Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-273/2025 29.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRAR Açar sözlər: Müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, kredit müqaviləsi, öhdəliklərin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2024-cü il 25 noyabr tarixli, 2-2(105)-126/2024 nömrəli qətnaməsin dən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçı ASC ilə Cavabdeh2 (VÖEN **********) arasında Bank xidmətlərinin göstərilməsinə dair X2 2021-ci il 14 iyun tarixli 1.0.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə 2021-ci il 9 iyul tarixli OnGTC/SE/10084 saylı Razılaşma imzalanmışdır.
2. Həmin Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu çərçivəsində 2021-ci il 21 sentyabr tarixli DC00349726-01 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Cavabdeh2 2023-cü il 21 sentyabr tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla 250.000 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. 2022-ci il 11 may tarixli DC00349726-03 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən Cavabdeh2 2023-cü il 11 may tarixinədək nominal illik faiz dərəcəsi 15,5%, illik cərimə faizi 15 %, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 30,5% olmaqla 64.408 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir.
3. İddiaçı ASC ilə Cavabdeh2 arasında 2021-ci il 9 iyul tarixli GFA0550 saylı İnvoysların Diskontlaşdırılması və Faktorinq üzrə Limit müqaviləsi imzalanmışdır. Həmin müqavilə ilə bank tərəfindən borcalana 2023-cü il 9 yanvar tarixədək 254.000 manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədi ilə invoysların diskontlaşdırılması və faktorinq üzrə limiti müəyyən edilmişdir.
4. İddiaçı ASC ilə zamin Cavabdeh1 arasında bağlanmış 2021-ci il 9 iyul tarixli ZF05 27 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 bank ilə borcalan Cavabdeh2 arasında bağlanmış GFA0550 saylı İnvoysların Diskontlaşdırılması və Faktorinq üzrə Limit müqaviləsi əsasında borcalana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq borcalanın bank qarşısında olan öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Zaminliklə təmin olunan müqavilənin predmeti borcalana 2023-cü il 9 yanvar tarixinədək veriləcək 254000 Azərbaycan manatı məbləğində illik faiz dərəcəsi 12,5% – 15,5% faiz aralığında olan bərpa olunan İnvoysların Diskontlaşdırılması və faktorinq limitidir. 5. 2021-ci il 14 iyul tarixdə İddiaçı ASC ilə Cavabdeh2 arasında 2021-ci il 9 iyul tarixli GFA0550 saylı İn voysların Diskontlaşdırılması və Faktorinq üzrə Limit müqaviləsinə 1 saylı Əlavə imzalanmışdır.
6. İddiaçı ASC ilə zamin Cavabdeh1 arasında bağlanmış 2021-ci il 9 iyul tarixli ZF0527 saylı zaminlik müqaviləsinə 2021-ci il 14 iyul tarixli 1 saylı Əlavəyə əsasən zaminliklə təmin olunan müqavilənin predmeti borcalana 2023-cü il 9 yanvar tarixinədək veriləcək 254000 Azərbaycan manatı məbləğində illik faiz dərəcəsi 13,5%– 15,5% faiz aralığında olan bərpa olunan İnvoysların Diskontlaşdırılması limiti göstərilmişdir.
7. GFA0550 saylı İnvoysların Diskontlaşdırılması və Faktorinq üzrə Limit Müqaviləsi çərçivəsində tərəflər arasında: - 2022-ci il 26 aprel tarixli GFA0550/29 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən Cavabdeh2 2022-ci il 6 iyul tarixədək invoysların diskontlaşdırı lması əməliyyatı üzrə illik faiz dərəcəsi 13,5%, gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faiz dərəcəsi müddətin bitmə tarixinədək 0%, müddətin bitmə tarixindən sonra illik cərimə faizi 28,5% olmaqla, 70.000,93 manat məbləğində pul vəsaiti ayrılmışdır. - 2022-ci il 24 may tarixli GFA0550/30 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən Cavabdeh2 2022-ci il 6 avqust tarixədək invoysların diskontlaşdırılması əməliyyatı üzrə illik faiz dərəcəsi 13,5%, gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faiz dərəcəsi müddətin bitmə tarixinədək 0%, müddətin bitmə tarixindən sonra illik cərimə faizi 28,5% olmaqla, 65.001,16 manat məbləğində pul vəsaiti ayrılmışdır. - 2022-ci il 31 may tarixli GFA0550/31 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən Ca vabdeh2 2022-ci il 6 avqust tarixədək invoysların Diskontlaşdırılması əməliyyatı üzrə illik faiz dərəcəsi 14,5%, gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faiz dərəcəsi müddətin bitmə tarixinədək 0%, müddətin bitmə tarixindən sonra illik cərimə faizi 29,5% olmaqla, 6001,37 (altı min bir manat otuz yeddi qəpik) manat məbləğində pul vəsaiti ayrılmışdır. - 2022-ci il 1 iyun tarixli GFA0550/32 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən Cavabdeh2 2022-ci il 14 avqust tarixədək invoysların diskontlaşdırılması əməliyyatı üzrə illik faiz dərəcəsi 14,5%, gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faiz dərəcəsi müddətin bitmə tarixinədək 0%, müddətin bitmə tarixindən sonra illik cərimə faizi 29,5% olmaqla, 31.000 manat məbləğində pul vəsaiti ayrılmışdır. - 2022-c i il 1 iyun tarixli GFA0550/33 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Cavabdeh2 2022-ci il 30 iyul tarixədək invoysların diskontlaşdırılması əməliyyatı üzrə illik faiz dərəcəsi 14,5%, gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faiz dərəcəsi müddətin bitmə tarixinədək 0%, müddətin bitmə tarixindən sonra illik cərimə faizi 29,5% olmaqla, 29661,16 manat məbləğində pul vəsaiti ayrılmışdır. - 2022-ci il 6 iyun tarixli GFA0550/34 saylı maliyyələşdirmə üçün ərizə (İnvoysların Diskontlaşdırılması əməliyyatı üzrə) imzalanmış və bank tərəfindən Cavabdeh2 2022-ci il 14 avqust tarixədək illik faiz dərəcəsi 14,5%, gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faiz dərəcəsi müddətin bitmə tarixinədək 0%, müddətin bitmə tarixindən sonra 29,5% olmaqla, 23997 manat məbl əğində pul vəsaiti ayrılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra birlikdə - “cavabdehlər”) qarşı borcun tutulması tələbi barədə iddia və iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizələr ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada GFA0550/29 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 70000,93 manat məbləğində əsas borc, 1837,52 manat məbləğində faiz borcu, 17204,62 manat məbləğində cərimə borcu olmaqla, cəmi 89043,07 manat məbləğində borcun, GFA0550/30 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 65001,16 manat məbləğində əsas borc, 1730,66 manat məbləğində faiz borcu, 15386,32 manat məbləğində cərimə borcu olmaqla, cəmi 82118,14 manat məbləğində borcun, GFA0550/31 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6001,37 manat məbləğində əsas borc, 164,37 manat məbləğində faiz borcu, 1470,42 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7636,16 manat məbləğində borcun, GFA0550/32 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 31000 manat məbləğində əsas borc, 923,97 manat məbləğində faiz borcu, 7417,61 manat məbləğində cərimə borcu olmaqla, cəmi 39341,58 manat məbləğində borcun, GFA0550/33 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 21365,78 manat məbləğində əsas borc, 387,26 manat məbləğində faiz borcu, 5357,47 manat məbləğində cərimə borcu olmaqla, cəmi 27110,51 manat məbləğində borcun, GFA0550/34 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 23997 manat məbləğində əsas borc, 666,92 manat məbləğində faiz borcu, 5741,95 manat məbləğ ində cərimə borcu olmaqla, cəmi 30405,87 manat məbləğində borcun, Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) DC00349726-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 165993,03 manat məbləğində əsas borc, 27121,43 manat məbləğində faiz borcu, 7900,69 manat məbləğində cərimə borcu olmaqla, cəmi 201015,15 manat məbləğində borcun, DC00349726-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 59439,93 manat məbləğində əsas borc, 8336,97 manat məbləğində faiz borcu, 4872,32 manat məbləğində cərimə borcu olmaqla, cəmi 72649,22 manat məbləğində borcun, cavabdehlərdən müştərək qaydada mediasiya ilə əlaqədar ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin və 440 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərin GFA0550/29 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 60000,93 manat məbləğində əsas borc, 1837,52 manat məbləğində faiz borcu, 29645,83 manat məbləğində cərimə borcu olmaqla, cəmi 91484,28 manat məbləğində borcu, GFA0550/30 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən, 65001,16 manat məbləğində əsas borc, 1730,66 manat məbləğində faiz borcu, 27376,32 manat məbləğində cərimə borcu olmaqla, cəmi 94108,14 manat məbləğində borcu, GFA0550/31 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6001,37 manat məbləğində əsas borc, 164,37 manat məbləğində faiz borcu, 2616,26 manat cərimə məbləğində borcu olmaqla, cəmi 8782 manat məbləğində borcu, GFA0550/32 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən, 31000 manat məbləğində əsas borc, 923,97 manat məbləğində faiz borcu, 13336, 46 manat məbləğində cərimə borcu olmaqla, cəmi 45260,43 manat məbləğində borcu, GFA0550/33 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən GFA0550/33 saylı kredit müqaviləsinə əsasən 21365,78 manat məbləğində əsas borc, 387,26 manat məbləğində faiz borcu, 9436,85 manat məbləğində cərimə borcu olmaqla, cəmi 31189,89 manat məbləğində borcu, GFA0550/34 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən, 23997 manat məbləğində əsas borc, 666,92 manat məbləğində faiz borcu, 10323,71 manat məbləğində cərimə borcu olmaqla, cəmi 34987,63 manat məbləğində borcu, DC00349726-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 151481,28 manat məbləğində əsas borc, 35351,92 manat məbləğində faiz borcu, 31715,43 manat məbləğində cərimə borcu olmaqla, cəmi 218548,63 manat məbləğində borcu, DC00349726-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 59439,93 manat məbləğində əsas borc, 8336,97 manat məbləğində faiz borcu, 16605,89 manat məbləğində cərimə borcu olmaqla, cəmi 84382,79 manat məbləğində borcu yaranmışdır.
10. Cavabdehlər etiraz verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş etmişdirlər. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə imzalanan yuxarıdakı müqavilələrə əsasən cavabdehə ayrılmış pul vəsaitinin bir qismi ödənilmişdir. Lakin ödənilən vəsait əsas vəsaitdən deyil, həmin kreditlər üzrə hesablanmış faiz borclarından çıxılmışdır. İddiaçı tərəfindən iddia ərizəsində göstərilən faiz borcları düzgün hesablanmamışdır. Belə ki, yuxarıda qeyd olunan müqavilələrə əsasən cavabdeh öhdəliklərini yerinə yetirərək müvafiq ödənişləri etsə də, ödənilən vəsait əsas borcdan çıxılmalı olduğ u halda, faiz borcundan çıxıldığı üçün hesablanan faiz borclarının miqdarı yüksəkdir. İddiaçı tərəfindən müqavilə əsasında öhdəliklərin yerinə yetirilməməsi tərəflər arasında bağlanmış göstərilən müqavilələrin etibarsızlığı üçün əsasdır.
11. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 9 avqust tarixli e-2-2(119)32/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabehlərdən müştərək qaydada 2022-ci il 26 aprel tarixli GFA0550/29 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 60.000,93 manat məbləğində əsas borc, 1.837,52 manat məbləğində faiz borcu, 3.000 manat məbləğində cərimə, 2022-ci il 24 may tarixli GFA0550/30 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 65.001,16 manat əsas borc, 1.730,66 manat faiz borcu, 3.250 manat cərimə, 2022-ci il 31 may tarixli GFA0550/31 saylı ərizəyə əs asən 6.001,37 manat əsas borc, 159,54 manat faiz borcu, 300 manat cərimə, 2022-ci il 1 iyun tarixli GFA0550/32 saylı ərizəyə əsasən 31.000 manat əsas borc, 911,49 manat faiz borcu, 1.550 manat cərimə, 2022-ci il 1 iyun tarixli GFA0550/33 saylı ərizəyə əsasən 21.365,78 manat əsas borc, 378,65 manat faiz borcu, 1.070 manat cərimə, 2022-ci il 6 iyun tarixli GFA0550/34 saylı ərizəyə əsasən 23.997 manat əsas borc, 657,25 manat faiz borcu, 1.200 manat cərimə olmaqla, cəmi 223.411,35 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh2 2021-ci il 21 sentyabr tarixli DC00349726-01 saylı ərizəyə əsasən 151.481,28 manat əsas borc, 27.276,42 manat faiz borcu, 7.575 manat cərimə, 2022-ci il 11 may tarixli DC00349726-03 saylı ərizəyə əsasən 59.439,93 manat əsas borc, 8.253,99 manat faiz borcu, 3.000 manat cərimə olmaqla, cəmi 257.026,62 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (H.Alıyeva).
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 2024-cü il 20 fevral tarixli maliyyə arayışına əsasən, Cavabdeh2 2024-cü il 29 yanvar tarixə İddiaçı ASC-yə borcu GFA0550/29 saylı kredit müqaviləsinə əsasən 60.000,93 manat əsas borc, 1837,52 manat faiz borcu, 29645,83 manat cərimə borcu olmaqla, cəmi 91484,28 manat, GFA0550/30 saylı kredit müqaviləsinə əsasən 65001,16 manat əsas borc, 1730,66 manat faiz borcu, 27376,32 manat cərimə borcu olmaqla, cəmi 94108,14 manat, GFA0550/31 saylı kredit müqaviləsinə əsasən 6001,37 manat əsas borc, 164,37 manat faiz borcu, 2616, 26 manat cərimə borcu olmaqla, cəmi 8782 manat, GFA0550/32 saylı kredit müqaviləsinə əsasən 31000 manat əsas borc, 923,97 manat faiz borcu, 13336,46 manat cərimə borcu olmaqla, cəmi 45260,43 manat, GFA0550/33 saylı kredit müqaviləsinə əsasən 21365,78 manat əsas borc, 387,26 manat faiz borcu, 9436,85 manat cərimə borcu olmaqla, cəmi 31189,89 manat, GFA0550/34 saylı kredit müqaviləsinə əsasən 23997 manat əsas borc, 666,92 manat faiz borcu, 10323,71 manat cərimə borcu olmaqla, cəmi 34987,63 manat, DC00349726-01 saylı kredit müqaviləsinə əsasən 151481,28 manat əsas borc, 35351,92 manat faiz borcu, 31715,43 manat cərimə borcu olmaqla, cəmi 218548,63 manat, DC00349726-03 saylı kredit müqaviləsinə əsasən 59439,93 manat əsas borc, 8336,97 manat faiz borcu, 16605,89 manat cərimə borcu olmaqla, cəmi 84382,79 manat təşkil edir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 26 yanvar tarixli 9/8377 nömrəli ekspert rəyinə görə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən 2022-ci il 26 aprel tarixli GFA0550/29 saylı maliyyələşdirmə üçün ərizə forması (İnvoysların Diskontlaşdırılması əməliyyatı) üzrə Cavabdeh2 2023-cü il 25 iyul tarixə iddiaçıya əsas borcu 70000,93 manat, faiz borcu 10647,87 manat, 2022-ci il 24 may tarixli GFA0550/30 saylı maliyyələşdirmə üçün ərizə forması (İnvoysların Diskontlaşdırılması əməliyyatı) üzrə Cavabdeh2 2023-cü il 25 iyul tarixə iddiaçıya əsas borcu 65001,16 manat, faiz borcu 10262,06 manat, 2022-ci il 31 may tarixli GFA0550/31 saylı maliyyələşdirmə üçün ərizə forması (İnvoysların Diskontlaşdırılması əməliyyatı) üzrə Cavabdeh2 2023-cü il 25 iyul tarixə iddiaçıya əsas borcu 6001,37 manat, faiz borcu 1003,15 manat, 2022-ci il 1 iyun tarixli GFA0550/32 saylı maliyyələşdirmə üçün ərizə forması (İnvoysların Diskontlaşdırılması əməliyyatı) üzrə Cavabdeh2 2023-cü il 25 iyul 2023-ci il 25 iyul tarixinə iddiaçıya əsas borcu 31.000 manat, faiz borcu isə 5.169,25 manat, 2022-ci il 1 iyun tarixli GFA0550/33 saylı maliyyələşdirmə üçün ərizə forması (İnvoyslann Diskontlaşdırılması əməliyyatı) üzrə Cavabdeh2 2023-ci il 25 iyul tarixinə iddiaçıya əsas borcu 21.365,86 manat, faiz borcu 3.433,67 manat, 2022-ci il 6 iyun tarixli GFA0550/34 saylı maliyyələşdirmə üçün ərizə forması (İnvoysların Diskontlaşdırılması əməliyyatı) üzrə Cavabdeh2 2023-ci il 25 iyul tarixinə iddiaçıya əsas borcu 23.997 manat, faiz borcu 3.9 53,17 manat, 2021-ci il 21 sentyabr tarixli DC00349726-01 saylı maliyyələşdirmə üçün ərizə forması (Kredit əməliyyatı) üzrə Cavabdeh2 2023-ci il 25 iyul tarixinə iddiaçıya əsas borcu 165.982,29 manat, faiz borcu 30.881,93 manat olmuşdur. (Qeyd: Hazırkı ekspertiza zamanı hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh2 tərəfindən 2023-ci il 25 iyul tarixindən sonra 14.511,00 manat məbləğində ödəniş aparılmışdır. Lakin ekspert qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi 2023-ci il 25 iyul olaraq göstərildiyindən, 14.511,00 manat məbləğində ödəniş nəzərə alınmamışdır.) 2022-ci il 11 may tarixli DC00349726-03 saylı maliyyələşdirmə üçün ərizə forması (kredit əməliyyatı) üzrə Cavabdeh2 2023-ci il 25 iyul tarixinə iddiaçıya əsas borcu 59.467,66 manat, faiz borc u isə 10.148,70 manat olaraq müəyyən edilmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 13 iyun tarixli 9/1951 nömrəli ekspert rəyinə görə, 2022-ci il 26 aprel tarixli GFA0550/29 saylı maliyyələşdirmə üçün ərizə forması (İnvoysların Diskontlaşdırılması əməliyyatı) üzrə Cavabdeh2 2023-cü il 25 iyul tarixinə iddiaçıya əsas borcu 70.000,93 manat, faiz borcu 1.837,52 manat, müqavilə müddəti bitdikdən sonra əsas borca 5 %-lə hesablanma nəzərə alınmaqla 2.546,24 manat faiz olmuşdur. 2022-ci il 24 may tarixli GFA0550/30 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə Cavabdeh2 2023-cü il 25 iyul tarixinə iddiaçıya əsas borcu 65.001,16 manat, faiz borcu 1.755,03 manat, müqavilə müddəti bitdikdən sonra əsas borca 5 %-lə hesablanma ilə 3.150,75 manat faiz hesablanmışdır. 2022-ci il 31 may tarixli GFA0550/31 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə Cavabdeh2 2023-cü il 25 iyul tarixinə iddiaçıya əsas borcu 60.001,37 manat, faiz borcu 159,54 manat, müqavilə müddəti bitdikdən sonra əsas borca 5 %-lə hesablanma nəzərə alınmaqla 290,90 manat faiz hesablanmışdır. 2022-ci il 1 iyun tarixli GFA0550/32 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə Cavabdeh2 2023-cü il 25 iyul tarixinə iddiaçıya əsas borcu 31.000 manat, faiz borcu 911,49 manat, müqavilə müddəti bitdikdən sonra əsas borca 5%-lə hesablanma ilə 1.468,19 manat faiz hesablanmışdır. 2022-ci il 1 iyun tarixli GFA0550/33 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə Cavabdeh2 2023-cü il 25 iyul tarixinə iddiaçıya əsas borcu 21.365,86 manat, faiz borcu 378,65 manat, müqavilə müddət i bitdikdən sonra əsas borca 5 %-lə hesablanma ilə 1.053,46 manat faiz hesablanmışdır. 2022-ci il 6 iyun tarixli GFA0550/34 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə Cavabdeh2 2023-cü il 25 iyul tarixinə iddiaçıya əsas borcu 23.997 manat, faiz borcu 657,25 manat, müqavilə müddəti bitdikdən sonra əsas borca 5 %-lə hesablanma ilə 1.136,52 manat faiz hesablanmışdır. 2021-ci il 21 sentyabr tarixli DC00349726-01 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə Cavabdeh2 2023-cü il 9 iyun tarixinə iddiaçıya əsas borcu 165.982,29 manat, faiz borcu 27.276,42 manat olmuşdur. (Qeyd: Hazırkı ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh2 tərəfindən 2023-cü il 9 iyun tarixindən sonra 165.982,29 manat məbləğində ödəniş aparılmışdır. Lakin ekspert qarşısında məhkəmə tərəfi ndən qoyulmuş sualda borcun hesablanma tarixi 2023-cü il 9 iyun göstərildiyindən, 14.511 manat məbləğində ödəniş nəzərə alınmamışdır.) 2022-ci il 11 may tarixli DC00349726-03 saylı maliyyələşdirmə üçün ərizə forması üzrə Cavabdeh2 2023-cü il 25 iyul tarixinə iddiaçıya əsas borcu 59.467,66 manat, faiz borcu 8.253,99 manat, müqavilə müddəti bitdikdən sonra əsas borca 5 %-lə hesablanma ilə 611,20 manat faiz müəyyən olunmuşdur.
15. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və maliyyələşdirmə üçün ərizələr ilə müəyyən edilmiş faizləri ona qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh2 iddiaçı ilə aralarında bağlanmış maliyyələşdirmə üçün ərizələr üzrə öhdəliklərini icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdi r. 2022-ci il 26 aprel tarxli GFA0550/29 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1837,52 manat və 2022-ci il 24 may tarixli GFA0550/30 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1730,66 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Digər müqavilələr üzrə tutulmalı olan faiz borcunun məbləğləri müəyyən edilərkən iş üzrə keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 2024-cü il 13 iyun tarixli 9/1951 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalı, 2022-ci il 31 may tarixli GFA0550/31 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 159,54 manat, 2022-ci il 1 iyun tarixli GFA0550/32 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 911,49 manat, 2022- ci il 1 iyun tarixli GFA0550/33 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 378,65 manat, 2022-ci il 6 iyun tarixli GFA0550/34 saylı ma liyyələşdirmə üçün ərizəyə əsasən 657,25 manat, 2021-ci il 21 sentyabr tarixli DC00349726-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 27276,42 manat, 2022-ci il 11 may tarixli DC00349726-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 8253,99 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
16. Cərimə məbləği isə azaldılaraq cavabdehlərdən müştərək qaydada 2022-ci il 26 aprel tarixli GFA0550/29 saylı maliyyələşdirmə üçün ərizəyə 3000 manat, 2022-ci il 24 may tarixli GFA0550/30 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3250 manat, 2022-ci il 31 may tarixli GFA0550/31 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 300 manat, 2022-ci il 1 iyun tarixli GFA0550/32 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1550 manat, 2022ci il 1 iyun tarixli GFA0550/33 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1070 manat, 2022-ci il 6 iyun tarixli GFA0550/34 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1200 manat, Cavabdeh2 2021-ci il 21 sentyabr tarixli DC00349726-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 7575 manat, 2022-ci il 11 may tarixli DC00349726-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3000 manat məbləğində cərimə iddiaçının xeyrinə tutulmalıdır.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 425.1, 427.3, 442, 448, 743.1, 470.1, 472.1, 462.1, 465.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 218.3, 119.1, 119.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
19. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 noyabr tarixli, 2-2(105)-126/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Məmmədov, hakimlər – M.Hüseynov və Z.Məmmədov).
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında imzalanmış Bank xidmətlərinin göstərilməsinə dair X2 2021-ci il 14 iyun tarixli 1.0.4 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə 2021-ci il 9 iyul tarixli OnGTC/SE/10084 saylı Razılaşmanın 1-ci bəndində qeyd edilmişdir ki, Cavabdeh2 (VÖEN: **********) şəxsində, bu Razılaşmanı imzalamaqla, Bank xidmətlərinin göstərilməsinə dair X2 Bankın rəsmi internet səhifəsində https://www.pashabank.az/gsa addendum/lang,az/ link üzrə yerləşdirilən 2021-ci il 14 iyun tarixli 1.0.4 №-li versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, Müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər vəya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir.
21. X2 Kredit (Maliyyələşdirmə) adlı İV bölməsinin kreditin məbləği, verilməsi və qaytarılması, kredit məbləğinə hesablanan faizlərin miqdarı və ödənilməsi şərtləri ilə bağlı 3-cü hissəsinin 3.8-ci bəndində qeyd edilir ki, Müştərinin Bank qarşısında mövcud bir neçə pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş tələblərin müddəti nəzərə alınmaqla ilkin olaraq hər öhdəlik üzrə cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin, sonra əsas borc və son olaraq Overdraft üzrə öhdəliklərin (mövcud olduğu təqdirdə) silinməsinə yönəldilir. Müəyyən edilmiş ardıcıllıq Bank tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər. Göründüyü kimi, tərəflər müqavilə azadlığı prinsipinə uyğun olaraq müqavilələr bağlamış, müqavilənin şərtlərini razılaşdırmışdırlar.
22. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin dəlilləri öz təsdiqini tapmamış, müqavilənin etibarsızlığı üçün əsaslar mövcud olmamışdır.
23. Həmçinin, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, 2024-cü il 13 iyun tarixli 9/1951 nömrəli ekspert rəyinə əsasən cavabde hlər faiz borcunu ekspert rəyində göstərilən həcmdə qəbul edirlər. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə 2022-ci il 26 aprel tarxli GFA0550/29 saylı və 2022-ci il 24 may tarixli GFA0550/30 saylı maliyyələşdirmə üçün ərizələrə əsasən müvafiq olaraq 1837,52 manat və 1730,66 manat faiz borcu tutularkən iddia tələbi əsas götürülmüşdür.
24. Məhkəmə qeyd etmişdir ki, iddia tələbində göstərilən faiz məbləği 2022-ci il 26 aprel tarixli GFA0550/29 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2024-cü il 13 iyun tarixli 9/1951 nömrəli ekspert rəyi ilə eynilik təşkil etmiş, 2022-ci il 24 may tarixli GFA0550/30 saylı maliyyələşdirmə üçün ərizə üzrə isə ekspert rəylərindən daha az olmuşdur. Digər maliyyələşdirmə üçün ərizələr üzrə tutulmalı olan faiz borcunun məbləğləri müəyyən edilərkən isə iş üzrə ke çirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 2024-cü il 13 iyun tarixli 9/1951 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmışdır.
25. Bundan başqa, cavabdeh apellyasiya şikayətinin dəlillərində faiz borcunu 2024-cü il 13 iyun tarixli 9/1951 nömrəli ekspert rəyində göstərilən həcmdə qəbul etdiklərini bildirir. İşin araşdırılan hallarından məlum olur ki, birinci instansiya məhkəməsi faiz borcunu hesablayarkən məhz 2024-cü il 13 iyun tarixli 9/1951 nömrəli ekspert rəyinə əsaslanmışdır. Bu səbəbdən cavabdehin həmin dəlili də əsassızdır.
26. Məhkəmə kollegiyası əlavə olaraq bildirmişdir ki, iddiaçı 2 dəfə - 2023-cü il 1 avqust və 2024-cü il 20 fevral tarixlərdə iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair iddia əizəsinə əlavələr təqdim etmiş, 2024-cü il 20 fevral tarixli ərizə Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 20 fevral tarixli qərardadı ilə icraata qəbul edilməmişdir. GFA0550/29 saylı və DC00349726-01 saylı kredit müqavilələrinə əsasən tələb edilən əsas borc məbləğləri müvafiq olaraq 70000,93 manat və 165993,03 manat olmasına və iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə əsas borc məbləğlərinin 70000,93 manat və 165982,29 manat müəyyən edilməsinə baxmayaraq, iddiaçı tərəfindən təqdim edilmiş 2024-cü il 20 fevral tarixli maaliyyə arayışına əsasən cavabdehin GFA0550/29 saylı kredit müqaviləsinə əsasən 60000,93 manat əsas borcu, DC00349726-01 saylı kredit müqaviləsinə əsasən 151481,28 əsas borcu olduğu bildirildiyindən, birinci instansiya məhkəməsi cavabdehlərdən müştərək qaydada GFA0550/29 saylı kredit müqaviləsi üzrə 60000,93 manat, Cavabdeh2 DC0 0349726-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 151481,28 əsas borcun iddiaçıya ödənilməsini qət etməkdə haqlı olmuşdur.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 739.1, 739.2, 470.1, 472.1, 472.3, 385.1, 425.1, 427.3, 432.4, 442, 443.1, 445.1, 448.1, 448.2, 462.1, 465.2-ci maddələrinə, MPM-in 14.1, 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
28. Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və əsassız hesablanmış faiz borcunun və cərimələrin araşdırılması üçün işin həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
29. MM-in 337.1, 337.2, 337.4-cü maddələri üzrə - cavabdehlər sözügedən müqavilələrə müvafi q olaraq pul vəsaitinin bir qismini ödəmişdir. Lakin ödənilən vəsait əsas vəsaitdən deyil, həmin kreditlər üzrə hesablanmış faiz borclarından çıxılmışdır. Bununla yanaşı iddiaçı tərəfindən iddia ərizəsində göstərilən faiz borcları düzgün hesablanmamışdır. İddiaçı tərəfindən müqavilə əsasında öhdəliklərin yerinə yetirilməməsi tərəflər arasında bağlanmış göstərilən müqavilələrin etibarsızlığı üçün əsasdır.
30. MM-in 448.4-cü maddəsi üzrə - qeyd olunan müqavilələrə əsasən cavabdeh öhdəliklərini yerinə yetirərək müvafiq ödənişləri etsə də, ödənilən vəsait əsas borcdan çıxılmalı olduğu halda, faiz borcundan çıxıldığı üçün hesablanan faiz borclarının miqdarı yüksəkdir. Cavabdehlər faiz borcunu 2024-cü il 13 iyun tarixli 9/1951 nömrəli ekspert rəyində göstərilən həcmdə qəbul ediblər. Qeyd edilənl ənlərdən də göründüyü kimi cavabdehlər müqavilə üzrə öhdəlikləri onlardan asılı olmayan səbəblərdən icra edə bilmirlər.
31. MPM-in 14.1, 14.2, 88-ci maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi işin hallarını hərtərəfli, ədalətli, obyektiv araşdırmadan cavabdehin mövqeyindən çıxış etmiş, göstərilən dəlillər nəzərə alınmamışdır. Cavabdehlərin ödənişləri icra etmək istəyi məhkəmə tərəfindən nəzərə alınmalı idi. Eyni zamanda məhkəmə apellyasiya şikayətində qeyd edilən əqdin etibarsızlığı ilə bağlı hissəyə münasibət bildirməmişdir. Belə ki, cavabdehlər iddiaçının qanunsuz hərəkətləri nəticəsində həddindən artıq müəyyən edilmiş cərimə ödənişləri nəticəsində müqavilə üzrə öhdəliklərini həyata keçirə bilmir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
32. İddiaçı kassasiya şikayəti nə qarşı etiraz verərək bildirmişdir ki, kassasiya şikayətində qeyd edilənlər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Belə ki, əsas və faiz borcunun nə qədər təşkil etməsinin hərtərəfli və obyektiv araşdırılması məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizaları təyin edilmişdir. Göründüyü kimi borc məbləğinin müəyyən edilməsi üçün hərtərəfli araşdırılma aparılmış, əsas və faiz borcları müqavilə şərtlərinə, ödəniş qrafikinə və bank hesabından çıxarışa uyğun olaraq düzgün qaydada hesablanmışdır. Cavabdeh isə borcun məbləğinin düzgün müəyyən edilməməsini hər hansı sübutla və ya konkret faktlarla əsaslandıra bilməmiş, kassasiya şikayətində qeyd olunan bu dəlillər mülahizə xarakterli olmaqla iş üzrə keçirilən və məhkəməyə təqdim olunan ekspert rəyləri ilə təkzib edil ir. Əksinə məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 izahatında 2024-cü il 13 iyun tarixli 9/1951 nömrəli ekspert rəyinin hüquqlarını müdafiə etdiyi şəxslərin xeyrinə olduğunu, faiz borcunu ekspert rəyində göstərilən həcmdə qəbul etdiklərini bildirmişdir.
33. Tərəflər arasında bağlanmış müqavilələrdə qeyd edilir ki, müqavilə üzrə öz öhdəliklərini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. Bu baxımdan ödənilən vəsaitin əsas borc məbləğindən çıxılmadığı barədə kassasiya şikayətinin dəlilləri də əsassızdır.
34. Digər tərəfdən kassasiya şikayətində id diaçı tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi tərəflər arasında bağlanmış göstərilən müqavilələrin etibarsızlığı üçün əsas olması ilə bağlı qeyd olunanlar tamamilə əsassız bir dəlil olaraq ümumi qaydada ifadə edilmişdir. Konkret olaraq öhdəliyin bank tərəfindən icra edilməməsinin nədə ifadə olunması və hansı əsasla müqavilənin etibarsız olması dəqiqləşdirilməmişdir. Əksinə müqavilə üzrə öhdəliklər cavabdehlər tərəfindən icra edilməmişdir. Cərimə borcuna münasibətdə kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, cərimə məbləği məhkəmə tərəfindən kifayət qədər azaldılmışdır. Cərimə borcunun məbləği əsas borca münasibətdə adekvat olmuş və tənasübsüz surətdə yüksək olmamışdır. Cavabdeh kredit müqaviləsini imzalamaqla onun tərəfindən öhdəliyin icra edilmədiyi təqdirdə tətbiq ediləcək cərimədən xəbərdar olmuş, buna razılıq vermiş və məhkəmədə bu cərimə faizlərini xeyli azaltmışdır. Bu baxımdan cərimə borcuna münasibətdə kassasiya şikayətinin dəlilləri tamamilə əsassızdır. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsinin qismən (faiz və cərimə borcunun tutulması hissəsində) mübahisələndirilir. Eyni zamanda, iddia qismən təmin olunsa da, iddiaçı tərəfindən kassasiya şikayəti verilməmişdir. Ona görə də, qətnamənin qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə yalnız faiz və cərimə borcunun tutulması barədə tələblərin qismən təmin edilmiş hissəsində yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ
36. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutul ur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.” “Maddə
432. Öhdəliyin hissə-hissə icrası 432.4. Əg ər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barəd ə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.”
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
38. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
39. Belə ki, apellya siya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
40. Kassasiya şikayətində istinad olunan MM-in 337.1, 337.2, 337.4-cü maddələrinin pozulması barədə dəlillərə dair qeyd olunur ki, mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt.
41. Əqdlərin etibarsız hesab edilməsi əsasları isə MM-in 337.1 və 339-350-ci maddələrində göstərilmişdir.
42. Kassasiya şikayətində istinad edilən hallar (iddiaçı tərəfindən ödənişlərin düzgün silinməməsi və bununla da müqavilə üzrə öhdəliklərinin pozulması) isə əqdlərin etibarsız hesab edilməsi əsaslarına aid deyildir və ona görə də, həmin dəlillər özü-özlüyündə əsassızdır.
43. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin həmin dəlillərinə qiymət verilərək qeyd edilmişdir ki, ödənişlərin silinməsi ilə bağlı iddiaçının hərəkətləri X2 Kredit (Maliyyələşdirmə) adlı İV bölməsinin kreditin məbləği, verilməsi və qaytarılması, kredit məbləğinə hesablanan faizlərin miqdarı və ödənilməsi şərtləri ilə bağlı 3-cü hissəsinin 3.8-ci bəndinə uyğun aparılmışdır. Belə ki, həmin bənddə müəyyən edilmişdir ki, Müştərinin Bank qarşısında mövcud bir neçə pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş tələblərin müddəti nəzərə alınmaqla ilkin olaraq hər öhdəlik üzrə cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin, so nra əsas borc və son olaraq Overdraft üzrə öhdəliklərin (mövcud olduğu təqdirdə) silinməsinə yönəldilir.
44. MM-in 432.4-cü maddəsində də müəyyən edilmişdir ki, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.
45. Bu baxımdan, kollegiya qeyd edir ki, MM-in 448.4-cü maddəsinin tələblərinin pozulması barədə dəlillər də əsassızdır.
46. Kassasiya şikayətində qeyd edilən işin hallarını hərtərəfli, ədalətli və obyektiv araşdırmaması və MPM-in 14.1, 14.2, 88-ci maddələrinin tələblərinin pozulması ilə bağlı dəlillər də əsassızdır.
47. Belə ki, MPM-i n 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
48. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
49. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı m ühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hal ların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
50. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin istinad etdiyi bütün dəlillərə qiymət verilmişdir.
51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
52. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 noyabr tarixli, 2-2(105)-126/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.