Məhkəmə qərarları › İş №2-2(102)-272/2022

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-272/2022

28.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-272/2022 28.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, vəkil orderi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İlqar Dadaşov və Bəhram Məmmədlidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 fevral tarixli 2-2(103)-278/2022 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 2021-ci il 2 aprel tarixli, 01-01/21 saylı müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə üzrə iddiaçı tərəfindən ödənilən 49.987,5 manat pul vəsaitinin, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilən 200 manat haqqın və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 13 dekabr tarixli, e-2-2(113)-4743/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim – Z.Pirverdiyev).

3. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 fevral tarixli, 2-2(103)-278/2022 saylı qərardadı ilə apellyasiya şikayəti onu i mzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması əsası ilə qeyri-mümkün hesab edilmişdir.

5. Həmin qərardaddan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iş üzrə apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 fevral tarixli, 2-2(103)-278/2022 saylı qərardadı ilə kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) “Kassasiya şikayətinin forması” adlı 3 saylı Əlavəsində göstərilən formada verilməməsi əsas ilə geri qaytarılmışdır.

7. Həmin qərardaddan cavabdeh kassasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir.

8. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət onu n mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir.

9. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 407.4-cü maddəsinə əsasən, şikayətə vəkilin orderi və “...” əlavə olunur.

10. Göründüyü kimi MPM-lə kassasiya şikayətinə vəkilin orderinin əlavə olunması tələbini müəyyən olunmuşdur. Hazırki halda, iş materiallarında 2022-ci il 8 fevral tarixli order mövcud olsa da, həmin orderdə “tapşırığın yerinə yetirildiyi təşkilat” hissəsində “Azərbaycan Respublikası Ali Məhkəməsi” deyil, “Bakı Apellyasiya Məhkəməsi” ifadəsi öz əksini tapmışdır. Belə olan halda, həmin order cavabdeh tərəfindən vəkilə Azərbaycan Respublikası Ali Məhkəməsində təmsil olunma ilə bağlı verilmiş order kimi qəbul oluna bilməz.

11. MPM-in 408.1.1-ci maddəsinə əsasən, kassasiya şikayət i bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

12. Göstərilənlərə əsasən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və onun qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

13. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407.4, 408.1, 408.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 16 fevral tarixli, 2-2(103)-278/2022 saylı qərardadından Cavabdeh M MC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar