu ilə yazılan sənədlərin (maliyyə, statistik və digər cədvəllər istisna olmaqla) mətni “Arial” 12 şrifti ilə A4 formatda bir və ya bir yarım sətirarası intervalla yazılmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi 71-1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişm əsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə- fakturanı təqdim etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
42. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması ki mi qiymətləndirilməməlidir.
43. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
44. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, Müqavilə üzrə xidmət haqqının 45.000 ABŞ dollarından 65.000 ABŞ dollarına qaldırılması ilk iddia tələbi üzrə iddiaçı tərəfindən ona məxsus sahədə razılaşdırılmış layihəyə uyğun müvafiq tikililərin sifarişçinin istifadəsinə verilməli olması və abadlaşdırılma işlərini aparılmalı olması əlaqədar olmuş, ilk iddia tələbi üzrə iddiaçı 2018-ci ilin avqust ayından sonra tikinti işlərinin aparılmadığını bildirmiş, məhkəmə isə iddiaçının öhdəliklərini yerinə yetirib-ye tirməməsinə düzgün qiymət verməmişdir.
45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə aşağıda göstərilənlərə əsasən razılaşmır.
46. Belə ki, tərəflər arasında bağlanmış müqavilələr və müqavilələrə əlavə razılaşmalar cavabdehin baş direktoru tərəfindən imzalanmaqla onun möhürü ilə təsdiq edilmişdir. Cavabdeh müqavilə və razılaşmaları mübahisələndirməmiş, müqavilə və razılaşmalar etibarsız sayılmamış və ləğv edilməmişdir. Cavabdehin həmin müqavilə və razılaşmalarda nəzərdə tutulan məbləğləri 2018-ci ilin avqust ayından sonra da iddiaçıya ödəməkdə davam etməsi də kassasiya şikayətinin göstərilən dəlililin əsassız olması qənaətinə gəlməyə əsas vermişdir.
47. Kassasiya şikayətinin digər dəlili bundan ibarət olmuşdur ki, İddiaçı tərəfindən məhkəməyə tarixlərdə (qeyri iş gününə təsadüf edən) və sözlərdə səhvlərə yol verilmiş, eyni tarixli hesab fakturadakı möhürlə özündəki möhür eynilik təşkil etməyən və cavabdehin iradə ifadəsini əks etdirməli olan möhürün mövcud olmadığı saxta təhvil-təslim aktları təqdim olunmuş, cavabdehin məhkəməyə nümunə olaraq təqdim etdiyi təhvil-təslim aktında isə hər hansı səhv olmamış və möhürlə təsdiqlənmişdir.
48. Məhkəmə kollegiyası göstərilən dəlillə əlaqədar apellyasiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşaraq qeyd edir ki, təqdim edilmiş aktlarda buraxılmış hərf səhvləri, aktlara vurulmuş möhürün rənginin fərqlənməsi və aktların tərtib edilmə tarixlərinin qeyri-iş gününə təsadüf etməsi texniki məsələ olmaqla mübahisənin mahiyyətinə təsir etməmişdir. Belə ki, iş materiallarında cavabdehin dəlillərini təqzib edən üzərinə cavabdehin “M ühasibat-Sənəd daxil edilib”, “Maliyyə şöbəsi-Qəbul edilib”, “Maliyyə şöbəsi-Ödənilib” ştampları vurulan hesablar və təsdiq olunmuş elektron qaimələr, həmçinin cavabdeh tərəfindən imza və möhürlə təsdiq olunmuş görülmüş işlərə dair arayışlar mövcud olmuşdur.
49. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.1, 76.2-ci maddəl əri).
50. Maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara yazılı sənədlər, şahid ifadələri, ekspert rəyləri və s. aiddir.
51. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
52. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etiraz larının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli, 2018-ci il 11 iyun tarixli qərarlarında sübutların qiymətləndirilməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri v ə rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. “Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.”
54. Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlar əsasında hüquqi qiymətləndirməni yuxarıda istinad edilmiş mülki prosessual qanunvericiliyin tələblərinə və onlara verilmiş şərhə əsasən düzgün aparmışdır.
55. Kassasiya şikayətinin digər dəlili bundan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a (bundan sonra – “Təlimat”) əsasən, sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və o na möhür vurulması vasitəsilə həyata keçirilir (“Təlimat”ın 24 və 32-ci bəndləri). İddiaçı tərəfindən təqdim edilmiş aktların heç biri cavabdehin blankında tərtib edilməmiş, həmçinin onun iradə ifadəsini əks etdirən möhür aktlarda mövcud olmamışdır.
56. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
57. Həmin Məcəlləyə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərt ibi yolu ilə bağlanmalıdır. Tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər (Məcəllənin 331.1, 331.2-ci maddələri.)
58. Məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən dəlili ilə bağlı vurğulayır ki, tərəflər arasında bağlanmış müqavilələrdə aktların möhürlə təsdiq olunması şərti nəzərdə tutulmamış, aktların yalnız imzalanması şərti mövcud olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin istinad olunan Təlimatın müqavilənin bağlanması zamanı məhdudiyyət kimi nəzərə çarpan mövqeyi anlaşılan deyildir.
59. Bundan başqa, istinad olunan Təlimat yalnız dövlət orqanlarında, dövlət mülkiyyətində olan və payların (səhmlərin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə, büdcə təşkilatlarında kargüzarlığın aparılması qaydasını tənzimləyir ki, cavabdeh dövlət orqanı və Təlimatda göstərilən hüquqi şəxslərin dairəsinə aid olmadığından hazırki halda həmin Təlimatın göstərişləri tətbiq oluna bilməz.
60. Göründüyü kimi, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin icrasının gecikdirilməsi qənaətinə gəlmiş, lakin Mülki Məcəllənin tələbləri baxımından tənasübsüz surətdə yüksək həcmdə tələb olunan dəbbə pulunu qanunvericiliyin tələblərinə uyğun olaraq azaltmışdır.
61. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi qanunvericiliyin yuxarıda əks olunmuş müddəalarını işin hallarına mü nasibətdə düzgün tətbiq etmişdir.
62. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 sentyabr tarixli, 2-2(103)-842/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
63. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
64. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 sentyabr ta rixli, 2-2(103)-842/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.