Məhkəmə qərarları › İş №2-2(102)-273/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-273/2023

14.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-273/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" QSC-nin cavabdeh “X2 Sanayi ve Ticarət Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" QSC-nin cavabdeh “X2 Sanayi ve Ticarət Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 fevral tarixli, 22 (103)-50/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" QSC tərəfindən “X2 Sanayi ve Ticarət Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə göndərilmiş 2021-ci il 22 iyun tarixli pretenziya məktubunda sonuncuya göstərilmiş stansiya xidmətlərinə görə 2021-ci il 1 aprel tarixinə olan 234.968,11 manat məbləğində borcun 5 gün ərzində ödənilməsi tələb edilmişdir. 2. 2020-ci il 1 oktyabr-2022-ci il 1 fevral tarixlərində "xxxx" QSC tərəfindən “X2 Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi”nə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlar barədə arayışdan görünür ki, tələb olunan borc Şabran və H.Z.Tağıyev stansiyalarında QSC-yə məxsus vaqonda n (konteynerdən) istifadə, yol haqqı hesablanması (dərkənar), ünvandəyişmə üzrə, ümumiləşdirilmiş vahid yığımlardan ibarətdir. Həmin arayışda borcun 325.865,46 manat olduğu qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı "xxxx" QSC (bundan sonra-iddiaçı) cavabdeh “X2 Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi”nə (bundan sonra-cavabdeh) qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 325.865,46 manat borc, 616 manat ödənilmiş dövlət rüsumu, cəmi 326.481.46 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə 2 020-ci il 1 oktyabr tarixindən 2022-ci il 1 fevral tarixinə kimi stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, iddiaçının Şabran və H.Z.Tağıyev Çeşidləmə stansiyalarında göstərilmiş xidmətlərə görə cavabdehə 325.865,46 manat yığım hesablanmışdır. Bununla bağlı cavabdehə 2021-ci il 22 iyun tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.2.29-cu yarımbəndinə əsasən Cəmiyyətin fəaliyyət istiqamətlərindən biri də dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsidir.

5. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 425.1-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə istinad etmişdir.

6. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 3 avqust tarixli e-2-2(113)-2391/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (sədrlik edən hakim Ü.Həsənova).

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı tərəfindən cavabdehə müvafiq stansiya xidmətlərinin göstərilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşmü şdür. İddiaçı tərəfindən təqdim edilmiş yığım və yaddaş vərəqələrində onların kim tərəfindən hansı qaydada, hansı tarixlərdə tərtib edilməsi müəyyən edilməmiş, bundan əlavə həmin vərəqələr nə iddiaçı, nə də cavabdehin nümayəndəsi tərəfindən imzalanmamış, bundan əlavə həmin sənədlərin əsli deyil, surətləri məhkəməyə təqdim edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlər kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu sənədlər iddiaçı tərəfindən cavabdehə müvafiq stansiya xidmətlərinin göstərilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməzdi. İddiaçı bununla bağlı başqa sübut təqdim edə bilməmişdir.

10. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra“MPM”) 74. 2, 77.1, 76.2-ci maddələrinə istinad edərək, belə qənaətə gəlmişdir ki, iddiaçı 325.865,46 manat məbləğində borcun tutulması hissəsində ı tələbini əsaslandıra və bununla bağlı (tərəflər arasında müqavilənin bağlandığını, xidmətlərin göstərilməsini təsdiq edən) hər hansı mötəbər sübutları təqdim edə bilmədiyindən, iddia təmin olunmamalıdır.

11. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 6 noyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxl anılmasına dair” 2008-ci il 3 noyabr tarixli Qərarına, Konstitusiya Məhkəməsinin Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 23 oktyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 dekabr tarixli Qərarına, Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli Qərarına istinad etmişdir.

12. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir.. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 fevral tarixli, 2-2(105)-50/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 3 avqust tarixli e-2-2(113)2391/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər V.Məmmədov, R.Qurbanov).

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ilk öncə mübahisə tərəflərindən cavabdeh xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı nümayəndəliyi olduğundan işə baxılmasının Bakı Kommesiya Məhkəməsinin səlahiyyətinə aid olubolmadığına hüquqi qiymət verilməlidir.

15. MPM-nin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici ş əxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. İşin materiallarına əlavə edilmiş Əsasnaməyə əsasən Türkiyə Respublikasının hüquqi şəxsi olan “X2 Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasında Nümayəndəliyi olduğundan Bakı Kommesiya Məhkəməsi mübahisəyə baxmağa səlahiyyətli olmuşdur. 16. “Dəmir yolu stansiyasiyaları tərəfindən göstərilən xidmətlərə görə yığımların hesablanması və tətbiqi” Qaydalarının 7-ci bəndində vaqon və konteynerlərdən istifadəyə görə tətbiq edilənyığımın hansı qaydada hesablanmalı olduğu qeyd edilmiş, həmin qaydaların 3.3-cü bəndində qeyd edilmişdir ki, hüquqi və fiziki şəxslərə məxsus olan dəmir yollarına və ya icarəyə verilmiş stansiya yollarına vaqonların verilib-götürülmə məsafəsi və eyni vaxtda ötür ülə bilən vaqonların sayı ADY ilə həmin hüququ və fiziki şəxslə arasında bağlanmış müvafiq müqaviləyə əsasən müəyyən olunur.

17. İddiaçı iddia ərizəsində qeyd edir ki, tələb olunan borc cavabdehə göstərilmiş stansiya xidmətinə görə hesablanmışdır. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışında qeyd edilənlərə əsasən, borcun əsas hissəsi iddiaçı tərəfindən vaqonlarn istifadəyə verilməsi ilə bağlı hesablanmışdır. Belə olanda tərəflər arasında bu barədə müqavilə bağlandığını və cavabdehin iddiaçının vaqonlarından istifadə etmək istədiyinə dair iradə ifadəsi, müraciəti olduğunu sübut etmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəflər arasında vaqonlardan istifadə ilə bağlı müqavilə bağlandığını sübut edə bilməmişdir. İddiaçının nümayəndəsi izahatında müqavilənin şifahi bağlandığını qeyd etsə də, işin materialları ilə cavabdehin iddiaçıya məxsus vaqonlardan istifad etməyə iradə ifadəsi oduğunu təsdiq edən hər hansı sübut mövcud deyil. Halbuki mülki qanunvericiliyin tələblərinə əsasən müqavilənin bağlandığının müəyyənləşdirilməsi üçün ən azı oferta və akseptin mövcudluğu sübut edilməlidir.

18. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/9153 saylı rəyində xidmət müqaviləsi, mühasibat sənədləri (ödəniş tapşırıqları, mədaxil məxaric orderləri, təhvil-təslim aktları, qaimə fakturalar və s) olmadan “Qəbul təhvilçinin yaddaş vərəqələri” və yığım vərəqləri üzrə hesablama aparmağın mümkün olmadığı qeyd edilmişdir.

19. Həmin məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq göstərmişdir ki, “Qəbul təhvilçinin yaddaş vərəqələri” və yığım vərəqləri iddianın əsaslı olduğunu təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz.

20. İddiaçının nümayəndəsi tərəfindən elektron sistemə 2023-cü il 10 fevral tarixində "xxxx" QSC-nin sədrinin İ müavini Ə.Süleymanov tərəfindən imzalanmış təkrar ekspertiza keçirilməsi barədə vəsatət yüklənmiş, Ə.Süleymanovun iddia ərizəsinə əlavə edilmiş etibarnaməsinin qüvvədə olma müddəti 2022-ci il 30 dekabr tarixində bitdiyindən və yeni etibarnamə təqdim edilmədiyindən vəsatətə baxılmamışdır.

21. MPM-nin 78.1-1-ci maddəsin əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkə mə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. 193.2-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında bu Məcəllənin 78.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəmənin tələbi əsasında işdə iştirak etməyən şəxslər tərəfindən təqdim olunmuş yazılı sübutlar, məhkəmə araşdırması gedişində təqdim olunmuş ekspert rəyi, mütəxəssisin məsləhəti, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının rəyləri, bu Məcəllənin 83-cü, 85-ci və 167.1.11-ci maddələrində nəzərdə tutulmuş qaydada toplanmış yazılı sübutlar və ya onların müayinə protokolları, 105.2-ci maddəsində nəzərdə tutulmuş qaydada toplanmış şahid ifadələri işə baxan məhkəmə tərəfindən elektron məhkəmə icraatı materiallarına əlavə edildikdən sonra tədqiq edilə bilər.

22. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə kağız daşıyıcıda təqdim edilmiş “X2 Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasında Nümayəndəliyinin 2022-ci il 11 mart tarixli məktubu (vaqonların boaldılmasında gecikmələrə görə yaranmış borclarla bağlı ( İ cild i.v 82, İİ cild i.v 134) elektron məhkəmə icraatı materiallarına əlavə edilmədiyindən tədqiq edilməsi qanunla istisna olunur. Məhkəmə MPM-nin 372.2-ci maddəsinin tələbinə əsaslanaraq qeyd etmişdir ki, iddiaçının birinci instansiya məhkəməsinə təqdim etmədiyi, apellyasiya instansiyası mərhələsində təqdim etdiyi etibarnamələr, yığım və yaddaş vərəqələri məhkəmə tərəfindən qəbul edilmir.

23. Beləliklə, göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas olan hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni həmçinin MM-in 386.1, 405.1, 405.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

26. MM-in 385.1-ci maddəsinin tələbləri pozulmuşdur- apellyasiya instansiya məhkəməsində təqdim edilmiş və cavabdeh təşkila tın nümayəndəsinin imza ilə təsdiq olunmuş “Qəbul-təhvilçinin yaddaş vərəqəsi” QU-45 Formalı arayış təlimata uyğun tərtib edilmiş və həmin arayışlarla stansiya xidmətlərinin göstərilməsi tam təsdiq olunmuşdur. Hazırkı mübahisə ilə bağlı yazılı müqavilə mövcud olmasa da, tərəflər arasında şifahi xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır.

27. MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur-stansiya xidmətlərinin göstərilməsi üçün ilkin tərtib olunmuş sənəd olaraq “Qəbul-təhvilçinin yaddaş vərəqəsi” (QU-45) çıxış edir. Stansiya xidməti göstərilən müştəriyə məxsus vaqonlara stansiya xidməti göstərilməyə başlanıldığı andan yaddaş vərəqəsi açılır, xidmətlər bitdikdən sonra yaddaş vərəqəsi bağlanır və stansiya rəisi, stansiyanın yük xəzinədarı və stansiya xidməti göstər ilmiş hüquqi şəxsin nümayəndəsinin imzası ilə təsdiq olunur. Daha sonra tərtib olunmuş yaddaş vərəqələri əsasında əlavə yığımlar üçün yığım vərəqələri (FDU-92) tərtib olunur və göstərilmiş xidmətlərə uyğun xidmət haqqı hesablanır. Yuxarıda göstərilən sənədlər stansiya yığımının hesablanmasını təsdiq edən sənədlər hesab olunur. Cavabdehin nümayəndəsinin iştirakı ilə tərtib edilən bu sənədlər isə cavabdehə stansiya xidmətlərinin göstərilməsinə razılığının (oferta) ifadəsidir. Lakin məhkəmə həmin sənədləri sübut qismində qəbul etməmişdir. Həmin məktub birinci instansiya məhkəməsinə iclas zamanı kağız formada təqdim edilmiş və birinci instansiya məhkəməsi tərəfindən sübut qismində dəyərləndirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən sübut kimi qəbul edilmiş və tədqiq edilmiş sənədin da ha sonra apellyasiya instansiyası tərəfindən sübut qismində qəbul edilməməsi sübutların obyektiv dəyərləndirilməsinə şübhə yaradır. Apellyasiya instansiyası işə baxarkən kağız daşıyıcıda “Qəbul-təhvilçinin yaddaş vərəqəsi” (QU-45) və Əlavə yığımlar üçün yığım vərəqələri (FDU-92) qəbul edərək, həmin sənədlər əsasında ekspertiza təyin etmişdir. Birinci instansiya məhkəməsinin elektron kabinetə yüklənməyən sənədi kağız daşıyıcıda qəbul etməsini düzgün olmadığını vurğulayan apellyasiya instansiya məhkəməsinin, apellyasiya instansiyası məhkəməsində sübutları kağız daşıyıcıda qəbul edərək onun əsasında ekspertiza təyin etməsi anlaşılan deyil.Bununla da stansiya xidmətlərinin göstərilməsi ilə bağlı təqdim edilən sübutlar məhkəmə tərəfindən hərtərəfli və obyektiv dəyərləndirilməmişdir. c) Kassasiy a şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

29. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən tam yoxlanılacaqdır.

31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüqu qi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şər tləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.”

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 6 noyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 3 noyabr tarixli Q ərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:...MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) ö z qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 9.3, 88 və 217-ci maddələri)....”

34. Konstitusiya Məhkəməsinin Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 23 oktyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 dekabr tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:...MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz....”

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

13. Mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktlar 13.1. Məhkəmə mübahisələri Azərbaycan Respubli kasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir....” “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması... 78.1-1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğ u məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əla mətləri və olduğu yer göstərilməlidir. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan işdə iştirak edən şəxs vəsatətdə işdə iştirak edən digər şəxsdə (hüquqi şəxsdə və ya onun adından çıxış edən şəxsdə) olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4-cü maddəsində nəzərdə tutulan hallarla bağlı bütün sənədlərin (konkret sənəd göstərilmədən) və ya məlumatların təqdim edilməsinin təmin olunmasını məhkəmədən tələb edə bilər. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı ol malıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə

372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instan siyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 37. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”, Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmu ş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

38. Məhkəmə kollegiyasının iş üzrə mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

39. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilir ki, həmin dəlillər eyni zamanda, apellyasiya şikayətinin də dəlilləri olmuşdur. Kollegiya iddiaçının həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda §14-22 ).

40. Məhkəmə kollegiyası şikayətin dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, iddiaçı, tələbini əsaslandıran zəruri sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim edə bilməmişdir. İşin materiallarına əlavə edilmiş, iddiaçının tələbini əsaslandırmaq üçün təqdim etdiyi sənədlər isə birtərəfli qaydada iddiaçı tərəfindən tərtib olunmuşdur.

41. İşin materiallarında olan, cavabdehin iddiaçıya ünvanladığı 2022-ci il 11 mart tarixli məktubun sübut kimi əhəmiyyətinə gəldikdə, MPM-nin 10-1.3 və 217.5-ci maddələri nin tələbinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Baxılan işdə iddiaçının da kassasiya şikayətində göstərdiyi kimi, sözügedən məktub elekron qaydada təqdim olunmamışdır. Bu baxımdan həmin məktubun məhkəmələr tərəfindən sübut kimi qiymətləndirilməməsi MPM-nin qeyd olunan normalarının tələblərinə uyğun olmuşdur.

42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymə tləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

43. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 fevral tarixli, 2-2(103)-50/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov A.Q.Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar