Məhkəmə qərarları › İş №2-2(102)-271/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-271/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-271/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Bakı şəhəri Açar sözlər: kredit müqaviləsi, kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh4 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 dekabr tarixli 2-2(103)-408/2023 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Kreditor İddiaçı ASC ilə borc alan Cavabdeh1 MMC arasında bağlanmış 2018-ci il 21 fevral tarixli 1 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq, "xxxx" ASCnin kredit öhdəliyinin təminatı olaraq 80.000,00 manat məbləğini təşkil edən verdiyi qarantiya məktubu borcalan tərəfindən təqdim olunduğu təqdirdə, borc alana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödəmək əsasında, ödənişlərin annuitet qrafikə uyğun aparılması şərti ilə, Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına (faizlərin aylıq ödənilməsi, əsas borc üzrə ödənişlərin aparılmasına ilk 30 ay ərzində güzəşt edilməsi, növbəti 30 ay ərzində isə annuitet qaydada ödənilməsi şərti ilə) 500.000 manat məbləğində, 60 ay müddətinə kredit vermişdir. - 1.2-ci bəndinə əsasən, borc alan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirir. - 2.1-ci bəndinə əsasən, kreditin istifadəsinə görə bor alan əsas borcun qalığına illik 6. % ödəyir. - 3.1.1-ci bəndinə əsasən, kreditor bu müqavilədən irəli gələn öhdəli yin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndində göstərilən məbləğdə gecikdirmə faizinin ödənilməsini borcalandan vaxtından əvvəl tələb edə bilər: Borc alan 60 gün ərzində kredit müqaviləsi üzrə öhdəliklərini (əsas borc və ya faizləri, yaxud onların bir hissəsini) tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafıkinə uyğun olaraq yerinə yetirmədikdə; Borc alan tərəfindən ödənişlər (əsas borc və ya faizlər, yaxud onların bir hissəsi) 12 ay ərzində 3 dəfədən çox gecikdirildikdə. 2. 2020-ci il 16 sentyabr tarixində İddiaçı ASC (kreditor) ilə "xxxx" MMC 2018-ci il 21 fevral tarix li 1 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə bağlanmışdır. Həmin əlavəyə əsasən, tərəflər 2018-ci il 21 fevral tarixli 1 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndini aşağıdakı redaksiyada qəbul edirlər: Kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq, "xxxx" ASC-nin kredit öhdəliyinin təminatı olaraq 80.000 manat məbləğini təşkil edən verdiyi qarantiya məktubu borc alan tərəfindən təqdim olunduğu təqdirdə, borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödəmək əsasında, ödənişlərin annuitet qrafıkə uyğun aparılması şərti ilə, Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına (faizlərin aylıq ödənilməsi, əsas borc üzrə ödənişlərin aparılmasına ilk 36 ay ərzində güzəşt edilməsi, növbəti 24 ay ərzində bərabər hissələrlə ödənilməsi şərti ilə 500.0 00 manat məbləğində, 60 ay müddətinə kredit vermişdir.

3. Kredit müqaviləsinin 1 nömrəli əlavəsinə uyğun təsdiq edilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh1 MMC tərəfindən kredit müqaviləsi üzrə ödənəcək əsas məbləğ 500.000 manat, faizin məbləği 121.166,67 manat, cəmi ödəniləcək məbləğ 621.166,67 manat müəyyən edilmişdir. 4. 2021-ci il 17 mart tarixində kreditor İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 2018-ci il 21 fevral tarixli 1 nömrəli kredit müqaviləsinə 2 nömrəli əlavə bağlanmışdır. Həmin əlavəyə əsasən, tərəflər 2018-ci il 21 fevral tarixli 1 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndini aşağıdakı redaksiyada qəbul edirlər: Kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq, "xxxx" ASC-nin kredit öhdəliyinin təminatı olaraq 80.000 manat məbləğini təşkil edən verdiyi qarantiya məktubu borc a lan tərəfindən təqdim olunduğu təqdirdə, borc alana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödəmək əsasında, ödənişlərin annuitet qrafikə uyğun aparılması şərti ilə, Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına (faizlərin aylıq ödənilməsi, əsas borc üzrə ödənişlərin aparılmasına ilk 42 ay ərzində güzəşt edilməsi, növbəti 30 ay ərzində bərabər hissələrlə ödənilməsi şərti ilə, 500.000 manat məbləğində, 72 ay müddətinə kredit verir.

5. İpoteka saxlayan İddiaçı ASC ilə ipoteka qoyan Cavabdeh6 və borc alan Cavabdeh1 MMC arasında 2018-ci il 21 fevral tarixli 1 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və irəlidə ipoteka predmeti adlandırılan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 45 nömrəli evin 100 nömrəli mənzilini 2018-ci il 21 fevral tarixli 1 nömrəli tarixli Kredit müqaviləsinə əsasən Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun banka açdığı limit hesabına yaranmış öhdəliyin təminatı kimi İpoteka saxlayana ipotekaya verir. Həmin müqavilənin: - 1.2-ci bəndinə əsasən, ipoteka qoyanın bu müqaviləyə əsasən ipoteka ilə yüklü edilən daşınmaz (daşınar) əmlak üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 2010-cı il 21 may tarixli ********** qeydiyyat nömrəli MA ******* seriya nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə təsdiq edilir. - 1.3-cü bəndinə əsasən, bu müqavilə ilə aşağıdakı öhdəliklər təmin edilir: - 1.3.1-ci bəndinə əsasən, kreditin məbləği 500.000 man at; - 1.3.2-ci bəndinə əsasən, kreditin qaytarılma tarixi - kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin borc alana faktiki təqdim edildiyi tarixindən 5 il müddətinə 2023-cü il 21 fevral tarixinədək ipoteka qoyanın əlavə razılığı olmadan kreditor ilə borcalan arasında qarşılıqlı razılaşmaya əsasən kreditin ödənilməsi müddəti azaldıla bilər; - 1.3.3-ci bəndinə əsasən, kreditin istifadəsinə görə borc alan əsas borcun qalığına illik 6% ödəyir. - 1.3.4-ci bəndinə əsasən, kredit üzrə əsas borc və faizlər kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafiki üzrə, kredit xətti üzrə isə kredit müqaviləsinə uyğun olaraq ödənilir. - 2.1-ci bəndinə əsasən, ipoteka predmetinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi sahəsi 84 kv.m, yaşayış sahəsi 42,6 kv.m təşkil edir. - 2.2-ci bəndinə əsasən, ipoteka predmeti "xxxx" MMC tərəfindən 2018-ci il 18 yanvar tarixində tərtib edilmiş ƏK-0122/ATB nömrəli daşınmaz əmlakın qiymətləndirmə aktına (hesabatına) əsasən, 91.000 manat dəyərində qiymətləndirilir. - 4.1-ci bəndinə əsasən, aşağıdakı hallarda ipoteka saxlayan ipoteka ilə təmin edilmiş daşınmaz əmlaka tutma yönəltmək hüququna malikdir: - 4.1.1-ci bəndinə əsasən, ipoteka qoyan (borcalan) tərəfindən ipoteka ilə təmin olunmuş öhdəlik üzrə aylıq ödənişlər (əsas borc və ya faizlər, yaxud onların bir hissəsi) 60 gündən çox gecikdirildikdə; - 4.1.2-ci bəndinə əsasən, ipoteka qoyan (borcalan) tərəfindən ipoteka ilə təmin olunmuş öhdəlik üzrə aylıq ödənişlər (əsas borc və ya faizlər, yaxud onların bir hissəsi) 12 ay ərzində 3 dəfədən çox gecikdirildikdə; - 4.1.3-cü bən dinə əsasən, ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında ipoteka saxlayanın tələbi bu tələbin irəli sürülməsi haqqında yazılı bildiriş alındığı vaxtdan başlayaraq 30 gün ərzində icra olunmadıqda.

6. Cavabdeh6 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmış Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 45 nömrəli evin 100 nömrəli mənzili üzərində sonuncunun mülkiyyət hüququ İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş və 2021-ci il 5 aprel tarixində ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Çıxarışda əsas öhdəliyinin mahiyyəti və icra müddəti qrafasında ** KM ***8-ci il 21 fevral tarixli müqavilə və 2021-ci il 17 mart tarixli 1 nömrəli əlavəyə istinad edilmişdir. 7. 2018-ci il 21 fevral tarixli 1 nömrəli ipoteka müqaviləsinə 1 nömrəli əlavəyə əsasən müəyyən edilir ki, İddiaçı ASC-nin müştəri xidmətləri mərkəzi ilə Cavabdeh1 MMC arasında bağlanmış 2018-ci il 21 fevral tarixli 1 nömrəli kredit müqaviləsi üzrə tərəflər, borc alana verilmiş 500.000,00 manat məbləğində kreditin bitmə müddətinin 2024-cü il 21 fevral tarixinədək uzadılması barədə razılığa gələrək, 2018-ci il 21 fevral tarixli 1 nömrəli ipoteka müqaviləsinin 1.3.2-ci bəndini aşağıdakı redaksiyada qəbul edirlər: “1.3.2. Kreditin qaytarılma tarixi - kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin ipoteka qoyana (borcalana) faktiki təqdim edildiyi tarixindən 6 il müddətinə 2024-cü il 21 fevral tarixinədək ipoteka qoyanın əlavə razılığı olmadan, kreditor ilə borcalan arasında qarşılıqlı razılaşmaya əsasən kreditin ödənilməsi müddəti azaldıla bilər.

8. İpoteka saxlayan İddiaçı ASC ilə ipot eka qoyan Cavabdeh3 və borc alan Cavabdeh1 MMC arasında 2018-ci il 21 fevral tarixli 2 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və irəlidə ipoteka predmeti adlandırılan ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsini 2018-ci il 21 fevral tarixli 1 nömrəli kredit müqaviləsinə əsasən Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun banka açdığı limit hesabına yaranmış öhdəliyin təminatı kimi İpoteka saxlayana ipotekaya verir. - 1.2-ci bəndinə əsasən, ipoteka qoyanın bu müqaviləyə əsasən ipoteka ilə yüklü edilən daşınmaz (daşınar) əmlak üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 2016-cı il 18 avqust tarixli ********** qeydiyyat nömrəli RX ****** * seriya nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə təsdiq edilir. - 1.3-cü bəndinə əsasən, bu müqavilə ilə aşağıdakı öhdəliklər təmin edilir: - 1.3.1-ci bəndinə əsasən, kreditin məbləği 500,000.00 manat; - 1.3.2-ci bəndinə əsasən, kreditin qaytarılma tarixi - kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin borc alana faktiki təqdim edildiyi tarixindən 5 il müddətinə 2023-cü il 21 fevral tarixinədək. ipoteka qoyanın əlavə razılığı olmadan. Kreditor ilə borcalan arasında qarşılıqlı razılaşmaya əsasən kreditin ödənilməsi müddəti azaldıla bilər; - 1.3.3-cü bəndinə əsasən, kreditin istifadəsinə görə borc alan əsas borcun qalığına illik 6% ödəyir. - 1.3.4-ci bəndinə əsasən, kredit üzrə əsas borc və faizlər kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafiki üzrə, kredit xətti üzrə isə kredit müqaviləsinə uyğun olaraq ödənilir. - 2.1-ci bəndinə əsasən, ipoteka predmetinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0,24 ha torpaq sahəsində yerləşməklə ümumi sahəsi 1.026,1 kv.m təşkil edir: - 2.2-ci bəndinə əsasən, ipoteka predmeti “VETO-Consulting" MMC tərəfindən 2018ci il 18 yanvar tarixində tərtib edilmiş ƏK-0122/ATB nömrəli daşınmaz əmlakın qiymətləndirmə aktına (hesabatına) əsasən, 440.000 manat dəyərində qiymətləndirilir. - 4.1-ci bəndinə əsasən, aşağıdakı hallarda ipoteka saxlayan ipoteka ilə təmin edilmiş daşınmaz əmlaka tutma yönəltmək hüququna malikdir: - 4.1.1-ci bəndinə əsasən, ipoteka qoyan (borcalan) tərəfindən ipoteka ilə təmin olunmuş öhdəlik üzrə aylıq ödənişlər (əsas borc və ya faizlər, yaxud onların bir hissəsi) 60 gündən çox gec ikdirildikdə; - 4.1.2-ci bəndinə əsasən, ipoteka qoyan (borcalan) tərəfindən ipoteka ilə təmin olunmuş öhdəlik üzrə aylıq ödənişlər (əsas borc və ya faizlər, yaxud onların bir hissəsi) 12 ay ərzində 3 dəfədən çox gecikdirildikdə; - 4.1.3-cü bəndinə əsasən, ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında ipoteka saxlayanın tələbi bu tələbin irəli sürülməsi haqqında yazılı bildiriş alındığı vaxtdan başlayaraq 30 gün ərzində icra olunmadıqda.

9. Cavabdeh3 tam mülkiyyət hüququ ilə adına qeydiyyata alınmış ünvan 2anında 0,247 ha torpaq sahəsində yerləşən sahəsi 1.026,1 kv.m. olan əmlak kompleksi kimi müəssisənin üzərində sonuncunun mülkiyyət hüququ "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmiş və 2021-ci il 5 aprel tarixində ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Çıxarışda əsas öhdəliyinin mahiyyəti və icra müddəti qrafasında ** KM ***8-ci il 21 fevral tarixli müqavilə və 2021-ci il 17 mart tarixli 1 nömrəli əlavəyə istinad olunmuşdur. 10. 2018-ci il 21 fevral tarixli 2 nömrəli ipoteka müqaviləsinə 1 nömrəli əlavəyə əsasən müəyyən edilir ki, İddiaçı ASC-nin müştəri xidmətləri mərkəzi ilə Cavabdeh1 MMC arasında bağlanmış 2018-ci il 21 fevral tarixli 1 nömrəli kredit müqaviləsi üzrə tərəflər, borc alana verilmiş 500.000,00 manat məbləğində kreditin bitmə müddətini, 2024-cü il 21 fevral tarixinədək uzadılması barədə razılığa gələrək, 2018-ci il 21 fevral tarixli 2 nömrəli ipoteka müqaviləsinin 1.3.2-ci bəndini aşağıdakı redaksiyada qəbul edirlər: “1.3.2. Kreditin qaytarılma tarixi - kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin İpoteka qoyana (borc alana) faktiki təqdim edildiyi tarixindən 6 il müddətinə 2024-cü il 21 fevral tarixinədək ipoteka qoyanın əlavə razılığı olmadan, kreditor ilə borcalan arasında qarşılıqlı razılaşmaya əsasən kreditin ödənilməsi müddəti azaldıla bilər.

11. İpoteka saxlayan İddiaçı ASC ilə ipoteka qoyan Cavabdeh4 və borc alan Cavabdeh1 MMC arasında 2018-ci il 21 fevral tarixli 3 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və irəlidə ipoteka predmeti adlandırılan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 0.1 ha torpaq sahəsini 2018-ci il 21 fevral tarixli 1 nömrəli kredit müqaviləsinə əsasən Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun banka açdığı limit hesabına yara nmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipotekaya verir. Həmin müqavilənin: - 1.2-ci bəndinə əsasən, ipoteka qoyanın bu müqaviləyə əsasən ipoteka ilə yüklü edilən daşınmaz (daşınar) əmlak üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 2016-cu il 27 may tarixli ********** qeydiyyat nömrəli RX ******* seriya nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə təsdiq edilir. - 1.3-cü bəndinə əsasən, bu müqavilə ilə aşağıdakı öhdəliklər təmin edilir: - 1.3.1-ci bəndinə əsasən, kreditin məbləği 500.000,00 manat. - 1.3.2-ci bəndinə əsasən, kreditin qaytarılma tarixi - kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin borcalana faktiki təqdim edildiyi tarixindən 5 il müddətinə 2023-cü il 21 fevral tarixinədək. ipoteka qoyanın əlavə razılığı olmadan. Kreditor ilə borcalan arasında qarşılıqlı razılaşmaya əsasən kreditin ödənilməsi müddəti azaldıla bilər; - 1.3.3-cü bəndinə əsasən, kreditin istifadəsinə görə borcalan əsas borcun qalığına illik 6% ödəyir. - 1.3.4-ci bəndinə əsasən, kredit üzrə əsas borc və faizlər kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafiki üzrə, kredit xətti üzrə isə kredit müqaviləsinə uyğun olaraq ödənilir. - 2.1-ci bəndinə əsasən, ipoteka predmetinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi sahəsi 0.1 ha təşkil edir. - 2.2-ci bəndinə əsasən, ipoteka predmeti "xxxx" MMC tərəfindən 2018-ci il 18 yanvar tarixində tərtib edilmiş T-0122-3/ATB nömrəli daşınmaz əmlakın qiymətləndirmə aktına (hesabatına) əsasən, 100.000,00 manat dəyərində qiymətləndirilir. - 4.1-ci bəndinə əsasən, aşağıd akı hallarda ipoteka saxlayan ipoteka ilə təmin edilmiş daşınmaz əmlaka tutma yönəltmək hüququna malikdir: - 4.1.1-ci bəndinə əsasən, ipoteka qoyan (borcalan) tərəfindən ipoteka ilə təmin olunmuş öhdəlik üzrə aylıq ödənişlər (əsas borc və ya faizlər, yaxud onların bir hissəsi) 60 gündən çox gecikdirildikdə; - 4.1.2-ci bəndinə görə ipoteka qoyan (borcalan) tərəfindən ipoteka ilə təmin olunmuş öhdəlik üzrə aylıq ödənişlər (əsas borc və ya faizlər, yaxud onların bir hissəsi) 12 ay ərzində 3 dəfədən çox gecikdirildikdə; - 4.1.3-cü bəndinə əsasən, ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında ipoteka saxlayanın tələbi bu tələbin irəli sürülməsi haqqında yazılı bildiriş alındığı vaxtdan başlayaraq 30 gün ərzində icra olunmadıqda.

12. Cavabdeh4 adına tam mülkiyyət hüq uqu ilə qeydiyyata alınmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 0,1 ha torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüququ "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmiş və 2021-ci il 5 aprel tarixində ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Çıxarışda əsas öhdəliyinin mahiyyəti və icra müddəti qrafasında ** KM ***8-ci il 21 fevral tarixli müqavilə və 2021-ci il 17 mart tarixli 1 nömrəli əlavəyə istinad olunmuşdur. 13. 2018-ci il 21 fevral tarixli 3 nömrəli ipoteka müqaviləsinə 1 nömrəli əlavəyə əsasən müəyyən edilir ki, İddiaçı ASC-nin müştəri xidmətləri mərkəzi ilə Cavabdeh1 MMC arasında bağlanmış 2018-ci il 21 fevral tarixli 1 nömrəli kredit müqaviləsi üzrə tərəflər, borc alana verilmiş 500.000,00 manat məbləğində kreditin bitmə müddətini, 2 024-cü il 21 fevral tarixinədək uzadılması barədə razılığa gələrək, 2018-ci il 21 fevral tarixli 3 nömrəli ipoteka müqaviləsinin 1.3.2-ci bəndini aşağıdakı redaksiyada qəbul edirlər: ”1.3.2. Kreditin qaytarılma tarixi - kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin ipoteka qoyana (borc alana) faktiki təqdim edildiyi tarixindən 6 il müddətinə 2024-cü il 21 fevral tarixinədək. İpoteka qoyanın əlavə razılığı olmadan, kreditor ilə borcalan arasında qarşılıqlı razılaşmaya əsasən kreditin ödənilməsi müddəti azaldıla bilər.

14. İddiaçı ASC, borc alan Cavabdeh1 MMC və zamin Cavabdeh3 arasında 2021-ci il 17 mart tarixli 001-KZM-105-2021 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən, İddiaçı ASC-nin müştəri xidmətləri mərkəzi ilə Cavabdeh1 MMC arasında 2018-ci i l 21 fevral tarixində bağlanmış 1 nömrəli müqavilə ilə əlaqədar olaraq borc alan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borc alan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür. Həmin müqavilənin: - 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəliyin əsası 2018-ci il 21 fevral tarixli 1 nömrəli kredit müqaviləsidir. - 2.2-ci bəndinə əsasən, təmin edilən müqavilənin predmeti: borc alana 500.000 manat məbləğində, 72 ay müddətinə, illik istifadə faizi 6% olmaqla, verilmiş kredit. - 2.3-cü bəndinə əsasən, bu müqavilə ilə təmin edilmiş öhdəliyin icra müddəti: borcalanın bank qarşısında 2018-ci il 21 fevral tarixli 1 nömrəli və bu müqaviləyə gələcəkdə ediləcək əlavələrdən irəli gələn bütün öhdəlikləri tam yerinə yetirilənəd ək. - 3.1-ci bəndinə əsasən, zamin, borc alanın bank qarşısında 2018-ci il 21 fevral tarixli 1 nömrəli müqavilə üzrə banka olan kredit və ona hesablanmış faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən digər zərərin (komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.) əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. - 5.1-ci bəndinə əsasən, bank borcalandan 2018-ci il 21 fevral tarixli 1 nömrəli müqavilə üzrə tələbinin ödənilməsi ilə bağlı ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələbi borc alan ilə birgə məsuliyyət daşıyan zaminə qarşı irəli sürür.

15. İddiaçı ASC tərəfindən ipoteka qoyan X1 2022-ci il 7 aprel tarixli 07105-1381 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş (xəbərdarlıq məktubu) ünvanlanaraq, ünvan 2anında 0,247 ha torpaq sahəsində yerləşən sahəsi 1.026,1 kv.m. olan əmlak kompleksi kimi müəssisənin ipoteka ilə yüklü edildiyi bildirilmiş və borc alan tərəfindən 2018-ci il 21 fevral tarixli 1 nömrəli kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi təqdirdə qanuna müvafiq tədbirlər görüləcəyi barədə barədə xəbərdarlıq olunmuşdur.

16. İddiaçı ASC tərəfindən ipoteka qoyan Cavabdeh4 2022-ci il 7 aprel tarixli 071051382 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş (xəbərdarlıq məktubu) ünvanlanaraq, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 0,1 ha torpaq sahəsinin ipoteka ilə yüklü edildiyi bildirilmiş və borc alan tərəfindən 2018-ci il 21 fevral tarixli 1 nömrəli kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi təqdirdə qanuna müvafiq tədbirlər görüləcəyi barədə barədə xəbərdarlıq olunmuşdur.

17. İddiaçı ASC tərəfindən ipoteka qoyan X2 2022-ci il 7 aprel tarixli 07105-1427 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş (xəbərdarlıq məktubu) ünvanlanaraq, ünvan 4i mənzilinin ipoteka ilə yüklü edildiyi bildirilmiş və borc alan tərəfindən 2018-ci il 21 fevral tarixli 1 nömrəli kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi təqdirdə qanuna müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur.

18. Yuxarıda sadalanan hər üç bildiriş (yuxarıda §§ 15-17) bildiriş qeydiyyata alınmışdır (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı B akı şəhər ərazi İdarəsinin təsdiqetmə barədə bildirişləri və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı şəhər ərazi İdarəsinin 2022-ci il 22 aprel tarixli məktubları).

19. İddiaçı ASC tərəfindən cavabdehlərə göndərilmiş 2022-ci il 4 mart tarixli 07104951 nömrəli pretenziya məktubundan görünür ki, 5 iş günü ərzində 102.571,68 manat gecikdirilmiş borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə banka olan 490.991,16 manat əsas və ona hesablanacaq faizlərin tam olaraq ödənilməsinin tələb olunması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. 20. 2022-ci il 8 aprel tarixli bildirişdən görünür ki, Cavabdeh1 MMC tərəfindən kredi t müqaviləsi üzrə öhdəliklər vaxtlı-vaxtında yerinə yetirilmədiyi üçün ona 2022-ci il 4 mart tarixli pretenziya məktubu göndərilmiş və bunun heç bir nəticəsi olmamışdır. "xxxx" MMCnin 2022-ci il 17 mart tarixinə əsas borcu 490.991,16 manat, faiz borcu 5.128,09 manat faiz, cəmi 505.118,25 manat təşkil edir. Bununla da, kredit müqaviləsi üzrə kredit borcunun (əsas və faiz) ödənilməsinin tələb edilməsi zərurəti yaranmışdır.

21. İddiaçı ASC tərəfindən verilmiş sonuncu 2022-ci il 4 noyabr tarixli maliyyə arayışına görə, Cavabdeh1 MMC-nin banka 2022-ci il 4 noyabr tarixinə əsas borcu 499.991,16 manat, faiz borcu 29.311,79 manat olmaqla cəmi borc 529.302,95 manat təşkil edir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

22. İddiaçı ASC (bundan sonra-“iddiaçı”) cavabdehlər C avabdeh1 MMC, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh4 qarşı (bundan sonra ayrılıqda– “MMC”, “Cavabdeh3”, “Cavabdeh5”, “Cavabdeh2”, “Cavabdeh6”, “Cavabdeh4”, birlikdə isə cavabdehlər) qarşı iddia ərizəsi, 2022-ci il 5 noyabr tarixində isə iddianın artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək: - cavabdehlər MMC, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 iddiaçının xeyrinə 499.991,16 manat əsas, 29.311,79 manat faiz, cəmi 529.302,95 manat borc, iddia ərizəsinə görə ödənilmiş 402 manat dövlət rüsumu, mediasiya xərci olaraq ödənilmiş 400 manat, bildirişlərin DƏDRX-in 1 saylı ərazi idarəsində qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu kimi ödənilmiş 225 manat pulun tutulması; - tutmanın ilkin satış qiyməti müəyyən edilməklə hər 3 ipoteka predmetinə (yuxarıda § 5, 8, 11) yönəldilməsi; ipoteka predmetlərinin açıq hərrac vasitəsilə satılması və iddiaçının kredit tələbinin satılmış əmlakların hesabına ödənilməsi, ipoteka predmeti olan 100 nömrəli mənzili satıldıqdan sonra həmin evdə yaşayan Cavabdeh6 və digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması, ipoteka predmeti olan ümumi sahəsi 1.026,1 kv.m olan əmlak kompleksi kimi müəssisə satıldıqdan sonra 1 ay ərzində təhvil verilmədiyi halda məcburi qaydada boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

23. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının müştəri xidmətləri mərkəzi ilə MMC arasında bağlanmış 2018-ci il 21 fevral tarixli 1 nömrəli kredit müqaviləsinə (bundan sonra – "xxxx") əsasən MMC-yə əsas və dövriy yə vəsaitlərinin alınması məqsədilə kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə ipoteka və zaminlik müqavilələri bağlanmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehlərə dəfələrlə müraciət olunmasına baxmayaraq, MMC borcun qaytarılması ilə bağlı təşəbbüs göstərməmişdir. Bununla da cavabdehlər öhdəliklərini yerinə yetirməmişlər.

24. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 11 avqust tarixli 9/5448 ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, çıxarış məlumatları, kredit müqaviləsi, 2020-ci il 16 sentyabr tarixli 1 nömrəli əlavə və 2021-ci il 17 mart tarixli 2 nömrəli əlavənin şərtlərinə əsasən, MMC-nin 2022-ci il 19 may tarixinə (maliyyə arayışının verildiyi tarixə) iddiaçıya borcu 509.527,81 manat, o cümlədən əsas borc üzrə 498.915,16 manat və faiz borcu üzrə 10.612,65 manat təşkil etmişdir.

25. Məhkəmə tərəfindən təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizası üzrə "xxxx" MMC-nin 2021-ci il 20 dekabr tarixli LP-222/21, LP-223/21, LP224/21 və LP-225/21 nömrəli mütəxəssis rəylərində aşağıdakılar göstərilmişdir: - Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 45 nömrəli evin 100 nömrəli mənzilinin hazırkı bazar dəyəri 140.000 manat, likvid qiyməti 135.000 manat dəyərində; - Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 0,1 ha torpaq sahəsinin hazırkı bazar dəyəri 139.000 manat, likvid qiyməti 130.000 manat dəyərində; - ünvan 2anında yerləşən əmlak kompl eksi kimi müəssisənin hazırkı bazar dəyəri 640.000 manat, likvid qiyməti 608.000 manat dəyərində müəyyən edilmişdir.

26. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 9 dekabr tarixli e-2-2(113)-3166/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş: - cavabdehlər MMC, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 müştərək qaydada 498.915,16 manat əsas borc, 24.332,83 manat faiz borcu, ümumilikdə 523.247,99 manat pulun tutularaq iddiaçıya ödənilməsi; - tələb üzrə tutmanın Cavabdeh6 mülkiyyətində olan ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 135.000 manat müəyyən edilməsi; tələb üzrə tutmanın Cavabdeh4 mülkiyyətində olan ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 130.000 manat müəyyən e dilməsi; tələb üzrə tutma Cavabdeh3 mülkiyyətində olan ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 608.000 manat müəyyən edilməsi; - ipoteka predmetlərinin satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin müvafiq olaraq ipoteka qoyanlara qaytarılması; satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehlər MMC, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 müştərək qaydada tutulması; - ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 45 nömrəli evin, 100 nömrəli mənzili satıldıqdan sonra həmin evdə yaşayan Cavabdeh6 1 ay ərzində həmin evi tərk etmədiyi ha lda məcburi qaydada çıxarılması; ipoteka predmeti olan ünvan 5 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin satıldıqdan sonra 1 ay ərzində təhvil verilmədiyi halda məcburi qaydada boşaldılması; - iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq olaraq 226 manat, mediasiya xərclərinin əvəzi olaraq 400 manat və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 225 manat pulun cavabdehlər MMC, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi; - Ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, qalan hissədə iddia rədd olunmuşdur (hakim – L.Əliyeva).

27. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə MMC arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC-yə illik 6% dərəcəsi ilə 72 ay müddətinə 500.000 manat kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya borcu yaranmışdır.

28. İddianın kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsinə gəldikdə, MMC-nin mübahisəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği işin mübahisəli halını təşkil etdiyindən həmin halın müəyyən olunması üçün iş üzrə məhkəməmühasibatlıq ekspertizası (bax yuxarıda § 24) təyin edilmişdir. Məhkəmənin h əmin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud olmamış və həmin rəy iş üzrə sübut qismində qəbul edilmişdir.

29. Ekspert rəyi alındıqdan sonra iddiaçının iddia tələbinin həcminin artırılması barədə ərizə verərək 2022-ci il 4 noyabr tarixinədək müddətə hesablanmış faiz borcunun tutulmasını tələb etməsi məsələsinə gəldikdə məhkəmə qeyd etmişdir ki, 2022-ci il 19 may tarixinədək olan müddətə müqavilə üzrə hesablanmış faiz borcunun (illik 6 faizlə) 10.612,65 manat məbləğində olması ekspert rəyi ilə müəyyən edilmişdir. 2022-ci il 19 may tarixindən etibarən cavabdehin kredit müqaviləsi üzrə heç bir ödəniş etmədiyi nəzərə alındıqda, 2022-ci il 19 may tarixindən 2022-ci il 4 noyabr tarixinədək olan dövr üçün müqavilə üzrə ödənilməli olan faiz borcunu adi riyazi hesablama vasitəsilə hesa blamaq mümkündür. Belə ki, 498.915,16 manat əsas borc məbləğinə 2022-ci il 19 may tarixindən 2022-ci il 4 noyabr tarixinədək 5,5 aylıq müddət üçün illik 6% dərəcəsi ilə hesablanmalı olan faiz borcunun “498.915,16 x 6% / 12 ay x 5,5 ay=13.720,18 manat” olması müəyyən edilmişdir. Odur ki, 2022-ci il 4 noyabr tarixinədək olan dövr üçün mübahisəli müqavilə üzrə ödənilməli olan faiz borcunun məbləği cəmi 24.332,83 manat (13.720,18+10.612,65 manat) təşkil etmişdir.

30. Göstərilənlərə əsasən məhkəmə MMC-nin kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra olunmasını – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüquq una malik olduğunu nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddiaçı MMC-dən 498.915,16 manat əsas və 24.332,83 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlı olmuşdur.

31. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi iddiaçı, MMC və Cavabdeh2 arasında 2021-ci il 17 mart tarixli 001-KZM-104-2021 nömrəli; iddiaçı, MMC və Cavabdeh3 arasında 2021-ci il 17 mart tarixli 001-KZM-105-2021 nömrəli; iddiaçı, MMC və Cavabdeh5 arasında 2021-ci il 17 mart tarixli 001-KZM-1062021 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 borc alan MMC-nin kredit müqaviləsi üzrə öhdəliklərinə zamin durmuşlar. Ona görə də, məhkəmə 2021-ci il 17 mart tarixli zaminlik müqavilələrinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh 3 və Cavabdeh5 digər cavabdeh MMC-nin kredit müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durduğunu, cavabdeh MMC-nin isə həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı əsas və faiz borcu daxil olmaqla kredit müqaviləsi üzrə borcun müştərək qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə haqlı olmuşdur.

32. Həmçinin MMC kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyini vaxtında icra etmədiyi üçün “İpoteka haqqında” Qanunun 34.1.1-ci bəndinə əsasən, ipoteka saxlayanın ipoteka predmetlərinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.

33. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 269.1-269.4, 270.1, 385.1, 386.1, 442, 443.1, 448.1, 470.1, 472.1, 472.2, 739 və 743-cü madd ələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.6, 1.0.9, 3.1, 10.4, 11.1, 11.2, 34.1.1, 34.1.3, 34.1.4 və 59.4-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 2020-ci il 20 iyul tarixli qərardadına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-"xxxx") 103.1 və 206.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

34. Cavabdehlər MMC və Cavabdeh3 tərəfindən həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmiş, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

35. Apellyasi ya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəməmühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 13 oktyabr tarixli 9/4610 nömrəli ekspert rəyində göstərilmişdir ki, kredit müqaviləsi, 2020-ci il 16 sentyabr tarixli 1 nömrəli əlavə və 2021-ci il 17 mart tarixli 2 nömrəli əlavənin şərtlərinə əsasən MMC-nin iddiaçıya olan borcu 2022ci il 9 mart tarixinə əsas borc üzrə 498.915,16 manat, faiz borcu üzrə 4.791,97 manat; 2022-ci il 8 aprel tarixinə əsas borc üzrə 498.915,16 manat, faiz borcu üzrə 7.203,40 manat; 2022-ci il 19 may tarixinə əsas borc üzrə 498.915,16 manat, faiz borcu üzrə 10.612,65 manat; 2022-ci il 24 may tarixinə əsas borc üzrə 498.915,16 manat, faiz borcu üzrə 11.028,41 manat; 2022-ci il 1 iyun tarixin ə əsas borc üzrə 498.915,16 manat, faiz borcu üzrə 11.610,48 manat müəyyən edilmişdir.

36. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 dekabr tarixli 2-2(103)-408/2023 nömrəli qətnaməsi ilə cavabdehlər MMC və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - cavabdehlərdən tutulmalı olan faiz borcunun, bundan asılı olaraq cəmi borcun tutulması hissəsində dəyişdirilmiş, iddiaçının xeyrinə tutulmalı faiz borcu 7.203,40 manat, cəmi borc 506.118,56 manat müəyyən olunmuş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – A.Hüseyn, hakimlər – R.Qurbanov və V.Baxışova).

37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, i ddiaçı ilə cavabdeh MMC arasında 21 fevral 2018-ci il tarixli, 01 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı, cavabdeh MMC-yə illik 6% dərəcəsi ilə 72 ay müddətinə 500.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır.

38. Birinci instansiya məhkəməsi 11 avqust 2022-ci il tarixli 9/5448 saylı ekspert rəyinə uyğun olaraq kredit müqaviləsi üzrə əsas və faiz borcların tutulması hissəsində 498.915,16 manat məbləğində əsas və 24.332,83 manat məbləğində faiz borcunun tutulması nəticəsinə gəlmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi əsas borcun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq göstərmişdir ki, apellyasiya baxışı zamanı 18 may 2023-cü il tarixli qərardadla iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, 21 fevral 2018-ci il tarixli 01 saylı Kredit Müqaviləsi və əlavələr üzrə cavabdehlərin 09 mart 2022, 08 aprel 2022, 19 may 2022, 24 may 2022 və 01 iyun 2022ci il tarixinə əsas, faiz və cərimə borcu nə qədər təşkil etməsi barədə ekspert qarşısına sual qoyulmuş, Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 13 oktyabr tarixli, 9/4610 saylı ekspert rəyi ilə rəyin tedqiqat hissəsində göstərilənlərə əsasən, 21 fevral 2018-ci il tarixli, 01 kredit müqaviləsi, 16 sentyabr 2020-ci il tarixli 01 No-li “Əlavə” və 17 mart 2021ci il tarixli 02 №-li “Əlavə”nin şərtl ərinə əsasən Cavabdeh1 MMC-nin "xxxx" ASC-nə olan borcu 09 mart 2022-ci il tarixinə əsas borc üzrə 498.915,16 AZN, faiz borcu üzrə 4.791,97 AZN, 08 aprel 2022-ci il tarixinə əsas borc üzrə 498.915,16 AZN, faiz borcu üzrə 7.203,40 AZN, 19 may 2022-ci il tarixinə əsas borc üzrə 498.915,16 AZN, faiz borcu üzrə 10.612,65 AZN, 24 may 2022-ci il tarixinə əsas borc üzrə 498.915,16 AZN, faiz borcu üzrə 11.028,41 AZN, 01 iyun 2022-ci il tarixinə əsas borc üzrə 498.915,16 AZN, faiz borcu üzrə 11.610,48 AZN müəyyən edilmişdir.

40. Məhkəmə həmin rəyi MPM-nin 88, 101.3 və 103.1-ci maddələrinin tələbləri baxımından qiymətləndirmiş və qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı məhkəmə araşdırması zamanı 2023-cü il 13 oktyabr tarixli, 9/4610 saylı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul etmiş və belə qənaətə gəlmişdir ki, 11 avqust 2022-ci il tarixli 9/5448 saylı və 2023-cü il 13 oktyabr tarixli, 9/4610 saylı ekspert rəyləri ilə əsas borc məbləğinin 498.915,16 manat müəyyən edilmişdir.

41. Faiz borcu məbləğinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehə 08 aprel 2022-ci il tarixli məktubda kredit müqaviləsi üzrə öhdəliklərin vaxtından əvvəl icra edilməsinə və belə olan halda mübahisəli kredit müqaviləsinin ləğv edilməsinə dair iradəsini qarşı tərəfə bildirmiş, bununla da mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. Odur ki, iddiaçı yalnız müqaviləyə xitam verildiyi tarixədək olan müqavilə üzrə faizlərin ödənilməsini tələb etmək hüququna malik olduğundan mübahisəli kredit müqaviləsi üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcu ekspert rəyində müəyyən edilmiş 08 aprel 2022-ci il tarixə olan faiz borcu əsas götürülməklə 7.203,40 AZN məbləğində müəyyən edilməlidir.

42. Məhkəmə hesab etmişdir ki, cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, 17 mart 2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 digər cavabdeh MMCnin 21 fevral 2018-ci il tarixli, 01 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durduğunu, cavabdeh MMC-nin isə həmin müqavilə üzrə öhdəliklərini tam icra etmədiyindən və bu fakt i şin materialları ilə sübut olunduğundan, 2023-cü il 13 oktyabr tarixli, 9/4610 saylı ekspert rəyinə əsasən MMC ilə iddiaçı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 01 saylı Kredit müqaviləsinə əsasən 7.203,40 AZN məbləğində faiz borcu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

43. Məhkəmə qeyd edir ki, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Hazırda, iddiaçı belə bir tələb irəli sürməmişdir.

44. Cavabdehlərin apellyasiya şikayətlərinin digər dəlili bundan i barət olmuşdur ki, məhkəmə araşdırması zamanı ipoteka predmetlərinin ilkin satış qiyməti real bazar dəyərindən aşağı olduğundan ilkin satış qiymətinin müəyyən edilməsi üçün təkrar olaraq qiymətləndirmənin keçirilməsi zəruri idi.

45. Məhkəmə apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab etmiş və göstərmişdir ki, ilkin satış qiyməti ilə bağlı tərəflər əsasında mübahisə olduğu və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddəsinin tələbləri nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərardadı əsasında aşağıda qeyd olunan mütəxəssis rəyi təqdim edilmişdir. "xxxx" MMC-nin 20 dekabr 2021-ci il tarixli, LP-222/21, LP-223/21, LP224/21 və LP-225/21 saylı mütəxəssis rəylərinə əsasən müvafiq olaraq Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 45 saylı evin 100 s aylı mənzilinin hazırkı bazar dəyəri 140.000 manat, likvid qiyməti 135.000 manat dəyərində; Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 0,1 ha torpaq sahəsinin hazırkı bazar dəyəri 139.000 manat, likvid qiyməti 130.000 manat dəyərində və ünvan 2anında yerləşən əmlak kompleksi kimi müəssisənin hazırkı bazar dəyəri 640.000 manat, likvid qiyməti 608.000 manat dəyərində müəyyən edilmişdir.

46. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi qiymətləndiricinin müəyyən etdiyi ipoteka predmetinin real bazar qiymət və likvid dəyərini, eləcə də həmin münasibətləri tənzimləyən qanunvericilik normalarını nəzərə alaraq düzgün olaraq belə qənaətə gəlmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 45 saylı evin 100 saylı mənzilinin ilkin satış qiyməti 135. 000 manat məbləğində; Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə küçəsində yerləşən 0,10 ha torpaq sahəsinin hazırkı ilkin satış qiyməti 130.000 manat məbləğində; ünvan 5 ünvanında 0,247 ha torpaq sahəsində yerləşən sahəsi 1026,1 kv.m. olan əmlak kompleksi kimi müəssisənin hazırkı ilkin satış qiyməti 608.000 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə belə qənaətə gəlmişdir ki, ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.

47. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən cavabdehlərdən tutulmalı olan faiz borcunun, bundan asılı olaraq cəmi borcun tutulması hissəsində dəyi şdirilməli, İddiaçı ASC-nin xeyrinə tutulmalı faiz borcu 7.203,40 manat, cəmi borc 506.118,56 manat müəyyən edilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 269.1-269.4, 270.1, 385.1, 386.1, 442, 443.1, 448.1, 470.1, 472.1, 472.2, 739 və 743-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.6, 1.0.9, 3.1, 10.4, 11.1, 11.2, 34.1.1, 34.1.3, 34.1.4 və 39.3.3, 47.5-ci maddələrinə, MPM-in 103.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

48. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin qismən-faiz borcunun tutulması hissəsində ləğv edilməklə, cavabdehlər MMC, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 müştərək qaydada 498.915,16 manat əsas borc, 24.332,83 manat fa iz borcu olmaqla, cəmi 523.247,99 manat pulun tutularaq iddiaçıya ödənilməsinə dair iddianın təmin olunması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunması xahiş edilmişdir.

49. Cavabdehlər MMC və Cavabdeh3 həmin qətnamədən ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri

50. MM-in 445.7-ci maddəsinin tələbləri pozulmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında ifadə edilmiş hüquqi mövqe nəzərə alınmamışdır-məhkəmə iddiaçının 2022-ci il 4 noyabr tarixli maliyyə arayışına əsa sən, MMC-nin iddiaçıya 2022-ci il 4 noyabr tarixinə 499.991,16 manat əsas borc, 29.311,79 manat faiz borcu olmaqla, cəmi borcunun 529.302,95 manat təşkil etdiyini nəzərə almamış, faiz borcunu 2022-ci il 8 aprel tarixli pretenziya məktubuna əsasən 7.203,40 manat hissəsində təmin etmişdir. Halbuki pretenziya məktubunda iddiaçı borc məbləğinin tam şəkildə qaytarılmasını tələb etməmiş, yalnız müqavilənin vaxtından əvvəl ləğv olunması üçün məhkəməyə müraciət edilməsini göstərmişdir. İddia tələbində olan 29.311,79 manat faiz borcunun (kommersiya məhkəməsi 24.332,83 manat təmin etmişdir) həmin məbləğlə əhatə olunduğu nəzərə alınmamış, gündəlik faiz borcunun 68.20 manat (490.991,16x5%:360) olması nəzərə alınmaqla, 2022-ci il 8 aprel tarixindən 2022-ci 4 noyabr il tarixinə (177 gün x 68.20= 12.071, 40 manat) olan faiz borcunu illik beş faiz dərəcəsi ilə hesablanaraq təmin edilməli olduğu halda məhkəmə bunu etməmiş, bununla da maddi hüquq normaları pozulmuşdur.

51. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən illik 6 faizlə borcun tələb edildiyini və illik 5 faiz pul tələbinin də həmin məbləğ daxilində olduğunu nəzərə almamışdır. Bu mövqe formalaşdırılmış məhkəmə təcrübəsinə də (bax bu qərarın 54-cü bəndi)

52. İddiaçı borcludan öhdəliyin icra müddəti bitdikdən sonra da faiz tələb etdiyindən məhkəmə iddia tələbindən kənara çıxmamış, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyi nəzərə alaraq öhdəliyin icra müddəti bitdikdən sonra əsas borc məbləğinə faizləri MM-in 445.7-ci maddəsinə əsasən hesablam aqla illik 5%-lə təmin etmişdir. 53. 2022-ci il 9 dekabr tarixində birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 29 mart tarixli qərarı qəbul olunmamışdı. Bununla yanaşı, məhkəmə kollegiyası bank tərəfindən borcluya pretenziya məktubu göndərilərkən yalnız gecikdirilmiş borcun tələb edildiyini nəzərə almamışdır. Daha sonra, borcun tam şəkildə ödənilməsi tələb edilməmiş, müqavilənin ləğv olunması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə faiz borcunun pretenziyanın verildiyi günədək hesablanan hissəsini təmin etməkdə haqlı olmamışdır.

54. Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2023-cü il 30 avqust tarixli 22(102)-393/2023 nömrəli qərarı üzrə - Həmin qərarda göstərilmişdir ki, “kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, iddiaçı (kreditor) gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququndan istifadə etməmiş, yalnız əsas, faiz və dəbbə borcunun tutulması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq əsassız və qanunsuz olaraq iddiaçının xeyrinə illik 5 faizlə 37.646,29 manat pulun tutulmasını qət etmiş, apellyasiya məhkəməsi isə qətnaməni yoxlayarkən bunu nəzərə almamışdır. Göründüyü kimi, bank borcludan öhdəliyin icra müddəti bitdikdən sonra da faiz tələb etdiyindən məhkəmə iddia tələbindən kənara çıxmamış, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014cü il 24 dekabr tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyi nəzərə alaraq öhdəliyin icra müddəti bitdikdə n sonra əsas borc məbləğinə faizləri MM-in 445.7-ci maddəsinə əsasən hesablamaqla illik 5%-lə təmin etmişdir.” b) Cavabdeh MMC-nin kassasiya şikayətinin dəlilləri

55. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin, MM-in 16.1ci maddəsinin, MPM-nin 9, 14.2, 217.4, 218.1 və 220.4-cü maddələrinin tələbləri pozulmuşdur-apellyasiya instansiyası məhkəməsi tərəfindən göstərilən qanunvericilik normalarının tələbləri pozulmuş, sübutlar düzgün qiymətləndirilməmiş, işə faktlar əsasında baxılmamış, iş üzrə əhəmiyyətli bütün faktiki hallar araşdırılmamış və nəticədə cavabdehin hüquqları pozulmuşdur. Cavabdeh müqavilə üzrə öhdəliklərin icrasından yayınmamışdır. Kredit məbləği pandemiyadan əvvəl verilmiş, 2020-2022-ci illərdə pandemiya ilə əlaqədar müəssisə hər hansı məhsul istehsal edib satışını həyata keçirməmişdir. Bununla bağlı MMC əsas və faiz borcun ödənilməsinə möhlət verilməsi ilə bağlı iddiaçıya müraciət etsə də, nəticə əldə olunmamış, həmin dövr üzrə faiz və cərimə borcları hesablanmışdır. MMC borcu tam ödəmək iqtidarında olmadığı üçün, iddiaçı tərəfindən əsas və faiz borcunun ödənilməsi müddətinə güzəşt olunsa, MMC borcu hissə-hissə ödəyər. İddiaçı tərəfindən MMC-yə bununla bağlı heç bir şərait yaradılmamış və pandemiya dövrü də daxil olmaqla qalan borcun birdəfəlik ödənilməsi tələb olunmuşdur. Apellyasiya məhkəməsi qeyd edilən halları nəzərə almamışdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 nömrəli Qərarının 2.4-cü bəndinin tələbləri baxımından, məhkəmə mövqeyini və işin hallarını düzgün əsa slandırmamış, nəticədə yaranan ziddiyyətləri aradan qaldırmadan qətnamə qəbul etmişdir. c) Cavabdeh3 kassasiya şikayətinin dəlilləri

56. Cavabdeh3 kassasiya şikayətinin dəlilləri cavabdeh MMC-nin şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, apellyasiya icraatında məhkəmə baxışı zamanı ipoteka predmeti olan əmlakın yenidən qiymətləndirilməsi xahiş olunsa da, məhkəmə yalnız məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ipoteka predmeti olan əmlakın yenidən qiymətləndirilməsi təmin olunmamışdır. Cavabdeh3 mülkiyyətində olan 1.026,1 kv.m. olan əmlak kompleksinin ilkin satış qiyməti kimi müəyyən edilən 608.000 manat dəyəri real bazar dəyərindən aşağıdır. Buna görə də ipoteka predmeti olan əmlakların yenidən qiymətləndirilməsinə zərurət yaranmış, lakin apell yasiya məhkəməsi tərəfindən bu təmin edilməmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

57. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

58. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

59. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

60. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi r eyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır....” “Maddə

270. Girovun və ipotekanın əmələ gəlməsi əsasları 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə ol malıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hall ar üçün cavabdehdir....” “Maddə

470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə

472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır....” “Maddə

739. Borc müqaviləsi (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.)...” “Maddə

743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Re spublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.” 61. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikasının Qanununun müvafiq “Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır:... 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququd ur; (2018-ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 1.0.6-cı maddədə “borclu əsas öhdəliyi icra etmədikdə,” sözləri “bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda” sözləri ilə əvəz edilmişdir.)... 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.” “Maddə

3. İpotekanın tətbiq sahəsi 3.1. İpoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər....” “Maddə

10. İpoteka müqaviləsi... 10.4 İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir....” “Maddə

11. İpotekanın dövlət qeydiyyatı 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur....” “Maddə

34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: (2018-ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Azərbaycan Respubl ikasının Qanunu ilə 34.1-ci maddədə “yaranması anı” sözləri “yaranmasına əsas verən hallar” sözləri ilə əvəz edilmişdir.) 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; (2018-ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 34.1.1-ci maddədə “vaxtında icra olunmaması” sözləri “icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi” sözləri ilə əvəz edilmişdir.)... 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; (2018-ci il 28 dekabr tarixli 1439VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 34.1.3-cü maddədə “yerinə yetirilməməsi” sözləri “baş verməsi” sözləri ilə əvəz edilmişdir.) 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.” “Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;...” “Maddə

47. İpoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi... 47.5. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna m alikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. (2018-ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 47.5-ci maddəyə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir.)

62. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətlə ndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

63. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi) 64. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki P rosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

65. Baxılan işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçı ilə cavabdeh MMC arasında 21 fevral 2018-ci il tarixli, 01 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı, cavabdeh MMC-yə illik 6% dərəcəsi ilə 72 ay müddətinə 500.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçı banka 498.915,16 manat əsas borcu yaranmışdır. Faiz borcu məbləğinə münasibətdə məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddi açının cavabdehə 08 aprel 2022-ci il tarixli məktubda kredit müqaviləsi üzrə öhdəliklərin vaxtından əvvəl icra edilməsinə və belə olan halda mübahisəli kredit müqaviləsinin ləğv edilməsinə dair iradəsini qarşı tərəfə bildirmiş, bununla da mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. Odur ki, iddiaçı yalnız müqaviləyə xitam verildiyi tarixədək olan müqavilə üzrə faizlərin ödənilməsini tələb etmək hüququna malik olduğundan mübahisəli kredit müqaviləsi üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcu ekspert rəyində müəyyən edilmiş 08 aprel 2022-ci il tarixə olan faiz borcu əsas götürülməklə 7.203,40 AZN məbləğində müəyyən edilməlidir.

66. Məhkəmənin gəldiyi nəticəni faiz tələbinin tutulması hissəsində mübahisələndirən iddiaçının maddi hüquq normalarının pozulması i lə bağlı dəlili ondan ibarətdir ki, məhkəmə faiz borcunun pretenziyanın verildiyi günədək hesablanan hissəsini təmin etməkdə haqlı olmamış, borcluya pretenziya məktubu göndərilərkən, yalnız gecikdirilmiş borcun tələb edildiyi nəzərə alınmamışdır.

67. Məhkəmə kollegiyası iddiaçının həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qeyd olunan hissədə ləğvi üçün əsas hesab etmir və qeyd etməyi zəruri hesab edir ki, iddiaçının cavabdehə ünvanladığı 08 aprel 2022-ci il tarixli məktubda iddiaçı, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə əsas və faiz borcu olmaqla cəmi borc barədə bildiriş verdiyini və həmin bildirişin tutmanın öhdəliyin təminatı olan ipoteka predmetinə yönədilməsi barədə xəbərdarlıq olduğunu göstərmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, a pellyasiya instansiyası məhkəməsinin sözügedən bildirişin verildiyi 2022-ci il 8 aprel tarixinə kredit müqaviləsinə birtərəfli qaydada xitam verilməsi və həmin tarixədək faiz məbləğinin tutulması barədə nəticəsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuşdur.

68. Belə ki, MM-nin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfi n müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. 69. 2022-ci il 8 aprel tarixindən iddianın verildiyi 2022-ci il 4 noyabr tarixinə qədər sözügedən kredit müqaviləsi üzrə faizin tutulması tələbinə gəldikdə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin müddət üçün iddiaçının faiz tələbinin olmamasına dair nəticəsi ilə aşağıdakılara əsasən razılaşmır.

70. Əvvəla qeyd olunmalıdır ki, faiz bir qayda olaraq kred itorun pul vəsaitindən istifadə edilməsinin qarşılığı kimi hesablanan məbləğdir. Kredit borcuna hesablanması mümkün olan faizlər mahiyyət etibarilə bir-birindən fərqlənir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi qüvvədə olduğu dövrdə həmin əqdlə razılaşdırılmış müqavilə faizi (əsas kapitaldan istifadə faizi) və müqavilə ləğv edildikdən sonra tələb edilən gecikdirmə faizi (MM-in 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 faiz) fərqləndirilir.

71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2023-cü il 29 mart tarixli Qərarında kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kr editorun tələbinin ipoteka predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd etmişdir ki, “müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir....Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdi rilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi, onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunv ericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”.

72. Baxılan iş üzrə iddia ərizəsinin və iddia tələbinin həcminin artırılması barədə ərizənin (İİ cild i.v 45) məzmunundan göründüyü kimi, iddiaçı, tərəflər arasında bağlanmış kredit müqaviləsi üçün əsas borcu və həmin borca hesablanmış faiz borcunu tələb edir.

73. Apellyasiya instansiyası məh kəməsi gecikdirilmiş vaxt üçün illk beş faiz məbləğinin ödənilməsi barədə tələbin olmaması qənaətinə gələrkən, nəzərə almamışdır ki, baxılan iş üzrə iddiaçı, məhkəmənin gəldiyi nəticə üzrə kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi 2022-ci il 8 aprel tarixindən sonrakı dövr üçün (konkret olaraq iddia tələbinin həcminin artırıldığı 2022-ci ilin 4 noyabr tarixinə qədər) də faizin tutulmasını xahiş etmişdir. Lakin məhkəmə tərəfindən həmin dövr üzrə faizin tutulması tələbinə, tətbiq edilməli olan maddi hüquq normasının tələbləri baxımından qiymət verilməmişdir. Halbuki, MM-in 445.7ci maddəsində (zamana görə qüvvədə olan redaksiyası) göstərilmişdir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, g ecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

74. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, işin yeni apellyasiya baxışı zamanı iddiaçı bankın kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair cavabdehə 2022-ci il 8 aprel tarixli iradə ifadəsini bildirdiyi (bax bu qərarın 67-ci bəndi) vaxtdan müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün cavabdehdən müqavilə faizini tələb etməsinin yolverilməz olması nəzərə alınmaqla, 8 aprel 2022-ci il tarixindən 4 noyabr 2022-ci il tarixinədək olan dövr üzrə faiz tələbinə MMnin 445.7-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir.

75. Cavabdeh MMC-nin kassasiya şikayətinə gəldikdə, Kollegiya qeyd edir ki, şikayətdə apellyasiya instansiyası məhkəməsinin iş üzrə nəticəyə gələrkən qətnamənin ləğvinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməsi tutarlı dəlillərlə əsaslandırılmamışdır. Bu baxımdan həmin dəllilər (bax yuxarıda bu qərarın 55-ci bəndi), iş üzrə qətnamənin ləğvi üçün əsas təşkil etmir.

76. Cavabdeh3 kassasiya şikayətinin dəlilləri cavabdeh MMC-nin şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq apellyasiya instansiyası məhkəməsinin, onun mülkiyyətində olan ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı gəldiyi nəticəni mübahisələndirlir (bax yuxarıda bu qərarın 8-ci bəndi).

77. Bununla bağlı qeyd olunmalıdır ki, işə birinci instansiyası məhkəməsində baxılarkən, "xxxx" MMC tərəfindən ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakların qiymətləndirilməsi aparılmış və mütəxəssis rəyi təqdim olunmuşdur (bax yuxarıda 25-ci bənd). İşə baxan məhkəmələr tərəfindən həmin rəy mötəbər sübut kimi qiymətləndirilmişdir.

78. Nəzərə alınmalıdır ki, iş üzrə tərəfin müvafiq qiymətləndirmə rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyin şübhə altına alınmasına əsas vermir. Tərəf hansı səbəbdən həmin rəylə razı olmamasını əsaslandırmalı və rəyin mötəbərliyini şübhə altına alan zəruri sübutları işin faktiki hallarını araşdıran və sübutları qiymətləndinmək səlahiyyətinə malik olan məhkəmələrə təqdim etməlidir. Lakin işin materiallarından cavabdeh tərəfindən belə sübutların təqdim edildiyi müəyyən edilmir.

79. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Cavabdeh3 məxsus, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiyməti ilə bağlı gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.

80. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi maddi hüquq normalarının pozulmasına görə qismən - 8 aprel 2022-ci il tarixindən 4 noyabr 2022-ci il tarixinədək faiz tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, qətnamə qalan hissədə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edildiyindən dəyişdirilmədən saxlanmalı, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmi ş kassassiya şikayətləri təmin edilməməlidir.

81. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 dekabr tarixli 22(103)-408/2023 saylı qətnaməsi qismən - 8 aprel 2022-ci il tarixdən 4 noyabr 2022-ci il tarixinədək faiz tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar