Məhkəmə qərarları › İş №2-2(102)-272/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-272/2025

13.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-272/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: delikt, dəymiş zərərin əvəzinin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 dekabr tarixli 2- 2(103)-1092/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icr aat qaydasında baxılmışdır. İşin halları

1. Əmək müqaviləsinin bağlanması ilə bağlı xxxxxxx000800 nömrəli əmək müqaviləsi bildirişinə görə Cavabdeh ilə 2022-ci il 1 iyun tarixində əmək müqaviləsi (məşğulluq təsnifatı üzrə: İcraçı Direktor, əmək müqaviləsi üzrə: Direktor) bağlanmışdır.

2. Əmək müqaviləsinin bağlanması ilə bağlı xxxxxxx000700 nömrəli əmək müqaviləsi bildirişinə görə Cavabdeh ilə 2022-ci il 31 mart tarixində əmək müqaviləsi (məşğulluq təsnifatı üzrə: Baş mühasib, əmək müqaviləsi üzrə: baş mühəndis) bağlanmışdır.

3. Əmək müqaviləsinə xitam verilməsi barədə xxxxxxx0008X0 nömrəli əmək müqaviləsi bildirişinə görə Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2a bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü ilə) İddiaçı MMC-nin 2023-cü il 5 yanvar tarixli əmri ilə xitam verilmişdir.

4. Əmək müqaviləsinə xitam verilməsi barədə xxxxxxx0007X0 nömrəli əmək müqaviləsi bildirişinə görə Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2a bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü ilə) İddiaçı MMC-nin 2023-cü il 1 mart tarixli əmri ilə xitam verilmişdir.

5. Tərəflər arasında bağlanmış əmək müqavilələrinə əsasən cavabdehin direktor kimi əmək haqqı məbləğinin 1000 manat, baş mühasib kimi əmək haqqının məbləğinin 400 manat olması razılaşdırılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsassız olaraq şəxsi kartına köçürülmüş 6. 375,25 manat, işsizlik üzrə 109,64 manat, İTS üzrə 479,72 manat, məcburi sosial ayırma üzrə 5.006,11 manat, bank əməliyyatlarına görə 63,75 manat, bank komissiyası və mühasibatlıq şirkətinə ödənilmiş 944 manat, vergi ödəmələri vaxtında ödənilmədiyi üçün iddiaçıya hesablanmış 4.918,42 manat olmaqla, ümumilikdə 17.896,89 manat məbləğində dəymiş zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıda direktor və baş mühasib vəzifələrini icra etdiyi dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə özünə əsassız əməkhaqqı təyin etməsi, şəxsi məqsədlərlə vəsaitlərin köçürülməsi, şirkət vəsaiti hesabına şəxsi xərclərin qarşılanması, vergi və sosial öhdəliklərin icra olunmaması, rəsmi s ənədlərin saxtalaşdırılması və əmək fəaliyyətinə əsassız və təhvil-təslimsiz xitam verilməsi nəticəsində MMC-yə ümumilikdə 17.896,89 manat məbləğində maddi zərər vurmuşdur.

8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 27 avqust tarixli 2-2(113)-3447/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Ü.Həsənova).

9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh 2022-ci il 31 mart tarixindən 2023-cü il 1 mart tarixinədək İddiaçı MMC-də baş mühasib, 2022-ci il 1 iyun tarixindən 2023-cü il 5 yanvar tarixinədək isə direktor vəzifəsində çalışmışdır. Əmək müqavilələrində baş mühasib üçün 400 manat, direktor vəzifəsi üçün 1000 manat əmək haqqı nəzərdə tutulmuşdur.

10. İddiaçı tərəflər arasında əldə edilmiş şifahi razılığa əsasən əmək haqqının məbləğinin azaldılaraq hər iki vəzifə nin icrası ilə bağlı ümumilikdə 500 manat müəyyən edildiyini qeyd etsə də, iddiaçı tərəfindən əmək müqavilələrində razılaşdırılmış əmək haqlarının məbləğinə dair dəyişiklik edilməsi ilə bağlı tərəflər arasında razılığın olması barədə sübut məhkəməyə təqdim edilməmişdir.

11. Cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Hazırkı halda iddiaçı ona ziyan vurulması faktı və dəymiş zərər barədə müvafiq sübutları təqdim edə bilməmişdir.

12. Məhkəmə vergi və sosial öhdəliklərin vaxtında icra olunmaması ilə bağlı irəli sürülmüş iddia tələbini də əsassız hesab edərək qeyd etmişdir ki, MMC tərəfindən DSMF, İşsizlikdən sığorta fondu, İcbari Tibbi Sığo rta Fonduna həmin dövr üzrə mütəmadi ödənişlər edilmiş, cavabdehin işdən azad edildiyi dövrə həmin fondlara hər hansı borcu olmamışdır. İddiaçı tərəfindən, vergi öhdəliklərinin vaxtında icra edilməməsi ilə bağlı onun barəsində müvafiq vergi orqanı tərəfindən hər hansı tədbirinin görülməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 21.1, 21.2, 49.3, 49.5, 91-2.5, 386.1, 1096.1, 1096.2 və 1099.1-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5, 43.4, 46.6, 154.1, 154.2, 156.1, 175.3, 175.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2002-ci il 31 may tarixli və 2021-ci il 14 aprel tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin (bundan sonra-“MPM”) 77.1 və 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

14. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 25 dekabr tarixli 2-2(103)-1092/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim T.Mahmudova, hakimlər L.Əliyeva və Z.Şirinov).

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və əlavə olaraq apellyasiya şikayətinin dəlillərinə mü nasibətdə qeyd etmişdir ki, direktor tərəfindən hüquqi şəxsə vurulacaq ziyanın əsasları və həddi ilə bağlı münasibətləri tənzimləyən MM 49.4-cü maddəsində öz əksini tapmış hallarla bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

17. Məhkəmə tərəfindən audit rəyi həm birtərəfli tərtib edildiyinə, həm də heç bir maliyyə-mühasibatlıq sənədinə əsaslanmadığına görə mötəbər sübut hesab qismində qəbul edilməmiş və qeyd edilmişdir ki, mövcud şəraitdə iddia tələbinin təmin edilməsi ədalət mühakiməsinin ən önəmli prinsiplərindən olan hüquqi müəyyənlik prinsipinin pozulması ilə nəticələnər. Belə ki, sübutlar kifayət qədər aydın və təkzibedilməz olmalı, tərəflərin qarşılıqlı münasibətlərini dəqiq müəyyən etməlidir. Lakin iddiaçı tərəfindən məhkəməyə bu meyarlara cavab verən möt əbər sübutlar təqdim edilməmişdir.

18. Əmək qanunvericiliyinin tətbiqi məsələsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçı müəssisədə direktor kimi fəaliyyət göstərməsindən əlavə həm də işçi (mühasib) kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur, onun işçi kimi müəssisədəki statusuna münasibətdə birinci instansiya məhkəməsi tərəfindən əmək qanunvericiliyinin normaları düzgün tətbiq edilmişdir.

19. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 49.1, 49.3, 49.4, 49.5, 91-2.5, 1096.1, 1096.2, 1099.1-ci, Əmək Məcəlləsinin 3.5, 43.4, 46.6, 154.1, 154.2, 156.1, 175.3, 175.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

20. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunması xah iş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. MM-in 49.3, 49.5, 1091.1, 1091.2-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46, 49, 68, 191, 296-cı, “Muhasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.17, 3.3-cü maddələri üzrə - cavabdehin ƏMAS sisteminə yerləşdirdiyi əmək müqaviləsi təsisçi ilə bağlanmamış, özü-özü ilə bağladığı müqavilə olmuşdur. Təsisçi bu müqaviləni təsdiq etməmiş, əksinə, onun təsdiq etdiyi ştat cədvəlində hər iki vəzifə üzrə əmək haqqı 250 manat nəzərdə tutulmuşdur. Direktorun təyinatı Mülki Məcəllə ilə tənzimləndiyindən əmək müqaviləsi yalnız təsisçinin iradəsi ilə hüquqi qüvvə kəsb edə bilər. Əlavə olaraq, cavabdeh işə təyin olunmamış tarixlərdə belə özünə müxtəlif məbləğlərdə vəsait köçü rmüşdür. Banka təqdim etdiyi və bank tərəfindən təsdiqlənmiş ödəniş cədvəlləri bu halları sübut edir. Məhkəmə bu sənədlərə hüquqi qiymət verməmişdir. Cavabdeh təsisçinin razılığı olmadan direktor vəzifəsindən özbaşına imtina etmiş, həmçinin mühasibat vəzifəsini heç kimə təhvil vermədən tərk etmiş, nəticədə şirkətə vergi hesabatlarının təqdim olunmaması səbəbindən 4.918,42 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Apellyasiya instansiyası bu sanksiyanı təsdiqləyən vergi bildirişini (№**********8) nəzərə almamışdır. Bundan əlavə, audit rəyi ilkin mühasibat sənədləri əsasında tərtib edilmiş, cavabdeh audit yoxlamasına dəvət edilsə də iştirakdan imtina etmişdir. Məhkəmə audit rəyini birtərəfli hesab etmiş, lakin onun sübuti dəyərini araşdırmamış, auditoru prosesə dəvət etməmiş və rəyə ümumiyyətlə münasibət bildirməmişdir.

22. MPM-in 14.1, 14.2, 88-ci maddələri üzrə - məhkəmə tərəfindən iş tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

24. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.

25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istin ad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Mlüki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

49. Hüquqi şəxsin orqanları 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir.... 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdi yi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. 49.4. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) tə msil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: 49.4.1. hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyrimütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; 49.4.2. hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; 49.4.3. hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; 49.4.4. hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; 49.4.5. özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və y a digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; 49.4.6. səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması. 49.5. Hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin adından çıxış edən şəxsin, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi onu hüquqi şəxsə d əymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir. “Maddə 91-2. Məhdud məsuliyyətli cəmiyyətin icra orqanı... 91-2.5. Kənar idarəçi icra orqanı kimi cəmiyyətə münasibətdə idarəetməni qeyriqənaətbəxş həyata keçirməsi nəticəsində və üçüncü şəxslərə ziyan vurduğu zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” “Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir....”

27. Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar...

5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə...” “Maddə

43. Əmək müqaviləsinin məzmunu...

4. Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.” “Maddə

46. Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası...

6. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir.” “Maddə

154. Əmək haqqı

1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.” “Maddə

156. Əməyinin ödənilməsi və onun dərəcələrinin müəyyən edilməsi

1. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir....” “Maddə

175. Əmək haqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydası...

3. İşəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz....

5. Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq q anun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz.”

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmiş: “... hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur....” 29. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 18 noyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir: “... Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”...”

30. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və ta m baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 32. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanun un tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

33. İddiaçının kassasiya şikayətində qeyd etdiyi dəlillər apellyasiya şikayətinin əsaslandırılması üçün irəli sürdüyü dəlillərlə eyniyyət təşkil edir.

34. Məhkəmə kollegiyası iddiaçı tərəfində n hazırkı kassasiya şikayətində məhkəmələrin mövqeyini təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq, işə baxan məhkəmələrin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

35. Kollegiya hesab edir ki, məhkəmələrin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

36. Kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlilləri üzrə hazırkı icraat çərçivəsində araş dırma aparılmır, onlara qiymət verilmir (MPM-nin 407-ci maddəsi)

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

38. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 dekabr tarixli 2-2(103)-1092/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar