Məhkəmə qərarları › İş №2-2(102)-271/2020

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-271/2020

19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-271/2020 19.08.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD (kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Bəhman Qəribov, iddiaçı “xxxx” ASC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-145/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 402, 407, 409-cu maddələrində nəzərdə tutulmuş qaydada tərtib olunmaqla və müəyyənləşdirilmiş müddətlərdə verilməsini yoxlanılması üçün nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı “xxxx” ASC (əvvəlki adı “İddiaçı İKB” ASC) Cavabdeh MMC-ə (bundan sonraMMC) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, kredit müqaviləsi üzrə borc alan MMC-dən 7.299.995,73 ABŞ dolları vaxtı keçmiş əsas borcun, 783.498,89 ABŞ dolları isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borcun, cəmi 7.924.111,1 ABŞ dollarının borcun ödənilən günə olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutulmasına və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasına, tutmanın öhdəliyin təminatı kimi xx xxxxxx 2014-cü il tarixli 6-BİZ-1-0-100-14 saylı alqı-satqı və girov müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən “xxxx” ASC-in 1.107.096 ədəd sənədsiz adi adlı səhmlərinə yönəldilməklə satılmasına və satışdan əldə olunan məbləğin iddia tələbi həcmində “İddiaçı İKB” ASC-nin xeyrinə ödənilməsinə, ödəniş kifayət etmədikdə icra qaydasında qalan məbləğin MMC-dən tutularaq “İddiaçı İKB” ASC-nin xeyrinə ödənilməsibarədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-2(82)-54/2018 saylı qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia təmin edilmiş, xx.xx.2014-cü il tarixli, 6-BİZ-1-0-100-14 saylı kredit müqaviləsi üzrə borc alan MMC-dən 7.299.995,73 ABŞ dolları vaxtı keçmiş əsas borcu, 1.091.315,98 ABŞ dolları isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borcu, cəmi 8.391.311,71 ABŞ dolları borcu ödənilən günə olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutulmuş, ünvan 1 ün vanında yerləşən “xxxx” ASC-in 1.107.096 ədəd sənədsiz adi adlı səhmləri yönəldilməklə satılması, satışdan əldə olunan məbləğin iddia tələbi həcmində “İddiaçı İKB” ASC-in xeyrinə ödənilməsi, ödəniş kifayət etmədikdə icra qaydasında qalan məbləğ MMC-dən tutularaq “İddiaçı İKB” ASC-in xeyrinə ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-2(103)-85/2019 saylı qətnaməsi ilə (sədrlik edən K.Abiyeva, hakimlər M.Tağızadə, Ü.Mayılov) cavabdeh MMC tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-2(82)-54/2018 saylı qətnaməsi qismən-tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 6-BİZ-l-0-100-14 saylı kredit müqaviləsi üzrə borc alan MMC-dən 299,04 ABŞ dolları əsas borcun, 45,99 ABŞ dolları faiz borcunun ödənilən günə olan məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutulması” hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını, iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx x xxxxx 2019-cu il tarixli, 2-2(102)-527/2019 saylı qərarı ilə (sədrlik edən R.Nəbizadə, hakimlər A.Hüseynov və X.Məmmədov) iddiaçının kassasiya şikayəti qismən, cavabdehin kassasiya şikayəti tam təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-2(103)-85/2019 saylı qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-145/2020 saylı qətnaməsi ilə (sədrlik edən V.Baxışova, hakimlər R.Qurbanov, C.Yusifov) cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-2(82)-54/2018 saylı qətnaməsi qismən, kredit müqavil əsi üzrə 299,04 ABŞ dolları əsas borcun, 45,99 ABŞ dolları faiz borcunun tutulması hissəsində ləğv olunmuş, iddia həmin hissədə təmin edilməmiş, cavabdehdən dövlət büdcəsinə 200 manat ekspertiza xərci tutulmuşdur. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını, müstəqil tələb irəli sürməyən üçüncü şəxs kassasiya şikayəti verərək qətnamənin ləğv olunması, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-145/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “İddiaçı İKB” ASC və cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayətləri nin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-271/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı qəbul olunmuşdur, sonradan xx xxxxxx 2020-ci il tarixdə cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olmuşdur. MPM-in 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin veril mə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Bununla belə, iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-145/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi iddiaçı “xxxx” ASC-ə və cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-ə xx xxxx 2020-ci il tarixində, Cavabdeh MMC-ə xx xxxx 2020-ci il tarixində rəsmi qaydada verilmişdir. Belə olan təqdirdə, apellyasiya instansiya məhkəməsi tərəfindən kassasiya şikayətləri kassasiya instansiya məhkəməsinə vaxtından əvvəl göndərilmiş, bununla da MPM-in 409-cu maddəsində nəzərdə tutulan müddətə riayət olunması nəzərdən qaçırılmışdır. MPM-in 417.1.7-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Mə cəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Hesab edirəm ki, iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin kassasiya şikayətləri icraata qəbul olunduqdan sonra cavabdehin kassasiya şikayəti ilə kassasiya məhkəməsinə müraciət etməsi müəyyən edildiyindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-145/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “İddiaçı İKB” ASC və cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayətlə rinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-271/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iş kassasiya baxışından çıxarılmaqla cavabdehin kassasiya şikayətinin MPM-nin 407-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 405.0.1, 409, və 417.1.7-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-145/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil1, cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətlərinin icraata qəbul edilməs i barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və kommersiya mübahisələri üzrə iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar