Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-272/2024 03.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı “BP” Eksploreyşn (Şah Dəniz) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdeh1 MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Cavabdeh3nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın qaldırılması üçün subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı “BP” Eksploreyşn (Şah Dəniz) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdehlər Cavabdeh1 MMC-yə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi və Cavabdeh3nə qarşı “şəhadətnamənin, müqavilənin, çıxarışların etibarsız hesab edilməsi və pul məbləğinin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 dekabr tarixli 2-2(103)-922/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2002-ci il 21 fevral tarixində Azərbaycan Respublikası Hökuməti ilə Boru Kəməri Şirkətinin Səhmdarları arasında Tranzit Ərazisinə Malik Ölkənin Höküməti ilə Sazi ş imzalanmışdır. 2007-ci il 28 dekabr tarixində Azərbaycan Respublikası adından Sənaye və Energetika Nazirliyi ilə Boru kəməri şirkəti arasında torpaq hüquqlarına dair icarə müqaviləsi bağlanmışdır.
2. Cavabdeh3 2004-cü il 24 mart tarixli 42 saylı Sərəncamına əsasən rayonun dövlət ehtiyat fondu torpaqlarından nar və digər meyvə ağaclarından ibarət bağ salınması məqsədilə Cavabdeh1 MMC-yə 400 hektar torpaq sahəsinin 50 il müddətinə icarəyə verilməsi qərara alınmış, həmin sərəncam əsasında 2004-cü il 24 mart tarixli 2 saylı icarə müqaviləsi bağlanmış, habelə “Torpaqdan müvəqqəti istifadə hüququna dair” 2004-cü il 9 aprel tarixli JN-4634 saylı şəhadətnamə alınmışdır. 3. “Torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında” 2016-cı il 22 yanvar tarixli müqavilənin 1 saylı Qoşmasına gör ə, tikinti dəhlizi JN-4634 nömrəli Şəhadətnamə əsasında Cavabdeh1 MMC-nin istifadəsində olan 080500005aS (U), 080500005bS (U), 080500005S (U), 080500010S (U) və 080500011S (U) kodlu ümumi sahəsi 5.15069 ha-dan ibarət torpaq sahələrindən keçir, həmin torpaq sahəsi üzərində bir ildən çox yaşı olan cəmi 2200 ədəd bar verən nar kolları ilə bağlı kompensasiya məbləği 1.999.800 manat, tikinti dəhlizi torpağına dəyəcək ziyan olaraq 16.225 manat və tikinti işləri və əmlaka (suvarma sistemindən ibarət əmlak) dəyən ziyan 1.083.975 manat olmaqla ümumilikdə 3.100.000 manat məbləğində kompensasiya Cavabdeh1 MMC-yə ödənilməlidir. 4. "xxxx" ASC tərəfindən təsdiq edilmiş 120OCAZ160281005 nömrəli ödəniş tapşırığından görünür ki, “BP” Eksploreyşn (Şah Dəniz) Limited” Şirkətinin Nümayəndəliyi tərəfindən Cava bdeh1 MMC-nin hesabına 3.100.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
5. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 217 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmununa görə, Goranboy rayonu, Veyisli ərazi dairəsində yerləşən 128.58 ha torpaq sahəsi Cavabdeh1 MMC-nin xeyrinə hüququn yüklü edilməsi qeydiyyata alınmışdır. Yüklülüyün növü icarə, əsas 2004-cü il 9 aprel tarixli, JN4634 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə, qeydiyyat 2023-cü il 17 may tarixi olmuşdur. Hüququ yüklü edilən şəxs Cavabdeh3dir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 6. “BP” Eksplor eyşn (Şah Dəniz) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (bundan sonra – “iddiaçı”) 2019-cu il 27 fevral tarixində cavabdehlər Cavabdeh1 MMC-yə (bundan sonra – “MMC), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi (bundan sonra – “DƏDKR”) və Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi sələfi - ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (Goranboy rayon şöbəsi) tərəfindən verilmiş 2004-cü il 9 aprel tarixli, JN-4634 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, 2023-cü il 17 may tarixli **********0 qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, 2023-cü il 17 may tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, 2023-cü il 9 may tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab olunması, 2016-cı il 22 yanvar tarixində cavabdeh MMC ilə Cavabdeh3 arasında bağlanmış torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında cavabdeh MMC-yə ödənilmiş 3.100.000 manat pul məbləğinin cavabdeh MMC-dən tutularaq İddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, kompensasiya ödənildikdən təqribən 2 ay sonra cavabdeh MMC əlavə kompensasiya ödənişi əldə etmək məqsədilə iddiaçıya əsassız tələblər irəli sürməyə başlamış və iddia etmişdir ki, “Boru Kəməri layihəsi çərçivəsində mövcud boru kəmərinin digər hissəsi dövlət mülkiyyətində olan və 2004-cü il 24 mart tarixli 42 saylı sərəncam əsasında cavabdeh MMC-nin istifadəsinə verilmiş 400 hektar torpaq sahəsinin başqa bir hissəsindən keçir. İddiaçı cavabdeh MMC-nin tələblərinin əsassız olduğunu bildirərək ona əlavə kompensasiya ödənilməsindən haqlı olaraq imtina etmişdir. Bundan sonra, cavabdeh MMC iddiaçı və Cavabdeh3nə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sözügedən işin məhkəmə araşdırması zamanı iddiaçıya məlum olmuşdur ki, İN-4634 saylı şəhadətnamə Ca vabdeh3 2004-cü il 24 mart tarixli 42 saylı sərəncamı və 2004-cü il 24 mart tarixli 02-11 icarə müqaviləsinin ayrılmaz hissəsi olan ilkin yerquruluşu planına uyğun hazırlanmamış və şəhadətnamənin cizgi planı düzgün tərtib edilməmişdir. Hazırda JN-4634 saylı şəhadətnamə iddiaçının subyektiv hüquqlarını pozduğu üçün həmin şəhadətnamənin və onun əsasında bağlanmış məhdudlaşdırma müqaviləsinin etibarsız sayılması zərurəti yaranmışdır. JN-4634 saylı şəhadətnamədə 2004-cü il 24 mart tarixli 42 saylı sərəncama və torpağın icarəyə verilməsi haqqında 2004-cü il 24 mart tarixli müqaviləyə istinad edilmişdir. JN-4634 saylı şəhadətnamədə torpaq sahəsinin yerləşdiyi yerin sxemi və torpaq sahəsinin planı göstərilsə də, torpaq sahəsinin koordinatları dəqiq göstərilməmişdir. Torpaq sahəsi cavabdeh MMC-yə ayrılan ərəfədə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə zidd olaraq torpaq sahəsinin sərhədləri naturada müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən kimi, Sənaye və Energetika Nazirliyi və Boru Kəməri Şirkəti arasında 2007-ci il 28 dekabr tarixində Ümumi icarə müqaviləsi bağlanmış və həmin müqavilə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 30 iyun tarixli 2910 nömrəli sərəncamı ilə təsdiq edilmişdir. Ümumi icarə müqaviləsinin 5.01-ci bəndinə əsasən Boru Kəməri fəaliyyətinin həyata keçirilməsi üçün torpaqdan icarə hüququ əsasında istifadə etmək və nəzarət etmək üçün müstəsna və qeyri-məhdud əmlak hüquqları Boru Kəməri şirkətinə verilmişdir. Dövlət mülkiyyətində olan və xəritədə 080500013S kimi kodlaşdırılmış torpaq sahəsinə münasibətdə hüquqlar 2 saylı Əlavəyə əsasən B oru Kəməri Şirkətinə ötürülmüş və qeyd olunan torpaq sahəsinə görə Boru Kəməri Şirkətinin xeyrinə icarə hüququnun yüklü edilməsinə dair Reyestr Xidməti tərəfindən Seriya RX ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh MMC-yə JN-4634 saylı şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsinin Boru Kəmərinin tikinti dəhlizi ilə üst-üstə düşən hissəsinə (080500005aS(U), 080500005bS(U), 080500005S(U), 080500010S(U) və 080500011S(U) kimi kodlaşdırılmış torpaq sahələrinə) münasibətdə hüquqlar 3 saylı Əlavəyə əsasən Boru Kəməri Şirkətinə ötürülmüş və qeyd olunan torpaq sahələrinə görə Boru Kəməri Şirkətinin xeyrinə icarə hüququnun yüklü edilməsinə dair Reyestr Xidməti tərəfindən Seriya RX ******* nömrəli çıxarış verilmişdir.
8. Cavabdeh MMC iddiaya etirazında bildirmişdir ki, müqavilə tərəfləri cavabde h MMC və Dövlət adından Cavabdeh3 olmuş, müqavilə üzrə kompensasiya məbləği olan 3.100.000 manat məbləğində vəsait məhz dövlət tərəfindən cavabdeh MMC-yə ödənilmişdir. Yəni 2016-cı il 22 yanvar tarixli müqavilədə iddiaçının adı qeyd olunmamış, onun müqaviləyə aidiyyəti olmamışdır. İddia tələbi 3 hissədən ibarət olmaqla, etibarsızlıq və pul tələbinin predmeti 2016-cı il 22 yanvar tarixli müqavilə olmuş, bu tələbdən süni şəkildə subyektiv hüquq görünüşü yaradan iddiaçı cavabdeh MMC-nin adına verilmiş şəhadətnamənin də etibarsızlığını irəli sürmüşdür. Hesab edilir ki, çox bəsit və aydın bir şəkildə iddiaçı bu tip iddia tələbləri irəli sürməyə heç bir subyektiv hüquqa malik olmadığından iddia tələblərinin sırf mahiyyətinə dair hər hansı bir dəlilə istinad etməyə lüzum yoxdur. Bundan başqa, i ddia tələbinin heç bir əsası yoxdur. Həmin tələb əsassız olmaqla yanaşı, həm də həmin tələblər üzrə iddia müddətləri heç bir üzrlü səbəb olmadan ötürülmüşdür. Ona görə də iddia tələbi iddia müddəti tətbiq olunaraq rədd edilməlidir. İddiaçının iddiasının faktiki əsası kimi istinad edilən müqavilə 2016-cı il 22 yanvar tarixində bağlanmışdır. Müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia isə 3 il sonra qaldırılmışdır. Həmçinin iddiaçı əqdin etibarsızlığı ilə bağlı kəsici müddətə də əməl etməmişdir. İddiaçı tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) ilə bağlı mülki mübahisə 2016-cı ilin sonlarından etibarən tərəflər arasında mübahisə predmeti olmuşdur. İddiaçı müqavilələri qanunla nəzərdə tutulmuş 1 ildən artıq müddət keçdikdən sonra mübahisələndirmişdir. Mübahisə tərəfini n tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
9. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 13 sentyabr tarixli e-2-2(113)-5/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir (hakim – Z.Axundova).
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 26 aprel tarixli 10/1536 nömrəli ekspert rəyinə görə: - a) torpaqdan müvəqqəti istifadə hüququna dair JN-4634 saylı, 2004-cü il 9 aprel tarixli şəhadətnaməyə əsasən cavabdeh MMC-yə icarəyə verilmiş 400 hektar torpaq sahəsi 2007-ci il 28 dekabr tarixli ümumi icarə müqaviləsinin 2015-ci il 26 noyabr tarixli, 2 saylı əlavəsinə əsasən X1 Kəməri Şirkətinə ötürülmüş və DƏDKR tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömrəli çıxarışlar əsasında X1 Kəməri Şirkətinin xeyrinə icarə hüququ ilə yüklü edilmiş torpaq sahələrinin koordinatları daxilində yerləşir; - b) torpaqdan müvəqqəti istifadə hüququna dair JN-4634 saylı 2004-cü il 9 aprel tarixli şəhadətnamə 400 hektar torpaq sahəsinin cavabdeh MMC-yə icarəyə verilməsinə dair ilkin torpaq ayırma sənədlərinə (Cavabdeh3 Başçısının 2004-cü il 24 mart tarixli Sərəncamı, 2004-cü il 24 mart tarixli 2 saylı icarə müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ilkin yerquruluşu planına) uyğun tərtib edilməmişdir. İlkin yerquruluşu planında torpaq sahəsi iki hissədən ibarətdir. Şəhadətnamədə torpaq sahəsi üç hissədən ibarətdir; - c) torpaqdan müvəqqəti istifadə hüququna dair JN-4634 saylı 2004-cü il 9 aprel tarixli şəh adətnamə ilkin torpaq ayırma sənədlərinə uyğun olmadığı təqdirdə ilkin torpaq ayırma sənədlərinə (Cavabdeh3 Başçısının 2004-cü il 24 mart tarixli sərəncamı, 2004-cü il 24 mart tarixli 2 saylı icarə müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ilkin yerquruluşu planına) əsasən cavabdeh MMC-yə icarəyə verilmiş torpaq sahəsi DƏDKR tərəfindən verilmiş seriya RX seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömrəli çıxarışlar əsasında X1 Kəməri Şirkətinin xeyrinə icarə hüququ ilə yüklü edilmiş torpaq sahələrinin koordinatları daxilində yerləşmir; - ç) cavabdeh MMC-nin faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək, “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-4634 saylı Şəhadətnamə ilə icarəyə verilən 400 ha torpaq sahəsinin konfiqurasiyası müqayisə edilmişd ir. İcarəyə verilmiş torpaq sahəsinin və faktiki istifadə vəziyyəti, konfiqurasiyası rəyə əlavə edilmiş sxemdə göstərilmişdir; - d) 080500013S kimi kodlaşdırılmış torpaq sahəsi 2007-ci il 28 dekabr tarixli ümumi icarə müqaviləsinin 2015-ci il 6 noyabr tarixli 2 saylı əlavəsinə əsasən X1 Kəməri Şirkətinin ötürülmüş və DƏDKR tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən X1 Kəməri Şirkətinin xeyrinə icarə hüququ ilə yüklü edilmiş torpaq sahələrinin koordinatları yerləşir.
11. İddiaçı "xxxx" ərizəsini məhkəməyə təqdim edərək, qeyd etmişdir ki, ekspert rəyinə (bax §6 b,c) münasibətdə isə qeyd edilmişdir ki, DƏDKR tərəfindən verilmiş RX ******* nömrəli və seriya RX ******* saylı çıxarışlar cavabdeh MMC-yə JN4634 saylı şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsinin Boru Kəmər inin tikinti dəhlizi ilə üst-üstə düşən hissəsinə dair hüquqlarının yüklü edilməsi ilə bağlı verilmişdir, belə bir nəticəyə gəlinər ki, JN-4634 saylı şəhadətnamə ilə müəyyən edilmiş torpaq sahəsinin koordinatları ilkin torpaq ayırma sənədlərindəki koordinatları kənara sürüşdürüb və nəticədə JN-4634 saylı şəhadətnamə ilə müəyyən edilmiş torpaq sahəsi Boru Kəmərinin tikinti dəhlizinin "təsiri altına” düşmüşdür. Məsələ orasındadır ki, ilkin torpaq ayırma sənədləri ilə (Cavabdeh3 Başçısının 2004-cü il 24 mart tarixli sərəncamı, 2004-cü il 24 mart tarixli 02 saylı icarə müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ilkin yerquluşu planına) dövlət tərəfindən boru kəmərinin keçəcəyi yer artıq nəzərə alınıb və bu hissəyə dair hüquqlar cavabdeh MMC-yə ötürülməmişdir. JN-4634 saylı şəhadətnamə ilə müəy yən edilmiş torpaq sahəsinin koordinatlarının ilkin torpaq ayırma sənədlərindəki koordinatlarına münasibətdə kənara sürüşdürülməsinin nəticəsi olaraq, plan cizgidə göstərilən torpaq sahəsi iki hissədən yox, üç hissədən ibarətdir. İddiaçı yalnız ilkin torpaq ayırma sənədlərini (Cavabdeh3 Başçısının 2004-cü il 24 mart tarixli sərəncamı, 2004-cü il 24 mart tarixli 2 saylı icarə müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ilkin yerquluşu planına) rəhbər tutaraq və yalnız ilkin plan cizgiyə istinad edilsə, müəyyənləşdirmək olar ki, X1 Kəmərinin layihəsi üçün yer bu sənədlərin tərtib edilmə tarixində artıq müəyyən edilmiş və Boru Kəməri naturada (faktiki) bu ilkin cizgidə göstərilmiş dəhliz üçün ayrılmış yerin daxilində yerləşir (həmin sahə üzrə hüquqlar cavabdeh MMC-yə ötürülməmiş və dövlətin mü lkiyyətində saxlanılmışdır).
12. İddiaçı "xxxx" ərizəsini məhkəməyə təqdim edərək qeyd etmişdir ki, cavabdeh MMC-nin etirazında iddiaçı tərəfindən 3 illik iddia müddətinin ötürülməsi göstərilmişdir. Belə ki, iddianın faktiki əsası kimi istinad edilən 2016-ci il 22 yanvar tarixli müqavilə bağlanarkən, 2004-cü il 9 aprel tarixli, JN-4634 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə düzgün tərtib olunmuş sənəd kimi qəbul edilmiş və səhvən Boru Kəmərinin tikinti dəhlizinin cavabdeh MMC-yə müvəqqəti istifadə üçün verilmiş torpaq sahəsi ilə kəsişəcəyi müəyyən olunmuşdur. İddiaçı ilk dəfə onun hüququnun pozulduğunu cavabdeh MMC ilə olan digər məhkəmə çəkişməsi zamanı bilmişdir. Həmin iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və 2019-cü il 4 yanvar tarixli ekspert rəyində qeyd olunmuşdur ki "...Torpaqdan müvəqqəti istifadə hüququna dair 2004cü il 9 aprel tarixli JN-4634 saylı şəhadətnamə Cavabdeh3 Başçısının 2004-cü il 24 mart tarixli 42 saylı Sərəncamı və 2004-cü il 24 mart tarixli 2 saylı icarə müqaviləsinin ayrılmaz hissəsi olan ilkin yerquruluşu planına uyğun hazırlanmamışdır. İlkin yerquruluşu planında kəmərlərin keçməsi üçün dövlət mülkiyyətində saxlanılmış ərazi ilə şəhadətnamənin cizgisində göstərilən kəmərlərin keçməsi üçün dövlət mülkiyyətində saxlanılmış ərazi üstüstə düşmür”. Daha sonra, rəydə qeyd edilmişdir ki, “...Naturada çöl-ölçmə işləri aparan zaman məlum olmuşdur ki, kəmərin faktiki yerləşdiyi ərazi ilkin yerquruluşu planına uyğundur və şəhadətnamədə səhvən kəmərlərin keçdiyi dövlət mülkiyyətində saxlanılmış ərazi, faktiki kəmər k eçən ərazidən təqribən 200 metr keçdiyi kimi göstərilmişdir". 2019-cü il 4 yanvar tarixli ekspert rəyi ilə tanış olduğdan dərhal sonra iddiaçı cavabdeh MMC, DƏDKR və Cavabdeh3nə qarşı öz subyektiv hüququndan istifadə edərək iddia tələblərinin ən yaxın zamanda irəli sürəcəyini qərara almış, nəticədə hazırkı iş üzrə iddia ərizəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə 2019-cü il 27 fevral tarixində təqdim edilmişdir. İddiaçı öz hüququnun pozulduğunu 2019-cü il 4 yanvar tarixində bildiyinə görə, iddia müddətinin axımının başlanması da məhz həmin tarixdən nəzərə alınmalıdır. Bundan əlavə, cavabdeh iddia ərizəsinə qarşı etirazında (bax §4) qeyd etmişdir ki, iddiaçı tərəfindən əqdin etibarsızlığı ilə bağlı kəsici müddətə əməl edilməmişdir. Bununla bağlı iddiaçı qeyd etmişdir ki, iddiaçı ilk dəfə əqdin etibarsız sayılmasına əsas verən halları (ilkin yerquruluşu planın şəhadətnamədəki cizgi ilə üst-üstə düşməməsi və s.) 2019-cu il 4 yanvar tarixində öyrəndiyinə görə, iddiaçı 1 illik kəsici müddəti ötürməmişdir.
13. İddiaçı "xxxx" adlı ərizə ünvanlayaraq qeyd etmişdir ki, cavabdeh MMC elektron kabinetə 2023-cü il 6 iyul tarixində yüklənmiş ərizədə iddiaçının 2016-cı il 24 avqust tarixində torpaq sahəsinin uyğunsuzluğundan məlumatlı olduğunu qeyd etmişdir. Cavabdeh MMC elektron kabinetə iddiaçının Azərbaycan Respublikasının energetika nazirinə ünvanlanmış rəsmi məktubu yükləmişdir. Cavabdeh MMC şirkətin qeyd olunan dəlili ilə iddiaçı razılaşmayaraq bildirmişdir ki, məktubun məzmununun hazırkı işin predmetinə heç bir aidiyyəti yoxdur, tərəflər arasında 2016-ci ildən bəri davam e dən başqa bir mübahisə ilə bağlıdır (cavabdeh MMC-nin iddiaçıya qarşı boru kəmərinin birincinin istifadəsində olan sahəsinin digər bir hissəsindən keçməsi nəticəsində ona dəymiş əlavə zərərin ödənilməsinə dair). 2016-cı il 24 avqust tarixli məktubun mətnində, heç yerdə cavabdeh şirkətinin istifadəsində olan torpaq sahəsinin əslində iki hissədən ibarət olması (2004-cü il 24 mart tarixli 2 saylı icarə müqaviləsinin ayrılmaz hissəsi olan ilkin yerquruluşu planına uyğun olaraq) və ya iddiaçıya verilmiş 2004-cü il 9 aprel tarixli, JN-4634 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin ilkin torpaq ayırma sənədlərə uyğun olmaması kimi məsələlər qeyd olunmamış, əksinə, iddiaçı məktubda halların təsviri hissəsində yalnız cavabdehin 2004-cü il 9 aprel tarixli, JN-4634 saylı torpaqd an müvəqqəti istifadə hüququna dair şəhadətnaməsinə istinad edərək, sonuncuya ayrılan torpaq sahəsinin üç hissədən ibarət olmasını qeyd etmişdir, ilkin yerquruluşu planına və ya ayrılmış torpaq sahəsinin əslində iki yerdən ibarət olmasına isə heç yerdə istinad etməmişdir. Məsələ orasındadır ki, 2004-cü il 24 mart tarixli 2 saylı icarə müqaviləsinin ayrılmaz hissəsi olan ilkin yerquruluşu planın surəti iddiaçıda yox idi, sözügedən sənəd sonradan tərəflər arasında mövcud digər məhkəmə mübahisəsi zamanı keçirilən tikinti-texniki ekspertizanın ərəfəsində məhkəməyə ekspertin tələbi ilə cavabdeh MMC tərəfindən təqdim olunmuşdur. İddiaçı obyektiv səbəblərdən 2019-cu il 4 yanvar tarixli ekspert rəyinin məhkəməyə təqdim olunduğu ana qədər sənədlərdə uyğunsuzluq barədə məlumatlı ola bilməzdi. Həmin ana qədər bütün rəsmi sənədlərdə, yazışmalarda, eləcə də Goranboy İcra Hakimiyyəti və cavabdeh MMC arasında bağlanmış “Torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında” müqavilənin (bax §4) mətnində yalnız cavabdeh şirkətə verilmiş 2004-cü il 9 aprel tarixli JN-4634 saylı şəhadətnaməyə və torpaq sahəsinin üç hissədən ibarət olması halına istinad edilmişdir. Nəticədə, əvvəllər qeyd edilən kimi, 2019-cu il 4 yanvar tarixli ekspert rəyi məhkəməyə təqdim olunmuş və onunla tanış olandan dərhal sonra iddiaçı cavabdeh MMC, DƏDKR və Cavabdeh3nə qarşı öz subyektiv hüququndan istifadə edərək iddia tələblərinin ən yaxın zamanda irəli sürəcəyini qərara almışdır. Hazırkı iş üzrə iddia ərizəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə 2019-cu il 27 fevral tarixində təqdim edilmişdir. Hesab o lunur ki, iddiaçı öz hüququnun pozulduğunu 2019-cu il 4 yanvar tarixində bildiyinə görə, məhkəməyə müraciət etmək üçün müəyyən olunmuş müddətinin axımının başlanması da məhz həmin tarixdən nəzərə alınmalıdır.
14. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 17 iyul tarixli e-2-2(113)-1/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – Z.Axundova).
15. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələblərindən biri 2004-cü il 9 aprel tarixli JN-4634 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin və cavabdehlər MMC ilə Dövlət arasında bağlanmış 2016-cı il 22 yanvar tarixli torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında müqavilənin etibarsız hesab edilməsindən ibarətdir. İddiaçının iddiasına görə torpaqdan istifadəyə dair verilmiş şəhadətnamə ilkin torpaq ayırma sənəd lərinə uyğun tərtib edilsəydi, həmin müqavilənin də bağlanmasına və kompensasiyanın ödənilməsinə zərurət qalmayacaqdı. Ona görə də həmin şəhadətnamə və müqavilə etibarsız sayılmalıdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilkin torpaqayırma sənədlərinə uyğun tərtib olunmadığına görə 2004-cü ildə dövlət orqanı tərəfindən verilmiş şəhadətnamənin etibarsız sayılmasını tələb etməyə, yəni həmin iddianı qaldırmağa dair subyektiv hüquqa malik deyildir. Belə ki, razılaşdırıldığı kimi, cavabdeh MMC-yə 400 ha torpaq sahəsi müvafiq sərəncam əsasında ayrılmış, müvəqqəti istifadə hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən şəhadətnamə və tərəflər arasında bağlanılan icarə müqaviləsi ilə rəsmiləşdirilmiş, torpaq hüquq münasibətləri dövlət orqanı ilə hazırkı hüquqi şəxs arasında yaranmışdır. Şəhadətnamə isə ilkin torpaqayırma sənədlərinə uyğun tərtib edilməsə belə, hüquqi şəxs müqavilə və aktlara etibar edərək, dövlət orqanının davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmiş, onun məzmununa uyğun davranmış və ona etimad göstərmiş, ona ayrılmış torpaq sahəsində müvafiq fəaliyyəti həyata keçirmişdir. Ona görə də torpaq istifadəçisi istənilən halda həmin torpaq sahəsi üzərində həyata keçirilən fəaliyyətlə əlaqədar ona dəyən ziyanla bağlı kompensasiya almaq hüququna malik olmuşdur.
16. Cavabdeh MMC ilə Azərbaycan Respublikasının adından Goranboy Ravon İcra Hakimiyyəti arasında torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında müqaviləyə gəlincə, həmin müqavilənin tərəfləri qeyd olunduğu kimi, cavabdeh MMC ilə Dövlət (dövlətin adından Cavabdeh3 çıxış et mişdir) olmuş, tərəflər arasında müqavilə üzrə öhdəlik hüquq münasibətləri yaranmış, müqavilədə qarşılıqlı hüquq və vəzifələr müəyyən edilmişdir. Müqavilə əsasında kompensasiyanın ödənilməsinə gəlincə, həmin münasibətlər dövlətlə hüquqi şəxs arasında yaranmış, kompensasiyanın dövlət tərəfindən hüquqi şəxsə ödənilməsi öhdəliyi müəyyən edilmişdir. Qeyd olunduğu kimi, razılaşmaya görə dövlətin adından kompensiyalar şirkət tərəfindən ödənilməli olduğuna görə həmin məbləği də Şirkət etirazsız ödəmişdir. Kompensasiyanın şirkət tərəfindən ödənilməsi ilə bağlı münasibətlər razılaşma əsasında dövlətlə şirkət arasında yaranmışdır. Eləcə də şirkətin istifadəsinə verilən torpaqlarla bağlı münasibətlər dövlətlə şirkət arasında yaranmışdır. Məhkəmə həmçinin hesab etmişdir ki, 2016-cı il 22 yanvar tarixl i “Torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında” müqavilənin də etibarsız sayılması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar, iddianın hüquqi əsasları müəyyən edilmədiyindən iddia şəhadətnamə və müqavilənin etibarsız sayılması hissələrində rədd olunmalı, iddia tələbi əsas hissələrdə rədd olunduğundan, iddianın digər hissələri də həmin hissələrlə bağlı olduğundan iddia tələbi digər hissələrdə də təmin edilə bilməz.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 178.5, 337.1, 337.2, 337.5, 386.1, 387.3, 389.1 və 706.2-ci maddələrinə; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – “TM”) 1, 50.1, 60.1, 109cu maddələrinə; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə; Azərbaycan Respublikasının 2006-cı il 21 aprel tarixli, 100İİİQD nömrəli Qanunu ilə TM-dan çıxarılan 66.3-cü maddəsinə; Cavabdeh1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 30 noyabr tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 6.1.8, 14.2, 76.1, 77.1, 107, 115.0.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
18. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 dekabr tarixli 2-2(103)-922/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – A.Hüseyn və V.Baxışova).
20. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən irəli sürülən ilk iki tələb Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi sələfi - ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (Goranboy rayon şöbəsi) tərəfindən verilmiş 2004-cü il 9 aprel tarixli JN-4634 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, 2023-cü il 17 may tarixli **********0 qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çı xarışın, 2023-cü il 17 may tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, 2023-cü il 9 may tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi ilə bağlı olmuşdur. İddiaçı həmin şəhadətnamə və çıxarışların etibarsız hesab edilməsi ilə bağlı tələblər irəli sürsə də, faktiki olaraq onun nail olmaq istədiyi məqsəd iddiaçıya icarəyə verilmiş torpaq sahəsinə məhrum etmə ilə əlaqədar olmayan törədilən qəsdin aradan qaldırılmasından ibarət neqator iddia olmuşdur.
21. Kollegiya qeyd etmişdir ki, şəhadətnamə və çıxarışlar Cavabdeh3 Başçısının 2004-cü il 24 mart tarixli sərəncamı və sonuncu ilə cavabdeh MMC arasında bağlanmış 200 4-cü il 24 mart tarixli 2 saylı icarə müqaviləsi əsasında aparılmış daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyata əsasən verilmişdir. Göründüyü kimi iddiaçının güman etdiyi pozuntuya, yəni onun qanuni istifadəsində olan torpaq sahəsinə məhrum etmə ilə əlaqədar olmayan qəsdin törədilməsinə səbəb kimi mübahisələndirilən şəhadətnamə və çıxarışlar deyil, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat çıxış etmişdir. Bununla belə, iddiaçı tərəfindən həmin daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, şəhadətnamə və çıxarışların etibarsız hesab olunması barədə iddia tələbləri digər sübutlar araşdırılmadan rədd edilməlidir. Çünki həmin sənədlərin etibarsız hesab edilməsi iddiaçının güman etdiyi pozuntunun aradan qaldırılmasına səbəb olmur.
22. İddiaçı tərəfindən irəli sürülən 2016-cı il 22 yanvar tarixində cavabdeh MMC ilə Cavabdeh3 arasında bağlanmış torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında müqavilənin (bax §4) etibarsız hesab edilməsi tələbinə dair kollegiya iddiaçının mübahisələndirilən müqavilənin tərəfi olmadığını qeyd etmişdir. Belə ki, həmin müqavilə cavabdeh MMC ilə Cavabdeh3 arasında bağlanmışdır.
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı mübahisələndirdiyi müqavilənin tərəfi olmadığına görə o, həmin müqaviləni mübahisələndirmək üçün zəruri olan müvafiq subyektiv hüququ malik olan şəxs hesab edilə bilməz və bu hüquq yalnız müqavilə tərəflərinə məxsusdur.
24. Məhkəmə kollegiyası cavabdeh MMC ilə Azərbaycan Respublikasının adından Cavabdeh3 arasında torpaqdan istifadə hüquqlar ının məhdudlaşdırılması haqqında müqavilə əsasında ödənilmiş kompensasiyanın geri qaytarılması barədə tələbin də əsassız olması nəticəsinə gəlmişdir. Belə ki, kompensasiyanın ödənilməsinə əsas olan müqavilənin etibarsız hesab edilməsi tələbi rədd edildiyindən MM-in 337.5-ci maddəsi baxımından həmin tələb də təmin edilə bilməz. Həmçinin, 2016-cı il 22 yanvar tarixli müqaviləyə aid 1 nömrəli cədvələ görə, kompensasiyanın məbləği torpağın dəyərinə görə deyil, tikinti dəhlizi torpağına dəyən ziyan, məhsul, texniki işlər və əmlaka dəyən ziyana görə hesablanmışdır. Bu baxımdan kollegiya qeyd etmişdir ki, şəhadətnamə ilkin torpaqayırma sənədlərinə uyğun tərtib olunmasa belə, hüquqi şəxs müqavilə və aktlara etibar edərək, dövlət orqanının davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmiş, onun məzmununa uyğun davranmış və ona etimad göstərmiş, ona ayrılmış torpaq sahəsində müvafiq fəaliyyəti həyata keçirmişdir. Ona görə də, torpaq istifadəçisi istənilən halda həmin torpaq sahəsi üzərində həyata keçirilən fəaliyyətlə əlaqədar ona dəyən ziyanla bağlı kompensasiya almaq hüququna malik olmuşdur.
25. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 19, 157.4, 337.2 və 337.5-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 4 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 iyul tarixli qərarına; Cavabdeh1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsin in Kommersiya Kollegiyasının 2021-ci il 20 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 30 noyabr tarixli Qərarına istinadla əsaslandırmışdır.
26. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. MM-in 14.2, 14.2.7, 144.1, 329.1, 337.5, 386.1, 439.4, 706.2 və 1091-ci, TM-nın 4.3, 50, 65.2, 65.6, 66, 67.3, 68 və 109-cu, “Torpaq Bazarı haqqında” Qanunun 21-ci maddələri üzrə - iddiaçı kassasiya şikayətində iddia tələbinin, iddia tələbinə dair birinci instansiya məhkəməsin ə təqdim etdiyi mülahizələrin dəlillərini təkrarlamış və işə baxılarkən “BP” şirkətinin, eləcə də digər xarici investorların hüquqi təminatlarının təsbit olunduğu TƏMÖH sazişinin müddəalarının əsas götürülməli olduğunu vurğulamaqla həmin Sazişin bəndlərinə istinad etmişdir. Bununla yanaşı iddiaçı hesab edir ki, apellyasiya məhkəməsi MM-in 157.4-cü maddəsinə istinad etməklə mübahisənin mahiyyətini yanlış şərh etmişdir. Belə ki, mübahisənin predmeti məhkəmənin göstərdiyi kimi məhrumetmə ilə əlaqədar olmayan törədilən qəsdin aradan qaldırılması tələbi ilə bağlı deyil, şəhadətnamə və çıxarışların etibarsız hesab edilməsi ilə onların hüquqi nəticələrinin aradan qaldırılması ilə əlaqədardır.
28. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı, MPM-in 8.2, 9.1, 9.3, 14.2, 77.1, 80, 88 və 217.4-cü m addələri üzrə - Apellyasiya məhkəməsi iddiaçının subyektiv hüququnun olub-olmamasını müəyyən edərkən tərəflər arasında digər məhkəmə mübahisəsinin mövcudluğunu, həmin mübahisə üzrə Ali Məhkəmənin qərarlarındakı mövqeyini, habelə iddiaçı tərəfindən cavabdehə ödənilmiş 3.100.000 manat vəsaitin hüquqi təbiətini nəzərə almalı idi. Belə ki, əgər həmin tranzaksiya tərəflərin müqavilə münasibətlərindən irəli gəlmirsə o zaman bu əsassız varlanma sayılmalı və həmin vəsait cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır.
29. Daha sonra iddiaçı 2024-cü il 17 aprel tarixində vəsatət verərək, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədlər i
31. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsin in müvafiq müddəalarında “Maddə
19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının aktının etibarsız sayılması Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. “Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər....” “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə e dilən və əhəmiyyətsiz əqdlər.... 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.... 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respubl ikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 4 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 iyul tarixli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:... Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”...”
35. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara o byektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Əvvəla məhkəmə kollegiyası hesab edir ki, işə şifahi icraat qaydasında baxılması üçün əsaslar mövcud olmadığına görə iddiaçının vəsatət təmin edilməməlidir.
37. Həmçinin məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən ilk öncə nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün ə sas yoxdur.
39. Məhkəmə kollegiyası kassasiya şikayətinin işin faktiki hallarına əsaslanan dəlillərinə münasibətdə vurğulayır ki, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsi ilə bağlı dəlillər üzrə MPM-nin 407-ci maddəsinin tələblərinə əsasən araşdırma aparılmır və onlara qiymət verilmir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında göstərilmişdir ki, “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəy yən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir.
41. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin vəzifəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul olunmuş qərarın maddi və prosessual hüquq normalarının mübahisəyə düzgün tətbiq olunub-olunma masının yoxlanılması ilə məhdudlaşmaqla kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının yenidən müəyyən olunması istisna olunmuşdur.
42. Bununla yanaşı, belə hüquqi yanaşma MPM-in kassasiya şikayətlərinin məzmunu ilə bağlı şərtlərdə də öz əksini tapmışdır. Belə ki, MPM-in 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Əlavə olaraq işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı qərarın §20-24-də verilmiş hüquqi qiymətləndirmə ilə razılaşaraq qeyd edir ki, ş ikayətdə göstərilən dəlillər iddia tələbləri və apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olmuş və apellyasiya instansiya məhkəməsi tərəfindən də həmin dəlillərə müfəssəl hüquqi qiymət verilmişdir. Odur ki, hazırda həmin hüquqi qiymətləndirmənin təkrarlanmasına lüzum yoxdur.
44. Eyni zamanda həmin məhkəmə iddiaya münasibətdə onun qanuni əsaslarını və tətbiq edilən hüququ da düzgün olaraq müəyyənləşdirmiş, işin halları, o cümlədən müqavilə şərtləri təhlil edilmiş, iddiaçının iddia tələblərini irəli sürmək üçün subyektiv hüquqa malik şəxs olmaması və digər hallar barədə məhkəmənin gəldiyi nəticə isə kifayət qədər güclü və tutarlı arqumentlərlə əsaslandırılmış, sübutların qiymətləndirilməsi ilə bağlı hər hansı maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir.
45. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
46. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “BP” Eksploreyşn (Şah Dəniz) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən ver ilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 dekabr tarixli 2-2(103)-922/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.